Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2675/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız olaraq borcun silinməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər:(Borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi) X3 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 2(011)-165/2024 saylı qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanına (abonent kodu: **********50000) dair təbi qazdan qeyri qanuni istifadə edilməsi əsası ilə aktlar tərtib edilərək borc hesablanmışdır. 2.İddiaçı həmin borcun əsassız olduğunu bildirərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız olaraq borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən iddiaçıya qanunsuz və əsassız olaraq hesablanmış 8791,81 (səkkiz min yeddi yüz doxsan bir manat səksən bir qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Gülüstan küçəsi, döngə 2 ünvanında yerləşən 7 saylı ev İddiaçı xüsusi mülkiyyətindədir. xx.xx.2020-ci il tarixdə Cavabdeh nümayəndələri tərəfindən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı akt tərtib edilmişdir. Aktın qeyd hissəsində “sayğacdan kənar xətt işlədilir” qeydi yazılmışdır. Sayğac əvəz edilmişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh ilə 04-1196 saylı “Qaz paylacısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı” Müqaviləsi bağlamışdır. Müqavilə hər iki tərəf tərəfindən imzalanmışdır. Həmin müqaviləyə əsasən istehlakçı qazdan istifadə etmiş və istifadə etdiyi qazın dəyəri ödənilmişdir. Bu barədə qəbzlər də mövcuddur. İddiaçı verilmiş bildiriş-xəbərdarlıqlardan görünür ki, xx.xx.2020-ci il tarixdə qaz sayğacının oxunmasına əsasən 76 m qaz sərf etmiş, 254,40 manat borc yazılmışdır, xx.xx.2020-ci il tarixdə qaz sayğacının oxunmasına əsasən 30 m qaz sərf etmiş, 240,30 manat borc yazılmışdır, xx.xx.2020-ci il tarixdə 31 m qaz sərf etmiş, 238,40 manat borc yazılmışdır, xx.xx.2020-ci il tarixdə qaz sayğacının oxunmasına əsasən 22 m qaz sərf etmiş, 235,60 manat borc yazılmışdır, xx.xx.2020-ci il tarixdə qaz sayğacının oxunmasına əsasən 507 m qaz sərf etmiş, 291,80 manat borc yazılmışdır, xx.xx.2021-ci il tarixdə qaz sayğacının oxunmasına əsasən 742 m qaz sərf etmiş, 430,30 manat borc yazılmışdır, xx.xx.2021-ci il tarixdə qaz sayğacının oxunmasına əsasən 193 m qaz sərf etmiş, 603,50 manat borc yazılmışdır, xx.xx.2022-ci il tarixdə qaz sayğacının oxunmasına əsasən 349 m qaz sərf etmiş, 794,55 manat borc yazılmışdır, xx.xx.2022-ci il tarixdə qaz sayğacının oxunmasına əsasən 107 m qaz sərf etmiş, 768,75 manat borc yazılmışdır, xx.xx.2022-ci il tarixdə qaz sayğacının oxunmasına əsasən 12 m qaz sərf etmiş, 2564,85 manat borc yazılmışdır, xx.xx.2023cü il tarixdə qaz sayğacının oxunmasına əsasən 195 m qaz sərf etmiş, 2539,33 manat borc yazılmışdır, xx.xx.2023-cü il tarixdə qaz sayğacının oxunmasına əsasən, 82 m qaz sərf etmiş, 8791,81 manat borc yazılmışdır. Cavabdeh tərəfindən İddiaçı istifadə etdiyi qaz sayğacının oxunması məlumatlarından da göründüyü kimi heç bir əsas olmadan sonuncuya şişirdilmiş borc məbləğləri yazılmış, səbəbi soruşulduqda isə “narahat olma, texniki səhvdir” deyilmişdir. Qəbzlərdən də görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə 291,80 manat, xx.xx.2021-ci il tarixdə isə 430,30 manat borc hesablanmışdır. Baxmayaraq ki, İddiaçı tərəfindən hər ay sərf etdiyi qaza görə ödəniş edilmişdir. Borc məbləğinin nə əsasla ikiqat yazılmasının səbəbi məlum deyildir. Habelə, xx.xx.2022-ci il tarixdə 794,55 manat, xx.xx.2022-ci il tarixdə 2564,85 manat, xx.xx.2023-cü il tarixdə 2539,33 manat, xx.xx.2023-cü il tarixdə 8791,81 manat borc hesablanmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş bildirişlərdə İddiaçı tərəfindən sərf edilən qazın həcmi, əvvəlki və hazırki göstəricisi, edilmiş ödənişlər hamısı öz əksini tapmışdır. Lakin borc məbləğinin əvvəl 200-200, sonradan isə 6000 manat artıq yazılması iddiaçını şoka salmışdır. Açıq-aşkar şəkildə İddiaçı edilmiş haqsızlıq, qanunsuz yazılmış borc iddiaçıda çox böyük təəssüf hissi doğurmuşdur. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. 5.İddiaçının nümayəndəsi və vəkili Vəkil sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçıya qanunsuz və əsassız olaraq hesablanmış 11.043,09 (on bir min qırx üç manat doqquz qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 02 fevral 2024-cü il tarixli, 2(011)-165/2024 saylı qətnaməsi ilə (sədrlik edən-İlahə Abbasova) iddia təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanına (abonent kodu: **********50000) hesablanmış 11043,09 manat məbləğində borcu silmək vəzifəsinin Cavabdehnə həvalə edilməsi, Cavabdehndən 123,13 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, eyni zamanda iddia təmin edildiyindən, 110 manat ekspertiza xərcinin cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilməsi qət edilmişdir. 7.İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən məlum olur ki, ünvan 1 xx.xx.2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 8.İş materiallarında olan Cavabdeh İB tərəfindən İddiaçı verilmiş 08 may 2023-cü il tarixli bildirişxəbərdarlıqdan görünür ki, İddiaçı 11043,09 manat borcu vardır. 9.İş materiallarında olan Cavabdeh tərəfindən verilən abonentin saldosundan görünür ki, İddiaçı 2023-cü il üçün borcu 11043,09 manat təşkil edir. 10.İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 24 aprel 2020-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qaz sayğacına baxış keçirilmiş və sayğacdan kənar qeyri-qanuni xətt aşkarlandığı qeyd edilmişdir. 11.İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-3/1480 nömrəli, 13 noyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş girişçıxış borusunda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə,iz və əlavə xətt aşkar edilməmişdir. 12.İş materiallarında olan Ekspertiza Xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-trasoloji ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 110 manat təşkil edir. 13.Məhkəmə iddianı təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, mülki prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 24 aprel 2020- ci il tarixli, ******* nömrəli aktın surətində “sayğacdan kənar qeyri-qanuni xətt aşkarlandığı” qeyd edilsə də, cavabdeh həmin qüsurların iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış 11043,09 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. 14.Halbuki, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, cavabdeh təşkilat qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı, bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməli idi. 15.Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-3/1480 nömrəli, 13 noyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz və əlavə xətt aşkar edilməmişdir. 16.Qeyd edilənlər əsasında məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********50000) ünvanına dair hesablanmış 11043,09 manat məbləğində borc silinməlidir. 17.Məhkəmə hesab etmişdir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 123,13 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə, eyni zamanda iddia təmin edildiyindən, 110 manat ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilməlidir. 18.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci; “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3 və 18, 26-cı; “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8, 13.8-1-ci; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.6, 4.7, 4.8, 4.9-cü; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci; “Dövlət rüsumu haqqında” qanunun 9.1.5, 9.4-cü;Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 89.1, 119.1, 124.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 19.Qətnamədən iddiaçı Cavabdeh İB apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmidir. 20.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanunun 6.2.-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Belə ki, abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi 8791,81 (səkkiz min yeddi yüz doxsan bir manat səksən bir qəpik) məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. İddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin 1-ci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin 1-ci instansiya məhkəməsi bu halı nəzərə almamışdır.Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən sayğaclar üzrə saldolar, fotoşəkillər, aktlar, nəzərə almayıb. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə göstərilən dəlillər işin faktiki və həqiqi hallarına tam uyğun olmadığından, işin faktiki və həqiqi halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığından məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.İddiaçı tərəfdən qanunsuz qoşulmanıhəyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Cavabdeh olaraq iddia ərizəsinin təmin edilməməsinə dair, onun əsassız olmasına dair kifayət qədər sübutlar (aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s.) 1-ci instansiya məhkəməsinə təqdim edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 21.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 22.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilməsini xahiş etdi. 23.Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. 24.İş üzrə Cavabdehnə növbəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 25.Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 26.Maddə 1096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqaşəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 27.Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu: 28.Madə 3. (İstehlakçılar) öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətlidövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 29.Maddə 18.İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin,işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündəaşağıdakı tələbləri ehtiva edir: -18.0.1.İstehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən dərmanvasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitar-gigiyenik,ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına, qidaməhsullarının isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğunolmasına dövlət nəzarətini. 30.Maddə 26.İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəməhəyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymişmənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumuverməkdən azad edilirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 31.Maddə 11.6.Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasındahəyata keçirilir. 32.Maddə 13.8. ... qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacınıngöstəricilərinə əsasən hər ay üzrə hesablamalıvə növbəti ayın 10-dək istehlakçıya bubarədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgünhesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 33.Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xəttidərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onunsəlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazpaylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habeləqanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatəolunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyiqaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markasınəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdanistifadə qaydaları ilə tənzimlənir. 34.Maddə 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qazpaylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaitihesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qazsayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəzedilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnməistehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısıtərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmirolunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qazpaylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbətitexniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyatakeçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsaittələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdankeçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”:
35. 1.3.Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilmiş qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
36. 4.2.Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaitihesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaitihesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
37. 4.6 Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işləkvəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
38. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiqörtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) vəsayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
39. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarınınişlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
40. 4.9.İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texnikibaxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isəistehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısıtərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsiistehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsasıgöstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texnikipasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texnikibaxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçınınarzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
41. 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”:
42. 5.1.Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdətutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir.“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyiqazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart”tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qazpaylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlaketdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görədüzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətna¬mə¬sini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 44.Maddə 78.1.Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 45.Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 46.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 47.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 48.Maddələr 385.1.1, 385.1.2, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri
49.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 50.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
51.Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. 52.Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı 2020-ci ilin aprel ayından 2023-cü il aprel ayınadək olan dövr ərizində cavabdeh tərəfindən qazdan istifadəyə görə hesablanmış borcu mübahisələndir. 53.İş materiallarından görünür ki, Cavabdeh tərəfindən 2020-ci ilin aprel ayından 2023-cü ilin aprel ayınadək İddiaçı barəsində 1) xx.xx.2020-ci il tarxili, №0284937 saylı, 3) xx.xx.2022-ci il tarixli, №0342105 saylı, 4) xx.xx.2022-ci il tarixli, №0360829 saylı, 5) xx.xx.2022-ci il tarixli, №0363917 saylı, 6) xx.xx.2022-ci il tarixli, №0365136 saylı, 7) xx.xx.2022-ci il tarixli, №0368901 saylı, 8) xx.xx.2022-ci il tarixli, №0353632 saylı, 9) xx.xx.2022-ci il tarixli ,№0353914 saylı, 10) xx.xx.2023cü il tarixli, ******* saylı, 11) xx.xx.2023-cü il tarixli, №0373231 saylı aktlar və aktlarla eyni tarixli vurulmuş ziyanın bərpasına dair tələbnamələr tərtib olunmuşdur. 54.İş materiallarında olan abonent saldosundan görünür ki, iddiaçının abonent hesabına hesablanmış 11043,09 manat borc məbləği əvəllki illəri də əhatə edir. 55.Lakin iddiaçı tərəfindən mübahisələndirilən 2020-ci ilin aprel ayından 2023-cü ilin aprel ayınadək olan dövr üzrə aktlar və onlara əsasən vurulmuş ziyanın bərpasına dair tələbnamələr üzrə cəmi borc məbləği 8702,14 manat (226,3+1620+540+540+894,24+1209,60+734,4+734,4+1468,8+734,4=8702,14 manat) təşkil edir. 56.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 2020-ci ilin aprel ayından 2023-cü ilin aprel ayınadək olan dövrü mübahisələndirdiyi halda, məhkəmə abonent hesabına əsasən hesablanmış bütün borc məbləğini silməklə prosessual qanunvericilinin tələblərini pozaraq iddia tələbindən kənara çıxmış, bununla da qətnamə maddi və prosessual hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi ilə nəticələnmişdir. Buna görə də kollegiya hesab edir ki, qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir. 57.Məkhəmə kollegiyası iddiaçının abonent hesabına qazdan qeyri-qanuni istifadə edilməsinə görə tərtib edilmiş, yuxarıda sadalanan aktlara münasibət bildirərək qeyd edir ki, aktların tərtib edilmə səbəbi kimi abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi, təbii qazdan qeyri-qanuni birləşmə verərək təbii qazdan istifadə etməsinin aşkar edilməsi kimi səbəblər göstərilmişdir. 58.Kollegiya qeyd edir ki, həmin aktlar iddiaçının iştirakı ilə tərtib edilməmiş, həmçinin aktların surəti ona təqdim edilməmişdir. Əksinə, həmin aktlarda İddiaçı aktları imzalamadığı qeyd olunmuşdur. 59.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər:
1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. 60.Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq, maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. 61.Kollegiya qeyd edir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda göstərilən halların sübut edilməsi vəzifəsi cavabdehə aid olduğu qanunvericiliklə müəyyən olunsa da, həmin halların doğruluğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də, həmin aktlar mötəbər sübut kimi qəbul oluna bilməz. 62.Həmçinin məhkəmə tərəfindən təyin edilmiş ekspertiza üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-3/1480 nömrəli, 13 noyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz və əlavə xətt aşkar edilməmişdir. 63.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 64.Kollegiya qeyd edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Yuxarıda sadalanan aktlarda abonentin təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə etməsi qeyd olunsa da, 25 fevral 2022-ci il tarixdən qüvvədə olan (xx.xx.2022-ci il tarixli, №0342105 saylı, xx.xx.2022-ci il tarixli, №0360829 saylı, xx.xx.2022-ci il tarixli, №0363917 saylı, xx.xx.2022-ci il tarixli, №0365136 saylı, xx.xx.2022-ci il tarixli, №0368901 saylı, xx.xx.2022-ci il tarixli, №0353632 saylı, xx.xx.2022-ci il tarixli ,№0353914 saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, №0373231 saylı aktlar) “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu 13.8-1-ci maddəsində nəzərdə tutulan qanunsuz qoşulma halları aşkar edildikdən sonra qaz paylayıcısı tərəfindən görülməli addımlar qanuna uyğun şəkildə həyata keçirilməmiş, lazımi tərbirlər tam görülməmişdir. İstehlakçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göründüyü kimi, qeyd olunan hallar müəyyən olunmur. 65.Digər tərəfdən kollegiya qeyd edir ki, “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən əgər iddiaçı tərəfindən mübahisələndirilən 2020-ci ilin aprel ayından 2023-cü ilin aprel ayınadək olan aralıqda ilk aktın tərtib edildiyi xx.xx.2020-ci il ildə sayğaca müdaxilə olmuşdursa, cavabdeh tərəfindən akt tərtib edildikdən sonra qazın verilməsi dayandırılmalı və dəymiş zərərin ödənilməsinin qanunvericiliyə uyğun olaraq iddiaçıdan tələb edilməsi həyata keçirilməli idi. Lakin iş materiallarından bu hallar müəyyən olunmur. Bu hal bir daha kollegiyaya aktların mötəbər sübut kimi qəbul edilməməsi qənaətinə gəlməyə əsas verir. 66.Kollegiya qeyd olunanlara əsasən hesab edir ki, mübahisələndirilən dövrdə sayğacdan kənar qazdan istifadə halı, yəni zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti nəticəsində baş verməsi, qanunsuz hərəkətlə zərər arasında səbəbli əlaqənin olması, bununla da, iddiaçı tərəfindən zərər vurulması sübuta yetirilmədiyindən, itirilmiş qazın bərpası məqsədilə 2020ci ilin aprel ayından 2023-cü ilin aprel ayınadək olan dövrdə xx.xx.2020-ci il tarxili, №0284937 saylı, xx.xx.2022-ci il tarixli, №0342105 saylı, xx.xx.2022-ci il tarixli, №0360829 saylı, xx.xx.2022-ci il tarixli, №0363917 saylı, xx.xx.2022-ci il tarixli, №0365136 saylı, xx.xx.2022-ci il tarixli, №0368901 saylı, xx.xx.2022-ci il tarixli, №0353632 saylı, xx.xx.2022-ci il tarixli ,№0353914 saylı, xx.xx.2023cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, №0373231 saylı aktlar əsasında hesablanmış 8702,14 manat məbləğində borc cavabdeh tərəfindən iddiaçının abunə kodundan silinməlidir. 67.Kollegiya apellyatorun fotoşəkillərə istinad etməsini əsassız hesab edərək qeyd edir ki, qoşulmanın olub-olmamasını müəyyən etmək üçün məhkəmə tərəfindən daha mötəbər sübut növü olan ekspertiza təyin edilmiş, tədqiqata təqdim edilmiş ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz və əlavə xətt aşkar edilməmişdir. 68.Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq iş üzrə iddiaçının azad olunduğu 123 manat dövlət rüsumunun 97 manatı Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. 69.Həmçinin ekspertiza tədqiqatlarının dəyəri olan 110 (yüz on) manatın 87 (səksən yeddi) manatı Cavabdehndən, 23 (iyirmi üç) manatı İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. 70.Beləliklə qeyd olunan xüsusatları ümumiləşdirərək məhkəmə kolllegiyası belə qənaətə gəlir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 2(011)-165/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanına (abonent kodu: **********50000) hesablanmış 8702,14 (səkkiz min yeddi yüz iki manat, on dörd qəpik) manat məbləğində borcu silmək vəzifəsi Cavabdehnə həvalə edilməli, Cavabdehndən 97 (doxsan yeddi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, ekspertiza tədqiqatlarının dəyəri olan 110 (yüz on) manatın 87 (səksən yeddi) manatı Cavabdehndən, 23 (iyirmi üç) manatı İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. 71.Kollegiya qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinə əsasən qətnamədən İddiaçı yox, Cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. 72.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 402, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 2(011)-165/2024 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanına (abonent kodu: **********50000) hesablanmış 8702,14 (səkkiz min yeddi yüz iki manat, on dörd qəpik) manat məbləğində borcu silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 97 (doxsan yeddi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 110 (yüz on) manatın 87 (səksən yeddi) manatı Cavabdehndən, 23 (iyirmi üç) manatı İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə Cavabdehnə rəsmi qaydada verildiyi gündən 2 ay müdətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov