Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2663/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X6 ibarət tərkibdə, X27 oğlunun katibliyi, İddiaçı (digər iddialar üzrə cavabdeh) İddiaçı1 nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) «xxxx» MTK-nın nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh (digər iddia üzrə iddiaçı) İddiaçı2 nümayəndəsi (vəkili) Vəkil3, Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7 iştirakı ilə, İddiaçı1 cavabdeh «xxxx» MTK-ya və İddiaçı2 qarşı «müqavilənin etibarsız hesab edilməsi, müqavilə üzrə öhdəliyin icra edilməsi» tələbinə dair ilk, iddiaçı «xxxx» MTK-nın cavabdeh İddiaçı1 qarşı «müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi» barədə qarşılıqlı, həmçinin İddiaçı2 cavabdehlər İddiaçı1 və «xxxx» MTK-ya qarşı «müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(011)-3354/2020 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdeh «xxxx» MTK-ya və İddiaçı2 qarşı «müqavilənin etibarsız hesab edilməsi, müqavilə üzrə öhdəliyin icra edilməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlər «xxxx» MTK ilə cavabdeh İddiaçı2 arasında bağlanan 01.06.2009-cu il tarixli müqavilənin etibarsız hesab edib onun əsasında verilmiş Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək prospekti 10C, 1-ci giriş, 1-ci mərtəbə, qapı-1, ümumi sahəsi 184,4 kv.metr olan qeyri-yaşayış sahəsinin qeydə alınmasına dair RX ******* nömrəli, 27.09.2016-cı il tarixli çıxarışın ləğv edilməsinin DƏDRX-nin Ərazi İdarəsinə həvalə edərək, orada olan şəxslərin həmin sahədən çıxarılması və Bakı şəhəri, ünvan 2, 1-ci giriş, (3-cü bina) 1-ci mərtəbə, ümumi sahəsi 211,17 kv.metr olan 4 otaqdan ibarət 3 saylı yaşayış sahəsinin ona təhvil verilməsi öhdəliyinin icra edilməsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 cavabdeh «xxxx» MTK ilə 01.09.2010-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda tikilən 19 mərtəbəli çoxmənzilli yaşayış binasında «C» giriş-1, (3-cü bina) 1-ci mərtəbəsində ümumi sahəsi 211,17.kv.metr, yaşayış sahəsi 122,87 kv.metr olmaqla, 4 otaqdan ibarət 3 saylı mənzilin alğı-satqısına dair müqavilə bağlayaraq, kooperativin üzvü olmuşdur. Müqavilənin şərtlərinə uyğun olaraq mənzilin 28719 manat dəyərini tam ödəmiş və iddiaçıya MTK tərəfindən bu barədə 01.09.2010-cu il tarixli maliyyə arayışı verilmişdir. Arayışda qeyd olunmuşdur ki, İddiaçı1 «xxxx» MTK-nə borcu yoxdur. Müqavilənin «Tərəflərin öhdəlikləri» hissəsində göstərilmişdir ki, «İcraçı» Müqaviləyə 1 saylı əlavədə göstərilən texniki şərtlərə uyğun olaraq yaşayış binasını tikib istifadəyə vermək, tikinti başa çatdıqdan sonra əvvəlcədən nəzərdə tutulmuş mənzilin bütün sənədlərini (mənzilin dəyəri tam ödənilmək şərtilə) «Alıcıya» təhvil verməyi öhdəsinə götürür. Bina tikilib hazır olduqdan sonra iddiaçı mənzilin başqa tanımadığı şəxslərin istifadəsinə olduğunu görmüş və bu barədə MTK-nın sədrinə müraciət etmiş, cavabında həmin mənzilin iddiaçıya aid olmadığını bildirilmişdir. Bundan sonra «xxxx» MTK-nın sədrinə ərizə ilə müraciət edərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini icra edib mənzilin iddiaçıya təhvil verilməsini tələb etsə də, ərizənin qəbul olunmasından imtina edilmiş və ona görə də 05.02.2019-cu il tarixdə poçt xidməti tərəfindən müvafiq akt tərtib olunmuşdur. Göründüyü kimi, iddiaçı mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, «xxxx» MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» 2010-cu il 25 oktyabr tarixli Qərarının hüquqi mövqeyinə uyğun deyildir. Qeyd edilənlərə əsasən, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Eyni zamanda, «xxxx» MTK-nın cavabdeh İddiaçı1 qarşı qarşılıqlı iddia verərək, cavabdehlə bağlanmış Bakı şəhəri, ünvan 2 (giriş-1, 3-cü bina) 1-ci mərtəbəsində yerləşməklə ümumi sahəsi 211,17 kv.metr, yaşayış sahəsi 122,87 kv.metr olmaqla 4 otaqdan ibarət 3 saylı mənzilinə dair bağlanmış 01.10.2010-cu il tarixli müqavilənin və 01.10.2010-cu il tarixli 14 nömrəli maliyyə arayışının bağlandığı andan etibarsız hesab olunması tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı1 01.10.2010-cu il tarixli müqaviləni və 01.10.2010-cu il tarixli 14 nömrəli maliyyə arayışını məhkəməyə təqdim etmişdir. 01.10.2010-cu il tarixli müqavilədə göstərilir ki, guya «xxxx» MTK Bakı şəhəri, ünvan 2 ünvanda tikintisini həyata keçirdiyi 19 mərtəbəli çoxmənzilli yaşayış binasındakı (giriş-1, 3-cü bina) 1-ci mərtəbəsində yerləşməklə ümumi sahəsi 211,17 kv.metr, yaşayış sahəsi 122,87 kv.metr olmaqa 4 otaqdan ibarət 3 saylı mənzili İddiaçı1 hər bir kv.metr üçün 136 manat olmaqla, cəmi 28719 manata satmışdır. 01.10.2010-cu il tarixli 14 nömrəli maliyyə arayışına əsasən, guya Bakı şəhəri, ünvan 2 (giriş-1, 3-cü bina) 1-ci mərtəbəsində yerləşməklə ümumi sahəsi 211,17 kv.metr, yaşayış sahəsi 122,87 kv.metr olmaqla 4 otaqdan ibarət 3 saylı mənzilin dəyəri İddiaçı1 tərəfindən tam ödənilmişdir və «xxxx» MTK-nə borcu yoxdur. Həmin tarixdə onların bu müqavilədən xəbərləri olmamış, sözügedən müqavilə saxtadır, heç bir hüquqi qüvvəsi yoxdur və həmin mənzilə görə müqavilə üzrə «xxxx» MTK-nə hər hansı ödəniş həyata keçirilməmişdir. Müqavilədəki və maliyyə arayışındakı imzalar MTK-nın sədrinə və mühasibə məxsus deyildir və möhür də MTK-ya məxsus möhür deyildir. İddiaçı ilə cavabdeh arasında hər hansı mənzilə dair heç bir müqavilə imzalanmamış, heç bir münasibət olmamışdır. Həmin mübahisəli əmlak İddiaçı2 qanuni əsaslarla satılmış və həmin əmlakın mülkiyyətçisi İddiaçı2dir. Belə ki, İddiaçı2 ilə «xxxx» MTK arasında 01.06.2009-cu il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, «xxxx» MTK Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək prospekti, 10C ünvanda tikilən binada 1-ci giriş, 1-ci mərtəbə, 1-ci qapı, 184,4 kv.metr qeyri-yaşayış sahəsini İddiaçı2 198210 manata satmışdır. İddiaçı2 mübahisəli əmlaka dair ödənişlər etmiş, ödənişlərə dair kassa mədaxil orderləri verilmişdir. Sözügedən əmlaka dair İddiaçı2 mülkiyyət hüququnu təsdiq DƏDRX tərəfindən RX ******* nömrəli, 27.09.2016-cı il tarixli çıxarış və 27.09.2016-cı il tarixli pasport da verilmişdir. Göründüyü kimi, sözügedən qeyri-yaşayış sahəsinin qanuni sahibi, mülkiyyətçisi İddiaçı2dir, həmin əmlak onun sahiblik və istifadəsindədir. Həmin qeyri-yaşayış sahəsində İddiaçı2 tərəfindən təmir işləri də aparılmışdır. Sözügedən sahə mənzil yox, qeyri-yaşayış sahəsidir. Ötən 9 il müddətində cavabdeh həmin qeyri-yaşayış sahəsinə heç vaxt gəlməmiş, həmin sahənin harada yerləşdiyini belə bilməmişdir. Bundan əlavə, həmin müqavilədəki və maliyyə arayışındakı imzalar «xxxx» MTK-nın sədri X4 məxsus deyildir. 01.10.2010-cu il tarixli müqavilədəki və 01.10.2010-cu il tarixli, 14 nömrəli maliyyə arayışındakı möhür saxtadır, «xxxx» MTK-ya məxsus möhür ilə eynilik təşkil etmir. Müqaviləyə diqqət yetirdikdə görünür ki, guya 211,17 kv.metr sahə hər bir kv.metr üçün 136 manat olmaqla, cəmi 28719 manata satılmışdır ki, bu da tamamilə absurddur, real bazar qiymətlərindən kəskin fərqlənir. Odur ki, 01.10.2010-cu il tarixli müqavilə və 01.10.2010-cu il tarixli, 14 nömrəli maliyyə arayışı bağlandığı andan etibarsız hesab edilməlidir. Həmçinin, İddiaçı2 cavabdehlər İddiaçı1 və «xxxx» MTK-ya qarşı iddia verərək, cavabdehlər arasında Bakı şəhəri, ünvan 2 (giriş-1, 3-cü bina) 1-ci mərtəbəsində yerləşməklə ümumi sahəsi 211,17 kv.metr, yaşayış sahəsi 122,87 kv.metr olmaqla 4 otaqdan ibarət 3 saylı mənzilinə dair bağlanmış 01.10.2010-cu il tarixli müqavilənin və 01.10.2010-cu il tarixli 14 nömrəli maliyyə arayışının bağlandığı andan etibarsız hesab edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslanıdırlmışdır ki, iddiaçı 01.06.2009-cu ildə «xxxx» MTK ilə müqavilə bağlayaraq, həmin MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək prospekti, 10 C ünvanda tikilən binada 1-ci giriş, 1-ci mərtəbə, 1-ci qapı, 184,4 kv.metr qeyri-yaşayış sahəsini 198210 manata almışdır. Həmin pulu hissə-hissə olmaqla MTK-ya ödəyərək, 2010-cu ilin may ayında qurtarmışdır. Bakı şəhəri, Xətai rayonu, 1131ci məhəllə, Babək prospekti, 10 C ünvanda yerləşən binanın 1-ci giriş, 1-ci mərtəbə, 1-ci qapı, 184,4 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur, buna dair mülkiyyət hüququnu təsdiq edən RX seriyalı ******* nömrəli, 27.09.2016-cı il tarixli DƏDRX tərəfindən çıxarış və 27.09.2016-cı il tarixli texniki pasport da verilmişdir. O, həmin obyekti 2014-cü ildən başlayaraq təmir etdirmiş və o vaxtdan qeyri-yaşayış sahəsindən istifadə edir. DƏDRX-nin 27.09.2016-cı il tarixli «Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə» dair arayışına əsasən, Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək prospekti, 10 C ünvanda yerləşən binanın 1ci giriş, 1-ci mərtəbə, 1-ci qapı, 184,4 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin hüquqmüəyyənedici sənədlərə əsasən 20.09.2016-cı il tarixinə bazar dəyəri 531000 manat təşkil edir. Sözügedən qeyri-yaşayış sahəsinin qanuni sahibi, mülkiyyətçisi olmuş, 2009-cu ildən həmin sahə onun sahiblik və istifadəsində olmuşdur. Həmin obyektin dəyərini tam olaraq ödəmiş və qanuni əsaslarla əldə etmişdir. Lakin 2019-cu ilin avqust ayında ona məlum olmuşdur ki, qanuni əsaslarla əldə etdiyi qeyri-yaşayış sahəsinə dair cavabdehlər «xxxx» MTK ilə İddiaçı1 arasında 01.10.2010-cu il tarixli qanunsuz və saxta müqavilə bağlanmışdır. MTK rəhbərliyi ona bidirmişdir ki, İddiaçı1 onlara qarşı məhkəmədə iddia qaldırmışdır. MTK rəhbərliyi ona 2019-cu ilin avqust ayında verdiyi kserosurət olan 01.10.2010-cu il tarixli müqavilədə göstərilir ki, guya «xxxx» MTK Bakı şəhəri, ünvan 5 ünvanda tikintisini həyata keçirdiyi 19 mərtəbəli çoxmənzilli yaşayış binasındakı (giriş-1, 3-cü bina) 1-ci mərtəbəsində yerləşməklə ümumi sahəsi 211,17 kv.metr, yaşayış sahəsi 122,87 kv.metr olmaqla 4 otaqdan ibarət 3 saylı mənzili İddiaçı1 hər bir kv.metr üçün 136 manat olmaqla, cəmi 28719 manata satmışdır. 01.10.2010-cu il tarixli 14 nömrəli maliyyə arayışında göstərilir ki, guya Bakı şəhəri, ünvan 5 (giriş-1, 3-cü bina) 1-ci mərtəbəsində yerləşməklə ümumi sahəsi 211,17 kv.metr yaşayış sahəsi 122,87 kv.metr olmaqla 4 otaqdan ibarət 3 saylı mənzilin dəyəri İddiaçı1 tərəfindən tam ödənilmişdir və «xxxx» MTK-yə borcu yoxdur. Lakin sözügedən müqavilə saxtadır, heç bir hüquqi qüvvəsi yoxdur. MTK-dan ona bildiriblər ki, həmin mənzilə görə müqavilə üzrə «xxxx» MTK-ya hər hansı ödəniş həyata keçirilməmişdir. Hətta ödəniş keçirilmiş olsa belə, o, vicdanlı alıcıdır, mülkiyyətçidir, onun əmlakını MTK İddiaçı1 necə sata bilərdi. Sözügedən sahə mənzil yox, qeyri-yaşayış sahəsidir. Ötən 9 il müddətində nə MTK nümayəndəsi, nə də İddiaçı1 həmin qeyri-yaşayış sahəsinə heç vaxt gəlməmişlər. Bu əmlaka dair bu vaxtadək kimsə hər hansı sənədi ona təqdim etməmişdir. Müqaviləyə diqqət yetirdikdə görünür ki, 211,17 kv.metr sahə hər bir kv.metr üçün 136 manat olmaqla, cəmi 28719 manata satılmışdır ki, bu da tamamilə absurddur, real bazar qiymətlərindən kəskin fərqlənir. 28719 manata heç 1 otaqlı mənzil belə almaq mümkün deyil, nəinki, 211,17 kv.metr qeyri-yaşayış sahəsi. Həmin qeyri-yaşayış sahəsinin real bazar dəyəri 2016-cı ildə 531000 manat olmuş, 2009-cu ildə isə həmin qeyri-yaşayış sahəsini 198210 manata almışdır. 01.10.2010-cu tarixli müqavilə və 01.10.2010-cu il tarixli, 14 nömrəli maliyyə arayışı bağlandığı andan etibarsız hesab edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(011)- 3354/2020 saylı qətnaməsi (hakim Lalə Rəhimli) ilə İddiaçı1 iddiasının təmin olunmaması, «xxxx» MTK-nın qarşılıqlı iddiasının və İddiaçı2 iddiasının təmin edilməsi, «xxxx» MTK ilə İddiaçı1 arasında Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında tikilən 19 mərtəbəli çoxmənzilli yaşayış binasında giriş-1, (3-cü bina) 1-ci mərtəbəsində ümumi sahəsi 211,17 kv.metr, yaşayış sahəsi 122,87 kv.metr olmaqla 4 otaqdan ibarət 3 saylı mənzilə dair bağlanmış 01.10.2010-cu il tarixli müqavilə və 01.10.2010-cu il tarixli 14 nömrəli maliyyə arayışının etibarsız hesab edilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 122 (yüz iyirmi iki) manat məbləğində pul vəsaitinin İddiaçı1 alınaraq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. İddiaçı1 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın təmin, digər iddiaların rədd olunmasını xahiş etmişdir. Apellyasiya icraatı zamanı mübahisəli daşınmaz əmlakın yeni (hazırki) mülkiyyətçisi X10 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində icraata cəlb olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – ilk iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, ekspertiza rəyi ilə müqavilədə və maliyyə arayışında olan imzaların MTK-nın sədri X5 məxsus olmasının müəyyən edilməsi, mübahisəli əmlak üzərində İddiaçı2 mülkiyyət hüquqlarının 27 sentyabr 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, lakin 30 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən əmlakı X3, qeyri-yaşayış sahəsinin mülkiyyətçisinin hazırda da X10 olması, bu səbəbdən də İddiaçı2 hazırki iddianı qaldırmaqda subyektiv hüquqlarının olmaması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Apellyasiya baxışında iştirak edən İddiaçı1 nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, İddiaçı1 ilə MTK arasında bağlanmış 01.10.2010-cu il tarixli müqavilədə mənzil sözü yazılsa da, həmin sahə faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Yəni, mübahisə eyni daşınmaz əmlakla bağlıdır və həmin sahə əvvəl İddiaçı2 mülkiyyətində olmuş, hazırda isə sonuncu tərəfindən X1, onun xüsusi mülkiyyətindədir. İddiaçı əvvəllər əmlakla maraqlansa da, sonradan müəyyən səbəblərdən əmlaka baş çəkə bilməmiş, oranı təhvil götürməmişdir. Lakin, bu hal iddiaçının hüquqlarını məhdudlaşdıra və ya aradan qaldıra bilməzdi. İddiaçının həmin əmlaka dair 2009-cu ildə İddiaçı2 ilə MTK arasında müqavilə bağlanmasından məlumatı olmamışdır. Həmçinin, qeyd edir ki, birinci instansiya məhkəməsi İddiaçı1 ilə MTK arasında bağlanmış 01.10.2010-cu il tarixli müqaviləni etibarsız saysa da, Mülki Məcəllənin 337.5-ci maddəsini tətbiq etməmiş, faktiki olaraq MTK-ya ödənilmiş 28719 manat pulun qaytarılmalı olmasını qət etməmişdir. Birinci instansiya məhkəməsi maliyyə arayışının nəyə görə etibasız olmasını əsaslandırmamış, işdə bu istiqamətdə hər hansı sübut olmamışdır. Halbuki, işdə olan sübutlarla MTK-ya pul vəsaitlərinin ödənilməsi müəyyən olunur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışında iştirak edən İddiaçı2 nümayəndəsi (vəkili) apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, tərəflər arasında mübahisə eyni daşınmaz əmlakla bağlıdır ki, həmin sahə də hazırda qeyriyaşayış sahəsini kimi fəaliyyət göstərir. İddiaçı1 cavabdeh kimi həmçinin hüquqlarını təmsil etdiyi İddiaçı2 qarşı iddia qaldıraraq, sonuncu ilə MTK arasında mübahisəli daşınmaz əmlaka dair bağlanmış müqaviləni, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışı və s. mübahisələndirmişdir. Belə olan halda, İddiaçı2 da İddiaçı1 qarşı müvafiq tələbləri irəli sürmüşdür. Mübahisəli daşınmaz əmlakın İddiaçı2 tərəfindən X2 faktı vəziyyəti dəyişdirmir və İddiaçı2 subyektiv hüquqlarını aradan qaldırmır. Qeyd etdiyi kimi, İddiaçı1 özü İddiaçı2 qarşı iddia qaldırmaqla, sonuncunun qarşılıqlı tələb hüquqlarına zərurət yaratmışdır. Eyni zamanda, İddiaçı1 iddiası üzrə İddiaçı2 əmlak üzərində hüquqmüəyyənedici sənədləri ləğv olunacağı təqdirdə, sonuncunun X10 ilə mülki mübahisəsi yarana bilər ki, bu halın özü də İddiaçı2 hazırki iddia tələbini irəli sürmətdə kifayət qədar subyektiv hüquqlara malik olmasına dəlalət edir. Həmçinin, qeyd edir ki, daşınmaz əmlak daha əvvəl, yəni 2009-cu ildə MTK tərəfindən İddiaçı2 satılmış və sonuncu əmlakı təhvil alaraq, oranı təmir etdirmiş, fəaliyyət göstərmiş və mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Keçən uzun müddət ərzində (təqribən 10 il) İddiaçı1 əmlakla maraqlanmamış, ora gəlməmiş, əmlakı təhvil götürməmişdir. İddiaçı1 ümumiyyətlə əmlakın yerini belə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya baxışında iştirak edən «xxxx» MTK-nın nümayəndəsi (vəkili) apellyasiya şikayətini əsassız sayaraq, qarşılıqlı iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya baxışında iştirak edən üçüncü şəxs apellyasiya şikayətini əsassız sayaraq, izahatında göstərmişdir ki, o, mübahisəli daşınmaz əmlakı 30 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı2 almış, mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İddiaçı2 iddiasını müdafiə edir və hesab edir ki, İddiaçı2 həmin iddianı qaldırmaqda subyektiv hüquqlara malikdir. İddiaçı1 tanımamış, sonuncunu əmlakla maraqlanan görməmişdir. O, vicdanlı alıcıdır və tərəflər arasında olan hazırki mübahisə onun mülkiyyət hüquqlarını məhdudlaşdırmamalıdır. İşlə kifayət qədər tanış olmuşdur və hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmaması xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəni və izahatları dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan icraçı «xxxx» MTK ilə alıcı İddiaçı1 arasında bağlanmış 01.10.2010-cu il tarixli müqavilədən görünür ki, icraçı Babək prospekti, ev 10 ünvanında tikintisini həyata keçirdiyi 19 mərtəbəli çoxmənzilli yaşayış binasındakı mənzillərdən birini tərəflərin razılaşdığı qiymətə alıcıya satmağı, alıcı isə aldığı mənzilin dəyərini 100% ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci bəndindən görünür ki, 3-cü mənzil Babək prospekti 10 C, giriş-1, (3-cü bina) 1-ci mərtəbədə yerləşməklə ümumi sahəsi 211,17 kv.metr, yaşayış sahəsi 122,87 kv.metr olmaqla 4 otaqdan ibarətdir, mənzilin qiyməti hər bir kv.metr üçün 136 manat olmaqla, cəmi 28719 manat müəyyən edilir. Müqavilə MTK-nın sədri İsmayılov S.tərəfindən və alıcı İddiaçı1 tərəfindən imzalanmışdır. İşdə olan «xxxx» MMC (MTK) tərəfindən verilən 01.10.2010-cu il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 10 ünvanında yerləşən yaşayış binası MTK-nə məxsusdur, həmin binanın 10 «C» giriş-1, 1-ci mərtəbəsində, ümumi sahəsi 211,17 kv.metr, yaşayış sahəsi 122,87 kv.metr olan 4 otaqdan ibarət 3 saylı mənzilin dəyəri İddiaçı1 tərəfindən tam ödənilmişdir və onun MTKnə borcu yoxdur. İşdə olan icraçı «xxxx» Mənzil Tikinti Kooperativi ilə alıcı İddiaçı2 arasında bağlanmış 01.06.2009-cu il tarixli müqavilənin surətindən görünür ki, icraçı Babək prospekti, ev 10 ünvanında tikintisini həyata keçirdiyi 19 mərtəbəli çoxmənzilli yaşayış binasındakı qeyri-yaşayış sahəsini tərəflərin razılaşdığı qiymətə alıcıya satmağı, alıcı isə aldığı mənzilin dəyərini 100% ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci bəndindən görünür ki, qeyri-yaşayış sahəsi Babək prospekti 10 C, giriş-1, 1-ci mərtəbədə yerləşməklə ümumi sahəsi 198,21 kv.metrdən ibarət olacaqdır, mənzilin qiyməti hər bir kv.metr üçün 1000 manat olmaqla, cəmi 198210 manat müəyyən edilir. Müqavilə MTK-nın sədri İsmayılov S. tərəfindən və alıcı İddiaçı2 tərəfindən imzalanmışdır. İşdə olan kassa mədaxil orderlərinin surətlərindən görünür ki, İddiaçı2 01.06.2009cu il tarixdə 99105 manat, 03.07.2009-cu il tarixdə 9910 manat, 05.08.2009-cu il tarixdə 9910 manat, 04.09.2009-cu il tarixdə 9910, 02.10.2009-cu il tarixdə 9910 manat, 03.11.2009-cu il tarixdə 9910 manat, 02.12.2009-cu il tarixdə 9910 manat, 08.01.2010-cu il tarixdə 9910 manat, 02.02.2010-cu il tarixdə 9910 manat, 06.03.2010-cu il tarixdə 9910 manat, 05.04.2010-cu il tarixdə 9915 manat ödəniş edilmişdir. İşdə olan daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək prospekti 10C, 1-ci giriş 1-ci mərtəbə, qapı-1, 184,4 kv.metr ümumi sahəsi olan daşınmaz əmalkın 20.09.2016-cı il tarixə bazar dəyəri 531000 manat təşkil edir. İşdə olan 25.11.2010-cu il tarixli «xxxx» MTK ilə X14 arasında bağlanmış müqavilənin surətindən görünür ki, Babək prospekti, ev 10 ünvanında yerləşən binada ümumi sahəsi 211,17 kv.metr 69 saylı mənzilin dəyəri 126000 manat, 22.04.2013-cü il tarixli «xxxx» MTK ilə X11 arasında bağlanmış müqavilənin surətindən görünür ki, Babək prospekti, ev 10 ünvanında yerləşən binada ümumi sahəsi 155,64 kv.metr olan 39 saylı mənzilin dəyəri 115000 manat, 15.02.2011-ci il tarixli «xxxx» MTK ilə X20 arasında bağlanmış müqavilənin surətindən görünür ki, Babək prospekti, ev 10 ünvanında yerləşən binada ümumi sahəsi 211 kv.metr olan 33 saylı mənzilin dəyəri 126600 manat, 26.01.2010-cu il tarixli «xxxx» MTK ilə X21 arasında bağlanmış müqavilənin surətindən görünür ki, Babək prospekti, ev 10 ünvanında yerləşən binada ümumi sahəsi 148,34 kv.metr olan 152 saylı mənzilin dəyəri 93454 manat, 15.03.2006-cı il tarixli «xxxx» MTK ilə X22 arasında bağlanmış müqavilənin surətindən görünür ki, Babək prospekti, ev 10 ünvanında yerləşən binada ümumi sahəsi 175 kv.metr olan 27 saylı mənzilin dəyəri 47250 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək prospekti 10C, 1ci giriş, 1-ci mərtəbə, qapı-1 ünvanında yerləşən 184,4 kv.metr qeyri-yaşayış sahəsi İddiaçı2 xüsusi mülkiyyət hüququ əsasında məxsusdur. İşdə olan məhkəmə-xətşünaslıq ekspertizasının 07.08.2019-cu il tarixli 19396 saylı rəyindən görünür ki, İddiaçı1 ilə «xxxx» MTK arasında bağlanmış 01.10.2010-cu il tarixli müqavilənin «İcraçı» qrafasındakı imza və 01.10.2010-cu il tarixli 14 nömrəli maliyyə arayışında (i.v.) «xxxx» MTK-nın sədri qrafasındakı imza – X8 tərəfindən icra olunmuşdur. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən mübahisə edilən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10C ünvanında yerləşən 19 mərtəbəli yaşayış binasının (3-cü bina), 1-ci mərtbəsində yerləşən sahənin 198,21 kv.metr hissəsinə dair İddiaçı2lə «xxxx» MTK ilə 01.06.2009-cu il tarixdə, sonradan isə 211,17 kv.metr hissəsinə dair İddiaçı1la «xxxx» MTK arasında 01.10.2010-cu il tarixdə müqavilə bağlanmışdır. Göründüyü kimi, «xxxx» MTK ilə İddiaçı1 arasında bağlanmış müqavilə, «xxxx» MTK ilə İddiaçı2 arasında olan 01.06.2009-cu il tarixli müqavilədən sonrakı tarixdə, yəni 01.10.2010-ci ildə bağlanmışdır. Odur ki, İddiaçı1 göstərilən dəlilləri əsassızdır. Belə ki, İddiaçı2 iştirakı olmadan, ona məxsus qeyri-yaşayış sahəsinə dair «xxxx» MTK ilə İddiaçı1 arasında 01.10.2010-cu il tarixdə müqavilə bağlanmışdır. göstərilən qeyri-yaşayış sahəsi İddiaçı2 məxsus olduğu halda, bununla da qeyd edilən qeyri-yaşayış sahəsi ilə bağlı hər hansı bir razılaşma (müqavilə) bağlanarkən, İddiaçı2 də iradə ifadəsinin zəruri olduğu halda, onun iştirakı olmadan, İddiaçı2lə bağlanan müqavilənintərəfi olmayan şəxs, yəni İddiaçı1 ilə «xxxx» MTK arasında göstərilən müqavilə bağlanaraq, İddiaçı2 məxsus qeyri-yaşayış sahəsi «xxxx» MTK tərəfindən İddiaçı1 satılmışdır. Bununla da mübahisəli qeyri-yaşayış sahəsinə dair «xxxx» MTK ilə İddiaçı1 arasında bağlanmış qeyd edilən müqavilə qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır. Göründüyü kimi, İddiaçı1la bağlanmış müqavilə daha əvvəl eyni daşınmaz əmlakla bağlı «xxxx» MTK ilə İddiaçı2 arasında bağlanmış müqavilənin qüvvədə olduğu, yəni tərəflərin hüquq və vəzifələrinə xitam verilmədiyi dövrdə bağlanmışdır (qeyd edilməldir ki, İddiaçı1la bağlanmış müqavilədə daşınmaz əmlak mənzil kimi qeyd edilsə də, tərəflər mübahisənin eyni daşınmaz əmlakla, yəni yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı olmasını bildirərək, bu halı mübahisələndirməmişlər). Belə olan halda isə, İddiaçı1la bağlanmış müqavilə mübahisə predmeti olan daşınmaz əmlak üzərində sonuncunun qanuni əmlak hüquqlarının yaranmasına əsas ola bilməzdi. «M.Hüseynovun şikayət üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin mülki kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 04 mart 2015-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə hüququ başqa şəxs tərəfindən əldə edildikdən sonra MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun deyildir. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllənin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bununla yanaşı, qeyd edilməlidir ki, mübahisəli daşınmaz əmlak uzun müddət əvvəl İddiaçı2 təhvil verilmiş, sonuncu oradan istifadə edərək, əmlak üzərində mülkiyyət hüquqları hələ 2016-cı ildə dövlət qeydiyyatına alınmışdır. İddiaçı1 isə əmlakı ümumiyyətlə təhvil almamış, ondan istifadə etməmişdir. Mülkiyyətin qazanılması borclunun əşyaya sərəncam verməsi - daşınarlarda əşyanı alıcının faktiki sahibliyinə verməsi (MM, maddə 182), daşınmaz əşyalarda əşyanın dövlət reyetrindəki qeydini alıcının adına keçirməsi (MM, maddə 139), fərdi-müəyyən əşyanı vermək öhdəliyinin icra edilməməsi halında isə əşyanın üçüncü şəxsə mülkiyyət hüququ ilə (faktiki yiyələnmə formasında sahibliyə) verilməsi ilə mümkün olur (MM, maddə 452.1). Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Göründüyü kimi, qanun, fərdi müəyyən əşyaya haqq iddia edən bir neçə kreditorun olduğu halda həmin əşyanın onlardan hansına məxsus olması qaydalarını dəqiqliklə müəyyən etmişdir. Belə ki, borclu, həmin əşyanı kreditorun mülkiyyətinə vermək öhdəliyini icra etməmişsə və əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməmişsə, kreditor, həmin əşyanın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Başqa sözlə, borclu, eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən alıcıya məxsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmişsə, yəni şəxs əşyaya yiyələnmişsə və ona mülkiyyətçi kimi sahiblik edirsə, digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmış olur (əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur). Bu xüsusatla bağlı məhkəmə kollegiyası həmçinin vurğulayır ki, əşyaya sahiblənmə dedikdə hüquqi sənədləşmə ilə yanaşı, həmçinin faktiki hərəkətlərlə gerçəkləşən yiyələnmə əməli başa düşülür. Sahiblik (yiyələnmə), şəxsin əşyanı özünün nəzarətində və təsir dairəsində saxlaması, kənar şəxslərin müdaxiləsindən qoruması (qapı qoyması, açarını yalnız özündə saxlaması, təmir etməsi), mütəmadi baş çəkərək onu idarə etməsi, saxlanma və kommunal xərclərini ödəməsi və s. kimi faktiki hərəkətlərdə özünü göstərir. Ona görə də, qeyd edilən aktiv hərəkətlərlə dəstəklənməyən təhvil aktı və ya müqavilə özü-özlüyündə sahiblənməni təsdiqləyən sübut kimi qəbul oluna bilməz. Göründüyü kimi, İddiaçı2 mübahisəli əmlaka faktiki sahiblənən alıcı olduğundan, yəni əşya artıq ona faktiki olaraq verildiyindən və keçən müddət ərzində sonuncu ona yiyələnərək, mülkiyyətçi kimi sahiblik etdiyindən digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmışdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri ilk iddianın təmin olunmalı olması hissədə tam əsassızdır. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Apellyasiya şikayətinin dəlillərində həmçinin mübahisəli əmlak üzərində İddiaçı2 mülkiyyət hüquqlarının 27 sentyabr 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, lakin 30 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən əmlakı X3, qeyri-yaşayış sahəsinin mülkiyyətçisinin hazırda da X10 olması, bu səbəbdən də İddiaçı2 hazırki iddianı qaldırmaqda subyektiv hüquqlarının olmaması göstərilmişdir. Belə ki, apellyasiya şikayətinə əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 13 noyabr 2020-ci il tarixli arayışından görünür ki, mübahisəli daşınmaz əmlak «xxxx» MTK üzvlərinin ümumi iclasının 18 mart 2016-cı il tarixli, 1 nömrəli protokolundan çıxarışa, 05 sentyabr 2016-cı il tarixli maliyyə arayışına əsasən 27 sentyabr 2016-cı il tarixdə ilkin olaraq İddiaçı2 adına qeydiyyatdan keçmiş, 5 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş 30 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən 19 fevral 2019-cu il tarixdə X7 adına qeydiyyadan keçmişdir və hazırda mülkiyyətindədir. Yuxarıda qeyd edildiyi kimi X10 müstəqil tələblər sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuş, sonuncu izahatında həmçinin qeyd etmişdir ki, o, mübahisəli daşınmaz əmlakın hazırki mülkiyyətçisi kimi İddiaçı2 iddiasını müdafiə edir və hesab edir ki, İddiaçı2 həmin iddianı qaldırmaqda subyektiv hüquqlara malikdir. Eyni zamanda, İddiaçı2 nümayəndəsi subyektiv hüquqla bağlı məsələyə münasibət bildirərək qeyd etmişdir ki, İddiaçı1 cavabdeh kimi həmçinin hüquqlarını təmsil etdiyi İddiaçı2 qarşı iddia qaldıraraq, sonuncu ilə MTK arasında mübahisəli daşınmaz əmlaka dair bağlanmış müqaviləni, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışı və s. mübahisələndirmişdir. Belə olan halda, İddiaçı2 da İddiaçı1 qarşı müvafiq tələbləri irəli sürmüşdür. Mübahisəli daşınmaz əmlakın İddiaçı2 tərəfindən X2 faktı vəziyyəti dəyişdirmir və İddiaçı2 subyektiv hüquqlarını aradan qaldırmır. Eyni zamanda, İddiaçı1 iddiası üzrə İddiaçı2 əmlak üzərində hüquqmüəyyənedici sənədləri ləğv olunacağı təqdirdə, sonuncunun X10 ilə mülki mübahisəsi yarana bilər ki, bu halın özü də İddiaçı2 hazırki iddia tələbini irəli sürməkdə kifayət qədar subyektiv hüquqlara malik olmasına dəlalət edir. Məhkəmə kollegiyası qaldırılmış iddia tələblərini, işin həqiqi hallarını, tərəflərin mövqeyini və s. işin diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, İddiaçı2 iddia tələblərini irəli sürməkdə subyektiv hüquqlara malik olmuşdur. İlkin olaraq qeyd edilməldir ki, İddiaçı1 İddiaçı2 qarşı iddia tələbləri irəli sürərək, mübahisəli əmlaka dair sonuncunun adına olan hüquqmüəyyənedici sənədləri mübahisələndirmişdir. Bu səbəbdən də Vəliyev X15 Murad Şirin oğluna qarşı iddia verərək analoji sənədləri mübahisələndirmişdir. Eyni zamanda, məhkəmə kollegiyası İddiaçı2 nümayəndəsinin mövqeyi ilə də razılaşaraq qeyd edir ki, İddiaçı1 iddiası üzrə İddiaçı2 qarşı tələbləri sonuncuya gələcəkdə X10 qarşısında daşıya biləcəyi hüquq və vəzifələr (öhdəliklər) baxımından da əhəmiyyətlidir və özü-özlüyündə tələb (subyektiv) hüquqlarının mövcudluğunu ehtiva edir. Göründüyü kimi, apellyasiya şikayətinin qeyd edilən dəlili də əsassızdır (həmçinin qeyd edilməldir ki, analoji iddia tələbləri «xxxx» MTK tərəifndən də irəli sürülmüşdür). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi - İddiaçı1 iddiasını təmin etməməkdə, həmçinin «xxxx» MTK ilə İddiaçı1 arasında bağlanmış 01.10.2010-cu il tarixli müqaviləni etibarsız saymaqda haqlı olmuşdur. Qətnamə həmin hissədə qanuni və əsaslıdır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi «xxxx» MTK tərəfindən İddiaçı1 verilmiş 01.10.2010-cu il tarixli 14 nömrəli maliyyə arayışının etibarsız hesab etməkdə haqlı olmamışdır. «xxxx» MTK qarşılıqlı iddia ərizəsində İddiaçı1 tərəfindən mübahisəli əmlaka görə hər hansı pul vəsaitinin ödənilməməsini, müqavilədə və maliyyə arayışında olan imza və möhürlərin MTK-ya və onun sədrinə aid olmamasını göstərsə də, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə xəttşünaslıq ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı1 ilə «xxxx» MTK arasında bağlanmış 01.10.2010-cu il tarixli müqavilənin «İcraçı» qrafasındakı imza və 01.10.2010-cu il tarixli 14 nömrəli maliyyə arayışında (i.v.) «xxxx» MTK-nın sədri qrafasındakı imza – X8 tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin edərkən qeyd etmişdir ki, «xxxx» MTK ilə İddiaçı1 arasında mübahisəli mənzilə dair bağlanmış müqavilə etibarsız hesab edildiyindən, məhkəmə araşdırması zamanı İddiaçı1 tərəfindən mübahisə predmeti olan əmlaka görə 28719 manat məbləğində pul vəsaitin ödənilməsi öz təsdiqini tapmadığından, verilmiş maliyyə arayışı da etibarsız hesab edilməlidir. Göründüyü kimi, məhkəmə iki əsasla maliyyə arayışının etibarsız olmasını nəticəsinə gəlmişdir: - «xxxx» MTK ilə İddiaçı1 arasında bağlanmış 01.10.2010-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, - Məhkəmə araşdırması zamanı İddiaçı1 tərəfindən mübahisə predmeti olan əmlaka görə 28719 manat məbləğində pul vəsaitin ödənilməsinin öz təsdiqini tapmaması. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, «xxxx» MTK ilə İddiaçı1 arasında bağlanmış 01.10.2010-cu il tarixli müqavilə ona görə etibarsız sayılmışdır ki, mübahisəli əmlakla bağlı daha əvvəl MTK ilə İddiaçı2 arasında müvafiq müqavilə bağlanmışdır və bununla da sonuncunun əşya üzərində qanuni əmlak hüquqları yaranmışdır (bu barədə yuxarıda ətraflı qeyd olunmuşdur). Yəni, «xxxx» MTK ilə İddiaçı1 arasında 01.10.2010-cu il tarixli müqavilənin imzalanması (bağlanması) şübhə doğurmamışdır və birinci instansiya məhkəməsi də bu halı qəbul etmişdir (qətnamədə bunun əksi ilə bağlı hər hansı mövqe yoxdur). Göründüyü kimi, «xxxx» MTK ilə İddiaçı1 arasında bağlanmış 01.10.2010-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi özü-özlüyündə maliyyə arayışının da etibarsız olması anlamına gələ bilməz (maliyyə arayışı yalnız müqaviləyə əsasən müvafiq pul vəsaitinin ödənilməsi faktını təsdiq edir). Birinci instansiya məhkəməsinin istinad etdiyi ikinci əsas (İddiaçı1 tərəfindən mübahisə predmeti olan əmlaka görə 28719 manat məbləğində pul vəsaitin ödənilməsinin öz təsdiqini tapmaması) isə işdə olan sübutlarla öz təsdiqini tapmır. Yəni, işdə 01.10.2010-cu il tarixli 14 nömrəli maliyyə arayışının saxta olması, İddiaçı1 tərəfindən «xxxx» MTK-ya 28719 manat pul vəsaitinin ödənilməsini istisna edən hər hansı mötəbər sübut mövcud deyildir (həmin hissədə sübutetmə yükü iddia edənlərin üzərinə düşür). «xxxx» MTK qarşılıqlı iddianı həmin hissədə (eyni zamanda İddiaçı2 həmin hissədə iddia tələbini) ümumi sözlərdə əsaslandırmağa çalışmış, məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin qeyd edilən hallarını tam və hərtərəfli araşdırmamış, iddia tələblərini maliyyə arayışına aid hissədə təmin etməklə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə olan halda isə, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbləri - «xxxx» MTK tərəfindən İddiaçı1 verilmiş 01.10.2010-cu il tarixli, 14 nömrəli maliyyə arayışının etibarsız sayılması hissədə təmin olunmamalıdır. Qətnamə həmin hissədə apellyasiya şikayətinə əsasən ləğv olunmalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi «xxxx» MTK ilə İddiaçı1 arasında bağlanmış 01.10.2010-cu il tarixli müqavilənin etibarsız olması nəticəsinə gəldiyi halda, Mülki Məcəllənin 337.5-ci maddəsini tətbiq etməməkdə haqlı olmamışdır. Həmin normaya əsasən - əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İşdə olan sübutlarla məhkəmə tərəfindən etibarsız sayılmış müqavilə üzrə İddiaçı1 tərəfindən «xxxx» MTK-ya 28719 manat pul vəsaitinin ödənilməsi müəyyən olunur (MTK bunun əksini sübut edə bilməmişdir). Belə olan halda, həmin pul vəsaiti «xxxx» MTK-dan tutularaq İddiaçı1 xeyrinə verilməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı1 cavabdeh «xxxx» MTK-ya və İddiaçı2 qarşı «müqavilənin etibarsız hesab edilməsi, müqavilə üzrə öhdəliyin icra edilməsi» tələbinə dair ilk, iddiaçı «xxxx» MTK-nın cavabdeh İddiaçı1 qarşı «müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi» barədə qarşılıqlı, həmçinin İddiaçı2 cavabdehlər İddiaçı1 və «xxxx» MTK-ya qarşı «müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(011)-3354/2020 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(011)- 3354/2020 qətnaməsi qismən, yəni «xxxx» MTK-nın və İddiaçı2 iddia tələbləri üzrə «01.10.2010-cu il tarixli 14 nömrəli maliyyə arayışının etibarsız hesab edilməsi» hissədə ləğv olunsun, iddia tələbləri həmin hissədə təmin olunmasın. «xxxx» MTK-dan 28719 (iyirmi səkkiz min yeddi yüz on doqquz) manat pul vəsaiti tutularaq İddiaçı1 xeyrinə verilsin. Qətnamə apellyasiya şikayətinə əsasən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2663/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2663/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver