Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2769/2024 29.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 5 saylı Notariat Ofisinə qarşı mülki iş üzrə (Açar sözlər: “vəsiyyətnamənin etibarsız hesab edilməsi, vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil və cavabdeh Bakı şəhəri 5 saylı Notariat Ofisinin notariusu X7 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-666/2024 saylı, 14 fevral 2024cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı anası X24 xx.xx.2021-ci il tarixdə ölmüşdür. X12 vərəsələri övladları İddiaçı, X19 və anası X13r.
2. Miras əmlakı Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 104 nömrəli evin 4 nömrəli, ümumi sahəsi 30 kv.m olan mənzildən ibarət olmuşdur. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras mənzil üzərində 1/3 hissədə İddiaçı, 1/3 hissədə X8 və 1/3 hissədə X9 paylı mülkiyyət hüququ müəyyən edilmişdir.
3. 10 sentyabr 2021-ci il tarixli vəsiyyətnamə ilə X23 ölən günədək ona məxsus olan harada yerləşməsindən nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını ünvan 1 ünvanında qeydiyyatda olan qızı - Cavabdeh1 vəsiyyət edib. Vəsiyyətnamə üzrə ünvan 2 ünvanında qeydiyyatda olan X14 və ünvan 3 ünvanında qeydiyyatda olan X5 şahid olmuşdur.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-837/2022 saylı 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı və X8 cavabdehlər Bakı şəhəri 5 saylı Notarisat Ofisinə, Bakı şəhəri 12 saylı Notarist Ofisinə, X15 və Cavabdeh1 qarşı Bakı şəhəri 5 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixdə X23 tərəfindən Cavabdeh1 verilmiş 7E reyestrində 3806 sıra nömrəsi ilə qeydə alınmış etibarnamənin və həmin etibarnamə əsasında Bakı şəhəri 12 saylı Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1338/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə həmin qətnamə; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-3200/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə isə apellyasiya instansiyası məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. X23 xx.xx.2022-ci il tarixdə ölmüşdür.
6. xx.xx.2023-cü il tarixli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X9 vərəsəsi Cavabdeh1 miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 104 nömrəli evin 4 nömrəli, ümumi sahəsi 30 kv.m olan, paylı mülkiyyət hüququ üzrə mənzilin 1/3 hissəsindən ibarətdir.
Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 5 saylı Notariat Ofisinə qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi, vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 5 saylı Notariat Ofisinin xüsusi notariusu X20 tərəfindən təsdiq edilmiş 01566 saylı notariat hərəkətlərinin qeyd edilməsi üçün reyestrdə xx.xx.2021-ci il tarixdə 2V-140 nömrə ilə qeyd edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri 5 saylı Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş reyestrdə 2V 189 nömrəsi ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2023-cü il tarixində verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********38- 05***-******* və ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Tələbdə göstərilir ki, Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 104, 4 saylı mənzil xx.xx.1996-cı il tarixdə anası X12 mülkiyyəti kimi qeydiyyatdan keçmiş, xx.xx.2021-ci ildə anası vəfat etmişdir. Xalası Cavabdeh1 88 yaşlı “alzheimer” xəstəsi olan, nənələri Şövkət Əliyevadan 5 saylı DNK-da baş etibarnamə almış, sonra 12 saylı DNK-ya Şövkət Əliyevanın adından müraciət edərək onun adına xx.xx.2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Vərəsəlik şəhadətnaməsinin alınmasından sonra isə Cavabdeh1 Şövkət Əliyeva tərəfindən verilmiş etibarnamə ilə mübahisə edilən mənzilin 1/3 hissəsinə çıxarış almışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında ona məlum olmuşdur ki, Bakı şəhəri 5 saylı Notariat Ofisinin xüsusi notariusu X20 tərəfindən X14 və Nəcəf-zadə X21 iştirakı ilə X6 özünəməxsus bütün daşınar və daşınmaz əmlakını xx.xx.2021-ci il tarixdə xalası Cavabdeh1 vəsiyyət etmişdir. X6 xx.xx.2022-ci ildə vəfat etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Bakı şəhəri 5 saylı Notariat Ofisinin xüsusi notariusu X4 Şövkət Əhməd qızının Cavabdeh1 verdiyi vəsiyyətnaməni məhkəmə heyətinə təqdim etmişdir. Həmin vəsiyyətnaməyə nəzər saldıqda orada qanun pozuntularını aşkar etmək mümkündür. Belə ki, İlham Məmmədov məhkəmədə ifadəsində şəxsin imzasına baxan zaman görünür ki, adam savadsızdır cümləsini işlətmişdir. Həmçinin vəsiyyətnamədə iki ayrı-ayrı imza çəkilmiş, nə ad, nədə ki, soyad qeyd edilməmişdir. Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 65-ci bəndində qeyd olunmuşdur ki, şəxs savadsız olarsa vəsiyyət edən vəsiyyətnaməni notariusda 3 şahidin yanında tərtib etməlidir. Lakin bu vəsiyyətnamə 2 şahidin yanında tərtib edilmişdir.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-666/2024 saylı, 14 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 104, 4 saylı mənzil X16 mülkiyyətində olmuşdur. O, xx.xx.2021-ci ildə vəfat etmişdir. X16 qanun üzrə birinci növbə vərəsələri olaraq övladları – İddiaçı, X19 və anası - X23 qalmışdır. X10 miras qalmış əmlakı qəbul etməsi və əmlakdan paya dair vərəsəlik şəhadətnaməsi verilməsi barədə notariat kontoruna İddiaçı, X19, X23 isə müraciət etmişdir. Onlara qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Həmin vərəsəlik şəhadətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 104, 4 saylı mənzil üzərində İddiaçı, X19 və X9 hər birinin payı 1/3 hissə olmaqla paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alnmışdır. X23 isə xx.xx.2022-ci il tarixdə ölmüşdür. ünvan 1 ünvanında qeydiyyatda olan X23 ölən günədək ona məxsus olan harada yerləşməsindən nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını 10 sentyabr 2021ci il tarixli 2V-140 reyestr nömrəli vəsiyyətnaməyə əsasən ünvan 1 ünvanında qeydiyyatda olan qızı-Cavabdeh1 vəsiyyət etmişdir. Vəsiyyətnamə üzrə ünvan 2 ünvanında qeydiyyatda olan X14 və ünvan 3 ünvanında qeydiyyatda olan Nəcəf-zadə X25 şahid olmuşdur. X23 vəsiyyətnaməsi texniki vasitənin (kompüterin) köməyi ilə tərtib etmiş, notarius tərəfindən təsdiq edilmişdir. Vəsiyyətnamə tərtib edilərkən notarius tərəfindən Mülki Məcəllənin 1168- 1178 və 1193-cü maddələrinin tələbləri Şövkət Əliyevaya izah edilmişdir. Qanunvericilikdə ümumən əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Nəzərə alınmalıdır ki, etibarsız hesab edilməsi tələb olunan vəsiyyətnamə birtərəfli əqddir. Vəsiyyətnamə tərtib edilən zaman qanunvericilikdə ümumən əqdin etibarlı olması üçün nəzərdə tutulmuş şərtlərə əməl edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 65-ci bəndində əsasən əgər vəsiyyət edən şəxs lal-kardırsa və ya lal-kar və savadsızdırsa, vəsiyyətnaməni o, notariusda və iki şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin idarəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib etməlidir. Kor və ya savadsız olan vəsiyyət edən vəsiyyətnaməni notariusda üç şahidin yanında tərtib etməlidir. Bu barədə müvafiq qeyd yazılır və ona oxunur. Savadsız olan vəsiyyət edən vəsiyyətnaməni notariusda üç şahidin yanında tərtib etməlidir. Bu barədə müvafiq qeyd yazılır və ona oxunur. Notarius lal-kar və ya lal-kar-kor və savadsız şəxsin vəsiyyətnaməsini dörd şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyən bir şəxsin yanında tərtib etməlidir. Vəsiyyətnaməni şahidlər yaza və oxuya bilərlər, lakin vəsiyyətnaməni onu yazan oxumamalıdır. Bu barədə vəsiyyətnamədə qeyd edilir. Qeyddə vəsiyyətnamənin kim tərəfindən yazıldığı və kim tərəfindən oxunduğu göstərilməlidir. Qeyd şahidlər tərəfindən imzalanır və notarius tərəfindən təsdiq edilir. Həmin Təlimantın 66-cı bəndində əsasən vəsiyyətin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyəti iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyət onların yanında texniki vasitədən istifadə etməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyəti imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətdə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsi ilə vəsiyyəti təsdiqləməlidirlər. Beləliklə, vəsiyyətnamə tərtib edilən zaman Təlimatın 66-cı bəndində göstərilən hallara əməl edilmişdir. Belə ki, vəsiyyətin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilmiş, vəsiyyətnaməni vəsiyyət edən, yəni X23 imzalamış, vəsiyyətnamə iki şahidin yanında tərtib edilmiş və imzalanmışdır. Həmçinin şahidlər vəsiyyətnaməni öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə təsdiqləmişlər. Vəsiyyətnamənin təsdiq edilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilmişdir. Vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün qanuni əsaslar mövcud deyildir. İddiaçı X1 olduğunu qeyd edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 65-ci bəndində əsasən savadsız olan vəsiyyət edən vəsiyyətnaməni notariusda üç şahidin yanında tərtib etməli olduğuna istinad edir, lakin iddiaçı şəxsin savadsız olmağını əsaslandıran hallara dair məhkəməyə hər-hansı bir tutarlı sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan dilinin izahlı lüğətində “savadsız” sözünün mənası yazıb-oxumağı bacarmayan, biliksiz mənalarında və digər məcazi mənalarda (bacarıqsız, qabiliyyətsiz) işlədilir. Bu anlamda şəxsin oxuyub-yazma bacarmamasına dair mötəbər, təgzibolunmaz sübutlar məhkəmədə təqdim edilməmişdir. Mərhumun adının Sabunçu rayonu ərazisində yerləşən təhsil müəssisələrinin arxiv sənədlərində həmin ərazidə təhsil alanların siyahısında tapılmaması, hələ onun yazıboxuma bacarığının olmaması kimi qiymətləndirilə bilməz. Bundan əlavə, Təlimatın 66- cı bəndinə əsasən texniki vasitənin köməyi ilə tərtib edilmiş vəsiyyətnamə 2 şahidin iştirakı ilə təsdiq edilmişdir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Göstərilənlərə əsasən, iddiaçının iddia tələbi hər hansı bir faktlar deyil, ehtimallar əsasında qurulduğundan, iddia ərizəsində göstərilən hallar isə məhkəmə iclasında öz əksini tapmadığından, iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv və iddia tələbinin təmin olunmasını xahiş edib göstərir ki, “Azərbaycan Respublikasında notariat hərəkətlərininn aparılması qaydaları haqqında“ təlimata əsasən kor və savadsız olan vəsiyyət edən vəsiyyətnaməni notariusda üç şahidin yanında tərtib etməlidir. Savadsız olan vəsiyyət edən vəsiyyətnaməni notariusda üç şahidin yanında tərtib etməlidir. Bu barədə müvafiq qeyd yazılır və ona oxunur. Bu barədə müvafiq qeyd yazılır və ona oxunur. 5 saylı notariat konturunun xüsusi notariusu İlham Məmmədov vəsiyyətnaməni təsdiq edərkən bu qaydalara əməl etməmişdir. İddia ərizəsində X1 olduğu qeyd olunub və sübut olaraq da Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1338/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi təqdim olunmuşdir (11 və 12-ci səhifələri). Həmin mülki iş üzrə Bakı şəhəri 5 saylı notariat konturunun xüsusi notariusu X20 izahat verərək bildirmişdir ki, X9 imzasından da görünür ki, o savadsızdır. Hazırkı mülki iş üzrə İlham Məmmədov izahat verərkən qeyd edir ki, X23 notariata gəldiyində onun savadlı olması barədə hər hansı şübhə olmamışdır. Özü sənədə imza atmışdır. Sadəcə olaraq yaşlı olmuşdur. Sədrlik edənin suallarına cavab olaraq bildirir ki, Bakı Apellyasiya Məhkəməsinində izahatında X1 olması barədə ifadə yer alsa da, bu ifadəni o, həqiqi mənada işlətməmişdir. Burada demək istədiyi X9 yaşına görə ən azından savadlılıq qabiliyyətinin yüksək olmaması, ali savadlı olmaması idi. Yəni burada onun yaza bilməməsi, oxuya bilməməsindən söhbət getmirdi. İmza etməmişdən əvvəl özü də ona vəsiyyətnamənin məzmununu izah etmişdir. Vəsiyyətnamə 2 şahidin iştirakı ilə tərtib edilmişdir. Mərhum vəsiyyətnaməni özü də oxumuşdur. Göründüyü kimi, 5 saylı notariat konturunun xüsusi notariusu İlham Məmmədov iki məhkəmədə müxtəlif izahat vermiş və bu dəfə isə məhkəməyə X2 olmasının inandırmağa çalışmışdır. Yasamal Rayon Məhkəməsi onun izahatına istinad edərək Şövkət Ələkbərovanın həqiqətən də savadlı olmasıını əsaslandırmağa cəhd etmişdir. Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X9 təhsili barədə məlumatlar Bakı şəhəri Sabunçu rayon məktəbinin arxivində aşkar olunmamışdır. Bu bir daha sübut edir ki, onun orta təhsili olmayıb. Bundan əlavə 5 saylı notariat konturunun xüsusi notariusu X7 verdiyi izahata əsasən Şövkət Əliyeva həqiqətən savadlı idisə, niyə vəsiyyətnamə verərkən Təlimatın tələbinə uyğun olaraq özünün yazı xətti ilə soyadının, adını, atasının adını yazaraq imza etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.
12. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə təqdim etdiyi apellyasiya şikayətinə yazılı etirazda şikayətin təmin edilməməsini xahiş edib mövqeyini bununla əsaslandırır ki, Bakı şəhəri 5 saylı Notariat ofisinin xüsusi notariusu X20 tərəfindən X17 və X5 iştirakı ilə təsdiq edilmiş, bu barədə 01566 saylı notariat hərəkətlərinin qeyd edilməsi üçün reyestrdə xx.xx.2021-ci il tarixdə 2V-140 nömrə ilə qeyd edilmiş vəsiyyətnamədən görünür ki, X23 özünə məxsus bütün daşınar və daşınmaz əmlakını Cavabdeh1 vəsiyyət etmişdir. Miras qoyan X24 12 fevral 2021-ci il tarixdə vəfat etmişdir. Miras qoyanın anası olan Şövkət Əliyeva xx.xx.2021-ci il tarixli etibarnaməyə əsasən onun adından miras əmlakı qəbul və ya imtina etmək, ərizə imzalamaq, vərəsəlik haqqında şəhadətnaməni almaq və digər hüquqi hərəkətləri yerinə yetirmək barədə müvafiq səlahiyyətlərini xx.xx.2021-ci il tarixli etibarnaməyə əsasən iki il müddətinə Cavabdeh1 ötürmüşdür. X9 adından etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 və İddiaçı xx.xx.2021-ci il tarixdə, həmçinin X19 xx.xx.2021-ci il tarixdə 12 saylı Notariat Kontoruna müraciət etmiş, X11 qalmış miras əmlakı qəbul etdiyini bildirmiş, həmin əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X12 vərəsəsi anası X23 müəyyən edilərək ona miras əmlakdan 1/3 hissədə pay verilmişdir. Baxılan iş üzrə mübahisə vərəsəlik münasibətləri ilə bağlı olmaqla, iddia tələbinin əsasını xx.xx.2021- ci il tarixdə 2V-140 nömrə ilə qeyd edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi ilə bağlıdır. İddia ərizəsinin əsaslandırması mövcud deyil. İddiaçı sadəcə onu qeyd edir ki, vəsiyyət edən şəxs savadsız olub. Bununla bağlı əvvəlki məhkəmə iclaslarında cavabdeh tərəf olaraq mövqeyi sərgilənmiş və məhkəmə də bu mövqeyi dəstəkləmiş, yekunda iddianı əsassız hesab etmişdir. Belə ki, Ali Məhkəmə qərarında qeyd edir: Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları bildirməyi zəruri sayır. Kassatorun dəlilləri əsasən ondan ibarətdir ki, iş üzrə xətşünaslıq ekspertizası təyin edilməmiş, mübahisəli etibarnamə verilən zaman Ş.Əliyeva notariat kontorunda olmamış, məhkəmə mübahisənin düzgün həlli üçün Şövkət Əliyeva barəsində məhkəmə-psixiatrik ekspertizası təyin etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə ümumən əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Nəzərə alınmalıdır ki, etibarsız hesab edilməsi tələb olunan etibarnamə ikitərəfli əq deyildir. Lakin "qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz. Anlaqlılıq fiziki şəxslərə xas olmaqla onun şüurlu şəkildə hərəkət edə bilmə qabiliyyətini ifadə edir. Fiziki şəxsin fəaliyyət qabiliyyəti onun anlaqlılıq səviyyəsinə uyğun olaraq formalaşır. Mülki qanunvericiliyə görə fiziki şəxslərin anlaqlılığına təsir edən başlıca iki faktor mövcuddur. Bunlar azyaşlılıq və şəxsin psixi (əqli) sağlamlıq vəziyyətidir. Fiziki şəxslər anlaqlılıq səviyyələrinə uyğun olaraq tam fəaliyyət qabiliyyətlilər, məhdud fəaliyyət qabiliyyətlilər və fəaliyyət qabiliyyətsizlər şəklində ümumi qruplara ayrılmışdır. Hər bir fiziki şəxsin bağladığı əqdin etibarlılığı onun fəaliyyət qabiliyyəti baxımından hansı qrupa aid olmasına və həmin kateqoriya üçün müəyyən edilmiş şərtlərə uyğunluğuna əsasən müəyyən edilir. ... Mülki Məcəllənin 346.1-ci maddəsi isə fiziki şəxslərin əqdin bağlandığı anda anlaqlılıq halının müvəqqəti itirilməsi vəziyyəti ilə bağlıdır. Belə ki, fiziki şəxsin anlaqlılığını müvəqqəti, keçici olaraq itirməsi həmin şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına hüquqi əsas vermir. Lakin anlaqlılığını müvəqqəti itirən şəxs fəaliyyət qabiliyyətli hesab olunsa da, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, əqdin bağlanması zaman anlaqlılığın olmamasının sübuta yetirilməsi ilə həmin əqdin etibarsızlığının məhkəmə qərarı ilə təsdiq edilməsi imkanı nəzərdə tutulmuşdur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarı). Buna görə də etibarnamə verilərkən Ş.Əliyevanın öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə olmasını sübut etmək vəzifəsi iddiaçıların üzərinə düşür. Baxılan işdə iddiaçılar buna dair mötəbər sübut təqdim etmədiyinə görə məhkəmlər tərəfindən iddia rədd olunmuşdur. Sonuncu məsələ ondan ibarətdir ki, iddiaçının belə bir iddia qaldırmağa görə subyektiv hüququnun olmadığı qənaətindəyik. X16 qanun üzrə birinci növbəli vərəsələri - İddiaçı, X19 və X23 hesab olunmuş, miras əmlaka dair vərəsələrin hər birinin payı 1/3 hissədə müəyyən edilməklə, mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı X9 1/3 hissədə müəyyən edilmiş payına münasibətdə vəsiyyətnamə ilə cavabdehin vərəsə olmasını mübahisələndirir. İddiaçı X9 qanun üzrə vərəsəsi deyil, həmin hissədə məcburi payı yoxdur. Belə olan halda iddiaçının bu tələblə çıxış etmək hüququ da yoxdur.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
13. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi, şikayətinin və iddianın təmin edilməsini xahiş etdi.
14. Məhkəmə iclasında Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil ayrıayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdilər.
15. Məhkəmə iclasında cavabdeh Bakı şəhəri 5 saylı Dövlət Notariat Ofisinin notariusu X20 da apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 346.1. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 346.2. Sonradan fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxsin bağladığı əqd, əgər əqdin bağlandığı zaman fiziki şəxsin öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi sübuta yetirilərsə, onun qəyyumunun iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1168. Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Maddə 1178. Əgər vəsiyyətnamədə bütün miras əmlak vəsiyyət üzrə vərəsələr arasında bölüşdürülmüşdürsə, lakin mirasın açıldığı vaxt vərəsələrdən biri sağ deyildirsə, qanun üzrə vərəsəlik əmələ gəlmir və onun əmlak payını vəsiyyət üzrə digər vərəsələr paylarına mütənasib surətdə alırlar. Maddə 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Maddə 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Maddə 1180.1. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Maddə 1180.2. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Maddə 1183.1. Əgər vəsiyyət edən nitq-eşitmə qabiliyyəti tam məhdud olan şəxsdirsə və ya nitq-eşitmə qabiliyyəti tam məhdud və savadsızdırsa, vəsiyyət sərəncamını o, notariusda iki şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib etməlidir. Maddə 1183.2. Görmə qabiliyyəti tam məhdud və ya savadsız olan vəsiyyət edən vəsiyyət sərəncamını notariusda üç şahidin yanında tərtib etməlidir. Bu barədə müvafiq qeyd yazılıb ona oxunmalıdır.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.
19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
21. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
22. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
23. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
24. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
25. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
26. Bununla belə, məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, istər Mülki Məcəllənin 1180 və 1183cü maddələrinin, istərsə də “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 65 və 66-ci bəndlərinin məqsədi vəsiyyət edənin vəsiyyət sərəncamının, yəni vəsiyyətnamənin məzmununun onun iradəsinə uyğunluğunun həqiqiliyini təmin etməkdən ibarətdir. Başqa sözlə, vəsiyyət edən şəxsə etdiyi hərəkətin məğzi aydın olmalıdır. Burada qanunvericilik şahidlərin sayını görmə, nitq-eşitmə qabiliyyətinin məhdudluğu və savadsızlıqla əlaqədar fərqli qaydada nəzərdə tutub. Bu mənada, şahidlərin sayının 2 yaxud 3 olmalı olduğunu mübahisələndirməkdən əvvəl, onların məcburi olmasını zəruri edən əsasın, yəni hazırki işdə iddia edilən, vəsiyyət edənin savadsızlıq faktının müəyyən edilməsi zəruridir. Bu halı iddiaçı iddia edir. Ancaq istinad edilən hal sübuta yetirilməlidir. Sübut kimi vəsiyyətnaməni tərtib etmiş notariusun digər işdə olan izahatına istinad edir. Həmin notarius hazırki iş üzrə də birinci və apellyasiya instansiyası məhkəməsində iştirak edib və savadsızlıq məsələsinə yuxarıda qeyd olunan formada mövqeyini bildirib.
27. Bununla yanaşı, notarus mübahisələndirilən vəsiyyətnaməni Mülki Məcəllənin 1180-ci maddəsinin tələblərinə uyğun tərtib edib. Yəni, vəsiyyətnamə tərtib edilərkən Mülki Məcəllənin 1183-cü maddəsində nəzərdə tutulan əsaslar olmasına istinad edilməyib. Başqa sözlə, mübahisələndirdiyi vəsiyyətnamədə iki şahid vəsiyyət edənin görmə, nitqeşitmə qabiliyyətinin məhdudluğu və savadsızlığı ilə əlaqədar olmamışdır. Ona görə də iddiaçının iddia etdiyi, yəni vəsiyyətnamənin iki yox, üç şahidin yanında tərtib edilməli olduğu barədə mövqeyi də yanlış olmuşdur.
28. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1338/2023 saylı iş üzrə olan, xx.xx.2023-cü il tarixli qətnaməsində göstərilən notarius X7 X3 kimi xarakterizə etməsi hazırki iddianın əsaslı olduğuna dəlalt etmir. Çünki bu hal yalnız notariusun məhkəmə iclasında verdiyi izahatla təsdiq edilə bilməz. Üstəlik notarius hazırki işdə qeyd olunan ifadəni hansı məqsədlə işlətdiyinə də aydınlıq gətirdi, hətta notarius kimi fəaliyyət göstərdiyi dövrdə savadsız olan vəsiyyət edən tərəfindən vəsiyyətnamə verilməsi halına rast gəlmədiyini göstərdi.
29. Bundan əlavə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-837/2022 saylı 15 fevral 2022-ci il tarixli qətnaməsinin, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1338/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-3200/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının hazırki iş üzrə preyudisial əhəmiyyəti var. Çünki həmin işdə də iddiaçı xx.xx.2021-ci il tarixdə X23 tərəfindən Cavabdeh1 verilmiş etibarnaməni və həmin etibarnamə əsasında Bakı şəhəri 12 saylı Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığını mübahisələndirmiş, lakin iddiası rədd edilmişdir. Qeyd olunan işdə Şövkət Əliyevanın anlaqlı olduğu, fəaliyyət qabiliyyətinin məhdud olmadığı təsdiq edilmiş, həmçinin öz əmlakı üzərində sərəncam vermək üçün hazırki iş üzrə də cavabdeh olan Cavabdeh1 etibarnamə verərəkən fəaliyyət qabiliyyətinin olmamasına hər hansı bir şübhələrin yaranmadığı, hətta daha sonra şahidlərin iştirakı ilə vəsiyyətnamənin təsdiq edildiyi məqamda onun hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilməsi və öz iradəsini aydın ifadə edə bilməsi təkrarən yoxlanıldığı müəyyən edilmişdir. Demək ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən həmin hallar da hazırki iddianın əsassız olduğunu təsdiq edir, eləcə də vəsiyyət edən Şövkət Əliyevanın savadsız olduğunu təkzib edir. Çünki tam fəaliyyət qabiliyyətli olub, öz əmlakı üzərində sərəncam vermək iqtidarında olan şəxsin öz əmlakını vəsiyyət etmək üçün savadsız olduğu dəlili də inandırıcı və ağlabatan deyildir.
30. Şərh olunanlara əsasən, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-666/2024 saylı, 14 fevral 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-666/2024 saylı, 14 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.