Məhkəmə qərarları › İş №2(103)-2610/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2610/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2610/2021 05.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İlk iddia üzrə iddiaçı, digər iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil, ilk iddia üzrə cavabdeh, digər iddia üzrə iddiaçı «xxxx» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-906/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh «xxxx» KB ASC-yə qarşı iddia ərizəsi, son olaraq iddia tələbinin dəiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” KB ASC-nin İddiaçı qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiasının rədd edilməsi, cavabdeh “xxxx” KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli № 100nkADJ/15 saylı “Kredit və bank hesabı” müqaviləsinin və ona sonradan xx.xx.2015-ci il tarixdə birtərəfli qaydada edilmiş əlavə və dəyişikliyin əhəmiyyətsiz və ya etibarsız (qanunsuz) hesab edilməsi, iddiaçı tərəfindən banka ödənilmiş pul vəsaitlərinin cavabdeh “xxxx” KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli № 100nkADJ/15 saylı “Kredit və bank hesabı” müqaviləsi üzrə götürülmüş əsasa kredit borcuna (1900 ABŞ dolları) çıxılmaqla öhdəliklərin yerinə yetirilmiş hesab edilməsi və həmin öhdəliyə xitam verilməsi, cavabdeh “xxxx” KB ASC-nin qeyri-qanuni hərəkətləri nəticəsində İddiaçı tərəfindən banka artıq ödənilmiş 513,95 ABŞ dolları məbləğində pulun, hüquqi yardım üçün ödənilmiş 200 (iki yüz) manat məbləğində pulun və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdeh “xxxx” KB ASC-dən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. «xxxx» KB ASC də cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xeyrlərinə 1250.32 ABŞ dolları əsas, 53.95 ABŞ dolları faiz və 147.83 ABŞ dolları cərimə, cəmi 1452.10 ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-906/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh «xxxx» KB ASC-yə qarşı “kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilmiş hesab edilməsi və s.” tələbinə dair iddiasının rədd edilməsi, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 145 manatın İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməsi, iddiaçı “xxxx” KB ASC-nin cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilməsi, İddiaçı əsas borc üzrə 723,84 ABŞ dolları, faiz borcu üzrə 19.80 ABŞ dolları, cərimə borcu üzrə 20 ABŞ dolları, cəmi 763,64 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın 15 manatı məbləğində pul alınaraq «xxxx» KB ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki:

1. Məhkəmə nəzərə almamışdır ki, müqaviləyə edilmiş əlavə və dəyişikliyin əsllərinin və ya notariat qaydasında təsdiq olunmuş surətlərinin məhkəmə təqdim olunmasının iddiaçıdan tələb olunması absurt və yolverilməzdir. Çünki, iddiaçı qeyd olunan müqaviləyə edilmiş əlavə və dəyişikliyi ona görə qanunsuz hesab edərək mübahisələndirir ki, bu bank tərəfindən iddiaçının razılığı (imzası) və məlumatı olmadan birtərəfli qaydada edilmişdir. Bu hallar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş çoxsaylı sübutlarla təsdiq edilir.

2. Mülki işin materallarında olan “xxxx” KB ASC-nə məxsus ödəniş terminalının monitorundan çəkilmiş şəkildən görünür ki, İddiaçı qeyd olunan kredit müqaviləsi üzrə xx.xx.2019cu il tarixə cari ödənilməli (gecikdirilmiş) məbləğ 87.01 USD, qrafik üzrə ödənişi 41 USD, bu tarixdən sonrakı ödənişlərdə daxil olmaqla ümumi borcu 1364.68 USD təşkil edir. a) Qeyd olunan terminalının monitorundan çəkilmiş digər şəkildən görünür ki, İddiaçı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə cari ödənilməli (gecikdirilmiş) məbləğ 416.90 USD, qrafik üzrə ödənişi 41 USD. bu tarixdən sonrakı ödənişlərdə daxil olmaqla ümumi borcu 1407.57 USD təşkil edir. b) Qeyd olunan terminalının monitorundan çəkilmiş daha bir şəkildən görünür ki, İddiaçı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə cari ödənilməli (gecikdirilmiş) məbləğ 752.09 USD, qrafik üzrə ödənişi 41 USD, bu tarixdən sonrakı ödənişlərdə daxil olmaqla ümumi borcu 1619.76 USD təşkil edir. Qeyd: Birinci instansiya məhkəməsində bunların təsdiqi üçün “xxxx” KB ASC-yə məxsus olan ödəniş terminalına yerində baxış keçirilməsi barədə vəsatət verilmiş, lakin işə baxan hakim tərəfindən təqdim olunan sübutların sübhə doğurmaması əsası ilə vəsatət təmin edilməmişdir. Nəzərə alınsa ki, İddiaçı ilə “xxxx” KB ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli № 100nkADJ/15 saylı “Kredit və bank hesabı” müqavilənin müddəti 24 aylıq, hər ay üçün ödənişi isə 110 USD olmuşdur və həmin müqavilənin müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. (“xxxx” KB ASC-nin iddiasında da, bu tələb olunur) Sual yaranır.... mübahisələndirilən kredit müqaviləsi üzrə aylıq ödəniş 110 USD, kredit müqaviləsinin müddəti isə xx.xx.2017-ci il tarixdə bitdiyi halda, necə olur ki, bankın sistemində (bank proqramında) xx.xx.2019-cu il tarixə cari ödənilməli (gecikdirilmiş) məbləğ 87.01 USD, xx.xx.2019-cu il tarixə cari ödənilməli (gecikdirilmiş) məbləğ 416.90 USD, xx.xx.2020-ci il tarixə cari ödənilməli (gecikdirilmiş) məbləğ 752.09 USD və qrafik üzrə ödənişlər isə 41 USD qeyd olunmuşdur...? Bu ona dəlalət edir ki, qeyd olunan tarixlərdə və hazırdada kredit müqaviləsi birtərəfli qüvvədədir. Yəni, “xxxx” KB ASC tərəfindən İddiaçı ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli № 100nkADJ/15 saylı "Kredit və bank hesabı” müqaviləsinə sonradan xx.xx.2015-ci il tarixdə birtərəfli qaydada əlavə və ya dəyişiklik edərək kreditin qaytarılma müddətini 81 ay, illik faiz dərəcəsin 26% və aylıq ödəniş məbləğin 41 USD etmişdir.

3. Bundan başqa mülki işin materallarında olan İddiaçı krediti üzrə “xxxx” KB ASC-nin təqdim etdiyi xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixləri əhatə edən “hesab üzrə çıxarışdan” görünür ki, İddiaçı 2000 USD məbləğində kredit verilməsi nəzərdə tutulmuş, həmin məbləğdən “İstehlak kreditlərinin tərtibatı üzrə komissiya-riteyl” üzrə 80 USD, “Nağd pulun çıxarılması üçün komissiya-riteyl” üzrə 20 USD olmaqla, cəmi 100 USD tutulmuş və faktiki olaraq cavabdeh tərəfindən İddiaçı 1900 USD məbləğində pul verilmişdir. a) Eyni zamanda həmin çıxarışdan və digər arayışdan görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının icrası ilə bağlı İddiaçı 1475 manat civarında kompensasiya ayrılmış, lakin xx.xx.2019-cu il tarixə onun qeyd olunan krediti üzrə cəmi 95.20 USD (163 AZN) vaxtı keçmiş aylıq ödənişi olduğundan ona veriləsi kompensasiya məbləğindən 95.20 USD növbəti aylıq ödənişinə çıxaraq qalan kompensasiya məbləği (1312 AZN) “xxxx” KB ASC tərəfindən ona verilmişdir. “xxxx” KB ASC-nin tələbinə və məhkəmənin qənaətinə əsasən İddiaçı ilə "xxxx” KB ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli № 100nkADJ/15 saylı “Kredit və bank hesabı” müqavilənin müddəti 24 aylıq, hər ay üçün ödənişi isə 110 USD olmuşdur və həmin müqavilənin müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. Belə olan təqdirdə qeyd olunan kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən sonraya ödənilməmiş kredit, ona hesablanmış faiz və ya cərimə ümumilikdə vaxtı keçmiş və ödənilməmiş kredit borcu (problemli kredit) hesab olunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019- cu il tarixli Fərmanının tələblərinə əsasən problemli krediti üzrə kompensasiya hesablanmış müştərinin istər cari bankda, istərsə də, digər kredit təşkilatında vaxtı çatmiş öhdəliyi vardırsa, həmin kompensasiya müştərinin razılığı tələb olunmadan birbaşa vaxtı çatmış həmin öhdliyinə yönəldilməlidir. Sual yaranır.... mübahisələndirilən kredit müqaviləsinin müddətinin xx.xx.2017-ci il tarixdə bitdiyi təqdirdə xx.xx.2019-cu il tarixdə artıq 2 ilədək müddət İddiaçı həmin kredit müqaviləsi üzrə ödənilməmiş kredit borcu mövcud olduğu halda, niyə ona verilməli olan 1475 manat civarında kompensasiya tam məbləğdə onun kredit borcuna tutulmamış, əksinə ona veriləsi kompensasiya məbləğindən 95.20 USD növbəti aylıq ödənişinə çıxaraq qalan kompensasiya məbləği (1312 AZN) “xxxx” KB ASC tərəfindən ona verilmişdir..? Bu ona dəlalət edir ki, qeyd olunan tarixdə və hazırda da, kredit müqaviləsi birtərəfli qüvvədədir. Yəni, “xxxx” KB ASC tərəfindən İddiaçı ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli № 100nkADJ/15 saylı “Kredit və bank hesabı” müqaviləsinə sonradan xx.xx.2015-ci il tarixdə birtərəfli qaydada əlavə və ya dəyişiklik edərək kreditin qaytarılma müddətini 81 ay, illik faiz dərəcəsin 26% və aylıq ödəniş məbləğin 41 USD etmişdir.

4. Bundan başqa mülki işin materallarında olan İddiaçı aid Azərbaycan Kredit Bürosunun xx.xx.2020-ci il tarixili ÇİXARİŞİNDAN görünür ki, “xxxx” KB ASC tərəfindən ona verilmiş kreditin məbləği 2000 USD, aylıq ödəniş məbləği 41.00 USD, kreditin verilmə tarixi xx.xx.2015-ci il və kredit müqaviləsinin bitmə tarixi xx.xx.2021-ci il (82 ay), eyni zamanda kredit müqaviləsinin statusunun hələ də aktiv olduğu qeyd olunmuşdur. Daha bir sual yaranır.................... “xxxx” KB ASC-nin tələbinə və Məhkəmənin qənaətinə əsasən İddiaçı ilə “xxxx” KB ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli № 100nkADJ/15 saylı “Kredit və bank hesabı” müqavilənin müddəti 24 aylıq, hər ay üçün ödənişi isə 110 USD olduğu və həmin müqavilənin müddətini xx.xx.2017-ci il tarixdə bitdiyi halda, necə olur ki.., Azərbaycan Kredit Bürosunun xx.xx.2020-ci il tarixili ÇİXARİŞİNDA kredit üzrə aylıq ödənişin məbləği 41.00 USD, kreditin verilmə tarixi xx.xx.2015-ci il və kredit müqaviləsinin bitmə tarixi xx.xx.2021-ci il (82 ay) qeyd olunmuşdur..? Bu da, ona dəlalət edir ki, qeyd olunan tarixdə və hazırda da, kredit müqaviləsinin statusu aktivdir, yəni hələ də birtərəfli qüvvədədir. Yəni, “xxxx” KB ASC tərəfindən İddiaçı ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli № 100nkADJ/15 saylı “Kredit və bank hesabı” müqaviləsinə sonradan xx.xx.2015-ci il tarixdə birtərəfli qaydada əlavə və ya dəyişiklik edərək kreditin qaytarılma müddətini 81 ay, illik faiz dərəcəsin 26% və aylıq ödəniş məbləğin 41 USD etmişdir.

5. Bundan başqa mülki işin materallarında olan cavabdeh bank tərəfindən iddiaçıya təqdim edilmiş 100nkADJ/15 saylı kredit müqaviləsinə 2 saylı Əlavədən görünür ki, “xxxx” KB ASC tərəfindən İddiaçı kreditinin məbləği 2000 USD, aylıq ödəniş məbləği 41.00 USD, kreditin verilmə tarixi xx.xx.2015-ci il və kredit müqaviləsinin bitmə tarixi xx.xx.2021-ci il (81 ay) qeyd olunmuşdur. Eyni zamanda məhkəmə iclaslarında iştirak etmiş “xxxx” KB ASC-nin nümayəndəsi izahatında xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə sonradan hər-hansı əlavə və ya dəyişikliyin edilməsini istisna etməyərək, müqaviləyə sonradan edilmiş bu əlavə və ya dəyişikliyin etibarsızlığının əsas müqavilənin etbarsızlığına səbəb olmadığını bildirmişdir. Əlavə olaraq mülki işin materallarında olan İddiaçı tərəfindən “xxxx” KB ASC-yə ünvanlanmış xx.xx.2015-ci il tarixli ərizədən görünür ki, o banka müraciət edərək qeyd olunan müqavilə üzrə ona güzəşt edilməsini (faiz dərəcəsində endirim edilməsini) və müqavilənin müddətinin 23 ay uzadılmasını xahiş etmişdir. Bundan əlavə, "xxxx” KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli № 100nkADJ/15 saylı "Kredit və bank hesabı” müqaviləsindən və həmin müqaviləyə bağlanmış 100nkADJ/15 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən (ödəniş cədvəlindən) görünür ki, İddiaçı xx.xx.2015-ci il. tarixdə 24 ay müddətinə illik 28% dərəcəsi ilə 2.000 (faktiki 1900) ABŞ dolları məbləğində kredit verilmiş və o, 2.000 (faktiki 1900) ABŞ dolları məbləğində krediti müqavilə müddətinin sonunadək, yəni xx.xx.2017-ci il tarixədək hesablanmış 2 illik cəmi 637.49 ABŞ dolları məbləğində faizlə birlikdə və hər ayın “7”-i 110 ABŞ dolları ödəməklə, ümumilikdə banka 2000+637.49 = 2637.49 ABŞ dolları məbləğində pul ödəməlidir. Cavabdeh bank tərəfindən məhkəməyə təqdim edilmiş “xxxx” KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli № 100nkADJ/15 saylı “Kredit və bank hesabı” müqaviləsi üzrə izahlı maliyyə arayışından görünür ki, İddiaçı qeyd olunan kredit müqaviləsi üzrə cavabdeh banka 749.68 USD əsas, 1639.01 USD faiz və 25.26 USD cərimə olmaqla, cəmi 2413.95 USD məbləğində pul ödəmişdir. Belə olan təqdirdə, yəni İddiaçı qeyd olunan kredit müqaviləsi üzrə “xxxx” KB ASC-nə ümumilikdə (bütün ödənilməli faizlər də, daxil olmaqla) 2637.49 ABŞ dolları məbləğində kredit ödəməli olduğu halda, bundan isə 2413.95 ABŞ dolları məbləğində pulu ödəməsi nəzərə alınmalı və (2637.49 - 2413.95 = 223.54) İddiaçıin banka, cəmi 223.54 ABŞ dolları məbləğində kredit borcunun qalması çox sadə heasblama ilə təsdiqini tapmış olur. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, digər iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə etdi, həmçinin bildirdi ki, bankın öz sistemindən də görünür ki, bank birtərəfli qaydada müqaviləyə əlavə edib. 2015-ci ildə 24 aylıq müqavilə bağlanıb. Necə olur ki, bankın sistemindən çəkilmiş şəklidən görünür ki, 84 ay müddətinə əlavə olub? Əgər müqavilə müddəti bitirsə, onda şəxsin ödəmədiyi bütün məbləğ onun gecikdirilmiş borc kimi qeyd olunmalı idi. Müqavilənin qanunsuz olmasında ona görə təkid edirlər ki, müqqaviləyə əlavə nəinki onların razılığı olmadan, ümumiyyətlə onların xəbəri olmadan edilib. Görünür ki, aylıq edilən ödənişlər əlavəyə uyğun olaraq 41 ABŞ dolları olmaqla çıxılıb və ödənilməyən məbləğlər gecikən məbləğ kimi düşməyib. Bankın verdiyi maliyyə arayışına əsasən qalan borc 223.50 ABŞ dolları olmuşdur. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, digər iddia üzrə iddiaçı «xxxx» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X3 bildirdi ki, əsas müqavilənin etibarsızlığı üçün heç bir əsas yoxdur. Əlavəni isə onlar da qəbul etmirlər. Olmayan bir müqavilənin etibarsızlığı necə tələb oluna bilər? Müqavilənin etibarsızlığını tələb etdiyi halda, iddianın 2-ci hissəsində öhdəliyinin icra olunmuş hesab edilməsini xahiş edir. Müqavilənin etibarsızlığı o halda tələb edlir ki, şəxs ümumiyyətlə belə bir öhdəliyinin olmadığını iddia edir. Qarşı tərəf iddia etdiyi ödənişlə bağlı məhkəməyə heç bir sübut təqdim etmir. Prezidentin Fərmanından sonra restrukturizasiya ilə bağlı bankda işçi qrup yaradıldı. Burada bəzi çatışmazlıqlar ortaya çıxdı. Hazırki işlə bağlı da məlumatların düzgünlüyündə sadəcə texniki səhv olub. İşdə olan izahlı maliyyə arayışlarına əsasən müqavilə müddətinin bitdiyi tarixdə cavabdehin əsas, faiz və cərimə borcunun cəmi 1639,31 ABŞ dolları olmuş, müqavilə müddəti bitdikdən sonra isə cəmi 1145,69 ABŞ dolları ödəmiş, qalıq borc isə 493,62 ABŞ dolları təşkil edir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, “xxxx” KB ASC-nin Əcəmi filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli № 100nkADJ/15 saylı kredit müqaviləsi və ona edilmiş 1 saylı əlavəyə əsasən bank borcalan İddiaçı 24 ay müddətinə illik 28% dərəcəsi ilə 2.000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kredit və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Daha sonra "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən İddiaçı cəmi 1474,75 manat kompensasiya məbləği hesablanmışdır. Mübahisələndirilən kredit müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozulmaqla bağlanması qənaətinə gəlmək üçün əsaslar yoxdur. Belə ki, iddiaçının əqdin etibarsız hesab edilməsinə dair istinad etdiyi yeganə dəlil müqavilənin qüvvədə olma müddətinin 81 aya uzadılmasını əks etdirən xx.xx.2015-ci il tarixli № 100nkADJ/15 saylı “Kredit və bank hesabı” müqaviləsinə edilmiş 2 saylı əlavə və bankomat vasitəsilə ödənişlərin edilməsini əks etdirən şəkillər məhkəmə tərəfindən sübut qismində qəbul edilə bilməz. Çünki “Kredit və bank hesabı” müqaviləsinə edilmiş 2 saylı əlavənin üzərində onun doğruluğunu təsdiq edə biləcək Banka məxsus möhür və (və ya) əməkdaşının imzasının mövcudluğu aşkar edilməmiş, şəkillərin həqiqliyini isə müəyyən etmək mümkün olmamışdır. İddiaçı müqaviləyə birtərəfli qaydada edilmiş əlavə və dəyişikliyin etibarsız hesab edilməsini xahiş etsə də, belə əlavə və dəyişikliyin əsillərini və ya notariat qaydasında təsdiq olunmuş surətlərini məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə İddiaçı cavabdeh «xxxx» KB ASC-yə qarşı olan iddianın digər tələbləri üzrə araşdırmanın aparılmasına keçməmişdən əvvəl hesab edir ki, ilk öncə iddiaçı “xxxx” KB ASC cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə pulun qaytarılması” tələbinə dair iddiaya diqqət yetirilməlidir. Belə ki, işin məhkəmə tərəfindən araşdırılmış hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli № 100nkADJ/15 saylı kredit müqaviləsi üzrə İddiaçı tərəfindən öhdəliklərinin tam icra edildiyi müəyyən edilməmiş, bu halı tam araşdırmaq məqsədilə məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/98 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan kredit borcu xx.xx.2017-ci il (müqavilənin bitdiyi) tarixə: əsas kredit borcu 1,681.42 ABŞ dolları, faiz borcu 34,19 ABŞ dolları. xx.xx.2019-cu il (maliyyə arayışında borcun hesablanıldığı) tarixə: əsas kredit borcu 723,84 ABŞ dolları, faiz borcu 19.80 ABŞ dolları təşkil edir. Məhkəmə hesab edir ki, ekspert rəyinə əsasən xx.xx.2015-ci il tarixli № 100nkADJ/15 saylı kredit müqaviləsi üzrə hesablanmış əsas və faiz borcunun maliyyə arayışının məhkəməyə təqdim edildiyi gün üçün tutulmalı olduğu mülki qanunvericilik baxımından daha ədalətlidir və belə olan halda İddiaçı Banka olan əsas borcunun 723,84 ABŞ dolları, faiz borcunun isə 19,80 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin iddianın dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 20 ABŞ dolları məbləğinədək azaldılmalıdır. Çünki, 723,84 ABŞ dolları əsas borc məbləğinə münasibətdə 20 ABŞ dolları məbləğində dəbbə pulu daha ədalətlidir. Məhkəmə iddianın “iddiaçı tərəfindən banka ödənilmiş pul vəsaitlərinin cavabdeh “xxxx” KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli № 100nkADJ/15 saylı “Kredit və bank hesabı” müqaviləsi üzrə götürülmüş əsasa kredit borcuna (1900 ABŞ dolları) çıxılmaqla öhdəliklərin yerinə yetirilmiş hesab edilməsi və həmin öhdəliyə xitam verilməsi” tələbləri ilə əlaqədar ilk öncə qeyd edir ki, mübahisə predmeti olan müqavilə xx.xx.2015-ci il tarixdə 24 ay müddətinə bağlanmışdır. İddiaçı məhkəməyə müraciət edən zaman müqavilənin qüvvədə olma müddəti artıq qurtarmış, faktiki olaraq mövcudluğuna son qoyulmuşdur. Bu hal məhkəmə iclasında iştirak edən “xxxx” KB ASC-nin nümayəndəsi tərəfindən öz təsdiqini tapmışdır. İddiaçı tərəfindən müqavilə müddətinin uzadılmasına dair məhkəməyə təqdim olunmuş ərizəyə (23 ay) əsasən əlavə sazişin bağlanması müəyyən edilməmiş, 81 aya uzadılmasını əks etdirən xx.xx.2015-ci il tarixli № 100nkADJ/15 saylı “Kredit və bank hesabı” müqaviləsinə edilmiş 2 saylı əlavənin həqiqiliyinin isə müəyyən edilməsi mümkün olmamışdır. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, mövcud olmayan müqaviləyə xitam verilməsi yolverilməz olduğundan iddia bu hissədə rədd edilməlidir. Məhkəmə Mülki Məcəllənin 399.4-cü maddəsinə istinadən həmçinin qeyd etməyi zəruri sayır ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Məhkəmə bu maddənin tələblərini, habelə İddiaçı“xxxx” KB ASC-nin qarşısında borclu olduğunun müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, müqavilənin qüvvədə olma müddətinin qurtarmasının müqavilədən irəli gələn öhdəliklərin xitam verilməsinə əsas deyildir və iddia bu hissədə də rədd edilməlidir. Məhkəmə həmçinin iddianın “cavabdeh “xxxx” KB ASC-nin qeyri-qanuni hərəkətləri nəticəsində İddiaçı tərəfindən banka artıq ödənilmiş 513,95 ABŞ dolları məbləğində pulun tutulması” hissəsinə dair aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, İddiaçı iddia tələbinin “artıq ödənilmiş pulun geri qaytarılması” hissəsinin qanuni əsasını Mülki Məcəllənin 1092.1-ci maddəsi təşkil edir. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından göründüyü kimi, hazırkı işdə qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunmur. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli № 100nkADJ/15 saylı kredit müqaviləsi üzrə İddiaçı tərəfindən banka 513,95 ABŞ dolları məbləğində pulun artıq ödənildiyini bildirərək geri qaytarılmasını xahiş etsə də, ona dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, iş materialları və xüsusən də iş üzrə əldə olunmuş ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçı mübahisələndirilən müqavilə üzrə öhdəliklərini tam icra etməmiş, onun həmin müqavilə üzrə cavabdeh təşkilata ödənilməmiş 763,64 ABŞ dolları borcu qalmışdır. Bununla da iddiaçı tərəfindən qeyd olunan kredit müqaviləsindən kənar pulun ödənilməsi faktı öz təsdiqini tapmamış, iddiaçının bu hala dair irəli sürdüyü dəlillər isə əsassızdır və mülahizə xarakterlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ilk iddia üzrə iddiaçı, digər iddia üzrə cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi göstərilsə də apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni ilk iddianın təmin edilməyən, digər iddianın isə təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissələrdə yoxlanılmalı, mübahisələndirilməyən hissələrə isə toxunulmamalıdır. Əvvəla, iddiaçı xx.xx.2015-ci il tarixli № 100nkADJ/15 saylı “Kredit və bank hesabı” müqaviləsinin və ona sonradan xx.xx.2015-ci il tarixdə birtərəfli qaydada edilmiş əlavə və dəyişikliyin əhəmiyyətsiz və ya etibarsız (qanunsuz) hesab edilməsini tələb etsə də, bank kredit müqaviləsinə belə bir əlavə və dəyişikliyin edilməsi barədə iddiaçı ilə hər hansı bir müqavilə bağlamadığını, o cümlədən birtərəfli qaydada müqavilənin müddətinin uzatmadığını bəyan edir. Bankın borcalana qarşı olan iddiasında da belə bir əlavə və dəyişikliyə istinad edilməmişdir. Bu cür vəziyyətdə mövcud olmayan yaxud borc tələbi ilə bağlı iddianın əsasını təşkil etməyən bir müqaviləni bankdan necə tələb etmək olar? Əlbətdə ki, iddiaçı bu cür iddia irəli sürməzdən əvvəl belə bir müqavilənin həqiqətən olmasını, məhz xx.xx.2015-ci il tarixli müqaviləyə edilmiş əlavə və dəyişikliyə əsasən ondan kredit borcu tələb edildiyini yaxud da müqaviləyə belə bir əlavə və dəyişiklik edilmişdirsə bunun nəticəsində onun mənafeyinə hansısa formada real ziyan dəyməsini özü üçün dəqiqləşdirməli idi. İkincisi, banka məxsus ödəniş terminalının monitoruna yerində baxış keçirlməsinin də iddianın əsaslılığına hər hansı bir təsiri ola bilməzdi. Çünki, həm borcalanın, həm də bankın iddialarının əsaslılığına həmin monitorda göstərilən məlumatların hansısa təsiri olmamış yaxud da bu məbləğlər müqavilənin uzadılması ilə bağlı yaranmamışdır. Monitorda yaxud bank proqramında müxtəlif tarixlərdə, gecikdirilmiş məbləğlərin qeyd olunmasının kredit müqaviləsinin birtərəfli qaydada uzadıldığına dəlalət etmir. Üçüncüsü, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının icrası ilə bağlı İddiaçı kredit müqaviləsi üzrə ödənilməmiş kredit borcu mövcud olduğu halda, ona verilməli olan 1475 manat kompensasiyanın tam məbləğdə onun kredit borcuna tutulmaması, əksinə ona veriləsi kompensasiya məbləğindən 95.20 USD növbəti aylıq ödənişinə çıxaraq qalan kompensasiya məbləğinin (1312 AZN) bank tərəfindən ona verilməsi də iddianın əsaslılığına, yəni xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə sonradan xx.xx.2015-ci il tarixdə birtərəfli qaydada əlavə və ya dəyişiklik edərək kreditin qaytarılma müddətini 81 ay, illik faiz dərəcəsin 26% və aylıq ödəniş məbləğin 41 USD edilməsinə dəlalət etmir. Çünki, kompensasiyanın tam məbləğdə kredit borcuna tutulmaması istənilən səbəbdən, o cümlədən texniki yaxud mexaniki yanlışlıq nəticəsində də ola bilərdi. Dördüncüsü, İddiaçı aid Azərbaycan Kredit Bürosunun xx.xx.2020-ci il tarixli çıxarışında kreditin verilmə tarixinin xx.xx.2015-ci il və kredit müqaviləsinin bitmə tarixinin xx.xx.2021-ci il (82 ay), eyni zamanda kredit müqaviləsinin statusunun hələ də aktiv olduğu qeyd olunması da istənilən səbəbdən, o cümlədən texniki yaxud mexaniki yanlışlıq nəticəsində məlumatların verilməsi ilə bağlı ola bilər. Beşincisi, kredit müqaviləsinin sonunadək, yəni xx.xx.2017-ci il tarixədək hesablanmış 2 illik cəmi 637.49 ABŞ dolları faizlə birlikdə və hər ayın “7”-i 110 ABŞ dolları ödəməklə, ümumilikdə banka 2000+637.49 = 2637.49 ABŞ dolları ödəməli olduğu halda, bundan isə 2413.95 ABŞ dolları ödəməsi nəzərə alınaraq (2637.49 - 2413.95 = 223.54) iddiaçının banka, cəmi 223.54 ABŞ dolları kredit borcunun qalması sadə hesablama yolu ilə öz təsdiqini tapa bilməz. Çünki, bu hal borcalanın kredit müqaviləsi və ödəniş cədvəli üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirdiyi halda baş verə bilərdi. Lakin kredit alanın öz öhdəliklərini lazımi qaydada icra etməməsi iş materialları ilə açıq-aşkar təsdiq olunur. Altıncısı, ilk iddia tələbinin digər hissələri də əsaslı olmadığından təmin edilə bilməz. Çünki, kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməsini və banka artıq vəsait ödəməsini iddiaçı sübuta yetirməlidir. Bu halları sübut etmək yükü onun üzərinə düşür,o, bu hallara dair məhkəməyə mötəbər sübut təqdim etməli idi. Lakin iddiaçı tərəfindən öhədliklərini lazımi qaydada yerinə yetirməsinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Göstərilənlərə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi bankın iddiası üzrə borc məbləği hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, işdə olan “xxxx” KB ASC-nin xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixə “xxxx” KB ASC-yə 1605,64 USD əsas, 33,67 USD faiz, 0 USD əsas borc üzrə hesablanmış cərimə olmaqla, cəmi 1639,31 USD məbləğində borcu yaranmışdır. Bankın xx.xx.2020-ci il tarixli izahlı maliyyə arayışından isə görünür ki, İddiaçı müqavilə müddəti bitdikdən sonra(xx.xx.2017) banka ödədiyi ümumi məbləğ 1145,69 USD təşkil edir(bax.i.v.107-109). Demək, İddiaçı banka qeyd olunan kredit müqaviləsi üzrə cəmi 493,62 ABŞ dolları(1539,31- 1145,69=493,62) borcu qalmışdır. Ancaq birinci instansiya məhkəməsi borc tələb edən şəxsin təqdim etdiyi maliyyə arayışında göstərilən məbləği deyil, ilk iddia üzrə keçirilən məhkəmə mühasibatlıq ekspertizasının mötəbər olmayan rəyini əsas götürməklə bu hissədə iş üzrə səhv nəticəyə gəlmişdir. Ekspert rəyi məhkəmədə tədqiq olunur. Məhkəmə üçün məcburi deyil və nəzərə almaya bilər. Ona görə də, apellyasiya instansiyası məhkəməsi iş üzrə yekun qənaətə gələrkən məhkəmə-mühasibatlıq ekspertizasının qeyd olunan rəyini hazırki iş üzrə mötəbər sübut kimi qəbul etmir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-906/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi İddiaçı alınmalı olan borcun məbləği hissəsində dəyişdirilsin və borcun cəmi məbləği 493,62 (dörd yüz doxsan üç ABŞ dolları altmış iki sent) ABŞ dolları(məzənnə üzrə manatla) müəyyən edilsin. Qətnamə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar