Məhkəmə qərarları › İş №2(103)-2609/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2609/2020

19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2609/2020 19.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Guseinov Gasan və Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun tutulması” tələbi barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-133/2019 saylı işi üzrə xx xxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "İddiaçı” ASC ilə bağlanmış xx xxxxxxx 2016-cı il tarixli AL-388 saylı X2 ləğv edilməsi, iddiaçı "İddiaçı” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2016-cı il tarixli AL-388 saylı daxili lizinq müqaviləsinə əsasən 13183,75 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun "İddiaçı” ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı "İddiaçı” ASC (Lizinq verən) ilə X6 (Lizinq alan) arasında bağlanmış xx.xx.2016-cı il tarixli AL-388 saylı daxili lizinq müqaviləsi (səh.8), xx xxxxxx 2016-cı il tarixdə bağlanmış AL-388 (1) saylı öhdəliklərin ötürülməsi müqaviləsi (səh.12),"İddiaçı” ASC (Lizinq verən) ilə Cavabdeh (Lizinq alan) arasında bağlanmış 388 saylı lizinq müqaviləsinə 3 saylı əlavə (səh.13), xx xxxxxx 2016-cı il tarixdə bağlanmış təhvil-təslim aktı (səh.14), nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi (səh.18), xx.xx.2017-ci il tarixli xəbərdarlıq (pretenziya məktubu) (səh.16), xx.xx.2019-cu il tarixli 837 saylı arayış (səh.127) sübut kimi tədqiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli 27017 nömrəli və xx xxxx 2019-cu il tarixli 3175 nömrəli ekspert rəylərindən görünür ki, "Daewoo Gentra” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobil istismara yararlı deyildir. Lakin nəqliyyat vasitələrinə dəymiş ziyanın dəqiq müəyyən olunması, onun tam yararsız hesab olunub- olunmaması, təmirlə bərpa olunuboluna bilməməsini müəyyən etmək üçün ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən nəqliyyat vasitələrinin zədələnmiş hissələri tam şəkildə müəyyən olunaraq müvafiq sənədlər (ziyan aktı, qüsur aktı, nöqsan aktı və s.) tərtib olunmalı və həmin sənədlərin əsasında məhkəmə əmtəəşünaslıq ekspertizası aparılmaqla nəqliyyat vasitələrinə dəymiş faktiki ziyan, nəqliyyat vasitəsinin təmirinin rentabelli olub-olmaması müəyyən oluna bilər. 2013-cü il buraxılışlı, "Daewoo Gentra” markalı, ** PF *** dövlət nömrə nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur vəzərərçəkmişə dəymiş maddi ziyanın hadisə baş verən tarixə məbləği qəza nəticəsində salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla, təxminən 1400 (7000m-80%) manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri müvafiq olaraq106 və 70 manat təşkil edir (səh. 89, 111). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2018-ci il tarixli 6036 nömrəli ekspert rəyindən görünür ki, "Daewoo Gentra” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin tam yararsız olub-olmamasını yol-nəqliyyat hadisələri ekspertizası yolu ilə müəyyən etmək mümkün deyildir. Aparılmış tədqiqatın dəyəri 70 manat təşkil edir (səh.41). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-133/2019 saylı işi üzrə xx xxx 2019cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, "İddiaçı” ASC ilə bağlanmış xx.xx.2016-cı il tarixli AL-388 saylı daxili lizinq müqaviləsi ləğv edilməsi,13158,86 manat əsas borc, 24,89 manat mükafat borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 13213,75 manat məbləğində pulun Cavabdeh alınaraq iddiaçı "İddiaçı” ASCyə ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi, məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 246 manat Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1, 427.3, 442, 448.1, 747.1, 748-1.12, 748-2.1, 748-10.1, 748-10.2, 748-10.4; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, X6 xx.xx.2016-cı il tarixli AL-388 saylı daxili lizinq müqaviləsinə əsasən "İddiaçı” ASC-nin mülkiyyətindən olan lizinq obyekti sayılan "DAEWOO GENTRA MİNİK” markalı avtomobili 48 ay müddətinə lizinqə götürmüş, Lizinq alan lizinq obyektinin dəyərini ödəniş cədvəlinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 11.4-cü bəndinə əsasən lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq alan bu müqaviləyə əsasən ödənilməli olan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərqi lizinq verənə ödəməlidir, lizinq ödənişlərinin tam məbləği ödənildiyi andan bu müqavilə öz qüvvəsini itirir, lizinq obyekti isə lizinq alanın mülkiyyətinə keçir. Cavabdeh xx.xx.2016-cı il tarixdə bağlanmış AL-388 (1) saylı öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən X3 Lizinq verənin razılığı ilə AL-388 saylı daxili lizinq müqaviləsi üzrə bütün öhdəliklərini və lizinq obyekti sayılan "DAEWOO GENTRA MİNİK” markalı avtomobili qəbul etmiş və borcu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun "İddiaçı” ASC-yə borcu yaranmışdır. İş üzrə keçirilmiş ekspertiza rəyindən görünür ki, "DAEWOO GENTRA MİNİK” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil istismara yararlı deyildir. Lizinq alan Cavabdeh lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan qaydada və həcmdə ödəmədiyindən, avtomobil lizinq alan tərəfindən istismara yararsız vəziyyətə salındığından, lizinq verən iddiaçı "İddiaçı” ASC-nin pul məbləğini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ yarandığından, lizinq müqaviləsi ləğv edilərək borc tutulmalıdır. Cavabdeh apellyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 133/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsini ləğv edib İddiaçı ASC-nin iddiasının rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Konstitusiyasnının 24, 25, 26, 127; Azərbaycan Respublikasını Mülki Prosesual Məxəlləsinin 88, 385, 384.0.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, avtomobil qəza nəticəsində istismara yararsız hala düşən vaxta qədər lizinq ödənişlərini vaxtı-vaxtında ödəmiş və heç bir gecikməsi olmayıb. Avto qəzadan sonra İddiaçı ASC-yə müraciət edərək, xahiş edib ki, avtomobili təmir etdirsinlər. Çünki İddiaçı ASC avtomobili sığorta şirkətində kasko sığorta etdirmiş “xxxx” ASC avtomobili sığorta şirkətinə təmir etdirməkdən və ya sığorta ödənişi tələb etməkdən yayınmışdır. Bunun əvəzində İddiaçı ASC servis xidmətində həqiqətə uyğun olmayan akt tərtib etdirərək, guya avtomobilin təmirə tam yararsız - bərpası mümkün olmayan hala düşməsini bildimişdir. Bu faktın əskini sübut etmək üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəz ııin xx xxxx 2019-cu il tarixli 3175 nömrəli ekspert rəyində qeyd edilir ki, 2013-cü il buraxılışlı “Daewoo Gentra” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin tam yararsız hesab olunubolunmaması, təmirlə bərpa olunub-oluna bilməməsini müəyyən etmək üçün ixtisaslaşdırılmiş servis şəraitində mütəxəssislər tərəfindən nəqliyyat vasitəsinin zədəənmiş hissələri tam şəkildə müəyyən olunaraq, müvafiq sənədlər tərtib ounmalı və həmin sənədlərin əsasında məhkəmə əmtəəşünaslıq ekspertizası aparılmaqla nəqliyyat vasitəsinə dəymiş faktiki ziyan, nəqliyyat vasitəsinin təmirinin rentabelli olub-olmaması müəyyən oluna bilər. Lakin həmin rəydə ekspert yuxanda qeyd olunanlarla ziddiyət təşkil edən belə bir rəy də vermişdir ki, 2013-cü il buraxılışlı “Daewoo Gentra” minik markalı, **- PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişdirilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur. Buradan da görünür ki, rəydə ziddiyət təşkil edən fikirlər var. Həmçinin də İddiaçı ASC avtomobilin bərpası mümkün olmayan hala düşməsini sübut edə bilməmişdir. Belə ki, İddiaçı ASC avtomobilin istifadəyə tam yararsız olmasını, yəni bərpası mümkün olmayan hala düşməsini sübut etmək üçün ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən, nəqliyyat vasitəsinin zədələnmiş hissələrini tam şəkildə müəyyən etdirərək, müvafiq sənədləri ekspertizaya təqdim edib avtomobilin həqiqətən də bərpası mümkün olmayan hala düşməsini müəyyən etdirə bilərdi. Lakin bu fakt həqiqətə uyğun omadığı üçün İddiaçı ASC bunu etməkdən yayınmışdır. Bunun nəticəsi olaraq Məhkəmə Ekspertizası Mərkəzinin hər iki rəyində avtomobilin istifadəyə tam yararsız olub-olması, yəni bərpası mümkün olmayan hala düşüb-düşməməsi müəyyən olunmamışdır. Bundan başqa həmin - xx xxxx 2019-cu il tarixli 3175 nömrəli Ekspert rəyində o da qeyd edilir ki, zərərçəkmişə dəymiş maddi ziyanın hadisə baş verən tarixə məbləği qəza nəticəsində salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 1400 (7000m-80%>) manat müəyyən edilmişdir. Burdan da aydın olur ki, avtomobilə 1400 manat ziyan dəyib. Ekspert avtomobilin 80 faizinin salamat olduğunu bildirərək 80 faizi salamat olan, dəymiş ziyan məbləği cəmi 1400 manat olan avtomobilin İddiaçı ASC tərəfindən bərpası mümkün olmayan hala düşməsi kimi qeyd edilməsi həqiqətə uyğun deyildir. Yuxarıda qeyd etdiyi ekpert rəyində bu fakt öz sübutunu tapmışdır. Lakin Nəsimi Rayon Məhkəməsi bu faktı nəzərdən qaçrmışdır. Qəza baş verən an üçün real bazar qiyməti 15000 manatdan çox olan avtomobilə 1400 manat ziyan dəyməsini həmin avtomobilin bərpası mümkün olmayan hala düşməsi kimi qiymətləndirilməsi və bu səbəbdən də kasko sığortadan istifadə etməkdən yayınaraq, "Daewoo Gentra” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirməkdən imtina edən, bunun əvəzində lizinq ödənişləri tələb edən və bu ödənişləri avtomobili təmir etmədiklərinə görə verməməyindən sui istifadə edən İddiaçı ASC hüquqlarını kobud şəkildə pozmuşdur. Nəsimi Rayon Məhkəməsi isə bütün bu hallara düzgün hüquqi qiymət verməyərək, İddiaçı ASC-nin iddiasını təmin etmişdir. Həmçinin avto qəza baş verən avtomobil mərhum atası X5 idarə edib və onun idarə etməsi üçün bütün sənədləşmə işləri düzgün aparılmasına tam hüququ var idi. Avtomobili idarə edən zaman qəfil baş verən ürək tutması nəticəsində o, ölmüş və bu zaman avto nəqliyyat qəzası baş vermişdir. Buradan da görünür ki, qəzanın baş verməsində heç bir təqsiri yoxdur. Belə olan halda avtomobili təmir etmiş sığora şirkətinin ona qarşı subroqasia hüququ yarana bilməzdi. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2609/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, 9/1384 saylı ekspert rəyinə əsasən, yədqiq edilən “Daewoo Gentra” minik markalı, ** PF *** dövlət nömrə nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 1400,00 (7000m - 80%) manat müəyyən edilir. Ekspertiza xərci 120 manat müəyyən edilmişdir. “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli məktubunda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli (qərardadına (İş nömrəsi - 2 (103)- 2609/2020) əsasən "xxxx” MMC-nin ekspertləri tərəfindən qoyulan sualla bağlı zəruri araşdırmaların aparılması mümkün olmayıb. Çünki dəfələrlə tərəflərlə əlaqə saxlanılmasına baxmayaraq, tələb olunan əmlakı (avtomobil) baxışa təqdim etməyiblər (və ya bilməyiblər). Bu səbəblə tələb olunan əmlaka baxışın keçirilməsi və qiymətləndirilmənin aparılmasının mümkun olmadığı qeyd edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şirkətlə razılığa gələ bilmədiklərini, ekspertiza rəyi ilə razı olmadığını, avtomobilin bir çox detalının yaralı vəziyyətdə olduğunu, motorunun işlək olduğunu, kuzovunun dəyişməli olduğunu bildirmişdir . Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Guseinov Gasan apellyasiya şikayətini qəbul etməyərək, kasko sığortanın olmadığını müqavilənin 11.4-cü maddəsinə əsasən lizinq obyektinnin tam yararsız vəziyyətdə olduğundan məbləğin tam olaraq ödənilməli olduğunu bildirmişdir. Məhkəmə kollegiyası Mülki Məcəllənin 424, 425, 446, 385-388, 560, 747-751; MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 107-125, 217.4, 372, 385, 386, 388, 390-ci maddələrinə istinadən qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar əsasında qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyindən apellyasiya şikayəti rədd edilməldir. Diqqətə çatdırılmalıdır ki, müqavilənin və tələb edilən məbləğin mübahisələndirilməsi səciyyəsini daşıyan apellyasiya şikayətində cavabdeh tərəfindən dəlillərə münasibətdə qeyd edilıməlidir ki, avtonəqliyyat vasitəsinin istismara yararsız olduğu müəyyən edlir, avtomobilin KASKO sığortası və ya onun bağlanması üçün hər-hansı məbləğin ödənilməsi sübuta yetirilmir, cavabdehin müəyyən edilmiş mülki məsuliyyəti üzrə apellyasiya şikayyətinin yekun qayyəsi məbləğlərin yüksəkliyi təşkil etsədə onun əksini sübut edən (buna işarə edən) sübutlar təqdim edilməmişdir. Cavabdeh dəlilləri üzrə mülki məsuliyyət həddində avtonəqliyyat vasitəsinin istismara yararlı və zərərin az olduğu halda onu özü təmir etdirə bilər. Belə ki, xx.xx.2016cı il tarixli X2 11.4.1-ci bəndinə əsasən qət edilən məbləğ iddiaçıya ödənildikdən sonra sonuncu avtonəqliyyat vasitəsi cavabdehə təhvil verməlidir. Apellyasiya şikayəti əsassız olduğundan onun üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci onları ödəyən şəxslərə aid edilməli, ekspertiza xərci cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-133/2019 saylı işi üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 120 (yüz iyirmi) manat məbləğində pul cavabdeh Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar