Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2581/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, İkram Sabir oğlu Şirinov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MTK-ya qarşı ünvan 1 mənzil 88 ünvanında yerləşən ümumi sahəsi 120.0 kv.m olan mənzilə dair Cavabdeh3 MTK-nın üzvlərinin ümumi iclasının 05 nömrəli, xx.xx.2012-ci il protokoldan çıxarış, xx.xx.2012-ci il tarixli 25 saylı Forma 2, 27 saylı xx.xx.2012-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi və xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli olan Cavabdeh2 adına verilmiş mülkiyyət hüqunun qeydiyyatının ləğv edilməsi; ünvan 1 mənzil 88 ünvanında yerləşən ümumi sahəsi 120.0 kv.metr olan mənzilə dair cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 4ə-103 reyestr nömrəli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilə dair xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli olan Cavabdeh1 adına verilmiş mülkiyyət hüqunun qeydiyyatının ləğv edilməsi; birgə nikah dövründə əldə edilən Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə ünvan 1 mənzil 88 ünvanında yerləşən ümumi sahəsi 120,0 kv.m olan mənzilə, **-VE-*** nömrə nişanlı “Crysler Concorde” markalı avtomobil və 10-B-367 nömrə nişanlı “BMW S1000RR” motosikletə 1/2 (ikidə bir) hissəsinə İddiaçı payının müəyyən edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək iddia tələbində qeyd edilən əmlak olan: ünvan 1 mənzil 88 ünvanında yerləşən ümumi sahəsi 120,0 kv olan mənzilin, **-VE-*** nömrə nişanlı “Crysler Concorde” markalı avtomobil və 10-B-367 nömrə nişanlı “BMW S1000RR” motosikletin üzərində İddiaçı 2/3 (üçdə iki) payı, Cavabdeh1 1/3 (üçdə bir) payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, ünvan 1 mənzil 88 ünvanında yerləşən ümumi sahəsi 120.0 kv olan mənzilə dair Cavabdeh3 MTK-nın üzvlərinin ümumi iclasının 05 nömrəli, xx.xx.2012-ci il tarixli protokoldan çıxarış, xx.xx.2012-ci il tarixli 25 saylı Forma 2, 27 saylı xx.xx.2012-ci il tarixli maliyyə arayışı etibarsız hesab edilsin və xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli olan Cavabdeh2 adına verilmiş mülkiyyət hüqunun qeydiyyatının ləğv edilməsi, ünvan 1 mənzil 88 ünvanında yerləşən ümumi sahəsi 120.0 kv olan mənzilə dair cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 4ə-103 reyestr nömrəli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilə dair xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli olan Cavabdeh1 adına verilmiş mülkiyyət hüqunun qeydiyyatının ləğv edilməsi, Birgə nikah dövründə əldə edilən ünvan 1 mənzil 88 ünvanında yerləşən ümumi sahəsi 120,0 kv olan mənzilin üzərində İddiaçı ½ (ikidə bir) payı, Cavabdeh1 ½ (ikidə bir) payının müəyyən edilməsi, **-VE-*** nömrə nişanlı “Crysler Concorde” markalı avtomobil və 10-B- 367 nömrə nişanlı “BMW S1000RR” motosikletin üzərində İddiaçı ½ (ikidə bir) payı, Cavabdeh1 ½ (ikidə bir) payı müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən apellyasiya şikayətləri verilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri Rəşid Rzayev xx xxxx 2021-ci il tarixli məktubla Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(011)-2856/2020 nömrəli qətnaməsi üzrə mülki işə dair iddiaçı tərəfindən məhkəmə iclas protokollarına verilən qeydlərə baxılması ilə bağlı yaranmış zərurətlə əlaqədar həmin mülki işin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 357, 362 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri apellyasiya baxışından çıxarılsın və iddiaçı tərəfindən məhkəmə iclas protokollarına verilən qeydlərə baxılması ilə əlaqədar mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən Qürbət Əsgərov Hakimlər İkram Şirinov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2581/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2581/2021
16.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver