Məhkəmə qərarları › İş №2(103)-2655/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2655/2025

24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2655/2025 24.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra – iddiaçı) İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrı cavabdeh (bundan sonra – cavabdeh) Cavabdeh qarşı “yaşayış evinin və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbi və qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi tələbi” barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə (Açar sözlər: şikayət vermə müddətinin bərpası barədə ərizə təmin edilməmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4902/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 4902/2024 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “08 aprel 2024-cü il tarixli ilkin alqısatqı müqaviləsinə əsasən Cavabdeh Bəhman qızı tərəfindən ona satılmış ünvan 1 ünvanında yerləşən 310 kv.m torpaq sahəsində tikilmiş, 258.50 kv.m, 2 mərtəbəli, 4 otaqlı yaşayış evini və evin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi” barədə ilkin iddia tələbinin rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı özünə aid edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında ünvan 2 ünvanında yerləşən 310 kv.m torpaq sahəsində tikilmiş, 258,50 kv.m, 2 mərtəbəli, 4 otaqlı yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin sonuncuya satılmasına dair bağlanmış xx.xx.2024-cü il tarixli, 3M-519 N-li ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh 110000 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

2. Qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir.

3. xx.xx.2025-ci il tarixdə cavabdeh-iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 həmin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamə rəsmi qaydada Cavabdeh rəsmi olaraq təqdim edilməmişdir. Məhkəmə qətnaməsinin nəticə hissəsini (icra vərəqəsini) Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cavabdeh məlumat verdikdən sonra xəbəri olmuşdur. Məhkəmə elektron kabinetinə 11 fevral 2025-ci il tarixdə vəkil müraciəti edilmişdir. Cavabdeh məhkəmə qətnaməsində qeyd edilənlərlə razı olmadığı üçün apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Qeyd edir ki, ünvan 3 ünvanına məhkəmə qətnaməsi rəsmi qaydada poçt vasitəsi ilə təqdim edilməmişdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 4902/2024 saylı qərardadı ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-4902/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4902/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadından cavabdehin nümayəndəsi və vəkili Vəkil3 şikayət verərək qərardadın ləğv edilməsini və Cavabdeh buraxılmış müddətin bərpasına dair ərizəsinin təmin edilməsini xahiş etmişdir.

7. Şikayət, müddətin bərpasına dair verilmiş ərizə ilə eyni məzmunda əsaslandırılmışdır.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4902/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4902/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

10. İddiaçı elektron kabinet vasitəsi ilə şikayətə qarşı etiraz məzmununda ərizə təqdim edərək göstərmişdir ki, Cavabdeh vəkili və nümayəndəsi son məhkəmə iclasına kimi məhkəmədə iştirak etmiş və hətta şikayət vermənin son tarixinə kimi təmsil etdiyi şəxsə apelyasiya şikayətinin verilib verilməməsi barədə məlumat vermişdir. Həmçinin bildirir ki, məhkəmə qətnaməsi icraya yönəldikdən sonra icra məmuru icraata başlama haqqında qərar və bildirişi xx.xx.2025-ci il tarixində borcluya göndərmiş xx.xx.2025-ci il tarixində borclu poçt qəbzinə imza atmaqla icra məmurunun qərar bildirişini almışdır. Əgər borclu Cavabdeh ərizəsində qeyd etdiyi kimi məhkəmə qətnaməsindən xəbərsiz olmuş olsaydı o, artıq xx.xx.2025-ci il tarixində qərar bildirişi alan kimi şikayət ərizəsi ilə məhkəməyə müraciət etməli idi. Cavabdeh könülü icra müddətini ötürmüş qərar bildirişi aldıqdan sonra 1 ay keçdikdən sonra Apelyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-4902/2024 saylı qərardadına əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməmişdir. Qeyd edilən qərardaddan narazı qalan Cavabdeh vəkili və nümayəndəsi Vəkil3 tərəfindən Bakı Apelyasiya məhkəməsinə şikayət ərizəsi ilə müraciət edilmişdir. Bununla bağlı bildirir ki, Cavabdeh və onun vəkili Vəkil3 əsassız şəkildə məhkəmənin vaxtını alırlar. Belə ki, Cavabdeh özü Binəqədi rayon Məhkəməsinin qətnaməsindən məlumatlı olmuşdur. Onun əri Zaur İsayev və ərinin qardaşı X8 rayon məhkəməsində işə baxılarkən şahid qismində işdə iştirak etmişlər. Eyni zamanda bildirir ki, məcburi icra tədbirləri zamanı Cavabdeh barəsində icra məmuru onu axtarışa vermiş və axtarışın icra olunması ərazi aidiyyatı üzrə Binəqədi RPİ-nin 6-cı PŞ-nə tapşırılmışdır. 6- cı PŞ-nin sahə müvəkkili (Alqayıt) axtarış işi ilə bağlı dəfələrlə Cavabdeh ilə telefon vasitəsilə əlaqə saxlamış, bir neçə dəfə isə yaşadığı ünvana getmişdir. Bundan sonra Cavabdeh vəkili Vəkil3 müdafiə etdiyi şəxsi öyrədərək xx.xx.2025-ci il tarixində onun adına Chevrolet Cruze minik markalı **-LO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini rəsmiləşdirərək könüllü olaraq Binəqədi rayon İcra şöbəsinə gətirib təhvil vermişdir. Binəqədi rayon İcra şöbəinin İcra məmuru Ələddin Hüseynov təqdimatla borclunun əmlakının üzrəinə həbs qoyulması üçün aidiyyatı üzrə Binəqədi rayon Məhkəməsinə müraciət etmiş, Binəqədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 290/2025 saylı qərardadı ilə təqdimat təmin edilmiş və borclu Cavabdeh mülkiyyətində olan nəqliyyat vasitəsinə həbs qoyulmuşdur. Vəkil3 bütün bunları etməkdə məqsədi müdafiə etdiyi Cavabdeh barəsində olan axtarış işinin dayandırılmasına müavəffəq olmaqdır. Yuxarıda qeyd edilənlər bir daha sübut edir ki, Cavabdeh məhkəmə qətnaməsinin varlığından məlumatı olmuş, lakin bilərəkdən yersiz ərizələrlə məhkəmələrin vaxtını boş yerə alır, eyni zamanda məhkəmələrdə iş yükünü artırır. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh müddətin bərpa olunması barədə qərardaddan vermiş olduğu apelyasiya şikayəti təmin olunmamalıdır.

Tətbiq edilən hüquq normaları:

11. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.6.-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

12. Həmin Məcəllənin 135.5-cı maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 13.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən a pellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

14. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

15. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

16. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

17. Mülki Prosessual Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) (Maddə 133.3)

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

19. Belə ki, iş materiallarından göründüyü kimi məhkəmənin xx.xx.2024-cü il tarixli, e- 2(001)-4902/2024 saylı qətnaməsi Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, apellyasiya şikayəti isə qanunla müəyyən edilmiş 1 aylıq müddət ötürülərək xx.xx.2025-ci il tarixdə elektron kabinetə yerləşdirilmişdir. 20.Qətnamənin Cavabdeh poçt vasitəsilə göndərilməməsi ilə bağlı şikayətin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanuvericiliyin istinad olunan normalarından göründüyü kimi “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılır və bu halda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 21.Göründüyü kimi qətnamə Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilməklə rəsmi qaydada təqdim edilməsinə baxmayaraq apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə isə qətnamənin qəbul olunduğu tarixdən 2 aydan da çox keçdikdən sonra xx.xx.2025-ci il tarixdə təqdim edilmiş, müddətin ötürülməsinin üzrlü səbəbləri müəyyən edilməmişdir.

22. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

23. Beləliklə, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir.

24. Hazırki işin halları baxımından isə belə hallar mövcud deyildir. Belə ki, ərizədə və şikayətdə qeyd olunan əsaslar – qətnamənin poçt vasitəsi ilə göndərilməməsi və icra mərhələsində qətnamədən xəbərdar olunması kimi dəlillər MPM-in normativ tələbləri çərçivəsində üzürlü səbəb hesab edilmir. 25 Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi buraxılmış prosessual müddətin bərpa edilməməsi barədə qərardad qəbul etməkdə qanuni və əsaslı nəticəyə gəlmişdir.

26. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

27. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4902/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Musayeva Cəmilə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar