Məhkəmə qərarları › İş №2(103)-2557/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2557/2021

09.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2557/2021 09.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “etibarnamənin etibarsız hesab edilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qətnamədən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Məhkəmə) icraatında İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “etibarnamənin etibarsız hesab edilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qətnamədən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə əsasən iş vardır (İş № 2(103)-2557/2021. Sədrlik edən: hakim Məmmədov Məmməd Allahverdi oğlu). İşə apellyasiya baxışında baxılan zaman müəyyən edilmişdir ki, (hazırki iş üzrə iddiaçı) İddiaçı (hazırki iş üzrə cavabdeh) Cavabdeh1 və (hazırki iş üzrə cavabdeh olmayan) Bakı Şəhəri 50 saylı Notariat Kontoruna qarşı “alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən digər mülki iş vardır (İş № 2(103)-6213/2020. Sədrlik edən: hakim X1). Həmin mülki iş üzrə icraat 14.010.2020-ci il tarixli qərardadı ilə hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır. Məhkəmə, eyni tərəflər arasında eyni predmet ilə bağlı işlərin məhkəmənin icraatında olmasını müəyyən etdiyindən və həmin işlərin birləşdirilməsinin məqsədəmüvafiq olmasını nəzərə alaraq hesab edir ki, qeyd edilən işlər bir icraatda birləşdirilməlidir. Belə ki, MPM-nin 169.3-cü maddəsinə görə, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 169-cu maddəsini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: 2(103)-2557/2021 №-li və 2(103)-6213/2020 №-li mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar