Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2550/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 6 saylı notariat ofisi və Cavabdeh4 qarşı (Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) mülki iş üzrə (açar sözlər: müqavilənin etibarsızlığı, çıxarışın ləğvi, vicdanlı alıcı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X6 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh4 nümayəndəsi (vəkili) Vəkil3, Cavabdehlər Cavabdeh4 və Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 6 saylı notariat ofisi və Cavabdeh4 qarşı (Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6065/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 2.2032 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestr nömrəsi ilə 24 aprel 2009-cu il tarixdə qeydiyyata alınmışdır. “Elektron notariat” X1 çıxarışdan görünür ki, İddiaçı tərəfindən 07 may 2009-cu il tarixdə Cavabdeh1 etibarnamə verilmiş, etibarnamənin müddəti 07 may 2019-cu il tarixədək müəyyən edilmişdir. İddiaçı (əvəzinə Cavabdeh1) tərəfindən verilmiş **********067 nömrəli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı rayon Ərazi dairəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş **********14 reyestr və ********** qeydiyyat nömrəli çıxarış əsasında etibarnamə ilə təmsil etdiyi İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanındakı torpağı satmaq istəyir. Bununla əlaqədar həmin əmlak üzərində qadağanın olub-olmaması və ya ona həbs qoyulub-qoyulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsinin təmin edilməsini xahiş etmişdir. Şamaxı rayon notariat ofisinin xüsusi notariusu X12 tərəfindən 4Ə-4 reyestr nömrəsi ilə təsdiq edilmiş satıcı İddiaçı (əvəzinə Cavabdeh1) ilə alıcı Cavabdeh2 arasında bağlanmış 04 yanvar 2019-cu il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 2.2032 ha torpaq sahəsini alıcıya 10.000 manata satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 2.2032 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 10 yanvar 2019-cu il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən təsdiq edilmiş 28 sentyabr 2019-cu il tarixli 888265 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 tərəfindən Cavabdeh1 10 il müddətinə etibarnamə verilmişdir. Bakı şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən 4Ə-522 reyestr nömrəsi ilə təsdiq edilmiş satıcı Cavabdeh2 (əvəzinə Cavabdeh1) ilə alıcı Cavabdeh4 arasında bağlanmış 15 dekabr 2021-ci il tarixli Daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, satıcı ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 2.2032 ha torpaq sahəsini alıcıya 10.000 manat məbləğinə satmışdır. Respublika Diaqnostika Mərkəzi tərəfindən verilmiş 10 noyabr 2019-cu il tarixli epikrizdən (F13) görünür ki, İddiaçı mitral (qapağın) çatmamazlığı, qeyri-stabil stenokardiya diaqnozu qoyulmuşdur. "xxxx" MMC tərəfindən verilmiş 22 may 2024-cü il tarixli LP-076/2024 saylı mütəxəssis rəyindən müəyyən edilir ki, ünvan 1ində yerləşən 2.2032 ha torpaq sahəsinin hazırkı bazar qiyməti 419.000 manat təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş QCM/A 03-032/24 nömrəli 26 avqust 2024-cü il tarixli torpaq sahəsinin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, ünvan 1ində yerləşən 2.2032 ha torpaq sahəsinin 04 yanvar 2019-cu il tarixə dəyəri 282.000 manat, hazırkı dövrə dəyəri 348.000 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 6 saylı notariat ofisi və Cavabdeh4 qarşı Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX publik hüquqi şəxs 14 saylı Şamaxı İdarəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, iş üzrə iddiaçı olan İddiaçı anası X7 xx.xx.2007-ci ildə vəfat etmişdir. Bununla əlaqədar xx.xx.2009-cu ildə 6 saylı notariat kontoru qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən Şamaxı rayonunda yerləşən 2,2032 ha torpaq sahəsinə oğlu iş üzrə iddiaçı olan İddiaçı miras olaraq mülkiyyətinə keçmişdir. Bu torpağa dair iddiaçı ƏMDK-nin yanında DƏDRXnin 14 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixli, **********14 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrdən çıxarışa əsasən 2,2032 ha torpaq sahəsinə tam mülkiyyət hüququ əldə etmişdir. İddiaçı neft-qaz sənayesində işlədiyi üçün işi ilə əlaqədar xaricdə işləmək təklif almışdır. 2009-cu ildən mütəmadi Rusiya Federasiyasına ezamiyyətlərə gedirdi, amma 2011-ci ildən 2021-ci ilə kimi daimi əsaslarla xarici ölkə olan Rusiya Federasiyasında işləməyə başlamışdır. Ölkədə olmadığı təqdirdə bütün əmlakına dair hüquqi hərəkətlərin həyata keçirilməsi üçün keçmiş bacısının ərinə 10 il müddətinə xx.xx.2009-cu ildə 6 saylı notariat kontorunda iş üzrə Cavabdeh1 etibarnamə vermişdir. Bir müddət sonra 2018-2019-cu illərdə iş üzrə Cavabdeh1 öz arvadı ilə (hazırkı iddiaçının bacısı olan) ailə münaqişəsi zəmində münasibətləri pozulduqdan sonra Cavabdeh1 qaynı olan hazırkı İddiaçı ilə də münasibətləri kəskinləşir. Bu müddət ərzində 2019-cu ilin əvvəlindən İddiaçı səhhətində, xüsusilə ürək nahiyəsində ciddi tibbi problemlər mövcud olur, bununla bağlı Azərbaycan Respublikası Diaqnostik Mərkəzi xx.xx.2019-cu il tarixdə aorta-koronar şuntlama və mirtal qapaq dəyişdirilməsi əməliyyatı məqsədi ilə RMDM-ə yatırılmışdır. İş üzrə cavabdeh olan Cavabdeh1 bu vəziyyətdən istifadə edərək, adına verilmiş 10 il müddətinə etibarnamənin bitməsinə bir neçə ay qalmış, iddiaçının ciddi sağlamlıq problemlər olmasında istifadə edərək, etibarnamə əsasında iddiaçının adından anasından vərəsəlik əsasında əldə etmiş ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsinə xx.xx.2019-cu ildə Cavabdeh2 ilə 10.000 manata alqı-satqı etmişdir. Qeyd olunmalıdır ki, Cavabdeh1 etibarnamə əsasında alqı-satqı etmiş torpaq mülkiyyətindən əldə etdiyi vəsaiti hazırkı iddiaçıya verməmişdir. Həmçinin ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsini 10.000 manata, bazar qiymətindən dəfələrlə aşağa formal alqı-satqı etmişdir, öz yaxın adamının adına rəsmləşdirmişdir. Həmin torpaq sahəsini Legal Prime MMC qiymətləndirmə şirkətinin rəyinə əsasən ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsinin hazırkı bazar qiyməti 419.000 manat təşkil edir. Hazırkı iddiaçı sağlamlığını bərpa edəndən sonra bu torpaq sahəsini xx.xx.2024-cü il satmağa qərar vermişdir, əfsuslar olsun ki, alqı-satqı zamanı bu torpağın ona məxsus olmaması məlum olmuşdur. Cavabdeh1 torpağın əsli olan çıxarışı təqdim etmədən, onun surətini çıxarmış və 6 saylı notariat konturunda onu surəti əsasında alqı-satqı əməliyyatı aparmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə Şamaxı rayon notarius tərəfindən alqı-satqı müqaviləsinin surətini əldə etmişdir. Ona məxsus olan mülkiyyətin başqasına satılması barədə xəbər xx.xx.2024-cü ildən xəbəri olmuşdur. İddiaçı ölkədə olmadığı təqdirdə bütün əmlakına dair hüquqi hərəkətlərin həyata keçirilməsi üçün keçmiş bacısının ərinə 10 il müddətinə xx.xx.2009-cu ildə 6 saylı notariat kontorunda iş üzrə Cavabdeh1 etibarnamə vermişdir. Cavabdeh1 etibarnamə əsasında ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsini 10.000 manata iş üzrə digər Cavabdeh2 satmışdır, real bazar qiyməti Legal Prime MMC qiymətləndirmə şirkətinin rəyinə əsasən, ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsinin hazırkı bazar qiyməti 419.000 manat təşkil edir. Cavabdeh1 etibarnamə əsasında alqı-satqı etmiş torpaq mülkiyyətindən əldə etdiyi vəsaiti hazırkı iddiaçıya verməmişdir. Həmçinin Cavabdeh1 etibarnamə əsasında iddiaçının sağlamlıq durumundan istifadə edərək ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsinə dair ƏMDKnin yanında DƏDRX-nin 14 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixli, **********14 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrdən çıxarışın surətini əldə edərək alqı-satqı əməliyyatını həyata keçirmişdir. Qeyd olunanlardan aydın olur ki, iddiaçının həmin torpaq sahəsini satılması barədə xəbəri olmamışdır, onun birbaşa iradəsinə zidd alqı-satqı aparılmışdır. Belə ki, İddiaçı sağlamlığını bərpa edəndən sonra maliyyə durumu yaxşı olmadığı və təqaüddə olduğu üçün bu torpaq sahəsini xx.xx.2024-cü ildə satmağa qərar vermişdir, əfsuslar olsun ki, alqı-satqı zamanı bu torpağın ona məxsus olmaması məlum olmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdə Şamaxı rayon notarius tərəfindən alqı-satqı müqaviləsinin surətini əldə etmişdir. Ona məxsus olan mülkiyyətin başqasına satılması barədə xəbər xx.xx.2024cü ildən xəbəri olmuşdur. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsinə dair rəsmləşdirilən 4Ə-4 nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə dair dövlət reystrindən verilmiş çıxarış ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı izahatında əlavə olaraq bildirmişdir ki, məhkəmə baxışı dövründə ona məlum olmuşdur ki, ona məxsus olan mübahisəli torpaq sahəsi Cavabdeh1 yenə də satılmışdır. Belə ki, notariatdan məhkəməyə göndərilmiş notariat işlərindən təsdiq edilmişdir ki, Cavabdeh1 etibarnamə əsasında 04 yanvar 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlayaraq, ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsini 10.000 manata Cavabdeh2 satmış, 28 sentyabr 2019cu il tarixdə Cavabdeh2 yenə etibarnamə almış və Cavabdeh2 əvəzinə müqaviləni imzalayaraq, mübahisəli torpaq sahəsini xx.xx.2021-ci il tarixdə Cavabdeh4 yenə də 10.000 manat müqabilində satmışdır. Bununla bağlı olaraq iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsinə dair rəsmləşdirilən 4Ə4 nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin və AN-İ nömrəli, ******* saylı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə dair dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh4 nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İş üzrə digər Cavabdeh2, Bakı şəhəri 6 saylı notariat ofisivə və müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə digər tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6065/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsinə dair Şamaxı rayon notariat ofisinin xüsusi notariusu X12 tərəfindən 4Ə-4 reyestr nömrəsi ilə təsdiq edilmiş İddiaçı (əvəzinə Cavabdeh1) ilə Cavabdeh2 arasında 04 yanvar 2019-cu il tarixdə bağlanmış "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nin etibarsız hesab edilməsi, Bakı şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən 4Ə-522 reyestr nömrəsi ilə təsdiq edilmiş Cavabdeh2 (əvəzinə Cavabdeh1) ilə Cavabdeh4 arasında 15 dekabr 2021- ci il tarixdə bağlanmış "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 10 yanvar 2019-cu il tarixdə verilmiş reyestr nömrəsi ********** qeydiyyat nömrəsi olan ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsi üzərində Cavabdeh2, həmçinin Cavabdeh4 adına aparılmış qeydlərin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlaın ləğv olunması, ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun bərpa edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mülki işin faktiki hallarından və məhkəmədə bilavasitə tədqiq olunmuş sübutlardan müəyyən edilir ki, ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsi İddiaçı mülkiyyətində olmuş, bununla bağlı qeyd daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestr nömrəsi ilə 24 aprel 2009cu il tarixdə qeydiyyata alınmışdır. İddiaçı tərəfindən 07 may 2009-cu il tarixdə Cavabdeh1 (iddiaçının bacısının keçmiş əri) etibarnamə verilmiş, etibarnamənin müddəti 07 may 2019-cu il tarixədək müəyyən edilmişdir. Cavabdeh1 həmin etibarnamə əsasında iddiaçını xəbərdar və məlumatlandırmadan onun tərəfindən başqa məqsədlər üçün verilmiş etibarnamədən sui-istifadə edərək, iddiaçı üçün son dərəcə əlverişsiz şərtlərlə müqavilə bağlayaraq, iddiaçının mülkiyyətində olan ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsini 04 yanvar 2019-cu il Cavabdeh2 10.000 manata satmış, həmin torpaq sahəsi ilə bağlı çıxarış Cavabdeh2 adına çıxarış 10 yanvar 2019-cu il tarixdə verilmişdir. Məhkəmə baxışında eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh1 ikinci dəfə ona Cavabdeh2 tərəfindən verilmiş etibarnamədən istifadə etməklə həmin torpaq sahəsini eyni qiymətlə yenidən digər cavabdeh İsmayılov X4. Hazırda iddiaçı həmin torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan sübutlarla təsdiq edilir ki, 2019-cu il tarixdən iddiaçının sağlamlığında problemlər olmuş, iddiaçı həmin tarixlərdə Moskva şəhərində olmuş və həmin alqı-satqı müqavilələrinin bağlanmasından iddiaçının məlumatı olmamışdır. Mübahisəli torpaq sahəsi iki dəfə 10.000 manat müqabilində satılsa da, "xxxx" MMC tərəfindən verilmiş QCM/A 03-032/24 nömrəli 26 avqust 2024-cü il tarixli torpaq sahəsinin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, ünvan 1ində yerləşən 2.2032 ha torpaq sahəsinin 04 yanvar 2019-cu il tarixə dəyəri 282.000 manat, hazırkı dövrə dəyəri 348.000 manat təşkil etmişdir. Digər tərəfdən hər iki alqı-satqı müqavilələrində satıcı qismində etibarnamə əsasında Cavabdeh1 iştirak etmişdir. Məhkəmə qeyd etmidir ki, iddiaçının mübahisənin predmeti olan torpaq sahəsinin satılması ilə bağlı iradə ifadəsi olmadığından, həmin torpaq sahəsi real dəyərindən qatqat aşağı qiymətə satıldığından, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud olduğundan, iddia tələbi təmin edilməli, ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsinə dair Şamaxı rayon notariat ofisinin xüsusi notariusu X12 tərəfindən 4Ə-4 reyestr nömrəsi ilə təsdiq edilmiş İddiaçı (əvəzinə Cavabdeh1) ilə Cavabdeh2 arasında 04 yanvar 2019-cu il tarixdə bağlanmış "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi" və Bakı şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən 4Ə-522 reyestr nömrəsi ilə təsdiq edilmiş Cavabdeh2 (əvəzinə Cavabdeh1) ilə Cavabdeh4 arasında 15 dekabr 2021-ci il tarixdə bağlanmış "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi" etibarsız hesab edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 10 yanvar 2019-cu il tarixdə verilmiş reyestr nömrəsi ********** qeydiyyat nömrəsi olan ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsi üzərində Cavabdeh2, həmçinin Cavabdeh4 adına aparılmış qeydlər və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar ləğv olunmalı, əqdlər etibarsız hesab edildiyindən onun hüquqi vəziyyəti əvvəlki vəziyyətinə qaytarılmalı olduğundan həmin torpaq sahəsinə dair əvvəlki mülkiyyətçi İddiaçı mülkiyyət hüququ bərpa edilməlidir. Məhkəmə öz mövqeyini “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 152.8, 157.4, 337, 337.4, 337.5, 339.1, 339.2, 339.3, 359, 359.3, 362.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə, "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununun 35-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6065/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh4 apellyasiya ṣikayəti onunla əsaslandırılır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6065/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsinə dair Şamaxı rayon notariat ofisinin xüsusi notariusu X12 tərəfindən 4Ə-4, reyestr nömrəsi ilə təsdiq edilmiş İddiaçı (əvəzinə Cavabdeh1) ilə Cavabdeh2 arasında 04 yanvar 2019-cu il tarixdə bağlanmış "Daşınmaz əmlakın alqı-satqı Müqaviləsi"nin etibarsız hesab edilməsi, Bakı şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən 4Ə-522 reyestr nömrəsi ilə təsdiq edilmiş Cavabdeh2 (əvəzinə Cavabdeh1) ilə Cavabdeh4 arasında 15 dekabr 2021ci il tarixdə bağlanmış "Daşınmaz əmlakın alqı-satqı Müqaviləsi"nin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 10 yanvar 2019-cu il tarixdə verilmiş reyestr nömrəsi ********** qeydiyyat nömrəsi olan ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsi üzərində Cavabdeh2, həmçinin Cavabdeh4 adına aparılmış qeydlərin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların ləğv olunması, ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ bərpa edilmişdir. Hesab edir ki, Xətai Rayon Məhkəməsinin e-2(011)-6065/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, İddiaçı məhkəməyə müraciət edərək bildirir ki, Şamaxı rayonunda yerləşən 2.2032 ha torpaq sahəsinə dair xx.xx.2009-cu ildə bacısının əri Cavabdeh1 10 il müddətinə etibarnamə vermişdir. Bundan sonra 2019-cu ilin yanvar ayında Cavabdeh1 etibarnaməyə əsasən hərəkət edərək həmin torpaq sahəsini alqı-satqı yolu ilə Cavabdeh2 satmışdır. İddiaçı məhkəməyə verdiyi iddia ərizəsində ailə münasibətlərinə istinad edərək guya Cavabdeh1 onu aldatdığını, və etibarnamədən sui-istifadə etdiyini, və iddiaçının isə bu müddət ərzində torpaq sahəsinin satılmasından ümumiyyətlə xəbəri olmadığını deyir. İddiaçı həmçinin bildirir ki, xx.xx.2024-cü ildə torpaq sahəsini guya satmaq istəyərkən ilk dəfə Şamaxı rayon notariusu tərəfindən ona torpaq sahəsinin satıldığı bildirilib və alqı-satqı müqaviləsinin surəti verilib. Bundan sonra da, o, məhkəməyə üz tutaraq xx.xx.2024-cü il tarixində iddia vermiş, həmin alqı-satqı müqaviləsinin, yəni 4Ə-4 reysetr nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasını tələb etmişdir. Məhkəməyə təqdim olunmuş ilk iddia ərizəsində məhz xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi mübahisləndirilir və cavabdeh olaraq da həmin müqavilənin tərəfləri Cavabdeh1 və Cavabdeh2 göstərilmişdir. İddiaçı dediklərində səmimi deyildir və məhkəməni aldadır. Çünki, əslində iddiaçının torpaq sahəsinin nə zaman özgəninkiləşdirildiyindən xəbəri olmuşdur. Belə ki, iddiaçı alqı-satqı müqavilələrindən xəbərsiz olmasını 2011-2021-ci illərdə 10 il ərzində Rusiyada daimi yaşayaq orada işləməsi və 2019-cu ildə ağır xəstə olaraq əməliyyat olunması ilə əsaslandırır. Lakin iddiaçının bu dəlilləri də onun həmin əqdlərdən xəbərsiz olmasını sübut etmir. Birincisi, iddiaçının özünün məhkməyə təqdim etdiyi iş materiallarında olan işlədiyi Baker Hughes şirkətinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, iddiaçı həmin şirkətdə vaxta metodu ilə 2015-ci ildə 188 gün, 2016-cı ildə 212 gün, 2017-ci ildə 222 gün, 2018-ci ildə 220 gün, 2019-cu ildə 170 gün, 2020-ci ildə 17 gün, 2021-ci ildə 33 gün işləmişdir. Vaxta metodunun iş rejimindən irəli gələrək görünür iddiaçı 2015-ci ilə 2019-cu ilədək Baker Hughes şirkətində təqvim ilinin təxmini 50%-ni yəni yarısını, 2020-2021-ci illərdə isə lap az, müvafiq olaraq 17 və 33 gün işləmişdir. İşlədiyi həmin tarixlərdən kənar iddiaçının hansı başqa şirkətdə işləməsi və ümumiyyətlə Rusiyada olması barədə isə iş materiallarında heç bir sübut yoxdur. İkincisi, iddiaçının özünün məhkəməyə təqdim etdiyi iş materiallarında olan Respublika Diaqnostika Mərkəzinin verdiyi arayışdan görünür ki, iddiaçı orada xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək, yəni cəmi 10 gün orada ürəyində olan problemlə bağlı müalicə olunmuşdur. Həmin arayışda qeyd olunur ki, iddiaçının huşu aydın, vəziyyəti stabildir. Arayışın sonunda isə xəstəyə, yəni iddiaçıya 3 ay fizki işlə məşğul olmamaq tövsiyə olunur. Göründüyü kimi, iddiaçı ilk olaraq mübahisələndirdiyi Cavabdeh2 ilə bağlanmış 04 yanvar 2019-cu il tarixli müqavildən ən çoxu 9 ay sonra və ya daha az müddət sonra Azərbaycanda olmuş, bundan sonra isə 2020-2021-ci illərdə üst-üstə cəmi 50 gün Rusiyada işləmişdir. Həm də məhkəmə iddiaçının bu illər ərzində Azərbaycanda nə qədər vaxt olmaması barədə məlumatı çox asanlıqla Dövlət Sərhəd Xidmətinə sorğu verərək əldə edə bilərdi, lakin məhkəmə işi hərtərəfli araşdırmayaraq nədənsə bunu etməmişdir. Bundan başqa iddiaçı 2021-ci ildən sonra, yəni Rusiyadan vaxta işindən qayıtdıqdan sonra da həmin torpaq sahəsi ilə niyə maraqlanmadığını isə ümumiyyətlə əsaslandırmamışdır. Bütün bunlar onu göstərir ki, iddiaçı üstündən 5 il keçəndən sonra olaraq fikrini dəyişmiş, məhkəmədə qohumu olan Cavabdeh1 qarşı iddia qaldırmaq üçün sadəcə xx.xx.2024-cü il tarixində notariusa yaxınlaşaraq həmin alqı-satqı müqaviləsinin ona verilməsini tələb etmişdir. Müqaviləni götürüb məhkəməyə gəlmiş, yalnız məhkəmə araşdırması zamanı Hüeynov Arifin verdiyi ifadələrlə ona torpağın 2021-ci ildə digər şəxsə satılması məlum olmuşdur. Ona məhkəmə prosesi barədə ilk dəfə noyabr ayının sonlarında məlumat verilmişdir. Lakin həmin vaxt məhkəmənin iş üzrə hazırlıq icraatı bitmiş və hətta xx.xx.2024-cü il tarixində bir dəfə baxış iclası da keçirilmişdir. xx.xx.2024-cü il tarixində vəkil ilə müqavilə bağladıqdan sonra xx.xx.2024-cü il tarixində ikinci baxış iclasında vəkil iştirak etmiş və ona - Cavabdeh4 qarşı hər hansı iddia və tələbin olmamasını bildirmişdir. Bundan sonra məhkəmə tərəfindən iddiaçıya sual verilmiş və Cavabdeh4 qarşı iddia tələbinin olub-olmaması dəqiqləşdirilmişdir. Məhkəmə iclası, vəkil və nümayəndənin artıq baxış mərhələsi olduğu barədə etirazlarına rəğmən, iddia tələbinin dəqiqləşdirilməsi üçün təxirə xx.xx.2024-cü il tarixinə təxirə salınmışdır. Məhkəmə bu prossesual qərarını baxış mərhələsi olsa da, sorğulara cavab gəlməməsi və gec gəlməsi ilə izah etsə də, elektron məhkəmə sisteminə məhkəmə sorğularına olan cavablar artıq xx.xx.2024-cü il tarixində yeləşdirilmişdir. Yəni, iddiaçı xx.xx.02024-cü il tarixli baxış iclasında sənədlər barəsində tam məlumatlı idi. Buna baxmayaraq, xx.xx.2024-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclasına kimi iddiaçı tərəfindən X5 qarşı hər hansı tələb irəli sürülməmiş və xx.xx.2024-cü il tarixində saat 12:00-a təyin edilmiş məhkəmə iclasına yarım saat qalmış iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə yerləşdirilmiş və iclasın iddiaçının vəkilinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Yeni iddia tələbi ilk dəfə xx.xx.2024-cü il tarixində elan edilmiş və cavabdeh tərəfə iddianın mahiyyəti ilə tanış olmağa və iddiaya qarşı öz etirazını bildirmək üçün qanunvericiliklə tələb olunan 20 gün müddət verilməmişdir. Digər tərəfdən məhkəməyə bildirir ki, iddiaçı və Cavabdeh1 arasında olan ailə və ya digər məsələlər ona aid deyildir və ümumiyyətlə iddiaçının adını ilk dəfə məhkəmədə eşidib. Qeyd olunan torpaq sahəsini Cavabdeh2 alıb. Notariat orqanında etibarnamə əsasında Cavabdeh1 iştirak etmişdir. Məqsədi sadəcə əlverişli qiymətə satılan torpaq sahəsini almaq idi. Həmin vaxt qanunun tələbi üzrə lazımi sənədləri yoxlamaq vəzifəsi notariat orqanının üzərinə düşür və əgər sənədlərdə çatışmazlıq, pozuntu və ya qüsur nöqsan olsa idi, notariat orqanı bu barədə onu xəbərdar edərdi. Beləliklə notarius tərəfindən alqı-satqı müqaviləsi təsdiqləndi, sənədləşdirmə uğurla tamamlandı və torpaq sahəsi onun istifadəsinə və mülkiyyətinə verildi. Bundan sonra adına çıxarış da alıb. Torpağın ona satılmazdan əvvəl, yəni Cavabdeh2 əvvəlki mülkiyyətçisi barədə nə məlumatı olmayıb, nə də olmalı deyildi. O sadəcə satılan və ona göstərilən torpaq sahəsinin çıxarışının olub-olmamasını maraqlanmışdır. O ki, qaldı Cavabdeh1 və İddiaçı adlı şəxslərin biri-biri ilə qohumluq əsnasında yaranan mübahisələrinə, onlardan xəbəri yoxdur və o şəxsləri tanımır. Kimkimə nə söz verib, kim-kimi necə aldadıb, ona nə aidiyyəti var axı. O sənədlərə baxıb, sənədlərin qaydasında olduğunu görüb, torpağı almağa qərar verib. Bu müddət ərzində orada xeyli yaxşılaşdırma işləri aparmış və bu 3 il ərzində bir kimsə gəlib bura “mənim torpağımdır” deməyib, nə də ki, kənardan kiminsə bu torpaq barəsində mübahisəsi olması haqda da məlumatı və ya xəbəri olmayıb. Məhkəmə zamanı vəkili Cavabdeh1lə əlaqə saxlayıb. Nə məsələdir deyə soruşanda, deyib ki, “mənim keçmiş qaynımı öyrədiblər gəlib torpaq davası edir. Amma yalan deyir, heç kim onu aldatmayıb və torpağın 2019-cu ildə satılmasından da həmişə xəbəri olub. Onun davası mənimlədir, hədə qorxu gələrək, məhkəmə vasitəsilə pul tələb edir. Sizə isə heç bir qarışacağı yoxdur narahat olmayın” demişdir. Göründüyü kimi o tam vicdanlı alıcı olaraq, torpaq sahəsini alıb. Onun iddiaçı ilə hər hansı ünsiyyəti və ya mübahisəsi olmamış, iddia ərizəsində qeyd edilənlər barədə məhkəmə zamanı məlumat almışdır. Heç kim mübahisəli, problemli əmlak almaq istəməz. Təbii ki, onun azacıq belə şübhəsi olsa idi ki, bu aldığı torpaq nə vaxtsa mübahisə predmeti ola bilər, əlbəttə bu alqı-satqıdan vaz keçərdi. Amma bildirir ki, bu elə bir hadisədir ki, bunu qabaqcadan bilə bilməzdi. Yəni bundan sonra da, nə vaxtsa alqı-satqı yolu ilə daşınmaz əmlak alanda kiminsə bunu ehtimal etməsi mümkün deyil. Qüvvədə olan qanunvericilik əmlakı əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdansız sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. Xahiş edir ki, nəzərə alınsın ki, o, (Cavabdeh4) əmlakı özgəninkiləşdirməyə hüququ olan şəxsdən əldə edib. Həmçinin həmin şəxsin yaxın qohumu və ya ailəvi tanışı da deyil ki, mübahisə olsa xəbəri olsun. Üstəlik Cavabdeh1 bildirir ki, həqiqətdə indiyə kimi həmin torpaq sahəsi ilə bağlı ümumiyyətlə mübahisə olmamışdır. Bir var mübahisə var idi gizlədilirdi, bir də var mübahisə yox idi. Çünki, iddiaçı özü deyir ki, torpağın satılması barədə xx.xx.2024-cü ildə xəbər tutub. Deməli, nə xx.xx.2019-cu il tarixli, nə də xx.xx.2021-ci il tarixli müqavilələr bağlanan zaman torpaq sahəsi ilə bağlı mübahisə olmamışdır. Qeyd olunanlar bir daha sübut edir ki, İddiaçı iddiası tamamilə əsassızdır. Ona görə də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6065/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi iddianın təmin edilməməsi xahiş olunur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6065/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh1 apellyasiya ṣikayəti onunla əsaslandırılır ki, İddiaçı məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasını tələb etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-6065/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmənin bu qətnaməsi qanuni deyil belə ki, iddiaçının iddia ərizəsində dediklərinin heç biri həqiqəti əks etdirmir. Belə ki, iddiaçının torpaq sahəsinin nə zaman və hansı qiymətə özgəninkiləşdirildiyindən, xəbəri olmuşdur. Bu günə kimi həmin torpaqla bağlı aralarında heç vaxt mübahisə və ya fikir ayrılığı nə də ki, İddiaçı ona qarşı hər hansı pretenziyası olmamışdır. 2024-cü ildə birdən birə nə baş verib ki, gəlib ondan yalandan nəsə tələb edir. Çünki özü də bilir ki, yalan danışır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə uyğun olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mülki Məcəllənin 140-cı maddəsində də əqdin həqiqi sayılması üçün reyestrdəki əldəedən şəxsin xeyrinə olan qeydə dair etirazın reyestrə daxil edilməməsi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bilməməsi əsas şərtdir. Başqa sözlə, əqd o vaxt həqiqi sayılmır ki, bu qeydə dair etiraz reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyridəqiq olmasını bilmiş olsun. Yalnız bu şərtlər mövcud odluğu halda daşınmaz əmlakı əldə edən şəxs vicdanlı hesab edilmir. Qalan bütün hallarda isə daşınmaz əmlakı özgəninkiləşdirənlə əvvəllər bağlanmış əqdin etibarsızlığı restitusiya qaydasında əmlakın ilkin mülkiyyətçisinə qaytarılması hüquqi nəticəsini doğurmur. Qeyd edilməlidir ki, mülkiyyət hüququna dair reyestrdəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir («S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülkiişlər uzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi).Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mübahisələndirilən bütün müqavilələr, o cümlədən onunla bağlanan xx.xx.2019-cu il tarixli müqavilə üzrə sənədlər notariat ofisindən alınaraq məhkəməyə təqdim edilmiş, məhkəmədə tədqiq edilmiş və bu zaman əqdlərin bağlanması zamanı, yəni alqı-satqı prosedurunda pozuntuların olması aşkar edilməmişdir. «Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla dacavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Həmin maddəyə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəfindən məhkəməyə mötəbər və təkzibedilməz sübutlar təqdim edilməmişdir. Məhkəmə öz qərarında yalnız iddiaçının sözlərinə və qiymətləndirmə rəyinə əsaslanmışdır. Halbuki, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı və mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi mülki hüququn başlıca prinsiplərindəndir. (Mülki Məcəllə maddə 6.1.2, 6.1.3, 6.15). İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Mübahisələndirilən bütün müqavilələr, o cümlədən onunla bağlanan xx.xx.2019-cu il tarixli müqavilə üzrə sənədlər notariat ofisindən alınaraq məkəməyə təqdim edilmiş, məhkəmədə tədqiq edilmiş və bu zaman əqdlərin bağlanması zamanı, yəni alqı-satqı prosedurunda pozuntuların olması aşkar edilməmişdir. Ona görə də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 6065/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi iddianın təmin edilməməsi xahiş olunur. Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh4 və Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikatələrini müdafiə edib, izahatında göstəmişdir ki, birinci instansiya məhkəməsində ciddi prosessual pozuntular baş vermişdir. Məhkəmədə proses getdiyi halda cavabdeh olaraq onlara məlumat verilməmişdir. O, cavabdeh Kamranın xəbəri olanda 27 noyabr tarixində müqavilə bağlamışdır. Belə ki, Arifə Sabir zəng edib bildirib ki, kimsə onu məhkəməyə verib, sonra o da Kamrana zəng vurub deyir ki, torpaqla bağlı onu məhkəməyə veriblər. Kamran həmin vaxt cavabdeh deyildi. Kamranla müqavilə bağlayıb order götürmüş, Arif ona maraqlarının üst-üstə düşdüyünü dediyinə görə onunla da müqavilə bağlamasını demişdir. İddia ərizəsi ilə tanış olarkən yalnız Arifin cavabdeh olmasını görmüş, mübahisələndirilən Sabirlə bağlanmış 2019-cu il 4 yanvar tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi olmuşdur. O, Kamrana qarşı tələbin olması sualını verdikdən sonra iddiaçı tərəf “bizə vaxt verin, biz dəqiqləşdirmə verərik” demişdir. O, buna etiraz etmişdir. Məhkəmə isə sorğuya cavabların yeni daxil olmasını bildirmişdir. Halbuki, elektron kabinetdən aydın olur ki, cavablar 22 noyabrda daxil olmuş, dekabr ayının 4-də olan məhkəmə iclasında onların artıq xəbəri var idi. Həmin vaxt dəqiqləşməni vermədilər. İclasın başlamasına yarım saat qalmış ərizə yazıb dəftərxanaya verilib və elektron kabinetə əlavə edilib. Tələbdə dəqiqləşmə olubsa heç olmazsa 20 gün ona vaxt verilməli idi ki, o, Kamrana qarşı olan tələblə tanış olsun. Hesab edir ki, bunlar ciddi prosessual pozuntulardır. İddiaçı əmlakın 2019-cu ilin may ayında satılmasını bilib. Diaqnostika mərkəzinin arayışı da var ki, 30 oktyabrdan 11 noyabra kimi iddiaçı 10 gün müddətində müalicə olunub. Həmin 10 gün ərzində iddiaçı Arifin evində qalıb müalicə olunub. Çünki iddiaçı Arifin qaynıdır – həyat yoldaşının qardaşıdır. Yəni, Arifin evində müalicə aldığı müddətdə iddiaçı artıq bilirdi ki, bu əmlak 2019-cu ilin mayında satılıb. 2024-cü ildə bu məlumatla Şamaxıda notariat ofisinə gedir, torpağın alqı-satqı müqaviləsini alıb məhkəməyə müraciət edir. Hər iki iddia ərizəsində yazır ki, 2024-cü ilin aprel ayında ona məlum olub ki, 2019-cu ilin yanvarında bu torpaq başqasına satılıb. Halbuki, torpaq 2024-cü ilin aprelində artıq Kamrana satılmışdı. Əgər kənardan məlumat almışdısa, ona Kamranın adını deməli idilər. Məhkəmənin gedişatında məlum olub ki, torpağın artıq başqa mülkiyyətçisi var, o, Cavabdeh4dur. Kamran ümumiyyətlə kənar adamdır. Kamran torpağı faktiki sahibliyinə götürüb. Orda tikinti işləri və təsərrüfat işləri aparıb. Kamran Arifə deyir ki, get kiminlə nə problemin varsa həll et. Kamran deyir ki, o, notariusa getmiş, notarius bütün sənədlərə baxıb müəyyən edib ki, hər şey qanunidir, pozuntu yoxdur. Qüvvədə olan etibarnamədir, alqı-satqını edib, torpağı götürüb. Birinci müqavilə ilə ikinci müqavilə arasında 2 il 11 ay fərq var. Kamran deyir ki, bu torpaq 3 ildir ondadır, 3 ildə birinci dəfədir ona müraciət olunub. Kamranın Arifin öz qohumu ilə torpaq mübahisəsi olmasından xəbəri olmayıb. Ona görə ki, o vaxtı heç torpaq mübahisəsi olmayıb. Torpaqla bağlı müqavilə bağlanan dövrdə mübahisə olmayıb ki, Kamranın da ondan xəbəri olsun. O, Arifin vəkili olaraq qətnamənin onunda maraqlarına toxunmasını, müqavilə etibarsız hesab edilərsə aldığı məbləğin qaytarmalı olmasının ona deyilə biləcəyini bildirmiş, ona görə də Arif də qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixinə təyin edilən iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, 4 ay davam edən məhkəmə iclaslarından, iş üzrə aparılan qiymətləndirmədən onun xəbəri olmamışdır. Sabiri məhkəməyə çağırdıqdan sonra Sabir ona zəng edib torpaqla bağlı məkəməyə çağırılmasını demişdir. O, torpağı 1995-1996-cı illərdə almışdır. Həmin vaxt Şamaxıda bələdiyyə olmamışdır. Torpağın təyinatı kənd təsərrüfatı torpağıdır. Torpaqda tikili inşa etməyib, torpaq hasara alınıb. Polis əməkdaşı olduğu üçün öz adına sənədləşmə apara bilməmiş, o vaxt torpağı qaynanasının adına almışdır. Torpaq həmişə onun istifadəsində olmuş, Mahirin heç torpağın yerindən xəbəri də olmamışdır. Bələdiyyələr yaradılandan sonra o, sərəncam alıb torpağı özəlləşdirmişdir. Sənədləşməyə görə 3.000 manat pul keçirmişdir. Həmin vaxt torpağın yarısını o, Moskvada yaşayan dostuna vermişdir. İddiaçı bunu da bilmir və onun torpaqdan heç xəbəri də yoxdur. İndi iddiaçı torpağın qiymətləndirilməsini keçirib, torpağa 350.000 manat qiymət qoyulub. O, 15 il ərzində iki hektar torpağı sata bilməmişdir. Ona görə Sabirə ona torpağa görə 10.000 manat verməsini demişdir. Sonra torpağı sata bilmədiklərindən, Sabir pulunun qaytarılmasını tələb etdiyindən, o, Kamrana torpağı sata bilmədiyini, Sabirin pulunu vermək üçün satmasını demişdir. Torpaq dərə-təpəli, malqara otlağıdır. Bu müddət ərzində o, torpaqda dağ-dərə olduğundan təsərrüfat işi ilə məşğul olmamışdır. İndi Kamranın nə işlə məşğul olmasını bilmir. Onun nikahı 2020-ci ildə pozulmuş, iddiaçı 2019-cu ildə ürəyindən açıq əməliyyat olunmuş, həmin vaxt əməliyyət pulu olan 15.000 manatı xəstəxanaya o, keçirmişdir. Həmin vaxt o, bilmirdi ki, Mahir onu məkəməyə verəcəkdir. Torpaq satılarkən hamı, eləcə də onun yoldaşı bilmişdir. Birinci dəfə torpağı satarkən aldığı 10.000 manatın üstünə 5.000 manat da əlavə edib, iddiaçıya vermişdir. O, torpağı Sabirə satmış, sonra Sabir “torpaq mənə lazım deyil, gəl torpağını götür, mənim pulumu qaytar” demişdir. Sata bilsəydi o, torpağı 15.000-20.000 manata satıb Sabirin pulunu verər, özünə də nəisə qalardı. Sabirlə onun əvvəllər tanışlığı olmuşdur. Mahirin ona hansı müddətə etibarnamə verməsinin fərqi yoxdur. Etibarnamədə hansı səlahiyyətlərin verilməsi qeyd olunub. Qaynanasının iştirakı ilə o, torpağın bir hissəsini satmış, daha doğrusu hədiyyə vermişdir. Mahir torpaq satılarkən xəstə vəziyyətdə onun evində yaşayırdı. Sabir torpağı sata bilmədiyindən ona qaytarmışdır. Bundan sonra o, vasitəçilərə Sabirin torpağı satmasını demiş, Sabirdən torpağı satmaq üçün etibarnamə almışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi (vəkili) Vəkil3 apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, MM-in 354.1-ci maddəsi ilə kəsici müddət var. Tərəf iddia edir ki, 10 il Rusiyada yaşayıb, şikayətdə də qeyd etmişik ki, konkret olaraq həmin müddətlərdə iddiaçının Rusiyada olması öz təsdiqini tapmır. Digər tərəfdən, iddia edir ki, xəstə olmuşdur, xəbəri olmayıb, lakin birinci əqd 2019-cu ilin yanvar ayında bağlanmış, təqdim etdikləri sübutlardan isə xəstəlik dövrü 2019-cu ilin noyabrına aiddir, yəni tamamilə başqa bir dövrə təsadüf edir. Təmsil etdiyi şəxs vicdanlı alıcıdır. Məhkəmənin əsas dəlili qiymətlə bağlıdır, torpaq sahəsi Bakı şəhərinin mərkəzində yerləşsəydi şübhə yaranardı, torpaq kənd təsərrüfatı torpağıdır. Sahəsinin böyük olmasına baxmayaraq, bu gün ona heç 50.000 manat da versələr alan olmayacaq. Şəkillərini də təqdim edə bilər, elə bil ki, dağdan düşən bir yerdir, düz yer deyil, yəni oranın o qiymətə alınması mümkün deyildir. Sahəsi 2 hektardan çoxdur. İddiaçı nə üçün 5 il ərzində torpaq ilə maraqlanmayıb, hasarı da onun təmsil etdiyi şəxs çəkib torpağa. İddiaçının verdiyi etibarnamə qüvvədə olub, etibarnamənin hansı şərtlərlə verilməsi, qüvvədə olması notarius tərəfindən də təsdiq olunub. Çıxarış digər cavabdehin adına olub, ondan alınan etibarnamə əsasında müəyyən hərəkətlər edilib. Bir alıcının müqavilə bağlayarkən baxdığı iki hal var çıxarışın olması, əmlak üzərində həbsin olubolmaması. Ucuz satılır əla. Hansı qiymətə alması alıcının öz işidir. Heç kim deyə bilməz ki, niyə 10.000 manata aldın torpağı. Alıb, hüququdur. Bu etibarsızlıq üçün əsas deyil. Qiymətləndiriciyə qalanda isə saytlara baxmaq olar. Bəlkə də, 550.000 manat da qiymət qoyula bilər. Bu o demək deyildir ki, real alqı-satqı qiymətidir. Onun təmsil etdiyi şəxs vicdanlı alıcıdır. Qarşı tərəfin qiymətdən başqa əsas arqumenti etibarnamədir. Arif də bununla bağlı izah verdi. Sabir pulunu istəyib deyib torpağı istəmir. Arif məcbur olub, Kamranı tapıb, alqı-satqı edib. Kamranın tərəflər arasında qohumluğun olmasından, etibarnamə olmasından, birinci alqı-satqının olmasından xəbəri olmayıb. Əslində xəbəri olsaydı nə olacaqdı. Qüvvədə olan etibarnamə olub, heç bir etibarsızlıq da olmayıb indiyə kimi. Kamrana münasibətdə iddia əsassızdır. İddiaçı birinci alqı-satqını bilirdi. Cəmisi 10 gün iddiaçı müalicədə olub. Qalan 3-5 ay ərzində evində olub. İddiaçının 350.000 manat dəyərində torpağı olubsa niyə maraqlanmırdı torpağı ilə. Kamran ümumi tanışları vasitəsilə torpaq barədə məlumat alıb və Ariflə tanış olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətləri ilə razılaşmayaraq izahatında göstərmişdir ki, apellyasiya şikayəti ümumiyyətlə absurddur. İddiaçı bacısının həyat yoldaşı olan Cavabdeh1 2009-cu ildə 10 illik etibarnamə verib. Bu dövrdə iddiaçı tədqim olunan əmək kitabçasına əsasən, Rusiya Federasiyasında neft-qaz sahəsində çalışıb. 2018-2019-cu illərdə Ariflə yoldaşının münasibətləri pisləşib, nikahları pozulub. Həmin ərəfədə etibarnamənin müddətinin bitməsinə çox az qalmış Arif 14 saylı Şamaxı Ərazi İdarəsindən çıxarış nüsxəsini əldə edir, hansı ki, çıxarışın əsli iddiaçıda olub, Cavabdeh2 iddiaçının adından 10.000 manata satır. Əgər iddiaçı buna razı idisə, niyə Arif 10.000 manatı iddiaçıya verməyib? X20 Sabirdən 10 illik etibarnamə əldə edib və 10.000 manat da eyni qaydada torpağı Cavabdeh4 satıb. Onlar Şamaxı Ərazi İdarəsinə müraciət edərkən torpaqla bağlı heç Cavabdeh4 adı çıxmırdı, məhkəmənin 3-4 dəfə təkidindən sonra real mülkiyyətçinin adını alınması mümkün oldu. Reyestrdən məlumatları aldıqdan sonra torpağın Cavabdeh4 da satılmasını bilmişlər. Hesab edirlər ki, əqdlərin hamısı etibarsızdır və apellyasiya şikayətləri də absurddur, təmin ediləsi heç nə yoxdur. Torpağı iddiaçı vərəsəlik yolu ilə əldə edib, etibarnamə torpaq sahəsinə baxılması üçün verilib, məqsəd torpağın satılması olsa idi, etibarnamə verilən birinci ildə, ikinci ildə satılardı. Arif keçmiş polis əməkdaşı olduğu üçün, iddiaçı ölkədə olmadığı üçün hüquqi işləri Arif həll edirdi. Torpaq sahəsinin zəbt olunması ilə bağlı Arif iddiaçının adından Şamağı Məhkəməsində iddia da qaldırıb. o həll edirdi. Vəkil həm Kamranı vicdanlı alıcı hesab edir, həm də Arifi müdafiə edir. Gələcəkdə pul tələbində bu məsələ necə olacaq? Məsələ burasındadır ki, 2009-cu ildə etibarnamə verilib, 2019-cu ildə etibarnamə müddətinin bitməsinə üç ay qalmış Arif torpağı satır. Birinci alıcı da Sabirdir. Üstündən müddət keçir eyni qayda da 10 illik etibarnamə ilə eyni qiymətə torpağı Kamrana satır. Burda Cavabdeh1lə Sabir arasında əlaqə olması tamamilə açıq-aşkar görünür. Çünki 10 illik etibarnamə verilib. İki apellyasiya şikayətini də bir vəkil verib. Özünün də dediyinə görə faktiki torpaq sahibi Cavabdeh1dir. Bu torpağı Arif öz adına öz xeyrinə rəsmiləşdirmək istəyib. Bütün proseduru da qurub. 10.000 manat pulu da iddiaçıya verməyib ki, iddiaçı bilməsin ki, həqiqətən alqı-satqı olub. Onlar 410.000 manat torpağı qiymətləndirmiş, məhkəmənin sorğusu ilə torpaq 360.000 manata qiymətləndirilib. 360.000 manatlıq torpaq sahibi bu gün bu tribunanı dağıdardı. Arif faktiki olaraq torpağı öz xeyrinə özgəninkiləşdirmək istəyib. Başqa-başqa adamları araya qoymaq şərti ilə. Necə olub ki, 350.000 manatlıq torpaq sahəsi 10.000 manata təklif olunub, şübhələnməyiblər? 2 hektar Şamaxının ən gözəl yerində olan torpaq sahəsidir. Cavabdeh1 torpaq barəsində özünə məxsus torpaq kimi davranır. Torpağı 1995-ci ildə öz puluna qaynanasının adına aldığını deyir. İddiaçıya vərəsəliklə keçən torpaqla bağlı özününki kimi davranır. Mexanizmlər quraraq torpağı Arif öz xeyrinə özgəninkiləşdirib. Konstitusiya Məhkəməsinin qərarına əsasən sübutetmə yükü vicdanlı əldə edənin üzərinə düşür. O, qarşı tərəfin vicdanlı olmaması ilə bağlı dəlillər irəli sürmüşdür. Konstitusiya Məhkəməsinin 2018-ci il tarixli qərarına əsasən sübutetmə yükü onların üzərinə düşür. Kamranın da, Cavabdeh1 də vəkili eyni şəxsdir. Kamran Arifin tanışıdır, bunu gizlədirlər. Onlar bununla bağlı prokurorluğa müraciət edəcəklər. Necə olur 22 noyabrda Cavabdeh1 etibarnamə verir, 2 gün sonra Cavabdeh4 etibarnamə verir? Əgər onların tanışlığı yox idisə, onlar ziddiyətli şəxslərdisə iki gün fərqlə etibarnamə verirlər? Torpağın heç ümumiyyətlə darvazası yoxdur, rahat keçmək olur. Qonşuluqda təsərrüfat tikilisi var, özünün heç bir tikilisi yoxdur. Apellyasiya şikayətində yazıblar ki, 3 ildir orda yaxşılaşdırma aparıblar, heç bir şey yoxdur, boş torpaq sahəsidir. Nümayəndələr torpağı təsvir edə bilmədilər, torpaq harada yerləşir izah edə bilmədilər. Heç birinin bundan xəbəri yoxdur. Bu şəxslərin cinayətkar birlik olması ilə bağlı məhkəmənin müşavirə otağında xüsusi qərardad çıxarıb-çıxarmaması onun daxili məsələsidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətləri ilə razılaşmayaraq nümayəndəsinin (vəkilinin) izahatını təsdiq edib, əlavə olaraq izahatında göstərmişdir ki, o, Arifin yox, bacısının evində müalicə almışdır. Arif 2017-ci ildən evindən çıxıb getmiş, cavan qadınla yaşamışdır. Arif onun bacısı ilə faktiki olaraq 2017-ci ildən ayrılmışdır. O, açıq ürək əməliyyatı keçirdiyindən yalnız iki ildən sonra özünə gələ bilmişdir. O, torpaq barəsində soruşarkən Arif ona narahat olmamasını, hər şeyin qaydasında olmasını, ferma açacaqlarını, qazanacaqlarını deyirdi. O, da əlil olduğundan həmin sahədən ayda 200-300 manat gəlirinin olacağını fikirləşmişdir. Lakin son vaxtlar münasibətlərinin pozulmasını, Arifin onun telefon zənglərinə cavab vermədiyini görüb şübhələnməyə başlamışdır. “ASAN” xidmətindən torpağın satılmasını bilmişdir. Ona alqısatqıdan əldə olunan pul vəsaitindən heç nə verilməmiş, əməliyyat pulunu özü ödəmişdir. O, 2010-cu ildən 2022-ci ilə kimi Rusiya Federasiyasında işləmiş, 2022-ci ildən daimi olaraq Azərbaycanda yaşayır. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Bakı şəhəri 6 saylı notariat ofisinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə rəsmi qaydada məlumat verilmiş, lakin cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh Bakı şəhəri 6 saylı notariat ofisinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 14.3. Dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Maddə 139.2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 140. Reyestrin məzmununun qeyri dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdınlmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində. S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarı: Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Konstitusiya Məhkəməsinin Plenumu xüsusi qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia tam təmin edildiyindən və qətnamə apellyasiya şikayətlərinə əsasən cavabdehlər tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6065/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi qismən, “ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsinə dair Bakı şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən 4Ə-522 reyestr nömrəsi ilə təsdiq edilmiş Cavabdeh2 (əvəzinə Cavabdeh1) ilə Cavabdeh4 arasında 15 dekabr 2021-ci il tarixdə bağlanmış "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsi üzərində Cavabdeh4 adına aparılmış qeydin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın ləğv olunması, ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun bərpa edilməsinə dair iddia tələblərinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbləri bu hissədə rədd edilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələblərini Cavabdeh4 qarşı olan hissədə təmin edərkən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki hallarını aydınlaşdırmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdır. Kollegiya qeyd edir ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Məhkəmələr əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Mülki Məcəllənin alğı-satqı haqqında müddəalarına əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra qiymətini ödəməlidir. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər (Mülki Məcəllənin 568.1, 598.1 və 598.3-cü maddələri). Nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllənin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Hazırkı mülki iş üzrə tədqiq olunan sübutlardan müəyyən olunur ki, İddiaçı 07 may 2009-cu il tarixdə, Cavabdeh1 (hazırda bacısının keçmiş ərinə) bütün əmlakını idarə etmək və üzərində sərəncam vermək səlahiyyətlərini də əhatə edən etibarnamə vermiş, etibarnamənin müddəti 07 may 2019-cu il tarixədək müəyyən edilmişdir. Həmin etibarnaməyə əsasən, Cavabdeh1 İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 2.2032 ha torpaq sahəsini 04 yanvar 2019-cu il tarixdə Şamaxı rayon notariat ofisində təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 10.000 manata satmışdır. Daha sonra Cavabdeh2 Cavabdeh1 28 sentyabr 2019-cu il tarixdə verdiyi etibarnamə əsasında həmin torpaq sahəsi Bakı şəhəri 5 saylı notariat ofisində 15 dekabr 2021-ci il tarixdə təsdiq olunan alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 10.000 manata satmışdır. Kollegiya qeyd edir ki, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. MM-in 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı MM-in 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. MM-in 362.2-ci maddəsinə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. MM-in 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Kollegiya qeyd edir ki, ilk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnaməni verməsinin hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsinin olmasıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, bu zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Mülki iş üzrə tədqiq olunan sübutlardan müəyyən olunur ki, mülkiyyətində olan torpaq sahəsinə dair sərəncam verilərkən iddiaçının iradə ifadəsi mövcud olmamışdır. Belə ki, Cavabdeh1 İddiaçı tərəfindən verilən etibarnamədə torpaq sahəsi üzərində sərəncam verilməsinə yönələn iradə ifadəsi, yəni konkret subyektə münasibətdə konkret şərtlərlə hansı əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmamışdır. Belə olan halda Cavabdeh1 mülkiyyətçinin ona torpağı satmağı tapşırmasını sübut etmək vəzifəsi yaranır. Cavabdeh1 isə etirazında istinad etdiyi bu halı sübuta yetirə bilmir. Tədqiq olunan sübutlardan, Cavabdeh1 məhkəmə iclasında verdiyi öz izahatından isə müəyyən olunur ki, cavabdeh torpaq sahəsinin ümumiyyətlə iddiaçıya deyil, özünə məxsus olmasını iddia edir. Göründüyü kimi iddiaçı ilə qohumluq münasibətləri gərginləşdiyi ərəfədə, verildiyi tarixdən 10 ilə yaxın vaxt keçdikdən sonra torpaq sahəsinə dair ona verilən etibarnamə əsasında iddiaçının mülkiyyətində olan torpaq sahəsini ona demədən, özünün müəyyən etdiyi qiymətə satarkən Cavabdeh1 təmsil olunanın marağını deyil, özünün marağını təmin etmişdir. Bağmayaraq ki, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Daha sonra iddiaçı cavabdehə torpaq sahəsinə dair konkret şərtlərlə alqı-satqı müqaviləsi bağlamağı tapşırsaydı bu barədə öz iradə ifadəsini etibarnaməsində əks edərdi. Ona görə də kollegiya Şamaxı rayon notariat ofisinin xüsusi notariusu X12 tərəfindən 4Ə-4 reyestr nömrəsi ilə təsdiq edilmiş satıcı İddiaçı (əvəzinə Cavabdeh1) ilə alıcı Cavabdeh2 arasında bağlanmış 04 yanvar 2019-cu il tarixli Daşınmaz əmlakın alqısatqı müqaviləsinin əqd bağlanarkən satıcının iradə ifadəsinin olmaması səbəbindən etibarsız olmasına dair gəldiyi nəticə ilə razılaşır və cavabdehlərin apellyasiya şikayətlərinin bu əqdlə bağlı hissədə dəlillərini əsassız hesab edir. Kollegiya İddiaçı Cavabdeh4 qarşı iddia tələbləri və cavabdehlərin bu tələblər üzrə apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə uyğun olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülki qanunvericiliyin əsas məqsədi mülki dövriyyə azadlığını təmin etməkdir. Daşınmaz əşyalar isə öz iqtisadi dəyərləri baxımından mülki dövriyyədə çox böyük əhəmiyyət və funksiyaya malikdir. Odur ki, mülki dövriyyənin inkişafında daşınmaz əşyalarla bağlı əşya hüquqlarının mövcudluğu, mahiyyəti və mənsubiyyəti baxımından hüquqi etimadın təmin olunması olduqca zəruridir. Daşınmaz əşyalar üzərində əşya hüquqlarının şəffaflığı daşınmaz əşyaların dövlət reyestrindəki qeydiyyatla təmin edilir. Belə ki, daşınmaz əşya üzərində əşya hüquqlarının qeydiyyatını dövlət özü aparır və qəbul etdiyi qanunlar vasitəsilə də şəxsləri özünün apardığı bu qeydiyyata görə hərəkət etməyə vadar və məcbur edir. Bu səbəbdən də mülki hüquq subyektləri dövlət tərəfindən aparılan bu qeydiyyata arxayın olaraq daşınmaz əşya ilə bağlı əşya hüquqlarını əldə etdiklərini güman etməkdə tam haqlı hesab olunurlar. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı). Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Həmin Məcəllənin 182.1-ci maddəsinə görə isə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Hazırkı mülki iş üzrə tədqiq olunan sübutlarla Cavabdeh4 vicdanlı alıcı qismində qəbul edilməsini istisna edən hallar müəyyən olunmamışdır. İddiaçı Cavabdeh4 torpaq sahəsinin real dəyərindən ucuz qiymətə aldığı üçün vicdanlı alıcı olmadığına dair dəlili ilə bağlı kollegiya qeyd edir ki, mülki qanunvericiliyə əsasən, satıcının satış qiymətini özü üçün müəyyənləşdirmək azadlığı vardır. İddiaçı isə ona vurulan ziyanı, ziyan vuran şəxsdən tələb etmək hüququna malikdir. Sonuncu əqd bağlanarkən Cavabdeh1 Cavabdeh4 təmsil etməsi halı da, Cavabdeh4 vicdanlı alıcı olaraq qəbul edilməsinə maneələr yaratmır. Belə ki, Cavabdeh1 izahatı ilə müəyyən olunmuşdur ki, Cavabdeh2 aldığı torpağı qaytarmaq istəmiş, ona görə sonuncunun verdiyi etibarnamə əsasında torpaq sahəsi cavabdeh İsmayılov X3 Cavabdeh1 satıcını təmsil etmişdir. İstinad olunanlara əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh4 qarşı iddia tələbləri təmin edilərkən reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası nəzərə alınmamış, tərəflər arasında olan mübahisə vicdanlı sahiblik, əqdlərin etibarsızlığı ilə bağlı mülki qanunvericilikdə müəyyən edilmiş yuxarıda göstərilən müddəaların məzmununa və legitim məqsədinə uyğun həll edilməmiş, nəticədə Cavabdeh4 daşınmaz əmlaka qanuni əsaslarla yaranmış mülkiyyət hüquqları pozulmuşdur. İşə baxılarkən proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətləri aşkar olunmadığından Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin (vəkilinin) izahatında qeyd olunan faktları xüsusi qərardad qəbul edilməsi üçün əsas olaraq qəbul etmir. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil edilmədiyindən kollegiya Cavabdeh4 nümayəndəsi (vəkili) Vəkil3 izahatında qeyd etdiyi hazırkı mübahisəyə MM-in 354.1-ci maddəsi ilə müəyyən edilən müddətin təbiq edilməli olmasına dair fikri ilə razılaşmır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6065/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi qismən, “ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsinə dair Bakı şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən 4Ə-522 reyestr nömrəsi ilə təsdiq edilmiş Cavabdeh2 (əvəzinə Cavabdeh1) ilə Cavabdeh4 arasında 15 dekabr 2021ci il tarixdə bağlanmış "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsi üzərində Cavabdeh4 adına aparılmış qeydin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın ləğv olunması, ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun bərpa edilməsinə dair iddia tələblərinin təmin edilən hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbləri bu hissədə rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehlərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2550/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2550/2025
17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver