Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2591/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər –Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Qurbanova Humay Məmməd qızının katibliyi ilə, İlk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-192/2020 nömrəli qərardadından verdiyi şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qeyriyaşayış sahəsinin təhvil verilməsinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçı Cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək ünvan 1 saylı ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbə 4-cü girişində sahəsi 236 m2 olan qeyri-yaşayış sahəsindən istifadə edilməsinin Cavabdeh və digər şəxslərə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahişetmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-192/2020 nömrəli qərardadı ilə ünvan 1 saylı ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbə 4-cü girişində sahəsi 236 m2 olan qeyri-yaşayış sahəsindən istifadə edilməsi Cavabdeh və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Daha sonra ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi X2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)- 192/2020 nömrəli qərardadından şikayət vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizəyə yenidən baxılmas üçün iş həmin məhkəməyə qaytarılmışdır. Belə ki, mübahisələndirilən qərardad qəbul edilərkən tərəflər arasında icarə münasibətlərinin mövcud olub-olmaması, mövcud olduğu halda iddia tələbində icarə müqaviləsinin mübahisələndirilməməsi araşdırılmamışdır. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə uyğun olaraq, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbir görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası MPM-nin 157.2-ci maddəsinə müvafiq olaraq, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.-ci maddəsinə əsasən iddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq. Həmin Məcəllənin 158.2.-ci maddəsinə əsasən məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı, qərardad ləğv edilməli və ərizəyə yenidən baxılması üçün iş Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 231, 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-192/2020 nömrəli qərardadı ləğv edilsin. İlk iddia ərizəsi üzrə İddiaçı iddianın təmini tədbiri barədə ərizəsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədirlik edən: Şərafət Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-2591/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2591/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver