Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2643/2025 12.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ "xxxx" MMC-nin Cavabdeh; Cavabdehun "xxxx" MMC-yə qarşı işi üzrə Açar sözlər: ("pul") hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə ilkin, Cavabdehun (bundan sonra cavabdeh) "xxxx" MMC-yə (bundan sonra iddiaçı) qarşı “pul” tələbi barədə qarşlıqlı iddila ərizələrinə dair Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-8036/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)
1. İddiaçı xx.xx.2023-cü il tarixli müqavilə üzrə 3370,54 manat əsas borc, 337,46 manat cərimə borcunun, xx.xx.2023-ci il tarixli müqavilə üzrə 39,77 manat əsas borc, 3,23 manat cərimə borcu olmaqla, cəmi 3751 manat borc və 57,51 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2023-ci il və xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən, "İphone 14 Pro Max” markalı telefon, "Apple 20W USB-C” adapter, "Xıaomı Redmı A1+” markalı telefon almış və nəticədə 3751 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4544.36 manat (12 ay x 376.28 manat + 29 manat ilkin ödəniş) "İphone 14 Pro Max” markalı telefon, "Apple 20W USB-C” adapter üçün ümumilikdə, 3708 manat olmaqla ondan, 3370.54 manat ödənilməmiş hissə, güzəşt olunaraq 337.46 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 246 manat (12 ay x 20.5 manat + 0 manat ilkin ödəniş) "Xıaomı Redmı A1+” markalı telefon üçün ümumilikdə, 43 manat olmaqla ondan, 39.77 manat ödənilməmiş hissə, güzəşt olunaraq 3.23 manatcərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1380.05 manat təşkil edir.
2. Cavabdeh ilkin iddia ərizəsinin təmin edilməməsi, onlar arasında bağlanmış xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən İMEİ Kodu **********99019 "iPhone 14 Pro Max” markalı telefon, Apple 20W USB-C adapter, İMEİ Kodu **********41546 "Xiaomi Redmi A1” markalı telefonla əlaqədar usta xərci kimi ödədiyi 500 manat pulun iddiaçıdan onu xeyrinə tutulması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkməyə müraciət etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, müqavilə üzrə adları çəkilmiş cihazları aldıqdan qısa müddət sonra keyfiyyətsiz olması ortaya çıxmışdır. Qarşı tərəf ona sənədləri oxutdurmadan təhvil-təslim aktları imzalatmış, lakin müqaviləyə uyğun olmayan, keyfiyyətsiz telefonlar ona verilmişdir. Bütün bunlar onun müqavilə üzrə öhdəliyini yerinə yetirməkdə mane olmuşdur.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Tərəflər arasında xx.xx.2023-cü il tarixdə "İPhone 14 Pro Max” markalı mobil telefonun nisyə alqı-satqısı barədə ********* saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə (ilkin ödəniş 29 manat) əşyanın dəyəri 4544,41 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 376,28 manat müəyyən edilmişdir. Alınan əşya cavabdehə xx.xx.2023-cü il tarixdə təhvil verilmişdir; - Tərəflər arasında xx.xx.2023-cü il tarixdə «Xiaomi Redmi» markalı mobil telefonun nisyə alqı-satqısı barədə 02054673 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyanın dəyəri 246 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 20,5 manat müəyyən edilmişdir. Alınan əşya cavabdehə xx.xx.2023-ci il tarixdə təhvil verilmişdir.
4. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-8036/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, xx.xx.2023-cü il tarixli müqaviləyə görə 3370,54 manat əsas borc, 40 manat cərimə borcu, xx.xx.2023-ci il tarixli müqaviləyə görə 39,77 manat əsas borc, 3,23 manat cərimə borcu olmaqla, cəmi 3453,54 manat pul və 52,90 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 4,61 manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 442, 462.1, 467, 576, 601.1; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ilkin iddia ərizəsi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Mülki Məcəllənin 576-cı maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandlğı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləlsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mallar cavabdehə verilmiş və müqavilənin hissə-hissə ödənilməsi müddəti və məbləği müqaviləyə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşyaların dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilə əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, ilkin iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin müqavilə üzrə hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq xx.xx.2023-cü il tarixli müqavilə üzrə 40 manat məbləğində müəyyən edilməsini daha ağlabatan hesab edir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən ona keyfiyyətsiz təhvil verilmiş mobil telefonun təmir etdirilməsi üçün ödənilmiş pul vəsaitinin geri qaytarılmasını tələb etsə də, əşyanın ona qüsurlu şəkildə təhvil verilməsini, qüsurların aradan qaldırılması üçün təmir etdirməsini və bunun nəticəsində ona maddi ziyanın dəyməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Məhkəmə hesab edir ki, 57,51 manat məbləğində dövlət rüsumu iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin 92%-i nisbətində təmin edilmişdir) tərəflərə aid edilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
5. Cavabdeh apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il, e- 2(011)-8036/2024 saylı qətnaməsinin ilkin iddia tələblərinin təmin edildiyi və qarşılıqlı iddia tələbinin təmin edilmədiyi hissədə ləğv edilməsi, ilkin iddianın tam olaraq təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1; Mülki Prosessual Məcəlləsinin 88, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iş materiallarına və qəbul olunmuş qətnaməyə nəzər salsaq görərik ki, Xətai Rayon Məhkəməsinin qətnaməsi qismən düzgün əsaslandırılmamış, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarının tətbiq edilməsində çox ciddi səhvlərə yol vermiş, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, eyni zamanda iddia tələblərinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallara hüquqi qiymət verilməmiş, iş üzrə bir sıra hallar aydınlaşdırılmamışdır. Hesab edir ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-8036/2024 saylı qətnaməsi ilkin iddia tələblərinin təmin edildiyi və qarşıllıqlı iddia tələbinin təmin edilmədiyi hissələrdə ləğv edilməli, ilkin iddia tələblərinin tam olaraq təmin edilməməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. İddia tələbinə gəldikdə isə iddiaçı «ABC Telecom” MMC xx.xx.2023-cü il tarixli müqavilə üzrə 3370,54 manat əsas borc 337,46 manat cərimə borcunun, xx.xx.2023-ci il tarixli müqavilə üzrə 39,77 manat əsas borc, 3,23 manat cərimə borcu olmaqla, cəmi 3751 manat borcun tutulmasını tələb etsə də, lakin həmin borc məbləğləri düzgün hesablanmamışdır. «ABC Telecom” MMC iddia etdiyi borc məbləğlərinin olmasını sübut etmək üçün məhkəməyə əsaslı sübut təqdim etməmiş və məhkəmə də bu halla kifayətlənərək iddianı qismən təmin etmişdir. Qarşılıqlı iddia ərizəsinə gəldikdə isə xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə aldığı İMEİ Kodu **********99019 “iPhone 14 Pro Max” markalı və İMEİ Kodu **********41546 “Xiaomi Redmi A1” markalı telefonları aldıqda qısa müddət sonra keyfiyyətsiz olması ortaya çıxdı. «ABC Telecom” MMC mənə müqaviləyə uyğun olmayan, keyfiyyətsiz telefonlar satmışdır. Hesab edir ki, həmin telefonların təmirinə xərclədiyi 500 manat pul vəsaiti «ABC Telecom” MMC-dən tutularaq ona ödənilməlidir. Qeyd edilənlərə əsasən hesab edir ki, mükli işə baxan məhkəmə tərəfindən qanunvericiliyin tələbləri pozulmuş, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmamışdır. Bunun nəticəsi olaraq birinci instansiya məhkəməsi qismən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Hesab edir ki, "xxxx" MMC onun borcunun olmasını sübut etmək üçün kifayət qədər sənəd, sübut təqdim etməmişdir. Məhkəmə də bununla kifayətlənərək, təqdim edlən sənədləri mötəbər sübut kimi qiymətləndirmişdir. Hesab edir ki, iddiaçının tərtib etdiyi bircə çıxarışla iddia ərizəsində qeyd edilən borc məbləğləri sübut edilə bilməz. Məhkəmə iddia edilən xx.xx.2023-cü il tarixli müqaviləyə görə 3370,54 manat əsas borc, 40 manat cərimə borcu, xx.xx.2023-ci il tarixli müqaviləyə görə 39,77 manat əsas borc, 3,23 manat cərimə borcu olmaqla, cəmi 3453,54 manat borcun necə müəyyən edildiyini, həmin borc məbləğinin düzgün olaraq hesablandığını və ona satılmış telefonların saz vəziyyət olub-olmadığını aydınlaşdırmamışdır. Qətnamə qəbul edilən vaxta onun "xxxx" MMC-yə cəmi 3453,54 manat borcunun qalması sübut edilməmişdir. Həmçinin "xxxx" MMC tərəfindən ona satılmış telefonların keyfiyyətsiz olmaması da sübut edilməmişdir. Məhkəmənin onun "xxxx" MMC-yə cəmi 3453,54 manat borcunun qalması, iddiaçıya olan borcu ödəməkdən yayınmağın nəticəsinə gəlməsi işin hallarına uyğun deyildir. Borc məbləği düzgün hesablanmamış, olduğundan daha çox yazılmışdır. Məhkəmənin qarşılıqlı iddianın əsassız olması nəticəsinə gəlməsi də işin hallarına uyğun deyildir. Apellyasiya icraatında müəyyən edilən hallar
6. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 217.1. məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3. qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.2. qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən: 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448. əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567. alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
10. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin mübahisə edilən dəlillərinə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 14.2, 76, 77, 80-82, 106.2, 119, 217.4, 385-390-cı maddələri üzrə mülki hüquq münasibətlərinə dair qeyd edilməlidir ki, məhkəmənin işdə olan və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında qəbul etdiyi qərar maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara (tərəflərin qarşılıqlı münasibətlərinə) uyğun olduğundan, cavabdeh tərəfindən öhdəlik, qüsur, borc, hesablanma və sair barədə mötəbər sübutlar təqdim edilmədiyindən apellyasiya şikayətinin subyektiv mülahizə səciyyəli (mübahisələndirən) ziddiyyətli dəlillərinə münasibətdə qətnamənin (qismən) ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, cavabdeh borcun düzgün hesablanmadığına dair sübutlar (ödəniş qəbzi və s), o cümlədən ona satılmış məhsulların keyfiyyətsiz olmasına dair sübutlar təqdim etməmiş və məhkəmə işdə olan sübutlar əsasında işə baxmışdır. "xxxx" MMC ilə bağladığı xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələlərə əsasən nisyə avadanlıq almış və nəticədə borc yaranmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, qeyd edilən müqavilələr üzrə əsas borca ödənilməmiş məbləğ 3410.31, cərimə pulu 340.69, ümumilikdə ödənilməmiş məbləğin 3751 manat olduğu müəyyən edilir. Cavabdeh müqavilə əsasında iddiaçıdan nisyə mal almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında əşyanın dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan əşyanı almasına dair hüququndan istifadə etmiş, əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı qismən təmin etməklə, qarşılıqlı iddianı təmin etməməklə iş üzrə düzgün qənaətə gəlmişdir, bu səbəbdən apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Beləliklə, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıdığından təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
11. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid olmalıdır.
12. Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 (beş min) manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
13. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-8036/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.