Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2771/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: aktın etibarsız hesab edilməsi və hesablanmış borcun silinməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və hesablanmış borcun silinməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5591/2021 saylı, 05 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçıtərəfindən verilmiş apelyasiya şikayətinə 31 avqust 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. DƏDRX-nin RX seriyalı, ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, ev 35 ünvanında yerləşən 11 nömrəli mənzil xüsusi mülkiyyət üzrə İddiaçı məxsusdur.
2. xx.xx.2020-ci il tarixli icarə müqaviləsindən görünür İddiaçı ilə X3 arasında Q.Abbasov küçəsi ev 35 mənzil 11 üzrə 3 il müddətinə icarə müqaviləsi bağlanmışdır.
3. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ASC ilə İddiaçı arasında d=20 mm boru xətti ilə Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə bağlanmışdır.
4. S-6478/20 saylı, xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, fiziki şəxs İddiaçı məxsus əmlakda sayğac quraşdırılmasına dair sonuncu ilə Cavabdeh ASC-nin X4 İdarəsi arasında müqavilə bağlanmışdır.
5. Tərəflər arasında qiymətlərin razılaşdırılması haqqında 1 saylı protokoldan görünür ki, fiziki şəxs İddiaçı məxsus qeyri-yaşayış sahəsinə xx.xx.2020-ci il tarixdə 1 ədəd smart kart tipli su sayğacı quraşdırılmışdır.
6. 601176 nömrəli aktdan görünür ki, İddiaçı məxsus Q.Abbasov küçəsi ev 35 mənzil 11-nin Lombard kimi fəaliyyət göstərməsi ünvana baxış keçirilərkən aşkar edilmişdir.
7. Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, Q.Abbasov küçəsi ev 35 mənzil 11A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə sudan istifadə və çirkab axıdılmasına görə 4104 manat məbləğində cərimə hesablanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh ASC-yə iddia ərizəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli 601176 saylı aktın ləğv edilməsi və xx.xx.2020-ci il tarixli akt əsasında hesablanmış 4104 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi 35 saylı evin birinci mərtəbəsində yerləşən, bir otaqlı, yaşayış sahəsi 22,4 kv.m-dən ibarət olan 11 saylı mənzil Seriya RX, ******* №-li çıxarışa əsasən 17 iyun 2017-ci il tarixindən mülkiyyətindədir. Ondan əvvəl də həmin mənzildə yaşayış olduğundan keçmiş mülkiyyətçi Usməndi Sadiq adına 12757206 №-li müqavilə əsasında **********111 nömrəli kod açılaraq bir nəfər ailə tərkibinə görə aylıq istehlak normasına uyğun 5 m3 su və kanalizasiya istifadəsi üçün hər ay 5 manat ödənilirdi, çünki cavabdeh tərəfindən həmin mənzilə sayğac quraşdırılmamışdır. Həmin mənzil adına keçəndən sonra dəfələrlə müraciət etməyinə baxmayaraq mənzil nömrəsində ki anlaşılmazlığı bəhanə gətirərək cavabdeh nə sayğac quraşdırdı, nə də abonent kodunu adına keçirdi. Lakin buna baxmayaraq vaxtlı vaxtında su pulunu Usməndi Sadiq adına **********111 saylı kod əsasında ödəyirdi, borcu qalmırdı. Mənzil birinci mərtəbədə yerləşdiyinə görə yaşayış üçün əlverişli olmadığından 2020-ci ilin sentyabr ayında müqavilə əsasına lombarda icarəyə vermişdir. Bundan sonra da cavabdehə bir neçə dəfə müraciət edəndən sonra nəhayət 2020-ci ilin 27 noyabr tarixində su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi 43637001№-li müqaviləni bağlamış və ona 064624 saylı kod verilmişdir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən magistral su xəttinə və paylayıcı şəbəkəyə qoşulmuş diametri d=20 mm olan su boru vasitəsi ilə həyata keçirildiyinə görə müqavilənin 2.1-ci bəndində ƏDV daxil 1 manat 1m3 su üçün və qəbul edilmiş 1m3 tullantı suyuna görə ƏDV daxil 1 manat nəzərdə tutulmuşdur. Yəni tərəfindən istifadə ediləcək 1 m3 suya görə müqavilə şərtlərinə əsasən 2 manat ödəməlidir ki, bu da Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 13 may tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinə əsasən qeyri-əhali üçün nəzərdə tutulan tarifdir. Bundan əlavə cavabdehlə 07 dekabr 2020-ci il tarixində S-6478/20 saylı smart kart tipli su sayğacının quraşdırılmasına dair müqavilə bağlamışlar. Tərəfindən su sayğacının 247,23 manat dəyəri xx.xx.2020-ci il tarixində ödənilməsinə və həmin gün ödəniş qəbzini cavabdehə təqdim olunmasına baxmayaraq cavabdeh müqavilənin 2.1.6-cı bəndində nəzərdə tutulan 2(iki) iş günü ərzində su sayğacını quraşdırmalı olduğu halda müqavilə şərtlərini pozaraq sayğacı gec quraşdırmışdır. Hətta sayğacı quraşdırmadan öncə cavabdeh tələb etdi ki, Usməndi Sadiq adına olan **********111 saylı kod üzrə ödəniş eləsin, o, da 19 aprel 2021-ci il tarixində həmin kodla cavabdehə 5 manat ödəmişdir. Müqavilənin 2.1.6-cı bəndində o da nəzərdə tutulmuşdur ki, icraçı yəni Cavabdeh ASC su sayğacını vaxtında quraşdırmadıqda sifarişçiyə fasiləsiz suyun verilməsini təmin üçün onu sayğacsız su xəttinə birləşdirməlidir. Bu halda sayğac olmadan sifarişçi tərəfindən istifadə edilən suya görə haqqın məbləği qüvvədə olan qanunvericilik normalarına uyğun şəkildə hesablanır və ödənilir. Su sayğacı quraşdırılanda üzərində 6 m3 su ödənişsiz istifadəyə verildiyindən hal-hazıra kimi istifadə olunur, yəni 23 aprel 2021-ci il tarixindən hal-hazıra kimi həmin 6 m3 sudan yarısı belə istifadə olumnamış, hələdə limit sayğacda qalmaqdadır. Buna baxmayaraq bu yaxınlarda smart karta su yükləmək istəyəndə bəlli olmuşdur ki, smart kart bloklanıb. Səbəbini cavabdehdən öyrənəndə məlum olmuşdur ki, 24 noyabr 2020-ci il tarixində cavabdehin əməkdaşları tərəfindən iştirakı olmadan guya sudan qanunsuz istifadə haqqında 207 iş əmri yaradılmış (№ 7604067). Daha sonra cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262№-li qərarı ilə təsdiq olunmuş “Sudan İstifadə” Qaydalarının 9.11.3. bəndinə əsasən mənə əlavə sərfıyyat hesablayaraq bildirilmişdir ki, guya dəymiş ziyana görə 4104 manat ödəməyə məcburdur. Cavabdeh tərəfindən tərtib olunmuş akta və hesablanmış cəriməyə dair bildirir ki, bu həqiqəti əks etdirmir və qanunsuzdur. Belə ki, “Sudan istifadə” Qaydalarının 9.11.3.-cü bəndində göstərilmişdir ki, təsərrüfat-məişət kanalizasiya sisteminə qanunsuz qoşulmalar aşkar edildikdə Cavabdeh ASC-yə ziyan vurulmuş hesab olunur. Eyni zamanda cavabdeh ona cərimə tətbiq edərkən “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci “Qanunsuz qoşulma” maddəsinin 1-ci bəndinə əsasən Su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qadağan olunmasını əsas gətirmişdir. Cavabdeh bu halda səmimi deyil və məqsədyönlü şəkildə qanunun tətbiqində səhvə yol verməkdədir. Belə ki, mülkiyyətində olan mənzilin yerləşdiyi bina Stalin dövründə, X5 illərindən əvvəl inşa edilmiş və o zaman su təchizatı və kanalizasiya sisteminə qoşulmuşdur. O vaxtdan hal-hazıra kimi həmin mənzilin sahibləri bir neçə dəfə dəyişmişdir ki, sonuncu da o olmuşdur. Sübut kimi göstərir ki, tərəfindən müqavilə bağlanaraq smart tipli su sayğacının qoyulmasına nail olsa da, hələ də mənzilimin keçmiş sahibi Usməndi Sadiq adına 12757206 №-li müqavilə əsasında **********111 saylı kod üzrə su və kanalizasiyadan istifadəyə görə hər ay 5 manatlıq hesab faktura gəlməkdədir və 2021-ci ilin 10 aprel - 07 avqust tarixinə kimi 21 manat qalıq borcun ödənilməsi cavabdeh tərəfindən qanunsuz olaraq ondan tələb olunur. Yəni hal-hazırda bir otaqlı, yaşayış sahəsi 22,4 kv.m ibarət olan mənzildə iki abonent kodu və bir smart tipli su sayğacı vardır. Belə olan halda anlaşılan deyil ki, cavabdeh hansı məntiqlə hesab edir ki, su təchizatı yə kanalizasiya sisteminə qanunsuz qoşulmuşdur. Cavabdeh illərdən bəri mövcud olan su təchizatı və kanalizasiya sisteminə qoşulmasını nəzərə alaraq sadəcə abonent kodunu əhalidən qeyri-əhaliyə keçirərək su sayğacını quraşdırmalı olduğu halda özbaşına akt tərtib edərək onu qanunsuz cərimələmişdir. “Sudan istifadə Qaydalaır’nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262№-li qərarının 7.5-ci bəndinə əsasən suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzərdə tutlmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5591/2021 saylı, 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh ASC tərəfindən ünvan 1 dair xx.xx.2020-ci il tarixli akt əsasında hesablanmış 4104 manat borc məbləğindən 3078 manat məbləği əsassız olduğundan silinməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatına əsasən, Q.Abbasov küçəsi ev 35 mənzil 11A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə sudan istifadə və çirkab axıdılmasına görə son bir il müddəti hesablanmaqla 4104 manat məbləğində hesablanmış cərimə əsassızdır. Belə ki, iş materiallarından da görünür kimi sözü gedən ünvanda yerləşən mənzil icarə müqaviləsi əsasında xx.xx.2020-ci il tarixdən qeyri-yaşayı sahəsi kimi istifadə edilmiş və həmin qeyri-yaşayış sahəsinə xx.xx.2020-ci il tarixində sayğac quraşdırılmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, sözü gedən qeyri-yaşayış sahəsinə «Sudan istifadə Qaydaları»na əsasən xx.xx.2020-ci tarixdən xx.xx.2020-ci il tarixı kimi 3 ay müddətinə su və kanalizasiya xidmətləri (kommersiyayönlü təşkilatlar üçün d=20mm xətt üçün 171 manat*2 xətt*3ay) üçün 1026 manat məbləğində borc hesablanmalı idi. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, 3 aylıq müddət üçün ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üçün akt əsasında hesablanmış 4104 manat (4104-1026=3078) borc məbləğindən 3078 manat məbləği əsassız olduğundan silinməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin Cavabdeh ASC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli 601176 saylı aktın ləğv edilməsi hissəsinə münasibət bildirərək hesab etmişdir ki, bu hissədə iddia atələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materialları ilə mübahisəli ünvanın qeyri yaşayış sahəsinə xx.xx.2020-ci il tarixdə çevrilməsi, sözü gedən akta əsasən isə qeyd edilən ünvana baxış keçirilən zaman həmin ünvanda lombard fəaliyyətinin həyata keçirilməsi müəyyən edilmişdir. Bundan başqa müvafiq qeyri-yaşayış sahəsinə cərimənin yazılması həmin aktla deyil, qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatı əsasında yazılması müəyyən edilmişdir. Məhkəmə iddianı bu hissədə təmin etməyərkən eyni zamanda iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə hesablanmış cərimənin qismən silinməsini də, nəzərə almışdır.
12. Məhkəmə gəldiyi nəticəni «Sudan istifadə Qaydaları»nın 4 saylı əlavəsinin Su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsi cədvəlinə eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apelyasiya şikayətinin dəlilləri
13. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, Cavabdeh ASC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli 601176 saylı aktın ləğv olunmasına və həmin akt əsasında hesablanmış 4104 manat borcun iddiaçıya məxsus 064624 nömrəli abunə hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apelyasiya şikayətində göstərilmişdir ki, “Sudan istifadə Qaydalaır’nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262№-li qərarının 7.5-ci bəndinə əsasən suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzərdə tutlmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Birinci instansiya məhkəməsi qətnaməsində onunla “Lombard” işlədən icarədar arasında bağlanmış 01 sentyabr 2020-ci il tarixli müqaviləyə istinad etmişdir. Həmin müqavilənin 3.1.5-ci bəndinə əsasən icarəyə götürülmüş sahənin istismarı, elektrik enerjisi, rabitə və digər kommunal xərcləri ödəyir. Yəni icarəyə götürülmüş sahəyə dair bütün kommunal xərcləri icarəçi ödəməlidir. “Lombard” qeyri-yaşayış sahəsi kimi əgər qeyri-qanuni sudan istifadə edirsə cərimə ona yazılmalı deyildi. Birinci instansiya məhkəməsi Cavabdeh ASC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli 601176 saylı aktın ləğv olunması hissəsində də düzgün qənaətə gəlməmişdir, belə ki, onun mənzilinə su və kanalizasiya xətti 1938-ci illərdə qoşulmuşdur, belə olan halda qanunsuz qoşulmadan söhbət gedə bilməz, yalnız ”Lombard” tərəfindən üç ay ərzində tarifə uyğun olmayan qaydada su pulunun ödənilməsi və ödənişin məhz icarəçi tərəfindən aparılması tələb oluna bilərdi. Cavabdeh ASC-yə məxsus su və təsərrüfat-məişət kanalizasiya sisteminə tərəfindən qanunsuz qoşulmaya dair iş materiallarında mütəxəssis rəyi yoxdur, sadəcə cavabdehin öz xeyrinə tərtib etdiyi xx.xx.2020-ci il tarixli, 601176 saylı akta istinad edilmişdir ki, bu da həqiqəti əks etdirmir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İzahatında əlavə olaraq bildirdi ki, hazırda cavabdeh tərəfindən mübahisələndirilən aktdakı imzanın iddiaçı tərəfindən icra edilməməsi müəyyən edilmişdir. Hesab edir ki, qətnamə ləğv edilməklə iddia tələbi tam təmin edilməlidir.
17. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 8.6-cı bəndinə əsasən su təchizatı sisteminə özbaşına qoşulma halları aşkar edildikdə STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş ziyanın ödənilməsini həmin şəxsdən tələb etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3- cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir.
19. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.
20. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
21. “Su təchizatı və tullantı suları” haqqında qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır.
22. “Sudan istifadə Qaydaları”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır.
Apelyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının iddianın təmin edilməyən hissəsində yoxlanılması təşkil edir. Çünki, iddiaçı həmin hissədə qətnaməni mübahisələndirmişdir, cavabdeh isə ümumiyyətlə qətnaməni mübahisələndirməmişdir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir.
27. İş materiallarından göründüyü kimi hazırda apellyasiya şikayətində iddiaçı iddia tələbinin təmin edilməyən, yəni Cavabdeh ASC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli 601176 saylı aktın ləğv edilməsi, eləcə də xx.xx.2020-ci il tarixli akta əsasən hesablanmış borcun tam silinməsini mübahisələndirmişdir.
28. Eyni zamanda apellyasiya baxışı zamanı iddiaçı mübahisələndirilən aktdakı imzanın ona məxsus olmamasını bildirmişdir.
29. Göründüyü kimi iddiaçı Cavabdeh ASC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli 601176 saylı aktı mübahisələndirməklə yanaşı, həmin aktdakı imzanın ona məxsus olmamasını da izahatında bildirmişdir.
30. Apellyasiya baxışı zamanı işin obyektiv həllinə nail olmaq üçün iş materiallarında olan Cavabdeh ASC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli 601176 saylı aktın İddiaçı tərəfindən imzalanıb-imzalanmamasının müəyyən edilməsi xüsusi bilik tələb olunduğundan ekspertizanın təyin edilmişdir.
31. Təqdim edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 19 iyul 2022-ci il tarixli 4/761 nömrəli rəyindən görünür ki, İddiaçı adında olan 24 noyabr 2020-ci il tarixli 601176 saylı aktın aşağı hissəsində “aktın doğruluğunu imzalarımızla təsdiq edirik” bölməsində “1. Obyektin nümayəndəsi Babayeva Ramina” yazılarının qarşısında “imza” qrafasındakı imza – X2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri isə 110 (yüz on) manat təşkil etmişdir.
32. Göründüyü kim iddiaçıya hesablanmış borca əsas olan 24 noyabr 2020-ci il tarixli 601176 saylı aktdakı imza iddiaçıya məxsus olmamışdır.
33. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, borcun hesablanmasına əsasən olan aktdakı imza iddiaçıya məxsus olmaması müəyyən edildiyindən, həmin akta əsasən hesablanmış borc iddiaçıdan tələb edilə bilməz.
34. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
35. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Beləliklə məhkəmə kollegiyası, cavabdehin borcun hesablanmasına yeganə sübutunun 24 noyabr 2020-ci il tarixli 601176 saylı aktın olduğunu, həmin aktdakı imzanin isə iddiaçıya məxsus olmaması müəyyən edildiyini nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və qeyd edir ki, həmin akt əsasında hesablanmış borc tamamilə silinməlidir.
38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsiişin istinad edilən hallarını araşdırmayaraq, maddi və prosessual hüquq normalarının tələblərini pozduğundan apellyasiya şikayəti təmin edilməklə, qətnamə ləğv edilməli iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
39. MPM-nin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
40. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
41. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği onun özünə aid edilməli, apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.
42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5591/2021 saylı, 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh ASC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli 601176 saylı akt ləğv edilsin və xx.xx.2020-ci il tarixli akt əsasında İddiaçı hesablanmış 4104 manat borc silinsin. Apellyasiya baxışı zamanı ekspertiza tədqiqatının dəyərini təşkil edən 110 (yüz on) manat məbləğində pul vəsaiti Cavabdeh ASC-dən tutularaq tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h-AZ41NABZ********************, SFİFT-BİK CTREAZ22) köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov