Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2615/2023 28.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, cavabdeh-iddiaçı Cavabdeh İB-nin nümayəndəsi Rəfail Abbasovun iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “aktların və cərimənin ləğv edilməsi barədə” ilk iddiasına, iddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı “maddi zərərin əvəzinin ödənilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh İB-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Tələblər: İşdə iki iddia var: ilk və qarşılıqlı iddia. İddiaçı ilk iddia ərizəsində tələb olunub ki, ona aid olan, Nəsimi rayonu, 3-cü Alatava küçəsində yerləşən 304 nömrəli evdə (abonent kodu: **********00000) xx.xx.2020ci il tarixdən başlayaraq təbii qazdan sayğacdankənar istifadə ilə bağlı tərtib edilmiş aktlar və həmin aktların əsasında hesablanmış 5.868 manat cərimə ləğv edilsin, cərimə son üç ilin orta illik sərfiyyatına uyğun hesablansın, habelə Cavabdeh İB tərəfindən tutulmuş 84,80 manat məhkəmənin müəyyən edəcəyi ümumi məbləğdən çıxılsın. Cavabdeh İB-nin qarşılıqlı iddia ərizəsində tələb olunub ki, göstərilən ünvanda təbii qazdan sayacdankənar istifadə nəticəsində vurulmuş və 26 akta əsasən hesablanmış zərərin əvəzi kimi 5.868,16 manat İddiaçı Cavabdeh İB-nin xeyrinə tutulsun. Tələblərin həlli: Nəsimi RM iş üzrə qərardad və qətnamə qəbul edib. xx.xx.2023-cü il tarixli qərardadla qərara alınıb ki, qarşılıqlı iddia ərizəsi hissəvi baxılmamış saxlanılsın. Belə ki, qarşılıqlı iddia ərizəsində 26 akta əsasən hesablanmış zərərin əvəzinin (itirilmiş qazın dəyərinin) ödənilməsi tələb olub, 25 akta aid hissədə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılıb. 25 akt aşağıdakılardır: 1) xx.xx.2020-ci il tarixli ******* nömrəli akt; 2) 31.08 2020-ci il tarixli ******* nömrəli akt; 3) xx.xx.2020-ci il tarixli ******* nömrəli akt; 4) xx.xx.2020-ci il tarixli ******* nömrəli akt; 5) xx.xx.2020-ci il tarixli ******* nömrəli akt; 6) xx.xx.2020-ci il tarixli ******* nömrəli akt; 7) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt; 8) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt; 9) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt; 10) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt; 11) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt; 12) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt; 13) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt; 14) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt; 15) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt; 16) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt; 17) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt; 18) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt; 19) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt; 20) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt; 21) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt; 22) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt; 23) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt; 24) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt; 25) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt. xx.xx.2023-cü il tarixli qətnamə ilə qət olunub ki, İddiaçı ilk iddiası qismən təmin olunsun, onun **********00000 saylı abunə hesabından Cavabdeh İB tərəfindən 25 akt – xx.xx.2020, 31.08 2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixli aktlar üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 5.118,08 manat borc silinsin, ilk iddianın qalan hissəsi təmin edilməsin. Bundan başqa, həmin qətnamə ilə qət olunub ki, Cavabdeh İB-nin qarşılıqlı iddiası qismən təmin olunsun, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt üzrə 30 manat debitor borc, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 60 manat İddiaçı Cavabdeh İB-nin xeyrinə tutulsun, qarşılıqlı iddianın qalan hissəsi təmin edilməsin. Şikayət və izahatlar: Cavabdeh İB qətnamədən apellyasiya şikayəti verib. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ilk iddianın təmin edilən hissəsində, qarşılıqlı iddianın isə təmin edilməyən hissəsində ləğv edilsin, ilk iddia təmin edilməsin, qarşılıqlı iddia isə tam təmin olunsun. Qərardaddan ayrıca şikayət verilməyib. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi Rəfail Abbasov apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Qətnamənin yoxlanılması: İddiaçı aid olan, Nəsimi rayonu, 3-cü Alatava küçəsində yerləşən 304 nömrəli evdə təbii qazdan sayğacdankənar istifadə olunub. Cavabdeh İB-nin əməkdaşları tərəfindən bu barədə aktlar tərtib olunub, habelə bu faktı təsdiq edən fotolar məhkəməyə təqdim edilib. İddiaçı özü də təbii qazdan sayğacdankənar istifadə olunduğunu etiraf edir. Təbii qazdan sayğacdankənar istifadə ilə bağlı ümumilikdə 31 akt tərtib edilib. Həmin aktlar aşağıdakılardır: 1) xx.xx.2020-ci il tarixli ******* nömrəli akt; 2) xx.xx.2020-ci il tarixli ******* nömrəli akt; 3) xx.xx.2020-ci il tarixli ******* nömrəli akt; 4) xx.xx.2020-ci il tarixli ******* nömrəli akt; 5) xx.xx.2020-ci il tarixli ******* nömrəli akt; 6) xx.xx.2020-ci il tarixli ******* nömrəli akt; 7) 31.08 2020-ci il tarixli ******* nömrəli akt; 8) xx.xx.2020-ci il tarixli ******* nömrəli akt; 9) xx.xx.2020-ci il tarixli ******* nömrəli akt; 10) xx.xx.2020-ci il tarixli ******* nömrəli akt; 11) xx.xx.2020-ci il tarixli ******* nömrəli akt; 12) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt; 13) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt; 14) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt; 15) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt; 16) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt; 17) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt; 18) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt; 19) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt; 20) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt; 21) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt; 22) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt; 23) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt; 24) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt; 25) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt; 26) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt; 27) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt; 28) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt; 29) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt; 30) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt; 31) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt. Yuxarıda göstərilən 31 aktdan ilk 5 akta, yəni xx.xx.2020-ci il tarixli ******* nömrəli akt, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt və xx.xx.2020-ci il tarixli ******* nömrəli akta münasibətdə Cavabdeh İB-nin iddiası əsasında başqa işdə Nəsimi RM tərəfindən xx.xx.2021-ci il tarixli 2(006)-582/2021 nömrəli qətnamə qəbul edilib, qazdan sayğacdankənar istifadə edilməsinə görə 320 manat tutulması qət olunub (iş v. 37). 31 aktdan qalan 26 akta münasibətdə Cavabdeh İB hazırkı işdə qarşılıqlı iddia verib və qazdan sayğacdankənar istifadə edilməsinə görə zərərin əvəzi (itirilmiş qazın dəyəri) kimi 5.868,16 manat tələb edib. İddiaçı isə hazırkı işdəki ilk iddiasında həmin 26 aktdan 25-nə əsasən hesablanmış borcun ləğv edilməsini tələb edib. Nəsimi RM qarşılıqlı iddia ərizəsinin 25 akta aid hissəsini Mülki-Prosessual Məcəllənin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlayıb. Həmin maddəyə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa, məhkəmə ərizəni baxılmamış saxlayır. Nəsimi RM hesab edib ki, qarşılıqlı iddia ərizəsində istinad olunan 26 aktdan 25-nə münasibətdə ilk iddia verilib, ona görə də 25 akta münasibətdə qarşılıqlı iddia baxılmamış saxlanılmalıdır. Nəsimi RM-nin bu qərardadı qanuna uyğun deyil. Birinci, 259.0.4-cü maddədə “iş” deyiləndə ayrıca iş nəzərdə tutulur. Hazırkı işdə isə ilk və qarşılıqlı iddia bir (eyni) işin daxilində olan iddialardır. İkinci, ilk iddiada 25 aktın və həmin aktlara əsasən hesablanmış borcun ləğv edilməsi tələb olunur, qarşılıqlı iddiada isə həmin aktlara əsasən hesablanmış borcun ödənilməsi tələb olunur. Aktların eyni olması iddiaların əsasının və predmetinin eyni olması demək deyil. Yəni ilk və qarşılıqlı iddiada eyni aktlara istinad olunsa da həmin iddiaların əsası və predmeti fərqlidir. Bu qərardaddan ayrıca şikayət verilməsə də qətnamədən verilmiş apellyasiya şikayəti öz əsaslarına görə həmin qərardaddan narazılığı da ifadə edir. Qərardad açıq-aşkar qanunsuz olduğuna, habelə mübahisənin mahiyyəti üzrə tam və düzgün həllinə mane olduğuna görə, apellyasiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən həmin qərardadı nəzərə almır. Belə ki, MPM-in 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Əgər hər hansı qərardad qanunsuzdursa və apellyasiya məhkəməsinin tam hüquqlu məhkəmə kimi işə mahiyyəti üzrə baxmasına mane olursa, apellyasiya məhkəməsi həmin qərardadı nəzərə almadan işə mahiyyəti üzrə baxa bilər. 26 aktın əhatə etdiyi dövrdə itirilmiş qazın dəyəri (zərərin məbləği) müəyyən edilərkən əvvəlki illərdə istehlak edilmiş qazın həcmi əsas götürülməli, habelə təqvim ayları istilik mövsümünə və qeyri-istilik mövsümünə bölünməlidir. Belə ki, yaşayış və qeyriyaşayış binalarının istiliklə təchizi zamanı təqvim ili istilik və qeyri-istilik mövsümünə bölünür. Əhali təbii qazdan istilik mövsümünə aid olan 5 ayda (15 noyabrdan 15 aprelədək) çox istifadə edir, qeyri-istilik mövsümünə aid olan 7 ayda isə az istifadə edir. Ona görə də itirilmiş qazın dəyəri istilik mövsümünə aid olan aylar (5 ay) üçün 50 manat, qeyri-istilik mövsümünə aid olan aylar (7 ay) üçün 20 manat müəyyən edilməlidir. “Gazrep” arayışından (iş v. 34) görünür ki, bu miqdar həmin ünvanda əvvəlki illərdə istehlak edilmiş qazın həcminə uyğundur. Odur ki, qazdan sayğacdankənar istifadə nəticəsində itirilmiş qazın dəyəri 26 akta əsasən aşağıdakı kimi müəyyən edilməlidir: 1) xx.xx.2020-ci il tarixli ******* nömrəli akt – 20 manat; 2) 31.08 2020-ci il tarixli ******* nömrəli akt – 20 manat; 3) xx.xx.2020-ci il tarixli ******* nömrəli akt – 20 manat; 4) xx.xx.2020-ci il tarixli ******* nömrəli akt – 20 manat; 5) xx.xx.2020-ci il tarixli ******* nömrəli akt – 50 manat; 6) xx.xx.2020-ci il tarixli ******* nömrəli akt – 50 manat; 7) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 50 manat; 8) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 50 manat; 9) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 50 manat; 10) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 20 manat; 11) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 20 manat; 12) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 20 manat; 13) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 20 manat; 14) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 20 manat; 15) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 20 manat; 16) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 20 manat; 17) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 50 manat; 18) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 50 manat; 19) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt – 50 manat; 20) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt – 50 manat; 21) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt – 50 manat; 22) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt – 20 manat; 23) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt – 20 manat; 24) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt – 20 manat; 25) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt – 20 manat; 26) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt – 20 manat. Yuxarıda göstərilən məbləğlərin cəmi 820 manat təşkil edir. Odur ki, 26 aktın əhatə etdiyi dövrdə itirilmiş qazın dəyəri (zərərin məbləği) 820 manat müəyyən edilməli, həmin məbləğ İddiaçı Cavabdeh İB-nin xeyrinə tutulmalıdır. Həmin aktların ləğv edilməsinə zərurət yoxdur, çünki aktlar ilə qazdan sayğacdankənar istifadə faktı təsbit olunub, bu fakt isə baş verib. Aktlara əsasən hesablanan zərərin məbləği (itirilmiş qazın dəyəri) isə yuxarıda göstərilən qaydada ağlabatan mühakimə əsasında yenidən müəyyən edilməlidir. Beləliklə, məhkəmə Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ilk və qarşılıqlı iddia qismən təmin edilməli, 26 akta əsasən zərərin məbləği (itirilmiş qazın dəyəri) yenidən hesablanmaqla İddiaçı Cavabdeh İB-nin xeyrinə 820 manat pul tutulmalı, ilk və qarşılıqlı iddianın qalan hissəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh İB-nin apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunsun. İlk və qarşılıqlı iddia qismən təmin olunsun. ünvan 1 ünvanında (abonent kodu: **********00000) xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilədək olan dövrdə təbii qazdan sayğacdankənar istifədəyə görə itirilmiş qazın dəyəri kimi 26 akta əsasən 820 (səkkiz yüz iyirmi) manat İddiaçı Cavabdeh xeyrinə tutulsun. Həmin aktlara əsasən hesablanmış borcun qalan hissəsi silinsin. İlk və qarşılıqlı iddianın qalan hissəsi təmin edilməsin. Hər bir tərəfin çəkdiyi məhkəmə xərci onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2615/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2615/2023
28.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver