Məhkəmə qərarları › İş №2(103)-2614/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2614/2021

09.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2614/2021 09.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2091/2020 saylı, xx xxxxxxxx 2020ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx xxx 2018-ci il tarixli 126 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2091/2020 saylı, xx xxxxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2091/2020 saylı, xx xxxxxx 2021-ci il tarixli sorğu daxil olmuş, həmin sorğuda qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verildiyi, bu səbəbdən mülki işin rayon məkəməsinə qaytarılması xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 hazırkı məsələni kollegiyanın mülahizəsinə buraxdığını qeyd etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən hazırkı məsələyə onun iştirakı olmadan olmadan baxılması mümkündür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2091/2020 saylı, xx xxxxxx 2021-ci il tarixli sorğu daxil olmuş, sorğuda cavabdeh tərəfindən Nəsimi Rayon Məhkəməsinin 2(006)-2091/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verildiyi, həmin apellyasiya şikayətinə münasibət bildirilməsi üçün mülki işin apellyasiya baxışından çıxarılaraq rayon məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası sorğunu mülki iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddiaçının verdiyi apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-in 361ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2091/2020 saylı, xx xxxxxxxx 2020ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə münasibət bildirilməsi ilə əlaqədar mülki iş apellyasiya baxışından çıxarılsın və Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar