Məhkəmə qərarları › İş №2(103)-266/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-266/2025

26.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-266/2025 26.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-yə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər:(“ mənzildə təmir işlərinin aparılmasına icazə verilməsi və s. ) hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi X7 (əvvəlki iclaslarda iştirak etmiş iddiaçının nümayəndəsi vəkil Nümayəndə), cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC –yə qarşı mənzildə təmir işlərinin aparılmasına icazə verilməsi və s” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-569/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı qeyri-yaşayış sahələrini (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə təmirsiz mənzildə tərəfindən təmir işlərinin aparılmasına icazə verilməsi və cavabdehin qanunsuz hərəkətlərinin dayandırılması, nə səbəbdən cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi səbəbləri barədə cavabdeh tərəfindən məlumatın verilməsi, cavabdehin rəhbərliyi barəsində xüsusi qərardadın qəbul olunaraq prokurorluq orqanlarına göndərilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında mülki hüquq münasibətlərinin yaranması əsası, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə olmuşdur. Tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, Nobel pr-ti 13 ünvanında cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında təmirsiz 1 ,2 və 3 - cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsini (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə 86 kv.m olan təmirsiz mənzilin cavabdeh tərəfindən mülkiyyətinə verilməsinə dair, həmçinin qeyd olunan 1482 kv.m qeyri-yaşayış sahəsi ilkin iddia üzrə iddiaçıya təhvil verilənə qədər hər ay 8600 manat kirayə haqqı olaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməsinə dair öhdəlik götürmüşdür. İlk olaraq cavabdeh kirayə haqqı olaraq ödəməli olduğu 8600 manatı ödəmədiyindən yaranmış borca dair tələb irəli sürülmüşdür. Müqavilə üzrə ona təhvil verilməli olan yaşayış və qeyri-yaşayış sahəsi və ümumiyyətlə bina tam inşa olunduğundan mülkiyyətinə, istifadə və sahibliyinə təhvil verilərək, onun mənzilə köçürülməyinə dair ikinci tələb irəli sürülmüşdür. Hər iki tələbin irəli sürülməsi üçün hüquqi zəmin və subyektiv hüquq yaranmışdır. Belə ki, müqavilə üzrə cavabdeh üzərinə düşən öhdəliyi icra etmirdi və bu səbəbdən də məhkəməyə müraciət olunmuşdur. Cavabdeh tərəfindən aralarında bağlanmış xx.xx.2018-ci il tarixli Notariat Reyestrində 3M- 459 saylı qeyd edilmiş müqavilənin ləğv edilməsi, iddiaçının mülkiyyət hüququnun pozulması ilə əlaqədar 1 600 000 manat pulun cavabdeh tərəfindən ödənilməklə Bakı şəhəri, Nobel prospekti 13 A ünvanında yerləşmiş 1140 kv.m olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququqna xitam verilməsi barədə qətnamənin qəbul olunması tələbi ilə qarşılıqlı iddia irəli sürmüşdür. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021- ci il tarixli, 2(103)-7636/2021 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçının iddia tələbi qismən 15 fevral 2021- ci il tarixə kimi kirayə haqqının ödənilməsi hissəsində təmin olunmuş, cavabdehdən cəmi 206430 manat pulun alınaraq iddiaçıya verilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın rədd olunması qət edilmişdir. AR Ali Məhkəməsinin 2(102)- 1998/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli Qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-7636/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qüvvəyə minmiş məhkəmə aktları ilə cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixə kimi kirayə haqqı tutulmuşdur. Lakin həmin tarixdən bu günə kimi cavabdeh tərəfindən 08 mart 2018-ci il tarixli müqavilə üzrə öhdəliklərini yerinə yetirmir, o cümlədən hər ay ödəməli olduğu 8600 manat icarə haqqını ödəməkdən imtina edir. Belə ki, cavabdeh müqavilə üzrə Nobel pr-ti 13 ünvanında cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında təmirsiz 1, 2 və 3-cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsini (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə 86 kv.m olan təmirsiz mənzilin ona təhvil verilməsi öhdəliyini icra etməkdən imtina edir. Baxmayaraq ki, bina yalnız sonuncu mərtəbə istisna olmaqla tam inşa olunmuşdur və sonuncu mərtəbəni də bilərəkdən inşası dayandırılıb ki, binada olan yaşayış və qeyri-yaşayış sahələrinin təhvil verilməsinin qarşısı alınsın. Tərəflər arasında sonuncu məhkəmə aktı 2023-cü ilin fevral ayında qəbul olunsa da, bu günə kimi qüvvədə olan məhkəmə aktlarının heç biri cavabdeh tərəfindən icra olunmur. Həmçinin qeyd olunan binanın inşasının yekunlaşması üçün heç bir addım atılmır. Bundan başqa ona məxsus qeyri-yaşayış sahəsində isə təmir işləri aparılır. Onun həmin binaya buraxılmamağı və müqavilənin şərtlərinə əsasən ona verilməli olan yaşayış və qeyri-yaşayış sahələri təmirsiz olaraq verilməlidir. Hal-hazırda orda aparılan təmir işləri, onu narahat edir ki, ona məxsus əmlak cavabdeh tərəfindən qeyri-qanuni yolla özgəninkiləşdirilə bilər. Baxmayaraq ki, Nizami rayon Məhkəməsinin qərardadı ilə Nobel pr-ti 13 ünvanında cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında təmirsiz 1, 2 və 3-cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsini (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə 86 kv.m olan təmirsiz mənzilin cavabdeh tərəfindən mülkiyyətinə verilməsinə dair, həmçinin qeyd olunan 1482 kv.m qeyri-yaşayış sahəsinin özgəninkiləşdirməsinə qadağa qoyulmuşdur. Cavabdeh bilərərkdən məhkəmələrə yalan məlumat verərək, guya binanın tikilib yekunlaşması üçün hələ 2 mərtəbəsi qalıb və onun inşasına imkanı olmadığını bildirir. Lakin bina artıq inşa olunmuşdur və ilkin lahiyə sənədlərində binanın 18 mərtəbədən ibarət olması göstərilsə də, hal-hazırda guya binanın 20 mərtəbəli olması barədə yalan fikir formalaşdırılır. Ona məxsus yaşayış və qeyri-yaşayış sahəsi inşa olunub və halhazırda əgər orda kimlərinsə, təmir aparmasına icazə verilirsə, ona da icazə verilməlidir ən azından ona məxsus əmlakı təmir etsin. Cavabdeh binanın inşa olunub yekunlaşması istiqamətində heç bir addım atmır, həmçinin ödəməli olduğu kirayə haqqınıda ödəməkdən imtina edir. Belə olan halda ən azından ona məxsus əmlakın təmir olunması, ən əsası isə pəncərələrin qoyulmasını təmin etməklə, yağış suyunun içəri axmasının qarşısının alınması tələb olunur.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-569/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədə qeyd edilmişdir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında 08 mart 2018-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Nobel prospekti 13 ünvanında cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında təmirsiz 1,2 və 3-cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsinin (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə 86 kv.m olan təmirsiz mənzilin cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə verilməsinə dair, həmçinin qeyd olunan 1482 kv.m qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilənə qədər hər ay 8600 manat kirayə haqqı olaraq "İnşaat Konstruksiyaları” MMC tərəfindən İddiaçı ödənilməsinə dair öhdəlik götürülmüşdür. İddiaçı qeyri yaşayış sahəsində və mənzildə təmir işlərinin aparılmasına icazə verilməsini tələb edir. İddiaçının tələbi mahiyyət etibarilə mənzilin və qeyri-yaşayış sahəsinin təhvil verilməsi deməkdir. Lakin mənzildə və qeyri-yaşayış sahəsində təmir işlərinin aparılması təmin edilə bilməz. Belə ki, həm məhkəmə araşdırması zamanı, həm də mübahisə predmeti olan yüksəkmərtəbəli binana yerində baxış zamanı müəyyən olunmuşdur ki, binanın inşası tam başa çatmamış, binada təmir tikinti işləri hələ də davam etməkdədir. İddiaçı iddia tələbinin əsası kimi mənzildə təmir tikinti işlərinin başa çatdığını bildirsə də, qeyd edildiyi kimi müəyyən olunur ki, təmir tikinti işləri hələ də davam etməkdədir. Tikintisi başa çatmayan, istismara buraxılma aktı mövcud olmayan binada müvafiq mənzil və ya qeyri-yaşayış sahəsində təmir işlərini aparılmasına icazə verilməsi həm mümkün deyil, həm də iddia təmin edildiyi təqdirdə qətnamənin icrası mərhələsində qeyri-müəyyənliklərə səbəb olacaq və icrası mümkün olmayan qətnamə qəbul edilmiş olacaqdır. İddiaçı əvvəllər də mənzilin və qeyi- yaşayış sahəsinin ona təhvil verilməsi barədə iddia ərizəsilə məhkəməyə müraciət etsə də, həmin iddia tələbi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)- 752/2023 saylı qətnaməsində də qeyd edilmişdir ki, “qeyd edilən ünvanda inşa edilməkdə olan çoxmənzilli yaşayış binasında tikinti işləri başa çatmamışdır və hal-hazırda da davam etməkdədir. Burada həmçinin nəzər alınmalıdır ki, qarşılıqlı iddiaçı artıq bir dəfə eyni tələbə dairiddia ilə məhkəməyə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həmin iddia təmin edilməmişdir. İddianı rədd edərkən məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, inşa edilən binanın tikintisi tam başa çatdırılmadığına və bina istismara verilmədiyinə görə inşa edilən binanın 1, 2 və 3-cü mərtəbələrində - hər bir mərtəbədə 494 kv.metr olmaqla ümumi sahəsi 1482 kv.m olan təmirsiz qeyri-yaşayış sahəsinə (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə 86 kv.metr sahəsi olan təmirsiz mənzilinə iddiaçının mülkiyyət hüququnuinh tanınması, həmin qeyri-yaşayış və yaşayış sahələrinin iddiaçının sərəncamına, istifadəsinə və sahibliyinə verilməsi barədə qətnamə qəbul edilməsi də mümkün deyildir. Göründüyü kimi, qarşılıqlı iddiaçı eyni tələbi yenidən irəli sürərkən həmin qətnamənin qəbul edilməsindən sonrakı müddət ərzində binanın tikintisinin başa çatmasına istinad etmişdir. Lakin qeyd edildiyi kimi, hazırkı işin araşdırılan halları ilə binanın tikintisinin yekunlaşmadığı, tikinti işlərinin davam etdiyi müəyyən olunmuşdur.”Həmçinin iş materiallarında Bakı şəhəri, Nobel prospekti 13 ünvanında cavabdeh tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasının layihəsindən də görünür ki, layihədə binanın 20 mərtəbədən ibarət olması nəzərdə tutulmuşdur. Lakin, məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki müəyyən edilir ki, hal-hazıradək binanın 18 mərtəbəsi inşa edilmişdir.Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi qəbul edildikən sonra da hər hansı dəyişiklik baş verməmiş, binanın inşası başa çatdırılmamışdır.Digər bir tərəfdən, məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi və vəkili bildirdi ki, iddiaçının təmir işlərinin apraılmasına icazə verilməsini tələb etdiyi və binaya yerin də baxış zamanı da onun olduğunu iddia etdiyi sahə tərəflər arasındakı xx.xx.2018- ci il tarixli müqaviləyə əsasən ona təhvil verilməsi nəzərdə tutulan sahə deyil. Tərəflər arasında razılaşmaya əsasən iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 ünvanında yerləşən qeyri-yaşayış sahəsi sökülməli onun yerində bina tikilməli və həmin qeyri-yaşayış sahəsinin yanındakı binadan iddiaçıya mənzil verilməli idi. Lakin, yerli baxış zamanı məhkəmə tərəfindən müəyyən olundu ki, iddiaçının təmir işlərinin aparılmasına icazə verilməsini tələb etdiyi sahə iddiaçıya məxsus əvvəlki qeyri-yaşayış sahəsinin yerində deyil. Beləliklə, iddiaçınİn təmir işlərinin aparılmasına icazə verilməsini tələb etdiyi sahəyə dair iddiaçının sahiblik və istifadə hüququ tanınması öz təsdiqini tapmadığında iddia təmin edilə bilməz.Məhkəmə iddia tələbinin cavabdehin qanunsuz hərəkətlərinin dayandırılması hissəsinə münasibətdə isə qeyd edir ki, iddiaçı həmin qanunsuz hərəkətlərin dəqiq olaraq nədən ibarət olmasını iddia tələbində qeyd etməmişdir.

3. Eyni zamanda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-569/2024 saylı işi üzrə xx.xx.2024cü il tarixli qərardadı ilə mülki iş üzrə cavabdeh "İnşaat Konstruksiyaları” MMC-nin əməllərində cinayət əlamətlərinin olub-olmamasının yoxlanılması üçün Xüsusi qərardad qəbul edilərək müvafiq sənədlərin surətləri araşdırılıb hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş prokurorluğuna göndərilmişdir.

4. İşin icraatı zamanı müəyyən edilmişdir ki: -Tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13 ünvanında yerləşən 1140 kv.m qeyri-yaşayış sahəsini (Bundan sonra - Qeyri-yaşayış sahəsi) cavabdehin sahibliyinə verməyi, cavabdeh isə həmin tikilini söküb, 1140 kv.m qeyri-yaşayış sahəsinin faktiki sahəsinə 30% əlavə etməklə, həmin ərazidə inşa ediləcək binanın, təmirsiz 1-ci, 2-ci, 3-cü mərtəbələrdə hər mərtəbədə 494 kv.m olmaqla, ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsini (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə 86 kv.m sahəsi olan təmirsiz mənzili iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmçinin müqavilənin 2.1.2-ci və 2.2.2-ci bəndlərinə əsasən cavabdeh yeni binanın tikintisi başa çatanadək qeyri-yaşayış sahəsini təhvil verdiyi andan aylıq 8600 manat kirayə haqqı verməyi və yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18-24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən iddiaçıya qeyri-yaşayış sahəsini təhvil verməyi, iddiaçı isə söküntüsü nəzərdə tutulan evdə ona məxsus qeyri-yaşayış sahəsinin boşaldılmasını və cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür; - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)- 199/2021 saylı qətnaməsi ilə iddiaçının "İnşaat Konstruksiyaları” MMC-yə qarşı 219,142 manat məbləğində əsas borc, əldən çıxmış faydaya görə 60000 manat, bank uçot dərəcəsinə görə 12000 manat olmaqla, ümumilikdə 291142 manat məbləğində pul vəsaitinin, dövlət rüsumu üçün ödənilmiş 30 manat və 5 manatın cavabdehdən tutularaq ona ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13 ünvanında cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında təmirsiz 1, 2 və 3-cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsinə və 3-cü mərtəbədə 86 kv.m olan təmirsiz mənzilinə iddiaçının mülkiyyət hüququnun tanınması, həmin qeyri-yaşayış və yaşayış sahələrinin iddiaçının sərəncamına, istifadəsinə və sahibliyinə verilməsi tələbinə dair iddiası rədd edilmiş, qarşılıqlı iddia tələbi təmin edilərək tərəflər arasında 08 mart 2018-ci il tarixli müqavilə ləğv edilməklə cavabdeh tərəfindən iddiaçıya ******* manat məbləğində pul ödənilməklə İddiaçı Bakı şəhəri, Nobel prospekti 13A ünvanında yerləşmiş sahəsi 1140 kv.m olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(103)-7636/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçının iddia tələbi qismən - 15 fevral 2021 -ci il tarixədək kirayə haqqının ödənilməsi hissəsində təmin edilərək cavabdehdən kirayə haqqına görə 206400 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 206430 manatın alınaraq iddiaçıya verilməsi, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13 ünvanında cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında 1140 kv.m qeyri-yaşayış sahəsinin faktiki sahəsinə 30 faiz əlavə edilməklə həmin binada təmirsiz 1, 2 və 3-cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsinə və 3-cü mərtəbədə 86 kv.m olan təmirsiz mənzilinə iddiaçının mülkiyyət hüququnun tanınması, həmin qeyri yaşayış və yaşayış sahələrinin iddiaçının sərəncamına, istifadəsinə və sahibliyinə verilməsi tələbinə dair hissədə iddianın təmin edilməməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir; - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-1998/2022 saylı qərarı ilə isə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-7636/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

5. İddiaçı apellyasiya şikayəti verərək apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri, Xətai rayon məhkəməsinin e-2(011)-569/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edərək , iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarı; İnsan hüquqları üzrə Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 88, 202.3; AR Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair AR KM Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, iddianın irəli sürülməsi əsası kimi iddiaçıya məxsus qeyri-yasayıs sahəsində cavabdeh və ya 3-cü şəxslər tərəfindən təmir işlərinin aparılması olmuşdur ki, cavabdehlə aralarında olan müqaviləyə əsasən əmlaklar təmirsiz şəkildə iddiaçıya təhvil verilməli idi. Bu səbəbdən cəvabdeh binanın inşa olunmasında maliyyə çətinliyi çəkdiyi halda nə səbəbdən ona təmirsiz verilməli olan əmlakların təmir etdirməsi şübhələr yaratdığından, həmin əmlakların iddiaçının özü tərəfindən təmir olunması tələbi irəli sürülmüşdür. Bina layihədə nəzərdə tutulduğu kimi 20 mərtəbəsi inşa olunmuşdur və yalnız cavabdehin özünündə qeyd etdiyi kimi komunikasiya xətlərinin quraşdırılması işləri aparılır. İddianın əsas məqsədi tərəflər arasında müqavilədə əmlakların təmirsiz verilməsi nəzərdə tutulduğu halda cavabdehin qanunsuz hərəkətlərindən narahat olması və əgər təmir aparılması mümkündürsə, həmin təmir işlərinin özü tərəfindən aparılması olmuşdur. Əgər binanın tikintisi başa çatmayıbsa nə səbəbdən cavabdeh və ya onun icazəsi ilə 3-cü şəxslər orada təmir işləri aparırlar. İddiaçı tərəfindən cavabdehə qarşı 2021 və 2023-cü illərdə mənzilin və qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi barədə iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Hər 2 halda məhkəmələr binanın inşasının yekunlaşmaması səbəbindən, yəni həmin illərdə binanın 20 mərtəbəsindən yalnız 18 mərtəbəsi inşa olunduğundan iddia tələbi rədd edilmişdir. Lakin indiki halda binanın 20 mərtəbəsinin 20-də inşa olunmuşdur. Lakin məhkəmə yerli baxış keçirsə də binanın bütün mərtəbələrinin inşa olunub yekunlaşmasına diqqət yetirməmişdir. Qəbul edilsə ki, məhkəmə dediyi kimi bina tam inşa olunmayıb, onda sual yaranır nə səbəbdən iddiaçıya məxsus olan əmlakı cavabdeh təmir elətdirir. Onun buna nə marağı var. Əgər müqavilə üzrə belə bir öhdəliyi yoxdursa. Qətnamədə qeyd edilmişdir ki, məhkəmə qeyd edir ki, tərəflər arasında razılaşmaya əsasən iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 ünvanında yerləşən qeyri-yaşayış sahəsi sökülməli onun yerində bina tikilməli və həmin qeyri-yaşayış sahəsinin yanındakı binadan iddiaçıya mənzil verilməli idi. Lakin, yerli baxış zamanı məhkəmə tərəfindən müəyyən olundu ki, iddiaçının təmir işlərinin aparılmasına icazə verilməsini tələb etdiyi sahə iddiaçıya məxsus əvvəlki qeyri-yaşayış sahəsinin yerində deyil. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının təmir işlərinin aparılmasına icazə verilməsini tələb etdiyi sahəyə dair iddiaçının sahiblik və istifadə hüququ tanınması öz təsdiqini tapmadığında iddia təmin edilə bilməz. - mübahisələndirilən qətnamənin bu bəndi ümumiyyətlə iddia tələbinin rədd olunmasına dair məhkəmənin gəldiyi digər bəndlərlə, ən əsası isə indiyə kimi qəbul olunmuş 9 məhkəmə aktı ilə tam ziddiyət təşkil edir. İlk olaraq cavabdeh özü bu prosesin əvvəlki iclaslarında binanın tam inşa olunmaması səbəbi ilə iddianın təmin olunmasının mümkünsüzlüyünü qeyd etmişdir. Bununla da mübahisələndirilən qətnamənin 16- cı abzası ilə məhkəmə cavabdeh İnşaat Konstruksiyaları MMC–nin qanunsuz əməllərinə hüquqi don geyindirməyə çalışmışdır. Qətnamənin 17-ci abzasında qeyd edilmişdir ki, Məhkəmə iddia tələbinin cavabdehin qanunsuz hərəkətlərinin dayandırılması hissəsinə münasibətdə isə qeyd edir ki, iddiaçı həmin qanunsuz hərəkətlərin dəqiq olaraq nədən ibarət olmasını iddia tələbində qeyd etməmişdir. - Məhkəmə , cavabdehin qanunsuz əməllərinin nədən ibarət olması barədə məlumatın tərəflərindən verilmə qeyd olunur. Bununla bağlı bildirmək istəyir ki, ilk olaraq cavabdeh iddiaçıya məxsus əmlaklarda qanunsuz təmir işlərini aparırdı və elə məhkəmənin qərardadı ilə MTT olaraq bu işlərin aparılması müvvəqəti olaraq dayandırılmışdır. Həmçinin binanın inşası yekunlaşsa da və orada təmir işlərinin aparılması mümkündürsə, deməli iddiaçıya ya bu icazə verilməlidir. 3- cü şəxslərin iddiaçıya məxsus əmlaklardan istifadə olunmasının qadağan olunması. Bu fakt MTT barədə qərardadın icrası zamanı icra məmuruna orda olan 3-cü şəxslərin izahatları ilə təsdiq olunur. Əgər cavabdehin əməlində qanunsuzluq yox idisə nə səbəbdən onun barəsində xüsusi qərardad qəbul olunur. Nə səbəbdən cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi səbəbləri barədə cavabdeh tərəfindən məlumatın verilməsi barədə iddia tələbinə ümumiyyətlə məhkəmə mövqe bildirməmişdir. Cavabdehin nümayəndələri məhkəmə iclasında bu barədə mövqe olaraq 6 ay ərzində binanın inşa olunacağını və tezliklə iddiaçı ilə barışığın əldə olunacağını bildirmişdilər və məhkəmə iclasının video və audio yazısına baxış keçirilsə bu fakt öz təsdiqini tapar. Lakin cavabdeh sonradan iddiaçıda əmlakların cizgi planının olmamasını bilib mövqeyini dəyişmişdir. Lakin bu əsas vermir ki, məhkəmə bu tələbə dair mövqe bildirməsin və cavbdehin üzərinə belə bir öhdəlik qoymasın. Apellyasiya şikayətində mübahisələndirilən qətnamədə inşası yekunlaşmayan bina ilə bağlı məhkəmənin mövqeyi ilə razılaşmayaraq, bildirmək istəyir ki , bina lahiyədə nəzərdə tutulan hündürlükdə inşa olunmuşdur, binan qarşısında olan qoruyucu hasar tam olaraq sökülmüşdür və iddiaçının ona məxsus əmlakda təmir işlərinin başlamsı üçün heç bir maneə qalmamışdır. Bundan başqa nəzərə almaq lazımdır iddiaçıya məxsus əmlak 2018- ci il tarixdən sökülüb və həmin tarixdən sonra məhkəmə aktları ilə ümumilikdə 335400 manat cavabdehdən tutulsada bu günə kimi nə icarə haqqı ödənilir, nə məhkəmə aktları ilə ödənilməli olan vəsait ödənilir, nə də ki , həmin əmlakların təmir olunmasına imkan verilir. Məhkəmə işin hallarına və sübutlara düzgün qiymət verməmişdir. Belə ki, məhkəmə heç bir əsas olmadan hesab etmişdir ki , iddiaçıya məxsus əvvəlki əmlak, hazırda inşa olunan binanın yerində olmadığından belə bir iddia tələbi irəli sürməyi üçün əsas yoxdur. Halbuki, həmin cümlədən əvvəlki cümlədə məhkəmə özü etiraf edir ki , həmin qeyri-yaşayış sahəsinin yanındakı binadan iddiaçıya mənzil verilməli idi. Məhkəmə aktları ilə təsdiq olunmuş bir faktın qəbul edilməməsi yolverilməzdir. Yerli baxış keçirən məhkəmə qeyd edir ki, binanın 18 mərtəbəsi inşa olunmuşdur. Halbuki, bina lahiyədə göstərildiyi kimi 20 mərtəbəsinin hamısı inşa olunub. Müayinənin nəticələri məhkəmə iclasının protokoluna yazılır. Müayinə zamanı tərtib olunmuş və yoxlanılmış planlar, sxemlər, çertyojlar, hesablamalar, sənədlərin surətləri, müayinə zamanı çəkilmiş videoyazılar, yazılı və maddi sübutların fotoşəkilləri, habelə ekspertin yazılı rəyi və mütəxəssisin şərhi protokola əlavə edilir, - yuxarıdada qeyd etdiyi kimi, məhkəmə yerli baxış keçirsə də, mahiyyətdən kənar çıxaraq tərəflər arasında gedən 5 illik məhkəmə proseslərində indiyə kimi səslənməyən bir fikri, yəni cavabdeh tərəfindən inşa olunan bina iddiaçıya məxsus əvvəlki əmlakın yerində tikilmədiyini əsas gətirərək, iddiaçını cavabdehin inşa etdirdiyi binada olan əmlakdan məhrum etməyə çalışaraq iddianın rədd olunması əsası kimi qiymətləndirmişdir. Halbuki, bu fakt müzakirə predmeti belə ola bilməzdi. Çünki məhkəmə aktları ilə bu məsələyə qiymət verilmişdir. Apellyasiya icraatı zamanı müəyyən edilən hallar :

6. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi tərəfindən göndərilmiş məktuda qeyd edilmişdir ki, işlərin çox böyük həcmli olduğunu, ölkənin müxtəlif şəhər və rayonların ərazisini əhatə etdiyini, bu tədbirlərin həyata keçirilməsi birbaşa Tikintidə X5 Agentliyinə tapşırıldığı və Agentliyin bu sahədə mütəxəssislərinin məhdud sayda olduğunu nəzərə alaraq, məhkəmə ekspertiza tədqiqatının aparılması üçün tərəflərindən hazırda hər hansı mütəxəssisin ayrılması imkanları xaricindədir. Məhkəmə ekspertizasının keçirilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin AzİMETİ-nin və ya bu sahədə ixtisaslaşmış özəl qurumların mütəxəssislərinin cəlb edilməsini Sizdən xahiş edirik.

7. 04.11.2024-cü il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, tədqiqatın birinci sualı üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 X1 Ekspertiza Baş İdarəsinin xx.xx.2018-ci il tarixli, 25901 Nq-İİ Rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13 ünvanında F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində Şəhərsalma əsaslandırılması layihəsi Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti tərəfindən möhür və imza ilə razılaşdırılmış layihədə üç ədəd 20 mərtəbəli yaşayış binası, iki ədəd 3 mərtəbəli qeyri-yaşayış binası və 1 ədəd iki mərtəbəli qeyri yaşayış binası layihələndirildiyindən, tərəflər arasında xx.xx.2018- ci il tarixdə bağlanmış müqavilədə qeyd olunan Nobel pr-ti 13 ünvanında cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında təmirsiz 1 ,2 və 3 - cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla ümumi sahəsi 1482 kv.m olan qeyri- yaşayış sahəsinin hansı binada (layihələndirilən 20 mərtəbəli yaşayış binasında və ya üç mərtəbəli qeyriyaşayış binalarında) yerləşməsi göstərilmədiyindən və müqaviləyə qeyd olunan sahənin cizgisi əlavə olunmadığından xx.xx.2018-ci il tarixli müqavilədə qeyd olunan 1 ,2 və 3 - cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsinin hansı binanın (binaların) hansı hissəsində yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 X1 Ekspertiza Baş İdarəsinin xx.xx.2018-ci il tarixli, 25901 N°-li Rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekkti 13 ünvanında F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində Şəhərsalma əsaslandırılması layihəsi Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti tərəfindən möhür və imza ilə razılaşdırılmış layihədə üç ədəd 20 mərtəbəli yaşayış binasının layihələndirilməsini və həmin yaşayış binalarında 4-20-ci mərtəbələrdə yaşayış mənzillərinin layihələndirilməsini nəzərə alaraq, Tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, Nobel pr-ti 13 ünvanında cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında 3-cü mərtəbədə 86 kv.m olan mənzil sahəsinin yerləşmə yerini müəyyən etmək mümkün olmamışdır. Tədqiqatın ikinci sualı üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binasının kompleksinin) istismara hazır olması ilə bağlı rəyi təqdim edildikdən sonra qeyri-yaşayış və yaşayış sahələrində təmir işlərinin aparılması mümkün ola bilər.

8. “X2” MMC tərəfindən təqdim edilmiş rəyin nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Nobel prospekti 13 A (3 mərtəbəli, mansard və zirzəmi ilə birlikdə) ünvanında söküntüdən öncə iddiaçıya məxsus olan 1140,0 kv.metr qeyriyaşayış sahəsinin hər mərtəbə üzrə təqribən 118,0 kv.metr sahəsinin (ümumilikdə 590,0 kv.metr) Nobel prospekti 13 ünvanında cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında təmirsiz 1, 2 və 3-cü mərtəbələrində hər mərtəbədə 494,0 kv.metr olmaqla ümumi sahəsi 1482,0 kv.metr olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Yəni, yaşayış binasının bir hissəsi faktiki olaraq İddiaçı məxsus qeyri-yaşayış binasının sökülərək yerində inşa edilmişdir. Qeyd olunur ki, tədqiq olunan yaşayış binasının 1-ci, 2-ci və 3-cu mərtəbələrində yerləşən qeyri-yaşayış sahələrinin ayrı-ayrılıqda hər birinin sahəsi 494,0 kv.metr müəyyən olunmuşdur ki, bu da "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədə göstərilən sahə ilə üst-üstə düşür. Yəni müqavilədə qeyd olunan hər mərtəbə üzrə 494,0 kv.metr olmaqla ümumi 1482,0 kv.metr sahə faktiki olaraq tədqiq olunan yaşayış binasının 1-ci, 2-ci və 3-cu mərtəbələrində mövcud olan sahəyə uyğundur. Tədqiq olunan tikililərin planlı şəkildə üst-üstə düşməsi və üst- üstə düşən sahənin hansı hissədə yerləşməsi tədqiqat hissədə tərtib edilmiş sxemdə ətraflı göstərilmişdir . Qeyd olunur ki, "xxxx" MMC tərəfindən tədqiq olunan ərazidə inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində mənzil sahəsi mövcud deyildir. "xxxx" MMC tərəfindən tədqiq olunan ərazidə inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 1-ci, 2-ci və 3-cü mərtəbələrində yeləşən tikililərdə lift qurğusu istisna olunmaqla, digər tikinti-quraşdıma işlərinin əsasən başa çatdığını nəzərə alaraq, tikinti- təhlükəsizlik normalarının tələblərinə müvafiq mübahisə (müəyyən) edilən qeyri-yaşayış sahələrində təmir işləri aparılmasının mümkün olduğu müəyyən edilir

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertizanın aparılmasından imtina edilməsi barədə 21 may 2025-ci il tarixli məlumatında qeyd edilmişdir ki, 2(103)-266/2025 Nq-İİ iş üzrə 13.01,2025-ci il tarixdə təyin edilmiş məhkəmə tikintiekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: Qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün tədqiqat obyektinə dair Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi və ya Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin AzİMET-nin mütəxəssis rəyinin təqdim olunması zəruri olduğundan, bu barədə məhkəməyə xx.xx.2025-ci il tarixli vəsatət göndərilmişdir. Lakin vəsatətin verilməsindən uzun müddət keçməsinə baxmayaraq vəsatətdə qeyd olunan əlavə materiallarla bağlı hər hansı məlumat Mərkəzə təqdim olunmamışdır. Bu səbəbdən də qərardadda qoyulmuş suallar üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimafın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır.

10. Apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi Vəkil3 tərəfindən təqdim edilmiş texniki pasport və əlavə sənədlərə əsasən müəyyən edilir ki, ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X4 adına qeydiyyatda keçmiş və texniki pasport verilmişdir.

11. Məhkəmə kollegiyası tərəfindən yerində müayinə keçirilmiş, müayinə zamanı A.Cəlilovla F.Bayramov küçələrinin kəsişməsində mübahisə edilən tikilidə müqaviləyə uyğun qeyri-yaşayış sahəsinin mövcudluğu, lakin üçüncü mərtəbədə yaşayış sahəsinin mövcud olmadığını, yaşayış sahələrinin binanın üst mərtəbələrində və bitişik binada olduğu, üst mərtəbələrdə bəzi yaşayış sahələrinin qapılarının bağlı olduğu, qapısı açıq olan mənzillərdə isə bəzilərində ilkin təmir işlərininin başlandığı və müəyyən təmir üçün nəzərdə tutulan əşyaların mövcudluğu müəyyən edilmişdir.

12. Apellyasiya icraatı zamanı X6 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

13. Məhkəmə kollegiya tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq sorğu edilmiş, sorğuya cavab məktubunda qeyd edilmişdir ki, telefon nömrəsi ilə əlaqə saxlamaq mümkün olmadığından tədqiqat obyektinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması tərəfimizdən mümkün olmamışdır.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 09 dekabr 2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 X1 Ekspertiza Baş İdarəsinin xx.xx.2018-ci il tarixli, 25901 Nq-İİ Rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13 ünvanında F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində Şəhərsalma əsaslandırılması layihəsi Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti tərəfindən möhür və imza ilə razılaşdırılmış layihədə üç ədəd 20 mərtəbəli yaşayış binası, iki ədəd 3 mərtəbəli qeyri-yaşayış binası və 1 ədəd iki mərtəbəli qeyri yaşayış binası layihələndirildiyindən, tərəflər arasında xx.xx.2018- ci il tarixdə bağlanmış müqavilədə qeyd olunan Nobel pr-ti 13 ünvanında cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında təmirsiz 1 ,2 və 3 - cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsinin hansı binada (layihələndirilən 20 mərtəbəli yaşayış binasında və ya üç mərtəbəli qeyri-yaşayış binalarında) yerləşməsi göstərilmədiyindən və müqaviləyə qeyd olunan sahənin cizgisi əlavə olunmadığından xx.xx.2018-ci il tarixli müqavilədə qeyd olunan 1 ,2 və 3 - cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsinin hansı binanın (binaların) hansı hissəsində yerləşməsini müəyyən etmək mümkün olmamışdır. xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 X1 Ekspertiza Baş İdarəsinin xx.xx.2018-ci il tarixli, 25901 №- Rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekkti 13 ünvanında F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində Şəhərsalma əsaslandırılması layihəsi Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti tərəfindən möhür və imza ilə razılaşdırılmış layihədə üç ədəd 20 mərtəbəli yaşayış binasının layihələndirilməsini və həmin yaşayış binalarında 4-20-ci mərtəbələrdə yaşayış mənzillərinin layihələndirilməsi müəyyən edilmişdir. Layihə sənədlərinə əsasən 3-cü mərtəbədə 86 kv.m olan mənzil sahəsi layihələndirilməmişdir. Bakı şəhəri Nobel pr-ti 13 A (3 mərtəbəli mansard və zirzəmi ilə birlikdə) ünvanında söküntüdən öncə iddiaçıya məxsus olan 1140 kv.m qeyri-yaşayış sahəsinin koordinatları barədə iş materiallarında məlumat olmadığından və xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilədə qeyd olunan 1 , 2 və 3- cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsinin hansı binanın (binaların) hansı hissəsində yerləşməsini müəyyən etmək mümkün olmadığından qeyd ounan sahələrin üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binasının kompleksinin) istismara hazır olması ilə bağlı rəyi təqdim edildikdən sonra qeyri-yaşayış və yaşayış sahələrində təmir işlərinin aparılması mümkün ola bilər. xx.xx.2018-ci tarixli ci il tarixdə bağlanmış müqavilədə qeyd olunan 1, 2 və 3 - cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla ümumi sahəsi 1482 kv.m olan qeyri- yaşayış sahəsinin hansı binanın (binaların) hansı hissəsində yerləşməsini müəyyən etmək mümkün olmadığından qeyd olunan sahənin X4 mülkiyyətində olan Bakı şəhəri Xətai Rayonu Afiyəddin Cəlilov küçəsi, 80 D ünvanında yerləşən 1684.2 kv metr qeyri-yaşayış sahəsi ilə tam və ya qismən üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək, cavabdehin müqavilə üzrə öhədliklərini yerinə yetirmədiyini, müqavilə üzrə onlara məxsus olan qeyri-yaşayış sahəsinin tikintisinin artıq başa çatdığını, cavabdehlərin həmin sahəni başqa şəxsə satmaları ehtimalının yüksək olduğunu, hazırkı mərhələdə onlara məxsus olan qeyri-yaşayış sahələrinin tikintisinin başa çatmaması ilə bağlı yalan fikir irəli sürdüklərini, barışıq üçün cavabdehin təklif etdiyi kompensasiya məbləğinin müqavilə üzrə ona verilməli olan qeyri-yaşayış sahəsinin dəyərindən qat-qat aşağı olduğunu, bu səbəbdən də barışığın baş tutmadığını bildirir, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.

16. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil3 apellyasiya şikayətinin dəlillərini əsassız hesab etdiyini, binanın tikintisinin hələ başa çatmadığını, iddiaçının müqavilə üzrə ona təhvil verilməsini tələb etdiyi qeyri-yaşayış sahəsinin hələ hazır olmadığını, həmçinin iddia tələbində qeyd olunan qeyri-yaşayış sahəsinin isə başqasının mülkiyyətində olduğunu, bu baxımdan da iddianın təmin edilməsinin qeyri-mümkün olduğunu, tələbdə qeyriyaşayış sahəsinin təhvil verilməsi olmadığı halda orta təmir işlərinin aparılmasına icazənin verilməsi barədə iddianın təminin mümkün olmadığını, həmçinin iş üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyləri ilə də həmin qeyri-yaşayış sahəsinin üst-üstə düşməsinin müəyyən olunmadığını, iddiaçıya müvafiq kompensasiya məbləğinin- 1 700 000 manatın verilməsinə hazır olduqlarını qeyd etmiş, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

18. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

20. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən: İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər 21.İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya tələblərinə əsasən: 1 3 . Səmərəli hüquqi müdafiə vasitələri hüququ) Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. 1 7 . Hüquqlardan sui-istifadənin qadağan olunması) Bu Konvensiyada heç nə hər hansı dövlətin, qrupun və ya şəxsin burada təsbit olunan hüquq və azadlıqlarının ləğvinə yönəlmiş hər hansı fəaliyyətlə məşğul olmaq və ya hər hansı əməl törətmək və ya onları Konvensiyada nəzərdə tutulandan daha artıq məhdudlaşdırmaq hüququna malik olması kimi şərh oluna bilməz. 22.İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair Protokol tələblərinə əsasən:1 . Mülkiyyətin müdafiəsi) Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 6.2. fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.14.2.1 Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir.178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır.404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir.404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır:560.3.1. qeyriqanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.648.2. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. 662.1. Dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür.662.2. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.662.3. Dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır.663.1. Əgər dəyişdirmə müqaviləsindən ayrı qayda irəli gəlmirsə, dəyişdirilməli mallar bərabər qiymətli sayılır, onların verilməsi və qəbul edilməsi xərclərini isə hər bir halda müvafiq vəzifələri daşıyan tərəf çəkir. 664. Dəyişdirmə müqaviləsinə uyğun olaraq dəyişdirilən malların verilməsi müddətləri üst-üstə düşmədikdə digər tərəf malı verdikdən sonra malı verməli olan tərəfin malı vermək öhdəliyinin icrasına öhdəliklərin qarşılıqlı icrası haqqında qaydalar tətbiq edilir. 665.Əgər dəyişdirmə müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, dəyişdirilən mallara mülkiyyət hüququ dəyişdirmə müqaviləsi üzrə alıcı kimi çıxış edən tərəflərə hər iki tərəf müvafiq malları vermək öhdəliklərini icra etdikdən sonra eyni vaxtda keçir. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır.101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.220.6. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

25. İşin faktiki halı ondan ibarətdir ki, xx.xx.2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13 ünvanında yerləşən 1140 kv.m qeyriyaşayış sahəsini (Bundan sonra – Qeyri-yaşayış sahəsi) cavabdehin sahibliyinə verməyi, cavabdeh isə həmin tikilini söküb, 1140 kv.m qeyri-yaşayış sahəsinin faktiki sahəsinə 30% əlavə etməklə, həmin ərazidə inşa ediləcək binanın, təmirsiz 1-ci, 2-ci, 3-cü mərtəbələrdə hər mərtəbədə 494 kv.m olmaqla, ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsini (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə 86 kv.m sahəsi olan təmirsiz mənzili iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmçinin müqavilənin 2.1.2-ci və 2.2.2-ci bəndlərinə əsasən cavabdeh yeni binanın tikintisi başa çatanadək qeyri-yaşayış sahəsini təhvil verdiyi andan aylıq 8600 manat kirayə haqqı verməyi və yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18-24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən iddiaçıya qeyri-yaşayış sahəsini təhvil verməyi, iddiaçı isə söküntüsü nəzərdə tutulan evdə ona məxsus qeyri-yaşayış sahəsinin boşaldılmasını və cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür.

26. Məhkəmə öz mövqeyinə belə əsaslandırmışdır ki, iddiaçının tələbi mahiyyət etibarilə mənzilin və qeyri-yaşayış sahəsinin təhvil verilməsi deməkdir. Lakin, binanın inşası tam başa çatmamış, binada təmir tikinti işləri hələ də davam etməkdədir. Tikintisi başa çatmayan, istismara buraxılma aktı mövcud olmayan binada müvafiq mənzil və ya qeyri-yaşayış sahəsində təmir işlərini aparılmasına icazə verilməsi həm mümkün deyil, həm də iddia təmin edildiyi təqdirdə qətnamənin icrası mərhələsində qeyri-müəyyənliklərə səbəb olacaq. İddiaçının əvvəllər də mənzilin və qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi barədə iddiası bu əsaslarla təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi qəbul edildikən sonra da hər hansı dəyişiklik baş verməmiş, binanın inşası başa çatdırılmamışdır. Digər bir tərəfdən, məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi və vəkili bildirdi ki, iddiaçının təmir işlərinin apraılmasına icazə verilməsini tələb etdiyi və binaya yerin də baxış zamanı da onun olduğunu iddia etdiyi sahə tərəflər arasındakı xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən ona təhvil verilməsi nəzərdə tutulan sahə deyil. Tərəflər arasında razılaşmaya əsasən iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 ünvanında yerləşən qeyri-yaşayış sahəsi sökülməli onun yerində bina tikilməli və həmin qeyri-yaşayış sahəsinin yanındakı binadan iddiaçıya mənzil verilməli idi. Lakin, yerli baxış zamanı məhkəmə tərəfindən müəyyən olundu ki, iddiaçının təmir işlərinin aparılmasına icazə verilməsini tələb etdiyi sahə iddiaçıya məxsus əvvəlki qeyri-yaşayış sahəsinin yerində deyil. Beləliklə, iddiaçınİn təmir işlərinin aparılmasına icazə verilməsini tələb etdiyi sahəyə dair iddiaçının sahiblik və istifadə hüququ tanınması öz təsdiqini tapmadığından iddia təmin edilə bilməz. Məhkəmə iddia tələbinin cavabdehin qanunsuz hərəkətlərinin dayandırılması hissəsinə münasibətdə isə qeyd edir ki, iddiaçı həmin qanunsuz hərəkətlərin dəqiq olaraq nədən ibarət olmasını iddia tələbində qeyd etməmişdir.

27. Mövcud ziddiyyətlərə aydınlıq gətirmək üçün kollegiya tərəfindən mülki iş üzrə dəfələrlə ekspertiza keçirmiş, yerində müayinə aparılmış, müvafiq sorğular göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən qoyulmuş suallara tam cavab verilməsi mümkün olmasa da, mütəxəssis rəyində tikintisi başa çatmış qeyri-yaşayış sahəsinin bir hissəsinin faktıkı olaraq iddiaçıya məxsus sökülmüş qeyriyaşayış sahəsinin yerinin bir hissəsi ilə üst-üstə düşdüyü və baxış zamanı tikilib başa çatdığı, habelə bir neçə məhkəmə prosesləri zamanı tikilən binanın ona verilməli olan bina olmadığı dəlillərini irəli sürmədiyi, sadəcə binanın tikilib başa çatmaması əsası ilə iddiaların rədd edildiyi müəyyən edilmişdir.

28. Məhkəmə kollegiyası yuxarıda göstərilən işin hallarını tədqiq edərək belə nəticəyə gəlir ki, şikayətin dəlilləri qismən əsaslıdır. Belə ki nəzərə alınmalıdır ki, hazırkı mübahisə tərəflər arasındakı ilk məhkəmə mübahisəsi deyildir. Bundan əvvəl də tərəflər arasında kirayə pulunun ödənilməsi və məzilin təhvil verilməsi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarları olmuşdur. Həmin qərarları nəzərdə keçirərək müəyyən edilmişdir ki, hazırkı məhkəmə mübahisəsinə qədər olan mübahisələrdə iddiaçının təmir işlərinin aparılmasına icazə verilməsini tələb etdiyi sahənin iddiaçıya məxsus əvvəlki qeyri-yaşayış sahəsinin yerində olmaması ilə bağlı cavabdeh tərəfindən hər hansı fikir səsləndirilməmiş, sadəcə binanın inşasının başa çatmaması ilə bağıı mövqe nümayiş etdirmişdir . Hazırki mərhələdə binanın tikilib başa çatdığı, sadəcə cavabdehin müqavilə münasibətlərindən irəli gələn öhdəliklərindən yayınmaq istəyərək hüquqdan sui-istifadə halı müəyyən edilir. Belə ki, məhkəmə kollegiyası işin araşdırılması zamanı A.Cəlilovla F.Bayramov küçələrinin kəsişməsində mübahisə edilən tikilidə müqaviləyə uyğun qeyri-yaşayış sahəsinin mövcudluğunu, lakin üçüncü mərtəbədə yaşayış sahəsinin mövcud olmadığını, yaşayış sahələrinin binanın üst mərtəbələrində və bitişik binada olduğunu, habelə qeyd edilən və ona bitişik binada olan mənzillərdə təmir işlərinin aparıldığını müəyyən etmişdir. Müqavilədə qeyd edilmiş yaşayış sahəsinə dair kollegiya diqqətə çatdırır ki, iddiaçının əmlakının söküldüyü mübahisə edilən ərazidə yerləşən binada yaşayış sahələrinin mərtəbələrinin hesablanması qaydası, yəni yaşayış sahələri üzrə mərtəbələrinin sayının rəsmiləşdirilməsinə dair məlumatların olmaması, habelə bu binaya bitişik olan binadan verilməsinin mümkün olubolmadığı müəyyən edilmir. Belə ki, yerində müayinə zamanı göstərilən binaya bitişik binanın üçüncü mərtəbəsində mənzillərin olduğu və təmir işlərinin aprıldığı müəyyən edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tələbin mahiyyətinə düzgün qiymət versə də nəticə etibarı ilə iddiaçının mülkiyyət hüquqlarının kobud şəkildə pozulması müstəvisində müqavilə öhdəliklərinin təmin edilməsindən yayınan cavabdehin mülki məsuliyyətinə zəruri qiymət verməmişdir. Halbuki, məhkəmə bu pozuntuya əsas olan halların araşdırılması üçün cinayət təqibinin zəruriliyini müəyyən edən (cavabdeh "İnşaat Konstruksiyaları”MMC-nin əməllərində cinayət əlamətlərinin olub-olmamasının yoxlanılması üçün) iş üzrə xüsusi qərardadda qəbul etmişdir.

29. Məhkəmə kollegiyası hesab edir ki, artıq qanuni qüvvəsini almış məhkəmə aktları ilə iddiaçının əmlak hüquqları tanındığından və mübahisələndirilmədiyindən, lakin icrası təmin edilmədiyindən, hazırki münasibətlərin qayəsini təşkil edən iddiaçının əmlak hüquqları təmin edilməlidir. Bu yönəmdə qeyd edilməlidir ki, bu təminat cavabdehin mübahisələndirilməyən müqavilə öhdəliklərindəndən irəli gəlir. Diqqətə çatdırılmalıdır ki, iddiaçı ona mənsub olan və kifayət qədər yüksək dəyərə malik olan (1140 m2 qeyri-yaşayış) əmlak hüquqlarından mərhum olunmuş, müqavilə müddətində onun bu hüquqları bərpa olunmamışdır. Cavabdehin hazırki iş üzrə dəlillərinin əsası ondan ibarətdir ki, iddiaçıya aid binanın yerində yeni bina inşa edilməmişdir. Lakin araşdırma zamanı iddiaçıya məxsus olmuş qeyri-yaşayış sahəsinin yerinin bir hissəsində A.Cəlilovla F.Bayramov küçələrinin kəsişməsində məhz tələb edilən yeni tikilinin olduğu müəyyən edilir və ümumiyyətlə, müqavilədə yeni əmlakların verilməsi “həmin ərazidə inşa ediləcək bina”da göstərilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, “həmin ərazidə inşa ediləcək bina” anlamı birbaşa (biləvasitə) iddiaçıya məxsus olmuş sökülən binanın yerində olması demək deyildir. Podrat, dəyişdirmə və alğı-satqı müqavilənin ünsürlərin cəmləyən qarışıq müqavilə üzrə cavabdeh tərəfindən öhdəliklərinin yerinə yetirilmə vəzifəsi və mülki məsuliyyəti, faktoloji və qanunvericilik əsaslarla müəyyən edilən, işin mübahisə edilməyən hallarıdır. Tələbdə təmir işlərinin təmin edilməsi və cavabdehin qanunsuz hərəkətlərinin dayandırılması və s. əks edilsə də tələbin mahiyyəti əmlakların ona təqdim edilməsi ilə bağlı cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsi olmuşdur. Qeyd edilməlidir, vətəndaşın məhkəməyə müraciəti zamanı tələbin düzgün tərtib edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən müvafiq izahlar verməklə onun əsl mahiyyətindən irəli gələrək formalaşdırılması üzrə prosessual hərəkətlərin aparılmamışdır. Baxmayaraq ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir. Ona görə, cavabdeh iddiaçının pozulmuş hüquqlarının bərpasının təmin edilməsində təxirəsalınmaz həssaslıq nümayiş etdirməli müqavilədə qeyd edilən əmlakların təqdim etməklə və ya razılıq əsasında digər formada (natura və ya pul şəklində) əvəzləşdirmə aparmaqla öhdəliklərin yerinə yetirməlidir (öhdəliklərin xitamına nail olmalıdır). Hazırki mülki münasibətlərdə əmlakların təhvil verməklə təmir işlərinin aparılmasına olan maneələrin mövcudluğu yalnız təhlükəsizlik qaydaları ilə məhdudlaşa bilər ki, bu amillər baxımından da təmir işlərinin aparılması buna ixtisaslı hüququ olan peşəkar şəxslər tərəfindən həyata keçirilməsini tələb edir. Bu zaman (istismara verilənədək) şəxslərin təhlükəsizliyinin təmin edilməsində cavabdeh tərəfindən təmin edilməlidir.

30. Beləliklə, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia qismən təmin edilməli, müqavilə öhdəlikləri üzrə qeyri-yaşayış sahəsi və mənzil iddiaçıya təhvil verilməklə, təhlükəsizlik qaydalarına uyğun olaraq, iddiaçıya təmir işlərinin aparılmasına cavabdeh tərəfindən edilən maneələr (müqavilə üzrə öhdəliklərin icrasından yayınmasına yönəlik cavabdehin qanunsuz hərəkətləri) dayandırılmalı, müqavilə azadlığı müstəvisində münasibətlər və əmlakların dəyişkən qiymətləri nəzərə alınmaqla, icra olunan vaxt əmlakların mövcud (uyğun) olmadığı və ya digər səbəblərdən qətnamənin icrası naturada mümkün olmadıqda cavabdehdən alınmalı əmlakın dəyəri (icra qaydasında müəyyən edilərək) iddiaçıya verilməsi təmin edilməlidir.

31. İş üzrə ekspertiza xərcləri və məhkəməyə müraciət üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərcləri (tələb olmadığından) onu ödəyən şəxs(lər)ə aid edilməlidir.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-569/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilərək, iddia qismən təmin edilməklə iş üzrə yeni qətnamə qəbul edilsin. Bakı şəhəri, Nobel pr-ti 13 ünvanında cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında təmirsiz 1 , 2 və 3 – cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsi ( lift və pilləkən qəfəsi ayrıca olmaqla ) və 3 – cü mərtəbədə 86 kv.m olan təmirsiz mənzil cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı təhvil verilməklə, təhlükəsizlik qaydalarına uyğun olaraq iddiaçıya təmir işlərinin aparılmasına olan maneələr (müqavilə üzrə öhdəliklərin icrasından yayınmasına yönəlik qanunsuz hərəkətləri) cavabdeh "xxxx" MMC tərəfindən dayandırılsın. Qətnamə icra olunan vaxt qətnamənin icrası naturada mümkün olmadıqda cavabdeh "xxxx" MMC təhvil verilməli əmlakın dəyərinin (icra qaydasında müəyyən edilərək) iddiaçıya verilməsini təmin etsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 150 ( yüz əlli) manat pul vəsaiti tərəflərdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə, 300 ( üç yüz) manat pul vəsaiti tərəflərdən alınaraq “ X2” MMC-yə (VÖEN: ********** Bank Rekvizitləri: Azər-Türk Bank ASC AZ1022, Azərbaycan, Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi 85; 192/193 VÖEN: ********** Kod: 507699 M/h: AZ02NABZ******************** S.W.İ.F.T: AZRTAZ22 H/h: AZ69AZRT********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar