Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2630/2021 01.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(011)-3096/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu **********00000) cavabdeh tərəfindən tərtib edilmiş 19 ədəd akt əsasında hesablanmış 2947,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ona məxsus olan Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni yol küçəsi, 11 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Binəqədi İcra Hakimiyyətinə 2014-cü ildə yaşadığı fərdi yaşayış evi qəzalı olduğunda sökərək yenidən tikilməsi üçün müraciət etmiş, həmin evi sökərək hissə-hissə tikməyə başlamışdır. Həmin dövrdə qazdan istifadə olunmurdu. Hal-hazırda da evi tam tikib qurtarmamışdır. Qonşuluqda fərdi yaşayış evi var və orada qazdan qanunsuz istifadə olunur. Lakin Cavabdeh işçiləri tərəfindən həmin qanunsuz qaz xəttinə görə onun evinə cərimə yazmışlar. Bakı regional qazın satışı departamentinə müraciət etdikdə ona bildirilmişdir ki, əlavə qaz xəttindən istifadə etdiyi üçün 19 dəfə dəymiş ziyan hesablanmış və 2947,2 manat borcu var. Aktlardan xəbəri olmadığını bildirmiş və aktlara baxarkən məlum olmuşdur ki, hər akta eyni şəkil əlavə edilmişdir. Aktların hamısını onlardan götürmüş və ona bildirilmişdi ki, məhkəməyə müraciət etməlidir, urada borcu silmək lınmayacaq. Bundan əlavə, bu borcdan Binəqədi rayon Məhkəməsindən xəbər tutmuşdur. Belə ki Cavabdeh tərəfindən ona qarşı iddia qaldırılmışdır. Məhkəmədə sübut olunmuşdur ki, həqiqətən tərəfindən əlavə qaz xəttindən istifadə edilməyib. Cavabdeh nümayəndəsi tərəfindən məhkəməyə ərizə ilə müraciət edilmiş və iddia ərizəsi geri götürülmüşdür. Bununla bağlı Binəqədi rayon Məhkəıməsi tərəfindən xx.xx.2019-cu il tarixli 2(001)- 5323/2019 saylı qərardad çıxarılmışdır. Qeyd etmək istəyir ki, tərəfindən təbii qazdan qanunsuz istifadə hallarına yol verilməyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»na əsasən baxış istehlakçının iştirakı ilə keçirilməli və iki nüsxədən ibarət akt tərtib olunaraq aktın bir nüsxəsi istehlakçıya verilməlidir. Bundan başqa ‘"Cavabdeh” İstehsalat Birliyinin əməkdaşları tərəfindən qaz cihazlarının saatlıq qaz sərfinə uyğun hesabatın aparılması hansı əsaslarla və ya sənədlərlə müəyyən edildiyi bəlli deyil, həmçinin bu cür hesablama metodikasının aparılmasına, eləcə də həmin hesablamanın aparılmasına hüquq verən müvafiq normativhüquqi aktların mövcud olmadığına görə, həmin hesabat obyektiv, əsaslı və qanuni hesab edilə bilməz. Həmçinin qeyd etmək istəyir ki, sayğacdan istifadə etdiyi dövrlərdə hər ay pul ödəmiş və qazdan istifadə etmiş. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(011)-3096/2020 nömrəli qətnaməsi iddia tələbinin təmin edilməsi, İddiaçı məxsus Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni yol küçəsi, 11 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu **********00000) cavabdeh tərəfindən tərtib edilmiş 19 ədəd akt əsasında hesablanmış 2947,20 (iki min doqquz yüz qırx yeddi manat 10 qəpik) manat borcun silinməsinin Cavabdehnə həvalə edilməsi, Cavabdehndən dövlət rüsumuna görə 30 (otuz) manat və ekspertiza tədqiqatının dəyəri 102 (bir yüz iki) manat dövlət nəfinə tutulması qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3096/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin ləğv edilməsini, İddiaçı iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edərək Cavabdeh İB-nin apellyasiya şikayətini təmin edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, İddiaçı yaşadığı ünvanda abonentin iştirakı ilə qeyri-qanuni qoşulmalara dair aktlar tərtib edilərək təbii qazın verilməsi dayandırılmış, bu səbəbdəndə itirilmiş qazın dəyərinə görə 2947,20 manat məbləğində hesablanaraq abonentdən tələb edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2000-ci il tarixli 356 saylı “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdeh təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər(rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci bəndinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxx 2003-cü il tarixli 3N-li qərarının 22-ci bəndində bildirilir ki, məhkəmələr dövlət müəssisələrinin hüquqi və fiziki şəxslər qarşısında öhdəliklərin təmin edilməsi ilə bağlı tələbin dövlət əmlakı hesabına ödənilməsi barədə qərar qəbul edərək dövlət əmlakının süni sürətdə müflisləşdirməklə əsassız olaraq özgəninkiləşdirilməsinə yol verməsinlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən (mülki işlərin həllində məhkəmənin tətbiq etdiyi normativ hüquqi aktlar) məhkəmə mübahisələri Azərbaycan Respublikası Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən həll olunur. Məhkəmələr tərəfindən qeyd olunan mötəbər hallara qiymət verilməməsi və qeyd etdikləri qanunun tələblərini tətbiq etməməsi maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək, cavabdeh tərəindən verilmiş apellyasiya şikayətinin təmiin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış sübutlara əsasən müəyyən olunmuşdur ki, Cavabdeh Bakı Regional Qazın Satışı Departamentinin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının: - xx.xx.2018-ci il tarixli qərarına əsasən, sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar olunmuş, itirilmiş qazın bərpası üçün hesabat apanlmış, hesablanmış 4628 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. - xx.xx.2018-ci il tarixli qərarına əsasən, sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar olunmuş, itirilmiş qazın bərpası üçün hesabat apanlmış, hesablanmış 1281 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. - xx.xx.2018-ci il tarixli qərarına əsasən, sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar olunmuş, itirilmiş qazın bərpası üçün hesabat apanlmış, hesablanmış 324 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. - xx.xx.2018-ci il tarixli qərarına əsasən, sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar olunmuş, itirilmiş qazın bərpası üçün hesabat apanlmış, hesablanmış 666 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. - xx.xx.2018-ci il tarixli qərarına əsasən, sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar olunmuş, itirilmiş qazın bərpası üçün hesabat apanlmış, hesablanmış 666 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. - xx.xx.2018-ci il tarixli qərarına əsasən, sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar olunmuş, itirilmiş qazın bərpası üçün hesabat apanlmış, hesablanmış 576 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. - xx.xx.2018-ci il tarixli qərarına əsasən, sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar olunmuş, itirilmiş qazın bərpası üçün hesabat apanlmış, hesablanmış 1008 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. - xx.xx.2018-ci il tarixli qərarına əsasən, sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar olunmuş, itirilmiş qazın bərpası üçün hesabat apanlmış, hesablanmış 1008 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. - xx.xx.2018-ci il tarixli qərarına əsasən, sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar olunmuş, itirilmiş qazın bərpası üçün hesabat apanlmış, hesablanmış 1008 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. - xx.xx.2018-ci il tarixli qərarına əsasən, sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar olunmuş, itirilmiş qazın bərpası üçün hesabat apanlmış, hesablanmış 1008 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. - xx.xx.2019-cu il tarixli qərarına əsasən, sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar olunmuş, itirilmiş qazın bərpası üçün hesabat apanlmış, hesablanmış 1008 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. - xx.xx.2019-cu il tarixli qərarına əsasən, sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar olunmuş, itirilmiş qazın bərpası üçün hesabat apanlmış, hesablanmış 1008 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. - xx.xx.2019-cu il tarixli qərarına əsasən, sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar olunmuş, itirilmiş qazın bərpası üçün hesabat apanlmış, hesablanmış 1008 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. - xx.xx.2019-cu il tarixli qərarına əsasən, sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar olunmuş, itirilmiş qazın bərpası üçün hesabat apanlmış, hesablanmış 1008 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. - xx.xx.2019-cu il tarixli qərarına əsasən, sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar olunmuş, itirilmiş qazın bərpası üçün hesabat apanlmış, hesablanmış 324 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. - xx.xx.2019-cu il tarixli qərarına əsasən, sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar olunmuş, itirilmiş qazın bərpası üçün hesabat apanlmış, hesablanmış 324 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. - xx.xx.2019-cu il tarixli qərarına əsasən, sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar olunmuş, itirilmiş qazın bərpası üçün hesabat apanlmış, hesablanmış 324 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. - xx.xx.2019-cu il tarixli qərarına əsasən, sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar olunmuş, itirilmiş qazın bərpası üçün hesabat apanlmış, hesablanmış 324 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. **********00000 abonentin saldosundan görünür ki, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə 2947,20 manat məbləğində borc hesablanmışdır. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qaz xəttinə sayğacdan kənar qoşulmanın olmasının, olduğu təqdirdə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/1768 saylı ekspert rəyi ilə keçirilmiş baxış zamanı mülki iş materialında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlara əsasən Baks şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni yol küçəsində yerləşən 11 saylı fərdi yaşayış evini təbii qaz ilə təmin edən Cavabdehnə məxsus qaz xəttinə sayğacdan kənar əlavə qoşulma olduğu müəyyən edilmiş, aktların mötəbərliyinə məhkəmə tərəfindən hüquqi qiymət verilə biləcəyi qeyd edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6. L2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinin ikinci hissəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə əsasən Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə kollegiyası sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, işin araşdırılmış halları ilə İddiaçı məxsus Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni yol küçəsi, 11 ünvanında yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən Cavabdehnə məxsus qaz xəttinə sayğacdan kənar əlavə qoşulma olduğunun müəyyən edilməsinə baxmayaraq, cavabdeh tərəfindən həmin qoşulma vasitəsi ilə iddiaçının və ya başqa şəxslərin təbii qazdan qanunsuz istifadə etməsi araşdırılmadan itirilmiş qazın bərpa olunması məqsədi ilə qərarlar qəbul etməsi, həmçinin, həmin qərarlarda sərfiyyatın hansı qanunvericilik normalarına əsasən hesablanmasının müəyyən olunmaması, bununla da həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsinin bu aktı qəbul etmiş orqanın üzərinə düşməsinə baxmayaraq, sübuta yetirilməməsi müəyyən edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələblərinin əsaslı və təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(011)-3096/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-2630/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2630/2021
01.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver