Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-268/2020 18.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı vəkili X1, Cavabdeh MMC-nin nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi-vəkili vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması və qadağan edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs Vəkil Sarıxan qızının cavabdehlər İddiaçı və Cavabdeh MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizələri üzrə mülki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürən üçüncü şəxs Vəkil Sarıxan qızı və Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzildənistifadəyə yaradılan maneələrin aradan qaldırılması və qadağan edilməsi” tələbinə dair iddia ərizəsiilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə ünvan 1ünvanda inşa edilən 3 saylı yaşayış binasının 16-cı mərtəbəsində yerləşən (yaşayış hissəsindən 16-cı mərtəbə, qeyri-yaşayış sahələri də nəzərə alındıqda 18-ci mərtəbə) sahəsi 157,6 kv.m olan 3otaqlı 96 saylı mənzilindən istifadəsinə o, cümlədən mənzilin təmirinə yaradılan maneələrinaradan qaldırılması vəzifəsinin qoyulması və bu cür maneələrin yaradılmasının cavabdehə qadağanedilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı əlavə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəməyə təqdim etdiyi ilkin iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsi ilə yanaşı, Cavabdeh MMC-nin rəhbərliyinin sənədlərin saxtalaşdırılması əməllərinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ünvan 1 ünvanında inşa edilmiş 3 saylı yaşayış binasının 16cı mərtəbəsində yerləşən (yaşayış hissəsindən 16-cı mərtəbə, qeyri-yaşayış sahələri də nəzərə alındıqda 18-ci mərtəbə), sahəsi 157,6 kvadrat metr olan, 3 otaqlı, 96 saylı mənzilindən istifadəsinə, o cümlədən mənzilin təmirinə yaradılan maneələrin aradan qaldırılması vəzifəsinin qoyulması və bu cür maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi, cavabdeh «xxxx» MMC ilə müstəqil tələb irəli sürən Nərminə Əliyeva arasında bağlanmış müqavilənin uydurma və yalan əqd hesab edilməklə etibarsız sayılmasına dair qətnamə qəbul edilməsi ilə yanaşı, CavabdehMMC-nin rəhbərliyininsənədlərin saxtalaşdırılması əməllərinə hüquqi qiymət verilməsi xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Vəkil Sarıxan qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin bağlandığı andan etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilmiş, ünvan 2 ünvanda yerləşən 3 saylı yaşayış binasının 18-ci mərtəbəsində ümumi sahəsi 157.6 kv.m ibarət olan 3 otaqlı 96 saylı mənzilinə dair Cavabdeh MMC ilə Vəkil Sarıxan qızı arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, İddiaçı ünvan 1 ünvanda 3 saylı yaşayış binasının 16-cı mərtəbəsində yerləşən 3 otaqlı 96 saylı mənzilindən istifadəsinə, mənzilin təmirinə Cavabdeh MMC tərəfindən yaradılan maneələrin aradan qaldırılması vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulması və həmin mənzildən istifadəyə, mənzilin təmirinə maneələr yaratmaq Cavabdeh MMC-yə qadağan edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Vəkil Sarıxan qızının-cavabdehlər İddiaçı ilə Cavabdeh M.MC arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin bağlandığı andan etibarsız hesab olunması barədə iddia tələbi təmin edilməmiş, Cavabdeh MMC-dən 141.840 (bir yüz qırx bir min səkkiz yüz qırx) manat alınaraq Vəkil Sarıxan qızına ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri cəmi 436.65 (dörd yüz otuz altı manat altmış beş qəpik) manat Cavabdeh MMC-dən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan üçüncü şəxs Vəkil Sarıxan qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, cavabdehlər İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli müqavilənin bağlandığı andan etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və İddiaçı iddiasının rədd edilməsi və Vəkil Sarıxan qızının iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-11016/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh MMC kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-11016/2018 saylı qətnaməsinin ləğv edilməsi ilk iddia tələbinin rədd edilməsi, üçüncü şəxsin iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan üçüncü şəxs Vəkil kassasiya şikayəti verərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən İddiaçı adına verilmiş ******* saylı xx.xx.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(102)-1730/2019 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-11016/2018 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Üçüncü şəxs Vəkil Sarıxan qızı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,məhkəmə qətnaməsində ekspert rəyinə əsaslanır və qeyd edir ki, onunla “xxxx” MMC arasında imzalanan müqavilənin vərəqləri fərqli printerlərlə çap olunmuşdur və müqavilənin əsas şərtlərinin əks olunduğu vərəq tərəflərlərindən təsdiq olunmamışdır.Göründüyü kimi, məhkəmə ekspert rəyinə şərh verərək özü belə qənaətə gəlmişdir ki, onun müqaviləsi saxtadır. Halbuki ekspert rəyində bu hallar öz əksini tapmamışdır.Müqavilənin vərəqlərinin fərqli printerlə çap olunması və müqavilənin birinci vərəqənin imzalanmaması müqavilənin etibarsızlığına əsas ola bilməz, belə əsaslar qanunvericilikdə nəzərdə tutulmamışdır.Birincisi müqavilənin forması tərəflərin razılığı ilə qanunvericiliyə zidd olmamaqla müəyyən edilir. Müqavilənin vərəqlərinin hansı printerdə çap olunmasına dair qanunvericilikdə hər hansı bir məhdudiyyət nəzərdə tutulmamışdır. Müqavilənin etibarlı hesab edilməsi üçün əsas şərt tərəflərin könüllü iradə ifadəsidir. İş materiallarından da görünür ki, “xxxx” MMC mənzilin ona məxsus olduğunu qeyd edir. Lakin İddiaçı ilə müqavilə formal olaraq bağlanmışdır, mənzilin dəyəri İddiaçı tərəfindən ödənilməmişdir.Mülki qanunvericilikdə müqavilənin hər hansı bir printerlə çap edilməsinə dair hər hansı bir məhdudiyyət yoxdur. Müqavilələr və əqdlər könüllülük prinsipi əsasında imzalanır və mülki hüquq münasibətlərinin dəyişdirilməsinə, yaranmasına, xitamına yönəldilmiş iradə ifadəsidir. Yəni müqavilənin bağlanması üçün əsas şərt onun formasına riayət etmək deyil, hər iki tərəfin iradə ifadəsinin olması zəruridir. Müqavilədən də göründüyü kimi hər iki tərəf, həm “xxxx” MMC həm də o, müqaviləni könüllü iradə ifadəsi əsasında bağlamışlar, mənzil onu sahibliyinə və istifadəsinə verilib. Cavabdeh MMC-nin direktoru özü də məhkəmə iclasında mənzilin ona məxsus olduğunu bildirmişdir. İkincisi məhkəmə müqavilənin şərtlərinin tərəflərin təsdiq etməməsinə əsaslana bilməzdi. Belə ki, müqavilənin şərtlərinin həm Cavabdeh MMC həm də onun tərəfindən təsdiq edilməsi iş materialları və tərəflərin izahatları ilə təsdiq olunur. Qanunvericilikdə müqavilənin birinci vərəqənin imzalanmasına dair imperativ norma yoxdur. Digər tərəfdən əgər belə bir norma olsa belə məhkəmə buna əsaslana bilməz. Göründüyü kimi, əgər müqavilənin əsas şərtlərinin əks olunduğu vərəqi tərəflər imzalamamışlarsa da sonradan səlahiyyətli şəxslərin, yəni “xxxx” MMCilə təsdiq olunur. Belə olan halda məhkəmənin gətirdiyi bu əsas qanunsuzdur.Məhkəmə özü ekspert rəyinə istinad edir, lakin ekspert rəyində yazılanları görünür ətraflı oxumamışdır. Belə ki, ekspert rəyindən də müəyyən olunur ki, ekspert tətqiqatı İddiaçı kserosurət müqaviləsinin üzərində aparmışdır. Bu qanunvericiliyə tamamilə ziddir. Belə ki məhkəmə iclasına sübut hesab olunan sənədlərin əsli və ya notarial qaydada təsdiq edilmiş surəti verilir. Ekspertiza tətqiqatı aparılarkən isə məhkəməyə mütləq qaydada müqavilənin əsli təqdim olunmalı idi. Kserosurət müqavilə üzərində aparılan ekspertiza rəyi əsassız və qanunsuzdur, mötəbər sübut kimi istifadə oluna bilməz.Bundan əlavə, məhkəmə qətnaməsində İddiaçı mübahisəli mənzilə mülkiyyət hüququ haqqında çıxarış aldığına istinad edərək onun həmin mənzil üzərində sərəncam vermək hüququnun olduğunu qeyd edir. O da qanuni əsaslarla mübahisəli mənzili əldə etmişəm, mənzilin dəyərini tam ödəyərək ona mülkiyyət hüququ qazanmışsa, İddiaçı qanunsuz çıxarış alıbsa bu o deməkdir ki, onun mülkiyyət hüquqları pozulmalıdır? İddiaçı olmayan mülkiyyət hüquqlarının bərpa edilməsi üçün onun mülkiyyət hüquqları pozula bilməz. Bu mülki qanunvericiliyin tələblərinə ziddir, hüquqdan sui-istifadədir. Cavabdeh MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə İddiaçı iddiasını təmin və Vəkilnm iddiasını rədd edərkən işin faktiki hallarını və maddi hüquq normalarını nəzərə almamışdır. Məhkəmə ekspert rəylərinə istinad edərək iddianı təmin etmişdir. Lakin həmin ekspert rəylərində iddianın təmin edilməsi məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəsi yoxdur. Ekspert rəyində N. Əliyeva ilə Cavabdeh MMC arasında imzalanmış müqavilənin saxta olduğu barədə qeydlər yoxdur. Ekspert rəyi birtərəfli və qərəzli olaraq tərtib edilmişdir. Ekspertiza İddiaçı kserosurət müqaviləsinin üzərində aparılmışdır. Cavabdeh MMC-nin keçmiş rəhbəri X8 ayrı-ayrı vətəndaşları aldadaraq bir mənzili bir neçə şəxsə satmışdır. Bu əməllərinə görə onun barəsində AR CM-nin 178-ci maddəsi ilə cinayət işi açılmış və cinayət məsuliyyətə cəlb olunmuşdur. Lakin M.Cəfərov məhkəmə istintaqı başa çatmadan vəfat etdiyinə görə barəsində açılan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilmişdir. İddiaçı da Cəfərov Məzahir tərəfindən aldadılan vətəndaşlardan biridir. Mübahisəli mənzil Vəkilnm mülkiyyətində ola-ola M.Cəfərov həmin mənzili yenidən İddiaçı qanunsuz olaraq satmışdır.Həmin mənzilə dair Cavabdeh MMC ilə Vəkil arasında xx xxxxxx 2008-ci il tarixli müqavilə imzalanmışdır. Cavabdeh MMC sözügedən mənzilin qanuni sahibi və mülkiyyətçisi kimi Vəkil tanıyır. Lakin, İddiaçı mənzilə görə Cavabdeh MMC-nin kassasına hər-hansı bir ödəniş etməmişdir, buna görə də mənzilə mülkiyyət hüququ əldə etməmişdir və onunla bağlanan müqavilə etibarlı hesab edilə bilməz. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəməy kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili X3 apellyasiya şikayətlərinə etiraz edərək, şikayətlərin rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Belə ki, apellyasiya şikayətləri iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə və iddianın rədd edilməsinə yönəlmişdir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətlərin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətlərində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Belə ki, məhkəmə kollegiyası tərəfindən mülki iş üzrə aparılmış araşdırma nəticəsində müəyyən etmişdir ki, satıcı Cavabdeh MMC ilə alıcı İddiaçı arasında xx.xx.2011-ci il tarixdə bağlanmış 142 saylı müqaviləyə əsasən, satıcı ünvan 3 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 16-cı mərtəbəsində ümumi tikinti sahəsi 157.6 kv.m ibarət olan 3 otaqlı mənzil nömrə 96nı alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür.Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli maliyyə arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 16-cı mərtəbəsində ümumi tikinti sahəsi 157.6 kv.m ibarət olan 3 otaqlı 96 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir.Satıcı Cavabdeh MMC ilə alıcı Vəkil Sanxan qızı arasında xx.xx.2008-ci il tarixdə bağlanmış müqavilə ilə, satıcı ünvan 5 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 18-ci mərtəbəsində ümumi tikinti sahəsi 157.6 kv.m ibarət olan 3 otaqlı mənzil nömrə 96-nı alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür.Cavabdeh MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, ünvan 5 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 18-ci mərtəbəsində ümumi tikinti sahəsi 157.6 kv.m ibarət olan 3 otaqlı mənzilin pay dəyəri Vəkil Sarıxan qızı tərəfindən tam ödənilmişdir.Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 6, ev 3, mənzil 96 İddiaçı xüsusi mülkiyyətindədir. Bundan başqa müəyyən olunmuşdur ki, Məhkəmə Ekpertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli 114/15/16 saylı rəyindən görünür ki, ünvan 6 ünvanda inşa edilən 3 saylı yaşayış binasına dair layihə sənədləri təqdim olunmadığı üçün neçə mərtəbədən ibarət olduğunu müəyyən etmək mümkün olmadı. Lakin mövcud vəziyyəti üzrə 3 saylı yaşayış, 24 mərtəbədən (22 yaşayış, 2 qeyriyaşayış mərtəbəsində) ibarət olduğu müəyyən edilmişdir. İddiaçı Cavabdeh MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 142 saylımüqaviləyə əsasən 3 saylı yaşayış binasının 16-cı mərtəbəsində ümumi sahəsi 157.6 ibarət olan 3 otaqlı 96 saylı mənzilin və Vəkil Sarıxan qızı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən 3 saylı yaşayış binasının 18-ci mərtəbəsində ümumi sahəsi 157,6 kv.m ibarət olan 3 otaqlı 96 saylı mənzilin tədqiq olunan binaya dair layihə sənədləri təqdim olunmadığı üçün hansı mərtəbədə yerləşdiyini, eləcə də eyni mənzillər olub-olmamasını müəyyən etmək mümkün olmadı. Qeyd olunur ki, ekspertə təqdim olunmuş Vəkil Sərxan qızının istifadəsində olan mənzilin faktiki olaraq 3 saylı yaşayış binasının ümumi mərtəbənin 18-ci mərtəbəsində, yaşayışın isə 16-cı mərtəbəsində yerləşdiyi müəyyən edildi. Məhkəmə Ekpertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli 8500 saylı rəyindən görünür ki, təqdim edilmiş Cavabdeh MMC ilə Vəkil Sarıxan qızı arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli müqavilədəki «Satıcı» hissədə olan imza və Vəkil Sarıxan qızının adına yazılmış nömrəsiz və tarixsiz maliyyə arayışında olan «Direktoru» yazısının qarşısında olan imza bir başa qələmlərlə icra olunmuşdur. Təqdim edilmiş Cavabdeh MMC ilə X6 arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli müqavilədə Vəkil Sarıxan qızının adına yazılmış nömrəsiz və tarixsiz maliyyə arayışında olan möhür əksi relyef klişe vasitəsilə vurulmuşdur. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli müqavilənin reproqrafık nüsxəsində (kserosurəlində) və İddiaçı adına yazılmış xx xxxxxx 2011-ci tarixli maliyyə arayışının reproqrafık nüsxəsində (kserosurətində) olan möhür əksinin izləri Cavabdeh MMC ilə Vəkil Sarıxan qızı arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli müqavilədə və Vəkil Sarıxan qızının adına yazılmış nömrəsiz və tarixsiz maliyyə arayışında olan möhür əksləri 878/971 nömrəli «28» fevral 2018-ci il tarixli ekspert rəyi üzrə 2(011)-1399/2017 nömrəli mülki işin 17-civərəqində olan Cavabdeh MMC-nin icraçı direktoru A.M.Hüseynov tərəfindən verilmiş068 nömrəli xx xxxxxxxx 2017-ci il tarixli etibarnamədəki və mülki işin 35-37-ci vərəqlərində olan Cavabdeh MMC-nin icraçı direktoru A.M.Hüseynov tərəfindən verilmiş xx xxxxxxx 2017-ci il tarixli iddia ərizəsinə etirazdakı “Azərbaycan Respublikası Bakı şəhəri Məhdud Məsuliyyətli Cəmiyyəti “Sahıl-D” Kompani” məzmunlu möhür əksinin sərbəst nümunələri ilə eynilik təşkil edirlər. Təqdim olunmuş Cavabdeh MMC ilə Vəkil Sarıxan qızı arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli müqavilənin birinci və ikinci vərəqlərində olan çap mətnləri fərqli üsullarla icra olunmuşdur, müqavilənin birinci vərəqindəki mətn axınlı printerdə, ikinci vərəqindəki mətn lazer printeri vasitəsilə çap edilmişdir. Məhkəmə Ekpertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli 8501/8884 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 7-8-ci vərəqələrində olan ünvan 2 ünvanında yerləşən 3 saylı yaşayış binasının 16-ci mərtəbəsində, ümumi sahəsi 157,6 kv.m ibarət olan 3 otaqlı 96 saylı mənzilə dair Cavabdeh MMC (MMC-nin direktoru X8) ilə İddiaçı arasında olan xx.xx.2011-ci il tarixli müqavilənin ksrosurətinin 1-ci vərəqəsində solda əks olunmuş imza, 2-ci vərəqəsdində «Direktor: Cəfərov M.İ.» qrafasında əks olunmuş imza; 9-cu vərəqəsində olan İddiaçı adına tərtib olunmuş xx.xx.2011-ci il tarixli maliyyə arayışının kserosurətində «Cəfərov M.İ.» yazısından əvvəl əks olunmuş imza; mülki işin materiallarında olan ünvan 2 ünvanda yerləşən 3 saylı yaşayış binasının 18-ci mərtəbəsində, ümumi sahəsi 157,6 kv.m ibarət olan 3 otaqlı 96 saylı mənzilinə dair Cavabdeh MMC (MMC- nin direktoru X8) ilə Vəkil Sarıxan qızı arasında olan xx.xx.2008-ci il tarixli müqavilədə «Satıcı» qrafasındakı imza - X8 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin materiallarında olan Vəkil Sarıxan qızının adına tərtib edilmiş tarixsiz maliyyə arayışında «Cəfərov M.İ.» yazısından əvvəlki imzanın-X8 tərəfindən icra olunub-olunmamasının tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş, mülki işin 7-8-ci vərəqələrində olan ünvan 7 ünvanında yerləşən 3 saylı yaşayış binasının 16-ci mərtəbəsində, ümumi sahəsi 157,6 kv.m ibarət olan 3 otaqlı 96 saylı mənzilə dair Cavabdeh MMC (MMC-nin direktoru X8) ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin kserosurətinin 1-ci vərəqəsində solda əks olunmuş imzada, 2-ci vərəqəsdində «Direktor; Cəfərov M.İ.» qrafasında əks olunmuş imzada; 9-cu vərəqəsində olan İddiaçı adına tərtib olunmuş xx xxxxxx 2011-ci il tarixli maliyyə arayışının kserosurətində «Cəfərov M.İ.» yazısından əvvəl əks olunmuş imzada; mülki işin materiallarında olan ünvan 7 ünvanında yerləşən 3 saylı yaşayış binasının 18-ci mərtəbəsində, ümumi sahəsi 157,6 kv.m ibarət olan 3 otaqlı 96 saylı mənzilinə dair «xxxx» MMC (MMC-nin direktoru X8) ilə Vəkil Sarıxan qızı arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilədə «Satıcı» qrafasındakı imzada-imzaların qəsdən dəyişdirməklə icra olunma əlamətləri müşahidə olunmadı. Bundan başqa apellyasiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)-7211/2019 saylı qərardadı ilə sənədlərin texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza tədqiqatının nəticələrinə dair 24466 saylı xx.xx.2019-cu il tarixli ekspert rəyinə əsasən, ekspertizaya təqdim olunmuş, Cavabdeh MMC ilə VəkilSarıxan qızı arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli müqavilədə “Satıcı Cavabdeh MMC” qrafasındakı imza ilə Vəkil Sarıxan qızının adına verilmiş tarixsiz maliyyə arayışında “Cavabdeh MMC-nin direktoru:” qrafasındakı imza vəCavabdeh MMC-nin adından FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinəünvanlanmış 11 nömrəli xx xxxx 2012-ci il tarixli məktubda “Cavabdeh MMC-nindirektoru:” qrafasındakı imza - öz aralarında bir-birilə eyni şəxs tərəfindən icraolunmuşdur.Ekspertizaya təqdim olunmuş, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 142 nömrəli xx xxxxxx 2011-ci il tarixli müqavilədə “Satıcı Cavabdeh MMC” qrafasındakı imza ilə Cavabdeh MMC-nin adından FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinə ünvanlanmış 11 nömrəli xx xxxx 2012-ci il tarixli məktubda “Cavabdeh MMC-nin direktoru:” qrafasındakı imza - öz aralarında bir-birilə eyni şəxs tərəfindən icra olunmuşdur. İddiaçı adına verilmiş xx xxxxxx 2011-ci il tarixli maliyyə arayışının əsli təqdim edilmədiyindən həmin sənəd üzrə tədqiqat işi aparılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-7211/2019 saylı qərardadı ilə məhkəmənin xx xxxxxx 2019-cu il tarixli 2(103)-7211/2019 saylı qərardadı sənədlərin texniki ekspertizasının xx.xx.2011-ci il tarixli maliyyə arayışı hissəsində icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Ekspertiza tədqiqatının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31217 saylı xx.xx.2019-cu il tarixli rəyinə əsasən, Cavabdeh MMC ilə Vəkil Sanxan qızı arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli müqavilədə (c.1, i.v.76-77) və Vəkil Sarıxan qızının adına yazılmış nömrəsiz və tarixsiz maliyyə arayışında (c.1 i.v. 78) olan möhür əksləri aşınma dərəcəsi eyni olan möhürlə ilə vurulmuşdur. “Cavabdeh" MMC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli müqavilədə (c.2 i.v, 85-86) və İddiaçı adına yazılmış xx xxxxxx 2011-ci il tarixli maliyyə arayışında (c.2 i.v. 113) olan möhür əksləri aşınma dərəcəsi eyni olan möhürlə ilə vurulmuşdur. Vəkil Sanxan qızının adına olan xx xxxxxx 2008-ci il tarixli müqavilədə və Vəkil Sarıxan qızına yazılmış nömrəsiz və tarixsiz maliyyə arayışında olan möhür əksləri İddiaçı adına olan xx xxxxxx 2011-ci il tarixli müqavilədə və İddiaçı adına yazılmış xx xxxxxx 2011-ci il tarixli maliyyə arayışında olan möhür əkslərinin fərqli olaraq daha çox aşınmış, yəni, daha uzun müddət istifadə olunmuş möhürlə vurulmuşdur. Məhkəmə kollegiyasının iclasında izahatı alınan ekspert Natiq Pənahov məhkəməyə təqdim etdiyi rəyə uyğun izahat verərək, bildirdiki, İddiaçı ilə bağlanmış müqavilə texniki vəziyyətinə görə Vəkil ilə bağlanmış müqavilədən daha əvvəl bağlanmışdır. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən isə fərdi müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Nəzərə alınmalıdır ki, Cavabdeh MMC ilə alıcı İddiaçı arasında xx.xx.2011-ci il tarixdə bağlanmış 142 saylı müqaviləyə əsasən, satıcı ünvan 3 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 16-cı mərtəbəsində ümumi tikinti sahəsi 157.6 kv.m ibarət olan 3 otaqlı mənzil nömrə 96 saylı mənzilini 63040 manat müqabilində satmışdır. Bundan başqa Cavabdeh MMC ilə alıcı Vəkil Sanxan qızı arasında xx.xx.2008-ci il tarixdə bağlanmış müqavilə ilə, satıcı ünvan 5 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 18-ci mərtəbəsində ümumi tikinti sahəsi 157.6 kv.m ibarət olan 3 otaqlı 96 saylı mənzili 141840 manat müqabilində satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qanunvericinin tələblərinə əsasən alqı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqdin etibarsızlığı dedikdə, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə, subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Etibarsız əqdlər, əsasən iki meyara görə təsnif edilir: əqdin elementinin qüsurlu olması meyarına görə; əqdin etibarsız sayılması üçün məhkəmə qərarının tələb edilməsi meyarına görə. Əqdin elementinin qüsurlu olması meyarına görə etibarsız əqdlərin də dörd növü fərqləndirilir: subyektiv tərkibi qüsurlu olan etibarsız əqdlər; iradəsi qüsurlu olan etibarsız əqdilər; forması qüsurlu olan etibarsız əqdlər; məzmunu qüsurlu olan etibarsız əqdlər. İradəsi qüsurlu olan əqdlər odur ki, bu əqdlər bağlanarkən daxili iradə lazımi olmayan şəraitdə formalaşır və ya bu iradə xaricən düzgün ifadə olunmur. Bu cür əqdlərin iki növü fərqləndirilir: daxili iradə olmadan bağlanan əqd; daxili iradəsi düzgün formalaşmayan əqdlər. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh MMC ilə alıcı Vəkil Sarıxan qızı arasında xx.xx.2008-ci il tarixdə bağlanmış mövcud olmasına və Vəkil tərəfindən müqavilə şərtlərinə əməl edildiyinə baxmayaraq, eyni əsaslarla Cavabdeh MMC ilə alıcı İddiaçı arasında xx.xx.2011-cı il tarixli müqavilə bağlanmışdır. Lakin, məhkəməyə təqdim edilmiş ekspert rəyində qeyd olunmuşdur ki, Vəkil Sanxan qızının adma olan xx xxxxxx 2008-ci il tarixli müqavilədə və Vəkil Sanxan qızına yazılmış nömrəsiz və tarixsiz maliyyə arayışında olan möhür əksləri İddiaçı adına olan xx xxxxxx 2011-ci il tarixli müqavilədə və İddiaçı adına yazılmış xx xxxxxx 2011-ci il tarixli maliyyə arayışında olan möhür əkslərinin fərqli olaraq daha çox aşınmış, yəni, daha uzun müddət istifadə olunmuş möhürlə vurulmuşdur. Belə olan halda Cavabdeh MMC ilə E.Babayev arasındakı müqavilə Cavabdeh MMC ilə Vəkil arasında bağlanmış müqavilədən daha əvvəl bağlanmışdır. Göründüyü kimi mübahisəli mənzilin Cavabdeh MMC tərəfindən Vəkil Sanxan qızına xx.xx.2008-ci il tarixdə satılması barədə bağlanmış müqavilə özlüyündə etibarsız olan əqddir. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Vəkil Sarıxan qızının mübahisəli mənzilə görə 141.840 manat ödədiyindən həmin məbləğin Cavabdeh MMC-dən alınaraq Vəkil Sarıxan qızına ödənilməsinə dair birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddia tələbi təmin hesab edilsə də, lakin bununla bağlı hər hansı tələb irəli sürülmədiyindən dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Bundan başqa ekspertiza tədqiqatının dəyəri 227 (100+127) manat təşkil etdiyindən həmin məbləğ üçüncü şəxs Vəkil Sarıxan qızı və Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinin hesabına ödənilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Apellyatorlar apellyasiya şikayətlərində qətnamənin ləğv edilməsini tələb etsə də, bu barədə hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-nin 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Üçüncü şəxs Vəkil Sarıxan qızı və Cavabdeh MMC-nin apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(011)-136/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 227 (100+127) manat təşkil etdiyindən həmin məbləğ üçüncü şəxs Vəkil Sarıxan qızı və Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2(103)-268/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-268/2020
18.03.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver