Məhkəmə qərarları › İş №2(103)-2749/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2749/2023

15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2749/2023 15.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı Şəhəri 51 saylı Notariat Ofisinə qarşı “müqavilənin ləğv edilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4339/2022 saylı işi üzrə 13 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı Şəhəri 51 saylı Notariat Ofisinə qarşı onunla Cavabdeh2 arasında iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, məhəllə 468-469, 21 saylı evin, 2 otaqlı, ümumi sahəsi 52 kv/m olan 56 nömrəli mənzilinə dair Bakı Şəhəri 51 saylı Notariat Ofisində xx.xx.2022-ci il tarixdə bağlanmış “Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsi (Kirayə müqaviləsi)”nin ləğv edilməsi və həmin müqaviləyə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 8 ay müddət üçün yaranmış 3200 manat kirayə haqqının və ödənilməmiş kommunal xidmətlərə görə 8 ay müddət üçün 960 manat kommunal xidmət haqqının, cəmi 4160 manat pulun, həmçinin ödənmiş 72 manat dövlət rüsumunun cavadehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddiası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5643/2022 saylı işi üzrə 07 dekabr 2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh2 arasında İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, məhəllə 468- 469, 21 saylı evin, 2 otaqlı, ümumi sahəsi 52 kv/m olan 56 nömrəli mənzilinə dair Bakı Şəhəri 51 saylı Notariat Ofisində xx.xx.2022-ci il tarixdə bağlanmış “Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinin (Kirayə müqaviləsi)” ləğv edilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 4339/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən-iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı iddiaçının səlahiyyətli nümayəndəsi Vəkil elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə təqdim edərək bildirmişdir ki, iş üzrə tərəflər arasında barışıq əldə olunmuşdur,odur ki, həmin iş üzrə iddiadan imtina edir, hesab edir ki, hazırkı iş üzrə iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə və Mülki Prosessual Məcəllənin 191 və 261-ci maddəsinə əsasən Bakı Apelyasiya Məhkəməsinin icraatında olan 2(103)-2749/2023 saylı iş üzrə İddiaçı iddiadan imtinasının məhkəmə tərəfindən qəbul olunaraq iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.1, 52.5, 191.1, 191.2, 261.0.4, 262-ci maddələrinə uyğun ərizəni nəzərdən keçirib və etirazın daxil olmadığını nəzərə alaraq hesab edir ki, tərəfin iddiadan imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir (digər) şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, habelə imtinanın qəbul edilməməsi üçün digər əsaslar olmadığından mülki işin icraatına xitam verilməlidir. Belə ki, Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraaa xitam verir. Məcəllənin 384.0.5-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Məcəllənin 107-125-ci maddələrinə əsasən kollegiya hesab edir ki, məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumları onları ödəyən şəxslərə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, iddiadan imtina edilməsi və bunların qəbul edilməsi, bütövlükdə digər prosessual əsaslarla işin icraatına xitam verilməsinə səbəb olduğundan apellyasiya şikayətinə qiymət verilməsinə zərurət qalmır. Şərh olunanlara əsasən və Mülki Prosesual Məcəllənin 370, 377, 384, 402-406-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4339/2022 saylı işi üzrə 13 dekabr 2022ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı (nümayəndəsinin) cavabdehlər Cavabdeh2 və Bakı Şəhəri 51 saylı Notariat Ofisinə qarşı “müqavilənin ləğv edilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsindən imtinası qəbul edilsin və mülki işin icraatına xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar