Məhkəmə qərarları › İş №2(103)-2580/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2580/2021

10.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2580/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, İlham Əziz oğlu Kərimli və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-669/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı nümayəndəsi və vəkili X1 Cavabdeh1 (mübahisə predmeti barəsində müstəqil tələblərirəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi olmaqla) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 cavabdehlər kimi, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsini, Bakı şəhəri 19, 38 və 53 saylı notariat ofislərini mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər kimi göstərərək, Bakı şəhəri Xətai rayonu Həsən Salmani küçəsindəki 23 nömrəli evin 11 nömrəli mənzilinin İddiaçı adından Cavabdeh3 satılması barədə Bakı şəhəri 53 saylı notariat ofisinin xx.xx.2016-cı il tarixli 4Ə-164 reyestr qeydli, İP-AS 016 AİF nömrəli “ipoteka ilə yüklü edilmiş əmlakın alqı-satqısı” müqaviləsinin; həmin mənzilin Cavabdeh3 adından Cavabdeh1 satılması barədə Bakı şəhəri 19 saylı notariat ofisinin xx.xx.2017-ci il tarixli 4Ə-117 reyestr qeydli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin və həmin mənzilin Cavabdeh2 adına özgəninkiləşdirilməsi barədə Bakı şəhəri 38 saylı notariat ofisinin xx.xx.2018-ci il tarixli 4Ə-225 reyestr qeydli, AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; cavabdehlərin adına verilmiş və Cavabdeh2 adına DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış üzrə qeydin ləğv edilməsi və İddiaçı əmlaka dair hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-669/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. İddiaçı nümayəndəsi və vəkili Ülvi İsmayılov vəsatətlə məəhkəməyə müraciət edərək, hazırki mülki işin, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı “ünvan 1 ünvanında yerləşən mənzilin satılması nəticəsində əldə olunmuş 285000 manat pulun və vurulmuş əlavə ziyana görə 65000 manatın Cavabdeh1 alınaraq İddiaçı ödənilməsi haqqında” iddiası üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-3695/2019 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə olan və xx.xx.2019-cu il tarixdə icraatı dayandırılmış mülki işlə bir icraaatda birləşdirilməsini xahiş etmişdir. Vəsatətə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-558/2020 saylı qərardadının surətindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə icraat İddiaçı Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməəsi və sair tələbi barədə” iddiasına dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktı qüvvəyə minənədək dayandırılmışdır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, hesab edir ki, hazırki mülki iş, İddiaçı Cavabdeh1 qarşı “pulun ödənilməsi” tələbinə dair dair mülki işlə bir icraatda birləşdirilməlidir. Belə ki, iş materiallarından görünür ki, hakim Məmməd Məmmədovun icraatında olan İddiaçı Cavabdeh1 qarşı “pulun ödənilməsi” tələbinə dair 2(103)-169/2021 saylı mülki iş, hazırki 2(103)-2580/2021 saylı mülki işdən əvvəl icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər bir-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər (maddə 43). Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməyə haqlıdır (maddə 169.3). İşin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra, işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya məhkəmənin təşəbbüsü ilə iş üzrə icraat təzələnir (maddə 257) Kollegiya hesab edir ki, Bakı Apellyasiya Məhkəməsində olan 2(103)-169/2021 və 2(103)- 2580/2021 saylı mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43, 169.3, 257, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və.s tələbinə dair 2(103)-2580/2021 saylı mülki iş, iddiaçı İddiaçı Cavabdeh1 qarşı “pulun ödənilməsi” tələbinə dair 2(103)-169/2021 saylı mülki işlə bir icraatda birləşdirilsin, hər iki mülki işə 2(103)-169/2021 saylı nömrə verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər İlham Kərimli Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar