Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2671/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması” haqqında ilkin, Cavabdeh1 və Cavabdeh2 İddiaçı MMC-yə qarşı “mənəvi zərərin ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə iddiaçı «İddiaçı MMC» – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «göstərilmiş tibbi xidmətə görə yaranmış borcun qaytarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 göstərilmiş tibbi xidmətin qarşılığı olan 23191 AZN məbləğində pulun o cümlədən ödənilmiş 30 AZN dövlət rüsumunun, ümumilikdə 23221,14 AZN cavabdehlərdən turularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda ilkin iddia üzrə cavabdehlər X3 və Cavabdeh2 ilkin iddia üzrə İddiaçı MMC-yə qarşı «vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair» qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən vurulmuş mənəvi zərərə görə 100.000 manatın və ödənilmiş dövlət rüsumu 30 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə hər iki iddia rədd edilmişdir. İddiaçı MMC qətnamədən apelyasiya şikayəti vermişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli məktub göndərərək, Cavabdeh1 və Cavabdeh2 həmin qətnamədən verdiyi apelyasiya şikayətinin uyğunluğunun yoxlanılması məqsədilə mülki işin geri qaytarılmasını xahiş edir. QƏRARA ALDİ: Cavabdeh1 və Cavabdeh2 həmin qətnamədən verdiyi apelyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məqsədilə mülki iş icraatdan çıxarılaraq Səbail Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2671/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2671/2021
17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver