Məhkəmə qərarları › İş №2(103)-2568/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2568/2021

22.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2568/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızının (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh X1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 Məmməd oğluna və Baş Dövlət X5rşı (X3 üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7059/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçının şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 Məmməd oğluna və Baş Dövlət X5rşı (X3 üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizsəi ilə məhkəməyə müraciət edərək “DAF TE 105 XF” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 tərəfindən Cavabdeh3 Məmməd oğluna satılmasına dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7059/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərar alınmışdır. Məhkəmə bu zaman mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı “DAF TE 105 XF” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 tərəfindən Cavabdeh3 Məmməd oğluna satılmasına dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, iş üzrə cavabdehlər X2 və Baş Dövlət X5rşı hər hansı tələb irəli sürülməmişdir. Bununla yanaşı iddia ərizəsindən görünür ki, cavabdehlər Cavabdeh1 rəsmi qeydə alındığı yer Bakı şəh., Qaradağ rayonu, Müşfiqabad qəs., ev 4A, mənzil 21, Cavabdeh3 Məmməd oğlunun isə ünvan 1 mənzil 64 ünvanı göstərildiyi halda iddia Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir. Həmin qərardaddan iddiaçı şikayət verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini məhkəmənin Baş Dövlət X6 hüquqi ünvanının Binəqədi rayonu ərazisində olduğunu nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7059/2020 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Surxay Surxayzadə isə mübahisənin həllini məhkəmənin mülahzəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Kollegiya şikayəti iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İşin hallarından göründüyü kimi, iddiaçının mübahisələndirdiyi alğı-satqı müqaviləsi Baş Dövlət X7 bağlanmış və iddiaçı da Baş Dövlət X9 cavabdeh qismində işə cəlb etmişdir. Həmçinin müəyyən edilir ki, Baş Dövlət X6 hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi 4 ünavanında yerləşir; Mülki Prosessual Məcəllənin 36.2-ci maddəsinə görə isə, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Buna görə də kollegiya hesab edir ki, məhkəmə iddia ərizəsini geri qaytardığı zaman prosessual qanunvericiliyin tələbini pozmuş və əsassız nəticəyə gəlmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, hər kəs öz işinin məhkəmələr tərəfindən araşdırılması imkanına sahib olsun. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7059/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş iddia ərizəsinin icraata götürülməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar