Məhkəmə qərarları › İş №2(103)-2552/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2552/2023

14.04.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2552/2023 14.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc verilmiş pulun qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçı tərəfindən cavabdehə borc verilmiş 10.000 manat cavabdehdən alınaraq iddiaçıya qaytarılsın. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, 10.000 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul olunsun. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, cavabdeh iddiaçıdan 10.000 manat borc alsa da həmin pulun1.000 manatını geri qaytarıb, lakin birinici instansiya məhkəməsi bunu nəzərə almayıb. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikaytinin əsassız olduğunu bilirdi. Cavbdeh Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Müəyyən olunur ki, iddiaçı cavabdehə 10.000 manat borc verib. Belə ki, tərəflərin arasında xx.xx.2022-ci ildə notariat qaydasında kredit müqaviləsi bağlanıb. Müqavilədən görünür ki, iddiaçı 10.000 manat pulu cavabdehə borc verir, cavabdeh isə həmin pulu 4 ay ərzində, yəni xx.xx.2022-ci ilədək qaytarmağı öhdəsinə götürür. Cavabdeh həmin pulu iddiaçıdan aldığını etiraf edib. O, birinci instansiya məhkəməsində keçirilən iclasda bildirib ki, iddianı etiraf edir (iş v. 25, protokol). Bundan başqa, apellyasiya şikayətində cavabdeh yazılı şəkildə etiraf edib ki, həmin pulu iddiaçıdan alıb. Müəyyən olunur ki, cavabdeh aldığı pulu geri qaytarmayıb. Belə ki, pulun qaytarıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh 1.000 manatı geri qaytardığını bildirsə də, bu barədə sübut təqdim etməyib. İddiaçı isə 1.000 manatın qaytarılmadığını bildirir. Beləliklə, məhkəmə Mülki Məcəllənin 425, 427, 439 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar