Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2610/2022 19.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Sarıyev Xəyal Əjdər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil3 oğlu, Cavabdeh1 və onun vəkili Vəkil2 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-293/2021 saylı, 05.11.2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı "xxxx" MTK (bundan sonra MTK) iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə (bundan sonra rayon məhkəməsi) müraciət edərək Cavabdeh1 (bundan sonra cavabdeh) arasında Bakı şəhəri, Feyzulla Qasımzadə küçəsi ilə Akademik Topçubaşov küçələrinin ərazisində planlaşdırılmış yüksək mərtəbəli, çoxmənzilli yaşayış binasının tikintisi ilə əlaqədar olaraq cavabdehə məxsus həmin ünvandakı mənzilin sökülməsi müqabilində tikiləcək yeni binada mənzillərin verilməsi barədə tərəflər arasında eyni gündə (21.02.2019-cu il tarixində) bağlanmış iki müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir (iddiaçı tərəfindən iddia tələbləri artırılmışdır). Nəsimi Rayon Məhkəməsinin 2(006)-293/2021 saylı, 05.11.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş; - Bakı şəhəri, Feyzulla Qasımzadə küçəsində yerləşən 16-cı mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 5-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı, 64,8 kv.m 2 otaqlı təmirsiz mənzil və J girişində 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64,8 kv.m 2 otaqlı təmirsiz mənzillə bağlı "xxxx" MTK ilə Cavabdeh1 arasında bağlanmış 21 fevral 2019-cu il tarixli müqavilə (birinci müqavilə) etibarsız hesab edilmiş; - Bakı şəhəri, Feyzulla Qasımzadə küçəsində yerləşən 16-cı mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı, 64,8 kv.m 2 otaqlı təmirsiz mənzil və İ girişində 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 92,3 kv.m 2 otaqlı təmirsiz mənzillə bağlı "xxxx" MTK ilə Cavabdeh1 arasında bağlanmış 21 fevral 2019-cu il tarixli müqavilə (ikinci müqavilə) qismən, İ girişində 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 92,3 kv.m 2 otaqlı təmirsiz mənzillə bağlı etibarsız hesab edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İddiaçı və cavabdeh qətnamədən apellyasiya şikayətləri vermişdir. Apellyasiya şikayətləri və onun dəlilləri: İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri kimi göstərmişdir ki, rayon məhkəməsində işə baxılarkən iddia tələbinin 21 fevral 2019-cu il tarixli 2-ci müqavilənin Ak.Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 8-ci mərtəbəsində 2 otaqlı, 64,8 kv.m təmirsiz mənzilinə münasibətdə müqavilənin etibarsız hesab edilməsi ilə bağlı Mülki Məcəllənin 339.4-cü maddəsi düzgün təfsir edilməmiş, həmin hissədə müqavilənin etibarlı vəziyyətdə saxlanmasına məqsədəmüvafiqlik baxımından qiymət verilmişdi, bununla da maddi hüquq normasını pozmuş və səhv nəticəyə gələmişdir, bu səbəbdən də qətnamənin iddianın təmin edilməyən hissəsinə münasibətdə ləğv edilməsini və iddia tələbinin həmin hissədə də təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, qətnamə qanunsuz və əsassızdır, belə ki, rayon məhkəməsi öz qətnaməsində iddiaçının son dərəcə əlverişsiz şərtlərlə müqavilə bağlanmasının və ağır vəziyyətə düşməsinin və məcburetmənin nədən ibarət olduğu, iddiaçının hansı hərəkətinin qanunsuz olması və ya iddiaçını hansı şərtə təhrik etməsi açıqlanmamış, bu barədə hər hansı sübuta istinad etməmiş, tərəflər arasındakı hansı münasibətlərin olmasını və işin faktiki hallarını düzgün müəyyənləşdirə bilməmiş, əqdlərin etibarsızlığı ilə bağlı maddi hüquq normasını düzgün tətbiq və təfsir etməmiş, prossesual pozuntulara yol vermiş, nəticədə də düzgün olmayan qətnamə qəbul etmişdir, bu səbəbdən də iddia tələbinin təmin olunan hissəsində qətnamənin ləğv edilməsi və həmin hissədə də iddia tələblərinin rədd olunması barədə yeni qətnamə qəbul olunması xahiş olunmuşdur. Apellyasiya şikayətləri ilə bağlı tərəflərin izahatları: İddiaçı tərəfin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi və iddia ərizəsi və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək bildirdi ki, qeyd olunan ünvanda əsrin əvvəllərində inşa edilmiş köhnə və yararsız binaların sökülərək yerində yeni və müasir standartlara cavab verən çoxmərtəbəli və çoxmənzilli binaların tikilməsi barədə müvafiq icra hakimiyyəti orqanı ilə bağlanmış müqaviləyə əsasən tikintinin aparılması onlara həvalə olunmuşdur. Müvafiq olaraq da MTK həmin ünvandakı sakinlərlə qarşılıqlı razılaşma əsasında onların köçürülməsinə başlamış, hazırki cavabdehlə də həmin ünvanda yerləşən üçotaqlı mənzilin sökülməsi ilə bağlı danışıqlar aparılmış, ilkin mərhələdə danışıqlar nəticə verməmiş, cavabdeh onlara qarşı iddia ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, eyni zamanda həmin icraat çərçivəsində onunla müqavilə bağlananadək onun mənzilinin sökülməsi işlərinin dayandırılmasına dair qərardad əldə etmişdir. Bundan sonra tərəflər arasında yenidən danışıqlar aparılmış və 21.02.2019-cu il tarixində MTK məcburiyyət qarşısında qalaraq cavabdehlə Bakı şəhəri, Feyzulla Qasımzadə küçəsində yerləşən 16cı mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 5-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı, 64,8 kv.m 2 otaqlı təmirsiz mənzil və J girişində 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64,8 kv.m 2 otaqlı təmirsiz mənzillərin verilməsi ilə bağlı müqavilə bağlamışdır. Bundan sonra elə həmin gün cavabdeh yenidən MTK-a müraciət edərək həmin müqavilənin əvəzində yeni müqavilə bağlanmasını tələb etmiş, çətin vəziyyətdə olan MTK cavabdehin şərtləri ilə razılaşaraq əvvəlki müqaviləyə xitam verməklə onunla Bakı şəhəri, Feyzulla Qasımzadə küçəsində yerləşən 16-cı mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı, 64,8 kv.m 2 otaqlı təmirsiz mənzil və İ girişində 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 92,3 kv.m 2 otaqlı təmirsiz mənzillərin verilməsi barədə, məcburetmə nəticəsində MTK üçün son dərəcə əlverişslz olan yeni müqavilə bağlamışdır. Ona görə də hesab edir ki,cavabdehin sökülmüş üçotaqlı mənzilinin əvəzində dördotaqlı 174 kv.m mənzilin verilməsi mövcud şəraitə görə ağlabatan hesab edilməlidir, bu səbəbdən də rayon məhkəməsi iddia tələblərini qismən təmin etsə də, ikinci müqavilədəki ikiotaqlı 64,8 kv.m təmirsiz mənzilə münasibətdə iddia tələblərini rədd edərkən müqavilənin etibarlılığının saxlanmasının məqsədəmüvafiqliyini qeyd etmişdir ki, bu da qanuni olmamışdır. Halbuki əqdin etibarsızlığı ilə bağlı müvafiq normalarda əqdin məqsədəmüvafiqliyi ilə bağlı şərt yoxdur,ona görə də şikayətlərinin təmin edilərək rayon məhkəməsinin qətnaməsinin 21.02.2019-cu il tarixli ikinci müqavilənin ikiotaqlı 64,8 kv.m təmirsiz mənzilə dair hissədə ləğv edilməsini,həmin hissədə də iddia tələblərinin təmin edilərək müqavilənin həmin mənzillə bağlı hissəsinin də etibarsız hesab edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda iddiaçının nümayəndəsi tərəflər arasında bir gündə iki müqavilənin bağlanması məsələsinə də aydınlıq gətirərək göstərdi ki, həqiqətən də, 21.02.2019-cu l tarixdə MTK ilə cavabdeh arasında təmirsiz bir dördotaqlı 174 kv.m və 2 ədəd 2 otaqlı, 64,8 kv.m mənzillərin verilməsinə dair müqavilə imzalanmış, sonradan elə həmin gün iddiaçının təkidi ilə həmin müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilmiş və tərəflər arasında təmirsiz bir dördotaqlı 174 kv.m, bir 2 otaqlı, 64,8 kv.m və bir 2 otaqlı 92,3 kv.m mənzillərin verilməsi barədə yeni müqavilə bağlanmışdır, başqa sözlə,nümayəndə bildirdi ki, tərəflər arasında əldə olunmuş razılaşmaya görə cavabdehə hər bir halda cəmi 3 (üç) mənzilin verilməsi nəzərdə tutulmuşdur. Belə olan halda, yəni ikinci müqaviləni bağlamaqla ilkin müqavilənin qarşılıqlı razılaşma əsasında xitam verilməsini qeyd edən iddiaçının nümayəndəsi, hazırkı iddia tələblərində hansı səbəbdən həm də birinci müqavilənin etibarsızlığının mübahisələndirilməsini ağlabatan şəkildə izah edə və əsaslandıra bilmədi. İddiaçının nümayəndəsi, həmçinin MTK tərəfindən iddia ərizəsinə əlavə edilmiş 27 yanvar 2020-ci il tarixli məktubla tərəflər arasında bağlanmış ikinci müqavilənin etibarsızlığı ilə bağlı cavabdehə qarşı iddia qaldıracaqlarına dair xəbərdarlıq edildiyi halda, cavabdehə ünvanlanmış həmin tarixli eyni məzmunlu xəbərdarlıq məktubunda ikinci müqavilədə nəzərdə tutulan mənzillərin ölçülərinin birinci müqavilədə olmuş ölçülərə uyğunlaşdırılmasına dair əvəzləşmə müqaviləsinin bağlanmasının təklif edilməsi arasında uyğunsuzluğu da izah edə bilmədi və cavabdehin məhkəməyə əslini təqdim etdiyi, şirkətin rəhbəri tərəfindən imzalanmış və MTK-ın möhürü ilə təsdiqlənmiş həmin xəbərdarlıq məktubundan özünün məlumatsız olduğunu bildirdi. İddiaçının nümayəndəsi, həmçinin: - həmin ünvandakı bir sıra digər sakinlərə də sökülmüş mənzillərin faktiki ölçülərindən 2-3 dəfə artıq həcmli mənzillərin verilməsi; - bir sıra digər sakinlərlə də uzun-uzadı məhkəmə çəkişmələrinin olması, hətta həmin məhkəmə mübahisələrinin kassasiya instansiya məhkəməsinə qədər gedib çıxması; - eləcə də cavabdehlə aralarında mübahisələndirilən müqavilələr bağlandıqdan və cavabdehin mənzili söküldükdən sonrakı dövrlərdə,cavabdehə: a) həmin mənzillərlə bağlı müvafiq maliyyə arayışlarının, b) mənzilin özəlləşdirilməsi üçün zəruri sənədlərin, c) habelə cavabdehlə mənzilin təmirinə başlamasına dair yeni razılaşmanın əldə olunması halında, mübahisələndirilən müqavilələrin bağlanması zamanı MTK-ın köməksiz vəziyyətinin, eləcə də onu əlverişsiz şərtlərlə əqd bağlamağa məcbur edilməsinin nədə ifadə olunması ilə bağlı, həmçinin də müqavilənin iradələrindən kənar olduğu halda, nəyə görə (həm də müqavilədən xeyli müddət sonra) müqavilə şərtlərinə əsasən cavabdehin mənzilinin sökülməsini həyata keçirmələrini, hazırki iddianı isə yalnız yeni binanın tikintisi başa çatdiqdan sonra qaldırılmasının səbəblərini ağlabatan və məntiqli şəkildə izah verə bilmədi. Cavabdehin izahatı: Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi və eyni zamanda hazırkı iddiaya qarşı rayon məhkəməsində verdiyi etiraz və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək göstərdi ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi ev 1 mənzil 33 ünvanda yerləşən üçotaqlı mənzilin mülkiyyətçisi olmuş, həmin mənzili o ipoteka krediti vasitəsilə almış və aldıqdan sonra həmin mənzilə təxminən 50 000 dollar məbləğində xərc çəkərək əsaslı təmir etmiş, onun mənzili yerləşmə və təmiri baxımından digərlərindən xeyli fərqli olmuş, mənzilin sənədlərdə sahəsi 65. kv.m olsa da, faktiki sahəsi 107 kv.m və əlavə 6 kv.m yəni cəmi 113 kv.m olmuş (bu ölçülər MTK ilə onun arasında bağlanan müqavilədə də əksini tapmışdır), MTK ilkin olaraq onların məhəlləsinə gələrkən sakinlər mənzillərinin sökülməsinə birmənalı razı olmadıqlarını bildirərək MTK-ni həyətdən qovmuş, sonrakı mərhələdə MTK yenidən sakinlərlə danışaraq, şəhərdə fəaliyyət göstərən digər MTK-lardan daha böyük həcmli mənzillər təklif etmiş, bu minvalla MTK işə başlamış,bəzi sakinlərlə razılaşma əldə olunmuş bəziləri ilə mübahisələr, o cümlədən də məhkəmə mübahisələri yaranmış, MTK ilə onun arasında da ilkin mərhələdə razılıq əldə olunmamış, MTK-ın özbaşınalıqlarından qorunmaq və müqavilə olmadan mülkiyyətindəki mənzilinin sökülməsinin qarşısına almaq üçün məhkəməyə müraciət etmiş, Nəsimi Rayon Məhkəməsinin müvafiq qərardadı ilə müqavilə bağlananadək mənzilin sökülməməsi qərara alınmış, bundan sonra MTK onu fəaliyyət göstərdikləri ofisə dəvət etmiş, mülkiyyətində olan evin sökülməsi müqabilində ona Feyzulla Qasımzadə küçəsində yerləşən binada bir dördotaqlı, tam təmirli 174 kv.m, Akademik Topçubaşov küçəsində yerləşən binada isə tam təmirli 64,8 kv.m mənzilin və kirayə haqqının verilməsi təklif edilmiş, o, buna razılaşmış, aralarında buna dair şifahi razılıq əldə olunmuş, sonradan isə MTK ona ödəniləcək kirayə haqqının və evlərin təmir xərcləri müqabilində ona əlavə olaraq iki otaqlı bir mənzilin verilməsini təklif etmiş, o, bu təkliflə razılaşmış, razılıq belə olmuşdur ki, ona Bakı şəhəri, Feyzulla Qasımzadə küçəsində yerləşən 16-cı mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 5-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı, 64,8 kv.m 2 otaqlı təmirsiz mənzil və J girişində 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64,8 kv.m 2 otaqlı təmirsiz mənzillər verilir, bu barədə 21.02.2019-cu il tarixində müqaviləni imzalamışdır. Həmin müqaviləni evdə nəzərdən keçirdikdə müəyyən etmişdir ki, müqavilədə razılaşdırılmış girişdə deyil, tamam başqa bir girişdə olan mənzil göstərilmişdir, dərhal MTK-ya qayıtmış və müqavilədə razılaşdırılmış mənzilin deyil, başqa mənzilin göstərilməsinə narazılığını bildirdikdə və səbəbini soruşduqda ona bildirmişlər ki, "xxxx", belə olan halda MTK ona əvvəl razılaşdırılmış J girişindək iki otaqlı 64.8 kv.metr sahəsi olan mənzilin əvəzində İ girişində olan iki otaqlı 92.3 kv.metr sahəsi olan mənzili təklif etmiş, o da bununla razılaşmış, bu razılaşmaya əsasən birinci müqaviləni ləğv edərək yeni müqavilə bağlamışlar, razılaşmaları belə olmuşdur ki, MTK ona Bakı şəhəri, Feyzulla Qasımzadə küçəsində yerləşən 16-cı mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı, 64,8 kv.m 2 otaqlı təmirsiz mənzil və İ girişində 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 92,3 kv.m 2 otaqlı təmirsiz mənzilləri verir, həmçinin razılaşmaya əsasən MTK üzərinə götürmüşdür ki, 18 ay müddətində müqavilədə qeyd olunan J girişində 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı, 64,8 kv.m 2 otaqlı təmirsiz mənzil və İ girişində 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 92,3 kv.m 2 otaqlı təmirsiz mənzilləri binanın A girişindəki 3- 14-cü mərtəbələr olmaqla iki ədəd 67.5 kv.metr mənzillərlə dəyişəcək, bu minvalla elə həmin gün, məhz MTK-ın öz təşəbbüsü və təklifi ilə birinci müqaviləyə xitam verilərək, ikinci müqavilə bağlanmışdır, bundan bir müddət sonra MTK aralarında bağlanmış müqavilənin şərtlərinə əsasən onun mənzilini sökmüşdür. İddiaçı daha sonra göstərdi ki, müqavilənin bağlanmasından xeyli müddət sonra binanın önündən keçərkən ona ilkin təklif olunmuş həmin mənzilin balkonunda "xxxx" yazısını görmüş, dərhal MTK-a müraciət edərək müqavilənin şərtini onlara xatırlatmış, lakin MTK cavabında həmin mənzilin mülkiyyətçisi tərəfindən baha qiymətə satıldığını və onu almağın MTK-ya sərf etmədiyini bildirmiş və ikinci müqavilə bağlanan zaman ilkin razılaşdırılmış mənzili pulla da olsa, alıb ona verəcəkləri barədəki üzərlərinə götürdükləri öhdəliklərinə də əməl etməmişdir. Sonrakı vaxtlarda isə MTK ona müqavilə ilə verilmiş mənzillərə dair müvafiq maliyyə arayışları, ipotekada olan mənzillə bağlı zəruri olan sənədləri, eləcə də 174 kv.m mənzilinin təmiri ilə bağlı zəruri olan razılaşmalar vermiş, o, həmin mənzilini tam təmir edərək köçüb ailəsi ilə birlikdə orada yaşayır, yalnız ona 27 yanvar 2020-ci il tarixli, üzərində MTK-ın möhürü və MTK rəhbərinin imzası olan xəbərdarlıq məktubu göndərilmiş, bu məktubda MTK onunla bağlanmış müqavilə şərtlərinin ləğv edilmiş olan birinci müqavilədəki ölçülərə dəyişilməsi niyyəti ifadə olunmuşdur, həmin ərəfədə ona məhkəmədən bildiriş gəlmiş, iddia ərizəsinə əlavə edilmiş sənədlərlə tanış olarkən ona məlum olmuşdur ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən və guya ona ünvanlanmış xəbərdarlıq məktubu saxtalaşdırılmışdır, çünki ona göndərilən xəbərdarlıq məktubunda müqavilənin dəyişdirilməsi təklif olunduğu halda, eyni tarixli məhkəməyə təqdim olunan məktubda müqavilənin etibarsızlığı barədə məhkəməyə müraciət etmək niyyəti ifadə olunmuşdur. MTK-ın iddiasına münasibətdə isə cavabdeh bildirdi ki, iddia tələbi aşkar əsassızdır, çünki MTK özü ona ilkin olaraq tam təmirli bir dörd otaqlı 174 kv.metr sahəsi olan və bir ədəd də 64.8 kv.m sahəsi olan mənzil təklif etmiş, daha sonra MTK ona ödəniləcək kirayə haqqının və mənzillərin təmirinə çəkiləcək xərclərin müqabilində (əvəzində) ona əlavə iki otaqlı mənzil təkilf etmiş, o da bununla razılaşmış, müvafiq olaraq da yuxarıda izah olunan qaydada müqavilə bağlanmışdır.MTK tərəfindən ona kirayə haqqı ödənilməmiş və mənzillər ona təmirsiz olaraq verilmişdir. MTK-ın həmin ərazidə yaşayan sakinlərlə çoxsaylı müqavilələr bağlamış və bu müqavilələrin məzmunundan isə məlum olur ki, həmin sakinlərə yeni tikilmiş binada faiz nisbətində ya onunla eyni nisbətdə ya da daha artıq sahəyə malik mənzillərin verilməsi nəzərdə tutulub, həm də həmin sakinlərə həm kirayə haqqı ödənilmiş, həm də onlara mənzillər tam təmirli olaraq verilmişdir.İddiaçı olaraq həmin müqavilələrin bir neçəsinin məhkəməyə təqdim olunmasına nail olsa da, MTK oxşar müqavilələri məhkəməyə təqdim etməkdən yayınmışdır. MTK-ın iddia tələbinin nə faktiki, nə də hüquqi əsasının olmadığı halda, rayon məhkəməsi tam qanunsuz və əsassız olaraq MTK-ın tələbini qismən də olsa təmin edərək, düzgün olmayan qətnamə qəbul ermişdir. Cavabdeh qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozduğundan rayon məhkəməsinin qətnaməsinin iddianın təmin edilməsi hissəsində ləğv edilməsini və iddianın tam şəkildə rədd edilməsini xahiş etdi. Cavabdehin vəkili R. Alışov məhkəmə iclasında iddiaçını apellyasiya şikayətinin rədd edilməsi, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi və göstərdi ki, rayon məhkəməsi tərəfindən həm işə baxılarkən, həm də qətnamə qəbul olunarkən ciddi maddi və prossesual qanun pozuntularına yol verilmişdir. Belə ki, MTK tələbində istinad etdiyi hallara dair məhkəməyə hər hansı sübut verə bilməmiş, elə iddia ərizəsinin məzmunundan da müəyyən olunur ki, onun tələbi əsassızdır, çünki bu münasibətlərin həm maddi, həm fiziki, həm də hüquqi resurslar baxımından "xxxx" tərəfi məhz MTK-ın özüdür, evləri sökülən və xüsusi mülkiyyətindəki əmlaklarının dağıdılmasının qarşısını almaq imkanı olmayan vətəndaşların tikinti şirkətini hər hansı əqdi bağlanmğa məcbur etməsi (belə imkana sahib olması) qeyri-mümkün və sağlam mühakimədən uzaq bir məsələdir. Evi sökülən, əmlakı dağıdılan vətəndaşın öz hüququnun müdafiəsi üçün məhkəməyə müraciəti isə Konstitusiyada təsbit olunmuş hüquqdur və bu hüquqdan istifadə heç bir halda məcbur etmə kimi qiymətləndirilə bilməz. Son illər ərzində tikinti şirkətləri ilə sakinlər arasında olan minlərlə məhkəmə mübahisələrinin mövcudluğu da buna bariz misal ola bilər.Cavabdehin izahatı və həmin izahatla tam üst-üstə düşən hazırkı işin faktiki halları ilə də müəyyən olunur ki, tərəflər arasında bir gündə iki müqavilə bağlanmış, tərəflərin razılaşması ilə birinci müqaviləyə xitam verilərək ikinci müqavilə bağlanmış, hər iki müqavilə məhz MTK-ın təşəbbüsü ilə bağlanmış, eləcə də hər iki halda hazır müqavilə imzalanması üçün cavabdehə məhz MTK tərəfindən təqdim olunmuşdur, bundan sonra isə MTK həmin müqaviləni icra edırık cavabdehin mınzilini sökmüşdür və tərəflər həmin müqavilədən irəli gələn digər öhdəlikləri icra etmişlər.Eyni zamanda da müəyyən olunmuşdur ki, ölçü baxımında faiz nisbətində cavabdehlə müqabil olan, bəzən də ondan artıq sahəli mənzillərin verilməsi barədə MTK digər sakinlərlə müqavilələr bağlamış, həm də cavabdehdən fərqli olaraq həmin şəxslərə əlavə olaraq həm kirayə haqqı ödənilmiş, həm də onlara tam təmirli mənzillər verilmişdir. Demək ki, MTK-ın, guya cavabdehin məcbur etməsi nəticəsində ona artıq sahə verməsi barədəki dəlili uydurma və bu əsasla tərəflər arasındakı müqavilənin etibarsızlığını bildirməsi isə tam əsasızdır.Rayon məhkəməsi tərəfindən MTK ilə cavabdeh arasında ilkin bağlanmış, lakin sonradan ikinci müqavilənin bağlanmaqla xitam etdikləri və mövcud olmayan birinci müqaviləni də etibarsız hesab etməsi faktının özü də, mübahisələndirilən qətnamənin nə dərəcədə əsassız olmasını göstərir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən "xxxx" ASC hazırkı işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətlərə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsi, ev 1, 64.5 kv.m ümumi, 52.0 kv.m yaşayış sahəsi, 12.5 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 33 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 1748 nömrəli reyestr kitabının 160692 nömrəli vərəqində qeydiyyata alınmışdır. Nəsimi rayon İcra Hakimiyyəti, Nəsimi rayon icra Hakimiyyətinin başçısı X19 ilə "xxxx" MMC-nin rəhbəri X14 arasında 21 aprel 2017-ci ildə bağlanmış müqavilənin predmetini şirkət tərəfindən Ak.Topçubaşov, Abbas Səhhət, Xan Şuşinski, Feyzulla Qasımzadə küçələrinin kəsişmələrində binanın (yaşayış və qeyri-yaşayış sahələri olmaqla) tikintisi üçün NK Qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ərazidə tikiləcək bina (yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin) layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi üçün müqavilələrin imzalanması təşkil edir. Yeni binanın tikintisi başa çatıb istismara qəbul edilənədək həmin sakinlərə yaxın ərazidə və razılaşdırılmış şəraitli müvəqqəti yaşayış yerləri üçün 1 otaqlı mənzillər üçün ayda 300 (üç yüz) manat, 2 otaqlı mənzillər üçün ayda 350 (üç yüz əlli) manat, 3 otaqlı mənzillər üçün ayda 400 (dörd yüz) manat, 4 otaqlı mənzillər üçün ayda 450 (dörd yüz əlli) manat, 5 otaqlı mənzillər üçün ayda 500 (beş yüz) manat kirayə haqqının ödənilməsi nəzərdə tutulur. "xxxx" MTK ilə Cavabdeh1 arasında 21 fevral 2019-cu ildə bağlanmış 57 nömrəli müqavilə qeyd edilir ki “Gözəl ünvan 1 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan binalarda Cavabdeh1 məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı 64.5 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15 faiz olmaqla Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı 174 kv.m olan təmirsiz mənzil, Akademik Topşubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində yerləşən 5-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64.8 kv.m olan təmirsiz mənzil və J girişində 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64.8 kv.m olan təmirsiz mənzilin ipotekadan azad edildikdən sonra notariat qaydasında təsdiq ediləcək müqaviləyə əsasən cavabdehin mülkiyyətinə verilməsi nəzərdə tutulur.(birinci müqavilə). "xxxx" MTK ilə Cavabdeh1 arasında 21 fevral 2019-cu ildə bağlanmış 57 nömrəli digər müqavilədə isə qeyd edilir ki, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi ev 1 mənzil 33 ünvanda yerləşən fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar "xxxx" MTK tərəfindən aylıq kirayə haqqı ödənilməməsi, MTK Cavabdeh1 məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada olan 3 otaqlı 64.5 kv.m (faktiki sahə 107 kv.m +6 kv.m) təmirli mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15 faiz olmaqla Feyzulla Qasımzadə küçəsindəki yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı 174 kv.m olan təmirsiz mənzil, Akademik Topşubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində yerləşən 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64.8 kv.m olan təmirsiz mənzil və İ girişində yerləşən 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 92.3 kv.m olan təmirsiz mənzilin ipotekadan azad edildikdən sonra notariat qaydasında təsdiq ediləcək müqaviləyə əsasən cavabdehin mülkiyyətinə verilməsi nəzərdə tutulur. Müqavilənin 1-ci bəndinin sonuncu cümləsində nəzərdə tutulmuşdur ki, "xxxx"MTK üzərinə götürür ki, 18 ay müddətində müqavilədə qeyd olunan J girişində 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı, 64,8 kv.m 2 otaqlı təmirsiz mənzil və İ girişində 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 92,3 kv.m 2 otaqlı təmirsiz mənzilləri binanın A girişindəki 3-14-cü mərtəbələr olmaqla iki ədəd 67.5 kv.metr mənzillərlə dəyişəcəkdir (ikinci müqavilə). "xxxx" MMC ilə X15 arasında 03 iyun 2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 86.5 kv.m mənzilin əvəzində ona 2 mənzili: 2 otaqlı 67.50 kv.m, 3 otaqlı 83.94 kv.m A bloku 12-ci mərtəbə və 1 yerlik avtomobil qaraji ona verməyi öhdəsinə götürür. "xxxx" MMC ilə X8 arasında 20 iyun 2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən ona 400 (dörd yüz) manat kirayə haqqının ödənilməsi və 2 otaqlı 50.7 kv.m mənzilin sökülməsi əvəzində 4 otaqlı 170.50 kv.m olan təmirsiz mənzilin verilməsi nəzərdə tutulmuşdur. X4 ilə "xxxx" MMC arasında 09 iyun 2017-ci ildə bağlanmış müqavilədən görünür ki, MTK mənzilin mülkiyyətçisinə aylıq 500 manat kirayə haqqı ödəməyi, 2 otaqlı 42 kv.m mənzilin əvəzinə 3 otaqlı 123.77 kv.m olan təmirli mənzilin E.Xudatatovun mülkiyyətinə verməyi öhdəsinə götürür. X5 ilə “Gözəl Bakı" MMC arasında 18 iyun 2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən ona aylıq 500 manat kirayə haqqı ödəməyi, 2 otaqlı 55 kv.m mənzilin əvəzində 3 otaqlı 123.77 kv olan təmirli mənzili mülkiyyətinə verməyi öhdəsinə götürür. X1 ilə "xxxx" MMC arasında 22 iyun 2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən aylıq 500 manat kirayə haqqının ödəməyi, 2 otaqlı 38.4 kv.m mənzilin əvəzinə 3 otaqlı 123.77 kv.m olan təmirsiz mənzilin E.Bayramovanın mülkiyyətinə verilməsini öhdəsinə götürür. X6 ilə "xxxx" MTK arasında 11 iyul 2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən olan MTK aylıq 500 manat kirayə haqqı ödəməli, Ş.Xalafovun mülkiyyətində olan 3 otaqlı 71.6 kv.m mənzilin əvəzinə 1 otaqlı 53.04 kv.m olan təmirli və 2 otaqlı 67.50 kv.m olan təmirli mənzillərin verməlidir. X9 ilə "xxxx" MTK arasında 02 dekabr 2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 500 manat kirayə haqqı ödəməyi, Ş.Xalafovun mülkiyyətində olan 2 otaqlı-40.8 kv.m mənzilin əvəzində 2 otaqlı 67.50 kv.m olan təmirsiz mənzil və 1 otaqlı 53.04 kv.m olan təmirsiz mənzilin verilməsini öhdəsinə götürür. X2 ilə “Gözəl Bakı" MMC arasında 30 iyun 2018-ci il tarixdə bağlanmış müqavilədə müəyyən olunur ki, S.Şahhüseynova məxsus 1 otaqlı 30.8 kv.m mənzilin əvəzində 3 otaqlı 124.2 kv.m olan təmirsiz mənzilin verilməsi nəzərdə tutulur. Cavabdehin təqdim etdiyi "xxxx" MTK tərəfindən ona ünvanlanmış 188 saylı, 27.01.2020-ci il tarixli xəbərdarlıqdan məlum olur ki, MTK cavabdehə 92,3 kv.metr mənzilin əvəzinə 64,8 kv.m mənzilə dair müqavilə bağlanmasını təklif edir. İddiaçının məhkəməyə təqdim etdiyi eyni tarixli xəbərdarlıq məktubunda isə Cavabdeh1 21 fevral 2019-cu il tarixli müqavilənin iddiaçı tərəfindən müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilir. Maliyyə arayışının (07 mart 2019-cu il tarixli) surətindən görünür ki,ünvan 4 ünvanda yerləşən binanın səkkizinci mərtəbəsində, ümumi sahəsi 64,8 kv.m olan 2 otaqlı 1 saylı mənzilin pay dəyəri Cavabdeh1 tərəfindən tam ödənilib və borcu yoxdur. "xxxx" MTK tərfindən tərtib olunmuş 21 fevral 2019-cu il tarixli digər bir maliyyə arayışın surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən binanın beşinci mərtəbəsində, ümumi sahəsi 64,8 kv.m olan 2 otaqlı 1 saylı mənzilin pay dəyəri Cavabdeh1 tərəfindən tam ödənilib və borcu yoxdur. Mülki işə əlavə edilmiş ərizənin surətindən məlum olur ki, Cavabdeh1 07 yanvar 2019cu il tarixdə Nəsimi Rayon Məhkəməsinə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək MTK-ın üzərinə vətəndaşla razılığa gəlinməsi, müqavilə bağlanması və bundan sonra söküntü prosesinə başlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 26 fevral 2019-cu il tarixli ərizəsinin surətindən görünür ki, tərəflər arsında 21 fevral tarixində razılıq əldə edildiyindən o, iddia ərizəsini geri götürdüyünü və bununla bağlı iş üzrə qərardada da baxılmasına ehtiyac olmamasını qeyd etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-7879/2017 saylı qərardadının surətindən görünür ki, iddiaçı Cavabdeh1 "xxxx" MTK və digərlərinə qarşı “qarşılıqlı razılaşma əsasında müqavilənin bağlanması və sair” tələbinə dair iddia ərizəsi Cavabdeh1 iddia ərizəsini geri götürməsi əsası ilə geri qaytarılmışdır. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1265/2019 saylı,19.03.2019-cu il tarixli qətnaməsindən görünür ki, "xxxx" MTK cavabdehlər X3 və digərlərinə qarşı “mənzildən köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, rayon məhkəməsi isə sakinlərin əksəriyyətinin yeni tikiləcək binada 400 manat kirayə haqqı ilə təmin edilməklə, əvvəlki mənzillərinin ölçüsünün 50 faiz artıq olmaqla, bir cavabdeh isə 800 manat kirayə haqqı ödənilməklə əvvəlki mənzilinin ölçüsündən 30 faiz böyük sahəyə malik mənzillə təmin edilməsinin qət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 10 iyul,2019-cu il tarixli qətnaməsi ilə rayon məhkəməsinin müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin işlə bağlı Ali Məhkəmənin Mülki Kollegiyasının 18 deabr 2019-cu il tarixli qərarında isə rayon məhkəməsinin qətnaməsi cavabdeh Salamovlara mənzillərin ölçüsü hissəsində dəyişdirilmiş, əvvəlki mənzilin faktiki sahəsi və üstəgəl onun 50 faizi ölçüsündə yeni mənzillə təmin olunmaları qərara alınmışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı halda iddiaçı tələbinin təmin olunmayan hissəsini, cavabdeh isə tələbin təmin olunan hissəsini mübahisələndirir, tələb müqavilənin etibarsızlığı ilə bağlıdır, mübahisənin predmeti isə bölünməzdir (iddiaçının istinad etdiyi əsasa görə müqavilə ya etibarlıdir, ya da etibarsızdır), buna görə məhkəmə qətnaməni tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda hər iki tərəf apellyasiya şikayəti vermiş, iddiaçı məhkəmə qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsinə münasibətdə ləğv edilməsini və həmin hissədə yeni qətnamə qəbul edilməsini, cavabdeh isə rayon məhkəməsinin qətnaməsinin tələbin təmin olunan hissəsində ləğv edilərək yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən, cavabdehin apellyasiya şikayəti tam təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin qanuni əsasını yoxlayıb tapmalıdır, məhkəmədə baxılan hər bir mübahisənin düzgün həll edilməsi ilk növbədə iddia tələbinin qanuni əsasının tapılmasından asılıdır. Hazırkı iş üzrə iddiaçı tələbində sökülmüş mənzilinin müqabilində cavabdehə artıq sahə verilməsinə görə həmin münasibətlərini tənzimləyən müqavilənin etibarsızlığını irəli sürmüş və əsas kimi müqavilənin məcburetmənin təsiri altında bağlandığını bildirir. Belə olan halda bəlli olur ki, onun tələbinin qanuni əsasını Mülki Məcəllənin 339.4-cü maddəsi təşkil edir. Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 14.2 və 77.1-ci maddələri). MPM-in 76-cı maddəsində sübutların anlayışı verilmişdir: tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və videoyazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76.3.). İddiaçı əqdin məcburetmə nəticəsində bağlanmasına istinad edərək cavabdehin mülkiyyətinidə olan mənzilin sökülməsi və əvəzində yeni tikiləcək binada ona mənzillərin verilməsi barədə tərəflər arasında bağlanmış müqavilələrin etibarsızlığını tələb edir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi hallara dair sübut olaraq məhkəməyə öz izahatından başqa tərəflər arasında eyni tarixdə (21.02.2019-cu il tarixdə) bağlanmış iki müqaviləni təqdim etmişdir. İddiaçı məhkəməyə başqa sübut verməmişdir. Cavabdeh iddiaya etiraz edir və tələbin rədd olunmasını istəyir. Cavabdeh bildirir ki, onun da xüsusi mənzilinin olduğu ünvandakı mənzilləri qarşılıqlı razılaşma əsasında sökərək yerində yüksək mərtəbəli bina inşa etməyi planlaşdıran MTK ilə digər sakinlər kimi o da danışıqlar aparmış, ilk mərhələdə razılıq əldə olunmamış, o, bu əsasla məhkəməyə müraciət etmiş, iş məhkəmədə olarkən MTK ilə aralarında razılıq əldə olunmuş, MTK ilk olaraq ona kirayə haqqı ödəməklə iki tam təmirli mənzil təklif etmiş, sonradan MTK ödəniləcək kirayə pulu və mənzillərin təmir xərci əvəzinə ona əlavə bir mənzil, cəmi üç təmirsiz mənzil təklif etmiş, o da MTK-ın sonuncu təklifini qəbul edərək razılaşmış, ilk müqavilədə ona veriləcək mənzilin razılaşdırılmış qanaddan fərqli qanadda olduğunu aşkar etmiş, dərhal müqavilədəki bu uyğunsuzluğu MTK-ya bildirmiş, MTK müqavilədəki mənzilin yerləşməsinin ilkin razılaşmadan fərqli olduğunu etiraf edərək, ona başqa qanadda ölçüsü artıq olan mənzil vermək şərti ilə yeni müqavilə təklif etmiş, o, həmin təkliflə razılaşmış və tərəflər əvvəlki müqaviləyə xitam verərək yeni müqavilə bağlamış, bundan sonra MTK onun mənzilini sökmüş, sonrakı vaxtlarda MTK ona həmin mənzillərə dair müvafiq maliyyə arayışları və zəruri digər sənədləri vermiş, o, mənzilin birini təmir edərək həmin mənzilinə köçmüş, həmin ünvanda ondan başqa bir sıra başqa sakinlərə də bir mənzilin müqabilində 2 və 3, həm də tam təmirli mənzillər verilmişdir. Cavabdeh iddiaya qarşı etirazının əsası kimi məhkəməyə öz izahatından başqa aşağıdakı sübutları təqdim etmişdir: - MTK ilə 21.02.2019-cu il tarixidə bağlanmış iki müqaviləni; - MTK-ın ona ünvanladığı 27.01.2020-cı il tarixli xəbərdarlıq məktubunu; - MTK ilə həmin ünvanda yaşayan digər sakinlər arasında bağlanmış müqavilələr. - MTK ilə olan məhkəmə mübahisəsindən qarşılıqlı razılığı olması səbəbindən imtinaya dair 26.02.2019-cu il tarixli ərizəsini. Məhkəmə baxışı zamanı tədqiq olunmuş həmin sübutlarla müəyyən olunmuşdur iddiaçı MTK cavabdehin də mənzilinin olduğu ünvanda pilot-layihəni yerinə yetirmək üçün sakinlərlə danışıqlar aparmağa başlamış, ilkin mərhələdə sakinlərlə, o, cümlədən də cavabdehlə razılıq əldə olunmamış, bir sıra sakinlər, eləcə də cavabdehlə MTK arasında məhkəmə mübahisələri olmuş,mübahisə məhkəmədə baxılan ərəfədə MTK ilə cavabdehi arasından razılıq əldə olunmuş, MTK əvvəlcə kirayə haqqı ödəməklə yeni tikiləcək binada tam təmirli 2 mənzilin verilməsini təklif etmiş, sonradan isə cavabdehə kirayə haqqı ödəmədən yeni tikiləcək binada təmirsiz olmaqla 3 mənzilin verilməsi təklif olunmuş və cavabdeh də razılaşmış və tərəflər 21.02.2019-cu il tarixində müqavilə imzalamışlar. Cavabdeh həmin müqaviləni nəzərdən keçirərkən ona veriləcək mənzilin yerləşdiyi (giriş) qanadla bağlı əldə olunan razılaşmanın MTK tərəfindən müqavilədə düzgün göstərilmədiyini aşkar etmiş, bu səbəbindən MTK -ya etirazını bildirmiş, bundan sonra tərəflər razlığa gələrək həmin müqaviləyə xitam vermiş və elə həmin tarixdə cavabdehə kirayə haqqı ödənilmədən və tam təmirsiz olan 3 mənzilin verilməsi barədə yeni müqavilə bağlamışlar. Tərəflər həmin müqavilə ilə üzərlərinə düşən öhdəlikləri icra etmiş, cavabdeh mənzilini MTK-ya təhvil vermiş, MTK tərəfindən həmin mənzil sökülmüş, daha sonra yeni inşa olunan binada cavabdehə verilən mənzillərlə bağlı MTK tərəfindən ona müvafiq maliyyə arayışları verilmiş və mənzillərə dair digər zəruri sənədləşmə işləri aparılmış, cavabdeh bir mənzilini təmir edərək ora köçmüş və hazırda həmin mənzilində yaşayır. Eyni zamanda müəyyən olunmuşdur ki, MTK həmin ünvanda bir sıra digər sakinlərlə də faiz nisbəti baxımından cavabdehlə oxşar və ya daha artıq ölçüdə sahələrin verilməsi barədə müqavilələr bağlamışdır. Məsələn; - S.Şahhüseynov ilə “Gözəl Bakı" MMC arasında 18 iyun 2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən mülkiyyətçiyə məxsus 2 otaqlı 55 kv.m mənzilin əvəzinə yeni inşa edilmiş binada 3 otaqlı 123.77 kv.m, təmirli mənzilin (təxminən 125 faiz artıq); - E.Bayramova ilə "xxxx" MMC arasında 22 iyun 2017-ci il tarixdə bağlanmış müqavilədə 2 otaqlı 38.4 kv.m mənzilin əvəzinə 123.77 kv.m mənzilin (təxminən 222 faiz artıq); - Ş.Xalafov ilə bağlanan müqavilədə mülkiyyətçinin 3 otaqlı 71.6 kv.m mənzilinin əvəzində (1 otaqlı 53.04 kv.m və 2 otaqlı 67.50 kv.m) cəmi 120.54 kv.m təmirli mənzillərin (təxminən 68 faiz artıq); - İ.Paşayev ilə bağlanan müqavilədə 2 otaqlı 40,8 kv.m söküləcək mənzilin əvəzində (2 otaqlı 67.50 kv.m olan və 1 otaqlı 53.04 kv.m) cəmi 120,54 kv.m iki mənzilin (təxminən 195 faiz artıq) verilməsi; - A.Allahverdiyeva ilə bağlanan müqavilə əsasında 1 otaqlı 30.8 kv.m, mənzilin sökülməsi müqabilində yeni tikilmiş binada 3 otaqlı 124.2 kv.m sahəyə malik mənzilin (təxminən 303 faiz artıq) verilməsi nəzərdə tutulmuşdur. MTK ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən isə ümumi 113 kv.m olan sahəyənin əvəzində cavabdehə ümumi sahəsi 331,1 kv.m olan ( 4 otaqlı 174 kv.m, 2 otaqlı 64,8 kv.m və 2 otaqlı 92,3 kv.m ) təmirsiz mənzillərin ( təxminən 193 faiz artıq) verilməsi nəzərdə tutulmuşdur. Həm də müəyyən olunmuşdur ki, yuxarıda qeyd olunan müqavilələrdən fərqli olaraq MTK cavabdehə təklif etdiyi 3-cü mənzili, məhz həmin mənzillərin təmirsiz olması və cavabdehə kirayə haqqı ödənilməməsi şərti ilə vermişdir. Belə olan halda isə, yəni cavabdehin faktiki olaraq 113 kv.m olan sahəsinin əvəzində ona kirayə haqqı ödənilmədən və mənzillərin təmirsiz vəziyyətdə verilməsi, MTK tərəfindən ona nəinki digərlərindən artıq sahənin verildiyi, əksinə, qeyd olunan müqavilələrlə müqayisədə cavabdehin daha əlverişsiz vəziyyətdə olduğu görünür. Demək ki, MTK-ın hazırkı tələbinin əsas səbəbi kimi istinad olunan yeganə hal, yəni cavabdehə sökülmüş mənzilinin əvəzi olaraq verilmiş mənzillərin ölçülərinin həmin ünvandakı digər sakinlərə verilmiş mənzillərin ölçülərindən artıq olması doğru deyilmiş. Məhkəmə kollegiyası cavabdehin ilkin mərhələdə mübahisənin məhkəmə qaydasında həllinə yönələn hərəkətlərinə münasibətdə qeyd edir ki, Bakı şəhərində köhnə və qəzalı vəziyyətdə olan evlərin tikinti şirkətləri tərəfindən sökülməsi və yeni yüksəkmərtəbəli müasir yaşayış binalarının tikilməsi ilə bağlı pilot layihələrinin icrası zamanı şirkətlərlə sakinlər arasında müxtəlif narazılıqların yaranması və bu zəmində də xeyli sayda məhkəmə mübahisələrinin olması hamıya məlum haldır. Bu mübahisələrdə iddia tələbi ilə həm tikinti şirkətlərinin, həm də vətəndaşların məhkəməyə müraciət etdikləri hallar mövcuddur. Məhkəmə təcrübəsində tərəflər həmin məhkəmə mübahisələrini barışıq sazişi bağlamaqla tamamladığı xeyli hallar olmuşdur. Bu cür ixtilaflar zamanı məhkəməyə müraciət edilməsi mübahisənin qanunu həlli yolu olmaqla, həm də Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hər kəsin məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir. Demək ki, MTK tərəfində mənzilinin real sökülməsi təhlükəsi olan cavabdehin öz mülkiyyət hüququnun müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etməsi heç bir halda məcburetmə ola və sayıla bilməz. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçı istinad etdiyi hallara – cavabdehlə müqaviləni məcburetmə nəticəsində bağlamasına dair məhkəməyə hər hansı başqa sübut verməmişdir. Belə olan halda məlum olur ki, cavabdehin iddiaya qarşı etirazının, eləcə də onun qətnamədən verdiyi apellyasiya şikayətinin dəlilləri tam əsaslıdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, onun şikayətinin həmin dəlili əsaslı olmuşdur, yəni rayon məhkəməsi həmin hissədə tələbi rədd edərkən mahiyyət etibarı ilə düzgün qənaətə gəlsə də, əsaslandırması düzgün olmamışdır. Belə ki, rayon məhkəməsinin qətnaməsində iddianın təmin edilməyən hissəsinə münasibətdə həmin mənzil üzrə yüklülüyün olması və həmin hissədə müqavilənin etibarsız hesab edilməsinin ipoteka saxlayanın hüquqlarının pozulması ilə nəticələnə bilməsi səbəbindən həmin hissədə müqavilənin etibarlı vəziyyətdə saxlanmasının məqsədəmüvafiqliyi baxımından qiymət verilmiş və təmin edilməmişdir. Halbuki, qanunda əqdlərin etibarsızlığının əsasları sırasında belə bir hal nəzərdə tutulmamışdır. Həmçinin də müəyyən olunmuşdur ki, rayon məhkəməsi tərəflər arasında bağlanmış birinci müqaviləyə münasibətdə səhvə yol vermişdir. Belə ki, tərəflər arasında eyni gündə iki müqavilənin bağlandığı, sonradan tərəflərin qarşılıqli razılaşması ilə birinci müqaviləyə xitam verilərək ikinci müqavilənin bağlanması hazırkı işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur. Hazırkı halda tərəflər arasında hüquq və vəzifələri müəyyən edən yeganə müqavilə ikinci müqavilədir. Tərəflər ikinci müqaviləni bağlamaqla birinci müqaviləyə xitam vermişlər, başqa sözlə, birinci müqavilə mövcud deyildir. Rayon məhkəməsi qeyd olunan halı diqqətdən qaçırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli qərarında qeyd edilir ki, ...məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. Belə ki, məlum olduğu kimi, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.1 və 324.4-cü maddələri). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki Məcəllənin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, müəyyən olunur ki, işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq və təfsir edilməmiş, nəticədə də düzgün olmayan qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Yuxarıda qeyd edilənlərə əsasən, iddiaçının apellyasiya şikayəti qismən, cavabdehin apellyasiya şikayəti tam təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi tərəfindən qətnamə qəbul olunarkən maddi və prossesual hüquq normaları pozulduğundan, toplanmış sübutlar tam və hərtərəfil araşdırılmağından, eləcə də tədqiq olunmuş sübutlar düzgün və obyektiv qiymətlədirilmədiyindən iddiaçının apellyasiya şikayəti qismən, cavabdehin apellyasiya şikayəti tam təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri tərəflərə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı "xxxx" MTK-nın apellyasiya şikayəti qismən, Cavabdeh1 apellyasiya şikayəti tam təmin olunsun. Nəsimi Rayon Məhkəməsinin 2(006)-293/2021 saylı, 05.11.2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Xəyal Sarıyev Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-2610/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2610/2022
19.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver