Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2745/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Yasamal Rayon Məhkəməsinin 2(004)-4517/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4517/2024 saylı, xx.xx.2024- cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4517/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən ərizə və məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilərək, qeyd olunan qətnamədən şikayət verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-4517/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə qətnamədən şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin bərpasına dair İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizəsi təmin edilməmişdir. İddiaçının həmin qərardaddan verdiyi şikayət Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş və mülki işlə birlikə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin və şikayətə iddiaçı tərəfindən verilmiş etirazın dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə uyğun olaraq apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası MPM-in 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Mülki iş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)- 4517/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə xx.xx.2024-cü il saat 16:27-də yerləşdirilməklə rəsmi şəkildə təqdim edilmişdir. Beləliklə, 1 aylıq müddət nəzərə alınmaqla apellyasiya şikayəti verilməsinin son günü xx.xx.2024-cü il tarix olmuşdur. Həmin qətnamə həmçinin İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə aparatı əməkdaşları tərəfindən yenidən əlbəəl formada təqdim edilmişdir (bildirişə imza edilmişdir). Qətnamə təkrar təqdim edilərkən məhkəmə aparatı əməkdaşları tərəfindən iddiaçıya bildirilmişdir ki, həmin qətnamə onun elektron kabinetinə yerləşdirilmiş və apellyasiya şikayətinin verilməsi müddəti həmin tarixdən hesablanacaqdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən xx.xx.2024-cü il tarixdə qətnamədən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin ötürülməsi əsası ilə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Qərardad xx.xx.2024-cü il saat 17:11-də İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilməklə rəsmi şəkildə təqdim edilmişdir. Hazırki ərizə və apellyasiya şikayəti isə məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Apellyasiya şikayəti eyni vəkil, yəni Vəkil tərəfindən tərtib edilmişdir. İddia ərizəsi məhkəməyə iddiaçı tərəfindən məhz “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabineti vasitəsilə ünvanlanmışdır. İddiaçı mülki iş üzrə sonuncu məhkəmə iclasında şəxsən iştirak etmişdir. Göründüyü kimi, iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən xx.xx.2024-cü il tarixdə qətnamədən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin ötürülməsi əsası ilə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Qərardad xx.xx.2024-cü il saat 17:11-də İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilməklə rəsmi şəkildə təqdim edilmişdir. Hazırkı ərizə və apellyasiya şikayəti isə məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Apellyasiya şikayəti eyni vəkil, yəni Vəkil tərəfindən tərtib edilmişdir. Rayon məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddia ərizəsi məhkəməyə iddiaçı tərəfindən məhz “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabineti vasitəsilə ünvanlanmışdır. “Elektron məhkəmə” informasiya sistemindən aktiv istifadə edən peşə sahibi kimi Vəkil və İddiaçı “Elektron məhkəmə” informasiya sistemində müvafiq məhkəmə aktlarından, birinci şikayətin geri qaytarılmasından, mülki işin apellyasiya məhkəməsinə göndərilməməsindən məlumatlı olmuşlar. 02 dekabr 2024-cü il tarixdə verilmiş apellyasiya şikayəti qanuna müvafiq formada verilmiş olsa idi, mülki iş üzrə apellyasiya məhkəməsi tərəfindən məhkəmə iclasının ən geci 1 ay ərzində təyin edilməsi ağlabatan və gözləniləndir. Təcrübəyə əsasən vəkillər adətən mülki işin yuxarı instansiya məhkəməsinin hansı məhkəmə tərkibinin icraatında olmasını izləyirlər. Lakin, iddiaçı və onun vəkili 2 ay 14 gün müddətdə apellyasiya şikayətinin nəticəsi barədə maraqlanmamışlar, demələrinə görə mülki iş üzrə elektron kabineti izləməmişlər. Bununla da müəyyən olunur ki, iddiaçı tərəfindən iş üzrə Yasamal Rayon Məhkəməsinin e-2(004)- 4517/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini aldıqdan qanunla müəyyən edilmiş bir aylıq müddət keçdikdən sonra apellyasiya şikayəti verilmişdir və kollegiya hesab edir ki, onun prosessual müddəti ötürməsi ilə bağlı ərizəsində və eyni məzmunlu şikayətində qeyd etdikləri üzrlü səbəb kimi qiymətləndirilə bilməz, buna görə də məhkəmə haqlı olaraq müddəti bərpa etməmişdir. Qanunverici müddətin buraxılma səbəbinin üzrlü hesab edildiyi halda onun bərpası qaydasını müəyyən etsə də, qanunla nəzərdə tutulmuş proessual müddətin bərpası üçün hansı səbəbin üzrlü hesab olunmasının məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan məhkəmənin ilk növbədə müəyyən etməli olduğu məsələ bərpası istənilən müddətin ötürülməməsinin səbəblərinin üzrlü olub-olmamasıdır. MPM-in 47.1-ci maddəsində təsbit olunmuşdur ki, işdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə mane törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizəni təmin etməməkdə haqlı olmuşdur, şikayət əsassız, qərardad isə qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-4517/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №2(103)-2745/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2745/2025
29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver