Məhkəmə qərarları › İş №2(103)-2639/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2639/2021

11.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2639/2021 11.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili X1, Cavabdeh, onun nümayəndəsi-vəkili İsmayılov Ceyhun Zöhrab oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nəqliyyat vasitəsinin geri qaytarılması, həmin nəqliyyat vasitəsinin alınması üçün cavabdehə ödənilmiş pul vəsaitinin və ödənilmiş pul vəsaiti olan məbləğə hesablanmış əldən çıxmış faydanın tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən aldığı DAF FTX 105.460T yük maşının cavabdehə geri qaytarılması, DAF FTX 105.460T yük maşınının və “SCHMİT” markalı yarımqoşqu soyuducusunun alınması üçün cavabdehə ödənilmiş 55.000 (əlli beş min) manat pul vasitəsinin cavabdehdən tutularaq ona (iddiaçıya) ödənilməsi və cavabdehin qanunsuz olaraq ona məxsus pul vəsaitini özündə saxlayaraq gəlirdən məhrum edildiyi üçün əldən çıxmış faydaya görə isə 11.000 (on bir min) manat pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Öz növbəsində İddiaçı nümayəndəsi-vəkili X2 iş üzrə mübahisəyə baxılanadək cavabdehə məxsus olan buraxılış ili 2012-ci il olan **-ZH-*** dövlət qeydiyyat nömrə nişanlı “KRONE YARİMQOŞQU”, buraxılış ili 2000-ci il olan **-HG-*** dövlət qeydiyyat nömrə nişanlı “MERCEDES C220” minik markalı avtomobilinin, buraxılış ili 2006-cı il olan **-KH-*** dövlət qeydiyyat nömrə nişanlı “FİAT CROMA” minik markalı avtomobilinin, buraxılış ili 1995-ci il olan **-GC-*** dövlət qeydiyyat nömrə nişanlı “MERCEDES C180” minik markalı avtomobilinin, buraxılış ili 2011-ci il olan **-XE-*** dövlət qeydiyyat nömrə nişanlı “FİAT DOBLO” minik markalı avtomobilinin, buraxılış ili 2006-cı il olan **-LH-*** dövlət qeydiyyat nömrə nişanlı “MERCEDES BENZ VİANO” minik markalı avtomobilinin, buraxılış ili 1980-cı il olan 99-ZF765 dövlət qeydiyyat nömrə nişanlı “SAFARİ 540 QOŞQU”, buraxılış ili 1990-cı il olan 10- VC-601 dövlət qeydiyyat nömrə nişanlı “MERCEDES 190” minik markalı avtomobilinin, buraxılış ili 2019-cu il olan **-ZF-*** dövlət qeydiyyat nömrə nişanlı “BLYSS QOŞQU QOŞQU”, buraxılış ili 2006-cı il olan **-SB-*** dövlət qeydiyyat nömrə nişanlı “FİAT DOBLO” minik markalı avtomobilinin, buraxılış ili 2007-ci il olan **-ZF-*** dövlət qeydiyyat nömrə nişanlı “GRAS GS YARİMQOŞQU YARİMQOŞQU” və buraxılış ili 2006- cı il olan **-UP-*** dövlət qeydiyyat nömrə nişanlı “MAN TGA 18.430” yük avtomobillərinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4846/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Cavabdeh məxsus buraxılış ili 2012-ci il olan **-ZH- *** dövlət qeydiyyat nömrə nişanlı “KRONE YARİMQOŞQU”, buraxılış ili 2000-ci il olan **- HG-*** dövlət qeydiyyat nömrə nişanlı “MERCEDES C220” minik markalı avtomobilinin, buraxılış ili 2006-cı il olan 90- KH-085 dövlət qeydiyyat nömrə nişanlı “FİAT CROMA” minik markalı avtomobilinin, buraxılış ili 1995-ci il olan **-GC-*** dövlət qeydiyyat nömrə nişanlı “MERCEDES C180” minik markalı avtomobilinin, buraxılış ili 2011-ci il olan **-XE-*** dövlət qeydiyyat nömrə nişanlı “FİAT DOBLO” minik markalı avtomobilinin, buraxılış ili 2006-cı il olan **-LH-*** dövlət qeydiyyat nömrə nişanlı “MERCEDES BENZ VİANO” minik markalı avtomobilinin, buraxılış ili 1980-cı il olan **-ZF-*** dövlət qeydiyyat nömrə nişanlı “SAFARİ 540 QOŞQU”, buraxılış ili 1990-cı il olan **-VC-*** dövlət qeydiyyat nömrə nişanlı “MERCEDES 190” minik markalı avtomobilinin, buraxılış ili 2019-cu il olan **-ZF-*** dövlət qeydiyyat nömrə nişanlı “BLYSS QOŞQU QOŞQU”, buraxılış ili 2006-cı il olan 99- SB-807 dövlət qeydiyyat nömrə nişanlı “FİAT DOBLO” minik markalı avtomobilinin, buraxılış ili 2007-ci il olan **-ZF-*** dövlət qeydiyyat nömrə nişanlı “GRAS GS YARİMQOŞQU YARİMQOŞQU” və buraxılış ili 2006-cı il olan **-UP-*** dövlət qeydiyyat nömrə nişanlı “MAN TGA 18.430” yük avtomobillərinin üzərinə həbs qoyulmuşdur. Cavabdeh etibarnamə üzrə nümayəndəsi-vəkili İsmayılov Ceyhun Zöhrab oğlu Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4846/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadından şikayət verərək mübahisə olunan yük avtomobilinin və yarımqoşqunun iddiaçının mülkiyyətində və istifadəsində olduğundan və onların hər ikisinin cəminin qiyməti iddiaçının tələb etdiyi məbləği tam əhatə etdiyindən bütün avtomobillərin üzərinə həbs qoyulmasına heç bir zərurət olmamışdır. Bundan başqa digər avtomobillərdən üçünün bankda girovda olmasını əsas gətirərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-482/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iş materiallarını araşdıraraq, Sədrlik edənin məruzəsini, şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehi, şikayətlə razılaşmayaraq təmin olunmamasını xahiş edən iddiaçının nümayəndəsini dinləyib, hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv olunmalı, İddiaçı səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş iddianı təmin tədbiri kimi cavabdehə məxsus əmlakların üzərinə həbs qoyulmasına dair ərizəyə baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı(bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi kimi tədbirlər görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2018-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin tədbiri barədə ərizə təmin edilərkən özgəninkilədiməsinə qadağan qoyulmuş əmlakların qiymətlərinin iddia tələbləri ilə müvafiq olub-olmadığını araşdırmalıdır. Belə ki, hazırkı iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunsa belə, cavabdehə məxsus 12 adda nəqliyyat vasitələrinin dəyəri iddiaçının tələb etdiyi 55.000 (əlli beş min) manat pulun və əldən çıxmış faydaya görə isə 11.000 (on bir min),cəmi 66 000 (altmış altı min) manat pul vəsaitindən dəfələrlə çox olması açıq aşkar görsənir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin tədbiri barədə ərizəyə yenidən baxılarkən, tərəflərin iştirakını təmin edərək, cavabdehə məxsus əmlakların qiymətləri hərtərəfli araşdırmaqla, nəticəsindən asılı olaraq iddia tələbinin həcmində cavabdehə məxsus əmlakların üzərinə həbs qoyulmaldıır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh nümayəndəsi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İş üzrə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin və növbəti prosessual hərəkətlərin edilməsi üçün mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar