Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2579/2022 26.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, Cavabdeh İB-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli 2(011)-724/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 avqust 2020-ci il tarixdən iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə təbii qazın verilməsi üçün alqı-satqı müqaviləsinin bağlanması və qaz sayğacının quraşdırılması vəzifəsinin cavabdehə həvalə edilməsi və hazırda iddiaçıya məxsus olan evin əvvəlki sahibi X3 adına hesablanmış 6019,30 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ləman X1 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini 22200 manat pul ödəyərək 18 avqust 2020-ci il tarixli notarial qaydada bağlanmış ilkin alqı-satqı müqaviləsinə əsasən almışdır. Evin mülkiyyət hüququna dair çıxarışı olmadığına görə ev iddiaçının yalnız sahibliyində və istifadəsindədir. İddiaçı kommunal ödənişləri vaxtında ödəyir. İddiaçı həmin evə qaz sayğacı quraşdırıb təbii qazın verilməsini təmin etmək üçün Cavabdeh İB-yə 27 avqust 2021-ci il tarixdə rəsmi ərizə ilə müraciət etmişdir. İB-nin nümayəndəsi gəlib evə baxış keçirdikdən sonra 28 sentyabr 2021-ci il tarixli akt tərtib edərək bildirmişdir ki, evin əvvəlki sahibi X6 tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edildiyinə görə onun 6019,30 manat borcu yaranmışdır və bu səbəbdən yaşayış evinə təbii qaz quraşdırıla bilməz və borcu ödəyəcəyi təqdirdə yaşayış evinə sayğacın quraşdırılacağı təmin ediləcəkdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli 2(011)-724/2022 saylı qərardadı ilə iddia tələbinin fərdi yaşayış evinə təbii qazın verilməsi üçün alqı-satqı müqaviləsinin bağlanması və qaz sayğacının quraşdırılması vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində iş mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə icraata xitam verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli 2(011)-724/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin **********00061 saylı abunə koduna hesablanmış 6019,30 manat borcdan 200 manat saxlanılmaqla, qalan 5819,30 manat məbləğində borcun silinməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının bu tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, həmin borc abonent X6 tərəfindən istifadə edilmiş təbii qaza görə yaranmış və ödənilməmişdir. Bundan əlavə, İddiaçı həmin ünvanda yerləşən ev üzərində mülkiyyət hüququ tanınmamışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh İB-nin nümayəndəsi Rəşad Əliyev apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı 18 avqust 2020-ci ildə ünvan 1 ünvanındakı fərdi yaşayış evini ilkin müqavilə əsasında X2 almaqla əldə etmişdir. Müqavilədə evə dair mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın olmadığı, çıxarış alındıqdan sonra alqı-satqının rəsmiləşdiriləcəyi qeyd olunmuşdur. İş materiallarında olan X3 barəsində tərtib olunmuş təbii X7nın pozulması haqqında 30 iyun 2020-ci il tarixli akta əsasən, həmin mənzildəki sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuş, abonentin saldosuna əsasən həmin ünvana itirilmiş təbii qazın dəyəri olaraq 2021-ci ilin iyul ayına 6019,30 manat borc yazılmışdır. İddiaçı 6019,30 manat borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: -öz hərəkətlərinə hüquqi ixtiyar; -başqa (borclu) şəxslərdən tələb etmək hüququ; -müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X7 ilə tənzimlənir. X7 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X7”nın 3.2-ci bəndinə əsasən, qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidirlər. Azərbaycan Republikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından görünür ki, İddiaçı silinməsini tələb etdiyi 6019,30 manat borc X3 təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə hesablanmış, təbii X7nın pozulmasına görə 30 iyun 2020-ci il tarixli ******* saylı akt Zemfira Əliyevanın barəsində tərtib olunmuşdur. Buna görə də həmin borcun silinməsi tələbini iddiaçı yox, X6 irəli sürə bilərdi. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Qeyd olunan hallar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.0.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.6-cı maddəsinə əsasən yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunduğundan və iddia tələbi rədd olunduğundan, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.6, 382, 384, 385, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli 2(011)-724/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin, apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıdan alınaraq cavabdehə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2579/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2579/2022
26.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver