Məhkəmə qərarları › İş №2(103)-2572/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2572/2025

15.07.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-2572/2025 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 qızı və cavabdeh2 MTK-ya qarşı iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız sayılması və yeni müqavilənin bağlanması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi lunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 MTK-ya qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız sayılması və yeni müqavilənin bağlanması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı

1. cavabdeh2 MTK-nın ##.##.2013-cü il tarixli arayışına əsasən cavabdeh1 Bakı şəhəri Yasamal rayonu H.Zərdabi pr 92A ünvanında tikilməkdə olan yaşayış binasının 6-cı blokunda 10-cu mərtəbədə 3 otaqlı * nömrəli mənzilin dəyərinin 600 manatını beh kimi ödəmişdir.

2. Binyətova Kəmalə Qənimət qızı cavabdeh2 MTK-nın Idarə Heyətinin sədrinə ünvanladığı ##.##.2013-cü il tarixli ərizəyə əsasən Bakı şəhəri Yasamal rayonu H.Zərdabi pr 92A ünvanında tikilməkdə olan yaşayış binasının 6-cı blokunda 10-cu mərtəbədə 3 otaqlı * nömrəli mənzilin pulunun hissə-hissə ödənilmək şərti ilə ona satılmasına icazə verilməsini xahiş etmişdir.

3. “Podratçı” cavabdeh2 MTK ilə “Sifarişçi” cavabdeh1 arasında bağlanmış çoxmənzilli yaşayış binasının tikintisi haqqında ##.##.2013-cü il tarixli, ** nömrəli fərdi müqaviləyə əsasən podratçı Bakı şəhəri Yasamal rayonu H.Zərdabi pr 92A ünvanında tikilməkdə olan yaşayış binasının 6-cı blokunda 10-cu mərtəbədə 3 otaqlı * nömrəli mənzilin tikintisini, sifarişçi isə müqavilənin qiyməti üzrə 83.581 manatı ödəməyi öhdəsinə götürmüşdür.

4. Müqavilənin 3.1-ci bəndinə əsasən Sifarişçi müqavilənin ümumi dəyərinin 49.65%ni, yəni 41.500 manatı ödəyir, 50.35%-ni, yəni 42.081 manatını isə ##.##.2013-cü il tarixədək ödəməyi öhdəsinə götürür.

5. cavabdeh2 MTK-nın ##.##.2013-cü il tarixli arayışına əsasən cavabdeh1 Bakı şəhəri Yasamal rayonu H.Zərdabi pr 92A ünvanında tikilməkdə olan yaşayış binasının 6-cı blokunda 10-cu mərtəbədə 3 otaqlı * nömrəli mənzilin dəyərinin 49.65%-ni ödəmiş, 42.081 manat borcu qalmışdır.

6. cavabdeh2 MTK-nın ##.##.2014-cü il tarixli arayışına əsasən cavabdeh1 Bakı şəhəri Yasamal rayonu H.Zərdabi pr 92A ünvanında tikilən yaşayış binasının 6-cı blokunda 10cu mərtəbədə 3 otaqlı * nömrəli mənzilin dəyərinin 61.62%-ni ödəmiş, 32.081 manat borcu qalmışdır.

7. cavabdeh2 MTK-nın ##.##.2014-cü il tarixli arayışına əsasən cavabdeh1 Bakı şəhəri Yasamal rayonu H.Zərdabi pr 92A ünvanında tikilən yaşayış binasının 6-cı blokunda 10cu mərtəbədə 3 otaqlı * nömrəli mənzilin dəyərinin 79.66%-ni ödəmiş, 17.000 manat borcu qalmışdır.

8. cavabdeh2 MTK-nın ##.##.2014-cü il tarixli arayışına əsasən cavabdeh1 Bakı şəhəri Yasamal rayonu H.Zərdabi pr 92A ünvanında tikilən yaşayış binasının 6-cı blokunda 10cu mərtəbədə 3 otaqlı * nömrəli mənzilin dəyərinin 93.65%-ni ödəmiş, 5300 manat borcu qalmışdır.

9. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin ##.##.2024cü il tarixli, *-**-**/*-****/** nömrəli məktubuna əsasən cavabdeh1 sonuncu dəfə ölkə hüdudlarını ##.##.2014-cu il tarixində tərk etmişdir.

10. Rusiya Federasiyasının Saratov vilayətində * saylı Islah Müəssisəsinin arayışa əsasən müəyyən olunur ki, cavabdeh ##.##.1969-cu il təvəllüdlü cavabdeh1 ##.##.2021-ci il tarixdən Rusiya Federasiyasının Saratov vilayətində * saylı Islah Müəssisəsində cəza çəkir. Saratov şəhərinin Voljskiy rayon məhkəməsinin ##.##.2015-ci il tarixli hökmü əsasında onun cəzaçəkmə müddəti ##.##.2015-ci il tarixdən ##.##.2028-ci il tarixədək müəyyən edilmişdir.

11. ##.##.2019-cu il tarixdə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 MTK və cavabdeh1 qarşı maneələrin aradan qaldırılması və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh1 ilə cavabdeh2 MTK arasında ünvan 1 ünvanında tikilən 19 mərtəbəli yaşayış binasının 6 blok 10 mərtəbədəki * saylı mənzilinə dair bağlanmış ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması və həmin mənzilə dair onunla müqavilə bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 MTK və cavabdeh1 qarşı maneələrin aradan qaldırılması və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işi MPM-nin 259.0.6-cı maddəsi lə baxılmamış saxlanılmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

13. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 MTK-ya qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız sayılması və yeni müqavilənin bağlanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh1 ilə cavabdeh2 MTK arasında Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 4 ünvanında tikilən 19 mərtəbəli yaşayış binasının 6 blok 10 mərtəbədəki * saylı mənzilinə dair bağlanmış ##.##.2013-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması və həmin mənzilə dair onunla müqavilə bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ##.##.2013-cü il tarixdə bacısı cavabdeh1 adına Bakı şəhəri Yasamal rayonu H.ünvan 2 ünvanında tikilən 19 mərtəbəli yaşayış binasının 6 blok 10 mərtəbədəki * saylı mənzili almışdır. Həmin mənzil alındıqda və ona uyğun müqavilə bağlandıqda hazırkı iş üzrə cavabdeh olan cavabdeh1 həmin müqavilədə iştirak etməmiş, müqavilə tərəfi olmamışdır. Müqavilədə bir tərəf iddiaçı, digər tərəf isə hazırkı iş üzrə cavabdeh olan cavabdeh2 MTK olmuşdur. Bütün ödənişlər iddiaçı tərəfindən “Yusif” adlı makler vasitəsilə həyata keçirilmişdir. Həmçinin, iş materiallarına cavabdeh1 şəxsiyyət vəsiqəsinin sürətini əlavə etmişlər. Həmin vəsiqədə cavabdehə məxsus olan imza ilə müqavilədə olan imza tamamilə fərqlidir. Bu hal müqavilənin cavabdeh1 tərəfindən imzalanmadığını bir daha sübuta yetririr. Qeyd edir ki, müqavilə bağlandığı və ödənişlərin olunduğu zaman cavabdeh cavabdeh1 ölkə daxilində olmamışdır. O zaman iddiaçı cavabdeh olan MTK-da 4 ədəd mənzil almışdır. MTK rəhbərliyi isə ona yalnız bir nəfər bir mənzilə sahib ola bilər. Buna görə də idddiaçı evləri yaxın qohumları, həmçinin bacısı olan cavabdeh1 adına rəsmiləşdirmişdir. Evlərin alınması ilə bağlı bütün ödənişlər ödənilmiş, yalnız kommunal xidmətlərə görə borc qalmışdır. Nəinki müqavilə, hətta evin bütün ödənişləri də məhz Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən aparılmışdır. Iş üzrə cavabdeh müqavilə bağlanan zaman Azərbaycanda olmamışdır. Cavabdehin adı formal olaraq müqavilədə qeyd olunmuşdur. Iddiaçı mənzillər alındıqda Ukraynada yaşadığına görə və orada bir müddət həbsdə olduğuna görə məznillərin heç birin öz adına rəsmiləşdirə bilməmişdir. Biz müqavilənin etibarsız hesab edilməsini və həmin tarixə iddiaçı ilə yeni müqavilənin bağlanmasını xahiş edir.

15. Cavabdeh cavabdeh2 MTK iddia ərizəsinə qarşı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi əsassız olmaqla yanaşı, iddiaçının əqdin etibarsızlığı ilə bağlı iddia qaldırmaq üçün müəyyən edilmiş müddət ötürülmüşdür. ##.##.2013-cü il tarixdə iş üzrə digər cavabdeh Binyətova Kəmalə Qənimət qızı MTK-nın sədrinə Bakı şəhəri Yasamal rayonu H.Zərdabi pr 92A ünvanında tikilməkdə olan yaşayış binasının 6-cı blokunda 10-cu mərtəbədə 3 otaqlı * nömrəli mənzilin pulunun hissəhissə ödənilmək şərti ilə ona satılmasına icazə verilməsi barədə ərizə ilə müraciət etmişdir. Ərizəyə baxılmış və Binyətova Kəmalə Qənimət qızı ilə cavabdeh2 MTK arasında ##.##.2013-cü ildə Bakı şəhəri Yasamal rayonu H.Zərdabi pr 92A ünvanında tikilməkdə olan yaşayış binasının 6-cı blokunda 10-cu mərtəbədə 3 otaqlı * nömrəli mənzilin tikintisinə dair ** saylı “çoxmənzilli yaşayış binasının tikintisinə dair fərdi” müqavilə bağlanmışdır. Müqavilənin qiyməti 83.581 manat müəyyən edilmişdir. Müqavilə imzalanarkən “Sifarişçi” müqavilənin ümumi dəyərinin 49,65%-ni , yəni 41.500 manatını ödəmiş, qalan 50,35%-ni, yəni 42.081 manatını isə ##.##.2013-cü il tarixədək ödməyi öhdəsinə götürmüşdür. Nəticədə, Bünyatova Kəmalə Qənimət qızı ##.##.2014-cü il tarixədək mənzilin dəyərinin 93,65%-ni ödəmişdir. Onun MTK-ya hazırda 5.300 manat müqavilə üzrə borcu qalmaqdadır. Mənzil sifarişçiyə tikilib təhvil verilmiş və sifarişçi bu günədək həmin mənzildə yaşamaqdadır. Iddiaçı müqavilənin subyektiv tərkibini mübahisələndirməyərək bacısına öz istəyi ilə müqavilə bağlamağı tapşırdığını qeyd edir. Əqdin məzmunun sözügedən mənzilin alqı-satqısı olmuşdur. Iddiadan da göründüyü kimi, əqd həqiqi nəticəyə nail olmaqla iddiaçının bildiyi məzmunda bağlanmışdır. Əqd daşınmaz əmlakın alqı-satqı müqaviləsi üçün müəyyən edilmiş formaya riayət edilməklə bağlanmışdır. Iddiaçı iddia əsasında əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətini bildirməklə iradəsin in zədələndiyi və aldadıldığını qeyd etməklə əqdin etibarsız olduğunu iddia edir. Lakin iddiaçının qeyd olunan müqavilə ilə aiddiyyatını göstərən hər hansı mötəbər sübut mövcud deyildir. Həmçinin əqdin etibarsızlığı üçün əsaslar da mövcud deyildir.

16. Həmçinin cavabdeh cavabdeh2 MTK məhkəmə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı İddiaçı Yasamal rayon məhkəməsində cavabdehlər “xxxx" MTK-ya və Binyətova Kəmalə Qənimət qızma qarşı müqavilənin etibarsız hesab edilməsinə dair iddia qaldırıb. Hesab edirik ki, iddia əsassız olmaqla yanaşı, iddiaçının əqdin etibarsızlığı ilə bağlı iddia qaldırmaq üçün müəyyən edilmiş müddət ötürülmüşdür. ## ######## 2013-cü ildə iş üzrə cavabdeh Binyətova Kəmalə Qənimət qızı MTK-nın sədrinə Bakı şəhəri yaşamal rayonu H.Zərdabi pr 92A ünvanında tikilməkdə olan yaşayış binasının 6cı blokunda 10-cu mərtəbədə, 3 otaqlı * nömrəli mənzilin pulunun hissə-hissə ödənilmək şərtilə ona satılmasına icazə verilməsi barədə ərizə ilə müraciət etmişdir. Ərizəyə baxılmış və Binyətova Kəmalə Qənimət qızı ilə “xxxx" MTK arasında ## ######## 2013-cü ildə Bakı şəhəri yaşamal rayonu H.Zərdabi pr 92A ünvanında tikilməkdə olan yaşayış binasının 6-cı blokunda 10-cu mərtəbədə, 3 otaqlı * nömrəli mənzilin tikintisinə dair ** saylı “Çoxmənzilli yaşayış binasının tikintisinə dair fərdi" müqavilə bağlanmışdır. Müqaviənin qiyməti 83.581 manat müəyyən edilib. Müqavilə imzalanarkən “Sifarişçi" müqavilənin ümumi dəyərinin 49.65%-ni yəni 41.500 manatını ödəmiş, qalan 50.35%-ni isə, yəni 42.081 manat hissəsini isə ## ####### 2013-ü ilədək ödəməyi öhdəsinə götürmüşdür. Nəticdə, Bünyatova Kəmalə Qənimət qızı ## ### 2014-cü ilədək mənzilin dəyərinin 93.65%-ni ödəmişdir. Onun MTK-ya hazırda 5.300 manat müqavilə üzrə borcu qalmaqdadır. Mənzil Sifarişçiyə tikilib təhvil verilmiş və sifarişçi bu günədək də həmin mənzildə yaşamaqdadır. Hazırda iddiaçı cavabdehin adına olan mənzilin ona məxsus olması və mənzilə sahiblənə bilməməsi səbəbində iddia qaldırdığını qeyd edir. Iddiaçını dediyinə görə, bacısı ilə aralarında mənzilin onun adına alınması və sonradan mənzilin onun adına keçirilməsi barədə danışıq olmuşdur. Iddia ərizəsindən də görünür ki, hazırki iddiaçı müqavilə tərəflərindən, müqavilədən, onun hüquqi nəticələrindən xəbərdar olmuşdur. Mülki Məcələnin 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 354.1-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət- şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Göründüyü kimi həm əqdin etibarsızlığı ilə bağlı, həm də daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddətləri ötmüşdür. Iddia müddətinin məqsədi ilə bağlı Insan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il # #### tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Mülki Məcəllənin 375.2-ci maddəsinin göstərişinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

17. Cavabdeh cavabdeh2 MTK-nın nümayəndəsi və vəkili ##.##.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, eyni iddiaçı eyni cavabdehə qarşı eyni iddia tələbi ilə 2019-cu ildə Yasamal rayon məhkəməsinə müraciət etmiş, lakin məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Nəticədə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsinə görə məhkəmə ərizəni baxılmamış saxlamışdır. Bu xüsusat da bir daha təsdiq edir ki, iddiaçı mübahisə yaratdığı halla əvvəldən məlumatlı olmuş, lakin vaxtında iddia ilə məhkəməyə müraciət etməmişdir. Belə ki, kəsici müddət– şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Göründüyü kimi həm əqdin etibarsızlığı ilə bağlı, həm də daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddətləri ötmüşdür. Mülki Məcəllənin 375.2-ci maddəsinin göstərişinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Odur ki, məhkəmə baxış iclasını onun iştirakım olmadan keçirməklə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 MTK-ya və Binyətova Kəmalə Qənimət qızına qarşı müqavilənin etibarsız hesab edilməsinə dair iddia müddəti keçdiyindən, iddia müddətini tətbiq etməklə iddianın təmin edilməməsini xahiş etmişdir.

18. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir.

19. Azərbayca Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin */**** nömrəli ##.##.2024-cü il tarixli ekspert rəyinə əsasən cavabdeh2 MTK ilə cavabdeh1 arasında olan ## ######## 2013-cü il tarixli ** nömrəli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilənin 3-cü vərəqində “imza” qrafasında “cavabdeh1 Qənimə qızı” yazılan qarşısındakı imza - Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən icra olunmuşdur.

20. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs bildirmişdir ki, 2013cü ildə tərəfindən iddiaçı üçün cavabdeh cavabdeh2 MTK-dan 3 ədəd mənzil alınmışdır. Həmin mənzilləri iddiaçı şəxsən özü seçmişdir. Evlərin alınması ilə bağlı olan ödənişləri o etmişdir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

21. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Ü.A.Xəlil) iddia tələbi rədd edilmişdir.

22. Məhkəmə cavabdeh1 ilə cavabdeh2 MTK arasında Bakı şəhəri Yasamal rayonu H.ünvan 2 ünvanında tikilən 19 mərtəbəli yaşayış binasının 6 blok 10 mərtəbədəki * saylı mənzilinə dair bağlanmış ##.##.2013-cü il tarixli alqı-satqı müqaviləsinin imza ilə bağlı mübahisələndirilən hissəsinə münasibətdə hesab etmişdir ki, iş üzrə alınmış ekspert rəyinə əsasən də qeyd edilən imza cavabdeh cavabdeh1 tərəfindən icra edilməmiş, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən icra edilmişdir. Həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs da bu halı məhkəmə iclası zamanı təsdiq etmişdir. Lakin məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə əqdin təmsilçinin vasitəsilə bağlanması imkanı nəzərdə tutmuş, həmçinin səlahiyyətsiz təmsilçi tərəfindən bağlanılan əqdin sonradan bəyənilməsi halında həmin əqdi bağlandığı andan hüquqi nəticələrə səbəb olan etibarlı əqd kimi qiymətləndirmişdir.

23. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, baxmayaraq ki, ##.##.2013-cü il tarixli alqı-satqı müqaviləsi bağlanan zaman müqavilədəki imza cavabdeh1 tərəfindən deyil, səlahiyyətsiz təmsilçi olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən imzalanmışdır, lakin işin hallarından görünür ki, Binyətova Kəmalə Qənimət qızı həmin əqdi bəyənmiş və həmin əqd hazırda etibarlıdır. Baxmayaraq ki, cavabdeh heç bir məhkəmə iclasında iştirak etməmişdir, lakin iddiaçının iddia ərizəsində qeyd etdiyi hallardan məlum olur ki, Binyətova Kəmalə Qənimət qızı hazırda həmin mənzili qaytarmaqdan imtina edir. Digər tərəfdən müqavilə bağlanarkən Binyətova Kəmalə Qənimət qızı özü onun adından müqavilənin imzalanması üçün şəxsiyyət vəsiqəsini vermiş və bu da onun əqd bağlanmasına razılığının olduğunu ifadə edir.

24. Bundan başqa məhkəmə iddiaçının mənzilin alınması ilə bağlı pulun onun tərəfindən verilməsi ilə bağlı qeyd edir ki, iddiaçı özü öz iradəsi ilə mənzilin bacısının adına rəsmiləşdirilmək üçün pul vermişdir. Məhkəmə qeyd etmişdir ki, mənzilin alınması üçün nəzərdə tutulan pulun digər şəxs tərəfindən verilməsi qanunvericilikdə əqdin etibarsızlığı kimi nəzərdə tutulmamışdır.

25. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Bünyətova Kəmalə Qənimət qızı ilə cavabdeh2 MTK arasında bağlanmış ##.##.2013-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar olmadığından iddia təmin edilməməlidir. Məhkəmə müqavilənin etibarsızlığı hissəsində iddianı əsassız hesab etdiyindən prosessual qənaət prinsipinə əməl etməklə iddia tələbinin cavabdeh cavabdeh2 MTK-ya müqavilə bağlanması öhdəliyinin qoyulması hissəsində əsaslandırma aparılmasını zəruri hesab etmir.

26. Bundan başqa cavabdeh cavabdeh2 MTK tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.

27. Məhkəmə qeyd etmişdir ki, baxmayaraq ki, iddiaçı əqdin etibarsızlığını mübahisələndirmişdir, lakin məhkəmə hesab edir ki, əqd etibarlıdır. Odur ki, hazırki iddia üzrə müqavilənin etibarsızlığı ilə bağlı nəzərdə tutulmuş müddətləri deyil, daşınmaz əmlakla bağlı müqavilə tələbləri üzrə olan iddia müddətinin tətbiqini zəruri hesab edir.

28. Məhkəmə qeyd etmişdir ki, iddiaçı hazırki tələblə eyni cavabdehlərə qarşı ##.##.2019-cu il tarixdə də məhkəməyə müraciət etmiş və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli qərardadı ilə mülki iş baxılmamış saxlanılmışdır. Göründüyü kimi iddiaçının mübahisə edilən haldan məlumatı olmuşdur.Ona görə də iddia tələbi üzrə müddət də ötürüldüyündən, cavabdeh isə mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş etdiyindən iddia təmin edilməməlidir.

29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ, III hissələrinə, Mülki Məcəlləsinin 6.1.5, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.1, 339.2, 339.3, 354.1, 354.2, 359.1, 360.1, 360.2, 372.1, 372.2, 373.2, 375.1, 375.2-ci maddələrinə, Avropa Insan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri Ispaniyaya qarşı iş üzrə ## ###### 2000-ci il tarixli qərarına, “MPP Qolub Ukraynaya qarşı iş üzrə ##.##.2005-ci il tarixli qərarına, Stanyo Belçikaya qarşı iş üzrə # #### 2009-cu il tarixli qərarına, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2001 ci il tarixli Qərarına, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2008-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 119.1, 217.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

30. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

31. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh cavabdeh1 Rusiya Federasiyasının vətəndaşıdır və mübahisəli mənzilin alınmasında və ona görə cavabdeh2 MTK-ya pul vəsaitinin ödənilməsində iştirak etməmişdir. Sadəcə mənzil alınan zaman adında həmin cavabdeh2 MTK-da artıq mənzil qeydə alındığından, MTK rəhbəri isə hissəli ödənişlə bir mənzildən artıq mənzilin alınması mümkün olmadığını bildirdiyinə görə o, məcbur olub hissəli ödənişlə alınan mənzilləri bir neçə adamın adına rəsmiləşdirmişdir, o cümlədən mübahisəli mənzillərdən birinə dair müqaviləni Kəmalənin adından bağlatdırmışdır. Bu səbəbdən Kəmalə alqı-satqı müqaviləsində formal olaraq qeyd olunmuşdur. Alqı-satqının bağlanmasında, ödənişində, qəbul edilməsində, təmir edilməsində ümumiyyətlə iştirak etməyibdir. Şəxs mənzilə bağlı alqı-satqı müqaviləsini bağlasa da belə, onun dəyərini (pulunu) satıcı MTK ya ödəmədiyi halda mənzilin alınması mümkün olmur. O, makler Yusifin vasitəsiylə mənzilin dəyərini ödəmiş, buna əsasən də mənzil alıcısı olaraq tanınmaqla yanaşı, MTK onunla yeni alqı-satqı müqaviləsini bağlamalıdır. Ümumiyyətlə, şəxsin öz adına əmlakların alınması, hüquqların əldə edilməsi şəxsən və ya onun notarial qaydada təsdiq edilmiş səlahiyyətli nümayəndəsi vasitəsilə mümkün olur. Bu halda isə cavabdeh cavabdeh1 nə şəxsən özü nə də ki, onun notarial qaydada təsdiq edilmiş səlahiyyətli nümayəndəsi vasitəsiylə sözügedən alqı-satqı müqaviləsini bağlamamışdır. Onun tapşırığı ilə makler Yusif mənzilə dair alqı-satqını imzalamışdır. X1 tanımır, nə də ki Kəmalə Yusifi tanımır və hər hansı notarial qaydada təsdiq olunmuş etibarnaməni Yusifə Kəmalə tərəfindən təqdim olunmayıbdır. Bu da MTK lə bağlanan alqı-satqı müqaviləsinin bağladıldığı andan etibarsız olduğundan dəlalət edir. Məhkəmə mübahisəli mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin alıcısı cavabdeh1 yerinə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs imzasının olmasını və alqı-satqı müqaviləsinin bağlanması zamanı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs səlahiyyətini təsdiq edən etibarnamənin olmamasını bildirsə də, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh1 tapşırıqlarını yox, məhz iddiaçının tapşırıqlarını (mənzilə görə MTK-ya ödənişin edilməsini, Müqavilənin səlahiyyətsiz bağlanmasını, imzalanmasını və sair) icra etmişdir. Bu səbəbdən məhkəmə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh cavabdeh1 tapşırığını səlahiyyətsiz icra edən, sonra isə bəyənildiyinə görə onu qəbul edilmiş kimi tanımağı MM-in 777-ci maddəsinin tələblərinə ziddir. Çünki alqısatqının bağlanması tapşırığını Kəmalə yox, o, Yusifə vermişdir. Bu halı Yusifdə öz ifadəsiylə təsdiq edir. MM-in 362-ci maddəsində bir şəxsi üçünçü şəxsin qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalətin etibarnamə sayıldığı bildirilir. Fiziki şəxslər arasında etibarnamənin notarial qaydada bağlanması tələb olunduğuna görə mütləq notarial təsdiqi tələb olunur. Məhkəmə isə işlə bağlı apardığı araşdırmada bildirib ki, Yusif Kəmalənin səlahiyyətsiz təmsilçisidir və alqı-satqı müqaviləsi səlahiyyətsiz olaraq bağlanmışsa belə, sonra Kəmalə müqaviləni bəyənmiş, bu səbəbdən müqavilə hüquqi qüvvəli sənəd olaraq qəbul olunur. Lakin məhkəmə Yusifin cavabdeh Kəmaləni üçünçü şəxslərin qarşısında təmsil etmək üçün etibarnamənin notarial qaydada təsdiq edilmiş olmamağının və Yusifin məhz Kəmalənin tapşırığını icra etmədiyi, Yusifin onun tapşırığını icra etdiyi və sair bu kimi hallara göz yummuşdur. Buna görə maddələrin tələblərini kobud sürətdə pozmuşdur. MM-in 567-ci maddəsində satıcının əşyanı alıcının mülkiyyətinə verməyi, alıcının isə əşyanı qəbul edib əvəzinə qiymətini ödəmək öhdəsinin olduğu qeyd edilib. Lakin cavabdeh2 MTK arasında Bakı şəhəri Yasamal rayonu H.ünvan 2 ünvanında tikilən 19 mərtəbəli yaşayış binasının 6-cı blokunun 10-cu mərtəbəsindəki * saylı mənzilinə dair bağlanmış alqı-satqı müqaviləsində alıcısı kimi göstərilən cavabdeh1 mənzilə görə öz vəsaiti hesabına heç bir ödənişi etməyib. Mənzilin dəyərini tam şəkildə iddiaçı şəxsi vəsaiti hesabına Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adlı makler vasitəsiylə MTK-nın hesabına ödəmişdir. Hətta belə qətnamənin 21-ci bəndində Məhkəmə ekspertizasının adı çəkilən müqavilənin 3-cü səhfəsində imza qrafasında çəkilən imzanın müəllifinin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olduğu bildirilir. Belə məlum olur ki, cavabdeh cavabdeh1 ”xxxx” MTK ilə bağlanmış * saylı mənzilə görə müqavilənin nə tərəfi deyil, nə də ki mənzilə görə hər hansı ödəniş aparmayıb, həm də ki ödənişin icra edilməsini də özü icra etməyib. Məhkəmə isə cavabdeh1 alıcı qismində tanımış və onun mənzil mülkiyyətçisi olduğunu bildirmişdir. Məhkəmə tərəfləri barışdırmağa və iş üzrə barışıq sazişinin bağlanması üçün heç bir təklif və ya cəhd etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

33. Işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə və üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Iddiaçının nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq daha öncə təyin edilmiş başqa məhkəmə işi ilə bağlı üzrlü səbəbdən iştirak edə bilməyəcəyini qeyd etmiş, məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

34. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, cavabdeh Azərbaycan Respublikasında deyil, hazırda Rusiya Federasiyasındadır və evin harada olması barədə belə məlumatı yoxdur. Iddiaçı həbsdə olmuş və 2024-cü ildə azadlığa buraxılmışdır. Iddiaçı yalnız bu işlə deyil, digər işlərlə də bağlı vəkillə müqavilə bağlamış və etibarnamə vermişdir, lakin vəkil iddianı qaldırdıqdan sonra proseslərə getməmişdir.

Tətbiq edilən hüquq

35. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Maddə 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

36. “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2020-ci il tarixli Qərarı: Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər. Dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Hazırkı işdə iddia tələbi təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Işdən görünür ki, mübahisəli mənzillə bağlı müqavilə ##.##.2013-cü il tarixdə bağlanmış, sifarişçi qismində cavabdeh1 çıxış etmiş və mənzilin dəyərinin böyük hissəsi ödənilmişdir.

42. Hazırda iddiaçının tələbi cavabdeh1 ilə cavabdeh2 MTK arasında bağlanmış həmin müqavilənin etibarsız hesab edilməsi ilə bağlıdır. Iddiaçının əsas dəlilləri odur ki, o, həmin MTK-dan hissəli ödənişlə bir mənzildən artıq mənzil ala bilmədiyi üçün Bakı şəhəri Yasamal rayonu H.ünvan 2 ünvanında tikilən 19 mərtəbəli yaşayış binasının 6 blok 10 mərtəbədəki * saylı mənzilə dair müqaviləni bacısı Kəmalənin adına bağlatdırmışdır. cavabdeh1 mübahisəli mənzilin alınmasında və mənzilin dəyərinin MTK-ya ödənilməsində iştirak etməmişdir.

43. Apellyasiya araşdırması zamanı şikayətin dəlillərinin yoxlanılması məqsədilə ##.##.1969-cu il təvəllüdlü cavabdeh1 iddiaçı İddiaçı tərəfindən təqdim olunan iddia ərizəsinin təqdim edilməsi, onun iddia ərizəsinə münasibətinin öyrənilməsi və yazılı izahatının alınması məqsədilə Rusiya Federasiyasının səlahiyyətli orqanına məhkəmə tapşırığı verilmişdir.

44. Rusiya Federasiyasının səlahiyyətli orqanlarının cavab məktubundan müəyyən olunur ki, Krasnoarmeysk Şəhər Məhkəməsi tərəfindən ##.##.2026-cı il tarixdə məhkəmə iclası keçirilmiş, cavabdeh1 iştirak etmiş və iddia tələbi ilə tanış edilmiş, iddia tələbini qəbul etmədiyini və bu mənzilin ona məxsus olduğunu bildirmişdir.

45. Məktuba əlavə edilmiş izahatda cavabdeh1 qeyd etmişdir ki, o, 2013-cü ildə Bakıda, Yasamal rayonu, N. ünvan 3 ünvanında tikilən 19 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində mənzil almış, pulunu ödəmiş, 5.000 manat borcu qalmışdır. Həbsə düşdüyündən qalan borcunu verə bilməmişdir. Həbsdən çıxdıqdan sonra qalan borcunu ödəyəcəyək. O, İddiaçı ev almamışdır. Pulu ödəyən də özüdür. İddiaçı onun adına ev almayıb.

46. Bu izahat iş materiallarında olan digər sübutlarla birlikdə qiymətləndirildikdə iddiaçının müqavilənin formal xarakter daşıması və mənzilin əsl alıcısının özü olması barədə dəlilləri öz təsdiqini tapmamış, əksinə, cavabdeh cavabdeh1 mübahisəli mənzilin öz adına alındığını, mənzilin dəyərini özü ödədiyini, qalan borcu cəza çəkməsi səbəbindən ödəyə bilmədiyini, azadlığa çıxdıqdan sonra həmin borcu ödəyəcəyini bildirmiş, iddia tələbini qəbul etməmişdir.

47. Eyni zamanda, cavabdeh1 mənzilə görə təxminən 5.000 manat borcu qaldığını bildirməsi cavabdeh2 MTK-nın iş materiallarında olan ##.##.2014-cü il tarixli arayışı, habelə iddiaya qarşı verilmiş etirazın dəlilləri ilə təsdiq olunur.

48. Cavabdeh cavabdeh1 ödənişlərdən və borcundan məlumatlı olması, iddiaçı tərəfindən ona məxsus vəsait hesabına ödənişlər həyata keçirildiyi təqdirdə ##.##.2014-cü il tarixindən hal-hazıradək qalan 5.300 məbləğində vəsaitin ödənilməməsi onu deməyə əsas verir ki, müqavilə üzrə ödənilən vəsaitlər iddiaçıya məxsus olmamışdır.

49. Nəzərə alınmalıdır ki, həmin borcla bağlı MTK tərəfindən arayış ##.##.2014-cü il tarixində verilmiş, cavabdeh1 sonuncu dəfə ölkə hüdudlarını ##.##.2014-cu il tarixində tərk etmiş və Rusiya Federasiyasında cinayət məsuliyyətinə cəlb edilmişdir. Bu fakt da müqavilə üzrə qalan 5.300 manat vəsaitin məhz cavabdeh1 tərəfindən ödənilməli olduğunu təsdiq edir.

50. Bundan başqa, cavabdeh2 MTK da müqavilə tərəfi kimi cavabdeh1 tanıyır və bununla bağlı mövqeyini iddia ərizəsinə qarşı verilmiş etirazda nümayiş etdirmişdir.

51. Məhkəmə kollegiyası hesab edir ki, müqavilədəki imzanın cavabdeh1 tərəfindən deyil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən icra olunması faktı özlüyündə müqavilənin etibarsızlığı üçün əsas deyil. Belə ki, səlahiyyətsiz şəxs tərəfindən bağlanmış əqd təmsil edilən şəxs tərəfindən sonradan bəyənildiyi halda, həmin əqd bağlandığı andan hüquqi nəticələr yaradır.

52. Məhkəmə kollegiyası hesab edir ki, iddianın özlüyündə əsassız olması həmin iddiaya iddia və ya kəsici müddətin tədbiq edilib-edilməməsi ilə bağlı qiymət verilməsi zərurətini aradan qaldırır.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar