Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2705/2025 06.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “dəymiş ziyanla bağlı sığorta məbləğinin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “dəymiş ziyanla bağlı sığorta məbləğinin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-54/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığortalanmış əmlaka dəymiş ziyanın əvəzi olaraq 59 400 manat sığorta məbləği, 2000 manat əlavə xərc, 300 manat hüquqi xidmət haqqı və 275 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Səbail Rayon Məhkəməsinin 2(009)-54/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Mədinə Bağırova) iddia qismən təmin edilmiş, Cavabdeh Sığorta Şirkəti ASC-dən İddiaçı xeyrinə 52 987 (əlli iki min doqquz yüz səksən yeddi) manat sığorta ödənişi, əlavə xərcə görə 2000 (iki min) manat, hüquqi xidmət haqqı 300 (üç yüz) manat və ödənilmiş 275 (iki yüz yetmiş beş) manat dövlət rüsumunun tutulması, qalan hissədə iddianın təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatın Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə X1 Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE******************** hesabına köçürülməsi qərara alınmışdır.
3. İddiaçı və cavabdeh qətnamədən apellyasiya şikayətləri vermişdir. Apellyasiya şikayətləri və onun dəlilləri:
4. İddiaçı qətnamədən apellyasiya şikayət vermiş, qeyd etmişdir ki, iddia tələbinin təmin edilməyən hissəsindən narazıdır. Belə ki, rayon məhkəməsi iddia tələbini 59.400 manat deyil, qismən 52.987 manat hissəsində təmin edilməsini məhz, ekspert rəyində belə bir evin tikintisinin təqribən 52.987 manata başa gələcəyinin göstərməsi ilə əsaslandırmışdır. Qeyd edilməlidir ki, bu kimi yanaşma yanlış və müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi baxımından hüquqa ziddir. Belə ki, birincisi sığortanın predmeti vahid əmlakdır. Ekspert isə rəyində belə bir evin tikintisinin başa gələcəyi təqribi xərclər hesablanmışdır. Ev havada tikilməyəcək ki, axı bunun üçün torpaq sahəsi də lazımdır. Digər tərəfdən ekspert xərcləri sığorta məbləğindən artıq, 80.000 manat müəyyən etsəydi, məhkəmə sığorta məbləğini 59.400 deyil, 79.400 manat müəyyən edib, təmin edəcəkdir? Sığorta haqqı və sığorta məbləği məhkəmə və ya ekspert tərəfindən deyil, sığortaçı ilə sığorta edən arasında müqavilə ilə tənzimlənir və müqavilədə razılaşdırılmış şərtlər əsasında müəyyən edilir. Məhkəmə də mübahisəni həll edərkən, ilk növbədə tərəflər arasında mövcud sığorta müqaviləsinə önəm verməli və iddia tələbini də müqavilə şərtlərinə uyğun həll etməli idi. Odur ki, qətnamənin qismən iddianın 6.413 manat hissəsində təmin edilməyən hissədə ləğv edilməsi və iddia tələbinin həmin hissədə də tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və qeyd etmişdir ki, onun tərəfindən yaşayış sahəsinin yerləşdiyi ərazidə sürüşmə-çökmə prosesinin hansı vaxtdan başlaması ilə bağlı X5 ünvanlanmış sorğuya cavab olaraq, həmin orqan tərəfindən verilən arayışda bildirilib ki: “Şamaxı rayon, Ərçiman kəndi ərazisində yerləşən fərdi tikilinin olduğu ərazidə geoloji proseslərin nə zaman baş verməsinin tarixi barədə məlumat vermək mümkün deyil. 2014-cü il tarixində tərtib edilmiş “Respublika ərazisində təhlükəli sürüşmə sahələri” albomuna Şamaxı rayonunun Ərçiman kəndi daxil edilməmişdir”. Həmçinin arayışda qeyd olunur ki, “ötən dövr ərzində fərdi tikilinin yerləşdiyi ünvandan ekzogen geoloji proseslərlə əlaqədar müraciət daxil olmamışdır”. Beləliklə, yuxanda qeyd olunanlar onu deməyə əsas verir ki, fərdi yaşayış evində yaranan çatlar sığorta müqaviləsi qüvvəyə minməmişdən əvvəl mövcud olmuş, fərdi tikili qəzalı vəziyyətdə olmuş və sığortalı tərəfindən sığorta müqaviləsi bağlanarkən sığorta olunacaq obyektin vəziyyəti barədə məlumatlar sığortaçıya bildirilməmişdir.
6. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın icbari sığortası müqaviləsində və “İcbari sığortalar haqqında” AR Qanununda təbii fəlakət riskinə təminat verilmişdir. Təbii fəlakət sayılan hallar isə sadalanmışdır (o cümlədən torpaq sürüşməsi). Təbii fəlakət — böyük nisbətdə və ya tamamilə insanların idarəsi xaricində reallaşan, mal və can itkisinə səbəb ola biləcək təhlükəli və ümumiyyətlə böyük diametrli hadisədir. Həmçinin təbii fəlakət baş verdiyi halda müvafiq orqanlar tərəfindən qeydiyyata alınan və araşdırılan təbiət hadisəsidir.
7. Beləliklə, bu da onu deməyə əsas verir ki, iddiaçının qeyd etdiyi hadisə təbii fəlakət hesab edilən torpaq sürüşməsi riski ilə əhatə olunmur, iddiaçı ərizəsində təbii fəlakət baş verməsini qeyd etsə də müqavilə müddəti ərzində həmin ərazidə təbii fəlakət baş verməsi işdə olan sənədlər əsasında sübut olunmur. İddiaçıya məxsus əmlakda sürüşmə və çökmə mütəmadi olduğundan və hal hazırda da davam etdiyindən, mövcud çatlar həmin dövr üçün ani halda yaranmamış və əmlak tikildiyi andan bu faktorların təsirinə məruz qalmışdır.
8. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur. Ekspert qərardadda qoyulmuş suallara natamam cavab vermiş, qərardadın 2-ci sualı əmlakın hazırkı vəziyyətdə bazar dəyəri və qalıq dəyərinin müəyyən olunması idi ki, bu sualın cavablandırılması sığorta ödənişinin hesablanması üçün zəruri hesab edilirdi. Məhkəmə iclasında əmlakın qalıq dəyərinin müəyyən olunmasının zəruriliyi vurğulanaraq şifahi vəsatət verilməsinə baxmayaraq vəsatət təmin edilməmişdir. Belə ki, tərəflər arasında bağlanan daşınmaz əmlakın könüllü sığortası qaydalarının 33.1.1-ci maddəsinə əsasən bina (tikili) məhv olduqda (tam dağıntı) - onun bərpa qiyməti sığorta ödənişi hesab olunur. Həmin qaydanın 33.10-cu maddəsinə əsasən, zədələnmiş olsa belə, sığorta hadisəsindən sonra qalan əmlakdan sığortalı imtina edə bilməz. Belə əmlakın qalıq dəyəri sığorta ödənişi məbləğindən çıxılır. Göründüyü kimi, əmlak tam məhv olmuş sayıldığı üçün sığorta ödənişindən yəni 52.987 manatdan yerdə qalan qalıq dəyəri çıxılmalı və həmin məbləğ təmin edilməli olduğu halda ekspert əmlakın qalıq dəyərini müəyyən etmədiyinə görə məhkəmə əmlakın tam bərpa qiymətini cavabdehdən tutmuşdur ki, bu, qanunvericiliyə və müqavilə şərtlərinin tələblərinə uyğun deyil. Həmin məbləğin təmin olunması heç bir hüquqi və faktiki əsasa söykənmir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə əhəmiyyətli olan bu hal araşdırılmamış, natamam və qeyri-dəqiq ekspert rəyi mötəbər sübut kimi götürülərək həmin məbləği təmin etmişdir.
9. Qeyd edilənlərə əsasən, işi hərtərəfli və tam araşdıraraq yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
10. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndə və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Qeyd etdi ki, cavabdeh əvvəlcə siğorta hadisəsi olmasını qəbul etmiş, akt tərtib etmiş, lakin tam məhv olan əmlak üçün çox cüzi-3000-5000 manat siğorta ödənişi təklif etmişdir. Həmçinin cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirdi ki, cavabdeh tərəf həm hadisənin sığorta hadisəsi olmadığını qeyd edir, bununla yanaşı əmlakın qalıq dəyərinin müəyyən edilməsini də xahiş edir. Göründüyü kimi cavabdehin mövqeyi ziddiyyətlidir. Həmçinin əmlakın qalıq dəyəri ilə bağlı bildirdi ki, əmlak tam məhv olmuş, istismarı yolverilməzdir, həmin qalıq tikilinin ordan sökülərək götürülməsinin özü qalıq dəyərdən daha çox xərc tələb edir, onlar rayon məhkəməsində də təklif ediblər ki, orda qalan tikinti hissələrini də cavabdeh tərəf hər hansı maraqları varsa götürə bilər, hazırda da o mövqedədirlər.
11. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Hadisənin sığorta hadisəsi olduğunu qəbul etmədiklərini, bununla bağlı sorğu verilməsini xahiş etdi, həmçinin hadisənin məhkəmə tərəfindən sığorta hadisəsi kimi qəbul edilməsi halında əmlakın qalıq dəyərinin müəyyən edilməsini xahiş etdi. Eyni zamanda bildirdi ki, onlarda şübhə var ki, həmin əmlakda siğorta hadisəsindən qabaq da müəyyən zədələr olmuşdur. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
12. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Ağentliyi “Azkommunlayihə” KLİ-nin xx.xx.2023-cü il tarixli Texniki rəyindən görünür ki, fərdi yaşayış evin texniki vəziyyəti qəzalıdı, istismarı yol verilməzdir. Binanın qəzalı vəziyyətə düşməsinə səbəb Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 arayışında göstərildiyi kimi sürüşmə-çökmə prosesinin baş verməsi nəticəsində yaranmışdır. Ərazidə sürüşmə və çökmə prosesi baş verdiyindən fərdi yaşayış evi sökülərək başqa ərazidə tikilməlidir.
13. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Şamaxı rayonunun Ərçiman kənd ərazisinin mühəndisi-geoloji şəraiti haqqında 16 mart 2023-cü il tarixli Arayışından görünür ki, vətəndaş X7 tərəfindən daxil olmuş 01 mart 2023-cü il və 28 fevral 2023-cü il tarixli müraciətlərə əsasən X3 mütəxəssisi Elxan Eminov 16 mart 2023-cü il tarixində Şamaxı rayonu, Ərçiman kəndi ərazisinə vizual hidrogeoloji və mühəndisigeoloji baxış keçirmişdir. Şamaxı-Qobustan sinklinoriumunun hüdudlarında yerləşən kənd ərazisinin geoloji quruluşunda Paleogen yaşlı Maykop lay dəstəsinin süxur kompleksi iştirak edir. Bu süxurlar baxış keçirilən ərazidə Holosen yaşlı elüvial-delüvial və kollüvial mənşəli çöküntülərlə örtülmüşdür. Maykop lay dəstəsinin (P3+N11 ) süxurları tədqiqat ərazisində litoloji cəhətcə içərisində gips qırıntıları saxlayan gilli şistlər, qumdaşı, əhəngdaşı, mergel laycıqları olan gillərdən ibarətdirlər. Kəsilişdə gillər üstünlük təşkil edir və ümumi qalınlığı 500 m-dən çoxdur. Holosen yaşlı elüvial-delüvial mənşəli çöküntülərin (edQ4Yhz) tərkibi az miqdarda (10-15%-ə qədər) çaqıl-çınqıl qarışığı olan sarımtıl-boz rəngli yarımbərk konsistensiyalı ağır gilcələrdən və gillərdən ibarətdir. Ərçiman kəndi rayon mərkəzindən 30-32 km şərqdə, Pirsaat çayın sahilində, mailliyi 12-15° olan ərazidə (40°47'4", 49°37'0l" koordinatlarında) yerləşir. Baxış zamanı müəyyən olunmuşdur ki, X4 məxsus fərdi tikilinin yerləşdiyi sahədə təbii və texnogen amillərin kompleks təsirindən (əsasən atmosfer çöküntüləri) mürəkkəb geoloji, mühəndisi-geoloji şəraitlə səciyyələnən kənd ərazisində mailli yamacda ilişmə qüvvəsi zəif və yüksək sukeçiriciliyə malik olan elüvial-delüvial mənşəli çöküntülərin su ilə tam doyması nəticəsində sürüşmə-çökmə prosesinin baş verməsi müşahidə edilmişdir. Proses nəticəsində tikilinin arxa və ön istinad divarlarında müxtəlif ölçülü çatlar və künc hissələrində aralanmalar qeydə alınmışdır. Bundan əlavə həyətyanı sahədə torpaq qatında tikilinin yan divarına paralel istiqamətdə müxtəlif ölçülü çatlar və pilləli formada oturmalar (4,4-11,5 sm) müşahidə edilmişdir.
14. Daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı, xx.xx.2020-ci il tarixli Çıxarışdan görünür ki, Şamaxı rayonu, Ərçiman kəndində yerləşən ümumi sahəsi 128,90 kv..m. fərdi yaşayış evi və 0.189967 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır.
15. “Daşınmaz əmlakın icbari sığortası Şəhadətnaməsi”ndən görünür ki, İddiaçı məxsus Şamaxı rayonu, Ərçiman kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh Sığorta Şirkəti tərəfindən 15000 manat məbləğində sığortalanmışdır.
16. “Əmlak sığortası Şəhadətnaməsi”ndən görünür ki, İddiaçı məxsus Şamaxı rayonu, Ərçiman kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh Sığorta Şirkəti tərəfindən 45000 manat məbləğində sığortalanmışdır.
17. Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, Q-A-2023-0731 nömrəli məktubdan görünür ki, sığortalının xx.xx.2023-cü il tarixli müraciəti ilə bağlı sığorta şirkəti tərəfindən araşdırma aparılmış və onun əmlakına dəymiş zərər 3000 AZN qiymətləndirilmişdir. Lakin o, sığorta şirkətinin müəyyən etdiyi zərər məbləği ilə razılaşmamışdır. Mülki Məcəllənin 925.3-cü və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə əsasən zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Qanunvericiliyin tələbləri nəzərə alınaraq, onun 10 may 2023-cü il tarixli razılıq ərizəsinə əsasən Şamaxı şəhəri, Ərimçan kəndində yerləşən daşınmaz əmlaka dəymiş zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsi təşkil edilmiş və zərər məbləği 5019 manat qiymətləndirilmişdir. Lakin onun xx.xx.2023-cü il tarixli müraciətindən məlum olur ki, o, müstəqil ekspert tərəfindən keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etmir. Mülki Məcəllənin 925-1.4-cü maddəsinə görə, müvafiq hallarda sığortalı, sığorta olunan və ya faydalanan şəxs zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsinin nəticələrini qəbul etmədikdə, həmin Məcəllənin 925-1.2-ci maddəsinin tələblərinə uyğun olaraq zərərin təkrar qiymətləndirilməsini tələb edə bilər. Mülki Məcəllənin 925-1.2-ci maddəsinə əsasən müstəqil ekspert üç ekspertin sırasından seçilərək sığortaçı tərəfindən təyin edilir. Həmin Məcəlləninn 925-1.6.2 maddəsinə görə müstəqil ekspert bu Məcəllənin 925-1.4-cü maddəsinə uyğun olaraq təyin edildikdə zərərin qiymətləndirilməsinə çəkilən xərc qiymətləndirməni tələb edən şəxs tərəfindən ödənilir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildirir ki, sığortalının tələbi ilə təkrar qiymətləndirmə aparıldığı halda müstəqil ekspert üç ekspertin sırasından seçilərək sığortaçı tərəfindən təyin ediləcək və bu zaman zərərin qiymətləndirilməsi ilə bağlı xərclər onun tərəfdən ödəniləcəkdir (i/v 45).
18. Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, Q-AP-2023-0433 nömrəli məktubdan görünür ki, siğortalıya məxsus olan Şamaxı rayonu, Ərçiman kəndində yerləşən fərdi yaşayış evinə dəymiş zərərin ödənilməsi növündə müraciətinizə baxılmışdır. “İcbari siğortalar haqqında” Qanunun 17-ci maddəsində göstərilmiş sənədlər təqdim edildiyi halda, müvafiq ödənişin verilibverilməməsi məsələsinə baxılacaqdır (i/v 47).
19. Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, Q-AP-2023-0518 nömrəli məktubdan görünür ki, siğortalıya məxsus olan Şamaxı rayonu, Ərçiman kəndində yerləşən fərdi yaşayış evinə dəymiş zərərin ödənilməsi növündə müraciətinizə baxılmışdır. Mütəxəssislər tərəfindən zərər məbləği 3000 manat müəyyən edilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikasının İcbari Sığorta haqqında Qanunun 16.2-ci maddəsinə əsasən Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi "Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Həmin Qanunun 23.1.4-cü maddəsinə əsasən sığortaçının sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən etmək, bu məqsədlə ekspertlər dəvət etmək, bunun üçün sığortalıdan və (və ya) sığorta olunandan lazımi məlumatlar almaq hüququ vardır. Şirkət tərəfindən müəyyən edilən qiymətlə razı olmadığından, ona təklif edilən müstəqil ekspertlərin siyahısına əlavələr edilərək onlar tərəfindən əmlakına dəymiş zərərin Qiymətləndirilməsi təklif edilir. Sığortalıya təklif edilir ki, o, təklif edilən müstəqil ekspertlərin siyahısından seçim edərək əmlakına dəymiş zərər qiymətləndirildikdən sonra ona sığorta ödənişi həyata keçiriləcək.
20. Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, Q-AP-2023-0518 nömrəli məktubdan görünür ki, siğortalıya məxsus olan Şamaxı rayonu, Ərçiman kəndində yerləşən fərdi yaşayış evinə dəymiş zərərin ödənilməsi növündə müraciətinizə baxılmışdır. Mütəxəssislər tərəfindən zərər məbləği 3000 manat müəyyən edilmişdir.
21. Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, O-AP-2023-0517 nömrəli məktubdan görünür ki, Cavabdeh Sığorta Şirkəti ASC-də “Daşınmaz əmlakın icbari sığortası”müqaviləsi üzrə siğortalanmış əmlakınızın torpaq sürüşməsi nəticəsində yararsız hala salınması ilə bağlı müraciətə baxılmış, zərər 3000 manat müəyyən edilmiş, zərərin siğortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə razılıq olmadıqda qiymətləndirmə tərəflərin qarşılıqlı razılığı ilə təyin edilən ekspert tərəfindən aparılır. Bu barədə məlumat verilərək, razı olmadığı halda şirkət dəymiş zərərin siğorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspert tərəfindən qiymətləndirilməsini təşkil etməyə hazırdır.
22. Mülki iş materiallarında olan siğorta hadisələri barədə raportdan məlum olur ki, xx.xx.2023 tarixli saat 13:00-da olan baxışda Şamaxı rayonu, Ərçiman kəndində torpaq sürüşməsi nəticəsində iki mərtəbəli ev zərər çəkib, binada çatlar əmələ gəlib, hazırda əmlak yaşayış üçün təhlükəlidir, siğortalının icbari və könüllü siğortası var (i/v 50).
23. Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, Q-AP-2024-0211 nömrəli məktubdan görünür ki, Cavabdeh Sığorta Şirkəti ASC-də “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə RAT********** sığorta şəhadətnaməsi əsasında sığortalanmış Şamaxı rayonu, Ərçiman kəndində yerləşən əmlakına dəymiş zərər ilə bağlı müraciəətdən məlum olmuşdur ki, sürüşmə nəticəsində əmlakda müxtəlif zədələr əmələ gəlmişdir. Şirkət tərəfindən aparılan araşdırma zamanı əmlaka zərər vurulması faktı aşkar edilməmişdir. Belə ki, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 tərəfindən xx.xx.2024-cü il tarixli, 3-14-18/2- 046/2024 saylı arayışa əsasən məlum olmuşdur ki, Şamaxı rayonu, Ərçiman kənd ərazisində ekzogen geoloji proseslərin nə zaman baş verməsinin tarixi barədə məlumat yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişindən imtina əsası kimi çıxış edir. Beləliklə, sığortalı əmlaka zərər vurulması faktı müəyyən edilmədiyi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8- ci maddəsinə əsasən baş vermiş hadisə sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilmir və Cavabdeh Sığorta Şirkəti ASC-nin sığorta ödənişi etmək öhdəliyi yaranmadığından sığorta ödənişinin ödənilməsindən imtina edir.
24. Müstəqil ekspert Əhməd Talıblının xx.xx.2024-cü il tarixli, FŞ 0306 nömrəli rəyindən görünür ki, Şamaxı rayonu, Ərçiman kənd sakini İddiaçı məxsus fərdi yaşayış evinə baxış zamanı məlum oldu ki, tədqiq olunan əmlak iki mərtəbədən ibarət, mişar daşı ilə tikilmiş fərdi yaşayış sahəsidir. Əmlak Pirsaat çayının sahilində maili yamacda yerləşir. Müşahidə zamanı divarlarda çatlar və aralanmaların olduğunu müəyyən etdi. Hidroloji və mühəndis-geoloji araşdırmalarına istinadən aralanmaların, çatların artma və böyümə dinamikası atmosfer çöküntülərinin intensivliyindən, ərazinin relyefindən, qeoloji qurluşundan və texnogen amillərdən əmələ gəlməsi mümkündür. Ərazi yaşlı elüvialdelüvial və kollüvial mənşəli çöküntülərlə örtülmüşdür. Şamaxı rayonu Ərçiman kəndi torpaq sürüşməsi (2014-cü ildə tərtib olunmuş ”Respublika ərazisində təhlükəli sürüşmə sahələri”) albomuna daxil edilməsə də, təbii (çökmə suxurlar və çay sahili) və texnogen amillərin təsirindən cüzi sürüşmə və çökmə mütəmadi olduğundan və halhazırda da davam etdiyindən belə qənaətə gəlmək olur ki, mövcud çatlar həmin dövr üçün ani halda yaranmamış və əmlak tikildiyi andan bu faktorların təsirinə məruz qalmışdır. Fərdi yaşayış evi inşaat tikinti normativlərinə əsasən tikilməmişdir, bəzi divarlarda bağlantılar aşkarlanmadı.
25. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 xx.xx.2024-cü il tarixli, 3-14-18/2- 040/2024 saylı arayışından görünür ki, X5 Cavabdeh Sığorta Şirkəti tərəfindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 0197 nömrəli məktuba əsasən X3 mütəxəssisi X10 rayonu, Ərçiman kənd sakini İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi əraziyə vizual hidrogeoloji və mühəndisi-geoloji baxış keçirmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, İddiaçı məxsus fərdi tikilinin yerləşdiyi sahədə təbii və texnogen amillərin kompleks təsirindən (əsasən atmosfer çöküntüləri) mürəkkəb geoloji, mühəndis-geoloji şəraitlə səciyyələnən kənd ərazisində maili yamacda ilişmə qüvvəsi zəif və yüksək sukeçiriciliyə malik olan elüvial-delüvial mənşəli çöküntülərin su ilə tam doyması nəticəsində sürüşməçökmə prosesi baş vermişdir. Proses nəticəsində tikilinin arxa və ön istinad divarlarında müxtəlif ölçülü çatlar və künc hissələrində aralanmalar qeydə alınmışdır. Bundan əlavə həyətyanı sahədə torpaq qatında tikilinin yan divarına paralel istiqamətdə müxtəlif ölçülü çatlar və pilləli formada oturmalar (4.4-11,5 sm) müşahidə edilmişdir. Fərdi tikilinin yerləşdiyi ərazidə ekzogen geoloji proseslərin hansı vaxtdan baş verməsi ilə əlaqədar sorğuya cavab olaraq bildirilir ki, X5 vətəndaşlar tərəfindən ekzogen geoloji proseslərin baş verməsinin araşdırılması ilə əlaqədar müraciət daxil olduqdan sonra mütəəxəssislər tərəfindən həmin əraziyə mühəndis-geoloji baxış keçirilir. Bildirmək istəyir ki, X5 Şamaxı rayonu, Ərçiman kənd sakini İddiaçı tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müraciətlərə əsasən əraziyə vizual baxış keçirilmişdir. Ötən dövr ərzində sözügedən fərdi tikilinin yerləşdiyi ünvandan ekzogen geoloji proseslərlə əlaqədar müraciət daxil olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Şamaxı rayonu, Ərçiman kənd sakini İddiaçı məxsus fərdi tikilinin yerləşdiyi ərazidə ekzogen geoloji proseslərin nə zaman baş verməsinin tarixi barədə məlumat vermək mümkün deyil. Qeyd etmək lazımdır ki, atmosfer çöküntülərinin təsirindən tikililərin yerləşdiyi sahədə sürüşməçökmə hadisəsinin baş verməsi bir çox amillərdən asılıdır. Burada çoxillik atmosfer çöküntülərinin intensivliyi, ərazinin relyefi, geoloji quruluşu və texnogen amilləri göstərmək olar. Tikilinin texniki vəziyyəti (köhnəlmə), standartlara uyğun tikilməsi, digər amillərlə birgə təsirinin qarşılıqlı əlaqəsi və tikilinin yerləşdiyi ərazidə ekzogen geoloji proseslərin dərəcəsi qeyd olunan proseslərin inkişafına təsir edən amillərdəndir. Bu prosesləri yaradan amillərdən asılı olaraq hadisələr qısa və uzun müddətli zaman kəsiyində baş verə bilər. Sözügedən ünvanda təbii və texnogen amillərin təsirindən qeyd olunan proseslərin dinamikasında aktivliyin yüksəlməsi ehtimal olunur. Bundan əlavə, 2014-cü ildə tərtib olunmu “Respublika ərazisində təhlükəli sürüşmə sahələri” albomuna Şamaxı rayonu, Ərçiman kəndi daxil edilməmişdir.
26. Məhkəmə tikinti-texniki ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 10/4961, 9/5152 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, baxış zamanı əldə olunmuş və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyi “Azkommunlayihə” KLl-nin xx.xx.2023-cü il tarixli Texniki rəyinin məlumatlarına əsasən qeyd olunur ki, fərdi yaşayış evinin vəziyyəti qəzalıdı, istismarı yolverilməzdir və bərpası mümkün deyildir. Binanın qəzalı vəziyyətə düşməsinə səbəb sürüşmə-çökmə prosesi baş verməsi nəticəsində yaranmışdır. Ərazidə sürüşmə və çökmə prosesi baş verdiyindən fərdi yaşayış evi sökülərək başqa ərazidə tikilməlidir. Odur ki, Şamaxı rayonu, Ərçiman kəndi ərazisində yerləşən fərdi yaşayış evinin yenidən inşası zamanı görülməli olan işlərin dəyərin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 52987 manat məbləğində olduğu müəyyən olundu. Şamaxı rayonu, Ərçiman kəndində yerləşən fərdi yaşayış evinin qəzalı vəziyyətlə olduğunu, istismarının mümkün olmadığını nəzərə alaraq, həmin fərdi yaşayış evinin bazar dəyərinin müəyyən olunmasına dair tədqiqat aparılmadı. Tətbiq edilən maddi hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 885.1. Sığorta sığortaçıların fəaliyyət istiqamətləri baxımından həyat sığortası və qeyri-həyat sığortası (ümumi sığorta) sahələrinə, sığorta obyekti baxımından şəxsi sığorta və əmlak sığortası sahələrinə bölünür. 888.1. Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. 888.2. Əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. 897.1. İcbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. 898.1. İcbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər. 898.2. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. 904.2. Sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir. 906.1. İcbari sığorta qanunlarında və ya könüllü sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsi halında, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və icbari sığorta qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır. 911.1. Sığorta müqaviləsi bağlanarkən sığortalı sığortaçının müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə tanış olmaq hüququna malikdir. 911.2. Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. 911.3. Eyni sığorta marağı ilə bağlı bir neçə sığortaçı ilə sığorta müqaviləsi bağlayan sığortalı bu barədə sığortaçılardan hər birinə məlumat verməlidir. Həmin məlumatda digər sığortaçının adı və müvafiq sığorta məbləği göstərilməlidir. Tələb edildikdə bu məlumatları təsdiq edən müvafiq sənədlər təqdim olunmalıdır. 914.1. Əmlak sığortası müqaviləsi bağlayarkən sığortaçı sığortalanan predmetə baxış keçirmək, fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla onu qiymətləndirmək, lazım gəldikdə isə onun həqiqi dəyərini müəyyən etmək məqsədilə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələblərini nəzərə almaqla müstəqil ekspert təyin etmək hüququna malikdir. 914.2. Sığortaçı sığortalanan əmlakı, həmçinin sığorta risklərini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələblərini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs, yaxud müstəqil ekspert vasitəsilə qiymətləndirir. 914.4. Sığorta riskinin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər. 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. 923.2. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır. 923.3. Sığortalı və ya sığorta olunan tərəfindən sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq sığortaçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı xəbər verməlidir. 923.4. Bu Məcəllənin 923.1-ci maddəsində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir. 924.1. Sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir. 924.2. Sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir. 924.3.Səlahiyyətli dövlət orqanları sığortaçının və ya onun nümayəndəsinin yazılı sorğusuna əsasən, sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər. 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 925.6. Əmlakın tam məhv olması dedikdə, həmin əmlakın sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin sığorta müqaviləsində müəyyən edilmiş həddən çox olması başa düşülür. 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. 933.2. Bu Məcəllənin 933.1.1-ci maddəsi tibbi sığorta sinfi üzrə sığorta hadisələrinə şamil edilmir. 933.3. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda bu Məcəllənin 933.1.2-ci maddəsində nəzərdə tutulmuş sənəd tələb edilmir. Sağlamlığa zərər dəyməsi faktının mövcud olduğu hallar istisna olmaqla, könüllü sığorta müqaviləsi üzrə sığorta hadisəsi nəticəsində dəymiş zərərin həcmi bu məqsədlə müvafiq sığorta qaydalarında müəyyən edilmiş həddən az olduqda, həmçinin sığorta hadisəsinin baş vermə səbəbləri və təfərrüatlarının təhrif edilməsi barədə sığortaçıda hər hansı əsaslandırılmış şübhə olmadıqda, sığorta ödənişinin həyata keçirilməsi üçün bu Məcəllənin 933.1.2-ci maddəsində nəzərdə tutulmuş sənəd tələb edilməyə bilər. 935.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 935.1.1. bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması; 935.1.2. bu Məcəllədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi; 935.1.3. müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması; 935.1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; 935.1.5. zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu Məcəllənin 925.5-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi; 935.1.6. bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması; 935.1.7. əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir. 935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi; 935.1.9. sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda; 935.1.10. icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda. 935.2. Bu Məcəllənin 911.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz. 935.3. Bu Məcəllənin 935.1.5-ci maddəsində müəyyən edilmiş hallarda sığortaçı zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduqda belə, aşkar faktlarla sübut olunan həcmdə sığorta ödənişindən imtina edə bilməz. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu 36.1. Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.1. yanğın, ildırım düşməsi; 36.1.2. məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı; 36.1.3. elektrik naqillərində baş verən qısa qapanma; 36.1.4. buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı; 36.1.5. su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; 36.1.6. hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri; 36.1.7. yerüstü nəqliyyat vasitəsinin dəyməsi; 36.1.8. təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi; 36.1.9. üçüncü şəxslərin hərəkətləri. 36.2. Bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulanlardan əlavə risklər üzrə sığorta təminatları tərəflər arasında bağlanan könüllü sığorta müqaviləsində müəyyən edilir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
31. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
32. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
33. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
34. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
35. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
38. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.
39. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;
40. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
41. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən qətnaməni iddiaçının apellyasiya şikayətinə əsasən, iddia tələbinin təmin edilməyən hissəsində, cavabdehin apellyasiya şikayətinə əsasən, iddia tələbinin təmin edilən hissəsində yoxlayır.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
43. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə də təmin edilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir.
44. Məhkəmə kollegiyası ilk növbədə cavabdehin apellyasiya şikayətinə münasibət bildirilməsini zəruri sayır.
45. Cavabdehin apellyasiya şikayətinin birinci dəlili baş vermiş hadisənin sığorta hadisəsi sayılmaması barədədir.
46. Bununla bağlı bildirilir ki, mülki iş materiallarında olan “Əmlak sığortası Şəhadətnaməsi”ndən “torpaq sürüşməsi” sığorta riski kimi qeyd edilmişdir (i/v 42).
47. Həmçinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1.8-ci maddəsinə görə yer sürüşməsi sığorta riski kimi qeyd edilmişdir.
48. Məhkəmə tikinti-texniki ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 10/4961, 9/5152 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, baxış zamanı əldə olunmuş və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyi “Azkommunlayihə” KLl-nin xx.xx.2023-cü il tarixli Texniki rəyinin məlumatlarına əsasən qeyd olunur ki, fərdi yaşayış evinin vəziyyəti qəzalıdı, istismarı yolverilməzdir və bərpası mümkün deyildir. Binanın qəzalı vəziyyətə düşməsinə səbəb sürüşmə-çökmə prosesi baş verməsi nəticəsində yaranmışdır. Ərazidə sürüşmə və çökmə prosesi baş verdiyindən fərdi yaşayış evi sökülərək başqa ərazidə tikilməlidir.
49. Göründüyü kimi, əmlakın qəzalı və istismara yolverilməz vəziyyətə düşməsinin məhz sürüşmə nəticəsində baş verməsi ekspert rəyi ilə müəyyən edilir, apellyasiya şikayətinin həmin dəlili əsassızdır.
50. Cavabdeh həmçinin qeyd edir ki, X5 ünvanlanmış sorğuya cavab olaraq arayışda bildirilmişdir ki, “ötən dövr ərzində fərdi tikilinin yerləşdiyi ünvandan ekzogen geoloji proseslərlə əlaqədar müraciət daxil olmamışdır”. Beləliklə, yuxanda qeyd olunanlar onu deməyə əsas verir ki, fərdi yaşayış evində yaranan çatlar sığorta müqaviləsi qüvvəyə minməmişdən əvvəl mövcud olmuş, fərdi tikili qəzalı vəziyyətdə olmuş və sığortalı tərəfindən sığorta müqaviləsi bağlanarkən sığorta olunacaq obyektin vəziyyəti barədə məlumatlar sığortaçıya bildirilməmişdir.
51. İlk növbədə qeyd edilir ki, yuxarıda adıçəkilən ekspert rəyi ilə hadisənin icbari və könüllü sığorta müqaviləsində qeyd edilən sığorta riski-yəni sürüşmə olması, ona görə də sığorta hadisəsi olması müəyyən edilir.
52. Həmçinin MM-in 935.2-ci maddəsinə görə, bu Məcəllənin 911.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz.
53. Bu baxımdan, Kollegiya qeyd edir ki, hətta hadisənin sığorta hadisəsi sayılmaması halında belə, sığortalının yanlış məlumatların verilməsində təqsiri olmadıqda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz.
54. Hazırkı halda isə hadisənin sığorta hadisəsi olması əsaslı qaydada müəyyən edilmişdir. Həmçinin iddiaçının yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsində təqsiri barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut verilməmişdir.
55. Eyni zamanda, məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırkı halda iddiaçı ilə iki fərqli-icbari və könüllü sığorta müqaviləsi bağlanmış. Eyni zamanda hər iki sığorta müqaviləsi həm də eyni sığorta şirkəti ilə bağlanmışdır. Həmçinin o da müəyyən olunmuşdur ki, hər iki sığorta müqaviləsinə görə iddiaçı tərəfindən sığorta haqqı tam olaraq ödənilmişdir. Nəzərə alsaq ki, MM-in 914.1-ci maddəsinə əsasən, əmlak sığortası müqaviləsi bağlayarkən sığortaçı sığortalanan predmetə baxış keçirmək, fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla onu qiymətləndirmək, lazım gəldikdə isə onun həqiqi dəyərini müəyyən etmək məqsədilə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələblərini nəzərə almaqla müstəqil ekspert təyin etmək hüququna malik olmuşdur. Hazırkı halda bu hüququndan (imkanlarından) istifadə etmədən, iddiaçı ilə iki ayrı sığorta müqaviləsi bağlayan və həmin müqavilələrə əsasən iddiaçıdan sığorta haqlarını qəbul edən cavabdeh sığorta hadisəsi baş verdikdən sonra, həmin hala, yəni sığorta olunan əmlakın sığorta hadisəsindən qabaq qəzalı vəziyyətdə olmasına istinad edə bilməz, istinad etməsi halında isə bu, aşkar hüquqdan sui-istifadə kimi dəyərləndirilməlidir.
56. Cavabdehin apellyasiya şikayətinin digər dəlilində qeyd edilir ki, tərəflər arasında bağlanan daşınmaz əmlakın könüllü sığortası qaydalarının 33.1.1-ci maddəsinə əsasən bina (tikili) məhv olduqda (tam dağıntı) - onun bərpa qiyməti sığorta ödənişi hesab olunur. Həmin qaydanın 33.10-cu maddəsinə əsasən, zədələnmiş olsa belə, sığorta hadisəsindən sonra qalan əmlakdan Sığortalı imtina edə bilməz. Belə əmlakın qalıq dəyəri sığorta ödənişi məbləğindən çıxılır. Göründüyü kimi, əmlak tam məhv olmuş sayıldığı üçün sığorta ödənişindən yəni 52.987 manatdan yerdə qalan qalıq dəyəri çıxılmalı və həmin məbləğ təmin edilməli olduğu halda ekspert əmlakın qalıq dəyərini müəyyən etmədiyinə görə məhkəmə əmlakın tam bərpa qiymətini cavabdehdən tutmuşdur ki, bu, qanunvericiliyə və müqavilə şərtlərinin tələblərinə uyğun deyil.
57. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin dəlilini əsassız hesab edir. Belə ki, cavabdehin istinad etdiyi həmin qaydaların 33.1.5-ci maddəsinə görə, əgər bərpa xərcləri qalıq dəyəri ilə birlikdə köhnəlmə nəzərə alınmaqla sığortalanmış əmlakın həqiqi dəyərini aşırsa, bu, əmlakın tam məhv olması kimi qiymətləndirilir. Qaydaların 33.1.6-cı maddəsinə görə, əgər sığortalanmış əmlakın bərpa xərcləri qalıq dəyəri ilə birlikdə onun zədələnməmiş həqiqi dəyərini aşmırsa, bu, həmin əmlakın zədələnməsi və ya qismən məhv olması kimi qiymətləndirilir. Hazırkı halda, AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 10/4961, 9/5152 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, baxış zamanı əldə olunmuş və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyi “Azkommunlayihə” KLl-nin xx.xx.2023-cü il tarixli Texniki rəyinin məlumatlarına əsasən qeyd olunur ki, fərdi yaşayış evinin vəziyyəti qəzalıdı, istismarı yolverilməzdir və bərpası mümkün deyildir. Göründüyü kimi, hazırkı əmlakın baş vermiş sığorta hadisəsi nəticəsində tam qəzalı və istifadəyə yararsız olması müəyyən edildiyindən, Qaydaların 33.10-cu bəndi isə zədələnmiş əmlakı nəzərdə tutduğundan cavabdehin həmin bəndə istinad etməsi əsassızdır.
58. Həmçinin iddiaçı tərəf həmin tikinti qalıqlarının cavabdeh tərəfindən götürülməsinə etiraz etmədiyini bildirmişdir.
59. Məhkəmə kollegiyası cavabdeh tərəfin hadisənin sığorta hadisəsi olub-olmaması barədə məhkəmə tərəfindən sorğu verilməsi barədə vəsatəti ilə bağlı qeyd edir ki, MM-in 924.2-ci maddəsinə görə, sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir.
60. Eyni zamanda, MPM-in 372.2-ci maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
61. Hazırkı halda cavabdeh həmin sübutun birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır, odur ki, onun vəsatəti təmin edilə bilməz.
62. Beləliklə, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilməməlidir.
63. İddiaçı tərəfin apellyasiya şikayətinin dəlili siğorta hadisəsi nəticəsində cavabdehdən tutulmalı məbləğin tərəflərin icbari və könüllü siğorta müqaviləsində razılaşdırdıqları sığorta ödənişi əvəzinə, ekspert rəyi ilə Şamaxı rayonu, Ərçiman kəndi ərazisində yerləşən fərdi yaşayış evinin yenidən inşası zamanı görülməli olan işlərin dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 52987 manat məbləğinə əsasən müəyyən edilməsi ilə bağlıdır.
64. Hazırkı halda iddiaçı iddia tələbinin əsası kimi məhz icbari və könüllü sığorta müqavilələrinə istinad etmiş, məhz həmin müqavilələrdə müyyən edilmiş siğorta hadisəsi baş versə də, cavabdeh tərəfindən müqavilə üzrə ödəməyi öhdəsinə götürdüyü, lakin ödəmədiyi siğorta ödənişinin cavabdehdən tutulmasını xahiş etmişdir.
65. Göründüyü kimi, mübahisə müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində yaranmışdır. Belə olan halda, baş vermiş hadisənin məhz müqavilələrdə müəyyən edilən sığorta hadisəsi olmasını müəyyən etmiş rayon məhkəməsinin, tərəflərin həmin müqavilələrdə müəyyənləşdirdiyi sığorta ödənişi yerinə, ekspert rəyində fərdi yaşayış evinin tikintisi üçün müəyyən edilmiş məbləğ həddində iddia tələbini təmin etməsi düzgün olmamışdır. İddiaçı cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilmədiyi üçün məhkəməyə müraciət etmişdir, müqavilə öhdəliyinin pozulduğunu müəyyən edən məhkəmə isə iddia tələbini əsaslı hesab edirsə, həmin öhdəliyin yerinə yetirilməsini təmin etməlidir. Rayon məhkəməsinin ekspert rəyinə əsasən sığorta ödənişini müəyyən etməsi həm də ona görə əsaslı deyildir ki, əmlak bazarında tikililərin və tikiliyə sərf olunan tikinti materiallarının qiyməti mütəmadi olaraq dəyişir. Demək ki, hazırkı halda sığorta ödənişinin həcminin istinad olunan ekspert rəyinə əsasən müəyyən edilməsi aşkar əsassız olmuşdur.
66. Belə olan halda, müəyyən edilir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissədə də təmin edilməli, cavabdehdən 6.413 manat iddiaçının xeyrinə tutulmalıdır. Nəticə:
67. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, qətnamə qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissədə də təmin edilməli, cavabdehdən 6.413 manat iddiaçının xeyrinə tutulmalı, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, qətnamə onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
68. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
69. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçının apellyasiya şikayətinin verilməsi üçün ödədiyi 138 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, cavabdehin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir.
70. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Səbail Rayon Məhkəməsinin 2(009)-54/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissədə də təmin edilsin. Cavabdeh Sığorta Şirkəti ASC-dən 6.413 (altı min dörd yüz on üç) manat (cəmi, (59.400 manat+əlavə xərcə görə 2000 (iki min) manat, hüquqi xidmət haqqı 300 (üç yüz) manat və ödənilmiş 275 (iki yüz yetmiş beş) manat dövlət rüsumu) 61.975 (altmış bir min doqquz yüz yetmiş beş) manat) və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 138 (yüz otuz səkkiz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Cavabdeh Sığorta Şirkəti ASC-nin apellyasiya şikayəti təmin edilməsin, qətnamə onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.