Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-266/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X4 və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı “kreditlər və qarantiya üzrə əsas borcların, hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-227/2018 saylı, 18 oktyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı “kreditlər və qarantiya üzrə əsas borcların, hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-227/2018 saylı, 18 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin olunması, 14 aprel 2016-cı il tarixli, K1874 saylı kredit müqaviləsinə əsasən cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh7 İddiaçı ASC-nin xeyrinə ******* (bir milyon bir yüz on bir min yeddi yüz doxsan altı) manat 34 (otuz dörd) qəpik əsas, 449536 (dörd yüz qırx doqquz min beş yüz otuz altı) manat 09 (doqquz) qəpik faiz, 32155 (otuz iki min bir yüz əlli beş) manat 81 (səksən bir) qəpik cərimə, cəmi ******* (bir milyon beş yüz doxsan üç min dörd yüz səksən səkkiz) manat 24 (iyirmi dörd) qəpik məbləğində pul vəsaiti, 22 iyun 2015-ci il tarixli, K1606/02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh6 İddiaçı ASC-nin xeyrinə 235542 (iki yüz otuz beş min beş yüz qırx iki) manat 77 (yetmiş yeddi) qəpik əsas, 4305 (dörd min üç yüz beş) manat 20 (iyirmi) qəpik faiz, 2767 (iki min yeddi yüz altmış yeddi) manat 63 (altmış üç) qəpik cərimə, cəmi 242615 (iki yüz qırx iki min altı yüz on beş) manat 60 (altmış) qəpik məbləğində pul vəsaiti, 07 avqust 2015-ci il tarixli, K1662 saylı ərizə çərçivəsində verilmiş 2015-129LG bank qarantiyası üzrə cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh6 İddiaçı ASC-nin xeyrinə 99898 (doxsan doqquz min səkkiz yüz doxsan səkkiz) ABŞ dolları 36 (otuz altı) sent əsas, 5149 (beş min bir yüz qırx doqquz) ABŞ dolları 14 (on dörd) sent faiz, 275 (iki yüz yetmiş beş) ABŞ dolları 90 (doxsan) sent cərimə, cəmi 105323 (bir yüz beş min üç yüz iyirmi üç) ABŞ dolları 40 (qırx) sent məbləğində pul vəsaiti ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh7 İddiaçı ASC-nin xeyrinə 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumu və 150 (bir yüz əlli) manat xidmət haqqı vəsaitinin tutulması, K1662, K1606 və K1874 saylı kredit müqavilələri üzrə tələb ipoteka ilə yüklü edilmiş Cavabdeh5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin 1-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 330000 (üç yüz otuz min) manat məbləğində müəyyən edilməsi, həmçinin tutmanın Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin 2-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 140000 (bir yüz qırx min) manat məbləğində müəyyən edilməsi, həmçinin K1874 və K1606 saylı kredit müqavilələri üzrə tutma Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi ilə birlikdə əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin ******* (bir milyon bir yüz əlli min) manat məbləğində müəyyən edilməsi, həmçinin K1874 və K1662 saylı ərizələr üzrə tutmanın Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 155000 (bir yüz əlli beş min) manat məbləğində müəyyən edilməsi, həmin əmlakların açıq hərracda satılması, həmin daşınmaz əmlakların satışından əldə olunmuş vəsaitin cavabdehlər "xxxx" MMC-nin, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh7 İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, həmin əmlaklara tutmanın yönəldildikdən və satıldıqdan sonra bir ay ərzində boşaldılaraq, mülkiyyətçilərinə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan məbləğin "xxxx" MMC-nin, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh6 İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda qalıq məbləğin "xxxx" MMC-dən, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh6 ümumi qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə müqavilələr imzalayarkən 1 dollar 0.78 manat idi. Yəni müqavilə öhdəliklərini yerinə yetirmək üçün, müqaviləni imzalayarkən həmin vaxt mövcud olan bazar şərtləri nəzərə alınmışdı və həmin şərtlər daxilində borcu qaytarmaqda heç bir problem yox idi. Sonradan 21 fervral 2015-ci il və 22 dekabr 2015-ci illərdə baş vermiş devalvasiya nəticəsində ABŞ dollarının dəyəri birdən-birə 100 fazidən çox qalxmış, daxili bazarda isə malların və xidmətlərin qiymətləri həmin faiz dərəcəsinə uyğunlaşdırılmamışdır. Rəsmi dövlət orqanları isə qiymətin qaldırılmaması ilə bağlı dəfələrlə kütləvi informasiya vasitələri ilə əhaliyə xəbərdarlıq etmişdirlər. Mərkəzi Bankın Azərbaycan manatının 9 ay ərzində, 100 faizdən artıq devalvasiya edilməsi haqqında qərarı, onun öz öhdəliklərimi yerinə yetirmək vəzifəsinin icrasını mümükünsüz etmişdir. Başqa sözlə, həmin kredit müqaviləsi bağlanarkən, onun əsas götürdüyü şərait əhəmiyyətli dərəcədə dəyişmiş və həmin müqaviləni bağlayarkən ümid etməyə haqqı çatanlardan tamamilə məhrum olmuşdur. Cavabdeh bankın əməkdaşları tərəfindən qanunvericiliyə uyğunlaşdırılmadan tərtib edilən müqaviləyə görə o nəinki həmin müqavilə imzalanarkən ehtimal edilən gəliri əldə etmiş, əksinə çox böyük ziyana düşmüşdür. Belə ki, kredit müqavilələrindən sonra baş vermiş devalvasiya nəticəsində və Mərkəzi Bank tərəfindən manatın 100 faizdən artıq devalvasiya edilməsi haqqında qərarı nəticəsində, 22 dekabr 2015-ci ildəki devalvasiyadan sonrakı borcunu 1.05 məzənnəsi ilə yox, hazırda daha yüksək məzənnə ilə ödəmək məcburiyyətində qalmışdır. Hal-hazırda o ölkədə mövcud olan qanunvericiliyin və iradəsinin ziddinə olaraq, bank əməkdaşları tərəfindən tərtib olunmuşdur. İşin hallarından aydın olduğu kimi, o cavabdehlə kredit müqaviləsi bağlanandan bir müddət sonra ölkə ərazisində dolların məzənnəsinin kəskin qalxması şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb olmuş, bunun nəticəsində də o bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən bilsə idi, müqaviləni əhəmiyyəli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə bağlamazdılar. İddia tələbində borc məbləğlərinin şişirdilməsi müəyyən olunduğundan yenidən ekpertiza təyin olunmalı idi. Məhkəmə bu barədə vəsatətlərini təmin etməmişdir və təmin etməməsini əsaslandırmamışdır. Çünki məhkəmə mübahisəsi dövründə 500.000 manatdan çox pul ödənilmişdir. İddiaçı iddia tələbini azaltmaq əvəzinə daha da çoxaltmış və iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə ilə müraciət etmişdir. Məhkəmə əmlaklara qoyulmuş qiymətlər arasındakı fərqi də nəzərə almamış və əsaslandırılmamışdır. Bundan əlavə məhkəmə qət etdi hissəsində ipoteka predmetlərinin satışından əldə olunan məbləğ "xxxx" MMC-nin, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh6 İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda qalıq məbləğ "xxxx" MMC-dən, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh6 ümumi qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi göstərilmişdir. Halbuki bu icra mərhələsində həll olunması ilə bağlı olan məsələdir. Məhkəmə MPM-in müddəalarından kənara çıxmışdır. İddiadan da göründüyü kimi İddiaçı ASC bağlanmış müqavilələr üzrə əsas kredit borcunu və müqavilə müddətinin sonuna kimi kredit üzrə faizləri və hər gecikdirilən gün üçün cərimə tələb edir. Kredit müqaviləsi üzrə və Qanunun tələbindən göründüyü kimi İddiaçı ASC ondan kredit müqaviləsi üzrə kredit borcunu, faiz və cəriməni istəyirsə, onda bağlanmış kredit müqavilələrinə xitam verilməlidir. İddiaçı isə qanunsuz və əsassız olaraq cavabdehdən yəni ondan kredit borclarını tələb etdiyi halda müqaviləyə xitam verilmədən bağlanmış müqavilələr üzrə kreditin qaytarma müddətinin sonunadək faizləri tələb edir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5970/2019 saylı, 10 may 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-7503/2019 saylı, 06 dekabr 2019-cu il tarixli qərarı ilə Cavabdeh6 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 may 2019-cu il tarixli qətnaməsi ləğv edilib iş yeni apellyasiya baxışına qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin "xxxx" MMC-yə aid hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yazılı sübutlar əsasında müəyyən edilir ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış 12 iyun 2015ci il tarixli, K1606 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə ******* (bir milyon beş yüz qırx min) manat məbləğində kredit xətti açılmışdır. 22 iyun 2015-ci il tarixli, K1606/02 saylı kredit müqaviləsinə görə İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə 22 iyun 2017-ci il tarixədək 700000 (yedi yüz min) manat, 14 aprel 2016-cı il tarixli, K1874 saylı kredit müqaviləsinə əsasən 14 aprel 2020-ci il tarixədək ******* (bir milyon bir yüz doxsan üç min doqquz yüz altmış dörd) manat, 07 avqust 2015-ci il tarixli, K1662 saylı kredit müqaviləsinə görə 24 ay müddətinə 405000 (dörd yüz beş min) ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. 06 iyun 2015-ci il tarixli, Z0622 saylı zaminlik müqaviləsinə görə Cavabdeh6, İddiaçı ASC ilə Cavabdeh8 arasında bağlanmış 14 aprel 2016-cı il tarixli, Z1593 saylı, İddiaçı ASC ilə Cavabdeh6 arasında bağlanmış 14 aprel 2016-cı il tarixli, Z1594 saylı, İddiaçı ASC ilə Cavabdeh7 arasında bağlanmış 14 aprel 2016-cı il tarixli, Z1595 saylı zaminlik müqavilələrinə əsasən müvafiq olaraq cavabdehlər Cavabdeh8, Cavabdeh6 və Cavabdeh7 borclu "xxxx" MMC-nin qeyd olunan kredit öhdəliklərinin vaxtında və lazımınca icrası üçün bank qarşısında zamin durmuşlar. 25 sentyabr 2018-ci il tarixli maliyyə arayışına əsasən 24 sentyabr 2018-ci il tarixinə cavabdeh "xxxx" MMC-nin 14 aprel 2016-cı il tarixli, K1874 saylı kredit müqaviləsi üzrə ******* (bir milyon bir yüz on bir min yeddi yüz doxsan altı) manat 34 (otuz dörd) qəpik əsas, 449536 (dörd yüz qırx doqquz min beş yüz otuz altı) manat 09 (doqquz) qəpik faiz, 32155 (otuz iki min bir yüz əlli beş) manat 81 (səksən bir) qəpik cərimə, cəmi ******* (bir milyon beş yüz doxsan üç min dörd yüz səksən səkkiz) manat 24 (iyirmi dörd) qəpik, 22 iyun 2015-ci il tarixli, K1606/02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən cavabdeh "xxxx" MMC-nin 235542 (iki yüz otuz beş min beş yüz qırx iki) manat 77 (yetmiş yeddi) qəpik əsas, 4305 (dörd min üç yüz beş) manat 20 (iyirmi) qəpik faiz, 2767 (iki min yeddi yüz altmış yeddi) manat 63 (altmış üç) qəpik cərimə, cəmi 242615 (iki yüz qırx iki min altı yüz on beş) manat 60 (altmış) qəpik, 07 avqust 2015-ci il tarixli, K1662 saylı ərizə çərçivəsində verilmiş 2015-129LG bank qarantiyası üzrə cavabdeh "xxxx" MMC-nin 99898 (doxsan doqquz min səkkiz yüz doxsan səkkiz) ABŞ dolları 36 (otuz altı) sent əsas, 5149 (beş min bir yüz qırx doqquz) ABŞ dolları 14 (on dörd) sent faiz, 275 (iki yüz yetmiş beş) ABŞ dolları 90 (doxsan) sent cərimə, cəmi 105323 (bir yüz beş min üç yüz iyirmi üç) ABŞ dolları 40 (qırx) sent təşkil etmişdir. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 14 aprel 2016-cı il tarixli, İS1706 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 ünvan 2 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi ilə birlikdə əmlak kompleksi, İddiaçı ASC ilə Cavabdeh5 arasında bağlanmış 18 aprel 2016-cı il tarixli sonrakı ipoteka müqaviləsinə görə cavabdeh Əsədov X8 rayonu, Murtuz Muxtarov küçəsi 145 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 306.2 kv.m olan 1-ci mərtəbəsinin 1-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsi, İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 15 aprel 2016-cı il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən cavabdeh Əhmədov X7 rayonu, Murtuz Muxtarov küçəsi 145 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 125.8 kv.m olan 1-ci mərtəbəsinin 2-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsi, İddiaçı ASC ilə X6 arasında bağlanmış 15 aprel 2016-cı il tarixli sonrakı ipoteka müqaviləsinə görə cavabdeh X6 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 130.8 kv.m olan zirzəmi sahəsini İddiaçı ASC-nin qarşısında ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 23 aprel 2016-cı il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən 23 yanvar 2014-cü il tarixli, BPŞ/GTC013/2014 saylı şərtlər toplusu çərçivəsində olan 14 aprel 2016-cı il tarixli, K1874 saylı maliyyələşdirmə üçün ərizənin təminatı kimi ünvan 3 ünvanında yerləşən qeyriyaşayış sahəsinə dair bağlanmış ipoteka müqaviləsi 23 aprel 2016-cı il tarixdə, 22 aprel 2016-cı il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən 23 yanvar 2014-cü il tarixli, BPŞ/GTC-013/2014 saylı şərtlər toplusu çərçivəsində olan ******* (bir milyon bir yüz doxsan üç min doqquz yüz altmış dörd) manat kreditin təminatı kimi ünvan 2 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi ilə birlikdə əmlak kompleksinə dair bağlanmış ipoteka müqaviləsi 22 aprel 2016-cı il tarixdə, 22 aprel 2016-cı il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən 23 yanvar 2014-cü il tarixli, BPŞ/GTC-013/2014 saylı şərtlər toplusu çərçivəsində olan 14 aprel 2016-cı il tarixli, K1874 saylı maliyyələşdirmə üçün ərizənin təminatı kimi ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin 1-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsinə dair bağlanmış ipoteka müqaviləsi 22 aprel 2016-cı il tarixdə, 23 aprel 2016-cı il tarixli, RX seriyalı ******* nömrəli çıxarışına görə 23 yanvar 2014-cü il tarixli, BPŞ/GTC013/2014 saylı şərtlər toplusu çərçivəsində olan 14 aprel 2016-cı il tarixli, K1874 saylı maliyyələşdirmə üçün ərizənin təminatı kimi ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin 2-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsinə dair bağlanmış ipoteka müqaviləsi 23 aprel 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 27 aprel 2017- ci il tarixli qeydiyyat məktublarına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişləri qeydiyyata alınmışdır. "xxxx" MMC tərəfindən verilmiş 10 may 2018-ci il tarixli, 0335/18/BP saylı hesabata görə Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsində, 0,20 ha torpaq sahəsində yerləşən 1664,2 kv.metr ümumi sahədən ibarət 109 nömrəli əmlak kompleksi kimi müəssisənin bazar dəyəri ******* (bir milyon bir yüz əlli min) manat, 27 avqust 2018-ci il tarixli, 0721/18/PB saylı hesabata əsasən ünvan 3 ünvanında 5 mərtəbəli binanın zirzəmisində yerləşən 130,8 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri 155000 (bir yüz əlli beş min) manat, 27 avqust 2018-ci il tarixli, 0723/18/PB saylı hesabata görə ünvan 1 ünvanında 7 mərtəbəli binanın 1-ci mərtəbəsinin 1-ci səviyyəsində yerləşən 360,2 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri 330000 (üç yüz otuz min) manat, 27 avqust 2018-ci il tarixli, 0722/18/PB saylı hesabata əsasən ünvan 1 ünvanında 7 mərtəbəli binanın 1-ci mərtəbəsinin 2-ci səviyyəsində yerləşən 125,8 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri 140000 (bir yüz qırx min) manat təşkil edir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Mülki Məcəllənin 319.1, 319.6, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1, 34.1.1, 34.1.2, 59.3, 59.3.1-cü maddələrini tətbiq edərək və ekspert rəyini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, ipoteka predmetlərinin illkin satış qiymətləri ekspert rəyinə uyğun müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1, 319.6, 385.1, 386.1, 399.1, 421.2, 433.1, 442, 445.7, 448.1, 465.2 və 467-ci, “İpoteka haqqında” Qanunun 6.1, 34.1.1, 34.1.2, 59.3, 59.3.1-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, cavabdeh "xxxx" MMC-nin kredit müqavilələrindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin müqavilələrdən yaranan əsas, faiz və azaldılmış cərimə borcu Bankın xeyrinə tutulmalı və tutma ipoteka predmetlərinə yönəldilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmə öz qərarında qeyd edir ki, mülki işin materialları ilə müəyyən edilir ki, məhkəmələr tərəfindən İddiaçı ASC-nin iddia tələbi əsasında 3 kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və cərimə hesablanaraq tutulmuş, kreditin verilməsi və ödənilməsi 2015- 2016-2017 və 2018-ci il tarixlərini əhatə etmiş, məhkəmələr tərəfindən kredit müqavilələri üzrə əsas borc, faiz borcu və cərimə borcu ilə əlaqədar heç bir dəyərləndirmə aparılmamış və yalnız İddiaçı ASC-nin 25 sentyabr 2018-ci il tarixli maliyyə arayışı əsas götürülmüşdür. Üç müqavilə üzrə cəmi 1.836.103 (1.593.488+242.615) manat və 105.323 ABŞ dolları məbləğində borcun müəyyən edilməsi xüsusi bilik tələb olunan sual kimi başa düşülməli və iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli idi. Apellyasiya baxışı zamanı Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq borc məbləğlərinin dəqiq müəyyən edilməsi məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə ekspertizası mərkəzinin 16.10.2020-ci il tarixli 9/1782 saylı ekspert rəyinə əsasən tələb olunan 24.09.2018-ci il tarixinə "xxxx" MMC-nin borc məbləği 14 aprel 2016-cı il tarixli, K1874 saylı kredit müqaviləsinə əsasən cəmi ******* (bir milyon beş yüz doxsan üç min dörd yüz səksən səkkiz) manat 24 (iyirmi dörd) qəpik, o cümlədən ******* (bir milyon bir yüz on bir min yeddi yüz doxsan altı) manat 34 (otuz dörd) qəpik əsas, 449536 (dörd yüz qırx doqquz min beş yüz otuz altı) manat 09 (doqquz) qəpik faiz, 32155 (otuz iki min bir yüz əlli beş) manat 81 (səksən bir) qəpik cərimə, 22 iyun 2015-ci il tarixli, K1606/02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən cəmi 242615 (iki yüz qırx iki min altı yüz on beş) manat 60 (altmış) qəpik, o cümlədən 235542 (iki yüz otuz beş min beş yüz qırx iki) manat 77 (yetmiş yeddi) qəpik əsas, 4305 (dörd min üç yüz beş) manat 20 (iyirmi) qəpik faiz, 2767 (iki min yeddi yüz altmış yeddi) manat 63 (altmış üç) qəpik cərimə, 22.09.2016-cı il tarixli K2015-129LG saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı) üzrə cəmi 105323 (bir yüz beş min üç yüz iyirmi üç) ABŞ dolları 40 (qırx) sent, 99898 (doxsan doqquz min səkkiz yüz doxsan səkkiz) ABŞ dolları 36 (otuz altı) sent əsas, 5149 (beş min bir yüz qırx doqquz) ABŞ dolları 14 (on dörd) sent faiz, 275 (iki yüz yetmiş beş) ABŞ dolları 90 (doxsan) sent cərimə müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Həmçinin, qeyd olunmalıdır ki, kredit müqavilələri üzrə iddiaçının 25 sentyabr 2018-ci il tarixli maliyyə arayışında qeyd etdiyi məbləğlə ekspert rəyində qeyd olunmuş məbləğ üst-üstə düşür. Nəzərə alınmalıdır ki, tələb olunan cərimə məbləği əsas borca mütənasibdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Cavabdeh "xxxx" MMC edilmiş ödənişlər nəticəsində müqavilə üzrə daha az borcunun yarandığı barədə sübutlar təqdim etməmişdir. Kollegiya, həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul olunmasından sonra kredit müqavilələri üzrə edilmiş ödənişlər hazırkı işin baxılması zamanı nəzərə alına bilməz. Belə ki, apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Ona görə də qətnamənin qəbulundan sonra edilmiş ödənişlər icra mərhələsində nəzərə alınmalı və yekun borcdan silinməlidir. Bundan başqa, birinci instansiya məhkəməsində işə baxılarkən tərəflər arasında bununla bağlı mübahisə olduğundan birinci instansiya məhkəməsi ipoteka predmetlərinin ilkin satış qiymətini məhkəmə baxışı zamanı keçirilmiş müstəqil qiymətləndirici rəyi əsasında müəyyən etmişdir. Cavabdeh həmin rəyin məlumatlarını şübhə altına alan, o cümlədən, əmlakların qiymətinin ekspert rəyindən fərqli olduğunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə məhkəmə qətnaməsində ipoteka predmetlərinin satışından əldə olunan məbləğ kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda qalıq məbləğin ümumi qaydada tutularaq ödənilməsinin göstərilməsinin MPM-in müddəalarından kənara çıxma kimi qiymətləndirilməsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 sentyabr 2018-ci il tarixli qərarının nəticə hissəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Kollegiya həmçinin hesab edir ki, məhkəmə-mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 250 manat cavabdeh "xxxx" MMC-dən tutulmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-227/2018 saylı, 18 oktyabr 2018-ci il tarixli qətnaməsi "xxxx" MMC-yə aid hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh "xxxx" MMC-dən 250 manat tutularaq Məhkəmə ekspertiza mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2(103)-266/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-266/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver