Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2602/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X2 ibarət tərkibdə, İddiaçılar İddiaçı34, İddiaçı46, İddiaçı52, İddiaçı40, İddiaçı3, İddiaçı14 Şirnəli oğlu, İddiaçı47, İddiaçı21, İddiaçı10, İddiaçı53, İddiaçı48, İddiaçı17, İddiaçı38, İddiaçı9, İddiaçı19, İddiaçı5, İddiaçı20, İddiaçı12, İddiaçı41, İddiaçı13, İddiaçı8, İddiaçı2, İddiaçı37, İddiaçı24, İddiaçı22, İddiaçı44, İddiaçı1, İddiaçı26, İddiaçı42, İddiaçı45, İddiaçı36, İddiaçı30, İddiaçı35, İddiaçı39, İddiaçı43, X5, İddiaçı18, Rəşidov Qənbər oğlu, İddiaçı6, İddiaçı49 Əbdülmömin oğlu, İddiaçı31, İddiaçı25, İddiaçı29, İddiaçı28, İddiaçı23, İddiaçı11, X1, İddiaçı27, İddiaçı7, İddiaçı15, İddiaçı4, İddiaçı50 və İddiaçı51 Cavabdeh qarşı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla “qanunsuz inşa edilən tikinti obyektinin sökülməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2036/2025 nömrəli 25 fevral 2025-ci il tarixli qərardadından iddiaçılar İddiaçı43, İddiaçı33, İddiaçı39, İddiaçı35, İddiaçı37, İddiaçı2, İddiaçı9, İddiaçı2, İddiaçı10, İddiaçı53, İddiaçı48, İddiaçı17, İddiaçı23, İddiaçı11, İddiaçı16, İddiaçı27, İddiaçı22, İddiaçı44, İddiaçı1, İddiaçı26, İddiaçı18, İddiaçı32, İddiaçı6 və İddiaçı49 şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı34 və qeyriləri Cavabdeh üçüncü şəxslər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı şəhər İcra Hakimiyyətinə və Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “qanunsuz inşa edilən tikinti obyektinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mirzəağa Əliyev (keçmiş Məktəb) küçəsi (Cümə məscidi ilə üzbəüz) reyestrdən çıxarışa əsasən yeni qaydalarla Hövsan qəsəbəsi 163-cü Hövsan küçəsi, giriş 63 ünvanında qanunsuz inşa edilən tikinti obyektinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2036/2025 nömrəli 25 fevral 2025-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçıların verdiyi şikayət məhkəmənin 11 mart 2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasi iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və işə mahiyyəti üzrə baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh ünvanı kimi ünvan 1 ünvanı kimi göstərilmiş və şəxsiyyət vəsiqəsinə dair məlumatlardan Cavabdeh həmin ünvanda rəsmi qeydiyyatda olması aşkar olunmuşdur. Kollegiya qeyd edir ki, məhkəmənin qənaəti düzgün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə görə isə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Kollegiya hesab edir ki, cavabdehin Bakı şəhəri Sabunçu rayonu rayonu olsa da, müstəsna aidiyyət qaydalarına müvafiq olaraq mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin yerləşdiyi əraziyə görə işin müstəsna aidiyyəti Suraxanı rayonu ərazisinə aiddir və hazırki mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, mübahisənin əsasını məhz daşınmaz əmlaka olunan müdaxilə təşkil edir, həmin daşınmaz əmlak isə Surxanı rayonu ərazisində yerləşir. Odur ki, məhkəmənin bu əsasla iddia ərizəsini geri qaytarması qanuni və əsaslı olmamışdır. Ona görə də Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2036/2025 nömrəli 25 fevral 2025-ci il tarixli qərardadı ləğv edilməli və mülki iş icraata qəbul edilərək mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2036/2025 nömrəli 25 fevral 2025-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş icraata qəbul edilərək mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2602/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2602/2025
22.04.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver