Məhkəmə qərarları › İş №2(103)-2603/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2603/2022

06.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2603/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(003)-4041/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Birlik tərəfindən əsassız hesablanmış 4017 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 31.05.2021-ci il tarixdə Cavabdeh tərəfindən ******* saylı qaz sayğacının quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilməklə yeni sayğac Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xəzər küçəsində yaşadığı ünvanda onun iştirakı olmadan quraşdırılmış (sayğac N- **********00120) yeni smart tipli sayğac qoyulmuşdur. Onun və qonşuların 2019-2020 tarixdə ümumiyyətlə yaşadıqları küçədə qaz olmamış, 2021-ci ilin yay aylarında onların küçəsinə qaz verilmişdir. Lakin Cavabdeh ona 30.06.2020-ci il tarixli ******* saylı, 30.07.2020-ci il tarixli ******* saylı, 30.09.2020-ci il tarixli ******* saylı, 30.10.2020-ci il tarixli ******* saylı, 30.11.2020-ci il tarixli ******* saylı, 30.12.2020-ci il tarixli ******* saylı, 29.01.2021-ci il tarixli ******* saylı, 26.02.2021-ci il tarixli ******* saylı, 31.03.2021-ci il tarixli ******* saylı, 30.04.2021-ci il tarixli ******* saylı qanunsuz aktlar Səlimov Ramizin adında tərtib edilmişdir. Səlimov Ramiz adlı şəxsi tanımır. Sonradan Cavabdehndən ona bildirilmişdir ki, 4017 manat borcu var. Bununla bağlı o müvafiq olaraq Cavabdeh Xəzər rayon şöbəsinə müraciət etmiş, həmin idarənin əməkdaşları tərəfindən ona bildirmişlər ki, onun tərəfindən qaz sayğacından kənar xətt istifadə edildiyi üçün ona 4017 manat cərimə yazılmışdır. O, sayğacdan kənar xətt istifadə etməmiş, çəkilən şəkillər də onun ünvanına aid deyil. O, qanunsuz təbii qazdan istifadə etməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(003)- 4041/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı abonent hesabına (abonent kodu **********00120) hesablanmış 4017 manat məbləğində borcun silinmədi, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 60,17 manat dövlət rüsumunun alınaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh nümayəndəsi apelyasiya şikayəti verərək onun ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətə görə, tərtib edilmiş aktlar və şəkillər iddiaçı tərəfindən Birliyə vurulmuş zərərləri sübut edir. İddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə ekspertiza təyin edilə bilərdi. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, işdə olan fotoşəkillər onun mənzilinə aid deyil, 2 ünvan sonrakı evə aiddir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə (nümayəndə) məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlmədiyinə görə kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 28.02.2020-ci il tarixli ******* saylı, 30.06.2020-ci il tarixli ******* saylı, 30.07.2020-ci il tarixli ******* saylı, 30.09.2020-ci il tarixli ******* saylı, 30.10.2020-ci il tarixli ******* saylı, 30.11.2020-ci il tarixli ******* saylı, 30.12.2020-ci il tarixli ******* saylı, 29.01.2021-ci il tarixli ******* saylı, 26.02.2021-ci il tarixli ******* saylı, 31.03.2021-ci il tarixli ******* saylı, 30.04.2021-ci il tarixli ******* saylı aktların surətlərindən görünür ki, abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni xətt vasitəsilə istifadə etməsi halı aşkar edilmiş, istehlakçı Səlimov Ramiz olmaqla həmin aktları imza etməkdən imtina etmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamələrdən və iş üzrə X1 adına olan **********00120 kodlu abonentin saldosundan görünür ki, yuxarıda qeyd olunan aktlar əsasında həmin abonent hesabına 2020-ci ilin fevral ayından 2021-ci ilin iyun ayınadək hər ay (2020-ci ilin aprel və avqust ayları istisna olmaqla) müəyyən məbləğlərdə borc olmaqla, ümumilikdə 4017,60 manat borc hesablanmışdır. İş materiallarında olan iş üzrə İddiaçı adına olan **********00120 saylı abonentin saldosundan görünür ki, X1 adına tərtib edilmiş yuxarıda qeyd olunan və 31.05.2021-ci il tarixli ******* saylı aktlar əsasında iddiaçının abonent hesabına 2020-ci ilin fevral ayından 2021-ci ilin iyun ayınadək hər ay (2020-ci ilin aprel və avqust ayları istisna olmaqla) müəyyən məbləğlərdə borc olmaqla, ümumilikdə 4212 manat borc hesablanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə olunması hallarına dair heç bir mötəbər sübutlar təqdim edilməmiş, həmin halların mövcüddluğu müəyyən edilməmişdir. Odur ki, hazırki halda iddiaçının təqsiri (hərəkət və hərəkətsizliyi) nəticəsində dəymiş zərərlərin cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərərlər də iddiaçının abonent hesabına hesablanmasının əsaslı hesab edilməsi mümkün deyil. İş materiallarına əlavə olunmuş aktlar yalnız cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib olunub imzalanmış, istehlakçı Səlimov Ramiz olmaqla həmin aktları imza etməkdən imtina etmişdir. Belə olan halda aktların mötəbərliyi şübhə doğurur. Həmçinin apellyasya baxışına müəyyən edilmişdir ki, qazdan qanunsuz stifadəyə dair iddiaçı tərəfindən təqdim olunmuş işdəki fotoşəkillər iddiaçının mənzilinə aid deyildir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4041/2021 saylı iş üzrə 21 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar