Məhkəmə qərarları › İş №2(103)-262/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-262/2021

12.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-262/2021 12.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi ilə (məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1, Bakı şəhəri 31 saylı notariat ofisi və 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “vəsiyyətnamələrin və çıxarışların qismən etibarsız hesab edilməsi və əmlaklara mülkiyyət hüququnun tanınması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)-5927/2019 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh1, Bakı şəhəri 31 saylı notariat ofisi və 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, nəticədə ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə və Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən 3287 nömrəli bağ evinə (0.12 ha torpaq sahəsində yerləşən) dair Cavabdeh1 adına verilmiş 11 may 2017-ci il tarixli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin əmlaklara dair Cavabdeh1 adına verilmiş Çıxarışların qismən etibarsız hesab edilməsinə, eləcə də ünvan 3 ünvanında yerləşən 18 saylı mənzilə dair Cavabdeh1 adına verilmiş Çıxarışın etibarsız hesab edilməsinə və ünvan 4 ünvanında yerləşən 2 saylı mənzilinə, Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən 3287 nömrəli bağ evinə (0.12 ha torpaq sahəsində yerləşən) və ünvan 6 ünvanında yerləşən 18 saylı mənzilinə 1/2 hissədə onun mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)- 5927/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya baxışı zamanı Cavabdeh1 ərizə ünvanlayaraq, anası, yəni İddiaçı xx.xx.2019-cu il tarixdə ölməsi ilə bağlı mülki iş üzrə icraatın dayandırılmasını xahiş etmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2282/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh1 “iş üzrə icraatın dayandırılması barədə” ərizəsi təmin edilmiş, mülki işin icraatı, iddiaçı – mərhum İddiaçı vərəsələrinin dairəsi müəyyən edilənədək dayandırılmışdır. Bakı şəhəri 5 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli 119 nömrəli sorğuya cavab məktubunda göstərilmişdir ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş İddiaçı miras əmlakına xx.xx.2020-ci il tarixdə V-12/2020 saylı vərəsəlik işi açılmış və Cavabdeh1 vərəsə kimi tanınmışdır. Lakin vərəsəlik şəhadətnaməsi verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış digər tərəflər məhkəməyə gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Müəyyən edilmişdir ki, İddiaçı xx xxxxxx 2019-cu il tarixdə ölmüşdür. Vərəsəlik işi açılmış, yalnız hazırki iş üzrə cavabdeh olan Cavabdeh1 vərəsə kimi tanınmışdır. Kollegiya hesab edir ki, hazırki halda mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermir. Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. MPM-nin 391-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi, həmin Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda apelyasiya qaydasında icraata xitam verilməklə ləğv edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 261, 391, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı öldüyündən, hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)-5927/2019 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar