Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2638/2025 12.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əsassız borcun silinməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı əsassız borcun silinməsi barədə mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2(011)-1598/2024 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətlərinə əsasən mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə **********40000 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. İddiaçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı sonuncu dəfə 11 noyabr 2022-ci il tarixdə quraşdırılmışdır.
2. Cavabdeh tərəfindən iddiaçının yaşadığı fərdi yaşayış evinə dair 2016-cı ilin iyul və noyabr ayları, 2017-ci ilin mart və may ayları, 2018-ci ilin may, iyul, sentyabr, oktyabr ayları, 2019-cu ilin yanvar, fevral, dekabr ayları, 2021-ci ilin oktyabr, noyabr, 2022-ci ilin yanvar, mart, noyabr, dekabr ayları, 2023-cü ilin may, sentyabr ayları üzrə, ümumilikdə 19 dəfə akt tərtib edilmiş, aktlarda təbii qazdan kənar xətt vasitəsilə istifadə edilməsi qeyd edilərək, həmin aktlar üzrə dəymiş maddi zərər hesablanmışdır.
3. Abonent saldosunun “qalıq və aktlar” bölməsində 2012-ci il üzrə 80,40 manat, 2016-cı il üzrə 791,60 manat, 2017-ci il üzrə 1436,20 manat, 2018-ci il üzrə 1767 manat, 2019-cu il üzrə 1087,20 manat, 2020-ci il üzrə 563 manat, 2021-ci il üzrə 1706,40 manat, 2022-ci il üzrə 6540,48 manat, 2023-cü il üzrə 5551,20 manat borcun olması əks olunmuşdur. Abonent saldosunun “ayın sonuna borc” bölməsində 2023-cü ilin noyabr ayına iddiaçının 23252,05 manat məbləğində borcunun olması qeyd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən tərtib edilmiş edilmiş aktların ləğv edilməsi, ona təbii qaza görə əsassız hesablanmış 23252,05 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, 2010-cu il tarixdə cavabdehlə «Qaz Paylayıcısı ilə X5 İstifadəçisi arasında qazın alqı satqısı» müqaviləsi imzalamış, yaşadığı ünvanda yerləşən fərdi yaşayış evinə yeni qaz sayğacı quraşdırılmış və əvvəlki sayğac çıxarılıb aparılmışdır. Bu barədə «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu» haqqında akt tərtib edilmişdir. 2010-cu ildən bu günə kimi qaz sayğacı bir neçə dəfə deyişdirilmişdir. Hər dəfə bunun nə səbəbdən tez-tez dəyişdirilməsini gələn əməkdaşlardan soruşduqdan onların cavabı istismar müddətinin başa çatması olurdu. Sonuncu dəfə də cavabdeh tərəfindən 2023-cü il tarixdə sayğac dəyişdirilmiş və ona 23252,05 manat məbləğində borc hesablanmışdır. Həmin borcu ona sayğaca müdaxilə kimi qiymətləndirərək qaz itkisi olduğu göstərilmişdir. Bu barədə cavabdeh təşkilata müraciət edərkən ona sayğaca müdaxilə edildiyi və bu səbəbdən cərimə yazıldığı bildirilmişdir. O, heç vaxt qaz sayğacına müdaxilə etməmiş və daim istehlak etdiyi qaza görə borcunu ödəmişdir. Lakin cavabdeh təşkilat qaz sayğacına müdaxiləni onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2(011)- 1598/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu **********40000) İddiaçı hesablanmış 20990,63 manat məbləğində borcun silinməsi qət edilmişdir.
7. Qətnamə onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən borc məbləğlərin hesablanmasına əsas olmuş aktlar müxtəlif vaxtlarda tərtib edildiyindən, hər bir aktın tərtib edildiyi dövrdə qüvvədə olan qanunvericiliyə əsasən aktlara hüquqi qiymət verilməlidir. Fərdi yaşayış evinə dair tərtib edilmiş xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2017-ci il, xx.xx.2017, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019- cu il, xx.xx.2019-cu il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması barədə aktlara münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi məhkəmə iclası zamanı izahatında fərdi yaşayış evində sayğac quraşdırılana qədər təbii qazdan kənar xətt vasitəsilə istifadə edildiyini etiraf etmişdir. Digər bir tərəfdən, iş materiallarında olan abonent saldosu əsasında müəyyən olunmuşdur ki, fərdi yaşayış evinə qaz sayğacı xx.xx.2022-ci il tarixində quraşdırılmışdır. Bu müddətədək isə iddiaçının fərdi yaşayış evində sayğac quraşdırılmadan təbii qazdan istifadə edilmişdir. Lakin məhkəmə təbi qazdan kənar xətt vasitəsilə istifadə nəticəsində itirilmiş qaz sərfiyyatına görə iddiaçıya yazılmış borcun hesablanması üçün tətbiq edilmiş hesabat müddəti və borc məbləği ilə razılaşmır və hesab edir ki, iddia yuxarıda sadalanan tarixlərdə tərtib edilmiş aktlar üzrə kənar xətdən istifadə nəticicəsində hesablanmış həmin dövrə qədər olan 12899,22 manat borcun silinməsi hissəsində qismən əsaslıdır. İlk öncə məhkəmə qeyd edir ki, sözügedən aktlar üzrə dəymiş ziyanın bərpasına dair tələbnamədə fərdi yaşayış evində PSQ4, QSSQ və dəmir sobadan ibarət qaz işlədicilərinin olduğu qeyd edilərək, onlara qaz sərfi nəzərə alınaraq hesabt aparılsa da, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, fərdi yaşayış evində adıçəkilən qaz işlədicilərindən yalnız dördgözlü qaz plitəsi mövcud olmuşdur. Belə ki, iddiaçı son məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, sayğacdan kənar xətt vasitəsilə istifadə etdiyi müddətdə yalnız PQ-4 mövcud olmuşdur. Digər tərəfdən, cavabdeh də digər qaz işlədicilərinin də mövcud olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, sayğacdan kənar təbii qazdan istifadə edilməsi nəticəsində dəymiş zərər hesablanarkən yalnız dördgözlü qaz plitəsinin istifadəsi ilə əlaqədar hesabat aparılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh tərəfindən aktlar üzrə hesabat 60 gün deyil, 30 gün müddəti üçün aparılması qanuni və ədalətlidir. Belə ki, cavabdeh qaz sayğaclarının saz vəziyyətdə saxlanılması vəzifəsini daşıyır. Bu vəzifəsinin yerinə yetirilməsindən ötrü cavabdeh istehlakçılar tərəfindən qaz itkisinə səbəb ola biləcək halların qarşısının alınması üçün nəzarət funksiyalarını mütəmadi həyata keçirməli və hər ay borca dair hesabat (qəbz) təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.2.1-ci bəndində də qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməsi və həmin Qaydaların 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməsi qazdan istifadə edən istehlakçıların vəzifələri olaraq nəzərdə tutulmuşdur. Qeyd edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar üzrə hesabat müddəti 30 gün müəyyən edilməklə, yalnız dördgözlü qaz plitəsinin isitfadəsi nəzərə alınmaqla, itirilmiş qazın bərpası üçün hesabat aparılmalıdır. Qeyd edilənlərə əsasən iddiaçının kənar xətdən istifadə etməsi nəticəsində hesablanmış borcun xx.xx.2022-ci il tarixli hesabat üzrə 51,84 manat (1,2 m3 x 12 saat x 30 gün = 432 m3 ; 432 m3 x 0,12 manat = 51,84 manat), xx.xx.2022-ci il tarixli hesabat üzrə 51,84 manat (1,2 m3 x 12 saat x 30 gün = 432 m3 ; 432 m3 x 0,12 manat = 51,84 manat), xx.xx.2018-ci il tarixli hesabat üzrə 16,20 manat (0,9 m3 x 6 saat x 30 gün = 162 m3 ; 162 m3 x 0,10 manat = 16,20 manat), xx.xx.2019-cu il tarixli hesabat üzrə 21,60 manat (1,2 m3 x 6 saat x 30 gün = 216 m3 ; 216 m3 x 0,10 manat = 21,60 manat), xx.xx.2019-cu il tarixli hesabat üzrə 21,60 manat (1,2 m3 x 6 saat x 30 gün = 216 m3 ; 216 m3 x 0,10 manat = 21,60 manat), xx.xx.2019-cu il tarixli hesabat üzrə 43,20 manat (1,2 m3 x 12 saat x 30 gün = 432 m3 ; 432 m3 x 0,10 manat = 43,20 manat), xx.xx.2021-ci il tarixli hesabat üzrə 51,84 manat (1,2 m3 x 12 saat x 30 gün = 432 m3 ; 432 m3 x 0,12 manat = 51,84 manat), xx.xx.2021-ci il tarixli hesabat üzrə 51,84 manat (1,2 m3 x 12 saat x 30 gün = 432 m3 ; 432 m3 x 0,12 manat = 51,84 manat), xx.xx.2018-ci il tarixli hesabat üzrə 14,40 manat (1,2 m3 x 4 saat x 30 gün = 144 m3 ; 144 m3 x 0,10 manat = 14,40 manat), xx.xx.2018-ci il tarixli hesabat üzrə 16,20 manat (0,9 m3 x 6 saat x 30 gün = 162 m3 ; 162 m3 x 0,10 manat = 16,20 manat), xx.xx.2018-ci il tarixli hesabat üzrə 10,80 manat (0,6 m3 x 6 saat x 30 gün = 108 m3 ; 108 m3 x 0,10 manat = 10,80 manat), xx.xx.2018-ci il tarixli hesabat üzrə 10,80 manat (0,6 m3 x 6 saat x 30 gün = 108 m3 ; 108 m3 x 0,10 manat = 10,80 manat), xx.xx.2016-cı il tarixli hesabat üzrə 19,20 manat (0,8 m3 x 8 saat x 30 gün = 192 m3 ; 192 m3 x 0,10 manat = 19,20 manat), xx.xx.2017-ci il tarixli hesabat üzrə 21,60 manat (1,2 m3 x 6 saat x 30 gün = 216 m3 ; 216 m3 x 0,10 manat = 21,60 manat), xx.xx.2017-ci il tarixli hesabat üzrə 7,68 manat (1,2 m3 x 4 saat x 16 gün = 76,8 m3 ; 76,8 m3 x 0,10 manat = 7,68 manat), xx.xx.2016-cı il tarixli hesabat üzrə 35,40 manat (0,9 m3 x 6 saat x 30 gün = 162 m3 ; 162 m3 x 0,10 manat = 16,20 manat və 0,8 m3 x 8 saat x 30 gün = 192 m3 ; 192 m3 x 0,10 manat = 19,20 manat) olmaqla, ümumikdə isə 446,04 manat olmalıdır. Məhkəmə hesab etmişdir ki, təbii qazdan kənar xətt vasitəsilə istifadə nəticəsində qaz sərfiyyatına görə iddiaçıdan ümumilikdə 446,04 manat məbləğində borcun tələb edilməsi əsaslıdır. Buna görə də, iddia tələbi həmin məbləğdə borcun silinməsi hissəsində təmin edilə bilməz. xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, və xx.xx.2023-cü i tarixli aktlar əsasında hesablanmış borcun iddiaçıdan tələb edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, ilk növbədə həmin akt fərdi yaşayış evinə qaz sayğacı quraşdırıldıqdan sonra tərtib edilmişdir. Digər bir tərəfdən, yuxarıda qeyd edilən müddəalardan da göründüyü kimi, qanun istehlakçıların qazla təmin edilməsi üçün qazın alqı-satqı müqaviləsinin bağlanmasını, eyni zamanda, qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən aktın tərtib edilərək müqaviləyə əlavə edilməsini vacib hesab etmişdir. Həmçinin, “Qazdan istifadə Qaydaları”nın yuxarıda göstərilən müddəlarının tələblərindən görünür ki, istehlakçılar olan məişət abonentlərinin qaz sayğacı ilə təchiz edilməsi onların özləri tərəfindən deyil, müvafiq dövlət orqanı tərəfindən həyata keçirilir. Bunun üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti quraşdırılmalı olan qaz sağaclarının tipini təsdiq etməklə, onların dövlət reyestrini və sertifikatlaşdırılmasını həyata keçirir, bundan sonra istehlakçı ilə qaz paylayıcı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyət sərhəddini müəyyən edilməsi barədə akt tərtib edilməklə məişət qaz istehlakçıları sayğacla təmin edilirlər. Bütün qeyd edilən tədbirlər yerinə yetirildikdən və istehlakçılar sayğacla təmin edildikdən sonra istehlakçılarla qazın alqı-satqısı barədə müqavilənin bağlanması öhdəliyi də “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcının üzərinə qoyulur. Lakin cavabdeh iddiaçı ilə aralarında nə qazın alqı-satqı müqaviləsi, nə qazpaylayıcı şəbəkənin balans mənsubiyyət sərhəddini müəyyən edən aktı (balans mənsubiyyəti sərhədi - qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qaz paylayıcısı və istehlakçı arasında müqavilə ilə qazpaylayıcı şəbəkənin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsidir), məhkəməyə təqdim edilməmişdir. Şərh edilənlərdən əlavə, məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıdan qazdan istifadə qaydalarının pozulmasına görə birbaşa qazdan istifadə qaydalarının pozulmasına görə dəymiş zərəri tələb etməsi də qanuna uyğun deyil. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun xx.xx.2022-ci il tarixdə əlavə edilmiş 13-cü maddəsinin 8-1-ci hissəsində qazdan istifadə qaydalarının pozulması hallarının sənədləşdirilməsi və buna görə dəymiş zərərin tələb edilməsinin əsasları dəqiq göstərilmişdir. Qanunun tələb etdiyi birinci addım ondan ibarətdir ki, abonentlər tərəfindən qaz xəttinə kənar qoşulma faktını aşkar etdikdə, qaz paylayıcısı (onun əməkdaşı) qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qanusuz qoşulma ilə sərf olunan qazın verilməsini dayandırmalıdır. Qazdan kənar istifadə halları və sayğaca müdaxilə aşkar edildikdə, qaz paylayıcısı (onun əməkdaşı) həmin faktı müvafiq aktın tərtib edilməsi ilə rəsmləşdirilməli və aktın bir sürəti abonentə təqdim etlməklə (məhkəmənin qənaətinə görə, burada qanunun əsas məqsədi müəyyənlik prinsipinin təmin edilməsindən və qazdan istifadə qaydalarını pozan abonenti məlumatlandırmaqla, məruz qala biləcəyi sui-istifadə hallarından öz hüquqlarını müdafiə etməsinə şərait yaratmaqdan ibarətdir), bir nüsxəsini isə qazdan istifadə qaydalarını pozan şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün enerji nəzarəti orqanına, yaxud cinayət tərkibinin əlamətlərinin olması şübhə doğurduqda, cinayət təqibi orqanına təqdim etməlidir. Qanun tələb edir ki, qazdan istifadə qaydalarını pozan şəxsin təqsirli olub-olmaması qaz paylayıcı tərəfindən deyil, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində göstərilən orqanlar tərəfindən müəyyən edilməli, yalnız təqsiri müəyyən edildikdən sonra qaz paylayıcı dəymiş zərəri istehlakçıdan tələb edə bilər. Lakin işdən görünür ki, zərərin tələb edilməsinə əsas olmuş qanunla müəyyən edilmiş qaydaya cavabdeh tərəfindən əməl edilməmiş, aktın bir nüsxəsi nə iddiaçıya, nə də təqsirlilik məsələsinin müəyyən edilməsindən ötrü müvafiq dövlət orqanlarına təqdim edilməmişdir (yaxud bununla bağlı cavabdeh məhkəməyə sübut təqdim etməmişdir). Bu halda, iddiaçının qazdan istifadə qaydalarının pozulmasında təqsirli olması müəyyən edilməmiş olur. Qanunvericilik isə borclunun öz öhdəliklərinin təqsirli pozuntusu üçün məsuliyyət daşımasını müəyyən etmişdir. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir edir ki, aktlarda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının adına olan abonent saldosunun “ayın sonuna borc” bölməsində onun 23252,05 manat məbləğində borcunun olduğu qeyd edilsə də, abonent saldosu əsasında müəyyən olunmuşdur ki, əmin borcun 2396,25 manat hissəsi iddiaçının təbii qazdan istifadəsi nəticəsində yaranmış sərfiyyat borcudur və iddiaçı təbii qazdan istifadə etmək hüququ olmaqla yanaşı, istifadə olunmuş təbii qazın dəyərinə uyğun olaraqda ödənişləri etməlidir. Həmçinin, abonent saldosu əsasında müəyyən olunur ki, iddiaçı tərəfindən 580,87 manat məbləğində ödəniş edilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, 2396,25 manat məbləğində hesablanmış borc iddiaçının təbii qazdan istifadə edilməsi ilə əlaqədar sərfiyyat borcu olduğundan, həmin borcun 580,87 manat hissəsi iddiaçı tərəfindən ödənildiyindən, iddia tələbi 1815,38 (2396,25 – 580,87 = 1815,38) manat borcun silinməsi hissəsində də təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 1815,38 manat məbləğində hesablanmış borc iddiaçının təbii qazdan istifadə edilməsi ilə əlaqədar sərfiyyat borcu olduğundan, 580,87 manat məbləğində borc isə iddiaçının təbii qazdan kənar xətt vasitəsilə istifadəsi nəticəsində yaranmış borc olduğundan iddia tələbi həmin borc məbləğlərinin silinməsi hissəsində təmin edilməməli, iddia tələbi qismən təmin edilərək yalnız 20 990,63 (23 252,05 – 580,87 – 1815,38 = 20 990,87) manat məbləğində borcun silinməsi hissəsində təmin edilməlidir.
8. Məhkəmə gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, “Qazdan istifadə qaydalarının” 4.1, 4.2, 4.8, 6.5-ci bəndlərinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməklə iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir
10. Şikayətin dəlillərinə görə Cavabdeh İB-nin əməkdaşları tərəfindən birliyin balans və istismarındaolan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyriqanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir (iş materiallarında vardır). Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” tələbnamə təsdiq edilmişdir. Həmin tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-nə böyük məbləğdə ziyan vurmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 13.8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Maddə 13.9. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; Maddə 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; Maddə 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; Maddə 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir;
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
18. Cavabdeh apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunan hissədə ləğvi xahiş edildiyi, mübahisənin predmeti bölünən olduğu, qətnamə iddia üzrə cavabdeh tərəfindən mübahisə edilmədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddianın rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün qətnamə iddianın rədd olunan hissəsində və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
Apellyasiya instansiyasın məhkəməsinin mövqeyi
19. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
20. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hər bir akt üzrə araşdırma və qiymətləndirmə aparılmasına baxmayaraq apellyasiya şikayəti analoji işlər üzrə verilmiş apellyasiya şikayətləri ilə eyni məzmunda, şablon xarakterli olmaqla yalnız onunla əsaslandırılmışdır ki, iddiaçı təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-nə böyük məbləğdə ziyan vurmuşdur. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin hansı səbəbdən əsassız olması, hansı maddi və prosessual hüquq normasının düzgün tətbiq olunmadığı, hansı sübutun düzgün qyimətləndirilməməsi ilə bağlı bir cümləyə belə rast gəlinmir.
21. Şikayətdə qətnamənin iddianın təmin olunduğu hissədə ləğvi tələb olunduğuna görə məhkəmə kollegiyası bu hissədə birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub – olunmadığını, işin hallarının düzgün qiymətləndirilib – qiymətləndirilməməsini yoxlayır.
22. İddia ərizəsində qeyd edilən borc məbləğlərin hesablanmasına əsas olmuş aktlar müxtəlif vaxtlarda tərtib edildiyindən birinci instansiya məhkəməsi düzgün olaraq, hər bir aktın tərtib edildiyi dövrdə qüvvədə olan qanunvericiliyə əsasən aktlara hüquqi qiymət vermiş, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2017-ci il, xx.xx.2017, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019- cu il, xx.xx.2019-cu il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması barədə aktlarla bağlı iddiaçının nümayəndəsinin məhkəmə iclası zamanı izahatında fərdi yaşayış evində sayğac quraşdırılana qədər təbii qazdan kənar xətt vasitəsilə istifadə edildiyini etiraf etdiyini, digər tərəfdən, fərdi yaşayış evinə qaz sayğacının xx.xx.2022-ci il tarixində quraşdırıldığını nəzərə alaraq iddiaçının fərdi yaşayış evində sayğac quraşdırılmadan təbii qazdan istifadə edilməsi nəticəsinə gəlmişdir.
23. Məhkəmə nəzərə almışdır ki, tələbnamədə fərdi yaşayış evində PSQ4, QSSQ və dəmir sobadan ibarət qaz işlədicilərinin olduğu qeyd edilərək, bu cihazlara münasibətdə hesabat aparılsa da, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, fərdi yaşayış evində adıçəkilən qaz işlədicilərindən yalnız dördgözlü qaz plitəsi mövcud olmuşdur. Cavabdeh tərəfindən digər cihazların mövcudluğu, hansı əsaslarla həmin cihazların qeydə alınması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi iddianın təmin olunduğu hissədə bununla bağlı əsaslandırma aparsa da, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə bunun əksini təsdiq edən hər hansı bir sübut əlavə olunmamışdır. Cavabdehin qaz sayğaclarının saz vəziyyətdə saxlanılması vəzifəsi olduğunu, bu vəzifənin yerinə yetirilməsindən ötrü istehlakçılar tərəfindən qaz itkisinə səbəb ola biləcək halların qarşısının alınması üçün nəzarət funksiyalarını mütəmadi həyata keçirməli və hər ay borca dair hesabat (qəbz) təqdim etməli olduğunu nəzərə alan məhkəmənin aktlar üzrə hesabatın 60 gün deyil, 30 gün müddət üçün aparılması ilə bağlı gəldiyi nəticə də əsaslıdır.
24. Birinci instansiya məhkəməsinin apardığı riyazi hesablamalar tam dəqiq olduğundan məhkəmə kollegiyası məbləğin müəyyən olunması üçün əlavə olaraq mütəxəssis və ekspert rəyi alınmasına da zərurət görmür.
25. xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, və xx.xx.2023-cü i tarixli aktlara münasibətdə isə məhkəmə düzgün olaraq belə bir əsaslandırma aparmışdır ki, həmin aktlar fərdi yaşayış evinə qaz sayğacı quraşdırıldıqdan sonra tərtib edilmiş, zərərin tələb edilməsinə əsas olmuş qanunla müəyyən edilmiş qaydaya cavabdeh tərəfindən əməl edilməmiş, aktın bir nüsxəsi nə iddiaçıya, nə də təqsirlilik məsələsinin müəyyən edilməsindən ötrü müvafiq dövlət orqanlarına təqdim edilməmişdir, bu halda, iddiaçının qazdan istifadə qaydalarının pozulmasında təqsirli olması müəyyən edilməmiş olur.
26. Sayğac quraşdırıldıqdan sonra müdaxilənin olub – olmaması da birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış, ekspert rəyinə əsasən sayğaca müdaxilə faktı təsdiqini tapmamışdır.
27. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir.
28. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2(011)- 1598/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2(011)- 1598/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.