Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2613/2022 05.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı1 vəkili-nümayəndəsi X3, Cavabdeh1 nümayəndəsi X8 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “03 may 2021-ci il tarixli “daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-6385/2021 saylı, 23 yanvar 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 və vəkili-nümayəndəsi X10 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “03 may 2021-ci il tarixli “daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 may 2021-ci il tarixdə satıcı Cavabdeh1 ilə alıcı Cavabdeh2 arasında bağlanmış 4Ə/687 reyestr nömrəli “Daşınmaz əmlakın alğı-satqısı” müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03 may 2021-ci il tarixdə satıcı Cavabdeh1 ilə alıcı Cavabdeh2 arasında 4Ə/687 reyestr nömrəli “Daşınmaz əmlakın alğı-satqısı” müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, satıcı Şabran şəhəri, X13 küçəsi, ev 20 ünvanında yerləşən, ümumi sahəsi 56.7 kv.m. olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə onlara məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) “Alıcının" mülkiyyətinə verir: Satıcı Cavabdeh1 (56.7 kv.m) alıcı Cavabdeh2 Şabran şəhəri, X13 küçəsi, ev 20 ünvanında yerləşən, ümumi sahəsi 0.0868 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni “Alıcının” mülkiyyətinə verir: Satıcı Cavabdeh1 (0.0868 ha) - alıcı Cavabdeh2 müqaviləyə əsasən, satıcı daşınmaz əmlakı 90 000 manat 00 qəpik qiymətinə satdı. Alıcı isə həmin qiymətə aldı; Alıcı Cavabdeh2 satıcı Cavabdeh1 satdığı (sahəsi 56.7 kv.m. olan fərdi yaşayış evini və 0.0868 ha torpaq sahəsini) ondan 90 000 manat 00 qəpik qiymətinə aldı. 21.04.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən, 22.03.2020-ci il tarixdə vəfat etmiş X1 vərəsələri: oğlu Cavabdeh1 miras əmlakdan 1/3 hissədə, oğlu olan X11 miras əmlakdan 1/3 hissədə və 01.08.2016-cı il tarixdə ölmüş oğlu X4 vərəsələri: qızı X9 və oğlu X12 miras əmlakdan 1/3 hissədə irs almalıdırlar. 21.04.2021-ci il tarixli “Miras payın bağışlanması müqaviləsi”nə əsasən, X11, Cavabdeh1, X9 və X12 21.04.2021-ci il tarixli, 2V/318 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlakdakı paylarını Cavabdeh1 bağışlamışlar. O, yəni Şabran rayonu, Şabran şəhəri, X18 küçəsi, ev 20 ünvanında qeydiyyatda olan İddiaçı1, eyni zamanda həmin ünvanda qeydiyyatda olan ailə üzvləri - İddiaçı2, X5 **********49-10301 reyestr nömrəli çıxarışa əsasən qeydiyyatda olduğu və Cavabdeh1 məxsus olan Şabran rayonu, Şabran şəhəri, X18 küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evini və 0.0868 nömrəli torpaq - sahəsinin satılmasına razılıq vermişlər. Lakin evin alğı-satqısı zamanı vərəsə kimi nə ona, İddiaçı1, nə də onun ailə üzvlərinə verilmiş vədlərə hal-hazırda nə satıcı Cavabdeh1 tərəfindən, nə də alıcı Cavabdeh2 tərəfindən əməl edilməmişdir. Buna görə də hesab edir ki, 03 may 2021-ci il tarixdə satıcı Cavabdeh1 ilə alıcı Cavabdeh2 arasında bağlanmış 4Ə/687 reyestr nömrəli "Daşınmaz əmlakın alğı-satqısı” müqaviləsi etibarsız hesab edilməlidir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-6385/2021 saylı, 23 yanvar 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan İddiaçı1 və vəkili-nümayəndəsi X10 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, evin alğı-satqısı zamanı vərəsə kimi nə, İddiaçı1, nə də onun ailə üzvlərinə verilmiş vədlərə hal-hazırda nə satıcı Cavabdeh1 tərəfindən, nə də alıcı Cavabdeh2 tərəfindən əməl edilməmişdir. Buna görə də, 03 may 2021-ci il tarixdə satıcı Cavabdeh1 ilə alıcı Cavabdeh2 arasında bağlanmış 4Ə/687 reyestr nömrəli “Daşınmaz əmlakın alğı-satqısı” müqaviləsi etibarsız hesab edilməlidir. Lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsitərəfindən iddiaçılar X6, X7, İddiaçı3 cavabdehlər Cavabdeh1 Heybat oğluna, Cavabdeh2 liham oğluna qarşı"03 may 2021-ci il tarixli "daşınmaz amlakin alğı-satqı müqaviləsi”nin etibarsız hesab edilmasi tələbinə dair iddia ərizəsi rədd edilməsi barədə qətnamə çıxarılmışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 vəkili-nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasına iştirak edən Cavabdeh1 nümayəndəsi X11 şikayəti qəbul etməyərək, rədd edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Beləliklə məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, 21.04.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinə əsasən, X11, Cavabdeh1, X9 və X12 21.04.2021-ci il tarixli, 2V/318 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlakdakı paylarını Cavabdeh1 bağışlamışlar. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 27.04.2021-ci il tarixli çıxarışa əsasən, Şabran rayonu, X18 küçəsi, ev 20 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 mülkiyyət olmuşdur. 03 may 2021-ci il tarixli satıcı Cavabdeh1 ilə alıcı Cavabdeh2 arasında AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqısı” müqaviləsindən görünür ki, Şabran şəhəri, X13 küçəsi, ev 20 ünvanında yerləşən, ümumi sahəsi 56.7 kv.m. olan fərdi yaşayış evi və 0.0868 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən Cavabdeh2 90 000 manat müqabilində satmışdır. Şabran rayonu, X18 küçəsi, ev 20 ünvanında yerləşən fərdi yaşayış evi üzrə alğı-satqı müqaviləsi bağlanarkən iddiaçılar qeyd edilən əmlakın satılmasına etiraz etmədiklərini bəyan etmişdirdilər. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı cavabdehlə aralarında imzalanmış alğı-satqı müqaviləsinin yalan əqd olduğunu, əslində aralarında başqa münasibəti olduğunu, imzalanmış alğı-satqı müqaviləsinin əslində iddiaçıya və onun ailə üzvlərinə vərəsələr kimi verilmiş vədlərə pərdələmək məqsədi ilə bağlanan əqd olduğunu, alğı-satqının formal olduğunu bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilmədi. Əksinə iş materiallarından görünür ki, alğısatqı müqaviləsi notariusda bağlanmış, müqavilə imzalanmış, notarius tərəfindən müqavilə təsdiq edilmiş, tərəflər arasında fərdi yaşayış evininin alğı-satqısına görə razılaşdırılmış məbləğ alıcı tərəfindən notariat kontorunun depozit hesabına köçürülmüşdür. İddiaçı mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş əqdin etibarsız hesab edilməsinin əsaslarından hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, alğı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə riayət edilməklə, hər-hansı qanun pozuntusu aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. -324.2-ci maddəsinə əsasən əqdlər birtərfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. -324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. -337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. -337.2-ci maddəsinə əsasən Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. -337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. -340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. İddiaçılar həm apellyasiya şikayətinin dəlillərində, həm də iddia ərizələrində özlərinin vərəsə olduqları qeyd etsələr də, bu dəlili təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə, iddiaçılar mübahisəli əmlak üzrə alğı-satqı müqaviləsi bağlanarkən qeyd edilən əmlakın satılmasına razılıqlarını bildirmişdirlər. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq tədbiq edilmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə hər-hansı əsas müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, apellyatorun dəlilləri əsaslı sayıla bilməz. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı1 və vəkili-nümayəndəsi X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-6385/2021 saylı, 23 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2613/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2613/2022
05.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver