Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2687/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və ünvan 3ariat Kontoruna qarşı mülki iş üzrə (Açar sözlər: əqdin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X44 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X17 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və ünvan 3ariat kontoruna (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) "əqdin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-521/2024 saylı 16 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ünvan 3ariat ofisinin təqdim etdiyi sənədlərin surətindən görünür ki, ünvan 3ariat kontorunun xüsusi notariusu tərəfindən kontordan kənar qaydada tərtib edilmiş 7E-10152 reyestr saylı xx.xx.2018-ci il tarixli etibarnamə ilə X32 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlaklarının idarə edilməsini və onun üzərində sərəncam verilməsini, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, adından bütün idarə, təşkilatlara, kooperativ və ictimai təşkilatlara ərizə ilə müraciət etməyi, lazımi sənədləşdirmə işlərini aparmağı, bütün lazımi sənədləri imzalamağı, o cümlədən bütün şəхslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, bütün sığorta şirkətlərindən poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu kompensasiyaları, sığorta ödənişlərini, əmanəti, qiymətli kağızları, poçt, teleqraf, qiymətli və digər məktubları, bütün bütün lazımi sənədləri, arayışları almağı, buna dair imza etməyi, bütün növ bank əməliyyatlarını (mədaхil, məхaric) yerinə yetirməyi, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, hesab açmağı, bağlamağı, hesaba pul qoymağı, hesabdan pul çıхarmağı, Kapital Bankın, Beynəlхalq Bankın və digər bütün bankların istənilən filialından ona çatası bütün növ plastik kartları (təqaüd, əmək haqqı və s. kartları), kodları, pul məbləğlərini və sənədləri almağı, aldığına dair imza etməyi, qeydiyyat şöbələrindən, arхiv idarələrindən, Milli Arхivdən, ərazi nümayəndəliklərindən ona çatası arayışları, dublikatları, akt qeydlərini, şəhadətnamələri, o cümlədən təkrar şəhadətnamələri almağı, buna dair imza etməyi, ASAN Хidmət Mərkəzində və notariat kontorlarında təmsil etməyi, bütün növ notariat əməliyyatlarını yerinə yetirməyi, adından istənilən məzmunda ərizələri, müqavilələri, şəhadətnamələri, bölgü sхemlərini və digər sənədləri imzalamağı, vərəsəlik işini icra etməyi, mirası qəbul etməyi, ona çatası bütün növ sənədləri, şəhadətnamələri almağı, buna dair imza etməyi, AR ƏMDK-nin yanında DƏDRХ-nin müvafiq Əİ-dən ona çatası çıхarışları (və ya vahid çıхarışları), teхniki pasportları, yüklülük arayışını almağı, buna dair imza etməyi, vəkillə müqavilə bağlamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar hərəkətləri etməyi, səlahiyyətlərin başqa şəxsə verilə bilməsi səlahiyyəti ilə adından müvafiq hərəkətləri etməsini 3 il müddətinə xx.xx.2021-ci il tarixədək X33 etibar etmişdir.
2. X12 ilə alıcı Cavabdeh2 xx.xx.2019-cu il tarixli birgə ərizə ilə ünvan 3ariat kontorunun xüsusi notariusuna müraciət edərək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 4.000 manat qiymətə satılması barədə razılığa gəldiklərini, хərclərin alıcı tərəfindən ödəniləcəyini qeyd edərək həmin məbləğin depozit hesabına qəbul edilməsini хahiş etmişlər. X7 əvəzinə ünvan 3ariat ofisində xx.xx.2018-ci il tariхdə verilmiş 10152 reyestr saylı etibarnamə əsasında Cavabdeh1 imzalamışdır. xx.xx.2019-cu il tarixli 4Ə-09 reyestr saylı daşınmaz əmlakın AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən X32, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0902 hektar olan torpaq sahəsinin 0.04 hektar torpaq sahəsini 4000 manata Cavabdeh2 satmışdır. X2 əvəzinə ünvan 3ariat ofisində xx.xx.2018-ci il tariхdə verilmiş 10152 reyestr saylı etibarnamə əsasında Cavabdeh1 imzalamışdır.
3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıхarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0502 hektar torpaq sahəsi xx.xx.2019-cu il tariхdə tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 892 saylı reyestr kitabının 84550 saylı vərəqində qeydiyyata alınmışdır.
4. X12 ilə alıcı Cavabdeh3 xx.xx.2019-cu il tarixli birgə ərizə ilə ünvan 3ariat kontorunun xüsusi notariusuna müraciət edərək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 5.000 manat qiymətinə satılması barədə razılığa gəldiklərini, хərclərin alıcı tərəfindən ödəniləcəyini qeyd edərək həmin məbləğin depozit hesabına qəbul edilməsini хahiş etmişlər. X7 əvəzinə ünvan 3ariat ofisində xx.xx.2018-ci il tariхdə verilmiş 10152 reyestr saylı etibarnamə əsasında Cavabdeh1 imzalamışdır. xx.xx.2019-cu il tarixli 4Ə-80 reyestr saylı daşınmaz əmlakın AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən X32, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0502 hektar olan torpaq sahəsini 5000 manata Cavabdeh3 satmışdır. X2 əvəzinə ünvan 3ariat ofisində xx.xx.2018-ci il tariхdə verilmiş 10152 reyestr saylı etibarnamə əsasında Cavabdeh1 imzalamışdır.
5. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıхarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0502 hektar torpaq sahəsi xx.xx.2019-cu il tariхdə tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 892 saylı reyestr kitabının 84550 saylı vərəqində qeydiyyata alınmışdır.
6. xx.xx.2023-cü il tarixli 4Ə-802 reyestr saylı daşınmaz əmlakın AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0502 hektar olan torpaq sahəsini 5.000 manata Cavabdeh1 satmışdır.
7. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıхarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0502 hektar torpaq sahəsi (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Şövkət Ələkbərova küçəsi 67) xx.xx.2023-cü il tariхdə **********94 reyestr sayı ilə tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
8. Ölüm haqqında xx.xx.2023-cü il tariхli AZ-İİ № 353044 saylı şəhadətnamənin surətindən görünür ki, X32 xx.xx.2023-cü il tariхdə Bakı şəhərində ölmüşdür.
9. 3 saylı “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli 735 saylı məktubundan görünür ki, X21 xx.xx.2023-cü il tarixdə vəfatı ilə əlaqədar V-157/2023 saylı vərəsəlik işi açılmış və İddiaçı tək vərəsə kimi tanınmışdır.
Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və ünvan 3ariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına tərtib və təsdiq etmiş olduğu 7E-10152 reyestr saylı xx.xx.2018-ci il tarixli etibarnamənin məhkəmə tərəfindən etibarsız hesab edilməsi barədə; Cavabdeh1 (X21 adından) ünvan 3ariat ofisinin xüsusi notariusu X24 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0902 ha olan torpaq sahəsinin 0.04 ha hissəsini Cavabdeh2 4000 manata satılması barədə ərizəsi və 0.04 ha torpaq sahəsi ilə bağlı ünvan 3ariat kontorunun xüsusi notariusu X34 tərəfindən tərtib və təsdiq edilmiş 4Ə-09 reyestr saylı xx.xx.2019-cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 adına çıxarışın ləğv edilməsi barədə; Cavabdeh1 (X21 adından) ünvan 3ariat ofisinin xüsusi notariusu X24 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.0502 ha torpaq sahəsinin 5000 manata satılması barədə Cavabdeh3 ilə razılığa gəlinməsi barədə notariat qaydada təsdiq edilmiş ərizəsi və ünvan 3ariat ofisinin xüsusi notariusu tərəfindən tərtib və təsdiq edilmiş 0.0502 ha torpaq sahəsinin 4Ə-80 reyestr saylı xx.xx.2019-cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh3 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh3 ilə Cavabdeh1 arasında 5 saylı Bakı “Asan xidmət” mərkəzinin notariat ofisində bağlanmış 4Ə-802 reyestr nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia onunla əsaslandırılmışdır ki, mərhum anası X32 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 476 saylı bağ evinin mülkiyyətçisi olmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 476 saylı bağ evi, yəni 0.25 ha torpaq sahəsi və onun üzərində 1973-cü ildə inşa edilmiş 1 mərtəbəli, 2 yaşayış otağından ibarət olan, ümumi sahəsi 40.3 m2 (yaşayış sahəsi 23.78 m2 və yardımçı sahə 16.52 m2 daxil) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat saylı (reyestr nömrəsi **********21-11301) xx.xx.2010-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və daşınmaz əmlakın texniki pasportu ilə müəyyən edilmiş yaşayış evlərinin texniki göstəriciləri və həyətyanı tikililərin və qurğuların texniki göstəriciləri əks edilməklə tam pay hüququ əsasında xüsusi mülkiyyətində olmuşdur. xx.xx.2023-cü il tarixdə anası X32 Bakı şəhərində vəfat etmişdir. xx.xx.2023-cü il tarixində vəfatından sonra mərhum anasından miras əmlaklarla bağlı Bakı şəhəri 3 saylı “ASAN Xidmət” Mərkəzinin Notariat ofisində vərəsəlik işi açılmışdır. Miras əmlaka Bakı şəhəri, Səbail rayonu, Neftçilər küçəsi 5 saylı evin 4 saylı mənzili və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 476 saylı bağ evi daxil idi. Faktiki idarəetməsində olan miras əmlaka daxil olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 476 saylı bağ evinə getmişdir. Həmin evin Cavabdeh3 adlı şəxs tərəfindən alındığını Cavabdeh1 ona bildirmişdir. Bildirir ki, anası vəfatına qədər Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 476 saylı bağ evində yaşamışdır. Təxminən 2016-2017-ci ildə usta həyətdəki digər tikilidə kirayədə qalırdı. Asim özü Lənkəran sakini olmuş, Bakıda yaşamağa evi olmamışdır. Kirayə haqqını anasına ödəyəcəyi barədə razılığa gəlmişlər. Torpaq sahəsinin satılması ilə bağlı aralarında mübahisə yaranmışdır, həmin vaxt danışıqlarda o, arvadı Zeynəb və vəkili də iştirak etmişdir. Yaranmış bu vəziyyətin aydınlaşdırılması məqsədilə vəkil tərəfindən aparılmış araşdırma nəticəsi ilə məlum olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 476 saylı bağ sahəsi ünvan 3ariat ofisində təsdiq edilmiş 4Ə-09 reyestr saylı, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Pirşağı qəsəbəsi 476 saylı bağ sahəsi ünvanında yerləşən, ümumi sahəsi 0.0902 hektar olan torpaq sahəsinin 0.04 hektar hissəsi 476M saylı bağ sahəsi kimi xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına 4000 manata (1 sot 1000 manat olmaqla) Cavabdeh1 tərəfindən alqı-satqı yolu ilə satılmışdır. Sonradan Bakı şəhəri 9 saylı notariat ofisində təsdiq edilmiş 4Ə-652 reyestr saylı, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 tərəfindən X13 12000 manata (l sotu 3000 manat olmaqla) satılmış və xx.xx.2021-ci il tarixdə adına qeydiyyata alınmışdır. X6 mülkiyyətində olan Pirşağı qəsəbəsi, 476 saylı bağ sahəsinin yerdə qalan 0.0502 hektar hissəsi xx.xx.2019-cu il tarixdə onun adına qeydiyyata alınmış, daha sonra ünvan 3ariat kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında xx.xx.2019-cu il tarixdə Cavabdeh1 tərəfindən Cavabdeh3 5000 manata (1 sotu 1000 manat olmaqla) satılmış və hazırda da onun mülkiyyətindədir. Aparılmış araşdırma zamanı X32 ünvan 3ariat kontorunun xüsusi notariusu tərəfindən kontordan kənar qaydada 7E-10152 reyestr saylı xx.xx.2018-ci il tarixdə etibarnamə tərtib edilməsi müəyyən edilmişdir. Həmin etibarnamənin məzmunu ilə X32 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlaklarının idarə edilməsini və onun üzərində sərəncam verilməsini, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək və sair kimi əqdlərdə təmsil edilməsini, haqq-hesab aparmağı, adından bütün idarə, təşkilatlarda təmsil edilməsini və sair hüquq müəyyənedici səlahiyyətlər daxil olmaqla və eyni zamanda etibarnamə üzrə səlahiyyətlərin başqa şəxsə verilə bilməsi məzmununda müddəti 3 il olmaqla xx.xx.2021-ci il tarixinədək sərəncam vermə barədə səlahiyyətlərini vətəndaş X33 etibar etmişdir. İ epizod üzrə: Müəyyən edilmişdir ki, həmin etibarnamə üzrə səlahiyyətli olan Cavabdeh1 X21 adından ünvan 3ariat ofisinin xüsusi notariusu X24 ərizə ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 476 saylı bağ ünvanında yerləşən torpaq sahəsinin 4000 manata satılması ilə bağlı Cavabdeh2 ilə razılığa gəlməsini bildirmişdir. X25 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş **********82 reyestr saylı, ********** qeydiyyat saylı dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüquqları ilə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0902 ha olan torpaq sahəsinin 0.04 ha hissəsini Cavabdeh2 4000 manat olmaq şərti ilə ünvan 3ariat ofisinin xüsusi notarius X22 iştirakı ilə 4Ə-09 reyestr saylı xx.xx.2019cu il tarixdə (saat 1032 - də) AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında satmış və pul vəsaiti əldə etmişdir. İİ epizod üzrə: Sonradan müəyyən edilmişdir ki, həmin etibarnamə üzrə səlahiyyətli olan Cavabdeh1 X21 adından ünvan 3ariat ofisinin xüsusi notariusu X24 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.0502 ha torpaq sahəsinin 5000 manata satılması barədə Cavabdeh3 ilə razılığa gəlinməsi barədə notariat qaydada təsdiq edilmiş ərizə ilə müraciət etmişdir. X25 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş **********94 reyestr saylı, ********** qeydiyyat saylı dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüquqları ilə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0502 ha olan torpaq sahəsini yenə də ünvan 3ariat ofisinin xüsusi notarius X22 iştirakı ilə 4Ə-80 reyestr saylı xx.xx.2019-cu il tarixdə (saat 1217 - də) AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında satmış və pul vəsaiti əldə etmişdir. İİİ epizod üzrə: Sonradan müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.04 ha (tam hissə) torpaq sahəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2019-cu tarixdə Cavabdeh2 ********** qeydiyyat saylı dövlət reyestrindən çıxarışa əsasən 12000 manata Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X14 iştirakı ilə alıcı X23 (təmsilçi qismində X42) satmış və 8000 manat məbləğində həmin torpaq sahəsinin satışından qazanc əldə etmişdir. Hesab edir ki, X21 Cavabdeh1 kontordan kənar qaydada ünvan 3ariat kontorunun xüsusi notariusu tərəfindən tərtib və təsdiq edilmiş 7E-10152 reyestr saylı xx.xx.2018-ci il tarixli etibarnamə, bu etibarnamə üzrə səlahiyyətlər əsasında Cavabdeh1 (X21 adından) ünvan 3ariat ofisinin xüsusi notariusu X24 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0902 ha olan torpaq sahəsinin 0.04 ha hissəsini Cavabdeh2 4000 manata satılması barədə ərizəsi və 0.04 ha torpaq sahəsi ilə bağlı ünvan 3ariat kontorunun xüsusi notariusu X34 tərəfindən tərtib və təsdiq edilmiş 4Ə-09 reyestr saylı xx.xx.2019-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi, sonradan Cavabdeh1 (X21 adından) ünvan 3ariat ofisinin xüsusi notariusu X24 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.0502 ha torpaq sahəsinin 5000 manata satılması barədə Cavabdeh3 ilə razılığa gəlinməsi barədə notariat qaydada təsdiq edilmiş ərizəsi və ünvan 3ariat ofisinin xüsusi notariusu tərəfindən tərtib və təsdiq edilmiş 0.0502 ha torpaq sahəsinin 4Ə-80 reyestr saylı xx.xx.2019-cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə zəmin yaratmışdır. Cavabdehlərdən Cavabdeh1 iddia ərizəsinə etirazda göstərdiklərinə və etiraza əlavə edilmiş sənədlərin məzmununa istinad edərək qeyd edir ki, Cavabdeh3 5 saylı Bakı “Asan xidmət” mərkəzinin notariat ofisində 4Ə-802 reyestr saylı xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 476 saylı bağ sahəsinin 0.0502 ha torpaq sahəsini Cavabdeh1 özgəninkiləşdirmişdir. Cavabdeh1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixdə dövlət reyestrindən çıxarış əldə etmişdir.
13. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddia tələbində Cavabdeh1 ilə bağlı qeyd edilənlər həqiqətə uyğun deyil. Belə ki, Cavabdeh1 İddiaçı qeyd etdiyi kimi 2016-2017 illərdə deyil, 2011-ci ildən X21 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 476 saylı bağ sahəsində yaşayıb və usta kimi işləyib. Həmin dövrdə Cavabdeh1 Tamara xanımın yanında kirayədə deyil, ödənişsiz olaraq yaşamış və Tamara хanım vəfat edənə kimi ona qulluq etmişdir. Cavabdeh1 Tamara xanımın bağ sahəsində yaşadığı dövrdə X21 mülkiyyətində 0,25 ha torpaq sahəsi olub. Cavabdeh1 və Tamara xanımın qonşularının dediklərinə əsasən torpaq sahəsinin üzərində 2 otaqlı köhnə ev, avtomobil qarajı, mal tövləsi və kiçik su quyusu mövcüd olub. Təxminən 2006-cı ildə bağ sahəsində olan 2 otaqlı ev köhnə televizorun partlayaraq alışması nəticəsində yanıb və bir müddət sonra Tamara xanımın oğlu İddiaçı və onun tanışı olan 1975-ci il təvəllüdlü Aydın Əliyev adlı şəxs tərəfindən sökülüb, orada yaşayan Qəniyeva Tamara isə oğlu tərəfindən bağ ərazisində yerləşən, təxminən 12 kv.m ölçüdə olan dama köçürülmüşdür. Bu faktı Tamara xanımın qonşuları Allahverdiyeva Qızılgül, Məmmədova Aliyə, Xəlilova Sədaqət və Nəsirov Ayaz təsdiq edə bilərlər. Cavabdeh1 Tamara Qəniyevanın bağ sahəsində yaşadığı dövrdə Tamara xanım mülkiyyətində olan 0.25 ha torpaq sahəsinin təxminən 0,16 ha hissəsini qardaşı övladlarına bağışlamışdı. ünvan 5nin yerdə qalan 0,0902 ha hissəsi xx.xx.2017-ci il tarixdə X21 adına qeydiyyata alınmışdır. Bundan sonra Tamara Qəniyeva mülkiyyətində qalan torpaq sahəsinin bir hissəsini satmaq qərarına gəlir və bunun üçün xx.xx.2018-ci il tarixdə ünvan 3ariat kontorunda Cavabdeh1 adına mülkiyyətində olan bütün əmlaka sərəncam vermək hüququ verən mülki etibarnamə vermişdir. 3 il müddətinə verilmiş həmin etibarnamə notarial qaydada təsdiq edilmiş və rəsmi reyestrdə 7E-10152 nömrəsi ilə qeydə alınmışdır. ünvan 3ariat kontorunda təsdiq edilmiş 4Ə-09 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 5 ünvanında yerləşən 0,0902 ha torpaq sahəsinin 0,04 ha hissəsi Cavabdeh2 satılmışdır. Alqısatqı prosesində X21 adından etibarnamə ilə Cavabdeh1 çıxış etsə də, həmin tarixdə Tamara xanımın özü də notariat kontoruna aparılmışdır. Belə ki, hazırki etiraza əlavə olunan, xx.xx.2019-cu il tarixdə Cavabdeh2 tərəfindən ünvan 3ariat kontorunun yanında qeydə alınmış videoçəkiliş faylında həmin notariat kontorunun əməkdaşının Tamara xanımdan onun mülkiyyətində olan torpaq sahəsinin 0,04 ha hissəsinin satılmasının izah edilməsi və buna etirazının olub-olmaması ilə bağlı sualların verilməsi və Tamara xanımın razılıq verməsi əks olunmuşdur. Bu fakt onu təsdiq edir ki, X32 həm Cavabdeh1 etibarnamə verərkən, həm də Pirşağı qəsəbəsi, 476 saylı bağ sahəsi ünvanında yerləşən 0,902 ha torpaq sahəsinin 0,04 ha hissəsi satılarkən anlaqlı vəziyyətdə olmuş və əmlakın özgəninkiləşdirilməsini dərk etmişdir. ünvan 5 ünvanında yerləşən 0,0902 ha torpaq sahəsinin 0,04 ha hissəsi Cavabdeh2 adına qeydiyyata alındıqdan sonra bağ sahəsinin 0,0502 ha hissəsinin X21 mülkiyyətinə keçməsinə dair xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. Bundan sonra ünvan 3ariat kontorunda təsdiq edilmiş 4Ə-80 reyestr saylı xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 6 ünvanında yerləşən 0,0502 ha torpaq sahəsi xx.xx.2019- cu il tarixli çıxarışla Cavabdeh3 mülkiyyətinə verilmişdir. 2023-cü ildə Cavabdeh3 torpaq sahəsini satmaq qərarına gəlmiş və 5 saylı Bakı ASAN Xidmət mərkəzinin notariat ofisində təsdiq edilmiş 4Ə-802 reyestr nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 476 saylı bağ sahəsində yerləşən 0,0502 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixli çıxarışla Cavabdeh1 mülkiyyətinə keçmişdir. İddiaçı Cavabdeh1 verilmiş etibarnamə və daşınmaz əmlakın alqı-satqı müqavilələrini mübahisələndirərkən Mülki Məcəllənin 339.2-339.4-cü maddələrinə istinad etmişdir. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. O da qeyd olunmalıdır ki, üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Göründüyü kimi, üçüncü şəxsin aldatması barəsində müqavilənin qarşı tərəfi xəbərdar idisə və ya xəbərdar olmalı idisə müqavilə etibarsız hesab edilə bilər. Bundan əlavə iddiaçı Mülki Məcəllənin 346.1-ci maddəsinə əsaslanmış, lakin nəzərə almamışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilir ki Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır. İddiaçı tərəfindən X21 Cavabdeh1 Asif oğluna etibarnamə verərkən anlaqsız, yəni öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə olduğunu sübut edəcək hər hansı sübut təqdim edilməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilənlərə əsasən Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Cavabdeh1 verilən etibarnamə və imzalanan alqı-satqı müqavilələrində isə yuxarıda şadlanan şərtlərdən hər hansı biri pozulmamışdır. Bundan əlavə, Tamara Qəniyeva vəfat etdiyi tarixdə, yəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Pirşağı qəsəbəsi 476 saylı bağ sahəsi mərhumun mülkiyyətində olmayıb və bu səbəbdən iddiaçının iddiasında qeyd etdiyi kimi miras əmlaklar siyahısına daxil edilə bilməzdi. İddiaçı iddia ərizəsində qeyd etdiyi Bakı şəhəri Pirşağı qəsəbəsi 476 saylı bağ evi isə hələ Tamara Qəniyevanın sağlığında oğlu İddiaçı tərəfindən sökülmüşdür. İddia ərizəsindən və ona əlavə edilən sənədlərin məzmunundan göründüyü kimi İddiaçı nə iddia üzrə faktiki halları, nə də öz tələblərini əsaslandıracaq sübütlar təqdim etməmişdir. İddia ərizəsinə qoşmada qeyd edilən bir neçə sənəd elektron məhkəmə sisteminə yüklənməmiş, yüklənən sənədlərin çox hissəsi isə hazırki iş üçün hər hansı əhəmiyyət kəsb etmir.
14. Birinci instansiya məhkəməsində dindirilmiş şahid X15 bildirmişdir ki, İddiaçı arvadıdır. Onunlа evləndikdən sonrа 2005-ci ildən 2012-ci ilədək Tamara ilə birlikdə yaşamışlаr. Sonrа o evdən köçmüşlər. Tamaranın əqli cəhətdən problemi olmаmış, savadlı olmuşdur. Asimi kirayəçi kimi evə buraxmışlаr. Asim Tamaraya köməklik etmiş, sonradan qadını dilə tutub etibarnamə almışdır. Etibarnaməni bəzi işləri onun yerinə etmək üçün verib. Tamara bağı nəvələrinə vermək istəmişdir. O, orada yaşadığı müddətdə Asim orada yaşamаmışdır. Asimi 2014-cü ildə bağa gedərkən orada olmasını aşkar edib tanımışlаr. Asim yeri olmadığına görə orada yaşadığını, Tamaraya kömək etdiyini bildirmişdir. Bununlа bаğlı o və əri bir müddət Tamara ilə mübahisə etmişlər, sonradan sonuncu onlаrа demişdir ki, evsiz olduğunu bildirdiyi üçün Asimi evə salmışdır. Həyətdə 1 ev və tövlə kimi digər bir ev var idi, yaşamaq mümkün olan tövlə kimi ev olmuş, tövlə kimi evdə Asim qalmışdır. Onlаr Tamara ilə tez-tez əlaqə saxlasаlаr dа, 2 ay müddət ərzində danışa bilməmişlər, ayağı sındığını bilməmişlər. Tamara yıxılandan təxminən 2 ay sonra, 2017-ci ilin sentyabr ayında Tamaranın qardaşı oğlu Aydındаn məlumat almışlаr ki, Tamara yıxılıb. Məlumatdan 2 gün sonra gedib baş çəkmişlər. Əgər Asimi özünə yaxın bilirdisə, Asim onu yıxılan zaman həkimə aparardı, amma aparmayıb. Həmin vaxt Tərlanla həyat yoldaşı onkoloji xəstə olsаlаr dа, Tərlan yataq xəstəsi deyildi, heç biri yata xəstəsi deyildilər. Tərlan 2013-2014-cü illərdə əməliyyat olmuşdu. 2 otaqlı evin yenidən təmir və başqa işlərində Asim iştirak edib. Onlаrın tərəfindən Asimə heç bir xidmət haqqı verilməmiş, Tamara tərəfindən çox güman ki, vermişdir. Tamara 390 manat pensiya almışdır. Tamaraya öz pensiyasından bazarlığı Asim etmişdir. Torpaq satılmasını əvvəl bilməmişlər. Tamara xəstə olan zaman onun sənədlərini düzəldən zaman məlum olmuşdur ki, ev satılıb. Tamaradаn evin niyə satıldığını soruşduqdа, Tаmаrа “özüm bilərəm satıram ya yox” cаvаbını vermişdir. Hazırda ev adına olmаsа dа, orada Asim yaşayır. Tamara zənglərinə cavab vermədiyi ərəfədə evinə getmiş, qapı bağlı olmuşdur. Onun Tаmаrаnın qonşuları ilə əlaqəsi olmаmışdır. Asimi 2015-ci il tarixdə aşkar etmişlər. Evdə yanğın olmamış, onlаr danışmışlаr ki, həmin evi yalnız təmir etsinlər. Ölümündən əvvəl Tamaranı öz evlərinə aparmamışlаr. Oğlu ilə münasibəti yaxşı olmuşdur, hər ailədə söz söhbət ola bilər. Xəstə olduğu dövrdə o, qulluq etməsə də vəfat etdikdən sonra Tamaranı o, dəfn etmiş, ölməmişdən əvvəl həkim gətirmişdir. Bağın satılmasını arvadın sağlığında bilmişdir. Tamara demişdir ki, Tərlana pay qoyub. Ölümündən sonra Asimdən pensiya kartının verməsini tələb etmişdir, çünki həkimlərə çox xərci çıxmışdır.
15. Birinci instansiya məhkəməsində dindirilmiş şahid X29 bildirmişdir ki, onun həyat yoldaşı Tərlanın qohumudur. 2017-ci ildən 8-9 ay Tamaraya qulluq edib ayağı sınanda. Hardasa iyul ayında ayağı sınmışdı, senytabr ayında isə onu evlərinə gətirdilər. Torpaq sahəsini də onlarda qalan zaman keçirtmişdir adlarına. Bu təsadüf deyildi, onlar Tamaraya baxdığına görə torpağın bir hissəsini onların adına yazmışdı. Tamaradan soruşanda ki, niyə həkimə getməyib, o, cavab vermişdi ki, düşünürdü ki, tezliklə sağalacaq, ona görə. Şahid bildirmişdi ki, Asimi tanıyır. Tamara demişdi ki, Asim onun həyətində yaşayır, evini kirayə verir ona. Torpaq sahəsinin 3 sotunun satılmasını 2017-ci ildə Tamaradan öyrəndi. Dedi ki, mən satışdan aldığım pulu Asimə vermişəm, o pul onundur, çünki Asim onun həyətində ev tikib. Şahid bildirmişdir ki, həyətdə köhnə ev, tövlə və yeni evin olduğunu görmüşdü, amma həmin yeni ev yarımtikili idi.
16. Birinci instansiya məhkəməsində dindirilmiş şahid X4 bildirmişdir ki, Tamaranın qonşusudur. Onu çox uzun zamandır ki, tanıyır, qapı qonşusudur. Tərlanı tanıyır, çox pis insandı, anasını döyər, arvadı da baxаrdı. Bir dəfə döyən zaman Qızılgül yalandan, polisə zəng edəcəyini deyib sakitləşdirmiş, Tamara bir az başqa qonşuda qalıb, sonra evinə qаyıtmışdır. İddiaçının arvadı hər dəfə deyirdi ki, Tamara evi keçirtsin onun adına. O, isə məsləhət vermişdir ki, evi heç kimə verməsin. Asim çoxdan yaşayırdı, Tamaraya kömək edirdi, Asimi Tamara ilə qonşu Ramin tanış edib, evi olmadığına görə Asimi evdə qalmağa icazə verib. Evi sökəndən sonra Tamara ayağı ilişib yerə yıxılıb, ayağı sınıb. O, həkimə aparmаsını təklif etsə də, Tamara onlаrlа getməmişdir. Tamaranın paltarlarını Asim yuyub sərmiş, ürəyi nə istəyir, alıb gətirmişdi. Tamara 8 sot torpağı qardaşı oğluna vermiş, mübahisəli torpağı isə satmışdır. İrina Adilin yoldaşıdır, o dа Tamaraya heç vaxt baxmayıb. Asim evlənəndən sonra Tamaraya Asimin yoldaşı baxıb. Evin nə zaman yanması barədə məlumatı olmаsа dа, yanması barədə məlumatı var. Son zаmаnlаr Tərlan heç vaxt gəlmirdi, amma arvadı arada gəlib, aparmаğı təklif etsə də, Tamara razılаşmаmışdır. Ayağı sınan zaman Tamara demişdir ki, Adilgil onu evlərinə aparıb 3 ay saxlamışlar, torpağı adına keçirtdikdən sonra isə evinə qaytarmışlar. Tamaraya ilkin tibbi yardım olması barədə məlumatı olmamışdır. Ömrünün sonlаrınаdək Tamaranın аğlı bаşındа olmuşdur.
17. Birinci instansiya məhkəməsində dindirilmiş şahid X8 bildirmişdir ki, Tamaranın qonşusu olmuş, uşaqlıqdan tanımışdır. Asim ora 2012-ci ildə gəlmiş, daxma kimi yerdə yaşaışdır. Asim gələndə ev olmаmış, аrtıq yanmışdı. Ev yаndıqdаn sonradan Tərlan gəlib, onlаrı evdən qovmuşdur. Tamaraya Asim baxmışdır. Tərlan dəfələrlə anasını döymüş, onlаr əlindən almışlаr. Tamaranın ayağı sınanda həkimə getməyi özü istəməmiş, amma həmin müddətdə Asim onа baxmışdır. Asim orada bağban işləmişdir. Etibarnamə məsələsindən xəbəri yoxdur. Asimlə də qonşu münasibəti olub, dostluq münasibəti olmayıb
18. Birinci instansiya məhkəməsində dindirilmiş şahid X5 bildirmişdir ki, Tamaranın qonşusudur. Asim 2012-ci ildə gəlib ora, bağda işləyib, təmir işləri sonradan olub. Asim gələndə ev olmаmış, yanmışdı. Tamaraya Asim baxmışdır. Ev yanаndа onlаr söndürmüşlər, Tərlan sonradan gəlmişdir. Yanğından sonra Tamara tövlə kimi yerdə yaşamışdır. Yanğından sonra ev yaşamağa yararsız vəziyyətdə olmuş və Tərlan sökdürmüşdür. Tərlanı və arvadını orada qulluq edən görməmişdir. Ora gələndən Asimlə dost kimi münasibəti olub, birlikdə usta kimi işləmişlər. O, 5 sotun tikintisində iştirak etməmişdir. Tamara onа Asimə etibarnamə verdiyini desə də, o, nə məqsədlə verdiyini soruşmamışdır. Tamara xanımın yaşadığı evdə təmir işlərini Asim aparıb. Evin hansı vəsait hesabına tikilməsi barədə məlumatı yoxdur.
19. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-521/2024 saylı 16 yanvar 2024cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
20. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, 7E-10152 reyestr saylı xx.xx.2018ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü fəslində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən, eləcə də Cavabdeh1 həmin etibarnamə ilə ona verilmiş səlahiyyətlər daхilində hərəkət edərək, xx.xx.2019-cu il tarixli birgə ərizəni, xx.xx.2019-cu il tarixli 4Ə-09 reyestr saylı daşınmaz əmlakın AN-İ № ******* saylı alqı-satqı müqaviləsini, xx.xx.2019-cu il tarixli birgə ərizəni, xx.xx.2019-cu il tarixli 4Ə-80 reyestr saylı daşınmaz əmlakın AN-İ № ******* saylı alqı-satqı müqaviləsini imzaladığından, Cavabdeh3 da ona mənsub əmlaka dair sərəncam vermək, o cümlədən xx.xx.2023-cü il tarixli 4Ə-802 reyestr saylı daşınmaz əmlakın AN-İ № ******* saylı alqı-satqı müqaviləsini bağlamaq üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ olduğundan iddia tələbi təmin edilə bilməz.
21. Çünki, məhkəmə araşdırması ilə müəyyən olunan o olmuşdur ki, mərhum Tamaranın həyatının son illərində oğlu və gəlini ilə münasibətləri yaxşı olmamış, həyatının son illəri dövründə yanında olan cavabdeh Asimə şüürlü şəkildə etibar etmiş və bunu etibarnamə ilə rəsmiləşdirmişdir. Bağlanan əqdlərin etibarsızlığına əsas yoxdur. Çünki, məhkəmə araşdırması zamanı iddia tələbinin məzmunu, şahidlərin ifadələri və tərəflərin izahatları ilə əqdin etibarsızlığından çox, sadəcə olaraq iddiaçının onun anası tərəfindən şüürlu şəkildə əmlakının başqa şəxslərə verilməsi ilə bağlı sərəncamı ilə razı olmadığı müəyyən olundu.
22. Məhkəmə gəldiyi nəticəni, Mülki Məcəllənin 152.1, 362.1, 359.1 və 346.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
23. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 yanvar 2024-cüi il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
24. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, etibarnamə üzrə səlahiyyətli şəxs Cavabdeh1 ünvan 3arit Ofisində Cavabdeh2 0.04 ha torpaq sahəsini 4.000 manata satmış, sonradan Cavabdeh2 isə həmin torpaq sahəsini X23 12.000 manata sataraq gəlir əldə etmişdir. Sonradan Cavabdeh1 X1 0.05 ha torpaq sahəsini 5000 manata Cavabdeh3 satmış və X21 vəfatından sonra isə 2 saylı Bakı “Asan xidmət” mərkəzindəki notariat ofisində Cavabdeh3 ilə daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlayaraq torpaq sahəsi üzərində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarış əldə etmişdir. Bu fakt hüquqdan sui-istifadə yaradır. Əgər mərhum X21 xüsusi mülkiyyət hüquqları ilə ona məxsus olan daşınmaz əmlakı X3 vermək niyyəti olmuş olsaydı qanunverici bu kimi mülki münasibətləri tənzimlənmə qaydasını təsbit etmişdir. Bu mülki münasibətə birbaşa alqı-satqı müqaviləsinin bağlanması və yaxud vəsiyyətnamə kimi əqdlərin tərtib edilməsi qanunla qadağan olunmayıb, mümkündür. Cavabdeh X48 isə dolayı yolla etibarnamə üzrə hərəkət edərək X21 mülkiyyətini hissə-hissə satırmış, gəlir əldə etmiş və son olaraq mərhumun sağlığında yaşadığı mülkü qonşusuna formal olaraq sataraq sonradan öz adına təkrar alqı-satqı yolu ilə keçirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən 0.05 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin statusu müəyyən edilməmişdir. Hansı ki, həmin fərdi yaşayış evi X21 adına olan fərdi yaşayış evinin Texniki pasportunda əks olunub. Satılmış torpaq sahələrinin dəyəri X32 ilə razılaşdırılmamışdır. Cavabdeh1 öz mülahizəsinə formal olaraq torpaqların dəyərini qiymətləndirmiş və qonşusu ilə qabaqcadan əlbir olaraq həmin torpaq sahəsi üzərində notarial qaydada sərəncam verilməsini icra etmişdir. Həmin vaxtı torpağın likvid və bazar dəyəri məlum olduğu halda bazar dəyərindən aşağı qiymətə satışı həyata keçirilməsi icra etmişdir. X36 X26 adınadan etibarnamə alaraq sərəncam vermə hüququndan istifadə etməsi niyyəti bəllidir. Bundan əlavə məhkəmə tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə və vəsatətə də münasibət bildirilməmişdir. Məhkəməyə təqdim edilmiş video görüntü notarius tərəfindən icra edilməmişdir. Həmin video görüntü 3-cü şəxs tərəfindən icrası həyata keçirilmişdir. Bakı şəhəri 39 saylıNotariat Ofisi daşınmaz əmlakın alqı-satqı zamanı Azərbaycan RespublikasıNazirlər Kabinetinin 167 nömrəli xx.xx.2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 15-ci bəndinə uyğun aparılmamış və şəxsə onun hüquq və vəzifələri barədə məlumat verilməsi təmin edilməsi icra edilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
26.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil3 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-521/2024 saylı 16 yanvar 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, qarşı tərəf bildirir ki, onlar alğı-satqı müqaviləsindən Qəniyeva Tamaranın vəfatından sonra məlumatları olmuşdur, halbuki bu alğı-satqı müqaviləsi ilə onun ölümü arasından ən azı 6 il müddət keçmişdir. Hesab edir ki, iddiaçı tərəf öz anası ilə maraqlanmamışdır, əgər maraqlansa idi o zaman görərdi ki, qonşular evi almışdır, artıq həyətlərində başqa mülkiyyətçilər vardır. Asim iddiaçının anası ilə yaşayan şəxs olmuşdur. Asim həm iddiaçın anası ilə yaşamış, həm də ona kömək etmişdir. Asim həmin evdə kirayəçi kimi yaşayırdı. Bu müddət ərzində iddiaçı anası ilə, xəstəlikləri ilə maraqlanmamışdır. Eyni zamanda qadının ərzaq təminatı ilə bağlı qonşulara borcu olmuşdur, onların hamısını Asim öz pulu ilə ödəmişdir. Bundan başqa iddiaçının digər 3 torpaq sahəsi ilə bağlı deyil, məhz Cavabdeh1la mübahisə edirlər. İddiaçı tərəf hesab edir ki, Cavabdeh1 iddiaçın fikrinin yönəlməsinə təsir etmişdir. Qarşı tərəf hesab edir ki, torpağın qiyməti bu məbləğdə olmamışdır, lakin torpağın qiyməti son iki ildə qalxmışdır, əvvəllər elə də baha deyildi. Eyni zamanda torpaq bir həyətdə olmamışdır, bir az arxaya doğru getdikdə torpağın qiyməti aşağı olur. Eyni zamanda torpaq sahəsi tanışa satıldığı üçün bazar qiyməti qoyulmamış, o qiymət qoyulmuşdur. Etibarnamənin verilməsində hər hansı pozuntu vardırsa, bunun məsuliyyətini notarius daşıyır, Cavabdeh1 daşımır. Video görüntü qadının həqiqi iradəsini müəyyən etmək üçün aparılmışdır. Qonşu torpağı satışa çıxaran zaman birinci olaraq qonşusu Asimə təklif etmişdir, o da həmin torpaq sahəsini almışdır. 27.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi hüquq norması
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
28.14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 29.140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 30.152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 31.157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 32.324.1-ci, 324.2-ci və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 33.337.1-ci və 337.2-ci maddələrinin məzmununa görə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 34.337.3-cü və 337.4-cü maddələrinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 35.337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 36.339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 37.339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 38.339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 39.339.6-cı maddəsinə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
40. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir.Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 41.346.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 42.354-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 43.359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. 44.404.1 və 404.2-ci maddələrinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 45.425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 46.560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 47.560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. 48.567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 49.570.1.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda icra edilmiş sayılır. 50.575-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. 51.576-cı maddəsinə əsasən, əgər satıcı verməli olduğu əşyaya aid ləvazimatı və ya sənədləri alıcıya vermirsə və ya verməkdən imtina edirsə, alıcı bunların verilməsi üçün ona ağlabatan müddət təyin edə bilər. Satıcı əşyaya aid ləvazimatı və ya sənədləri göstərilmiş müddətdə vermədikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyadan imtina edə bilər. 52.646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
53. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.
54.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz. 55.Anlaqlılıq fiziki şəxslərə xas olmaqla onun şüurlu şəkildə hərəkət edə bilmə qabiliyyətini ifadə edir. Fiziki şəxsin fəaliyyət qabiliyyəti onun anlaqlılıq səviyyəsinə uyğun olaraq formalaşır. Mülki qanunvericiliyə görə fiziki şəxslərin anlaqlılığına təsir edən başlıca iki faktor mövcuddur. Bunlar azyaşlılıq və şəxsin psixi (əqli) sağlamlıq vəziyyətidir. Fiziki şəxslər anlaqlılıq səviyyələrinə uyğun olaraq tam fəaliyyət qabiliyyətlilər, məhdud fəaliyyət qabiliyyətlilər və fəaliyyət qabiliyyətsizlər şəklində ümumi qruplara ayrılmışdır. Hər bir fiziki şəxsin bağladığı əqdin etibarlılığı onun fəaliyyət qabiliyyəti baxımından hansı qrupa aid olmasına və həmin kateqoriya üçün müəyyən edilmiş şərtlərə uyğunluğuna əsasən müəyyən edilir. Qeyd olunduğu kimi, əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir. 56.Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, anlaqlılığın itməsinin daimi və ya müvəqqəti xarakter daşımasından asılı olmayaraq, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd iradəyə əsaslanmadığından, bağlandığı andan etibarsızdır. Əks yanaşma əqd anlayışının hüquqi mahiyyətinə zidd olmaqla, əqd əsasında yaranan münasibətləri tənzimləyən mülki hüquq norma və prinsiplərinin pozulmasına səbəb olar.
Tətbiq edilən prosessual hüquq norması
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
57. 14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 58.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 59.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 60.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 61.220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
Apelyasiya baxışının hədləri
62.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 63.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. 64.Bununla belə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
65.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. 66.İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ünvan 7 ünvanında yerləşən 0.25 hektar torpaq sahəsi xx.xx.2002-ci il tarixli, 3819 saylı icarə müqaviləsi və X46 kitabında xx.xx.2008-ci il tarixdə 11540 sayla uçota alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında xx.xx.2010-cu il tarixdə X21 adına dövlət reyestrində ilkin qeydiyyata alınmışdır. 67.ünvan 3ariat kontorunda təsdiq edilmiş 4Ə-91 reyestr saylı, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında sözügedən bağ evi ünvanında yerləşən 0.25 hektar torpaq sahəsinin 0.06 hektar hissəsi 476K saylı bağ sahəsi kimi xx.xx.2017-ci il tarixdə X18 adına, 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda təsdiq edilmiş 4Ə-2312 reyestr saylı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2019-cu il tarixdə X19 adına qeydiyyata alınmışdır. 68.ünvan 8 ünvanında yerləşən tikili yararsız vəziyyətdə olduğu üçün və torpaq sahəsinin 198 kv.m hissəsi keçid yolu üçün nəzərdə tutulduğuna görə X21 mülkiyyətində qalan 0.1702 hektar torpaq sahəsi xx.xx.2017-ci il tarixdə onun adına qeydiyyata alınmışdır. Daha sonra həmin bağ sahəsinin 0.08 hektar hissəsi Bakı şəhəri 40 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə163 reyestr saylı, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında xx.xx.2017-ci il tarixdə 476H saylı bağ sahəsi kimi X31 adına qeydiyyata alınmışdır. 69.ünvan 1nin yerdə qalan 0.0902 hektar hissəsi isə xx.xx.2017-ci il tarixdə X21 adına qeydiyyata alınmışdır. ünvan 3ariat ofisində təsdiq edilmiş 4Ə-09 reyestr saylı, xx.xx.2019cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Pirşağı qəsəbəsi, 476 saylı bağ sahəsi ünvanında yerləşən, ümumi sahəsi 0.0902 hektar olan torpaq sahəsinin 0.04 hektar hissəsi 476M saylı bağ sahəsi kimi xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına, daha sonra isə Bakı şəhəri 9 saylı notariat ofisində təsdiq edilmiş 4Ə-652 reyestr saylı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdə X9 adına qeydiyyata alınmışdır. 70.X21 mülkiyyətində olan Pirşağı qəsəbəsi, 476 saylı bağ sahəsinin yerdə qalan 0.0502 hektar hissəsi xx.xx.2019-cu il tarixdə onun adına qeydiyyata alınmışdır, daha sonra ünvan 3ariat kontrunda təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında xx.xx.2019-cu il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmışdır. Bundan sonra isə ünvan 3ariat kontrunda təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında xx.xx.2023-cü il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır.
71. Hazırda iddiaçı Cəfərov X27 Asim Arif oğlunun adına tərtib edilmiş 7E-10152 reyestr saylı xx.xx.2018-ci il tarixli etibarnamənin; X32 (adından Cavabdeh1) ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin; X32 (adından Cavabdeh1) ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin; Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; həmçinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 adlarına verilmiş çıxarışlarının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
72. Kollegiya vurğulayır ki, qanunverici, etibarsız əqdləri subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif etməklə müvafiq maddələrdə qruplaşdırmışdır. Tərəfin iradəsi qüsurlu olan əqd, özündə əqd bağlanarkən daxili iradənin lazımi olmayan şəraitdə formalaşmasını və ya iradənin xaricə düzgün ifadə olunmamasını ehtiva edir. Bu baxımdan, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu, bu iradənin lazımi formada və doğru ifadə edilməsi zəruridir. Məhz göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir.
73. Bununla əlaqədar məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsində müqavilə tərəfi olmayan şəxslərə müqaviləni mübahisələndirmək hüququ verilmişdir. Belə ki, müqavilə əqddir, bəzi hallarda əqdin tərəfi olmayan şəxslərin də əqdi mübahisələndirmək hüququ tanınmalıdır. Lakin əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququ o halda tanına bilər ki, əqd onun hüququna, vəzifəsinə və ya qanuni mənafeyinə toxunmuş olsun.
74. Yuxarıda qeyd olunan hallardan göründüyü kimi iddiaçı xx.xx.2023-cü il tarixdə ölmüş X21 övladı, yəni birinci növbəli vərəsəsidir. Belə olan halda anasına məxsus ünvan 1nin miras kütləsindən çıxmasına əsas olmuş mübahisə predmeti olan alqı-satqı müqavilələrinə əsasən mərhum ilə cavabdehlər arasında yaranmış öhdəlik hüquq münasibətlərinin məzmunu onun hüquq və qanuni mənafeyinin pozulmasına şərait yaradır.
75. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının müvafiq subyektiv hüququnun mövcudluğu müəyyən edildiyindən onun pozulmuş hüququnun məhkəmə tərəfindən bərpa edilməsi yolveriləndir.
76. Belə ki, iddiaçı etibarnamənin, əsasında bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və bu müqavilələrin bütün hüquqi nəticələrinin ləğv edilməsi tələbi ilə birinci instansiya məhkəməsinə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, mərhum etibarnamə verən zaman öz hərəkətlərinin məzmununu tam anlamamış, Cavabdeh1 onu aldatmış, etibarından sui-istifadə etmişdir. İddiaçı iddia tələblərinin qanuni əsası kimi Mülki Məcəllənin 339-cu, 346.1-ci və 359.3-cü maddələrinə istinad etmişdir.
77. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
78. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçı irəli sürdüyü tələbin qanuni əsası kimi, cavabdehin başdan etibarən aldatma niyyətilə hərəkət etməsinə istinad etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, işə mahiyyəti üzrə baxan məhkəmə mülki qanunvericiliyin əqdin mübahisələndirilməsi ilə bağlı müvafiq normalarını tətbiq etməklə və araşdırmanı aldatmanın olub-olmaması və s. istiqamətində aparmaqla haqlı olmuşdur.
79. İşdə olan materiallara əsasən isə qeyd olunan maddənin dispozisiya şərtləri müəyyən edilmir. Belə ki, cavabdeh mübahisə predmeti olan bağ sahəsinə dair əqd bağlayarkən səlahiyyətli olmuş, mərhumun iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Müqavilələr tərəflərinin iradə ifadəsinə uyğun bağlanmış və həmin müqavilələr rəsmiləşdirilən zaman qanunvericiliyin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, zorakılıq, hədə təsiri altında, bir tərəfin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi halları olmamış, müqavilənin zəruri şərtlərinə əməl edilməklə tərəflərin hər biri müqavilə azadlığı prinsipinə uyğun olaraq iradə ifadələrini ifadə etmişlər.
80. Beləliklə iş materiallarından göründüyü kimi iddiaçının anası daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanması məqsədi ilə aldadılması, həmin müqavilələrinin məzmunundan məlumatlı olmaması və s. barədə dəlillər öz təsdiqini tapmamış, mübahisə predmeti olan müqavilələrinin bağlanması, o cümlədən etibarnamənin verilməsi ilə bağlı notariat əməliyyatları qanunvericiliyin şərtlərinə tam əməl edilməklə həyata keçirilmiş və müqavilənin məzmunu aydın şəkildə təsvir edilmişdir; iddiaçı tərəfindən müqavilənin yalan məlumatlar əsasında bağlanması və nəticədə onun etibarsızlığına səbəb olması qənaətinə gəlmək üçün hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı ümumiyyətlə adatmanın, nümayəndənin qeyri-qanuni davranmasının hansı hərəkətlərdə ifadə olunmasını izah edə bilməmişdir.
81. Əksinə iş materiallarından (iş vərəq 198) göründüyü kimi iddiaçının arvadı (mərhumun gəlini) X16 tərəfindən verilmiş ifadədən müəyyən edilir ki, mərhum alqı-satqı müqavilələrinin bağlandığından, müqavilə şərtlərindən (qiymət və s.) məlumatlı olmuş, bu əqd iradə ifadəsinin nəticəsi olmuşdur.
82. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, etibarlılığı mübahisələndirilən etibarnamə, daşınmaz əmlakın alqı-satqı müqavilələri notarial qaydada təsdiq edilmişdirsə, əksi sübut edilənə qədər, həmin etibarnamənin, müqavilənin məzmununun və mahiyyətinin notarius tərəfindən izah edilmiş olması prezumpsiyası qüvvədə olmalıdır. Çünki, bu, notariusun birbaşa vəzifəsidir və notarial təsdiq etmənin əhəmiyyəti də şəxsin fəaliyyət qabiliyyətinin yoxlanılması, bağlanılan əqdin qanunazidd olmaması, şəxsə verdiyi etibarnamənin, bağladığı əqdin və sair hansı nəticələr doğura biləcəyinin hüquqi baxımdan izah edilməsi və onun bu məsələlər barədə məlumatlı olmasından ibarətdir.
83. Beləliklə birinci instansiya məhkəməsinin gəldiyi qənaət Mülki Məcəllənin 339-cu maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun aldatma nəticəsində bağlanmış əqdlərin etibarsızlığı ilə bağlı formalaşdırdığı hüquqi mövqelərinə uyğun olmuşdır. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
84. İddiaçının istinad etdiyi digər qanuni əsasla əlaqədar məhkəmə qeyd etməyi zəruri sayır ki, əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir. Mülki Məcəllənin fəaliyyət qabiliyyətli olsa da, öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığını müəyyən edən 346.1-ci maddəsi də məhz bu mövqedən şərh edilməlidir. Qeyd olunan maddə ilə fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqdin etibarsızlığının onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin tələbi ilə məhkəmə qaydasında təsdiq oluna bilməsi nəzərdə tutulmuşdur.
85. Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir.
86. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
87. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
88. Buna baxmayaraq etibarnamə verilən zaman anasının anlaqsız vəziyyətdə olduğunu sübut etmək vəzifəsini daşıyan iddiaçı bu halı da təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişlər. Nəzərə alınmalıdır ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Belə ki, iddiaçı etibarnamənin verildiyi tarixdən öncə və ya qısa müddət sonra onun psixoloji vəziyyətinin yoxlanılması məqsədilə hər hansı müalicə müəssisəsinə müraciət etdiyini, hər hansı dərman preparatından istifadə etdiyini, səhhətinin hər hansı həkim tərəfindən müşahidə edildiyi və s. bu kimi halları təsdiq edən sənədlərin məhkəməyə təqdim edilmədiyi müəyyən edilmişdir.
89. Notariat hərəkətlərin aparılması zamanı notarius tərəfindən hər hansı qanun pozuntusuna yol verilib-verilmədiyini müəyyən etmək üçün məhkəmə kollegiyası həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata (bundan sonra “Təlimat”) istinadən aşağıdakıları qeyd etməyi zəruri sayır.
90. Belə ki, həmin Təlimata əsasən əqdləri (hazırki halda etibarnamənin verilməsi tapşırıq müqaviləsinin bağlanmasına bərabərdir) notariat qaydasında təsdiq edən notarius əqddə iştirak edən şəxslərin fəaliyyət qabiliyyətini aydınlaşdırmalıdır. Notarius, əgər notariat hərəkətlərinin aparılması qanuna ziddirsə, fəaliyyət qabiliyyəti olmayan şəxs, yaxud lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etmişsə, notariat hərəkətlərini aparmaqdan imtina etməlidir. Əqdin iştirakçılarından hər hansı birinin ruhi xəstəliyə və ya ağıl zəifliyi nəticəsində öz hərəkətinin əhəmiyyətini başa düşə və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsini güman etmək üçün notariusun əsasları vardırsa, şəxsin isə fəaliyyət qabiliyyətinin olmamasına və ya fəaliyyət qabiliyyətinin məhdud olmasına dair məhkəmə qətnaməsi yoxdursa, notarius əqdin təsdiq edilməsini təxirə salır və şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında məhkəmə qətnaməsinin olub-olmadığını aydınlaşdırır.
91. Beləliklə apellyasiya şikayətinin dəlilləri üzrə məhkəmə araşdırması zamanı cavabdehin adından verilmiş etibarnamənin və həmin etibarnamə əsasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab olunması üçün hər hansı əsas müəyyən edilməmişdir.
92. Məhkəmə kollegiyası iddianın “X32 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində rədd edilməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti ilə razılaşaraq, bu əqddən sonra Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır.
93. Məhkəmə kollegiyası həmçinin Cavabdeh1 kəsici müddətin tətbiqi barədə ərizə ilə əlaqədar kəsici müddətin tətbiq edilməsinə zərurət olmadığını qeyd edərək eyni zamanda vurğulayır ki, qanunvericilik tərəfindən etibarsız əqdlər üzrə müddətlərin kəsici müddət kimi müəyyən edildiyi, kəsici müddətin isə iddia müddətinin bir növü olduğu nəzərə alınmalı, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan kəsici müddətin tətbiqindən (ötürülüb-ötürülmədiyini araşdırılmasından) məhkəmə tərəfindən imtina edilməlidir.
94. Beləliklə kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. 95.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 96.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 97.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393,402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-521/2024 saylı 16 yanvar 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova