Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2765/2021 05.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi, işçiyə iddia üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5180/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi, işçiyə iddia üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 88 saylı əmri ləğv edilməsi, məcburi iş buraxma müddəti – yəni, xx.xx.2020-ci il tarixindən işə bərpa olunduğu müddət üçün əmək haqqı ödənilməklə onun Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində Daxili Audit Departamentinin direktor müavini vəzifəsi bərpa edilməsi və işəgötürən tərəfindən 5000 manat mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1982-ci ildən etibarən Baki şəhəri üzrə Dövlət Sığorta İdarəsində inspektor kimi işə qəbul olunmuş və 38 ildir ki, bu şirkətdə müxtəlif vəzifələrdə işləmişdir. Son vəzifənin Daxili Audit Departamentinin direktor müavini olmuşdur. Dövlət Sığorta Kommersiya Şirkəti sədrinin İ müavini A.Hacıyevin xx xxx 2020-ci il tarixli əmrinə əsasən o və digərləri xx xxxx 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3- cü bəndinə əsasən təqaüd yaşının çatması ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1973 , xx.xx.1975-ci illər ərzində Sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1975-ci ildə Azərbaycan Respublikası Yüngül Sənayə Nazirliyinin Bakı Mahud-Komvol kombinatında işə qəbul olunmuşdur. Ali təhsilini başa vurduqdan sonra xx.xx.1982-ci ildən Bakı şəhəri üzrə Dövlət Sığorta İdarəsində inspektor kimi işə qəbul olunmuşdur. xx.xx.2020-ci ildək isə eyni bir şirkətdə müxtəlif vəzifələrdə, sonda isə Daxili Audit Departamentinin direktor müavini kimi fəaliyyət göstərmişdir. İşlədiyi müddətərzində həmişə müsbət xarakterizə olunmuşdur. Məhz buna görə də daima tutduğu vəzifələrdə irəliləyişə nail olmuşdur. Nəzərinizə çatdırır ki, o, xx xxx 2020-ci il tarixindən 814338 və 711014 saylı xəstəlik vərəqələrinə əsasən xx xxxxxx 2020-ci il tarixədək “Yeni Klinika” adlanan xəstəxanada stasionar qaydada müalicə almışdır. O xəstəxanada olarkən olarkən məlumat verdilər ki, ərizəsi və razılığı olmadan, hətta ona bu barədə xəbərdarlıq etmədən xx.xx.2020-ci il tarixdən etibarən tutduğu vəzifədən azad etmişlər. xx.xx.2020-ci il tarixdə o ərizə ilə müdiyyətə müraciət etmiş və ərizəsində qeyd etmişdir ki, müalicədə olduğu dövrdə xəbəri olmadan işdən azad edilmişdir. Lakin hələlik işdən azad olunmağıla bağlı əmr ona verilməmişdir. Ərizəsi xx.xx.2020-ci il tarixdə 1671 sayla qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixdə Dövlət Sığorta Kommersiya Şirkətinin İnsan Resursları və Karyera İnkişafının Departamentinin direktoru X3 tərəfindən İT-0287117 saylı əmək kitabçası ona qaytarılmışdır. xx xxx 2020-ci il tarixli 88 saylı əmrin surəti rəsmi olaraq xx.xx.2020-ci il tarixində əmək kitabçası isə xx.xx.2020- ci il tarixində ona verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5180/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 88 saylı əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti – yəni, xx.xx.2020-ci il tarixndən işə bərpa olunduğu müddət üçün əmək haqqı ödənilməklə iddiaçının Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində Daxili Audit Departamentinin direktor müavini vəzifəsinə bərpa edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Natavan Tağıyeva). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5180/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının təqdimatına əsasən Dövlət Sığorta Kommersiya Şirkətinin korporativ strukturu xx.xx.2020-ciiltarixdənyenidən təsdiq olunmuşdur. Həmin strukturda Daxili Audit Departamentinin direktor müavini nəzərdə tutulmamışdır. Buna görə də İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndində göstərilən əsaslarla deyil (işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda) ona 2 ay əvvəl xəbərdarlıq edilməklə Əmək Məcəlləsinin 70-ci maddəsinin B bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) İdarə Heyətinin xx.xx.2020-ci il tarixli 13 nömrəli qərarı əsasında xitam verilmişdir. Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda - azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda - azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda - azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; boş ildən on ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı iki misli miqdarında. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə ona aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Qeyd edilən maddələrə uyğun olaraq da İddiaçı əmək haqqının iki misli miqdarında müavinat, doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli ödənilmişdir. İddiaçı iddia ərizəsində xx.xx.2020-ci il tarixdən xəstələnməsi və xx.xx.2020-ci il tarixədək xəstəxanada olması barədə şirkətdə məlumat verilməmişdir. Qanunvericiliyə uyğun olaraq şirkət tərəfindən işçinin azad olunamsı barədə əmr onun əmək qabiliyyətini müvəqqəti itirdiyi tarixdən öncə olduğundan işçi bu barədə işəgötürənə məlumat verməli idi. İddiaçı son illər ərzində səhhətində problem olmuş və xidməti vəzifələrini vaxtında yerinə yetirməmişdir. Hal-hazırda onun əmək qabiliyyətli olub işini davam etdirməsi tibbi yoxlanışdan keçdikdən sonra mümkündür. Z.X4 Departamentinin direktor müavini işlədiyi son dövrdə şirkətin fillialarında audit yoxlaması zamanı nöqsanlara yol vermişdir. Bununla əlaqədar olaraq ona ciddi xəbərdarlıq edilmişdir. Həmçinin, audit mütəxəssislərinin xidməti vəzifələrini icra etməsi üçün kompüter biliyinin və komputerdən istifadə bacarığının olması şərtdir və İddiaçı audit mütəxəssisi kimi qeyd edilən tələblərə cavab vermir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi K.Babayev apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinin xx xxx 2020-ci il tarixli, 88 saylı əmrindən görünür ki, İcraatında olan işlərin və sənədlərin yeni struktur vahidlərinə təhvil-təslim edilməsi üçün əmək haqqı sxlanılmaqla xx xxxx 2020-ci il tarixdən Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən təqaüd yaşına çatması ilə əlaqədar olaraq İddiaçı Daxili Audit Departamentinin direktor müavini vəzifəsindən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinin İnsan Resursları və Karyera İnkişafının Departamentinin direktoru X3 HT-İ №0287117 saylı İddiaçı əmək kitabçasını xx.xx.2020-ci il tarixdə təhvil vermişdir. İş materiallarında olan Daxili Audit Departamentinin direktor müavini İddiaçı xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, xx xxx 2020-ci il tarixdən **********1014 saylı xəstəlik vərəqələrinə əsasən xx xxxxxx 2020-ci il tarixliədək koronavirus pandemiyası xəstəliyi ilə əlaqədar müalicədə olmuşdur. Müalicədə olduğu dövrdə onu xəbəri olmadan, xəstəxanada ola-ola işdən azad edilmişdir. Lkin işdən azad olmağı ilə bağlı əmr ona verilməmişdir. Xahiş edir ki, ona xəstəlik vərəqəsi üzrə əmək haqqının verilməsini və onun işdən çıxmağına qanuna müvafiq olmasını təmin edilməsini əks halda məhkəməyə müraciət edəcəkdir. İş materiallarında olan 711014 saylı əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, xəstə olduğu üçün İddiaçı xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixlərdə işdən azad edilmişdir. İş materiallarında olan 814338 saylı əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, xəstə olduğu üçün İddiaçı xx.xx.2020-ci il, xx.xx.2020- ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixlərdə işdən azad edilmişdir. İş materiallarında olan AZE 0******* saylı xx.xx.2009-cu il tarixdə Bakı-Binəqədi RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955 ildə Ermənistan, Krasnoselo rayonunda anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinin xx xxx 2020-ci il tarixli, 88 saylı əmrinə əsasən icraatında olan işlərin və sənədlərin yeni struktur vahidlərinə təhvil-təslim edilməsi üçün əmək haqqı saxlanılmaqla xx xxxx 2020-ci il tarixdən Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən təqaüd yaşına çatması ilə əlaqədar olaraq İddiaçı Daxili Audit Departamentinin direktor müavini vəzifəsindən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinin xx.xx.2020-ci il tarixli məktubundan göründüyü kimi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinin İnsan Resursları və Karyera İnkişafının Departamentinin direktoru X3 HT-İ №0287117 saylı İddiaçı əmək kitabçasını xx.xx.2020-ci il tarixdə təhvil vermişdir. İş materiallarında olan Daxili Audit Departamentinin direktor müavini İddiaçı xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, xx xxx 2020-ci il tarixdən **********1014 saylı xəstəlik vərəqələrinə əsasən xx xxxxxx 2020-ci il tarixliədək koronavirus pandemiyası xəstəliyi ilə əlaqədar müalicədə olmuşdur. Müalicədə olduğu dövrdə onu xəbəri olmadan, xəstəxanada ola-ola işdən azad edilmişdir. İşdən azad olmağı ilə bağlı əmr ona verilməmişdir. İş materiallarında olan Əmək qabiliyyətinin olmaması vərəqələrindən görünür ki, xəstə olduğu üçün İddiaçı xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixlərdə işdən azad edilmişdir. Buna baxmayaraq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti xx xxx 2020-ci il tarixli 88 saylı əmri ilə İddiaçı xx.xx.2020-ci il tarixdən ƏM-nin 69-cu maddəsinin 3-çü hissəsinə əsasən təqaüd yaşının çatması ikə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək və əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri hesab olunur. Həmin Məcəllənin 11-ci maddəsinin “b” bəndinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Kollegiya işin hallarına əsasən müəyyən edir ki, İddiaçı təqaüd yaşına çatması ilə əlaqədar olaraq Daxili Audit Departamentinin direktor müavini vəzifəsindən azad edilmişdir. İddiaçı müalicədə olduğu dövrdə onun xəbəri olmadan, xəstəxanada ola-ola işdən azad edilmişdir. İşdən azad olmağı ilə bağlı əmr ona verilməmişdir. Kollegiya işin hallarına apellyasiya şikayətinin dəlilləri ilə birgə qeyd edilən hüquq normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, cavabdeh orqan (işəgötürən) tərəfindən iddiaçının (işçi) üzürlü səbəbdən iş yerində olmadığı dövrdə əmək müqaviləsinə xitam verməsi Əmək Məcəlləsinin tələblərinə zidd olmuşdur. Belə ki, iş materiallarından görünür ki, iddiaçı əmək müqaviləsinə xitam verildiyi zaman xəstəliyi ilə əlaqədar müalicədə olmuşdur. Eyni zamanda, yuxarıda qeyd edilən Əmək Məcəlləsinin 300-cü maddəsinin tələbinə görə, cavabdehin iddiaçı ilə olan əmək müqaviləsinə xitam verməsi Əmək Məcəlləsinin müddəalarına uyğun olmadığından, iddiaçıya məcburi iş buraxma dövrü üçün (xx.xx.2020-ci il tarixdən) işə bərpa olunduğu müddətə qədər əmək haqqı ödənilməlidir. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 88 saylı əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti – yəni, xx.xx.2020-ci il tarixindən işə bərpa olunduğu müddət üçün əmək haqqı ödənilməklə iddiaçının Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində Daxili Audit Departamentinin direktor müavini vəzifəsinə bərpa edilməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində qətnamənin iddianın təmin olunan hissəsinin deyil, tam ləğv olunması xahiş olunduğundan, apellyasiya instansiyası məhkəməsi qətnaməni tam yoxlayır. Belə ki, iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə isə məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” Hazırki iddia tələbində iddiaçı cavabdehdən 5000 manat məbləğində mənəvi zərərin ödənilməsini tələb etsə də, cavabdehin təqsiri nəticəsində hansı mənəvi sarsıntı və iztirablar keçirməsinə, vurulan mənəvi ziyana görə maddi təzminatın 5000 manat miqdarında hesablanmasının əsaslandırmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, kollegiya hesab edir ki, mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. İddiaçının audit yoxlaması zamanı nöqsanlara yol verməsi, audit mütəxəssisi kimi tələblərə cavab verməməsi ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh iddiaçı ilə olan əmək münasibətlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin B bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verdiyindən hazırda cavabdeh işçinin kifayət qədər səriştə və bacarığa malik olmaması halına istinad edə və onu mübahisələndirə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommetsiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5180/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2765/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2765/2021
05.03.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver