Məhkəmə qərarları › İş №2(103)-2636/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2636/2024

02.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2636/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı X1 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-4695/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən iddiaçı X3 məxsus ünvan 1 ünvanının **********50000 nömrəli abonent hesab nömrəsinə artıq hesablanmış 3672 manat məbləğində əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-4695/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuşdur. Həmin qətnamədən narazı qalan iddiaçı xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-4695/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti vəkilinin apellyasiya instansiya məhkəməsində iddiaçını təmsil etmək üçün orderi əlavə olunmadığından qaytarılmışdır. Daha sonra iddiaçı tərəf xx.xx.2024-cü il tarixdə yenidən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-4695/2023 nömrəli qərardadı ilə ərizə təmin olunmamış, apellyasiya şikayəti qaytarılmışdır. İddiaçı həmin qərardaddan xx.xx.2024-cü il tarixdə şikayət verərək qərardadın ləğv olunması, ərizənin təmin olunması və apellyasiya şikayətinə baxılması üçün iş materiallarının apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ilkin olaraq qətnamədən apellyasiya şikayəti qanunla müəyyən olunmuş müddət ərzində verilmiş, şikayətə apellyasiya instansiyası məhkəməsində iştirak üçün vəkil orderi üzrlü səbəbdən (iddiaçının ölkə xaricində olması) əlavə olunmadığından məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətin qaytarılmış, həmin qərardad xx.xx.2024-cü il tarixdə elektron kabinetə yerləşdirilmiş, qərardadda göstərilən nöqsanların uzun müddət keçmədən – xx.xx.2024-cü il tarixdə (cəmi 2 gün müddətində) aradan qaldırılaraq yenidən apellyasiya şikayəti və buraxılmış müddətin bərpası barədə ərizə verilmişdir. Lakin, qeyd olunanlara baxmayaraq məhkəmə qeyd edilənləri nəzərə almamış, ərizəni təmin etməməklə iddiaçının hüquqlarını pozmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-4695/2023 nömrəli qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. MPM-in 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Belə ki, MPM-in 360-ci maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. MPM-in 130.1-ci və 130.3-cü maddələrinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-in 133.1-ci və 133.3-cü maddələrinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) Yuxarıda da qeyd edildiyi kimi, iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində qətnamədən apellyasiya şikayəti vermiş, lakin birinci instansiya məhkəməsixx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinə vəkilin iddiaçını apellyasiya instansiyasında təmsil edə bilməsi üçün order əlavə olunmaması səbəbindən apellyasiya şikayətini qaytarmış, həmin qərardad xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsinin (vəkili) elektron kabinetinə yerləşdirilmiş, sonuncu isə dərhal, yəni xx.xx.2024-cü il tarixdə göstərilən nöqsanı aradan qaldırılmaqla yenidən apellyasiya şikayəti və buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair” 27 fevral 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsində şikayət verən şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən müraciət edə bilməsi üçün müvafiq müddətin müəyyən olunmaması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verməyən, şəxslərin hüquq və azadlıqlarını və məhkəmə əlçatanlığını məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla, şəxsin kassasiya şikayətinin qaytarılması barədə qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən kassasiya şikayəti ilə müraciət edə biləcəyi müddətin müəyyən edilməsinə dair Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq dəyişikliklərin həyata keçirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun. Azərbaycan Respublikası Konstitusiyasinın 60-cı maddəsinin İ hissəsinə və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən, məsələ qanunvericilik qaydasında həll edilənədək şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət edə biləcəyi ağlabatan müddət hakim tərəfindən müəyyən edilməlidir. MPM-nin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Göründüyü kimi, prosessual normaların tələblərindən, həmçinin Konstitusiya Məhkəməsinin qeyd olunan qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş mövqedən müəyyən olunur ki, şikayət verən şəxsin şikayəti geri qaytarıldığı halda, nöqsanlar aradan qaldırılmaqla yenidən müraciət etmək hüququnun məhdudlaşdırlması şəxsin məhkəmə müdafiəsi hüququna xələl gətirir. Həmçinin, şikayət qaytarıldığı halda şəxsə müvafiq nöqsanları aradan qaldırmaqla, yenidən müraciət etmək üçün ağlabatan müddət müəyyən edilməlidir. Hazırkı halda isə, iddiaçı ilk dəfə apellyasiya şikayətini qanunla müəyyən olunmuş müddət ərzində təqdim etmiş, lakin şikayət, ona vəkil orderi əlavə olunmadığından qaytarılsa da, tərəfə nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə müracət edə bilməsi üçün hakim tərəfindən ağlabatan müddət müəyyən olunmamışdır. Çatışmazlıqlar iddiaçı tərəfə məlum olduqdan sonra isə o qısa müddətdə onu aradan qaldırılmış və yeni apellyasiya şikayətini vermişdir. Göründüyü kimi, iddiaçının hərəkətləri prosessual hüquqlardan sui-istifadəyə yox, yol verilmiş qüsurları ən tez zamanda aradan qaldırmaqla barəsində çıxarılmış məhkəmə aktına yenidən baxılmasına yönəlmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Birinci instansiya məhkəməsi isə qeyd edilən halları nəzərə almamış, ümumi mülahizələrdən çıxış etməklə ərizəni təmin etməmiş, nəticədə iddiaçının qətnamədən apellyasiya şikayəti vermək hüququnu əsassız məhdudlaşmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Avropa İnsan Hüquqları Məhkəməsi «X2rşı» (21 fevral 1975, 35-ci bənd) işdə göstərmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin mülki işlərdə tərəflərə verilən prosessual təminatları ətraflı təsvir etməli olduğunu düşünmək və ilk növbədə həmin təminatlardan praktiki olaraq istifadə etmək hüququnu, yəni məhkəməyə mürajiət etmək hüququnu qorumadığını düşünmək ağlasığmaz olardı. Əgər məhkəmə prosesi yoxdursa, o halda məhkəmə prosesinə xas olan ədalətlilik, açıqlıq və prosesin vaxtında həyata keçirilməsi kimi xüsusiyyətlər mənasını itirir. “Wagner və J.M.W.L. Lüksenburqa qarşı” işdə (para. 96) Avropa Məhkəməsi qeyd etmişdir ki, ... baxmayaraq ki, məhkəmələrdən tərəfin hər bir rədd edilən arqumentinin səbəblərinin açıqlanması tələb oluna bilməz ... buna baxmayaraq onlar bu tərəfin irəli sürdüyü əsas arqumentləri zəruri qaydada təhlil etmək və onlara cavab vermək öhdəliyindən azad edilməmişdir. Bundan əlavə belə müraciətlər Konvensiya və onun Protokolları ilə təmin olunan hüquq və azadlıqlara aiddirsə, yerli məhkəmələr onları xüsusi diqqət və qayğı ilə nəzərdən keçirməlidirlər” “Saliba Maltaya qarşı” işdə (para. 64) Avropa Məhkəməsi qeyd etmişdir ki, yerli məhkəmə orqanlarının sübutların qiymətləndirilməsi və onlardan hansının uyğun və qəbuledilən olmasına qərar verilməsi səlahiyyətinin olduğu qədul edilsə də, Məhkəmə bir daha vurğulayır ki, 6-cı Maddə məhkəmənin tərəflərin təqdim etdiyi təqdimatları, arqumentləri və sübutları lazımi qaydada qiymətləndirmək vəzifəsini müəyyən edir” Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə təmin olunmalı və sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. MPM-in 398.0.3-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X1 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-4695/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-4695/2023 nömrəli tarixli qərardadı ləğv edilsin, ərizə təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-4695/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün iddiaçı X6 tərəifndən buraxılmış prosessual müddət üzrlü sayılaraq bərpa edilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar