Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2556/2022 28.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Sarıyev Xəyal Əjdər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Suraxanı Rayon Məhkəməsinin 2(010)-4862/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 37 saylı notariat ofisinə qarşı “vərəsəlik hüququndan məhrum etmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh1 mərhum X6 miras qalmış əmlakın – Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2138 nömrəli, 0.0936 ha torpaq sahəsində yerləşən bağ evinin X9 düşən 1/2 hissəsinə vərəsəlik hüququndan məhrum edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-4862/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı olmadığını, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı mövqeyini onunla əsaslandırmışdır ki, atası və cavabdeh heç vaxt birlikdə yaşamayıblar, xəstə atalarına vəfat edənə kimi onlar baxıb, həmçinin atası cavabdehlə boşanması barədə Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi qəbul edildikən sonra 06 oktyabr 2018-ci il tarixdə vəfat etmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Sumqayıt Şəhər Məhkəməsinin 14.03.2018-ci il tarixli, 2(060)-1240/2018 saylı qətnaməsinin surətindən görünür ki, X16 və X3 arasında 04.06.2011-ci il tarixli, 722 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29.10.2015-ci il tarixli, 2(010)-6054/2015 saylı qətnaməsinin surətindən görünür ki, 15.04.1956-cı ildə Saatlı şəhərində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 28.02.2019-cu il tarixli, 2(105)-1290/2019 saylı qərardadının surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 14.03.2018-ci il tarixli, 2(060)-1240/2018 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 14.03.2018-ci il tarixli, 2(060)- 1240/2018 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı X8 qəyyumu X5 Cavabdeh1 qarşı nikahın pozulması tələbinə dair mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 02.12.2016-cı il tarixli, 2(103)-6390/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar X10 və X11 birgə verdikləri apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27.05.2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar X10 və X11 cavabdehlər Cavabdeh1, X7 və Bakı şəhəri 30 saylı notariat kontoruna qarşı “əqdin etibarsız hesab edilməsi və sair tələblər barədə” iddiası qismən təmin edilmiş, X8 18.03.2014-cü il tarixdə Cavabdeh1 verdiyi və Bakı şəhəri 30-cu notariat kontoru tərəfindən təsdiq edilərək reyestrdə 7E-4906 nömrə ilə qeyd edilmiş etibarnamənin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri, Novxanı bağı massivində yerləşən 2138 nömrəli bağ evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən X2 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, X8 18.03.2014-cü il tarixdə Cavabdeh1 verdiyi etibarnamə etibarsız hesab edildiyindən X8 mülkiyyətində olan və Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 2138 nömrəli bağ evinin cavabdeh X4 bağışlanmasına dair Sumqayıt “ASAN xidmət” notariat kontorunda təsdiq edilmiş, reyestrdə 4Ə-1796 nömrə ilə qeyd edilmiş, 13.05.2014-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumlarının Cavabdeh1 aid edilməsi, bu məqsədlə ondan 15 manat məbləğində pulun tutularaq iddiaçılar X10 və X13 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sistemdən çıxarışdan görünür ki, İddiaçı ikinci dərəcəli əlildir. Ona “irsi retinal distrofiyalar, pqmentli tapeto-distrofiya. Şüşəyəbənzər cismin digər bulanmaları. Göz dibi gsd-solgün, hüdudları aydındır, tor qişada piqment ocaqları qeyd olunur. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiançının şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatını dinləyib və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. X1 qəyyumu X10 hələ mərhum atasının sağlığında X8 Cavabdeh1 ilə olan nikahının pozulması tələbi ilə məhkəməyə müraciət etmiş, tərəflər arasında olan nikah məhkəmə qətnaməsi əsasında pozulmuş, lakin bundan bir neçə ay sonra X14 öldüyündən Cavabdeh1 apellyasiya şikayəti əsasında işə baxan apellyasiya instansiyası məhkəməsi qətnaməni ləğv edərək, iş üzrə icraata xitam vermişdir. Bu səbəbdən X8 Cavabdeh1 ilə olan nikahının pozulmasına dair məhkəmə qətnaməsi qanuni qüvvəsini almamış, X14 öldüyü vaxt Cavabdeh1 onun arvadı statusunda olmuş, onlar arasında olan nikaha yalnız X8 ölümü ilə xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 01.05.2019-cu il tarixli Qərarında qeyd olunur ki, “Ərin (arvadın) nikahın pozulmasına dair iddia ilə məhkəməyə müraciət etməsindən sonra ölməsi ilə əlaqədar qeyd edilməlidir ki, tərəflərdən birinin şəxsi iştirakı olmadan icranın mümkünsüz olduğu, eləcə də şəxsi xarakter daşıyan və ölən tərəfin şəxsiyyəti ilə bilavasitə əlaqədar olan hüquq münasibətlərində prosessual hüquq varisliyinə yol verilmir. Bu cür hallarda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə uyğun olaraq, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən hakim iş üzrə icraata xitam verir. İş üzrə icraata xitam verilməsi isə işin mahiyyəti üzrə qətnamə çıxarılmadan başa çatdırılması üsullarından biridir. Beləliklə, məhkəmədə nikahın pozulmasına dair iddia qaldırmış şəxsin məhkəmə qətnaməsi qanuni qüvvəyə minmədən ölməsi iş üzrə icraata xitam verilməsinə səbəb olur, bu isə nikahın pozulması haqda məhkəmə qərarının qanuni qüvvəyə minməməsi və tərəflərin ər-arvad statusunun ləğv edilməməsi, eləcə də onların bu statusdan irəli gələn hüquq və vəzifələrinin davam etməsi ilə nəticələnir. Ərin (arvadın) miras qoyanın vərəsəsi olmaq hüququndan məhrum edilməsi barədə iddia ilə məhkəməyə Mülki Məcəllənin 1159-cu maddəsində müəyyən edilmiş növbəliliyə uyğun olaraq ölən şəxsin vərəsələri müraciət edə bilərlər. Mülki Məcəllənin 1164-cü maddəsinə əsasən, əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktiki xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Miras qoyan X14 06.10.2018-ci il tarixdə ölmüşdür. Bu normanın tətbiqi üçün isə azı 3 il əvvəldən mərhumla cavabdehin ayrı yaşadığı, nikaha faktiki xitam verilməsi sübut olunmalıdır. Ancaq iddiaçı tərəfindən məhkəməyə bunu təsdiq edəcək mötəbər sübutlar daxil edilməmişdir. Mülki iş materialların əlavə edilmiş məhkəmə qətnamələrindən görünür ki, tərəflər arasında müəyyən mübahisələr olmuşdur. Həmin məhkəmə qətnamələrində də Cavabdeh1 mərhum X14 ilə olan ailə münasibətlərinə xitam verildiyinə istinad edilməmişdir. Əksinə, iş materiallarından görünür ki, mərhum X14 hələ ölümündən üç il qabaq – 2015-ci ildə məhkəmə qətnaməsi əsasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş, 2016-cı ildə üzərində qəyyum təyin edilmişdir. Buna baxmayaraq, X8 adından qəyyumu tərəfindən onun Cavabdeh1 ilə olan nikahının pozulması tələbinə dair iddia ilə məhkəməyə 2018-ci il tarixdə müraciət edilmiş, həmin iddia ərizəsində də tərəflərin hansısa müddətdə faktiki ayrı yaşadıqlarına istinad edilməmiş, məhkəmə araşdırması nəticəsində də belə bir hal müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, Cavabdeh1 mərhum əri X6 miras qalmış əmlaka vərəsəlik hüququndan məhrum edilməsinə səbəb ola biləcək hər hansı əsas (cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsinə əsas verəcək, yaxud cavabdehin mərhumla olan faktiki ailə münasibətlərinə onun ölümündən üç il əvvəl faktiki xitam verildiyi nəticəsinə gəlməyə imkan verəcək hansısa əsas) olmadığından apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. MPM-nin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 , 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Suraxanı Rayon Məhkəməsinin 2(010)-4862/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Xəyal Sarıyev Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-2556/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2556/2022
28.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver