Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2740/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Allahyarova Tahirə Bəkir qızı və Qəribov Namiq Bəkir oğlu cəlb edilməklə Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras əmlakında payların müəyyən edilməsi) Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Kamran Hüseyn oğlu Əkbərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunan Qəribov Namiq Bəkir oğlunun iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-470/2023 nömrəli iş üzrə 06 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan AZ 629646 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Qəribova Məhsəti Bəkir qızı xx xxxxx 1964-cü ildə anadan olmuşdur. Atası Qəribov Bəkir Zakir oğlu, anası Qəribova Hənifə Yusif qızıdır.
2. İş materiallarında olan xx.xx.2004-cü il tarixli Qəbələ rayon Dövlət Notariat Kontoru tərəfindən JN:0029 nömrəli 40607018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qəbələ rayon Aqrar islahat Komissiyasının 26 may 1998-ci il tarixli, 10 saylı qərarı ilə Qəbələ rayonunda ayrılmış 0,61 ha kənd təsərrüfat məhsulları istehsalı təyinatlı torpaq sahəsi Qəribov Bəkir Zakir oğlunun və Qəribova Hənifə Yusif qızının adına qeydiyyata keçirilmişdir. Bu barədə dövlət aktı qeydiyyat kitabında 6744 nömrə ilə qeydiyyat aparılmışdır.
3. İş materiallarında olan 28 aprel 2004-cü il tarixli müqaviləsinin surətindən görünür ki, Qəribov Bəkir Zakir oğlu (satıcı) Aqrar islahat Komissiyasının 26 may 1998-ci il tarixli, 10 saylı qərarı ilə verilmiş torpağın mülkiyyətinə verilməsinə dair JN:0029 nömrəli 40607018 kodlu olan şəhadətnaməyə və 6401 saylı arayışa əsasən ona məxsus olan 0,61 ha kvadrat metr torpaq sahəsini Səfərova Sevinc Ələsgər qızına bir milyon səkkiz yüz səksən min beş yüz yetmiş səkkiz manata satmışdır. Həmin müqavilə Qəbələ rayon Dövlət Notariat Kontorunun Dövlət Notariusu E.S. Alxasov tərəfindən təsdiq edildikdən sonra reyestrdə 4Ə01-33 N° ilə 28 aprel 2004-cü il tarixində qeydiyyat aparılmışdır.
4. İş materiallarında olan Qəbələ Rayon Zalam kənd İƏN tərəfindən verilmiş, AZ-İİ seriyalı 178452 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Qəribova Hənifə Yusif qızı xx.xx.2003-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2003-cü il tarixdə 08 nömrəli qeyd aparılmışdır.
5. İş materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş, AZ-İİ seriyalı 073781 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Qəribov Bəkir Zakir oğlu xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-cı il tarixdə 333 nömrəli qeyd aparılmışdır.
6. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5865/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh2m cavabdeh Bakı şəhəri 53 saylı Notariat ofisinə qarşı ”mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə” dair iddia tələbi təmin edilmiş, xx.xx.2020-ci il tarixində vəfat etmiş Qəribov Bəkir Zakir oğlundan miras qalmış Qəbələ rayon Aqrar islahat Komissiyasının 26 may 1998-ci il tarixli, 10 saylı qərarı ilə Qəbələ rayonunda ayrılmış 0,61 ha kənd təsərrüfat məhsulları istehsalı təyinatlı torpaq sahəsinin iddiaçı Cavabdeh2 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsi qət edilmişdir.
7. İş materiallarında olan xx.xx.2002-ci il tarixdə Bakı şəhəri 53 saylı Dövlət Notariat Kontorunun Dövlət Notariusu Ələkbərova Sevda Rafiq qızı tərəfindən təsdiqlənmiş Qanun üzrə Vərəsəlik Hüququ Haqqında Şəhadətnamənin surətindən görünür ki, DTXK Qəbələ rayon şöbəsi tərəfindən xx.xx.2000-ci il tarixdə JN:0029 nömrəli 40607018 kodlu olan dövlət aktına əsasən ümümi birgə mülkiyyət hüququ üzrə ünvan 1i ünvanında yerləşən ümümi sahəsi 0.5529 ha olan torpaq hissəsinin və DƏDRX-dən əldə edilmiş xx.xx.2021-ci il tarixli qeydiyyat nömrəsi 457-01 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 1i ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş,həbs altında deyil və özgələşdirilməsinə qadağan qoyulmamışdır vəfat etmiş Qəribov Bəkir Zakir oğlunun vərəsəsi- ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh2 miras əmlakdan tam hissədə pay almalıdır.
8. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5865/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5865/2021 saylı mülki iş üzrə Qəribov Namiq Bəkir oğlu marağına toxunan şəxs kimi tanınmış, 2(004)-5865/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən marağına toxunan şəxs Qəribov Namiq Bəkir oğlu tərəfindən verilmiş apelyasiya şikayəti mümkün hesab edilmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
9. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5865/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5865/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən marağına toxunan şəxs Qəribov Namiq Bəkir oğlu tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmış, xx.xx.2022-ci il tarixli, **********46 nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun Qəribov Namiq Bəkir oğluna qaytarılması qərara alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Allahyarova Tahirə Bəkir qızı və Qəribov Namiq Bəkir oğlu cəlb edilməklə Cavabdeh1 və Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras əmlakında payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 53 saylı Notariat ofisinin xüsusi notariusu Ələkbərova Sima Rafiq qızı tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2022-ci il tarixli, 2V-2 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunaraq ləğv edilməsi, miras əmlak üzrə Abdullayevə Məhsəti Bəkir qızının,DTXK Qəbələ rayon şöbəsinin 11,08.2000-ci il tarixində verilmiş seriya nömrəsi JN:0029L, KOD:40607018 olan dövlət aktına əsasən akta əlavə edilmiş cizgidə göstərilən sərhəd daxilində yerləşən 0.61 ha olan torpaq sahəsinin Qəribov Bəkir Zakir oğluna məxsus olan hissəsindən Cavabdeh2, iddiaçı Abdullayevə Məhsəti Bəkir qızının, üçüncü şəxslər Allahyarova Tahirə Bəkir qızının və Qəribov Namiq Bəkir oğlunun hər birinin 1/5 hissədə miras payı müəyyən olunaraq, qanunüzrə vərəsəlik hüququ haqqında yeni şəhadətnamənin verilməsinin cavabdeh Bakı şəhəri 53 saylı Notariat ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 53 saylı Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair” ərizə ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixində vəfat etmiş mərhum atası Qəribov Bəkir Zakir oğlundan miras qalmış Qəbələ rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 26 may tarixli, 10 saylı qərarı ilə mərhum atası Qəribov Bəkir Zakir oğluna (ailə tərkibi yoldaşı mərhum Qəribova Hənifə Yusif qızı) Qəbələ rayonunda ayrılmış 0,61 ha Kənd təsərrüfat məhsulları istehsalı təyinatlı torpaq sahəsinə mirasın faktiki qəbul edilməsi üçün müəyyən olunmuş müddətin bərpa edilməsi və həmin mirasa dair onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə verərək xx.xx.2020-ci il tarixdə vəfat etmiş Qəribov Bəkir Zakir oğlundan miras qalmış Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı ilə Qəbələ rayonunda ayrılmış 0,61 ha kənd təsərrüfat məhsulları istehsalı təyinatlı torpaq sahəsinin iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)- 5865/2021 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmişdir. Bakı şəhəri 53 saylı Notariat ofisinin xüsusi notariusu Ələkbərova Sima Rafiq qızı tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamin surətindən görünür ki, xx.xx.2020-ci il tarixində vəfat etmiş Qəribov Bəkir Zakir oğlunun vərəsəsi Cavabdeh2 miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak DTXK Qəbələ rayon şöbəsi tərəfindən xx.xx.2000-ci il tarixində verilmiş seriya nömrəsi JN:0029L, KOD:40607018 olan dövlət aktına əsasən ümumi birgə mülkiyyət hüququ üzrə ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0.5529 ha olan torpaq sahəsinin Qəribov Bəkir Zakir oğluna məxsus olan hissəsindən ibarətdir. Qəribov Bəkir Zakir oğlu ilə Qəribova Hənifə Yusif qızı arasında nikah xx.xx.1962-ci il tarixində, Qəbələ rayonunun Zalam kənd İƏN-də bağlanmışdır. Tərəflərin birgə nikahlarından 5 övladıxx.xx.1951-ci il təvəllüdlü Qəribova (Abdullayevə) Mahizər Bəkir qızı, xx.xx.1957-ci il təvəllüdlü Qəribova (Cəbiyeva) Zülal Bəkir qızı, xx.xx.1959-cu il təvəllüdlü Qəribova (Allahyarova) Tahirə Bəkir qızı, xx.xx.1962-ci il təvəllüdlü Qəribov Namiq Bəkir oğlu və xx.xx.1964-cü il təvəllüdlü Qəribova (Abdullayeva) Məhsəti Bəkir qızı anadan olmuşdur. JN:0029 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qəbələ rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı ilə Qəbələ rayonunda ayrılmış 0,61 ha kənd təsərrüfat məhsulları istehsalı təyinatlı torpaq sahəsi ataları Qəribov Bəkir Zakir oğlunun və anaları Qəribova Hənifə Yusif qızının mülkiyyətində olmuş və bu barədə akt qeydləri kitabında 6744 nömrə ilə qeydiyyat aparılmışdır. Anaları Qəribova Hənifə Yusif qızı xx.xx.2003-cü il tarixində, ataları Qəribov Bəkir Zakir oğlu xx.xx.2020-ci il tarixində vəfat etmişdirlər. Valideynlərin vəfatından sonra hər biri faktiki olaraq onlardan miras qalmış əmlakları qəbul etmişdilər. Miras əmlaklara faktiki olaraq sahiblik etdiklərindən və ondan istifadə etdiklərindən, qanunun tələbinə əsasən həmin miras əmlak artıq onların mülkiyyəti sayıldığına görə, onlar vərəsəliklə bağlı sənədləşdirmənin aparılması üçün daha sonra müvafiq qurumlara müraciət etmək qərarına gəlmişdilər. İddiaçı və üçüncü şəxslər miras torpaq sahəsini faktiki olaraq mərhum valideynlərinin vəfatından sonra qəbul etmişlər və onların istifadəsindədir. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Lakin, vərəsə Cavabdeh2 məhkəməyə müraciət edərkən və notariat orqanında digər vərəsələrin olduğunu gizlətmiş, eyni zamanda, Bakı şəhəri 53 saylı Notariat ofisinin xüsusi notariusu Ələkbərova Sima Rafiq qızı tərəfindən qanunvericiliyintələblərini kobud şəkildə pozaraq, digər vərəsələrin axtarılması üçün heç bir tədbir görmədən, qanunsuz şəkildə digər cavabdehin adına mirasdan tam pay alması barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Digər tərəfdən, şəhadətnamə verilmiş torpaq sahəsi mərhum ataları Qəribov Bəkir Zakir oğlu hələ 2005-ci ildə özgəninkiləşdirilmişdir. Beləliklə, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində 1-ci növbə vərəsələr olan iddiaçı Abdullayevə Məhsəti Bəkir qızının, üçüncü şəxslər Allahyarova Tahirə Bəkir qızının və Qəribov Namiq Bəkir oğlunun mülkiyyət hüquqlarını pozan qeyriqanuni hərəkətə yol vermişdir.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-470/2023 nömrəli iş üzrə 06 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair» 20 oktyabr 2011-ci il tarixli və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair» 13 dekabr 2011-ci il tarixli qərarlarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1, 1146, 1159.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1255-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən digər vərəslərin olub-olmaması, ərizəçiilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmaması, həmin şəxslərin iş üzrə icraata cəlb olunması ilə bağlı heç bir prosessual araşdırma aparılmamışdır. Vərəsə Cavabdeh2 məhkəməyə müraciət edərkən və notariat orqanında digər vərəsələrin olduğunu gizlətmiş, eyni zamanda, Bakı şəhəri 53 saylı Notariat ofisinin xüsusi notariusu Ələkbərova Sima Rafiq qızı tərəfindən qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq, digər vərəsələrin axtarılması üçün heç bir tədbir görmədən, qanunsuz şəkildə digər cavabdehin adına mirasdan tam pay alması barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Digər tərəfdən, şəhadətnamə verilmiş torpaq sahəsi mərhum ataları Qəribov Bəkir Zakir oğlu tərəfindən hələ 2005-ci ildə özgəninkiləşdirilmişdir. Beləliklə, cavabdehllərin qanunsuz hərəkətləri nəticəsində 1-ci növbə vərəsələr olan İddiaçı, üçüncü şəxslər Allahyarova Tahirə Bəkir qızının və Qəribov Namiq Bəkir oğlunun mülkiyyət hüquqlarını pozan qeyri-qanuni hərəkətə yol vermişdir. Yasamal Rayon Məhkəməsi qanunun bu maddəsinin tələblərini pozmuş, qərarını qulluq mövqeyinə görə irəli sürdüyü dəlillərlə əsaslandırmışdır. Verilən izahatlara məhəl qoymamış, nəticədə birtərəfli və ədalətsiz qətnamə qəbul etmişdir. Bu isə ciddi qanun pozuntusu hesab olunur. Yuxarıda da qeyd olunduğu kimi, hazırki mübahisə birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli, tam və obyektiv tədqiq edilməmiş, sübutların mötəbərliyi ümumiyyətlə yoxlanılmamış, səthi araşdırma nəticəsində qərar qəbul edilmişdir. Belə ki, məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olubolmamasına; mirasın qəbul edilməsi üçünmüddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməli olduğu halda aydınlıq gətirməmişdir. Nəticədə hüquqların pozulmasına səbəb olan qanunsuz, əsassız və ədalətsiz məhkəmə qətnamə çıxarılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlillər
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunan Qəribov Namiq Bəkir oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 nümayəndəsi və Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Allahyarova Tahirə Bəkir qızı məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
20. Maddə 19 dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər.
21. Maddə 1134.1 qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə, miras qoyanın ölümündən sonra doğulmuş uşaqlar ola bilərlər.
22. Maddə 1146 miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
23. Maddə 1159.1 ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar.
24. Maddə 1243.1 mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
25. Maddə 1243.2 vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
26. Maddə 1243.3 vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
27. Maddə 1246 vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
28. Maddə 1255 qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-470/2023 nömrəli iş üzrə 06 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Belə ki, iş materiallarından müəyyən edilir ki, mülki iş üzrə tərəflər və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mərhum Qəribov Bəkir Zakir oğlu və Qəribova Hənifə Yusif qızının övladlarıdır. Anaları- Qəribova Hənifə Yusif qızı 2003-cü ildə, ataları-Qəribov Bəkir Zakir oğlu isə xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atası Qəribov Bəkir Zakir oğlundan miras qalmış Qəbələ rayonunda ayrılmış 0,61 ha kənd təsərrüfat məhsulları istehsalı təyinatlı torpaq sahəsinin miras əmlak qismində qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2 (004)-5865/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, xx.xx.2020-ci il tarixdə vəfat etmiş Qəribov Bəkir Zakir oğlundan miras qalmış Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli,10 saylı qərarı ilə Qəbələ rayonunda ayrılmış 0,61 ha kənd təsərrüfat məhsulları istehsalı təyinatlı torpaq sahəsinin iddiaçı Cavabdeh2 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Qətnamə əsasında Cavabdeh2 mərhum atasından miras qalmış ünvan 1i ünvanında yerləşən torpaq sahəsinə tam hissədə pay almış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmişdir. Həmin qətnamədən maraqlarına toxunan şəxs kimi tanınmış N.B.Qəribov apellyasiya şikayəti vermiş və daha sonra isə şikayətini geri götürmüşdür.
38. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir.
39. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).
40. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair» 20 oktyabr 2011-ci il tarixli və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair» 13 dekabr 2011-ci il tarixli qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar qeyd etmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də 5 müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miras qoyanın hüquq və vəzifələrinin daşıyıcısıdır. Mirası qəbul etmək vərəsənin vəzifəsi yox, yalnız onun hüququdur. Mirası qəbul etmək hüququ subyektiv mülki hüquqdur.
43. Hazırki iş üzrə vərəsəlik Qəribov Bəkir Zakir oğlunun vəfat etməsi ilə 28 yanvar 2020- ci il tarixdə açılmışdır. Həmin tarixdən 6 ay müddətində iddiaçı Abdullayeva Məshəti Bəkir qızının miras əmlakı faktiki surətdə idarə etməyə başlamaqla və ya mirasa yiyələnməklə, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməklə mirası qəbul etməsi iş materialları ilə müəyyən olunmur. Bunun əksinə olaraq cavabdehin sözügedən miras əmlakı faktiki surətdə idarə etməklə qəbul etməsi qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5865/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunur.
44. Hazırki iş üzrə vərəsəlik Qəribov Bəkir Zakir oğlunun vəfat etməsi ilə 28 yanvar 2020- ci il tarixdə açılmışdır. Həmin tarixdən 6 ay müddətində iddiaçı Abdullayeva Məshəti Bəkir qızının miras əmlakı faktiki surətdə idarə etməyə başlamaqla və ya mirasa yiyələnməklə, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməklə mirası qəbul etməsi iş materialları ilə müəyyən olunmur. Bunun əksinə olaraq cavabdehin sözügedən miras əmlakı faktiki surətdə idarə etməklə qəbul etməsi qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5865/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunur.
45. İddiaçının atasının ölümündən sonra mübahisə predmeti olan torpaq sahəsini qəbul etməsi barədə hər hansı bir dəlil məhkəməyə təqdim olunmamışdır.
46. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək haqlı olaraq hesab etmişdir ki, Qəribov Bəkir Zakir oğlunun ölümündən sonra iddiaçı Abdullayeva Məshəti Bəkir qızının miras əmlakı qəbul etməsi sübut olunmadığından, vərəsəlik şəhadətnaməsinin ləğvi üçün əsaslar olmadığından iddiaçı cavabdeh Bakı şəhəri 53 saylı Notariat ofisinin xüsusi notariusu Ələkbərova Sima Rafiq qızı tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2022-ci il tarixli, 2V-2 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunaraq ləğv edilməsi, miras əmlak üzrə Abdullayevə Məhsəti Bəkir qızının,DTXK Qəbələ rayon şöbəsinin 11,08.2000-ci il tarixində verilmiş seriya nömrəsi JN:0029L, KOD:40607018 olan dövlət aktına əsasən akta əlavə edilmiş cizgidə göstərilən sərhəd daxilində yerləşən 0.61 ha olan torpaq sahəsinin Qəribov Bəkir Zakir oğluna məxsus olan hissəsindən Cavabdeh2, iddiaçı Abdullayevə Məhsəti Bəkir qızının, üçüncü şəxslər Allahyarova Tahirə Bəkir qızının və Qəribov Namiq Bəkir oğlunun hər birinin 1/5 hissədə miras payı müəyyən olunaraq, qanun üzrə vərəsəlik hüququ haqqında yeni şəhadətnamənin verilməsinin cavabdeh Bakı şəhəri 53 saylı Notariat ofisinə həvalə edilməsinə dair iddia tələbi rədd edilməlidir.
47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-470/2023 nömrəli iş üzrə 06 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.