Məhkəmə qərarları › İş №2(103)-2738/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2738/2021

22.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2738/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Cavabdeh “xxxx” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(003)-1313/2020 saylı qərardadından cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxx» ASC tərəfindən hesablanmış 2925,65 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1313/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, «xxxx» ASC tərəfindən Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Güloğlan Məmmədov küçəsində yerləşən 6 «a» saylı evin 26 saylı mənzilə (abonent kodu **********A0026) hesablanmış 2536,03 (iki min beş yüz otuz altı manat 03 qəpik) manat borc silinmiş, iddia qalan hissədə rədd edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, lakin apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürdüyündən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1313/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır.. Cavabdeh qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(003)-1313/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 şikayətin təmin olunmasını xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında xəbərdar edilmiş iddiaçı elektron ərizə ilə müraciət edrərək, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İşdən görünür ki, məhkəmə tərəfindən qətnaməsinin surəti cavabdehin hüquqi ünvanına poçt vasitəsilə göndərilmiş və qətnamənin surəti xx.xx.2020-ci il tarixdə həmin ünvanda qəbul edilmişdir. Cavabdehin apellyasiya şikayəti isə məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, cavabdeh apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti 3 ay 5 gün ötürmüşdür Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdehin şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(003)-1313/2020 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar