Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2606/2025 21.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Səlimova Səadət Rəşid qızından və X2 ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-707/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 24 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 24 saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 verilmiş çıxarışların ləğv edilməsi, miras üzrə payların müəyyən edilməsi, mirasın qəbulu və həmin miras paylarına vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsinin 24 saylı Notariat ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-707/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraatın Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 2(104)-757/2025 nömrəli işə baxılıb yekun vurulana kimi dayandırılması qərara alınmışdır Hazırda iddiaçı şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qəbul etdiyi qərardadda, hazırkı mülki işin icraatının dayandırılmasına əsas saydığı iş ilə müəyyən edilmiş hansı halın (halların) hazırki iş üçün preyudisial olmasını göstərmədiyindən hesab olunmalıdır ki, rayon məhkəməsi işin hallarını araşdırmadan hazırkı iş üzrə icraatı dayandırmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-707/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin 2(061)-129\2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, ərizəçilər Cavabdeh2 və Cavabdeh1 maraqlı şəxs Bakı şəhəri 24 saylı Notariat ofisi olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizələri təmin edilmiş, ərizəçilər Cavabdeh2 və Cavabdeh1 01 sentyabr 2023-cü il tarixdə vəfat etmiş qardaşları mərhum X1 miras qalmış əmlakların Cavabdeh1 və Cavabdeh2 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş, 2(104)-757/2025 saylı mülki iş Gəncə Apellyasiya Məhkəməsinin icraatındadır. Tərtər Rayon Məhkəməsinin 2(061)-129\2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə hazırkı iş üzrə cavabdehlərin miras əmlakı qəbul etmə faktı müəyyən edilmiş, hazırkı iş üzrə isə vərəsəlik şəhadətnaməsi mübahisələndirilir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 2(104)- 757/2025 nömrəli iş hazırki mülki işlə əlaqəli olduğundan həmin iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək hazırkı mülki iş üzrə icraat dayandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, iş üzrə icraat dayandırılmalıdır (maddə 254.1.4). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələbinə əməl edərək qanuni və əsaslı olaraq iş üzrə icraatı dayandırmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası icraatın dayandırılması barədə qərardadın ləğv edilməsi üçün hər hansı əsas görmür. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-707/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2606/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2606/2025
21.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver