Məhkəmə qərarları › İş №2(103)-257/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-257/2023

22.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-257/2023 22.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "Yelo Bank” ASC-yə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: ("müqavilənin etibarsız hesab edilməsi və pul”) hakimlər X9 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil və cavabdeh "Yelo Bank” ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "Yelo Bank” ASC-yə qarşı "müqavilənin etibarsız hesab edilməsi və pul” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-177/2022 saylı işi üzrə 27 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı cavabdeh "Yelo Bank” ASC-yə qarşı iddia ərizəsi(iddia tələbinin dəqiqləşməsi) ilə məhkəməyə müraciət edərək, 24 may 2013-cü il tarixli, 3-D5-12-0-250-13 saylı kredit müqaviləsinin və 24 may 2013-cü il tarixli, 3-D5-12-0-250-13 nömrəli əmanətin girov müqaviləsinin etibarsız hesab edilməsi, 22 aprel 2017-ci il tarixli, 2V-71 reyestr nömrəli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən "Nikoyl” İKB ASC-nin 3 saylı filialının 3- 83478-100-41220 nömrəli bank hesabına qoyulmuş 25000 (iyirmi beş min) ABŞ dolları əmanət pulun və "xxxx" İKB ASC-nin 3 saylı filialının 3-83478-130-41210 nömrəli bank hesabına qoyulmuş 5000 (beş min) manat əmanət pulun, həmçinin əmanət pullarının banka daxil olduğu günün növbəti günündən başlayaraq onların qaytarıldığı günün əvvəlki gününədək 25000 (iyirmi beş min) ABŞ dolları əmanət pulun üzərinə illik 12.1 faiz və 5000 (beş min) manat əmanət pulun üzərinə isə illik 13.3 faiz hesablanılmaqla faiz məbləğlərinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-177/2022 saylı işi üzrə 27 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh ASC ("xxxx" İKB ASC) ilə X10 arasında bağlanmış 3-D5-12-0-250-13 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi və 3-D5-12-0-250-13 saylı, xx.xx.2013-cü il tarixli əmanətin girov müqaviləsi (müqavilələri) etibarsız hesab edilməsi, xx.xx.2017-ci il tarixli, 2V-71 reyestr nömrəli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən Cavabdeh ASC-nin ("xxxx" İKB ASC) 3 saylı filialının 3-83478-100-41220 nömrəli bank hesabına qoyulmuş 25000 ABŞ dolları (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla), məbləğində əmanət pulu və əmanət pulları banka daxil olduğu günün (xx.xx.2014-cü il) növbəti günündən başlayaraq illik 12.1 % hesablanmaqla qətnamə icra olunanadək onun üzərinə (əmanətin) hesablanmış faiz məbləği Cavabdeh ASC-dən ("xxxx" İKB ASC) İddiaçı xeyrinə tutulması, 22.4.2017- ci il tarixli, 2V-71 reyestr nömrəli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən Cavabdeh ASC-nin ("xxxx" İKB ASC) 3 saylı filialının 3-83478-130-41210 nömrəli bank hesabına qoyulmuş 5000 manat məbləğində əmanət pulu və əmanət pulları banka daxil olduğu günün (xx.xx.2015-ci il) növbəti günündən başlayaraq illik 13.3 % hesablanmaqla qətnamə icra olunanadək onun üzərinə (əmanətin) hesablanmış faiz məbləği Cavabdeh ASC-dən ("xxxx" İKB ASC) İddiaçı xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyəri olan 258 manat (138 manat +120 manat) Cavabdeh ASC-dən tutularaq Dövlət Xəzinədarlığı hesabına köçürülməsi qət edilmişdir.Qətnamədə Mülki Məcəllənin 337.1, 337.2,337.4, 359.1, 359.3, 365.1.7, 385.1, 386, 439.1, 439.2, 442, 445.1, 445.2.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 101.7, 103.1, 217.4, 218.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, hətta xx.xx.2013-cü il tarixli, 3D5-12-0-250-13 nömrəli kredit müqaviləsi və xx.xx.2013-cü il tarixli, 3-D5-12-0-250-13 nömrəli əmanətin girov müqavilələri X10 tərəfindən icra edilmiş olsaydı belə, sözü gedən bu hal iddianın əmanətlərin və ona hesablanmış faiz məbləğlərinin qaytarılması tələbinə dair hissəsində rədd edilməsi üçün əsas ola bilməzdi. Belə ki, məhkəmə araşdırması zaman "Nikoyl” İKB ASC-nin 3 saylı filialı ilə X10 arasında bağlanıldığı iddia edilən 3-D5-12-0-250-13 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə götürülmüş 89000 manat məbləğinin girov predmeti kimi sonuncuya məxsus "Nikoyl” İKB ASC-də olan 3-83478-18 saylı hesabındakı 15000 manat, 3-83478-54 saylı hesabındakı 17500 ABŞ dolları, 3-83478-21 saylı hesabındakı 40000 manat, 3-83478-71 saylı hesabındakı 25000 manat və 3-83478-84 saylı hesabəndakı 6000 manat məbləğində pul vəsaitinin girov qoyulduğu müəyyən edilmişdir. İddia tələbinin 22 aprel 2017-ci il tarixli, 2V-71 reyestr nömrəli "vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən "Nikoyl” İKB ASC-nin 3 saylı filialının 3-83478-100-41220 nömrəli bank hesabına qoyulmuş 25000 ABŞ dolları əmanət pulun; "Nikoyl” İKB ASC-nin 3 saylı filialının 3-83478-130-41210 nömrəli bank hesabına qoyulmuş 5000 manat əmanət pulun və həmçinin əmanət pullarının banka daxil olduğu günün növbəti günündən başlayaraq onların qaytarıldığı günün əvvəlki gününədək 25000 ABŞ dolları əmanət pulun üzərinə illik 12.1 faiz və 5000 manat əmanət pulun üzərinə isə illik 13.3 faiz hesablanılmaqla faiz məbləğlərinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də, əsaslı olduğundan təmin edilməlidir. Belə ki, "Nikoyl” İKB ASC-nin 3 saylı filialı ilə X10 arasında bağlanmış xx.xx.2015-ci il tarixli müddətli əmanət müqaviləsinə əsasən, 3-83478-130-41210 saylı əmanət hesabı üzrə 24 aylıq müddətinə illik 13.3 faiz dərəcəsi ilə 5000 manat və xx.xx.2014-cü il tarixli müddətli əmanət müqaviləsinə əsasən isə, sonuncu tərəfindən 3-83478-100-41220 saylı əmanət hesabı üzrə 36 aylıq müddətinə illik 12.1 faiz dərəcəsi ilə 25000 ABŞ dolları məbləğində pul vəsaiti qoyulmuşdur. xx.xx.2016-cı il tarixli vəsiyyətnaməyə əsasaən X10 vəsiyyətnamə ilə ona məxsus olan və mübahisə predmeti olan müddətli əmanət müqaviləsində göstərilmiş məbləğləri İddiaçı vəsiyyət etmiş, sonuncu isə atası rəhmətə getdikdən sonra banka müraciət edərək, həmin müqavilələr ilə nəzərdə tutulmuş əmanət məbləğləri və faizləri istəsə də, onun müraciətinə cavabdeh verilməmişdir.

3. İşin icraatı zamanı tədqiq edilmişdir ki: - 3-D5-12-0-250-13 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən "Nikoyl” İKB ASC-nin 3 saylı filialı ilə X6 əmanətçilərə kassadan kredit növündə bank tərəfindən sonuncuya xx.xx.2013-ci il tarixdən xx.xx.2015-ci il tarixədək qaytarmaq şərtiylə, 24 ay müddətinə illik 16 faizlə 89000 manat məbləğində kredit verilmişdir; - 3-D5-12-0- 250-13 saylı, xx.xx.2013-cü il tarixli əmanətin girov müqaviləsinə əsasən "Nikoyl” İKB ASC-nin 3 saylı filialı ilə X6 arasında bağlanmış 3-D5-12-0-250-13 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə götürülmüş 89000 manat məbləğinin girov predmeti kimi sonuncuya məxsus "Nikoyl” İKB ASC-də 3-83478-18 saylı hesabdakı 15000 manat məbləğində əmanət göstərilmişdir; - 3-D5-12-0-250-13 saylı, xx.xx.2013-cü il tarixli əmanətin girov müqaviləsinə əsasən "Nikoyl” İKB ASC-nin 3 saylı filialı ilə X6 arasında bağlanmış 3-D5-12-0-250-13 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə götürülmüş 89000 manat məbləğinin girov predmeti kimi sonuncuya məxsus "Nikoyl” İKB ASC-də 3-83478-54 saylı hesabdakı 17500 ABŞ dolları məbləğində əmanət göstərilmişdir; -3-D5-12-0-250-13 saylı, xx.xx.2013-cü il tarixli əmanətin girov müqaviləsinə əsasən, "Nikoyl” İKB ASC-nin 3 saylı filialı ilə X6 arasında bağlanmış 3-D5-12-0-250-13 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə götürülmüş 89000 manat məbləğinin girov predmeti kimi sonuncuya məxsus "Nikoyl” İKB ASC-də 3-83478-21 saylı hesabdakı 40000 manat məbləğində əmanat göstərilmişdir; - 3-D5-12-0-250-13 saylı, xx.xx.2013-cü il tarixli əmanətin girov müqaviləsinə əsasən "Nikoyl” İKB ASC-nin 3 saylı filialı ilə X10 na arasında bağlanmış 3-D5-12-0- 250-13 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə götürülmüş 89000 manat məbləğinin girov predmeti kimi sonuncuya məxsus "Nikoyl” İKB ASC-də 3-83478-71 saylı hesabdakı 25000 manat məbləğində əmanat göstərilmişdir; - 3-D5-12-0-250-13 saylı, xx.xx.2013-cü il tarixli əmanətin girov müqaviləsinə əsasən "Nikoyl” İKB ASC-nin 3 saylı filialı ilə X6 arasında bağlanmış 3-D5-12-0-250-13 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə götürülmüş 89000 manat məbləğinin girov predmeti kimi sonuncuya məxsus "Nikoyl” İKB ASC-də 3-83478-84 saylı hesabdakı 6000 manat məbləğində əmanət göstərilmişdir; -"Nikoyl” İKB ASC-nin 3 saylı filialı ilə X10 arasında bağlanmış xx.xx.2015-ci il tarixli müddətli əmanət müqaviləsinə əsasən 3-83478130- 41210 saylı əmanət hesabı üzrə 24 aylıq müddətinə illik 13.3 faiz dərəcəsi ilə 5000 manat məbləğində pul vəsaiti qoyulmuşdur; - "Nikoyl” İKB ASC-nin 3 saylı filialı ilə X10 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müddətli əmanət müqaviləsinə əsasən 3-83478100-41220 saylı əmanət hesabı üzrə 36 aylıq müddətinə illik 12.1 faiz dərəcəsi ilə 25000 ABŞ dolları məbləğində pul vəsaiti qoyulmuşdur; -xx.xx.2016-cı il tarixli vəsiyyətnamənin surətinə əsasən X10 vəsiyyətnamə ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 19 saylı mənzili, ünvan 2 ünvanında yerləşən 26 saylı mənzili və "Nikoyl İKB” ASC-nin 5 saylı filialı Müqavilə № D13/218 hesab nömrəsi 15-83478-101-41220, "xxxx" ASC-nin 5 saylı filialı Müqavilə № D14/023 hesab nömrəsi 15-83478-110-41220, "xxxx" ASC-nin 3 saylı filialı xx.xx.2015-ci il tarixli Müqaviləsi hesab nömrəsi 3-83478-130-41210, "xxxx" ASC-nin 3 saylı filialı Müqavilə № 1430 hesab nömrəsi 3- 33478-100-41220, "xxxx" ASC-nin 1 saylı filialı Müqavilə № 2021 hesab nömrəsi 2-99996-2, “Unibank” Kommersiya Bankı” ASC-nin Müqavilə № D0015815 hesab nömrəsi AZ29UBAZ**********1210AZN001 olan depozitləri İddiaçı vəsiyyət etmişdir; - AZ-İ seriyalı, 842177 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X10 xx.xx.2016-cı il tarixdə mədə xərçəngindən Bakı şəhərində vəfat etmişdir; - xx.xx.2017-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X3 vəsiyyətnamə üzrə qalan ünvan 3 ünvanında yerləşən 19 saylı mənzili, ünvan 2 ünvanında yerləşən 26 saylı mənzili və "xxxx" ASC-nin 5 saylı filialı Müqavilə № D13/218 hesab nömrəsi 15-83478-101 - 41220, "xxxx" ASC-nin 5 saylı filialı Müqavilə № D14/023 hesab nömrəsi 15-83478¬110-41220, "xxxx" ASC-nin 3 saylı filialı xx.xx.2015-ci il tarixli Müqaviləsi hesab nömrəsi 3-83478-130-41210, "xxxx" ASC-nin 3 saylı filialı Müqavilə № 1430 hesab nömrəsi 3-33478-100- 41220, "xxxx" ASC-nin 1 saylı filialı Müqavilə № 2021 hesab nömrəsi 2-99996-2, “Unibank” Kommersiya Bankı” ASC-nin Müqavilə № D0015815 hesab nömrəsi AZ29UBAZ**********1210AZN001 olan depozitləri üzrə İddiaçı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir; - İddiaçı Cavabdeh ASC-nin 3 saylı filialına ünvanladığı və sonuncu tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmiş ərizəyə əsasən İddiaçı 22 aprel 2017-ci il tarixli, 2V-71 reyestr nömrəli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən "Nikoyl” İKB ASC-nin 3 saylı filialının 3-83478-100-41220 nömrəli bank hesabına qoyulmuş 25000 ABŞ dolları əmanət pulun və "xxxx" İKB ASC-nin 3 saylı filialının 3- 83478-130-41210 nömrəli bank hesabına qoyulmuş 5000 manat əmanət pul və onların üzərinə hesablanmış faiz məbləğinin mərhum atası X10 tərəfindən ona miras qalmasını bildirərək, qeyd edilən əmanət məbləğlərinin və onların üzərinə hesablanmış faizlərin ona verilməsini, eyni zamanda həmin vəsaitlərin banka əmanət qoyulması ilə əlaqədar bağlanmış bank əmanət müqavilələrinin və bu barədə aparılmış sənədləşmə ilə əlaqədar materialda olan bütün sənədlərin surətinin rəsmi qaydada ona təqdim edilməsini xahiş etmişdir; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X6 qarşı borcun tutulması tələbinə dair iddiası təmin olunaraq xx.xx.2013cü il tarixli, 3-D5-120-250-13 saylı kredit müqaviləsinin ləğv edilməsi və cavabdeh X5 hüquqi varisi İddiaçı Cavabdeh ASC-nin xeyrinə həmin müqavilə üzrə 1900.46 manat faiz borcunun tutulması qət edilmiş, həmin qətnamədən cavabdehin hüquqi varisi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1337/2022 saylı, xx.xx.2022- ci il tarixli qərardadı ilə qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq mülki iş üzrə icraata xitam verilmiş, mərhum X5 mirası qəbul etmiş vərəsələrinə qarşı ümumi qaydada ayrıca iddia qaldırmaq hüququ olması iddiaçıya izah edilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1737 saylı, xx.xx.2021-ci il tarixli rəyinə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin 84- 86-cı vərəqlərində olan 9 sentyabr 2006-cı il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsində “Alıcı” qrafalarındakı imzalar X10 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 95-96-cı vərəqlərində "xxxx" İKB ASC ilə X5 adlarında olan xx.xx.2013-cü il tarixli, 3D5-12-0- 250-13 nömrəli kredit müqaviləsində “Borcalan” qrafasındakı imzalar və 97-101-ci vərəqlərində olan xx.xx.2013-cü il tarixli, 3-D5-12-0-250-13 nömrəli əmanətin girov müqaviləsində “Girovqoyan” qrafalarındakı imzalar X10 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/285 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən Ekspertizaya təqdim edilmiş, mülki işin 84-86-cı vərəqlərində olan 9 sentyabr 2006cı il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 1-2-ci vərəqlənin "Alıcı” qrafalarındakı imzalar, 3-cü vərəqində "Alıcı” qrafasındakı və "Məhərrəmov” soyadından əvvəl yerləşən imzalar; 87-ci vərəqində olan xx.xx.2010-cu il tarixli 36 nömrəli məxaric orderində "Müşterinin imzasi" qrafasındakı imza - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 95-96-cı vərəqlərində "Nikoil” İKB ASC ilə X10 arasında olan 24 may 2013-cü il tarixli, 3-D5-12-0-250-13 nömrəli kredit müqaviləsində "Borcalan” qrafalalarındakı və 97- 101 -ci vərəqlərində olan xx.xx.2013-cü il tarixli 3-D5-12-0-250-13 nömrəli əmanətin girov müqavilələrində (05 ədəd) "Girovqoyan” qrafalarındakı imzalar Eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 84-86-cı vərəqlərində olan 9 sentyabr 2006-cı il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 1 -2-ci vərəqləriin "Alıcı” qrafalarındakı imzalar, 3-cü vərəqində "Alıcı” qrafasındakı və "Məhərrəmov” soyadından əvvəl yerləşən imzalar, 87-ci vərəqində olan xx.xx.2010-cu il tarixli 36 nömrəli məxaric orderində "Müşterinin imzasi" qrafasındakı imza ilə mülki işin 95-96-cı vərəqlərində "Nikoil” İKB ASC ilə X10 arasında olan 24 may 2013-cü il tarixli 3-D5-12-0-250-13 nömrəli kredit müqaviləsində "Borcalan” qrafalarındakı imzalar, 97-101-ci vərəqlərində olan 24 may 2013-cü il tarixli 3-D5-12-0-250-13 nömrəli əmanətin girov müqavilələrində (05 ədəd) "Girovqoyan” qrafalarındakı imzalar - Müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

4. Cavabdeh apellyasiya şikayəti verərək, Yasamal rayon Məhkəməsinin 2(004)-177/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəllənin 337.2, 359.1, 366.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 78, 89, 385.1.2, 385.1.4-ci maddələrinə istinadən qeyd edilmişdir ki, X10 bank hesabında olan əmanət pulunu qızı İddiaçı xx.xx.2016-cı il tarixdə vəsiyyət etmişdir. X10 xx.xx.2016-cı il tarixdə ölmüşdür. İddiaçı atası M.Məhərrəmovun adına bankda əmanətinin olmasından məlumatı olmuş və həmin əmanət üzrə onun adına vəsiyyətnamə olmasına baxmayaraq, bu barədə bankı məlumatlandırmamış və əmanət ilə bağlı banka rəsmi müraciət etməmişdir. Vəsiyyətnamənin verilməsindən və əmanətin kredit borcuna silinməsinədən bir neçə il keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, bununla da, kəsici iddia müddətini tətbiq etməklə İddiaçı cavabdeh "Yelo Bank” ASCnə qarşı "müqavilənin etibarsız hesab edilməsi və pulun ödənilməsi” barədə iddia tələbi rədd edilməlidir. Qeyd olunan maddələrin tətbiqindən də göründüyü kimi məhkəmə tərəfindən qərar qəbul edilərkən hərtərəfli araşdırma aparılmamış, təqdim edilən sübutlara qiymət verilərkən kredit və əmanətin girov müqavilələrinin iddiaçının qardaşı X4 atası X10 tərəfindən verilən etibarnamə ilə imzalanması nəzərə alınmamış, bu səbəbdən məhkəmə xəttşünaslıq ekspertizası zamanı mərhum X10 tərəfindən imzalanmadığı aşkar edilsə də imzanın oğlu X7 tərəfindən imzalanması faktı aydınlaşdırılmamışdır. İddiaçı başqa əmanət müqavilələri üzrə iddia tələbi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmiş, 05 avqust 2019-cu il tarixli, 2-(006)-3183/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər "NİKOYL” İKB ASC-yə (bundan sonra - Bank) və X4 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və X12 göstərilməklə) "müqavilənin etibarsız hesab edilməsi və pulun ödənilməsi” tələbinə dair iddiası təmin edilərək Bankın 5 saylı filialı ilə X10 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, D13/218 nömrəli Müddətli əmanət müqaviləsinə (bundan sonra -D13/218 saylı Əmanət müqaviləsi) əsasən 15-83478-101-41220 nömrəli bank hesabında olan 50000 ABŞ dolları məbləğində pulun girov qoyulmasına dair Bankın 5 saylı filialı ilə X10 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 15-D-1-0-158-15 saylı Əmanətin girov müqaviləsi (bundan sonra - xx.xx.2015-ci il tarixli Əmanətin girov müqaviləsi) və Bankın 5 saylı filialı ilə X10 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, D14/023 nömrəli Müddətli əmanət müqaviləsinə (bundan sonra - D14/023 saylı Əmanət müqaviləsi) əsasən 15-83478-110-41220 nömrəli bank hesabında olan 28500 ABŞ dolları məbləğində pulun girov qoyulmasına dair Bankın 5 saylı filialı ilə X10 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 15-D-2-0-180-15 saylı Əmanətin girov müqaviləsi (bundan sonra - xx.xx.2015-ci il tarixli Əmanətin girov müqaviləsi) etibarsız hesab edilmiş, D13/218 nömrəli Müddətli əmanət müqaviləsinə əsasən 15-83478-101-41220 nömrəli bank hesabına qoyulmuş 50000 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlər və D14/023 nömrəli Müddətli əmanət müqaviləsinə əsasən 15-83478-110-41220 nömrəli bank hesabına qoyulmuş 28500 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlərin cavabdeh "NİKOYL” İKB ASC-də tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Burdan da göründüyü kimi, iddiaçı hazırki iddia tələbi üzrə əmanət müqavilələrindən xəbərdar olmuş, müqavilənin etibarsızlığına dair 1 illik kəsici müddəti buraxmışdır. Həmçinin hazırki apelyasiya şikayətinə əlavə edilmiş əmanətinin girov müqavilələrindən və iddia tələbi üzrə qeyd edilən 3-D5- 12-0-250-13 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən də göründüyü kimi hər bir müqaviləni mərhum X5 etibarnamə üzrə nümayəndəsi və iddiaçının qardaşı X7 tərəfindən imzalanmışdır. Hazırki iddia tələbi üzrə əsl cavabdeh Bank yox, X7 olmalı və sonuncu barədə xüsusi qərardad çıxarılmaqla araşdırma üçün hüquq mühafizə orqanlarına məlumat verilməlidir. Bütün bunları nəzərə alaraq Yasamal rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

5. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, məhkəmənin xx.xx.2022-ci tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq və məhkəmə-mühasibatlıq ekspertiza keçirilmişdir. Ekspert rəyi nəticəsində məlum olmuşdur ki, xx.xx.2013-cü il tarixli, 3-D5-12-0-250-13 nömrəli kredit müqaviləsində “borcalan" qrafalarındakı imzalar, xx.xx.2013-cü il tarixli, 3- D5-12-0-250-13 nömrəli əmanətin girov müqavilələrində “girov qoyan” qrafalarındakı imzalar, xx.xx.2014-cü il tarixli 1430 nömrəli və xx.xx.2015-ci il tarixli nömrəsiz müddətli əmanət müqavilələrində “müştəri” qrafalarındakı imzalar X7 tərəfindən icra edilmişdir. Bu halda kredit müqaviləsi yenə də etibarsızdır. Belə ki, həmin müqavilədən göründüyü kimi, X7 həmin müqavilələri X1 nümayəndəsi kimi deyil, birbaşa onun adından imzalamış və müqavilənin məzmununda hər hansı etibarnaməyə istinad olunmamışdır. Bir sözlə, bu müqavilə təmsilçiliklə bağlanılan müqavilə olmamışdır. Bundan əlavə, bankın istinad etdiyi etibarnamədə X10 tərəfindən X4 onun adından kredit müqaviləsi bağlamaq (imzalamaq) səlahiyyəti etibar olunmamışdır. Belə ki, etibarnamədə qeyd olunur ki, “X5 bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri" bağlamaq səlahiyyəti etibar olunmuşdur. Göründüyü kimi, X5 adından qanunla icazə verilmiş bütün əqdləri bağlamaq səlahiyyətinin X4 etibar edilməsi qeyd olunsa da, əqdlərin bağlanması səlahiyyəti məhz X5 əmlakının idarə edilməsi və onun üzərində sərəncam verilməsi ilə bağlıdır. Bundan başqa, nəzərə almaq lazımdır ki, kredit müqaviləsinin etibarlı əqd olması fərz olunsa belə (halbuki elə deyildir), hər bir halda mübahisələndirilən əmanətlərin və onlara hesablanmış faizlərin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbi təmin edilməlidir. Belə ki, cavabdeh bildirir ki, İddiaçı tələb etdiyi əmanət məbləğləri yəni, 25000 ABŞ dolları və 5000 manat xx.xx.2013-cü il tarixli, 3-D5-12-0-250-13 saylı kredit borcuna görə silinmişdir. Bank bunu təsdiq edən sənədlər kimi məhkəməyə eyni tarixli (xx.xx.2013-cü il tarixli) və eyni nömrəli (3-D5- 12-0-250-13) 5 müqavilə təqdim etmişdir.Həmin müqavilələrdən isə görünür ki, xx.xx.2013-cü il tarixli, 3-D5-12-0-250-13 nömrəli kredit müqaviləsi əsasında verilən 89000 manat kreditin təminatı olaraq 40000 manat, 17500 ABŞ dolları, 15000 manat, 6000 manat və 25000 manat əmanət banka girov qoyulmuşdur. Göründüyü kimi, iddiaçının geri qaytarılmasını tələb etdiyi əmanət məbləğləri, yəni 25000 ABŞ dolları və 5000 manat cavabdehin təqdim etdiyi müqavilələrə əsasən girovla yüklü edilməmişdir. Girov qoyulmadığı halda həmin vəsaitlər xx.xx.2013-cü il tarixli, 3-D5- 12-0-250-13 nömrəli kredit borcuna görə silinə bilməz. Elə ona görə birinci instansiya məhkəməsi həm də bu əsasla iddianı təmin etmiş və qətnamədə göstərmişdir ki, “...məhkəmə eyni zamanda qeyd edir ki, həttta xx.xx.2013-cü il tarixli, 3D5-12-0-250-13 nömrəli kredit müqaviləsi və xx.xx.2013-cü il tarixli, 3-D5-12-0-250- 13 nömrəli əmanətin girov müqavilələri X10 tərəfindən icra edilmiş olsa belə, sözügedən bu hal iddianın əmanətlərin və ona hesablanmış faiz məbləğlərinin qaytarılması tələbinə dair hissəsində rədd edilməsi üçün əsas ola bilməzdi. Belə ki, məhkəmə araşdırması zamanı "xxxx" İKB ASC-nin 3 saylı filialı ilə X10 arasında bağlanıldığı iddia edilən 3- DF-12-0-250-13 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə götürülmüş 89000 manat məbləğinin girov predmeti kimi sonuncuya məxsus "xxxx" İKB ASC-də olan 3-83478-18 saylı hesabınakı 15000 manat, 3-83478-54 saylı hesabındakı 17500 ABŞ dolları, 3-83478-21 saylı hesabındakı 40000 manat, 3-83478-71 saylı hesabındakı 25000 manat və 3-83478-84 saylı hesab ındakı 6000 manat məbləğində pul vəsaitinin girov qoyulduğu müəyyən edilmişdir...”. Həmçinin, keçirilən ekspertiza nəticəsində mübahisələndirilən 25000 ABŞ dolları əmanətin silinməsi müəyyən edilməmişdir. Belə ki, ekspert qarşısına qoyulmuş 2-ci sual üzrə rəydə qeyd edilmişdir ki, “...1, 2 və 7-ci qrafalardakı əmanətlərin silinməsini, təyinatını müəyyən etmək mümkün olmamışdır”. 5000 manat əmanətin silinməsi ekspertiza rəyində qeyd olunsa da, yuxarıda göstərildiyi kimi, həmin əmanət məbləği girovla yüklü edilməmişdir. Belə olan halda, silinmə əsassız olmuşdur. Bundan başqa, cavabdeh apellyasiya şikayətinin dəlillərində kəsici müddətin keçməsinə görə “kredit müqaviləsi və əmanətin girov müqavilələrinin etibarsız hesab edilməsi” hissəsində iddia tələbinin rədd edilməli olduğunu bildirmişdir. Cavabdeh mövqeyini belə əsaslandırmışdır ki, eyni tərəflər arasında daha əvvəl başqa əmanət məbləğləri barədə məhkəmə mübahisəsi olmuş və İddiaçı hazırki iddia tələbi üzrə əmanət müqavilələrindən xəbərdar olmuşdur. Apellyasiya şikayətinin bu dəlili də tam əsassızdır. Belə ki, işdən də göründüyü kimi, İddiaçı hazırki iş üzrə məhkəməyə müraciət edərkən xx.xx.2017-ci il tarixli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında" şəhadətnaməyə istinad edərək iddia ərizəsində yalnız mübahisələndirilən 25.000 ABŞ dolları və 5.000 manat əmanətin ona geri qaytarılmasını tələb etmişdir. Lakin məhkəmə prosesləri gedişində cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə xx.xx.2013-cü il tarixli kredit müqaviləsi və eyni tarixli 5 ədəd əmanətin girov müqaviləsi təqdim edilmiş və tələb olunan əmanət məbləğlərinin sözügedən əmanətin girov müqavilələri əsasında sözügedən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası məqsədi ilə silindiyi bildirilmişdir. Bundan sonra İddiaçı xx.xx.2013-cü il tarixli kredit müqaviləsi və eyni tarixli 5 ədəd əmanətin girov müqaviləsindən məlumatı olmuş və o, iddia tələbinin həcmini artıraraq həmin müqavilələrin etibarsızlığını tələb etmişdir. Bunun əksini təsdiq edən, yəni daha əvvəldən iddiaçının kredit müqaviləsindən məlumatlı olmasını təsdiq edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, kredit müqaviləsi mübahisələndirilən əsaslarla əhəmiyyətsiz əqdlər kateqoriyasına aid olduğuna görə kəsici müddət hazırkı mübahisəyə tətbiq edilə bilməz. Çünki, kredit müqaviləsi məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq, bağlandığı andan etibarsızdır (əhəmiyyətsizdir). Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2021 -ci il 2 aprel tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 354.1 -ci maddəsində nəzərdə tutulmuş bir illik müddətin hansı tələblərə tətbiq edilməli olması ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Odur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)- 177/2022 saylı qətnaməsindən Cavabdeh ASC tərəfindən verilən apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları

6. Apellyasiya icraatı zamanı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlerinə həvalə edilmişdir. Ekspert rəyində rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, məhkəmə-xətşünaslıq ekspertizası üzrə ekspertizaya təqdim edilmiş, mülki işin 95-96-cı vərəqlərində olan 24 may 2013-cü il tarixli 3-D5-12-0-250-13 nömrəli kredit müqaviləsində “Borcalan" qrafalarındakı imzalar, 24 may 2013-cü il tarixli, 3-D5-12-0-250-13 nömrəli əmanətin girov müqavilələrində (i.v.97-101) “Girovqoyan” qrafalarındakı imzalar, xx.xx.2014-cü il tarixli 1430 nömrəli (141-142) və xx.xx.2015-ci il tarixli nömrəsiz müddətli əmanət müqavilələrdə (i.v. 139-140) “Müştəri” qrafalarındakı imzalar - X7 tərəfindən icra olunduğu; məhkəmə-mühasibatlıq ekspertizası üzrə Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 24 may 2013-cü il tarixli, 3-D5-12-0-250-13 saylı kredit müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən X5 xx.xx.2022-ci il tarixə (qərardadın tarixinə) 13.704,83 AZN məbləğində artıq ödəniş müəyyən edildiyi qeyd edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, əmanətlərin iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən 5000 manat məbləğində müddətli (nömrəsiz) əmanətin 24 may 2013-cü il tarixli, 3-D5-12-0-250-13 saylı kredit müqaviləsi üzrə borca silindiyi, 1430 nömrəli müddətli 25000 ABŞ dolları məbləğində əmanətin isə silinmədiyi (təyinatının müəyyən etmək mümkün olmadığı) müəyyən edilmişdir.

7. Bakı şəhəri 21 oktyabr 2008-ci il tarixli ƏN-İ 144623 nömrəli etibarnaməyə əsasən X2 İsmayıl Məhərrəm oğluna həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində Sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etdiyi müəyyən edilir.

8. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlerinə həvalə edilmişdir.Təqdim edilmiş hesabdan çıxarış iş materiallarında olan hesabdan çıxarışın təkrarı olması səbəbindən ekspertizanın aparılmasından imtina edilmişdir.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil etirazla eyni məzmunlu izahat verməklə,apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə mülahizə təqdim edərək bildirmişdir ki, iddia tələbi 2 hissədən ibarətdir. 1-ci tələb kredit və əmanətin girov müqavilələrinin etibarsız hesab edilməsi, 2-ci tələb isə əmanətə qoyulmuş pulların faizləri ilə birlikdə qaytarılmasından ibarətdir. iddia tələbinin 1-ci hissəsi ilə bağlı iddiaçı tərəfindən qanunda nəzərdə tutulmuş mübahisələndirmə müddəti ötürülmüşdür. Belə ki, əqdin etibarsızlığı ilə bağlı 1 illik kəsici müddətin tətbiq edilməsi qanunda nəzərdə tutulmuş, bununla bağlı 2021-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı ilə şərh verilmişdir. İddiaçı tərəf qeyd edir ki, onların hazırkı əmanət müqavilələri üzrə pulların kredit borclarına silinməsindən, kredit müqavilələrindəki imzanın başqasına məxsus olmasından xəbərləri olmamışdır. Lakin tərəflər arasında daha əvvəl yaranmış anoloji məhkəmə mübahisəsi üzrə yekun məhkəmə aktı olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında belə müəyyən edilmişdir ki, hazırkı mübahisələrlə bağlı iddiaçı tərəfin 2017-ci ildən məlumatı olmuşdur. Belə ki, qərarda göstərilmişdir ki, iddia 2017-ci ildə əmanətin alınması ilə bağlı banka müraciət etmiş və ona məbləğlərin kredit borclarına silindiyi öz təsdiqini tapmışdır. Bu artıq iddiaçı tərəfin 2017-ci ildə məlumatlı olmasını bilmiş, lakin qanunla nəzərdə tutulmuş mübahisələndirmə müddətini ötürmüşdür. Ona görə də, hesab edirik ki, 1-ci hissədə iddia tələbi tamamilə əsassızdır və təmin edilməməlidir.İddia tələbinin 2-ci hissəsi olan əmanətlərin və ona hesablanmış faizlərin qaytarılması ilə bağlı isə 5000 AZN məbləğində olan əmanət hazırkı iddia tələbi ilə mübahisələndirilən kredit müqaviləsi üzrə borcun ödənilməsinə silinmişdir. İddiaçı tərəfindən qeyd edilən kredit müqaviləsinin etibarlılığının mübahisələndirmə müddəti ötürüldüyündən əmanətin geri qaytarılması hissəsində də iddia tələbi əsassızdır. Belə ki, qeyd edilən əmanət mərhum Məhərrəm Məhərrəmovun kredit borcunun ödənilməsi üçün istifadə edilmişdir.25000 ABŞ dolları məbləğində əmanətin və ona hesablanmış faizlərin geri qaytarılması ilə bağlı isə qeyd edilən əmanət məhkəməyə təqdim edilmiş kredit və əmanətin girov müqaviləsindən də göründüyü kimi 22500 ABŞ dolları məbləğində kreditin ödənilməsinə sərf edilmişdir. Hazırda iddiaçı həmin əmanətin geri qaytarılmasını xahiş edir, lakin qeyd edilən kredit müqaviləsi mlibahisələndirilməmişdir və bu səbəbdən əmanətə qoyulmuş 25000 ABŞ dolları məbləğində əmanətin geri qaytarılmasını tələb etmək hüququ yoxdur. Bir daha nəzərinizə çatdırıram ki, 5000 AZN əmanət üzrə silinmə aparılmış kredit müqaviləsi mübahisələndirildiyi halda hazırda 25000 ABŞ dolları məbləğində əmanətin silindiyi 22500 ABŞ dolları məbləğində kredit müqaviləsi mübahisələndirilməmişdir. Bu səbəbdən Həmin əmanətin geri tələb edilməsi tamamilə əsassızdır.Yuxarıda qeyd edilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in tələblərini rəhbər tutaraq, Yasamal Rayon Məhkəməsinin 2(004)-177/2022 saylı, 27 aprel 2022-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin və qətnamə ləğv edilərək, iddia tələbi təmin edilməsin. Apellyasiya baxışının hədləri:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı maddələri nəzərdən keçirilməlidir: 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 135.2. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 384.0.2. əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələblərinə iddia müddəti şamil edilmir. 945.2. Hüququ çatmayan şəxs tərəfindən və ya qanunla müəyyənləşdirilmiş qayda, yaxud qanuna uyğun qəbul edilmiş bank qaydaları pozulmaqla fiziki şəxsdən əmanət qəbul olunduqda əmanətçi əmanət məbləğinin dərhal qaytarılmasını, habelə onun üçün faizlər ödənilməsini və bundan əlavə, əmanətçiyə vurulmuş bütün zərərin əvəzinin verilməsini tələb edə bilər. Belə bir şəxs bank əmanəti müqaviləsinin şərtləri əsasında hüquqi şəxsin pul vəsaitini qəbul etdikdə, bu cür müqavilə etibarsızdır. 948.1. Bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. Müqavilədə ödənilən faizlərin miqdarı haqqında şərtlər olmadıqda bank faizləri bu Məcəllənin 449.1-ci maddəsinə uyğun müəyyənləşdirilən miqdarda ödəməlidir. 948.2. Əgər bank əmanəti müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bankın tələbli əmanətlər üçün ödənilən faizlərin miqdarını dəyişməyə ixtiyarı vardır. Bank faizlərin miqdarını azaltdıqda faizlərin yeni miqdarı faizlərin azaldılması haqqında əmanətçilərə məlumat verilənədək qoyulmuş əmanətlərə həmin məlumatın verildiyi andan bir ay keçəndən sonra tətbiq olunur, bu şərtlə ki, müqavilədə ayrı qayda nəzərdə tutulmasın. 948.3. Fiziki şəxs əmanəti müəyyən müddət qurtardıqdan sonra və ya müqavilədə nəzərdə tutulan hallar baş verdikdə qaytarılmaq şərtləri ilə qoyduqda əmanət üçün faizlərin bank əmanəti müqaviləsində müəyyənləşdirilmiş miqdarı bank tərəfindən birtərəfli qaydada azaldıla bilməz. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, bankın hüquqi şəxslə bağladığı bu cür bank əmanəti müqaviləsi üzrə faizlərin miqdarı birtərəfli qaydada dəyişdirilə bilməz. 949.1. Bank əmanətinin məbləğinə faizlər bu məbləğin banka daxil olduğu günün ertəsi günündən məbləğin əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla əmanətçinin hesabından silinməsindən əvvəlki günədək hesablanır. Bu qayda bir günlük depozitlərə tətbiq edilmir. 949.2. Əgər bank əmanəti müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bank əmanəti məbləğinə hesablanan faizlər əmanətçiyə hər rüb başa çatdıqdan sonra onun tələbi ilə əmanətin məbləğindən ayrılıqda ödənilir, həmin müddətdə tələb olunmamış faizlər isə üstünə faizlər hesablanan əmanətin məbləğini artırır. Əmanət qaytarıldıqda həmin anadək hesablanmış bütün faizlər ödənilir. 950.1. Banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. 950.3. Bank əmanəti müqaviləsi bağlanarkən bank əmanətin qaytarılmasının necə təmin ediləcəyi barədə əmanətçiyə məlumat verməlidir. 950.4. Bank əmanətin qaytarılmasının təmin edilməsi üçün bank əmanəti müqaviləsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə, habelə əmanətin qaytarılması üçün təminat itirildikdə və ya onun şərtləri pisləşdikdə, əmanətçi bankdan əmanət məbləğini dərhal qaytarmağı, bu Məcəllənin 948.1-ci maddəsinə uyğun müəyyənləşdirilmiş miqdarda faizlər ödəməyi və vurulmuş zərərin əvəzini verməyi tələb edə bilər. 951. Əgər bank əmanəti müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əmanətçinin əmanət üzrə hesabına dair lazımi məlumat göstərilməklə banka onun adına üçüncü şəxslərdən daxil olmuş pul vəsaiti əmanət üzrə hesaba daxil edilir. Həm də nəzərdə tutulur ki, əmanətçi həmin şəxslərdən pul vəsaiti almağa razılığını ifadə edərək, onlara əmanət üzrə hesaba dair lazımi məlumat vermişdir. 952.1. Əmanət banka müəyyən üçüncü şəxsin adına qoyula bilər. Əgər bank əmanəti müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, həmin şəxs bu hüquqlara əsaslanan ilk tələbini banka verdiyi və ya belə hüquqlardan istifadə etmək niyyətini başqa üsulla banka bildirdiyi andan əmanətçi hüququ qazanır. Xeyrinə əmanət qoyulan fiziki şəxsin və ya hüquqi şəxsin adının göstərilməsi müvafiq bank əmanəti müqaviləsinin mühüm şərtidir. Müqavilənin bağlandığı vaxt sağ olmayan fiziki şəxsin və ya bu vaxt mövcud olmayan hüquqi şəxsin xeyrinə bank əmanəti müqaviləsi əhəmiyyətsizdir. 952.2. Bank əmanəti müqaviləsi bağlamış şəxs onun əmanət üzrə hesabına qoyulmuş pul vəsaiti barəsində əmanətçi hüquqlarından üçüncü şəxs əmanətçi hüquqlarından istifadə etmək niyyətini bildirənədək istifadə edə bilər. 952.3. Üçüncü şəxsin xeyrinə müqavilə haqqında qaydalar üçüncü şəxsin xeyrinə bank əmanəti müqaviləsinə bu şərtlə tətbiq edilir ki, belə tətbiq bu maddənin qaydalarına və bank əmanətinin mahiyyətinə zidd olmasın. 963.1. Hesabın kreditləşdirilməsi və bank xidmətlərinin haqqının ödənilməsi ilə bağlı bankın müştəriyə qarşı pul tələblərinə, habelə pul vəsaitindən istifadə üçün faizlərin ödənilməsi haqqında müştərinin banka qarşı tələblərinə əvəzləşdirmə yolu ilə xitam verilir, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı qayda nəzərdə tutulmasın. Göstərilən tələblər bank tərəfindən əvəzləşdirilir. 963.2. Bank aparılmış əvəzləşdirmə haqqında müştəriyə müqavilədə nəzərdə tutulmuş qaydada və müddətlərdə, əgər tərəflər müvafiq şərtləri razılaşdırmayıblarsa, müvafiq hesabdakı pul vəsaitinin vəziyyəti haqqında müştərilərə məlumat verilməsinin bank praktikası üçün adi olan qaydada və müddətlərdə məlumat verməlidir. 964.1. Hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. 964.2. Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələrinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

14. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılarkən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-336, 337-354, 359, 362- 366, 384, 425, 943-953; MPM-in 14.2, 76.1, 77.1, 80-82, 119, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır, apellyasiya şikayəti və onun sübutedici dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Belə ki, müqavilələrin bağlandığı anda etibarsızlılığına dəlalət edən və bu hissədə bankın cavabdehlik daşımasına dair hallar müəyyən edilmir. İddianın əsası müqavilələrin Məhərrəmov Məhərrəm tərəfindən imzalanmaması olmuşdursa, apellyasiya icraatı zamanı (ekspert rəyi ilə) mübahisələndirilən müqavilələrin Məhərrəmov Məhərrəmin vəkalətli nümayəndəsi – oğlu Məhərrəmov İsmayıl tərəfindən imzalanması müəyyən edilmişdir. Kredit və əmanətin girov müqavilələrinin iddiaçının qardaşı X4 atası X10 tərəfindən verilən etibarnamə ilə imzalanması nəzərə alınmamışdır.Hazırki mülki münasibətlər üzrə mülki məsuliyyəti mərhumun verdiyi etibarnamə ilə hərəkətlər edən təmsilçisi (delikt sübuta yetirildiyi təqdirdə) daşıya bilər. Lakin belə tələblər olmadığından məhkəmə kollegiyası bu hissədə tələbin əhatəli araşdırılması və prosessual səlahiyyətlər həddində (tələbdən kənar) qiymət verilməsini yolverilməz hesab edir. Göründüyü kimi, iddiaçının mövqeyinə görə də X5 adından qanunla icazə verilmiş bütün əqdləri bağlamaq səlahiyyətinin X4 etibar edilməsi qeyd olunsa da, əqdlərin bağlanması səlahiyyəti məhz X5 əmlakının idarə edilməsi və onun üzərində sərəncam verilməsi ilə bağlıdır. Bu müstəvidə yanaşanda belə və pul vəsaitlərinin dövriyyəsinin şəxsin əmlak hüquqlarına aid olduğunu nəzərə alaraq, müqavilədə vəkalətli şəxsin adının qeyd edilməsindən asılı olmayaraq, onun etibarsızlığına aidiyyətin olmadığı müəyyən edilir.

15. "Nikoyl” İKB ASC-nin 3 saylı filialı ilə X10 arasında bağlanmış xx.xx.2015-ci il tarixli müddətli əmanət müqaviləsinə əsasən 3-83478130-41210 saylı əmanət hesabı üzrə 24 aylıq müddətinə illik 13.3 faiz dərəcəsi ilə 5000 manat məbləğində pul vəsaiti qoyulmuşdur. "Nikoyl” İKB ASC-nin 3 saylı filialı ilə X10 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müddətli əmanət müqaviləsinə əsasən 3-83478100-41220 saylı əmanət hesabı üzrə 36 aylıq müddətinə illik 12.1 faiz dərəcəsi ilə 25000 ABŞ dolları məbləğində pul vəsaiti qoyulmuşdur. Ekspert rəyi ilə 5000 manat məbləğində müddətli (nömrəsiz) əmanətin 24 may 2013-cü il tarixli, 3-D5-12-0-250-13 saylı kredit müqaviləsi üzrə borca silindiyi, 1430 nömrəli müddətli 25000 ABŞ dolları məbləğində əmanətin isə silinmədiyi (təyinatının müəyyən etmək mümkün olmadığı) müəyyən edilmişdir. Qeyd edilən ekspertizanın nəticəsinə uyğun, habelə xx.xx.2014-cü il tarixli, 3-D-6-0-828-14 saylı əmanətin girov müqaviləsi nəzərə alınmaqla xx.xx.2014-cü il tarixli, 3-D-6-0-828-14 saylı (yaxud digər) kredit müqaviləsi əsasında xx.xx.2014-cü il tarixli 1430 nömrəli müddətli əmanət müqaviləsi (3-83478-100-41220 saylı əmanət hesabı) üzrə məhz 25000 ABŞ dolları məbləğində əmanətin aidiyyəti (silinməsi) müəyyən edilmir.

16. Beləliklə, apellyasiya şikayəti üzrə əlavə araşdırmanın nəticəsi belə qənaətə gəlməyə əsas verir ki, birinci instansiya məhkəməsinın gəldiyi qənaətin əsasları düzgün müəyyən edilməmiş və işin halları əhatəli araşdırılmamışdır. Ona görə, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilməklə, “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən Cavabdeh ASC-nin ("xxxx" İKB ASC) 3 saylı filialının 3-83478-100-41220 nömrəli bank hesabına qoyulmuş 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində əmanət və əmanətin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək illik 12.1 % hesablanmış pul vəsaiti (ödəniş günü ABŞ dollarının manata məzənnəsinə uyğun manatla) Cavabdeh ASC-dən ("xxxx" İKB ASC) İddiaçı xeyrinə tutulmalıdır.

17. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş və ekspertizaya aid məhkəmə xərcləri cavabdehə aid edilməlidir.

18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: Cavabdeh "Yelo Bank” ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-177/2022 saylı işi üzrə 27 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "Yelo Bank” ASC-yə qarşı "müqavilənin etibarsız hesab edilməsi və pul” tələbinə dair iddiası qismən təmin edilsin. xx.xx.2017-ci il tarixli, 2V-71 reyestr nömrəli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən Cavabdeh ASC-nin ("xxxx" İKB ASC) 3 saylı filialının 3-83478-100-41220 nömrəli bank hesabına qoyulmuş 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində əmanət və əmanətin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək illik 12.1 % hesablanmiş pul vəsaiti (ödəniş günü ABŞ dollarının manata məzənnəsinə uyğun manatla) Cavabdeh ASC-dən ("xxxx" İKB ASC) İddiaçı xeyrinə tutulsun. Qalan hissələrdə iddia tələbi təmin edilməsin. İş üzrə (apellyasiya icraatı zamanı) keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat məbləğində pul vəsaiti cavabdeh "Yelo Bank” ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar