Məhkəmə qərarları › İş №2(103)-2599/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2599/2025

27.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2599/2025 27.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 10 saylı Dövlət Notariat Ofisinə qarşı iş üzrə Açar sözlər: (“vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi”) hakimlər X5 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 10 saylı Dövlət Notariat Ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti olmaqla) “vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 347/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı cavabdeh Bakı şəhəri 10 saylı Dövlət Notariat Ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti olmaqla) “vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsi, ev 2, mənzil 2, mərtəbə 1 də yerləşən 2 otaqlı, ümumi sahəsi 42,8 kv.m olan mənzilə X6 qoyduğu xx.xx.2023-cü il tarixli vəsiyyətnamə üzrə İddiaçı Kəmaldinovanın vərəsə kimi tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2000-ci ildə 3 saylı musiqi məktəbinin 1-ci sinfinə getmişdir. Birinci sinfə daxil olan gündən mərhum X4 müəllimi olmuşdur. Həmçinin anası ilə rəfiqə olmuşlar. Qeyd edir ki, həmin zamandan sonra o, həmçinin musiqi təhsili almaq üçün mərhum X8 evinə gedirdi. Münasibətləri şagird müəllim münasibətindən doğmalıq münasibətinə çevrilmişdir. Nailə Baqdanovanın gündəlik qayğısına qalır və onun bütün xidmətlərini görürdü. Nailə Baqdanova xəstə olduğu müddətdə onun bütün qayğısını çəkirdi və bütün bunlar onun yaxın qonşularının gözü qarşısnda baş verirdi. X14 xx.xx.2023-cü il tarixində dünyasını dəyişdikdən sonrada onun bütün dəfn xərcələri onun tərəfindən qarşılanmışdır. Ölümündən qabaq mərhum X9 xx.xx.2023-cü il tarixdə onun adına 3 nəfər şahidin yanında, X6 mülkiyyətində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsi, ev 2, mənzil 2, mərtəbə 1 də yerləşən 2 otaqlı, ümumi sahəsi 42,8 kv.m olan mənzili ona vəsiyyət etməsi barədə vəsiyyətnamə qoymuşdur. Vəsiyyət üzrə vəsərəsi kimi ona vərəsəlik şəhadətnaməsinin verilməsi barədə Bakı şəhəri 10 saylı Notariat ofisinə müraciət etsə də, onun vəsiyyətnamə üzrə vərəsə kimi qeydiyyata alınmasından və vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. 10 saylı Notariat ofisinin notariusu onun adına vərəsəlik işi açmamış və vərəsəlik şəhadətnaməsi verməmişdir.

2. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-347/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədə Mülki Məcəllənin 139, 146, 152, 178, 1133, 1151, 1166, 1167, 1168, 1179, 1186; Mülki Prosessual Məcəllənin 2, 4, 14, 88, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, hazırkı tələbdən göründüyü kimi iddiaçı qeyd olunan daşınmaz əmlakın mərhum tərəfindən ona vəsiyyət edildiyini bildirir. Məhkəmə hazırkı mübahisəyə hüquqi qiymət vermək üçün mübahisə obyekti olan mənzilin mərhuma aid olubolmaması məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Ona görə ki, yalnız mülkiyyətdə olan əmlakın vəsiyyətnamə və ya qanun üzrə vərəsəlik qaydasında miras edilməsi mümkündür. Yuxarıda istinad edillən maddi hüquq normalarından göründüyü kimi, daşınmaz əmlaka mütləq və ya məhdud əşya hüququ qanun və ya müqavilə əsasında yarana bilər, hansı ki hər iki əsasla mülkiyyət hüququ yarandığı halda, mülkiyyətçinin hüququ dövlət qeydiyyatına alınmalıdır. Hazırkı işdə iddiaçı mənzilin mərhuma məxsus olmasının göstəricisi kimi mərhumun adına olan texniki pasportu təqdim etmişdir. Lakin, qeyd edilməlidir ki, texniki pasport özü-özlüyündə mülkiyyəti təsdiq edən sənəd deyildir, adından da göründüyü kimi, əmlakın texniki parametrlərini əks etdirən sənəddir. Hazırkı işdə iddiaçı tərəf bildirir ki, o, ev vəsiyyətnaməsi əsasında mübahisəli mənzili miras əmlak kimi qəbul etmişdir. Vəsiyyət öz hüquqi təbiətinə görə birtərəfli əqddir. Vəsiyyətnamə isə vəsiyyət edənin iradəsinin yazılı formada ifadəsidir. Yəni, vəsiyyətnamə şəxsin öz əmlakı barədə şəxsi iradəsinin ifadəsidir. Hazırkı iddia tələbində iddiaçı sadə yazılı vəsiyyətnamə əsasında mərhum N.M.Baqdanovanın öz mənzilini ona vəsiyyyət etdiyini bildirsə də, lakin hazırkı işin hallarının araşdırılması nəticəsində qeyd olunan mübahisəli mənzilin mərhumun mülkiyyətində olması halı müəyən edilmir. Həmin sadə yazılı formada olan sənədin ev vəsiyyətnaməsi olub-olmamasına qiymət vermədən, məhkəmə hesab edir ki, mübahisəli mənzilin mərhuma mülkiyyət hüququ ilə məxsus olmasını göstərən mülkiyyət sənədi olmadığına görə, mərhumla iddiaçı arasında vərəsəlik münasibətlərinin yaranıb-yaranmaması məsələsinə də qiymət verilməsi zərurəti yoxdur.

3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - AR Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 515 nömrəli sərəncamına əsasən, 74 nömrəli MKİS-ə Bülbülə qəsəbəsi, İ.Məmmədov küç, 2 otaqlı yaşayış sahəsi, 26.15 kv.m olan 2 nömrəli mənzilin kirayə müqaviləsinin vətəndaş N.M.Boqdanovanın adına dəyişdirilməsi tapşırılmış, maliyyə-hesabat vərəqəsinə mənzildə qeydiyyatda olan şəxslərin daxil edilməsi, mərhum M.X.Boqdanovun adına olan əvvəlki kirayə müqaviləsinin ləğv edilməsinə dair sərəncam verilmişdir; - AR BŞİHnin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin xx.xx.2005-ci il tarixli Texniki Pasportuna əsasən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsi, 2 saylı evin 2 saylı mənzili X9 tərəfindən özəlləşdirilmişdir; xx.xx.2003-cü il tarixli sadə əlyazmada X6 adından qeyd edilmişdir ki, X1 illərlə qulluq etdiyinə görə mənzili təmənnasız ona bağışlamaq istəyir, sonda isə qeyd edilmişdir ki, mənzilini İddiaçı vəsiyyət edir; - AZ-İİ seriyalı, 356962 nömrəli Ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, X9 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir; - 74 nömrəli MKİS-in xx.xx.2024-cü il tarixli məktubuna əsasən, X9 Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsi, 2 saylı evin 2 saylı mənzilində vəfat edən günə kimi tənha yaşamışdır. Qeydiyyatda heç kim yoxdur. Hüquqi varisi olması haqqında 74 nömrəli MKİS-də məlumat yoxdur; - AR ƏN Bakı şəhəri 10 saylı Dövlət Notariat Ofisinin İddiaçı nümayəndəsi və vəkili Vəkil ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə qanun üzrə və vəsiyyətnamə üzrə verilir. Qanun üzrə vərəsələrin kimlə ola biləcəyinin dairəsi AR MM 1159-cu maddəsində göstərilib. Nümayəndəsi və vəkili olduğunuz İddiaçı qanun üzrə vərəsə deyil, habelə mərhum tərəfindən vəsiyyətnamə qoyulmamışdır. Vəsiyyətnamə adı ilə təqdim edilən sənəd adi əl yazısıdır. Heç bir hüquqi əhəmiyyət daşımır; - Məhkəmə iclasında tərçüməçinin iştirakı ilə şahid qismində dindirilən X10 bildirdi ki, İddiaçı qonşusudur. Mərhum X6 övladları olmamışdır və ona Çinarə baxmışdır; - Məhkəmə iclasında tərçüməçinin iştirakı ilə şahid qismində dindirilən X3 bildirdi ki, İddiaçı qonşusudur. Mərhum X9ya həmişə Çinarə qulluq etmiş və qayğısına qalmışdır. Mərhumun övladları olmamışdır. Qohumlarından isə heçkəsi tanımır; - Məhkəmə iclasında şahid qismində dindirilən X12 bildirdi ki, mərhum Nailə ilə qonşu olmuşuq. Çinarə hər zaman ona gəlib kömək edirdi. Mərhum vəfat etdikdən sonra yas mərasimlərinin xərcini Çinarə çəkmişdir. Övadları olmamışdır. Mərhum vəsiyyətnaməni tərtib edən zaman orada olmuşdur. Ondan başqa daha 2 nəfər - Lyudmila və Natalya da vəsiyyətnamə tərtib edilən zaman orada olmuşdur. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. İddiaçı apellyasiya şikayəti vermiş və qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Mülki Məcəllənin 152, 1186; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 , 106.1, 80, 14.2, 77 , 119 , 185.5, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, B aqdanova Nailə Mahmudovna qeyd edilən əmlakı özəlləşdirmiş, həmin əmlaka 2005-ci ildən sonra istifadəsində, sahibliyində və sərancammda olmuşdur. Ölən günə kimi vəsiyyət edən şəxsin mülkiyyət üzərində hüququnu şübhə altına al hər hansı bir mübahisə olmamışdır. Vəsiyyətnamədə olan imza da vəsiyyət qoyana aid olmaqla mübahisələndirilmir. İşə baxan hakim iş üzrə əhəmiyyətli olan halları aydınlaşdırmamışdır. Belə ki, iş üzrə müstəqil tələb irəli sürməyən Suraxan Rayon icra hakimiyyətinin iş üzrə fikrini, rəyini almamış və iştirakının təmin edilməsi üçün lazımı tədbirlər görməmişdir. İdda tələbinə hüquqi qiymət verilməmişdir. Məhkəmə qətnaməsində iddianın rədd edilməsi üçün qeyd edilən hallar subyektiv yanaşmanın əsasını təşkil edir. Belə ki, idda tələbi müzakirə edilsə də, iddia tələbinə hüquqi qiymət verilməmişdir. Məhkəmə tərəfindən qətnamədə qeyd edilən şahid ifadələri tam olaraq öz əksini tapmamışdır. Şahid ifadələri məhkəmənin video-audio yazılışında öz əksini tapıb. Belə ki, məhkəmə qətnaməsində qeyd edilir ki, “Məhkəmə iclasında tərçüməçinin iştirakı ilə şahid qismində dindirilən X10 bildirdi ki, İddiaçı qonşusudur. Mərhum X6 övladları olmamışdır və ona Çinarə baxmışdır.” Lakin şahidin ifadəsi məhkəmə qətnaməsində ətraflı qeyd edilməmişdir. Belə ki, şahid X13 məhkəmədə verdiyi izahatla bağlı vəkil tərəfindən verilən suala cavab olaraq bildirmişdir ki, vəsiyyətnamə onların yanında tərtib edilmişdir. Şahidin ifadəsi audio-video yazıda daha geniş və ətraflı vardır. Məhkəmə qətnaməsində yazılır ki , “Məhkəmə iclasında tərçüməçinin iştirakı ilə şahid qismində dindirilən X3 bildirdi ki, İddiaçı qonşusudur. Mərhum X9ya həmişə Çinarə qulluq etmiş və qayğısına qalmışdır. Mərhumu övladları olmamışdır. Qohumlarından isə heçkəsi tanımır.” İş üzrə izahat verən şahid X3 məhkəmə iclasında vəkilin verdiyi suala cavab olaraq bildirilmişdir ki, iş üzrə vəsiyyətnamə onların yanında tərtib edilmiş və vəsiyyətnamə qoyan Baqdona Nailə tərəfindən imzalanmışdır. Şahidin ifadəsi məhkəmə audio və video yazısında ətraflı öz əksini tapmışdır. Apellyasiya icraatında müəyyən edilən hallar:

5. Bakı Apellyasiya Məkhəməsinin iş üzrı xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə sorğular edilməklə, məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyun 2025-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiq olunan imzanı X6 imza nümunələri ilə müqayisə etdikdə məlum olundu ki, həmin şəxsin sərbəst imza nümunəsinin az olması (əmək kitabçası, şəxsiyyət vəsiqəsinin kserosurəti) və həmin imza nümunələrinin öz aralarında bir-birindən fərqlənməsi, tədqiq olunan imzada qrafik materialın azlığı, cizgilərin sadəliyi, həm uyqunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin mövcud olması müqayisə vaxtı imkan vermir ki, qəti bir (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyyatını seçib ayırmaq mümkün olsun. Mülki işin 49-cu vərəqində olan X6 adından olan xx.xx.2023-cü il tarixli Vəsiyyətnamənin aşağı hissəsində “Дом завещаю ей” yazıları qarşısındakı imzanın - X9 tərəfindən icra olunub-olunmamasını göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı.

6. Bakı Apellyasiya Məkhəməsinin iş üzrı xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (arxivinə), Bakı şəhər İcra Hakimiyyətinə (arxivinə), Suraxanı rayon Qeydiyyat Şöbəsinə (arxivinə), Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (arxivinə) və G.Əliyeva Adına 3 nörməli Uşaq İncəsənət Məktəbinə (arxivinə) sorğular edilməklə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2599/2024 saylı mülki iş üzrə məhkəmə - xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2025-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki,mülki işin 49-cu vərəqinsə X7 adından olan xx.xx.2023-cü il tarixli vəsiyyətnamədə “Дом завещаю ей” yazıları qarşısındakı imza - X9 tərəfindən icra olunmuşdur.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 10 iyun 2025-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsi, ev 2, 2 saylı mənzil xx.xx.2005-ci il tarixdə X6 adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil ekspert rəyi ilə razılaşdıqları və iddia tələbini müdafiə etdiyini bildirmiş, apellyasiya şikayətinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

9. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir Apellyasiya baxışının hədləri:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdən keçirilməlidir: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

12. Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə əsasən: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1167. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 1168. Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. 1180.1. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. 1180.2. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. 1181.Vəsiyyətnamə təsdiqlənərkən aşağıdakılar notariusa bərabər tutulurlar: 1181.1. xəstəxananın, hospitalın, digər müalicə müəssisəsinin, sanatoriyanın baş həkimi, rəisi, onların tibbi hissə üzrə müavinləri və növbətçi həkimi və ya ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin baş həkimi, xüsusi təhsil müəssisəsinin rəhbəri - əgər vəsiyyət edən bu müəssisədə müalicə edilirsə və ya yaşayırsa. 1181.2. axtarış, coğrafi və digər bu cür ekspedisiyaların rəisi - əgər vəsiyyət edən belə ekspedisiyadadırsa; 1181.3. dəniz gəmisinin kapitanı və hava gəmisinin kapitanı (komanda verən pilotu) - əgər vəsiyyət edən dəniz və ya hava gəmisindədirsə; 1181.4. hərbi hissənin, birləşmənin, müəssisənin və məktəbin komandiri (rəisi) - əgər hərbi hissənin yerləşdiyi məntəqədə notarius yoxdursa və əgər vəsiyyət edən hərbi hissədə hərbi qulluqçudursa və ya həmin hissədə qulluq edən mülki şəxs, yaxud onun ailə üzvüdürsə; 1181.5. azadlıqdan məhrumetmə yerinin rəisi - əgər vəsiyyət edən azadlıqdan məhrumetmə yerindədirsə. 1182. Əgər vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir. 1183.1. Əgər vəsiyyət edən nitq-eşitmə qabiliyyəti tam məhdud olan şəxsdirsə və ya nitq-eşitmə qabiliyyəti tam məhdud və savadsızdırsa, vəsiyyət sərəncamını o, notariusda iki şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib etməlidir. 1183.2. Görmə qabiliyyəti tam məhdud və ya savadsız olan vəsiyyət edən vəsiyyət sərəncamını notariusda üç şahidin yanında tərtib etməlidir. Bu barədə müvafiq qeyd yazılıb ona oxunmalıdır. 1183.3. Əgər vəsiyyət edən nitq-eşitmə-görmə qabiliyyəti tam məhdud olan şəxsdirsə və ya nitq-eşitməgörmə qabiliyyəti tam məhdud və savadsızdırsa, vəsiyyət sərəncamını notariusda dörd şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib etməlidir. 1183.4. Vəsiyyətnaməni şahidlər yaza və oxuya bilərlər, lakin vəsiyyətnaməni onu yazan oxumamalıdır. 1183.5. Qeyddə onu kimin yazdığı və vəsiyyət edənə oxuduğu göstərilməlidir. Qeyd şahidlər tərəfindən imzalanmalı və notarius tərəfindən təsdiqlənməlidir. 1184. Yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər. 1185. Notarius, vəsiyyətnaməni təsdiqləmiş digər şəxs, şahid, habelə vəsiyyətnaməni vəsiyyət edənin əvəzinə imzalamış şəxslər vəsiyyətnamənin məzmununa, tərtibinə, dəyişdirilməsinə və ya ləğvinə aid məlumatları miras açılanadək açıqlaya bilməzlər.1186. Vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər. 1187.1. Vəsiyyət edən öz əli ilə yazdığı və imzaladığı vəsiyyətnaməni zərfə qoyub bağlayaraq üç şəxsin yanında notariusa və ya Azərbaycan Respublikası konsulluqlarının vəzifəli şəxslərinə verə bilər. Həmin şəxslərin orada olması onların zərfin üzərində notariat qaydasında (formasında) təsdiq edilmiş imzaları ilə müəyyən olunur.1187.2. Bu növ vəsiyyətnamənin saxlanması onun notariusda (və ya Azərbaycan Respublikasının konsulluqlarında) rəsmən depozitə qoyulması ilə təmin edilməlidir. 1188. Vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər. 1189.1. Vəsiyyət edənin arzusu ilə şahidlər vəsiyyətnaməni onun məzmunu ilə tanış olmadan (qapalı vəsiyyət) təsdiqləməlidirlər. Bu halda şahidlər vəsiyyətnamənin tərtibi zamanı vəsiyyət edənin yanında olmalıdırlar. 1189.2. Qapalı vəsiyyətnaməni təsdiqləyərkən şahidlər vəsiyyətnamənin vəsiyyət edən tərəfindən onların yanında tərtib edildiyini, lakin vəsiyyətnamənin məzmununu bilmədiklərini göstərməlidirlər. 1190. Vəsiyyətnamədə onun tərtib edildiyi tarix göstərilməlidir. Tarixin göstərilməməsi vəsiyyətnamənin etibarsızlığına yalnız vəsiyyətnamənin tərtibi, dəyişdirilməsi və ya ləğvi zamanı vəsiyyət edənin fəaliyyət qabiliyyətli olmasına dair şübhələrin aradan qalxmadığı, habelə bir neçə vəsiyyətnamənin olduğu halda səbəb olur.1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir.

13. Qanunvericiliyin mənasına görə, vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir.

14. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Prosesual Məcəllənin 76-82, 106, 119, 217, 385-390-cı maddələrinə istinadən birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2025-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki,mülki işin 49-cu vərəqinsə X7 adından olan xx.xx.2023-cü il tarixli vəsiyyətnamədə “Дом завещаю ей” yazıları qarşısındakı imza - X9 tərəfindən icra olunmuşdur. Eyni zamanda məhkəmə tərəfindən Azərbaycan Respulikası Ədliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, X6 adına vərəsəlik işinin açılması aşkar edilməmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2005-ci il tarixli ərizəyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsi, ev 2, mənzil 2, 2 otaqlı mənzilin özəlləşdirilib tam onun şəxsi mülkiyyətinə verilməsinə dair müraciəti olmuş və əmlak onun adına xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmışdır.

15. Qeyd edilənlərdən əlavə, birinci instansiya icraatı zamanı məhkəmə iclasında tərçüməçinin iştirakı ilə şahid qismində dindirilən X10 bildirmişdir ki, İddiaçı qonşusudur. Mərhum X6 övladları olmamışdır və ona Çinarə baxmışdır; - X3 bildirmişdir ki, İddiaçı qonşusudur. Mərhum X9ya həmişə Çinarə qulluq etmiş və qayğısına qalmışdır. Mərhumun övladları olmamışdır. Qohumlarından isə heçkəsi tanımır; - X12 bildirmişdir ki, mərhum Nailə ilə qonşu olmuşuq. Çinarə hər zaman ona gəlib kömək edirdi. Mərhum vəfat etdikdən sonra yas mərasimlərinin xərcini Çinarə çəkmişdir. Övadları olmamışdır. Mərhum vəsiyyətnaməni tərtib edən zaman orada olmuşdur. Ondan başqa daha 2 nəfər - Lyudmila və Natalya da vəsiyyətnamə tərtib edilən zaman orada olmuşdur.

16. Diqqətə çatdırılmalıdır ki, notariusun imtinası ilə birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə nəticəsi fərqli əsaslarla təsbit edilmişdir. Qeyd edilən əsasların heç biri iddianın rədd edilməsi üçün əsas olmamışdır. Belə ki, yuxarıda qeyd edilən faktiki və hüquqi istinadlar, habelə araşdırmaların (ekspertiza rəyi, sorğuların cavabı və şahid ifadələri) nəticəsi vəsiyyətnamənin miras qoyan tərəfindən imzalandığını təsdiq edir və qanunvericilik də bunu qadağan etmir. Məhkəmə kollegiyası qeyd edilən dəlillərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir.

17. Kollegiya hesab edir ki, tələb olmadığından iş üzrə ödənilmiş dövlət rüsumu (məhkəmə xərcləri) onları ödəyən şəxsə aid edilməlidir.

18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-347/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Bakı şəhəri 10 saylı Dövlət Notariat Ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti olmaqla) “vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddiası təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdə vəfat etmiş X6 vəsiyyətnamə üzrə vərəsəsi kimi tanınsın. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsi, ev 2, mənzil 2 üzərində tam hissədə miras payının müəyyən olunmasına dair vərəsəlik şəhadətnaməsi verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar