Məhkəmə qərarları › İş №2(103)-2670/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2670/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2670/2025 03.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “Cavabdeh1 ilə AR Qaçqınların və X10 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti arasında bağlanılmış 2018-ci il 15 yanvar 520 xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 və ailə üzvləri Cavabdeh2, Cavabdeh3, X12, Cavabdeh5 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən 1 nömrəli evin 520 nömrəli mənzilindən çıxarılması və mənzili boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə təhvil verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: yaşayış sahəsinin kirayə müqaviləsinin ləğvi, mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X13 (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə, Cavabdeh1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1658/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. xx.xx.2018-ci il tarixli 520 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 1-ci bəndindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi ərazisində yeni salınmış hündürmərtəbəli yaşayış kompleksi, blok “D”, 52 C nömrəli mənzildə yerləşən Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin mənzil fonduna aid ümumi sahəsi 114.22 kv.metrdən ibarət 2 otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə (müvafiq dövlət proqramları və ya tədbirlərin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər istisna olmaqla) müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə, müvəqqəti Kirayəçinin (Cavabdeh1) sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2ci bəndindən görünür ki, Kirayəçinin ailə üzvləri Cavabdeh2 (həyat yoldaşı), X12 (övladı), Cavabdeh5 (övladı), Cavabdeh4 (övladı) ibarətdir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən tərəflərin razılığı ilə istənilən vaxt bu Müqavilənin şərtləri dəyişdirilə və ya ləğv edilə bilər.Həmin müqavilənin 5.7.3-cü maddəsinə əsasən kirayəçi və ailə üzvləri mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən şəxsi vəsaiti hesabına (ayrıca təsərrüfatın yaranması istisna olmaqla) ayrıca yaşayış sahəsi əldə etdikdə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər.

2. xx.xx.2024-cü il tarixli Sabunçu rayon Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş 1312 nömrəli arayışdan görünür ki, Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh3, X12, Cavabdeh5 və Cavabdeh4 ünvan 2 ünvanında Laçın rayonundan məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır.

3. xx.xx.2023-cü il tarixli Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Repatriasiya departamenti tərəfindən tərtib olunmuş bildirişdən görünür ki, Cavabdeh1 dövlət tərəfindən bərpa edilən 831 kodlu evə daimi yaşayış üçün köçürüləcəkləri və Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən ailə üzvləri ilə birlikdə kirayə müqaviləsi əsasında müvəqqəti yaşamaqları üçün verilmiş dövlətə məxsus olan ünvan 4 ünvanında yerləşən 1 nömrəli evin, 520 nömrəli mənzilin boşaldaraq Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə təhvil verilməsi bildirilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X12, Cavabdeh5, Cavabdeh4 qarşı iddia ərizəsi ilə müraciər edərək, Cavabdeh1 ilə Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış 2018-ci il 15 yanvar tarixli 520 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməsini və Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh3, X12, Cavabdeh5 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən 1 nömrəli evin 520 nömrəli mənzilindən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı sonradan ərizə ilə müraciət edərək, iddia ərizəsində Cavabdeh2, Cavabdeh3, X7, Cavabdeh5nə və Cavabdeh4 cavabdeh kimi qeyd etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 2018- ci il 15 yanvar tarixli 520 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Laçın rayonundan məcburi köçkün Cavabdeh1 ailə üzvləri ilə birlikdə Qaçqınların və Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması uzrə Dövlət Proqramı çərçivəsində ünvan 5 ünvanında yerləşən 1 nömrəli evin 520 nömrəli mənzili ilə təmin edilmişdir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı” çərçivəsində və ünvan 6 ünvanında yerləşən dövlət tərəfindən bərpa edilən 831 kodlu evə köçmək üçün Cavabdeh1 Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən bildiriş göndərilməsinə baxmayaraq, müvəqqəti məskunlaşdıqları ünvan 7 ünvanında yerləşən 1 nömrəli evin 520 nömrəli mənzili təhvil verməyəcəyini bildirmişdir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Komitə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara və “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əsaslanaraq mənzilə daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə müvəqqəti yaşamaları üçün yaşayış sahələri vermişdir. Əlavə olaraq bildirir ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planının 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə uyğun olaraq, tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə, ailələrin köçürülməsini Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi həyata keçirir. Tədbirlər Planının 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə uyğun olaraq, Laçın rayonundan olan bir qrup rayon sakinlərinin evləri dövlət tərəfindən tam bərpa olunmuşdur. Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən Cavabdeh1 ailə üzvləri ilə birlikdə müvəqqəti yaşaması üçün verilmiş, kirayə müqaviləsi əsasında müvəqqəti məskunlaşdığı dövlətə məxsus olan ünvan 1 ünvanında yerləşən 1 nömrəli evin 520 nömrəli mənzildən ailə üzvləri ilə birlikdə çıxarılması və mənzilin boşaldıraraq Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə təhvil verməyini və ünvan 6 ünvanında yerləşən tam təmirli olan evə ailə üzvləri ilə birlikdə köçməsi barədə geniş məlumat verilmişdir. Lakin Cavabdeh1 N.Nərimanov küçəsi ev 17 ünvanında yerləşən təmir edilmiş evə müxtəlif bəhanələr gətirərək köçməkdən imtina etmişlər. Odur ki, Azərbaycan Respublikası Prezidentinin 16 Noyabr 2022-ci il 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planının 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndi əsas götürərək dövlət tərəfindən tam təmir edilmiş, abadlaşdırılmış yaşayış sahəsinə köçməyən vətəndaş Cavabdeh1 ilə Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi arasında ünvan 1 ünvanında yerləşən 1 nömrəli evin 520 nömrəli mənzilinə bağlanmış xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli, mənzilin boşaldılaraq Komitəyə təhvil verilməsi barədə qətnamə qəbul edilməlidir.

7. Cavabdeh1 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfin onlara qarşı irəli sürdüyü “əsas fakt” ünvan 8 ünvanda tikilmiş, hazırda 831 nömrəsi ilə qeydə alınmış mənzilin guya cavabdehə mənsub olmasıdır. 1989-cu ildən ayrılmış və evləndiyi gündən başqa mənzildə kirayə yaşamışdır. 1992-ci ildə məlum hadisələrlə əlaqədar məcburi köçkün düşərkən kirayə yaşadığı M.Əzizbəyov küçəsindən ailəsi ilə (həyat yoldaşı və qızıyla) Bakı şəhərinə köçmüşdür. Həmin zaman valideynləri ilə birlikdə onun iki qardaşı və bir bacısı yaşayırdı. Həmin ev onlara məxsusdur. Cavabdeh isə ailəsi ilə üç il idi ki, mənzil növbəsində qeydə alınmışdı. Laçın şəhərində tikiləcək növbəti binadan ona iki otaqlı mənzil verilməsi planlaşdırılmışdı. Dövlət Arxiv idarəsinə müraciət etmişdir. Laçın şəhər XDS İcraiyyə Komitəsinin mənzil növbəsinin adlı siyahısını əldə edən kimi məhkəməyə təqdim edəcəkdir. Bakı şəhərində köçkünlük zamanı o, Sabunçu rayonu Bakıxanov qəsəbəsində X11 yataqxanasında (R. Qənbərov 4) bir otaqda məskunlaşmışdır. Valideynləri isə Qaradağ rayonu Səngəçal qəsəbəsində məskunlaşmışlar. Qaçqınların və X10 üzrə Dövlət Komitəsi nəyə əsasən Laçın şəhərində tikilmiş 831 saylı mənzilin əsl sahiblərinə yox, heç bir aidiyyatı olmadığı halda məhz ona vermək cəhdləri başa düşülən deyil. X18 İlham Əliyevin tapşırığına uyğun olaraq köçkün əhali arasında könüllü qayıdış proqramı üzrə geniş sorğu keçirilmişdir. Sorğunun nəticəsi olaraq qayıtmaq arzusu olan ailə başçıları ilə xüsusi protokollar tərtib edilmiş, imzalandıqdan sonra protokol-müqavilə sinədə tutulmaq şərti ilə sübut üçün vətəndaşların fotoşəkilləri çəkilmişdir. Həmin imzalanmış müqavilələrə əsasən işğaldan azad olunmuş ərazilərdə mənzillər tikilmişdir. Cavabdeh ailə başçısı olaraq belə bir sorğuda iştirak etməmiş, heç bir sənəd imzalamamış və üzərinə heç bir hüquqi öhdəlik götürməmişdir. Hal-hazırda da Qarabağ və Şərqi Zəngəzura qayıtmaq istəyən keçmiş məcburi köçkünlərlə belə protokol-müqavilənin imzalanması əsas şərtdir. Hal-hazırda məskunlaşdıqları mənzil onlara Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, X22 Prezidenti Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə verilmişdir. Mövcud durum haqqında cavabdehə kömək etməsi üçün Mehriban xanıma Əliyevaya müraciət etmişdir. Bu evə altı nəfərlik ailələrinin çox böyük ehtiyacı var. Bildirmişdir ki, onun altmış iki illik həyatı dövlətçiliyə və Ulu Öndərin layiqli davamçısı olan X25 Əliyevin siyasətinin təbliğinə həsr edilib. İyirmi ildən çoxdur 121 saylı Laçın DSK-nın 09 saylı Məntəqə Seçki Komissiyasının sədridir, şairdramaturq kimi dövlətçiliyimizi, möhtəşəm qələbəmizi tərənnüm edən əsərlərin müəllifidir, Ulu Öndər H. Əliyevin 100 illik yubileyinə həsr etdiyi “Dahilərin görüşü” əsəri yüksək səviyyədə Naxçıvan şəhərində nümayiş etdirilmişdir

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1658/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh1 ilə Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış 2018-ci il 15 yanvar tarixli 520 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh3, X12, Cavabdeh5 və Cavabdeh4 tərəfindən Xətai rayonu, Telnov küçəsi, Yeni yaşayış kompleksi ünvanında yerləşən 1 nömrəli evin 520 nömrəli mənzilin boşaldılması, cavabdehlər Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh3, X12, Cavabdeh5 və Cavabdeh4 Xətai rayonu, Telnov küçəsi, Yeni yaşayış kompleksi ünvanında yerləşən 1 nömrəli evin 520 nömrəli mənzildən çıxarılması qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh1 və onun ailəsi Laçın rayonundan məcburi köçkün olduğundan onunla xx.xx.2018-ci il tarixli 520 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə verilməsi barədə müqavilə bağlanılmış və hazırda cavabdeh ailəsi ilə birlikdə ünvan 4 ünvanında yerləşən 1 nömrəli evin, 520 nömrəli mənzilində yaşayır. İddiaçı xx.xx.2023-cü ildə cavabdehə bildiriş göndərməklə, Laçın rayonu, Laçın şəhəri ünvanında yerləşən 831 kodlu mənzilə köçürülməsini və kirayə müqaviləsi əsasında müvəqqəti yaşamaq üçün ona verilmiş ünvan 4 ünvanında yerləşən 1 nömrəli evin, 520 nömrəli mənzilinin boşaldılaraq təhvil verilməsini xahiş etmişdir. Məhkəmə tərəflər arasında bağlanılmış müqavilənin 5.7.3-cü maddəsinə istinadən iddia tələbini “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğvi” hissəsində əsaslı hesab edərək qeyd etmişdir ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evi dövlət tərəfindən bərpa edilərək, Cavabdeh1 ayrılmışdır. Müqavilənin 5.7.3-cü maddəsinə nəzər yetirdikdə görünür ki, kirayəçi və ailə üzvlərinin ayrıca yaşayış sahəsi əldə etməsi xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməsinə əsasdır. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında ünvan 4 ünvanında yerləşən 1 nömrəli evin, 520 nömrəli mənzilinin kirayə verilməsi barədə müqavilə 2018-ci ildə bağlanılmışdır. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat imzalanmasından sonra ErmənistanAzərbaycan münaqişəsinə son qoyulmuş və Azərbaycan münaqişə sonrası bərpa, yenidənqurma və reinteqrasiyanı əhatə edən yeni mərhələyə qədəm qoymuşdur. Ərazilərin işğaldan azad edilməsi yüz minlərlə köçkünün öz yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtma hüququnun həyata keçirməsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı” təsdiq edilmiş və məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdlarına qaytarılması prosesi başlanılmışdır. 2018-ci ildə kirayə müqaviləsi bağlanan zaman həmin müqavilənin məhkəmə qaydasına ləğv edilməsi üçün şərtlərindən biri olan kirayəçinin şəxsi vəsaiti hesabına ayrıca yaşayış sahəsinin əldə edilməsi onun “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”na uyğun olaraq da yaşayış sahəsi ilə təmin edilməsini özündə ehtiva edir. Cavabdeh1 ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin ona deyil, əslində qardaşına ayrılmalı olduğunu və ya evin yararsız vəziyyətdə layihələndirildiyi bildirsə də, bu halı inzibati icraat qaydasında mübahisələndirməmişdir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİİ bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Buna görə də hazırkı qətnamə cavabdehin və ailə üzvlərin konstitusion hüququ olan azadlıq hüququnu məhdudlaşdırılması, yəni ki, iradəsinə zidd olaraq yaşayış sahəsi seçilməsi kimi başa düşülməməlidir. Göründüyü kimi iddia tələbi cavabdeh ilə iddiaçı arasında kirayə müqaviləsinin ləğv edilməsi və kirayəçi və onun ailə üzvlərinin mənzildən çıxarılması ilə bağlıdır. Hazırkı məhkəmə araşdırması zamanı isə xx.xx.2018-ci il tarixli 520 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsini hüquqi əsasları mövcud olmuşdur. Odur ki, cavabdeh dövlət hesabına ayrıca yaşayış sahəsi əldə etdiyindən tərəflər arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 520 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. Məhkəmə Mənzil Məcəlləsinin 102.1ci maddəsinə istinad edərək belə qənaətə gəlmişdir ki, ünvan 1 ünvanında yerləşən 1 nömrəli evin 520 nömrəli mənzilinə dair xx.xx.2018-ci il tarixli 520 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi digər yaşayış sahələri verilməklə məhkəmə qaydasında ləğv edildiyindən və mənzildə hər hansı bir hüquqları mövcud olmayan cavabdehlərin yaşamaları iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hal olduğundan Cavabdeh1, Cavabdeh2, X12, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 həmin mənzildən çıxarılmalı və mənzili boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verməlidir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 83.0.2, 91.2, 96, 91.1.6, 68.1 və 102.1-ci; “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 17-ci; və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 216-220, 217.4, 218.3, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahş etmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, ünvan 8 ünvanda tikilmiş, hazırda 831 nömrəsi ilə qeydə alınmış mənzil işğaldan əvvəl mərhum atası və anası X2 və X8 birgə nikah dövründə əldə edib yaşadıqları yaşayış evi olmuşdur. Hazırda həmin şəxslərin övladları olan X9 adlı böyük qardaşı, ata və anasının vəfatından sonra dünyasını dəyişmiş X3 adlı (onun X17 və X14 adlı övladları var) bacısı, X4 adlı kişik qardaşı var. Yuxarıda adları çəkilən şəxslər birinci dərəcəli varisdirlər və iddiaçı orqan həmin şəxslərin həmin mülkdən vərəsəliklə alacaqları bərabər paylardan imtina edib –etmədiklərini dəqiqləşdirməmiş tək bir bildirişlə tələm-tələsik işi həll etmək niyyətindədir. Lakin 6 nəfər ailə üzvü ilə 82 kv.m-lik bir evin 4 varis arasında bölüşdükdən sonra qalacaq 20.5 kv.m-lik sahədə necə yaşayacağını nəzərə alan yoxdur. Məhkəmə sübutları araşdırarkən cavabdehin təqdim etdiyi 1992-ci ildə məlum hadisələrlə əlaqədar məcburi köçkün düşərkən Laçın şəhərində kirayə yaşadığı barədə izahatına, həmin vaxtlar artıq ailəsi lə birlikdə 3 il mənzil növbəsində qeydə alınması barədə sübutlara, Laçın şəhərində tikiləcək növbəti binadan ona iki otaqlı mənzil verilməsi planlaşdırılması barədə izahatına və digər sənədlərə qiymət vermədən mübahisəsiz hal kimi həmin evin cavabdehə verildiyini qeyd etmişdir. Qətnamənin 7-ci səhifəsinin 10 abzasında qeyd edilir ki, 2018-ci ildə kirayə müqaviləsi bağlanan zaman həmin müqavilənin məhkəmə qaydasına ləğv edilməsi üçün şərtlərindən biri olan kirayəçinin şəxsi vəsaiti hesabına ayrıca yaşayış sahəsinin əldə edilməsi onun “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı”na uyğun olaraq da yaşayış sahəsi ilə təmin edilməsini özündə ehtiva edir. Lakin qanunvericilikdə bu belə deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş (Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinə əsasən Nazirlər Kabinetinin qərarları qanunvericilik sisteminə daxil olan normativ aktlardan hesab edilir) Xüsusi təyinatlı sosial kirayə müqaviləsinin birtipli formasının heç bir bəndində belə yazılmamış, səlahiyyətli məhkəmə tərəfindən ( Konstitusiya Məhkəməsi) şərh edilməmişdir. Ümumiyyətlə hesab edir ki, məhkəmə onun tam hüquqla mənzil əldə etməyi nəticəsinə gələrkən Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 386-cı maddəsinin tələblərini pozmuşdur. Qətnamənin 7-ci səhifəsinin 3-cü abzasında qeyd edilmişdir ki,” Mübahisəsiz şəkildə məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evi dövlət tərəfindən bərpa edilərək, Cavabdeh1 ayrılmışdır.” Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti inzibati orqanlar kateqoriyasına aiddir və və həmin mənzilin cavabdehə ayrılması barədə heç bir inzibati qərar yoxdur. Bildiriş isə sadəcə məlumat xarakteri daşıyır və heç bir normativ aktın tələblərinə cavab verən sənəd növü deyildir. Beləliklə də, Laçın şəhəri, N.Nərimanov rayonu, ev 17 ünvanında yerləşən fərdi yaşayış evinin yalnız ona ayrılması barədə heç bir normativ aktın mövcud olmamasına baxmayaraq məhkəmə həmin evin cavabdeh üçün ayrılması, həm də mübahisəsiz olaraq ayrılması qərarına gəlmişdir. Bir daha bildirir ki, Laçın şəhəri, N.Nərimanov rayonu, ev 17 ünvanında yerləşən fərdi yaşayış evinin tam bərpa edilməsi ( Bu hal Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”na müvafiq həyata keçirilsə belə) həmin fərdi evin cavabdehə verilməsi demək deyildir. Bu barədə heç bir inzibati qərarın olmaması faktı iş üçün əhəmiyyətli olan hall kimi müəyyən etməmişdir. Laçın şəhəri işğal edilərkən cavabdeh Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaş kimi mənzil növbəsində uçota alınmışdır. Bu uçota alınma həmin vaxt qüvvədə olan Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydalarının (məhkəmənin nəzərinə onu da çatdırır ki, hazırki dövrdə də mənzil növbəliliyi qaydaları təsdiq edilmədiyi üçün bu qaydalardan hüquqi əsas kimi istifadə olunur) tələbləri əsasında aparılmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydalarına istinad edərək qeyd etmişdir ki, göründüyü kimi o, mənzil qanunvericiliyinə əsasən mənzil əldə etməmişdir. Dövlət cavabdehə növbəlilik əsasında mənzil verməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş və iddiaçı ilə onun arasında bağlanmış 2018-ci il 15 yanvar tarixli 520 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi 5.7.3-cü maddəsinə əsasən kirayəçi və ailə üzvləri mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən şəxsi vəsaiti hesabına (ayrıca təsərrüfatın yaranması istisna olmaqla) ayrıca yaşayış sahəsi əldə etdikdə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər hissəsi hazırki iddia tələbinə tətbiq edilə bilməz.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

14. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, rəsmi qaydada cavabdehə mənzil verilməyib. Cavabdehin evlə təmin olunmasını iddiaçı sübut edə bilmir. Xüsusi təyinatlı mənzil üçün bağlanan müqaviləyə xitam verilməsinə razı deyillər. İddia rədd edilməlidir. İddiaçı rəsmi sənəd təqdim etməli idi. Cavabdehin digər bacı-qardaşları iddiaçıya müraciət edib, məcburi paylarını tələb edirlər. İddiaçı inzibati icraata başlamalı idi. Ərizə ümumi Əliyevlər ailəsinin adından yazılıb. Evi yaxşı tikmirlər, etiraz edir ki, yaxşı tikilsin. Bu, etiraz ərizəsidir. Evlə cavabdeh təmin edilməyib, rəsmi ona verilməyib. Buna görə də müqaviləyə xitam verilə bilməz.

15. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında qeyd etdi ki, Laçın şəhərindən ailə qurub çıxmışdır. Evdə tək o yox, 25 nəfər qeydiyyatdadır.

16. Məhkəmə iclasındai iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, cavabdehin ünvanladığı ərizələr var, onları təqdim etmişdir. Evin yaxşı təmir edilməsini tələb ediblər. Evin təmiri çox yaxşı vəziyyətdə olub. Evin təmiri üçün xərc çəkilib. Xüsusi təyinatlı mənzil özgəninkiləşdirilə bilməz. Cavabdehin qeydiyyat ünvanı da Laçın şəhərindədir. İddia tələbinin əsası müqavilənin ləğv edilməsi ilə bağlıdır. 17.İş üzrə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, X12, Cavabdeh5 və Cavabdeh4 işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər cavabdehlərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılması mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 689.1. Kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir.

19. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 1.2. Azərbaycan Respublikasının mənzil qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Məcəllədən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 96. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Maddə 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Maddə 107. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir.

20. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun:

Maddə 14. Qaçqın statusunu şəxs aşağıdakı hallarda itirir: -əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; -bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. Maddə 17. Qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Müvəqqəti yaşayış yerindən daimi yaşayış və iş yerinə köçməsi ilə əlaqədar qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) çəkdiyi xərclər ona müəyyənləşdirilmiş qaydada və məbləğdə ödənilir.

21. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 3. Bu Qanunda nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində, məcburi köçkünlərə bərabər tutulan şəxslərin isə əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı və ya daimi məskunlaşdıqları vaxtadək qüvvədədir. Məcburi köçkünlərə bərabər tutulan şəxslərin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi onların daimi məskunlaşması hesab olunur.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz

Apellyasiya baxışının hədləri

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

25. Hazırki halda apellyasiya baxışının hədlərinin birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın Cavabdeh1 münasibətdə təmin edilən hissəsində yoxlanılması təşkil edir. Çünki digər cavabdehlər apellyasiya şikayəti verməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. İşin halları ilə müəyyən edilir ki, Cavabdeh1 və onun ailəsi Laçın rayonundan məcburi köçkün olduğundan onunla xx.xx.2018-ci il tarixli 520 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə verilməsi barədə müqavilə bağlanılmış və hazırda cavabdeh ailəsi ilə birlikdə ünvan 4 ünvanında yerləşən 1 nömrəli evin, 520 nömrəli mənzilində yaşayır. İddiaçı xx.xx.2023-cü ildə cavabdehə bildiriş göndərməklə, Laçın rayonu, Laçın şəhəri ünvanında yerləşən 831 kodlu mənzilə köçürülməsini və kirayə müqaviləsi əsasında müvəqqəti yaşamaq üçün ona verilmiş ünvan 4 ünvanında yerləşən 1 nömrəli evin, 520 nömrəli mənzilinin boşaldılaraq təhvil verilməsini xahiş etmişdir.

28. İddia tələbinin təmin edilməsi ilə razılaşmayan cavabdehin apellyasiya şikayətinin dəlilləri odur ki, Laçın şəhəri, N.Nərimanov rayonu, ev 17 ünvanında yerləşən fərdi yaşayış evinin yalnız ona ayrılması barədə heç bir normativ aktın mövcud olmamasına baxmayaraq məhkəmə həmin evin cavabdeh üçün ayrılması, həm də mübahisəsiz olaraq ayrılması qərarına gəlmişdir. 29.Cavabdehin qeyd olunan dəlillərini əsaslı hesab etməyən məhkəmə kollegiyası qeyd edir ki, Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Repatriasiya departamentinin direktoru xx.xx.2023-cü ildə Cavabdeh1 bildiriş göndərməklə, Laçın rayonu, Laçın şəhəri ünvanında bərpa edilən 831 kodlu evə daimi yaşayış üçün köçürüləcəyini, bunun üçün yük və sərnişin avtomobilinin ayrılacağı bildirilmişdir.

30. Həmçinin iş materiallarına əlavə edilmiş mənzilin fotoşəkillərindən görünür ki, evdə təmir-bərpa işləri başa çatmışdır, yaşayış üçün tam hazır vəziyyətdədədir.

32. Cavabdeh1 Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin sədrinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsinin məzmunundan da görünür ki, cavabdeh ona təqdim edilən evin hazır vəziyyətdə olmasından məlumatlıdır, sadəcə evin ölçüləri və yerləşləşdiyi ərazi ilə bağlı narazılıqları vardır.

33. Cavabdeh həmçinin apellyasiya şikayətində qeyd edir ki, Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti inzibati orqanlar kateqoriyasına aiddir və və həmin mənzilin cavabdehə ayrılması barədə heç bir inzibati qərar yoxdur. Bildiriş isə sadəcə məlumat xarakteri daşıyır və heç bir normativ aktın tələblərinə cavab verən sənəd növü deyildir. 34.Məhkəmə kollegiyası apellyatorun qeyd olunan dəlilini əsassız hesab edərək qeyd edir ki, məcburi köçkünlərin 2022-2026-cı illər ərzində işğaldan azad edilmiş ərazilərə mərhələli şəkildə köçürülməsi Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nda nəzərdə tutulduğundan Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin hər bir məcburi köçkünə münasibətdə ayrıca qərar qəbul edilməsi zərurəti müəyyən olunmur.

35. Cavabdehin apellyasiya şikayətinin digər dəlili odur ki, hazırki istifadəsində olan mənzil ona növbəlilik əsasında verilmədiyindən iddia təmin edilə bilməz. 36.Bununla bağlı kollegiya qeyd edir ki, xx.xx.2024-cü il tarixli Sabunçu rayon Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş 1312 nömrəli arayışdan görünür ki, Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh3, X12, Cavabdeh5 və Cavabdeh4 ünvan 2 ünvanında Laçın rayonundan məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır. 37.Mənzil Məcəlləsinin 107-ci maddəsi ilə müəyyən edilir ki, məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” 1.4-cü bəndində qeyd edilir ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir.

39. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: -əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; -bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə.

40. Həmin Qanunun 17-ci maddəsinə əsasən qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları ) tərəfindən həyata keçirilir.

41. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində, məcburi köçkünlərə bərabər tutulan şəxslərin isə əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı və ya daimi məskunlaşdıqları vaxtadək qüvvədədir. Məcburi köçkünlərə bərabər tutulan şəxslərin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi onların daimi məskunlaşması hesab olunur.

42. Qeyd edilən normaların təhlili belə nəticə gəlməyə əsas verir ki, məcburi köçkünlə xüsusi təyinatlı yaşayış sahəsinə dair bağlanmış müqavilə müvəqqəti bağlanmış və bu müqavilənin qüvvədə olma müddəti məcburi köçkünün daimi yaşayış sahəsi əldə edərək bu statusu itirdiyi günədək müəyyən edilmişdir.

43. Mülki Məcəllənin 689.1-ci maddəsində müqavilənin bağlandığı müddətin bitməsi kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə xitam verilməsi əsası kimi nəzərdə tutulmuşdur.

44. Apellyasiya şikayətinin digər dəlili odur ki, 6 nəfər ailə üzvü ilə 82 kv.m-lik bir evin 4 varis arasında bölüşdükdən sonra qalacaq 20.5 kv.m-lik sahədə necə yaşayacağını nəzərə alan yoxdur. 45.Kollegiya qeyd edir ki, xx.xx.2023-cü il tarixli bildiriş Cavabdeh1 ünvanlanmış, Laçın rayonu, Laçın şəhəri ünvanında bərpa edilən 831 kodlu evə daimi yaşayış üçün köçürüləcəyi qeyd olunmuşdur. Hazırda məhkəmənin araşdırma predmeti Cavabdeh1 və onun ailə üzvlərinin Laçın şəhərində daimi yaşayış sahəsi əldə etməsi ilə əlaqədar onunla bağlanmış xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməsidir.

46. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

47. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1658/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar