Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2763/2025 21.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı “kommunal xərclər ilə bağlı mübahisələr, borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1441/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəf xx.xx.2025-ci il tarixdə ərizə təqdim edərək xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi ərizəni ümumiyyətlə nəzərə almamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-1441/2025 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli, iş məhkəmə baxışının davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini baxılmamış saxlayarkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 259.0.6-cı maddəsinə istinad etmişdir. MPM-in 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanır. İşdə olan iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə təqdim olunmuş ərizədən görünür ki, iddiaçı məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbimin təmin olunmasını xahiş etmişdir. Baxılan iş üzrə iddia ərizəsinin MPM-nin 259.0.6-cı maddəsi ilə baxılmamış saxlanılması üçün əsaslar olmamışdır. Belə olan halda, birinci instansiya məhkəməsi iddia ərizəsini baxılmamış saxlamaqda haqlı olmamışdır. Ona görə də qərardad ləğv edilməli, iş məhkəmə baxışının davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadlarından verilmiş şikayətlərə baxarkən qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397, 398.0.2, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli qərardadı ləğv edilsin. İş məhkəmə baxışının davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2763/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2763/2025
21.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver