Məhkəmə qərarları › İş №2(103)-2744/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2744/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2744/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı X1 vəkili X2, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakı ilə İbrahimli (İbrahimov) Mirzə Valeh oğlunun Cavabdeh qarşı “satılmış pay haqqının əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxaraq müəyyən etdi: İbrahimli (İbrahimov) Mirzə Valeh oğlu Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 “A” ünvanında yerləşən torpaq sahəsində inşa etdikləri yaşayış binasındakı yaşayış sahəsindən payına düşən 640 kv.m-nin dəyəri olan 608 000 (altı yüz səkkiz min) manatın, 30 manat dövlət rüsumunun və qiymətləndirmə barədə arayışın alınması üçün ödədiyi 100 manatın Cavabdeh xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, “Araz-2007” Mənzil tikinti Kooperativinin Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov (keçmiş Şərifli) küçəsindəki 2378-ci məhəllədə yerləşən torpaq sahəsində inşa etdiyi 2 girişli, 17 mərtəbəli 158 “A” saylı yaşayış binasının pay bölgüsünə daxil edilməyən 1600 kv.m.sahəsinin 35% hissəsinin dəyəri qismində 532 000 manatın, eləcə də dövlət rüsumuna görə ödənilmiş 30 manatın Cavabdeh İbrahimli (İbrahimov) Mirzə Valeh oğlunun xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə həmin apellyasiya şikayətli apellyasiya icraatı qaydasında baxılması üçün mümkün hesab edilmişdir. Bununla belə, Bakı şəhəri Nizami Rayon Məhkəməsindən xx.xx.2021-ci il tarixdə daxil olmuş məktubda, İddiaçı tərəfindən apellyasiya şikayəti ilə müraciət edildiyi bildirilmiş, həmin şikayətə baxılması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən apellyasiya şikayətinin Mülki- Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, iş həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-861/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş mülki iş apellyasiya baxışından çıxarılsın və həmin qətnamədən İbrahimli (İbrahimov) Mirzə Valeh oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Elnur Həsənov Hakimlər: Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar