Məhkəmə qərarları › İş №2(103)-2584/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2584/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2584/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs Hacıbala oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 1545/2020 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs Hacıbala oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı LPO İddiaçı X1 Cavabdeh MMC-yə qarşı ( Yasamal Rayon İcra və Probasiya Şöbəsi və Maraqlı şəxs Hacıbala oğlu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracların, hərracın keçirilməsinə dair tərtib edilmiş protokolların və həmin hərracların nəticələrinin etibarsız hesab edilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 8286/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Yasamal rayon İcra və Probasiya şöbəsinin sifariş məktubuna əsasən girov qoyan Maraqlı şəxs Hacıbala oğluna məxsus Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydə alınmış Mənzil sertifikatlarında qeyd olunan mənzillərə olan sahiblik hüququnun açıq hərracdan satışına dair Cavabdeh MMC tərəfindən keçirilmiş hərracların, həracların keçirilməsinə dair tərtib edilmiş protokolların və həmin hərracların nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, LPO İddiaçı X2 Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 8286/2016 saylı icra sənədinə əsasən cavabdeh Maraqlı şəxs Hacıbala oğlundan LPO "xxxxı” ASC-nin xeyrinə 420000 manat əsas borcun, 192542 manat faiz borcunun, 50000 manat cərimənin və 22.5 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması, tutmanın iddiaçı qarşısında yüklü eailmiş girov predmetlərınə yönəldilməsi və onların açıq hərracda satılaraq əldə edilən vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8286/2016 saylı icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Yasamal Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bundan sonra Yasamal Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2017-ci il tarixli, xx/xx-239050-xx/xx-31303 saylı, sifarişinə əsasən aşağıda adları göstərilən girov predmetləri "Cavabdeh” MMC tərəfindən hərraca çıxarılmışdır: Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən xx xxxx 2006-cı il tarixdə qeydə alınmış Mənzil sertifikatında (seriya MS-N 000134; qeydiyyat № 08/5-003; emitent - “xxxx” MMC) qeyd olunan və Bakı şəhəri. C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasındakı, 610-cu məhəllə, 2 saylı binanın 1-ci mərtəbəsində yerləşən 80 kv.m həcmində qeyri-yaşayıs sahəsinə olan sahiblik hüququ; Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən xx xxxx 2006-cı il tarixdə qeydə alınmış Mənzil sertifıkatında (seriya MS-N 000168; qeydiyyat № 08/5-003; emitent – “xxxx" MMC) qeyd olunan və Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasındakı 610-cu məhəllə. 2 saylı binanın, 2-ci mərtəbəsində yerləşən 80 kv.m həcmində qeyri-yaşayış sahəsinə olan sahiblik hüquqi. Hesab edir ki, Yasamal rayon icra şöbəsi qanunsuz olaraq hərracın keçirilməsi barədə sifarişi fond birjasına deyil, "Cavabdeh” MMC-yə göndərmiş, “Cavabdeh" MMC isə ona verilmiş lisenziyada səlahiyyətlərində nəzərdə tutulmayan qanunsuz və əsassız hərrac keçirdiyindən, həmin hərracın nəticələri etibarsız hesab edilməli və həmin girov predmetlərinin qiymətli kağız kimi hərracı fond birjasında yenidən təşkil edilməlidir. Cavabdeh MMC xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsinə etiraz edərək etirazı onunla əsaslandırmışdır ki, Yasamal Rayon İcra və probasiya şöbəsinin göndərdiyi xx.xx.2018-ci il tarixli xx/xx-239050-17/23- 06 saylı məktubuna əsasən qeyd edilən qeyri-yaşayış sahəsinin satışı dayandırılmışdır. Qeyd edilən əmlakla bağlı hərrac yekunlaşmamış və yekunları barədə protokol tərtib edilməmişdir. Bu səbəbdən iddianın rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 1545/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Yasamal rayon İcra və probasiya şöbəsinin xx.xx.2017-ci il tarixli xx/xx-239050-xx/xx-31303 saylı sifariş məktubu əsasında Maraqlı şəxs Hacıbala oğluna məxsus Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2006-cı il tarixdə qeydə alınmış mənzil sertifikatında qeyd olunan Bakı şəhəri, C. Cabbarlı və Z.Əhmədbəyov kücələri arası, 610-cu məhəllə, 2 saylı binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m olan qeyri-yaşayış sahəsinə və Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2006-cı il tarixdə qeydə alınmış mənzil sertifikatında qeyd olunan Bakı şəhəri, C. Cabbarlı və Z.Əhmədbəyov küçələri arası, 610-cu məhəllə, 2 saylı binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m olan qeyri-yaşayış sahəsinə dair keçirilmiş hərracların etibarsız hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs Hacıbala oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1545/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırır ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1545/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsində qanunsuz və əsassız olduğundan ləğv edilməli, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Qətnamədə iddia tələbinin qismən təmin edilməsinin əsası kimi qeyd edilmişdir ki, '‘Qanunvericiliyin tələbindən göründüyü kimi, adlı qiymətli kağız olan girov predmeti icra məmurunun investisiya şirkətinə verlən tapşırığı əsasında girov müqaviləsində göstərilən qiymətə, girov müqaviləsi ilə qiymət müəyyən edilmədikdə isə qiymətli kağızlar nominal dəyərlə fond birjasında satışa çıxarılır. Girov predmeti fond birjasında satılmadıqda girov predmetini təşkil edən qiymətli kağızlar girov saxlayana təklif olunmalıdır. İşin hallarından göründüyü kimi qanunvericiliyin tələbləri pozulmuş, Yasamal rayon İcra və probasiya şöbəsi tərəfindən qiymətli kağızalar üzrə sahiblik hüquqları nə nominal dəyərlə, nədə girov müqaviləsinin müəyyənləşdirilmiş qiymtilə satışa çıxarılmamışdır. Əksinə olaraq qiymətləndirilmiş sahiblik hüquqları əvəzinə əmlakların özü satışa çıxarılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, hərrac düşgün olmayaraq qanunvericiliyin tələbləri pozulmaqla aparılmışdır. Odur ki, iddia "keçirilmiş hərracların etibarsızlığı ” hissəsində əsaslıdır və təmin olunmalıdır. Məhkəmə "hərac in nəticələri üzrə tərtib edilmiş protokolların və həmin hərracın nəticələrinin etibarsız hesab olunması" hissəsində iddia tələbilə bağlı qeyd edir ki, 'Cavabdeh” MMC-nin 06.11,2020-ci il tarixli iddia ərizəsinə etirazından göründüyü kimi qeyd edilən əmlakla bağlı hərrac yekunlaşmamış və yekunları barədə protokol tərtib edilməmişdir. Belə olan halda mövcud olmayan protokolun və nəticənin etibarsızlığı ilə bağlı iddia əsaslı hesab edilə bilməz. Odur ki, iddia bu hissədə təmin edilməməlidir. ” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. "Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2005- ci il tarixli 4 nömrəli Plenum qərarının 2-ci maddəsinin 4-cü bəndində qeyd edilir ki, " Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə adi edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun". Qanunun tələbindən göründüyü kimi, məhkəmə qətnamə çıxararkən həm iddiaçı, həm də cavabdeh tərəfin gətirdiyi arqumentlərə qiymət verməlidir. Lakin Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1545/2020 saylı 11.11,2020-ci il tarixli qətnaməsində iddia ərizəsinə qiymət verilməyərək maddi və prosessual hüquq normaları pozulmaqla əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Yasamal Rayon İcra və probasiya şöbəsinin göndərdiyi xx.xx.2018-ci il tarixli xx/xx-239050-17/23-06 saylı məktubuna əsasən qeyd edilən qeyri-yaşayış sahəsinin satışının dayandırıldığını qeyd etmişdir. Qeyd edilən əmlakla bağlı hərrac yekunlaşmamış və yekunları barədə protokol tərtib edilməmişdir. Yəni, iddiaçının iddia tələbində qeyd etdiyi xüsusatlar üzrə hərrac keçirilməmişdir. Belə olan halda isə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə keçirilməmiş hərracın nəticələri etibarsız edilmişdir. Məhkəmə qətnaməsində iddia tələbinin təmin edilmiş hissəsinə münasibətdə bildirir ki, həmin qiymətli kağızlar üzrə hərracın Cavabdeh MMC tərəfindən keçirilməsi barədə məktub Yasamal rayon İcra və Probasiya Şöbəsi tərəfindən göndərilmişdir. Sonradan isə Yasamal Rayon İcra və probasiya şöbəsinin göndərdiyi xx.xx.2018-ci il tarixli xx/xx-239050-17/23-06 saylı məktubuna əsasən qeyd edilən qeyri- yaşayış sahəsinin satışı dayandırılmışdır. Belə olan halda hesab edir ki, hazırki mübahisəyə iddia icraatı qaydasında baxılmalı deyildi. Məhkəmə iddia tələbini rədd etməklə, iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinin və “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 87.1-ci maddəsinin tələblərinə uyğun olaraq icra məmurunun hərəkət və ya hərəkətsizliyindən icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilməsi hüququ izah edilməlidi idi. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs Hacıbala oğlunun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə istinad edərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd edilməsi ilə bağlı hissədə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(004)-156/2016 nömrəli Qətnaməsinin surətindən görünür ki, 420000,00 manat əsas borc, 192542.00 manat faiz borcu, (müqavilə müddə uçun) 83339.6 manat qanun üzrə faiz borcu, 150000 manat cərimə borcu olmaqla cəmi 845881 60 (səkkiz yüz qırx beş min səkkiz yüz səksən bir manat 60 qəpik) manat və iddia ərizəsinin verilməsi ilə əlaqədar dövlət rüsumuna görə 22,2 manat cavabdeh Süleymanov Quvvətəli Hacıbaba oğlundan tutularaq iddiaçı “xxxx” ASG-yə ödənilməsi, Məhkəmə mühasibatlıq və xətşünaslıq ekspertizası xərclərinə görə cavabdeh Süleymanov Quvvətəli Hacıbaba oğlundan 111 (yüz on bir) manat, iddiaçı “xxxx” ASC-dən 39 (otuz doqquz) manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməsi, girov predmetinin qiymətləndirilməsi ilə bağlı ekspertiza xərclərinə görə cavabdeh Maraqlı şəxs 436,6 (dörd yüz otuz altı manat 60 qəpik) manat, iddiaçı "xxxx ASC-dən 153.4 (yüz əlli üç manat 40 qəpik) manat məbləğində pul vəsaiti tutularaq “X3 İctimai Birliyinə ödənilməsi, Süleymanov Quvvətəli Hacıbaba oğlundan tutma ona məxsus, Azərbaycar Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən xx xxxx 2006-cı il tarixdə qeydə alınmış Mənzil sertifikatında (seriya MS-N 000134 qeydiyyat № 08/5-003: emitent - "xxxx' MMC) qeyd olunan və Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arası, 610-cu məhəllə, 2 saylı binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv m olan qeyriyaşayış sahəsinə olan sahiblik hüququna və Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən xx xxxx 2006-cı ıl tarixdə qeydə alınmış Mənzil sertifikatında (seriya MS-N 000168, qeydiyyat № 08/5-003: emitent - “xxxx’ MMC) qeyd olunan və Bakı şəhəri, C Cabbarlı və Z.Əhmədbəyov küçələri arası 610-cu məhəllə, 2 saylı binanın 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 80 kv.m. olan qeyri-yaşayış sahəsinə olan sahiblik hüququna yönəldilməsi və girov predmetlərinin açıq hərracda satış yolu ilə realizə edilməsi, girov predmetlərinin hər birinin ilkin satış qiymətinin 160 000 (yüzaltmış min) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(103)-8286/2016 nömrəli Qətnaməsinin surətindən görünür ki, Maraqlı şəxs apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-156/2016 saylı iş üzrə xx xxxx 2016-cı il tarixli qətnaməsi Maraqlı şəxs "xxxx" ASCnin xeyrinə 150000 (yüz əlli min) manat cərimə (dəbbə) borcunun tutulması hissəsində dəyişdirilərək, cərimə borcu 50000 (əlli min) manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2017-ci il tarixli, 2(102)-2368/2017-ci il tarixli qərarının surətindən görünür ki, "xxxx" ASC-nin nümayəndəsinin və Süleymanov Quvvətəli Hacıbaba oğlunun kassasiya şikayəti təmin olunmamış, Bakı Apelyasiya Məhkəməsinin hazırki iş üzrə xx xxxxxx 2016-cı il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli Açıq hərracın keçirilməsinə dair 04/154 №-li Bildirişin surətindən görünür ki, Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2017 tarixli, 17/72- 239050-xx/xx-31303 saylı sifariş məktubu və Bakı Apelyasiya Məhkəməsinin Forma №3, 2(103)-8286/2016 saylı icra vərəqəsi üizrə ipoleka qoyan Maraqlı şəxs Hacıbala oğlunun mülkiyyətində olan ünvan 1 ünvanlı 1-ci mərtəbədə ümumi sahəsi 80 kv.m olan qeyri-yaşayış sahəsinin (tutma yönəldilmişdir) açıq hərracda satılması ilə əlaqədar hərracın keçirilməsi xx xxxxxx 2017-ci il tarixə saat 11:00-a təyin edilmişdir. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli Açıq hərracın keçirilməsinə dair 04/154-1 №-li Bildirişin surətindən görünür ki, Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2017 tarixli, 17/72- 239.050-17/23-3i303 saylı sifariş məktubu və Bakı Apelyasiya Məhkəməsinin Forma №3, 2(103)-8286/2016 saylı icra vərəqəsi üizrə ipoleka qoyan Maraqlı şəxs Hacıbala oğlunun mülkiyyətində olan ünvan 1 ünvanlı 1-ci mərtəbədə ümumi sahəsi 80 kv.m olan qeyri-yaşayış sahəsinin (tutma yönəldilmişdir) açıq hərracda satılması ilə əlaqədar hərracın keçirilməsi xx xxxxxx 2018-ci il tarixə saat 11:00-a təyin edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli iddia ərizəsinə etirazından görünür ki, Yasamal Rayon İcra və probasiya şöbəsinin göndərdiyi xx.xx.2018ci il tarixli xx/xx-239050-17/23-06 saylı məktubuna əsasən qeyd edilən qeyri-yaşayış sahəsinin satışı dayandırılmışdır. Qeyd edilən əmlakla bağlı hərrac yekunlaşmamış və yekunları barədə protokol tərtib edilməmişdir. Bu səbəbdən iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi araşdırması zamanı müəyyən edilmişdir ki, LPO İddiaçı X2 Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8286/2016 saylı icra sənədinə əsasən Süleymanov Quvvətəli Hacıbaba oğlundan tutma ona məxsus, Azərbaycar Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən xx xxxx 2006-cı il tarixdə qeydə alınmış Mənzil sertifikatında (seriya MS-N 000134 qeydiyyat № 08/5-003: emitent - "xxxx' MMC) qeyd olunan və Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arası, 610-cu məhəllə, 2 saylı binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv m olan qeyri-yaşayış sahəsinə olan sahiblik hüququna və Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən xx xxxx 2006-cı ıl tarixdə qeydə alınmış Mənzil sertifikatında (seriya MS-N 000168, qeydiyyat № 08/5-003: emitent - “xxxx’ MMC) qeyd olunan və Bakı şəhəri, C Cabbarlı və Z.Əhmədbəyov küçələri arası 610-cu məhəllə, 2 saylı binanın 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 80 kv.m. olan qeyri-yaşayış sahəsinə olan sahiblik hüququna yönəldilməsi və girov predmetlərinin açıq hərracda satış yolu ilə realizə edilməsi, girov predmetlərinin hər birinin ilkin satış qiymətinin 160 000 (yüzaltmış min) manat məbləğində müəyyən edilsə də Yasamal Rayon İcra və Probasiya şöbəsi icra tədbirlərini qanunvericiliyin tələblərinə əsasən keçirməmiş, nəticədə xx.xx.2017-ci il tarixli, xx/xx-239050-xx/xx-31303 saylı sifarişinə əsasən girov predmetləri olan Qiymətli Kağızların əvəzinə "Cavabdeh” MMC tərəfindən hərracın predmetini əmlaklar təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1078-1.2-ci maddəsinə əsasən daşınmaz əmlak sertifikatı adlı qiymətli kağızdır. Daşınmaz əmlak sertifikatlarının buraxılışı, dövlət qeydiyyatına alınması və tədavülü qaydası maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1078-2.3-cü maddəsinə əsasən girov kağızı girov qoyanla, o borclu deyilsə, həm də borclu ilə girov saxlayan arasında əmlakın və hüquqların girova qoyulmasını və bundan irəli gələn hüquq və öhdəlikləri təsbit edən adlı qiymətli kağızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1078-23.1-ci maddəsinə əsasən Qiymətli kağızlar girovla və bu Məcəllədə nəzərdə tutulmuş digər öhdəliklərlə yüklənə bilər və belə yüklənmə qiymətli kağızlar üzrə depozitar sistemində qeydiyyata alındığı andan qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1078-23.10-cu maddəsinə əsasən Borclu öhdəliyi icra etmədikdə girov saxlayan girov predmetinə tutmanın yönəldilməsi haqqında girov qoyana aşağıdakı məlumatları özündə əks etdirən bildiriş göndərməlidir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1078-23.11-cİ maddəsinə əsasən Girov saxlayan girov predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi girov qoyana göndərildiyi tarixdən etibarən yeddi iş günü ərzində mərkəzi depozitara göndərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1078-23.12-cİ maddəsinə əsasən Mərkəzi depozitar üç iş günü ərzində bildirişi qeydə alır, girov qoyulmuş qiymətli kağızlarla əməliyyatları dayandırır və bu barədə girov saxlayana məlumat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1078-23.14-cü maddəsinə əsasən Məhkəmə girov predmetinin satışı barədə qərar qəbul etdikdə, girov predmeti məhkəmə icraçılarının tapşırığı əsasında girov müqaviləsində göstərildiyi qiymətə fond birjasında satışa çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1078-23.15-ci maddəsinə əsasən Girov müqaviləsi ilə girov predmetinin qiyməti müəyyən edilmədikdə, qiymətli kağızlar nominal dəyər ilə satışa çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1078-23.16-cı maddəsinə əsasən Girov predmeti fond birjasında satılmadıqda, girov predmetini təşkil edən qiymətli kağızlar girov saxlayana təklif olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1078-23.17-ci maddəsinə əsasən Qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi qaydası maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi lə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Qanunvericiliyin tələbindən göründüyü kimi, adlı qiymətli kağız olan girov predmeti icra məmurunun investisiya şirkətinə verlən tapşırığı əsasında girov müqaviləsində göstərilən qiymətə, girov müqaviləsi ilə qiymət müəyyən edilmədikdə isə qiymətli kağızlar nominal dəyərlə fond birjasında satışa çıxarılır. Girov predmeti fond birjasında satılmadıqda girov predmetini təşkil edən qiymətli kağızlar girov saxlayana təklif olunmalıdır. İşin hallarından göründüyü kimi qanunvericiliyin tələbləri pozulmuş, Yasamal rayon İcra və probasiya şöbəsi tərəfindən qiymətli kağızalar üzrə sahiblik hüquqları nə nominal dəyərlə, nə də girov müqaviləsinin müəyyənləşdirilmiş qiymtilə satışa çıxarılmamışdır. Əksinə olaraq qiymətləndirilmiş sahiblik hüquqları əvəzinə əmlakların özü satışa çıxarılmışdır. Həmçinin, qanunvericiliyin tələblərindən göründüyü kimi, adlı qiymətli kağız olan girov predmeti məhkəmə icraçılarının tapşırığı əsasında açıq hərracda yox fond birjasında satışa çıxarılır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hərrac düşgün olmayaraq qanunvericiliyin tələbləri pozulmaqla aparılmışdır.Odur ki, 1-ci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia “keçirilmiş hərracların etibarsızlığı” hissəsində əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 1545/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar