Məhkəmə qərarları › İş №2(103)-2545/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2545/2021

04.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2545/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı qızının iştirakı ilə İddiaçı Cavabdeh qarşı kirayə müqaviləsinə xitam verilməsi, kirayə haqqının, kommunal xidmətlərin ödənilməsi və s. tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «kirayə müqaviləsinə xitam verilməsi, kirayə haqqının, kommunal xidmətlərin ödənilməsi və s» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-5931/2020 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı «kirayə müqaviləsinə xitam verilməsi, kirayə haqqının, kommunal xidmətlərin ödənilməsi və s» tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlərin ərizəçiyə geri qaytarılması qərara alınmışdır. İddiaçı tərəfindən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)- 5931/2020 saylı qərardadından şikayət verilərək qərardadın ləğv olunması və iddia ərizəsinin icraata qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib,Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə görə, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İş materiallarına əlavə edilmiş «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən cavabdeh Zaqatala rayonu, Y,Tala kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə kollegiyası iddiaçının şikayətində göstərdiyi dəillərə qiymət verərək qeyd edir ki, müqavilənin bağlanma yerinin Nəsimi Rayonun yurisdiksiyasına aid olması onun icra yerinin olması anlamına gəlməməlidir. İcra yerinin göstərilməsi bir başa müqavilənin şərtlərində göstərilməklə müəyyən edilməlidir. Hal hazırki müqavilədə icra yerinin hara olması barədə heç bir hüquq təsdiqedici sənəd məhkəməyə təqdim edilməyib. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə,hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri xx.xx.2020-ci il tarixli, 2(006)- 5931/2020 saylı qərardadın ləğv edilməsi üçün əsaslar mövcud deyil. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400,405-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar