Məhkəmə qərarları › İş №2(103)-2770/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2770/2025

17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2770/2025 17.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil–Tikinti Kooperativinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: iş üzrə icraatın birləşdirilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil–Tikinti Kooperativinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, e-2(011)-11/2025 nömrəli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı cavabdehlər arasında Qeyri-yaşayış sahəsinin ümumi sahəsi 130 kv.m. olan hissəsinə dair 19 dekabr 2007-ci tarixdə bağlanılmış 11 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

2. İddia onunla əsaslandırılmışdır ki, 22 avqust 2006-cı il tarixdə onunla MTK arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həmin MTK-ya payçı qəbul olunaraq MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A blokunun 1-ci mərtəbəsində yerləşən 220 kv.m. olan qeyriyaşayış sahəsi ona təhvil verilmişdir. Həmin tarixdə MTK-ya 700000 manat pay dəyəri tam şəkildə ödənilmişdir. Bu barədə MTK tərəfindən ona maliyyə arayışı verilmişdir. Bundan sonra Qeyri-yaşayış sahəsində əsaslı təmir işləri aparılmış, mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş, lakin DƏDRX tərəfindən ona imtina cavabı verilmişdir. Bundan sonra iddiası əsasında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli qərarı ilə Qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, adına çıxarış verilmişdir. Üzərindən üç il müddət keçdikdən sonra Cavabdeh1 üçüncü şəxs qismində cəlb edilməsi barədə verdiyi ərizə və şikayəti 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən təmin edilməsə də, AR Ali Məhkəməsinin 25 avqust 2020-ci il tarixli qərarı ilə təmin edilmiş və müvafiq olaraq 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli qərardadı ləğv edilmiş, nəticədə onun iddiasına yenidən baxılaraq Bakı İnzibati Məhkəməsinin 02 iyul 2021-ci il tarixli qərarı ilə DƏDRXnin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddiası yalnız bir əsasla, inşa edilmiş bina istismara təhvil verilmədiyindən təmin edilməmişdir. İnzibati iş üzrə MTK-nın nümayəndəsi izahat verərkən bildirmişdir ki, istifadəsində olan qeyri-yaşayış sahəsini yalnız iddiaçıya satmış, eyni zamanda məhkəmə prosesində MTK-nın sədri Hikmət Yigitdöl dindirilmiş, ifadəsində göstərmişdir ki, həmin qeyri-yaşayış sahəsini İddiaçı satmış, iddiaçı tərəfindən pay dəyəri tam ödənilmiş və bununla bağlı maliyyə arayışı verilmişdir. Həmin qeyri-yaşayış sahəsinə Cavabdeh1 pul ödəməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti və sonuncu qərardan vediyi kassasiya şikayəti yalnız bir əsasla (inşa edilmiş bina istismara təhvil verilmədiyindən) təmin edilməmişdır. Eyni zamanda Ali Məhkəmənin qərarının 26-cı bəndində qeyd edilmişdir ki, “məhkəmə kollegiyası nəzərəalır ki, iddiaçı ilə MTK arasında 22 avqust 2006cı tarixdə bağlanılmış müqaviləyə əsasən, Bakı şəhəri, Xocalı prospekti, 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra binanın A blokunun 1-ci mərtəbəsində 220 kv.m. təşkil edən qeyriyaşayış sahəsinin MTK payçıya verilməsini, payçı isə həmin qeyri-yaşayış sahəsinin tam dəyərini ödəməyi öhdəsinə götürmüş, 22 avqust 2006-cı il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Xocalı prospekti, 32 ünvanında yerləşən binanın A blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 220 kv.m. olan qeyri-yaşayış sahəsinə aid pay haqqı iddiaçı tərəfindən tam ödənilmişdir və 22 avqust 2006-cı il tarixdən həmin qeyri-yaşayış sahəsi ilə ifadə olunan pay xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur.” İnzibati iş üzrə Cavabdeh1 iddia edirdi ki, 19 dekabr 2007-ci il tarixli 11 saylı müqavilə ilə 860 kv.m. qeyri-yaşayış sahəsinin dəyərini MTK-ya ödəyərək, almış və aldığı binanın 1-ci mərtəbəsində yerləşən 130 kv.m. olan qeyri-yaşayış sahəsi iddiaçının MTK-dan aldığı 220 kv.m. olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşür və həmin sahə ona məxsus olduğu üçün boşaldılmalıdır. Cavabdeh1 ilə MTK-a arasında məhkəmə mübahisəsi olmuş, Cavabdeh1 iddia tələbi təmin edilmiş, həmin məhkəmə mübahisəsi artıq bitdikdən sonra, iddiaçı həyat yoldaşı ilə birlikdə Azərbaycanda olmadığı müddət ərzində Cavabdeh1 qeyri-yaşayış sahəsinə daxil olmuş, xüsusi icazə olmadan istifadəsində olan qeyri-yaşayış sahəsinin tavanından yuxarı mərtəbələrə çıxış açmağa başlamış, binanın lahiyəsinə zidd olaraq rekonstruksiya işləri aparmağa başlamış, bununla da ona ziyan vurmuşdur. Eyni zamanda, həmin müddət ərzində MTK-nın sədri Hikmət Yigitdöl barəsində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 29,178.3.2, 308.2 və 313-cü maddələri ilə cinayət işi başlanılmış və iddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində cəlb edilmişdir. Cinayət işinin ibtidai istintaq müddətində qeyri-yaşayış sahəsi yenidən ona qaytarılmış və əvvəlki vəziyyətə qaytarmaq üçün yenidən təmir işləri aparılmışdır. Hazırki iş üzrə Cavabdeh1 icazəsi olmadan binada rekonstruksiya işləri apardığı üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən 24 sentyabr 2018-ci il tarixli tikinti işlərinin dayandırılması barədə 0612 N°-li qərar qəbul edilmişdir. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 may 2019-cu il tarixli qərardadı ilə tərəfindən və borclu MTK-a tərəfindən verilmiş şikayətlər təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilmiş və iş üzrə yeni qərardad qəbul edilmişdir. Qərardadda göstərilmişdir ki, “məhkəmə kollegiyası hesab edir ki, MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A blokunun 1-ci mərtəbəsində 203,1 kv.m. ibarət qeyri-yaşayış sahəsi maraqlı şəxs İddiaçı mülkiyyətindən olduğundan, tələbkar Cavabdeh1 və digər şəxslər tərəfindən həmin mülkiyyətə qanunsuz müdaxilə edilməsi yolverilməzdir”. Daha sonra, cinayət işinin ibtidai araşdırması zamanı Cavabdeh1 şahid qismində dindirilmiş və istintaq zamanı bildirmişdir ki, MTK ilə bağlanılmış müqavilələrə dair pul ödəməmişdir. Bu hal Bakı Ağır Cinayətlər Məhkəməsinin X1 barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 29,178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2020-ci il tarixli hökmdə də öz əksini tapmış və hüquqi qiymət verilmişdir. Başqa sözlə, həm ibtida istintaq, həm də məhkəmədə müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan sahələr Hikmət Yigitdöl tərəfindən Cavabdeh1 satılmamış, sahələr girov məqsədi ilə sonuncunun adına rəsmiləşdirilmiş, Cavabdeh1 ilə H.Yigitdöl razılaşma baş tutmaması səbəbindən sonuncu həmin müqavilələrin əsillərini cıraraq məhv etmiş, lakin həmin müqavilələrin müvafiq qaydada ləğv olunmasını rəsmiləşdirməmişdir”. Qeyd olunan hökm Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Cinayət işiüzrə təyin olunmuş auditor (mütəxəssis) tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli aktın surətində göstərilmişdir ki, təqdim edilmiş sənədlərdən və həmin qeyri-yaşayış sahəsinə baxış keçirərkən müəyyən olunmuşdur ki, lahiyə-smeta sənədlərinə uyğun olaraq Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında tikilmiş çoxmərtəbəli yaşayış kompleksin A1 blokunun birinci mərətəbəsindəki, 22 noyabr 2006-cı il tarixli müqaviləyə, 14 noyabr 2017ci il tarixli çıxarış sənədinə əsasən İddiaçı məxsus 220 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinin göstəriciləri faktiki olaraq həmin kompleksin A1 blokunun 1-ci mərtəbəsindəki 1ci oxdan 4-cü oxa qədər, A oxu ilə L oxu və 4-cü oxdan 5-ci oxa qədər, D oxu ilə E oxu arasındakı 220 kv.m. ölçüdə olan qeyri-yaşayış sahəsinin göstəriciləri ilə həqiqətən də üstüstə düşür və həmin sahə həqiqətən də iddiaçıya məxsusdur. Bundan əlavə 04 may 2017ci il tarixdə Cavabdeh1la 130 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinə dair müqavilə bağlanılmış, həmin müqavilədə də və eskiz planında tələbkar Cavabdeh1 imza etmiş və həmin qeyri-yaşayış sahəsi binanın digər bir nöqtəsində mövcuddur. Qeyd etdilən 130 kv.m.-dən ibarət olan qeyri-yaşayış sahəsi də eskiz planına əsasən tələbkar tikintiyə gəldiyi zaman Cavabdeh1 təqdim ediləcək.

3. Etiraz onunla əsaslandırılmışdır kı, Cavabdeh1 MTK ilə aralarında bağlanmış 19 dekabr 2007-ci il tarixli 11 saylı müqaviləyə əsasən MTK-nın Bakı şəhəri, Xocalı prospekti, 32 ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın A1 blokunun 1-2-3-4-cü mərtəbələrində yerləşən, ümumi sahəsi 860 kv.m (o cümlədən 1-ci mərtəbədə ümumi sahəsi 130 kv.m, 2ci mərtəbədə ümumi sahəsi 130 kv.m, 3-eü mərtəbədə ümumi sahəsi 300 kv.m, 4-cü mərtəbədə ümumi sahəsi 300 kv.m olan) qeyri-yaşayış sahəsinin dəyərini MTK-ya ödəyərək almışdır. MTK həmin müqavilə üzrə qeyd olunan qeyri-yaşayış sahələrinin təhvil verilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, Cavabdeh1 iddia tələbi əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 oktyabr 2015-ci il tarixli 2(011)- 5834/2015 nömrəli qətnaməsinə əsasən MTK-nın göstərilən ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın A1 blokunun 1-2-3-4-cü mərtəbələrində yerləşən, ümumi sahəsi 860 kv.m olan qeyri-yaşayış sahəsinə Cavabdeh1 sahiblik və istifadə hüququ tanınmış və həmin 860 kv.m qeyri-yaşayış sahəsinin onun sahibliyinə və istifadəsinə verilməsi vəzifəsi MTK-ya həvalə edilmiş və qətnamə qüvvəyə minmişdir. Bundan sonra Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)-5834/2015 nömrəli qətnaməsi icraya yönəldilmiş, qətnamənin icrası ilə bağlı Xətai rayon İcra və Probasiya şöbəsinin 15 fevral 2017 ci il tarixli, xx/xx-3173/10 saylı məktubu əsasında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyindən 12 aprel 2017-ci il tarixli rəy alınmışdır. Həmin rəylə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin müqaviləyə görə MTK tərəfindən Cavabdeh1 təhvil verilməli olan Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa olunmuş yüksək mərtəbəli binanın Al blokunun 1-2-3-4-cü mərtəbələrində yerləşən ümumi sahəsi 860 kv.m olan qeyri yaşayış sahəsinin dəqiq yerləşmə koordinatları, o cümlədən hazırda mübahisə predmeti olan 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 130 kv.m-dən ibarət hissənin 1-4 oxları ilə D-L oxları arasında yerləşməsi dəqiq müəyyən edilmişdir. Qeyd olunan 860 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh1 təhvil verilmiş və Xətai rayon İcra şöbəsinin 06 iyul 2017-ci il tarixli qərarı ilə həmin icra sənədi üzrə icraata xitam verilmişdir. Cavabdeh1 tərəfindən həmin qeyri-yaşayış sahəsində zəruri təmir tikinti və rekonstruksiya işləri aparılmışdır. Sözügedən məhkəmə qərarı icraya yönəldikdən və faktiki olaraq icra edilərək sözügedən qeyri-yaşayış sahəsi (hazırda mübahisə predmeti olan 1-ci mərtəbədə yerləşən 130 kv.m dən ibarət qeyri-yaşayış sahəsi də daxil olmaqla) Cavabdeh1 təhvil verildikdən sonra, 2017-ci ilin sentyabr ayında İddiaçı MTK-nın Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın A1 blokunun 1- ci mərtəbəsində yerləşən 220 kv.m qeyri-yaşayış sahəsinin DƏDR-də onun adına qeydiyyata alınması və həmin qeyri-yaşayış sahəsinə çıxarışın verilməsi tələbi ilə 2 saylı Bakı İnzibati- İqtisadi məhkəməsinə müraciət etmiş və iddia ərizəsi cəmi 20 gün müddətində təmin edilmişdir. Qeyd olunan qərarın mövcudluğundan Cavabdeh1 məlumatı olmayıb. Cavabdeh1 bu barədə məlumat aldıqdan dərhal sonra 24 noyabr 2019-cu il tarixdə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etmiş, sonda Cavabdeh1 2-1(82)-4488/2017 nömrəli inzibati iş üzrə 3-cü şəxs qismində işə cəlb edilmiş və iddiaçının “çıxarışın verilməsi barədə” iddiası rədd edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 oktyabr 2015-ci il tarixli, 2(011)-5834/2015 nömrəli qətnaməsi ilə Cavabdeh1 iddiasına baxılarkən mübahisəli qeyri-yaşayış sahəsinə dair müqavilənin etibarlılığı məhkəmə tərəfindən müəyyən edilmiş və müqavilə predmeti olan əmlakların Cavabdeh1 sahibliyinə və istifadəsinə verilməsi qət edilmişdir

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, e-2(011)- 11/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh2 MTK ilə Cavabdeh1 arasında 19 dekabr 2007-ci tarixdə bağlanılmış 11 saylı müqavilə Bakı şəhəri, ünvan ünvanda inşa edilən yüksək mərtəbəli binanın A1 girişinin 1-ci mərtəbəsində yerləşən 130 kv.m. olan qeyri-yaşayış sahəsinə aid hissədə etibarsız əqd hesab edilməsi qət edilmişdir.

5. Qətnamə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5834/2015 saylı, 22 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 MTK-ya qarşı “yaşayış və qeyri-yaşayış sahələrinə sahiblik və istifadə hüquqlarının tanınması” tələbinə dair iddiası təmin edilərək 19 dekabr 2007-ci il tarixli 11 saylı müqavilə üzrə MTKnın Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın A1 girişinin 1-2-3-4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 860 kv.m. qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 sahiblik və istifadə hüququnun tanınması, həmin müqaviləyə əsasən göstərilən sahədə qeyri-yaşayış sahəsinin Cavabdeh1 istifadəsinə və sahibliyinə verilməsinin MTK-ya həvalə edilməsi qət edilsə də, həmin iş üzrə iddiaçı tərəf olaraq (cavabdeh, yaxud üçüncü şəxs) cəlb edilmədiyinə görə həmin qətnamə hazırkı mübahisədə məcburi xarakter daşıya bilməz. Beləliklə, şərh edilənlər əsasında məhkəmə bu qənaətə gəlir ki, cavabdehlər arasında bağlanmış 19 dekabr 2007-ci il tarixli müqavilə Bakı şəhəri, ünvan ünvanda inşa edilən yüksək mərtəbəli binanın A1 girişinin 1-ci mərtəbəsində yerləşən 130 kv.m olan qeyri-yaşayış sahəsinə aid hissədə yalan əqd olmaqla əhəmiyyətsizdir. Qanunvericiliyin müəyyən etdiyi imperativ qaydaya görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

6. Cavabdeh1 həmin qətnamədən şikayət verərək ləğv olunub, iddianın rədd olunmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

8. Apellyasiya instansiyasında işə baxılarkən müəyyən olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiasının 04 may 2023-cü il tarixli, 2(103)-2904/2023 nömrəli qərardadına əsasən iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun ləğv edilməsi, qeyriyaşayış sahəsindən çıxarılma və sahənin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə icraat, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan e-2(011)-801/2023 nömrəli iş üzrə çıxarılacaq məhkəmə aktı qanuni qüvvəyə minənə qədər dayandırılmışdır.

9. Həmin mülki iş üzrə iddianın mahiyyətini Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 (1181-ci məhəllə) ünvanında ”HomPaş Prestij” MTK tərəfindən inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının A1 blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 203.1 kv.m. olan qeyri-yaşayış sahəsinə dair cavabdeh İddiaçı adına Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsindən verilmiş 14 noyabr 2017-ci il tarixli, RX serialı, ******* nömrəli çıxarış və həmin çıxarış əsasında tərtib edilmiş texniki pasportun ləğv edilməsi, Bakı şəhəri, Xətai rayonu, Xovalı prospekti, 32 (1181-ci məhəllə) ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşyaış binasının A1 blokunun 1-ci mərtəbəsində 1-4 oxları ilə D-E oxları arasında yerləşən qeyri-yaşayış sahəsindən İddiaçı çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılaraq Cavabdeh1 təhvil verilməsi təşkil edir.

10. Həmin mülki iş üzrə çıxarılmış Bakı şəhəri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-38/2022 nömrəli, 06 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 (1181-ci məhəllə) ünvanında ”HomPaş Prestij” MTK tərəfindən inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının A1 blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 203.1 kv.m. olan qeyriyaşayış sahəsinə dair cavabdeh İddiaçı adına Əmlak məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən verilmiş 14 noyabr 2017-ci il tarixli, RX serialı, ******* nömrəli çıxarışın və həmin çıxarış əsasında tərtib edilmiş texniki pasportun ləğv edilməsi, Bakı şəhəri, Xətai rayonu, Xovalı prospekti, 32 (1181-ci məhəllə) ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının A1 blokunun 1-ci mərtəbəsində 1-4 oxları ilə D-E oxları arasında yerləşən qeyri-yaşayış sahəsindən İddiaçı çıxarılması, həmin qeyriyaşayış sahəsinin boşaldılaraq iddiaçı Cavabdeh1 təhvil verilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

11. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən mülki işlər eyni tərəflərin iştirak etdiyi bir-biri ilə əlaqəli işlər olduqları üçün onların bir icraata birləşdirilməsi məqsədəuyğundur.

12. Mülki-prosessual hüquq institutu olan “işlərin bir icraatda birləşdirilməsi” institutunun yuxarıda qeyd olunan iddia tələblərinə (mülki işlərə) münasibətdə tətbiqini həm ədalətli, həm də hüququn ümumi prinsiplərinə uyğun sayır. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan “mübahisələrə mümkün olan qısa müddətlərdə baxılması” prinsipinə də uyğun gəlir.

13. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil–Tikinti Kooperativinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair 2(103)-27702025 nömrəli mülki iş Cavabdeh1 cavabdehlər İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın və texniki pasportun ləğv edilməsi, qeyriyaşayış sahəsindən çıxarılma və sahənin təhvil verilməsi barədə 2(103)-62/2025 nömrəli mülki işlə bir icraatda birləşdirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar