Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2606/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X10 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə, 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, payların müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın verilməsi») Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X12 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh4 nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı X10 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə, 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, payların müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3084/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X4 ilə X16 xx.xx.1981-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikah dövründə, yəni xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, ev 15, 72 saylı mənzili 52.269,500 manata X9 almışdır. Həmin mənzilə dair xx.xx.2002-ci il tarixdə X2 adına qeydiyyat vəsiqəsi verilmişdir.
2. X4 xx.xx.2007-ci il tarixdə ölmüş, ondan Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, ev 15, 72 saylı mənzil miras qalmışdır.
3. Həmin miras əmlak mirasqoyan Niyazi Qasımovun birinci növbə vərəsələri arvadı Cavabdeh4, qızı Cavabdeh3 və oğlu X17 tərəfindən faktiki olaraq qəbul edilmiş və sonuncular həmin mənzildə yaşayaraq miras əmlakı idarə etmişlər.
4. X17 ilə İddiaçı 20 dekabr 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, onların birgə nikahından xx.xx.2010-cu il tarixdə X19 doğulmuşdur.
5. X17 xx.xx.2019-cu il tarixdə ölmüş, ölən günə qədər Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, ev 15, 72 saylı mənzildə yaşamışdır.
6. xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X1 miras qalmış Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, ev 15, 72 saylı mənzilə dair 1/2 hissədə arvadı Cavabdeh4, 1/2 hissədə qızı Cavabdeh3 miras payı müəyyən edilmişdir. Elə həmin gün Cavabdeh3 öz payını Cavabdeh4 bağışlamışdır.
7. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən isə Cavabdeh4 Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, ev 15, 72 saylı mənzili Cavabdeh3 bağışlamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı X10 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə, 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, payların müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən - 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat ofisində Cavabdeh4 qizı ilə imzalayan şəxs Cavabdeh3 adına rəsmiləşdirilmiş xx.xx.2019-cu il tarixli, 2 V-577 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, habelə həmin notariat ofisində Cavabdeh3 ilə Cavabdeh4 arasında xx.xx.2019-cu il tarixdə bağlanaraq reyestrdə 3M-950 nömrə ilə qeyd edilmiş “Miras əmlakdan pay bağışlama müqaviləsinin etibarsız hesab edilməsi; 6 saylı Bakı “ASAN Xidmət" Mərkəzinin notariat ofisində Cavabdeh4 ilə Cavabdeh3 arasında bağlanaraq təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-276 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh4 verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli və Cavabdeh3 verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi, X1 miras qalmış Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, 15 saylı evin 72 saylı mənzilində qanun üzrə vərəsələr Cavabdeh4, Cavabdeh3 və 15 iyun 2010-cu il təvəllüdlü X10 hər birinin qanun üzrə vərəsəlik payı 1/3 hissədə müəyyən edilməklə onlara qanun üzrə vərəsəlik hüququ haqqında yeni şəhadətnamənin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən paylara uyğun müvafiq çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
9. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh4 oğlu, digər Cavabdeh3 isə (əvvəlki soyadı Qasımova) qardaşı olan X17 ilə 20 dekabr 2008-ci il tarixdə rəsmi nikah bağlayıb, ailə quraraq Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, ev 15, 72 saylı mənzilə gəlin köçmüşdür. X17 ilə nikahlarından 15 iyun 2010-cu il təvəllüdlü X19 adlı bir uşaqları vardır. Mənzilin mülkiyyətçisi olan qaynatası X4 hələ o, mənzilə gəlin köçməmişdən əvvəl, yəni 07 dekabr 2007-ci ildə vəfat etmiş və ondan miras qalmış mənzili orada yaşayan arvadı Cavabdeh4, övladları X17 və Cavabdeh3 faktiki olaraq qəbul etmişlər. Həyat yoldaşı X17 13 may 2019-cu il tarixdə (qızları 9 yaşında olarkən) "ağ ciyər emboliyası”ndan vəfat etmiş, onun ölümündən az sonra isə o, həmin mənzili azyaşlı qızı ilə fiziki olaraq tərk etmək məcburiyyətində qalmış, cehiz əşyalarını isə götürməmişdir. Bu ilin aprel ayında Cavabdeh3, yuxarıda göstərilən mənzilin mülkiyyətçisi qismində “cehiz əşyalarının çıxarılması" tələbi üzrə onu mediasiyaya dəvət etmiş, sonra isə göstərilən tələblə Bakı Şəhəri Nizami Rayon Məhkəməsində ona qarşı iddia qaldırmışdır. Odur ki, o, məcbur olub hüquqi yardım üçün 4 saylı Vəkil Bürosu ilə müqavilə bağlamış və həmin vəkil tərəfindən verilmiş sorğulara aidiyyəti qurumlardan alınmış cavablar araşdırıldıqdan sonra qaynatası X1 miras qalmış mənzilin qanun üzrə vərəsəlik hüququ əsasında bölgüsünün düzgün aparılmadığı müəyyən edilmişdir. Yəni, qaynatasından miras qalmış mənzili mərhum həyat yoldaşı həmin mənzildə onunla birgə yaşayan anası və bacısı ilə faktiki olaraq qəbul etdiyi, vərəsəlik rəsmiləşdirilən zaman isə həyat yoldaşı vəfat etmiş olduğundan ona düşən miras payı övladı X13 çatmalı olduğu halda, həmin pay qaynanası və baldızı tərəfindən mənimsənilmişdir. Belə ki, iddiası üzrə cavabdehlərdən olan qaynanası və baldızının ərizəsi əsasında 5 saylı Bakı “ASAN xidmət” Mərkəzinin notariat ofisində açılmış xx.xx.2019-cu il tarixli, 2 "V’-577 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə dair notariat işindən görünür ki, həmin şəxslər X1 miras qalmış əmlakı qəbul etdikləri barədə göstərilən notariat ofisinə xx.xx.2019-cu il tarixli ərizə verərək vərəsə qismində yalnız özlərini təqdim etmiş, vəfat etmiş digər vərəsə X6 övladı X19 barəsində məlumat verməmişlər. Bu səbəbdən də Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, 15 saylı evin 72 saylı mənzili üzərində onların hər birinin qanun üzrə vərəsəlik hüququ əsasında miras payı 1/3 hissə əvəzinə, 1/2 hissədə müəyyən edilərək rəsmiləşdirilmiş, nəticədə isə qanuni nümayəndəsi olduğu qızı X19 qanun üzrə vərəsəlik zamanı ölmüş valideyninə, yəni atası X11 çatası 1/3 hissə miras payından məhrum edilmişdir. Yuxarıda qeyd edilən notariat işindən görünür ki, baldızı Cavabdeh3 özünün payını elə həmin gündə, yəni xx.xx.2019-cu il tarixdə reyestrdə 3M- 950 nömrə ilə qeyd edilmiş “Miras payın bağışlama müqaviləsi” əsasında anası (qaynanası) Cavabdeh4 bağışlamışdır ki, nəticədə yuxanda göstərilən mənzil tam olaraq sonuncunun mülkiyyətinə keçmiş və bu barədə ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bundan başqa, vəkil sorğusu əsasında əldə edilmiş digər sənədlərdən, yəni 5 saylı Bakı “ASAN xidmət” Mərkəzinin notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-276 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən isə görünür ki, Cavabdeh4 həmin mənzili qızına, yəni X7 bağışlamış, odur ki, sonuncuya Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmiş və yalnız bundan 2 (iki) ay sonra təkbaşına mülkiyyətçi olan Cavabdeh3 ona qarşı yuxarıda göstərilən iddianı qaldırmışdır. Göründüyü kimi, sözügedən miras əmlak barədə qanun üzrə vərəsəlik hüququ rəsmiləşdirilərkən maddi hüquq normalarının tələbləri pozulmuş, nəticədə isə övladı X20 ölmüş valideyninə çatası miras payından məhrum edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin olunması xahiş edilmişdir.
10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3084/2023 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddia qismən təmin edilərək, 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş reyestrdə 2V-577 nömrəsi ilə qeyd edilmiş 26 noyabr 2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi, 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş reyestrdə 3M-950 nömrəsi ilə qeyd edilmiş Cavabdeh3 ilə Cavabdeh4 arasında 26 noyabr 2019-cu il tarixdə bağlanmış “Miras əmlakdan pay bağışlama” müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh4 ünvan 1 ünvanında yerləşən mənzilini Cavabdeh3 bağışlamasına dair 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində xx.xx.2022-ci il tarixdə bağlanaraq reyestrdə 4Ə-276 nömrə ilə qeyd edilmiş “bağışlama müqaviləsi”nin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən mənzilin Cavabdeh4 və Cavabdeh3 adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi, X4 ilə X8 birgə nikah dövründə aldıqları ünvan 1 ünvanında yerləşən mənzilin X1 miras qalan 1/2 hissəsi üzərində X8 1/3, Cavabdeh3 1/3 və 15 iyun 2010-cu il təvəllüdülü X10 1/3 hissədə miras payının müəyyən edilərək, vərəsəlik hüquqlarının tanınmasına dair yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinə həvalə edilməsi, iddia qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin İddiaçı aid edilməsi qət edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, X17 da X2 övladı olduğundan, ölümünədək ailəsi ilə birlikdə atasından miras qalmış mənzildə yaşadığından, həmin miras əmlakı qəbul etmişdir. X3 vəfat etdiyindən onun birinci növbə üzrə vərəsəsi – övladı X13 çatacaq miras əmlakda payı müəyyən edilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş reyestrdə 2V-577 nömrəsi ilə qeyd edilmiş 26 noyabr 2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə, 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş reyestrdə 3M-950 nömrəsi ilə qeyd edilmiş Cavabdeh3 ilə Cavabdeh4 arasında 26 noyabr 2019-cu il tarixdə bağlanmış “Miras əmlakdan pay bağışlama” müqaviləsi, Cavabdeh4 ünvan 1 ünvanında yerləşən mənzilini Cavabdeh3 bağışlamasına dair 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində xx.xx.2022-ci il tarixdə bağlanaraq reyestrdə 4Ə-276 nömrə ilə qeyd edilmiş “bağışlama müqaviləsi” etibarsız hesab edilməli, ünvan 1 ünvanında yerləşən mənzilin Cavabdeh4 və Cavabdeh3 adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar ləğv edilməlidir. Məhkəmə, miras paylarının müəyyən edilərək vərəsəlik hüquqlarının tanınmasına dair yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi hissəsində iddia tələbini qismən əsaslı hesab edir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, ev 15, 72 saylı mənzil X4 ilə Cavabdeh4 birgə nikahda olduqları dövrdə əvəzli əqd şəklində əldə edilmişdir. Belə olan halda, həmin əmlakın yalnız mirasqoyan X2 payına düşən 1/2 hissəsi miras kütləsinə daxildir. Odur ki, iddia tələbi X1 miras qalmış Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, 15 saylı evin 72 saylı mənzilində qanun üzrə vərəsələr Cavabdeh4, Cavabdeh3 və 15 iyun 2010- cu il təvəllüdlü X10 hər birinin qanun üzrə vərəsəlik payı 1/3 hissədə müəyyən edilməklə onlara qanun üzrə vərəsəlik hüququ haqqında yeni şəhadətnamənin verilməsi hissəsində qismən təmin edilməli, X4 ilə X8 birgə nikah dövründə aldıqları ünvan 1 ünvanında yerləşən mənzilin X1 miras qalan 1/2 hissəsi üzərində X8 1/3, Cavabdeh3 1/3 və 15 iyun 2010- cu il təvəllüdülü X10 1/3 hissədə miras payı müəyyən edilərək, vərəsəlik hüquqlarının tanınmasına dair yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddət ərzində mirasın qəbul edilməməsi ilə bağlı cavabdeh tərəfin dəlillərini əsassız hesab edir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1268.2-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti tam olmayan şəxslərin mirasdan imtinası ancaq məhkəmənin qərarı əsasında mümkündür. Mülki Məcəllənin 1244-cü maddəsinə görə isə bu cür şəxslər yalnız qanuni nümayəndələri vasitəsi ilə mirası qəbul edə bilərlər. Belə olan halda qanuni nümayəndə mirasın qəbulu üçün nəzərdə tutulan 3 və ya 6 aylıq müddət ərzində qəbul üçün müraciət etməsə də, məhdud fəaliyyət qabiliyyətli və ya tam fəaliyyət qabiliyyətsiz şəxslərin vərəsəlik hüquqları öz mövcudluğunu davam etdirər. Əks halda sözügedən şəxslərin mirasdan imtinasının ancaq məhkəmə qərarı ilə mümkün ola biləcəyini nəzərdə tutan Mülki Məcəllənin 1268.2-ci maddəsinin tələbi açıqca pozulmuş olar. Müraciətdə qaldırılan fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin mirasdan imtina etməsi ilə əlaqədar məsələyə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici göstərilən şəxslər tərəfindən miras əmlakdan imtina edilməsinin xüsusi formasını müəyyənləşdirərək, bu halda imtinanın yalnız məhkəmə qərarı əsasında mümkünlüyünü təsbit etmişdir (Mülki Məcəllənin 1268.2ci maddəsi). Mülki Məcəllənin 33-cü maddəsinə uyğun olaraq, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Himayəçilər isə himayəçilikdə olan fiziki şəxslərin müstəqil surətdə bağlamağa ixtiyarı çatmadığı əqdlərin bağlanmasına razılıq verirlər. Himayəçilər himayədə olanlara öz hüquqlarını həyata keçirməkdə və vəzifələrini icra etməkdə kömək göstərir, habelə onları üçüncü şəxslərin sui-istifadəsindən qoruyurlar. Birtərəfli əqd olaraq miras əmlakdan imtinanın da yalnız məhkəmənin icazəsi ilə mümkünlüyünü müəyyənləşdirərkən qanunverici məhz fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin mənafelərinin qorunması, qəyyum və himayəçilər tərəfindən yol verilə biləcək sui-istifadə hallarının qarşısının alınması düşüncəsindən çıxış etmişdir. Nəzərə alınmalıdır ki, fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin mirasdan imtinası hallarına da Mülki Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddətləri ilə bağlı məhdudiyyət şamil olunur. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri baxımından məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2019-cu il tarixdə ölmüş X6 birinci növbə vərəsəsi olan məhdud fəaliyyət qabiliyyətli iddiaçı - xx.xx.2010-cu il təvəllüdlü X10 vərəsəlik hüququ öz mövcudluğunu davam etdirir.
12. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəlləsinin 1133.1, 1159.1.1, 1159.2, 1243.2, 1252 və s., Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və s. hüquq normalarına istinad etməklə əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar a) Apelyasiya şikayətinin dəlilləri
13. Qətnamədən Cavabdeh4 apelyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi, ümumi əmlaka onun payının 9/12 hissədə, Cavabdeh3 payının 2/12 hissədə və nəvəsi Ayan Qasımovanın payının isə 1/12 hissədə müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni qəbul edərkən payları düzgün müəyyən etməmiş, onun da oğlu Müşviq Qasımovun qanun üzrə birinci növbəli vərəsəsi olduğunu nəzərə almamış, həmçinin hazırki tərəflər arasında yaranan mübahisəyə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsində verilmiş izahatlarına və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş, şikayətin təmin olunmasını xahiş etmişdir.
17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğunu, təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 225.1 və 225.2. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
19. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
19. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
20. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
21. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
22. Maddə 1151.1 və 1151.2. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
23. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
24. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
25. Maddə 1261. Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər.
26. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.
27. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.
28. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir.
29. Maddə 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
30. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
31. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
32. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
33. Maddə 37. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
42. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
43. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apelyasiya baxışının hədləri
44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
45. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh isə qətnaməni qismən, yəni miras əmlak üzərində tərəflərin vərəsəlik paylarının müəyyən olunması hissədə mübahisələndirmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarı).
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv olunmalı, iddia həmin hissədə qismən təmin olunmalıdır.
47. Yuxarıda (işin halları hissədə) da qeyd edildiyi kimi, X1 Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, ev 15, 72 saylı mənzilin miras qalması (miras xx.xx.2007-ci il tarixdə açılmışdır), mirasın birinci növbə vərəsələr, yəni mirasqoyanın arvadı Cavabdeh4, mirasqoyanın qızı Cavabdeh3 və mirasqoyanın oğlu X17 tərəfindən faktiki olaraq qəbul edilməsi, miras əmlakın mirasqoyanla, arvadı Cavabdeh4 tərəfindən birgə nikah dövründə əldə olunması, X17 ilə İddiaçı 20 dekabr 2008-ci il tarixdə rəsmi nikaha daxil olmaları, onların birgə nikahından xx.xx.2010-cu il tarixdə X10 doğulması, X6 xx.xx.2019-cu il tarixdə ölməsi, ölən günə qədər həmin mənzildə ailəsi ilə birlikdə yaşaması işin mübahisə olunmayan hallarıdır.
48. İşdə olan digər sübutlara əsasən - X17 vəfat etdikdən qısa müddət sonra cavabdehlər Cavabdeh4 və Cavabdeh3 notariat orqanına müraciət etmiş, X17 ilə bağlı müvafiq məlumatları təqdim etməmiş, xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X1 miras qalmış Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, ev 15, 72 saylı mənzilə dair 1/2 hissədə Cavabdeh4, 1/2 hissədə qızı Cavabdeh3 miras payı müəyyən edilmişdir. Elə həmin gün Cavabdeh3 öz payını Cavabdeh4 bağışlamış, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən isə Cavabdeh4 Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, ev 15, 72 saylı mənzili Cavabdeh3 bağışlamışdır.
49. Birinci instansiya məhkəməsi yoxlanılan hissədə belə qənaətə gəlmişdir ki, Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, ev 15, 72 saylı mənzil birgə nikah dövründə əldə olunduğundan, miras əmlak yalnız onun ½ hissəsini təşkil edir (1/2 hissə Cavabdeh4 mülkiyyəti sayılır) və belə olan halda miras hissənin 1/3 hissəsi üzərində Cavabdeh4, 1/3 hissəsi üzərində Cavabdeh3 və 1/3 hissəsi üzərində 15 iyun 2010-cu il təvəllüdülü X10 payı müəyyən edilməlidir.
50. Cavabdeh4 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin məhz həmin mövqeyi ilə razılaşmamış, göstərmişdir ki, oğlu mirası faktiki qəbul etmiş, əmlak üzərinə 1/3 hissədə paya malik olmuş, lakin vəfat etdikdən sonra oğlunun qızı ilə yanaşı o da valideyni kimi qanun üzrə vərəsəsi olmuşdur. Belə olan halda isə, oğlunun payınnı hamısının qızına verilməsi qanunvericiliyin tələblərinə uyğun olmamış, nəticədə onun vərəsə kimi hüquqları pozulmuşdur. Miras qalmış əmlak onunla ərinin birgə nikah dövründə əldə olunduğundan onların ümumi birgə mülkiyyəti sayılmış, bu səbəbdən də mənzilin ½ hissəsi onun şəxsi mülkiyyətidir. Belə olan halda, onun əmlak üzərində ümumi pay 9/12 hissədə, Cavabdeh3 payı 2/12 hissədə, 15 iyun 2010-cu il təvəllüdülü X10 payı isə 1/12 hissədə müəyyən olunmalı idi.
51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlili ilə razılaşaraq aşağıdakıları bildirməyi zəruri hesab edir.
52. Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur.
53. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları).
54. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur.
55. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı).
56. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur.
57. Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən olmaqla universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağırılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərinə əsaslanır. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 8 yanvar tarixli Qərarı).
58. Qeyd olunmalıdır ki, Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir.
59. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Zvierzinski Polşaya qarşı iş üzrə 2001-ci il 19 iyun tarixli Qərarında müəyyən edilmişdir ki, mülkiyyət hüququnun qanuni məhdudlaşdırılmasında proporsionallıq prinsipinin tələblərinə uyğun olaraq fərdin üzərinə qanunun məqsədlərindən kənar olan artıq yük düşməməlidir (§ 71). Məhkəmənin digər iş üzrə qəbul edilmiş qərarında göstərilmişdir ki, mülkiyyət hüququna müdaxilə fərdlə ictimai maraqlar arasında “ədalətli balans” əsasında olmalıdır (Depalle Fransaya qarşı iş üzrə 2010-cu il 29 mart tarixli Qərar, § 83).
60. Məlum olduğu kimi, mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsini mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145-ci maddəsi). Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir.
61. Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
62. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər (Mülki Məcəllənin 1134-cü maddəsi).
63. Beləliklə, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir.
64. Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir.
65. Konstitusiya Məhkəməsi Plenumunun mirasın formal və qeyri-formal qəbulu üsulları ilə əlaqədar artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
66. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi).
67. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur.
68. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək.
69. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli Qərarları).
70. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları).
71. Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar (Konstitusiya Məhkəməsi Plenumunun “ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 oktyabr Qərarı).
72. Beləliklə, işin faktiki halları, qanunvericiliyin qeyd edilən normaları və Konstitusiya Məhkəməsinin qərarlarındakı hüquqi mövqeyi nəzərə alınmaqla, məhkəmə kollegiyası hesab edir ki, X2 xx.xx.2007-ci il tarixdə ölməsi nəticəsində miras əmlak olan Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, ev 15, 72 saylı mənzil üzərində - Cavabdeh4 4/6 (onun 1/2 hissəsi birgə nikah dövründə əldə olunmuş mülkiyyətdi), Cavabdeh3 1/6 və X6 1/6 hissədə payı yaranmışdır. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayıldığından, mirası faktiki üsulla qəbul etmiş vərəsələr məhz xx.xx.2007-ci il tarixdən etibarən mülkiyyətçi hüququ qazanmışlar.
73. X17 isə xx.xx.2019-cu il tarixdə öldüyündən, onun mülkiyyət payı üzərində həmçinin anası (birinci növbəli vərəsə) Cavabdeh4 da vərəqəslik hüququ yaranmış, sonuncu mirası faktiki qəbul etmişdir.
74. Birinci instansiya məhkəməsi bu halı nəzərə almamış, mərhum X6 payını tam olaraq qızı 15 iyun 2010-cu il təvəllüdülü Ayan Qasımovaya aid etməklə səhvə yol vermiş, maddi hüquq normalarının tələblərini pozmuşdur.
75. Belə olan halda isə, Cavabdeh4 əmlak üzərində ümumi payının 9/12 hissədə, Cavabdeh3 payının 2/12 hissədə, 15 iyun 2010-cu il təvəllüdülü X10 payının isə 1/12 hissədə müəyyən olunması qanunvericiliyin tələblərinə uyğun olmaqla, qanuni və ədalətlidir.
76. Beləliklə, birinci instansiya məhkəməsi isə yoxlanılan hissədə (payların müəyyən edilməsi) yuxarıda qeyd edilənləri nəzərə almamış, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə olan halda isə qətnamə yoxlanılan qanuni və əsaslı sayıla bilməz, apellyasiya şikayətinə əsasən qismən ləğv olunmalı, iddia həmin hissədə qismən təmin olunmalıdır.
77. Azərbaycan Respublikası MPM-in mülki məhkəmə icraatının həyata keçirilməsinə dair tələblərinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır («X14 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 03 noyabr 2008-ci il tarixli Qərarı).
78. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3084/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, yəni yoxlanılan hissədə (“X4 ilə X8 birgə nikah dövründə aldıqları ünvan 1 ünvanında yerləşən mənzilin X1 miras qalan 1/2 hissəsi üzərində X8 1/3, Cavabdeh3 1/3 və 15 iyun 2010cu il təvəllüdülü X10 1/3 hissədə miras payının müəyyən edilməsi” hissədə) ləğv edilsin, iddia həmin hissədə qismən təmin olunsun. Miras əmlak olan ünvan 1 üzərində - Cavabdeh4 9/12 (onun 1/2 hissəsi birgə nikah dövründə əldə olunmuş mülkiyyətdi), Cavabdeh3 2/12, 15 iyun 2010-cu il təvəllüdülü X10 payı isə 1/12 hissədə müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.